Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

və  mənim  miss  Binqlinin  dostluğunu  saf  hesab  edərək 

downloaded from KitabYurdu.org



203 

 

dərindən  yanıldığıma  əmin  olaraq  bayram  etməyəcək. 



Ancaq,  əziz  bacı,  həyat  sənin  haqlı  olduğunu  təsdiqləsə 

də, əgər mən onun əvvəlki davranışına istinad edərək, ona 

münasibətimin  sənin  şübhələrindən  daha  təbii  olduğunu 

bu saat da təsdiq edirəmsə, məni inadkar sayma. Mənim 

üçün onun mənimlə nəyə görə yaxınlaşmağa çalışmasının 

səbəbləri 

naməlumdur. 

Ancaq 


əvvəlki  vəziyyət 

təkrarlansaydı,  mən,  şübhəsiz  ki,  ikinci  dəfə  yanlışlığa 

yuvarlanardım.  Kerolayn  dünən  axşama  qədər  mənim 

ziyarətimə cavab verməmişdi. Bütün bu vaxt ərzində mən 

ondan bir sətir də olsun xəbər almamışam. Onun gəlişinin 

lap əvvəlində açıq-aşkar idi ki, görüş onu bir damcı da şad 

etməyib. O, soyuq və etinasız şəkildə üzr istədi ki, indiyə 

qədər mənə baş çəkə bilməyib. Bundan sonra mənimlə 

görüşmək  niyyəti  barədə  bir  kəlmə  də  demədi  və  o 

gedəndən sonra bu qədər dəyişilməsini görərək qəti qərara 

gəldim  ki,  daha  tanışlığı  davam  etdirməyim.  Dərin 

təəssüfümə  rəğmən,  onu  ittiham  edə  bilmərəm.  Onun 

mənimlə bu cür dostluq yaratmasına gərək yox idi - səni 

inandırıram  ki,  yaxınlaşmaya  doğj'u  bütün  addımları  o 

atırdı.  Ancaq  ona  yazığım  gəlir,  ona  görə  ki,  o,  yaxşı 

hərəkət etmədiyini anlamalıdır. Bir də ona görə ki, onun 

bu davranışı, şübhəsiz ki, qardaşına əndişəsi üzündəndir. 

Bundan  daha  təfərrüatlı  izahata  zərurət  yoxdur.  Biz 

səninlə  onun  bu  əndişəsinin  əsassız  olduğunu  bilsək  də, 

Kerolayn  bunu  ürəyindən  keçirirsə,  bu,  onun  mənimlə 

rəftarını  tamamilə  izah  edir.  Həm  də  qardaşı  onun 

sevgisinə  çox  layiqdir,  onun  qaT'daşımn  qayğısını 

downloaded from KitabYurdu.org


204 

 

çəkməsi təbii və üzrlü görünür. Fəqət hazırda məni onun 



narahatlıqları  heyrətləndirir,  ona  görə  ki,  mister  Binqli 

məni  azacıq  da  olsa  xatırlasaydı,  biz  çoxdan  görüşmüş 

olardıq. O, Londona gəlişim barədə bilir - buna əminəm, 

- hətta Kerolayn özü də bu barədə nəsə dedi. Hər halda, 

onun dediyindən çıxış eləsək, özümü inandırmalıyam ki, 

o, 


gerçəkdən  də  miss  Darsini  sevir.  Bu  mənə  ayduı  deyil. 

Çox  kəskin  mühakimə  yürütməkdən  çəkinməsəydim, 

bütün bunların ikili oyuna bənzədiyini deyərdim. Ancaq 

mən  qara  fikirləri  özümdən  qovmağa,  yalnız  sevindirici 

şeylər  barədə  -  səninlə  dostluğumuz  və  əziz  dayı  və 

xalamın  mənə  hədsiz  xeyirxahlığı  haqda  düşünməyə 

çalışıram. Mənə tezliklə cavab yaz. Miss Binqli o qədər 

əminliklə olmasa da, mənə eyham  etdi ki,  onun  qardaşı 

heç  vaxt  Nezerfildə  qayıtmayacaq  və  malikanənin 

icarəsindən  imtina  edəcək.  Lütfən,  bu  barədə  evdə 

danışma.  Hansforddakı  dostlarımız  barədə  xoş  xəbərlər 

məni  çox  sevindirdi.  Mütləq  ser  Uilyam  və  Mariya  ilə 

bü'likdə onlara baş çək. Əminəm ki, oralar sənin xoşuna 

gələcək. 

Sənin və s. və i.” 

Bu məktub Elizabetə bir qədər üzüntü verdi... Ancaq 

o,  Ceynin  daha  ən  azı  miss  Binqlidə  aldanmayacağım 

düşünəndə  ovqatı  yüksəldi.  Gənc  oğlanın  özünə 

münasibətdə  bütün  ümidlər  qəti  şəkildə  puç  olmuşdu. 

Elizabet hətta istəmirdi ki, o onun bacısına qarşı sevgisini 

bərpa etsin - Binqli onun gözündən bu qədər düşmüşdü. 

downloaded from KitabYurdu.org



205 

 

O, Binqlinin miss Darsi ilə 



nikahının  tez bir zamanda baş  tutmasını səmimi şəkildə 

arzulayırdı, bu, Ceynə sakitlik gətirərdi və onun özü üçün 

bir  cəzaya  çevrilərdi.  Çünki  Uikhemin  şərhlərinə  görə, 

Corciana  tezliklə  onu  kimin  sevgisinə  bu  sayaq 

yüngülməcazlıqla 

etinasızlıq  göstərdiyinə  peşman 

edəcəkdi. 

Elə  o  günlərdə  missis  Qardinerdən məktub  gəldi. O, 

məktubda  Elizabetin  mister  Uikhem  haqqında  verdiyi 

vədi  xatırladırdı  və  yeniliklər  barədə  ona  xəbər  verməyi 

xahiş  edirdi.  Bu  barədə  Elizabetin  yaza  biləcəyi  şeylər 

onun  özündənsə,  missis  Qardinerə  daha  xoş  olcaqdı. 

Uikhemin  ona  qarşı  aşkar  meyli  yox  olmuşdu,  o,  qıza 

diqqət  göstərməyə  son  vermişdi  və  artıq  başqasına 

girişirdi.  Bunu  vaxtında  sezmək  üçün  Elizabetin 

müşahidəçiliyi  kifayət  etmişdi,  ancaq  o  buna  çox  sakit 

yanaşırdı və hər şey haqda dayısının xanımına necə var, 

elə də yazdı. Qızın qəlbi möhkəm qırılmışdı, onun qüruru 

isə belə bir fikirlə tam təsəlli tapırdı ki, Uikhemin lazımi 

maddi  vəsaiti  olsaydı,  öz  seçimini  onun  üzərində 

dayandırardı. Uikhemin hazırda xoşuna gəlməyə çalışdığı 

qızın birdən-birə əldə etdiyi on min funt para onun başlıca 

məziyyəti idi. Ancaq 

bu  durumda  bəlkə  də  daha  az  obyektiv  olan  Elizabet 

Şarlottanın  əhvalatında  olduğundan  fərqli,  Uikhemi 

müstəqilliyə can atdığına görə qınamırdı. Əksinə, bundan 

təbii nə ola bilərdi? Hətta ondan imtinanın Uikhemə daxili 

mübarizə hesabına gəldiyinə ürəyində yer verərək, ümumi 

downloaded from KitabYurdu.org


206 

 

maraqlara  cavab  verən  bu  addımın  ağıllı  olması  ilə 



razılaşmağa  hazır  idi  və  ürəkdən  ona  xoşbəxtlik 

arzulayırdı. 

O, bütün bunları missis Qardinerə xəbər verdi. Durum 

barədə hər şeyi yazan Elizabet davam edirdi: 

“Əziz  xalacığun,  əmin  oldum  ki,  gerçəkdən 

sevmirmişəm.  Axı  mən  gerçəkdən  də  bu  ülvi  və  təmiz 

duyğuları  yaşanuş  olsaydım,  indi  hətta  onun  adınuı 

çəkildiyi  vaxt  titrəməliydim  və  ona  hər  cür  lənət 

yağdırmalıydım. Ancaq bununla belə, mən təkcə ona yox, 

hətta miss Kinqə dostcasına yanaşıram. Özümdə ona qarşı 

hər  hansı  nifrət  müşahidə  edə  bilmirəm  və  hətta  hesab 

etmirəm ki, onun barəsində xoş söz demək olmaz. Məgər 

bu,  məhəbbət  ola  bilərdimi?  Təmkinim  mənə  xidmət 

göstərdi.  Ona  naümidcəsinə  vurulmuş  olsaydım,  bütün 

dost-  tanışlar  üçün  daha  böyük  maraq  kəsb  edərdisə  də, 

deyə 


bilmərəm  ki,  bu  aqibətim  məni  kədərləndirir.  Şöhrət 

hərdən həddindən çox baha qiymətə alınır. Kitti və Lidiya 

mənə  nisbətən  onun  xəyanətini  ürəklərinə  daha  çox 

saldılar.  Onlar  hələ  çox  gəncdirlər  və  ən  cəlbedici 

gənclərin  ən  adi  gənclər  qədər  yaşamaq  üçün  maddi 

vəsaiti  olmalarına  dair  amansız  həqiqət  gözlərini  hələ 

açmayıb”. 

IV 


FƏSİL 

Yanvar  və  fevral  Bennetlər  ailəsində  yeni  mühüm 

hadisələr olmadan ötüb keçdi və onların həyatına hərdən 

donmuş  yollarla,  hərdən  də  palçıqda  Meritona  gəzməyə 

downloaded from KitabYurdu.org


207 

 

getməkdən  savayı  heç  bir  başqa  müxtəliflik  gətirmədi. 



Martda Elizabet Hansforda ziyarətə getməliydi. Əvvəlcə 

o bu səfər barədə ciddi düşünmürdü. Ancaq yavaş-yavaş 

əmin oldu ki, Şarlotta gerçəkdən də onun gəlişini gözləyir 

və tədricən bu ziyarətə qaçılmazlıq və o qədər xoşagəlməz 

olmayan bir zərurət kimi baxmağa öyrəşdi. Ayrılıq onun 

rəfiqəsinə duyduğu həsrəti gücləndirmiş, mister Kollinzə 

ikrahını xəfiflətmişdi. Səfər  yeni təəssüratlar vəd edirdi, 

çünki anası və dözülməz kişik bacıları ilə həyatı çətin ki, 

xoş  güzəran  adlandırmaq  olardı,  qısamüddətli  şərait 

dəyişikliyi  özlüyündə  arzuolunan  idi.  Bundan  başqa, 

səyahət  ona  Ceynə  baş  çəkmək  imkanı  verirdi.  Kəsəsi, 

ziyarətin  vaxtı  yaxınlaşdıqda,  əgər  təxirə  salınsaydı,  qız 

məyus olacaqdı. Ancaq səfərə heç bir əngəl yaranmadı və 

axırda 


hər  şey  Şarlottanm  ilkin  düşüncəsinə  uyğun  olaraq  baş 

tutdu.  Elizabet  ser  Uilyam  və  onun  ikinci  qızının 

müşayiəti  ilə  getməliydi.  Gecəni  Londonda  keçirmək 

təklifi vaxtında daxil edildi və tərtib olunan yekun səyahət 

planı qüsursuz görünürdü. 

Onu  kədərləndirən  yeganə  şey  atası  ilə  ayrılıq  idi  - 

mister Bennet qızının yoxluğunu möhkəm hiss edəcəkdi. 

Getmək  vaxtı  çatanda  mister  Bennet  qızından  ayrılmaq 

istəmədi və tapşırdı ki, ona məktub yazsın, özü də az qala 

cavab yazmağı vəd etdi. 

Uikhemlə vidalaşma dostcasına keçdi - bəlkə də zabit 

tərəfindən hətta dostcasmadan da artıq oldu. Yeni sevdası 

onu  unutmağa  vadar  etməmişdi  ki,  diqqətini  birinci 

downloaded from KitabYurdu.org



208 

 

Elizabet  cəlb  edib,  birinci  o  dinləyib  və  ona  acıdığını 



bildirib,  onun  heyranlığını  birinci  bu  qız  qazanıb. 

Uikhemin  onunla  vidalaşdığı  zaman  ledi  Ketrin  de 

Bördən  nə  gözləyə  biləcəyini  xatırladaraq  ona  hər  cür 

sevinc arzulamasmda, bu qadın və digər tanışlan barədə 

rəylərinin  üst-üstə  düşəcəyinə  əminlik  ifadə  etməsində 

dost diqqəti vardı və o bununla Elizabetin rəğbətini əbədi 

qazanmış kimi görünürdü. Ayrılarkən Elizabet 

əmin  idi  ki,  subay  və  ya  ailəli,  o  onun  üçün  həmişəlik 

cazibədar gənc örnəyi olaraq qalacaq. 

Ertəsi  gün  Elizabetlə  birgə  olan  yol  yoldaşları 

Uikhemlə görüşdən qəlbində qalan xoş təəssüratı qətiyyən 

sıxışdıra bilmədilər. Ser Uilyam Lukas və onun rəhmdil, 

ancaq atası kimi başıboş qızı Mariya heç bir diqqətəlayiq 

söz söyləmirdi və Elizabet onların çərənləməsinə, eynilə 

ekipajın  cırıltısına  qulaq  asdığı  maraqla  qulaq  asırdı. 

İnsan  qəribəlikləri  həmişə  onun  diqqətini  cəlb  edirdi, 

ancaq ser Uilyamla o, çoxdan tanış idi. 

Ser özünün saraya təqdim edilməsini danışarkən ona artıq 

yeni bir söhbət açmırdı. Onun lütfkarlıqları isə təhkiyəsi 

kimi basmaqəlib idi. 

Onlar  cəmi  iyirmi  dörd  mil  getməliydilər  və  kifayət 

qədər erkən çıxdılar ki, artıq günorta Qreysçerç küçəsinə 

yetişsinlər.  Mister  Qardinerin  evinə  çatanda  Ceyn 

pəncərənin  önündə  durub  onların  gəlişini  gözləyirdi.  O, 

onları  girişdə  qarşıladı.  İlk  görüşdə  Elizabet  bacısının 

güllər açan simasından şad oldu. Pilləkənlərdə onları bir 

neçə uşaq gözləyirdi. Bibisi qızlarının necə göründüyünə 

downloaded from KitabYurdu.org



209 

 

baxmaq istəyi onları qonaq otağını tərk 



etməyə  vadar  etmişdi,  birillik  ayrılığın  yaratdığı 

utancaqlıq isə aşağı enməyə mane olmuşdu. 

Görüş  sevinc  və  şadlıq  duyğusu  ilə  bürünmüşdü  və 

gün  olduqca  xoş  keçdi:  birinci  yarısı  qarışıqlıq  və 

dükanlara qaçmaqla, ikinci yansı isə teatrda. 

Elizabet missis Qardinerlə yanaşı oturmağa nail oldu. 

Onların söhbəti ilk növbədə Ceyn barədə başladı. Elizabet 

tezliklə heyrətlənməkdən də çox məyus oldu. Çünki israrlı 

sorğu-sualdan  sonra  öyrəndi  ki,  Ceyn  özünü  ələ  alaraq 

saxlamağa çalışsa da, yenə də hərdən ruh düşkünlüyünə 

qapılır. Bununla yanaşı, ümid etmək olardı ki, bu, o qədər 

də  uzun  çəkməyəcək.  Dayıdostu  miss  Binqlinin  ziyarəti 

və özünün bu tanışlığa son qoymağa ürəkdən qərar verdiyi 

bəlli olan Ceynlə çoxsaylı söhbətləri barədə təfərrüatı ilə 

danışdı. 

Missis Qardiner Uikhemin xəyanətinə görə Elizabetə 

zarafatyana lağ etmək fürsətini qaçırmadı, eyni zamanda 

bu xəyanəti əla ötüşdürdüyü üçün onu təbrik etdi. 

— Yeri  gəlmişkən, əzizim, miss  Kinq deyilən o  qız 

kimdir?  Dostumuzun  mənfəətpərəst  biri  çıxdığını  təsbit 

etmək 

istəməzdim. 



— Yox, 

xala, 


məgər 

evlilik 


məsələlərində 

mənfəətpərəstlik və ağıllılıq arasında dəqiq sərhəd tapmaq 

mümkündürmü?  Kim  bilir,  ağıllılıq  harada  qurtarır  və 

acgözlük  harada  başlayır?  Milad  günlərində  siz 

qorxurdunuz  ki,  o,  birdən  ağılsızlıqla  mənimlə  evlənər. 

downloaded from KitabYurdu.org



210 

 

İndi isə o, varı-yoxu cəmi on min funt olan bir gəlin əldə 



etmək  istədiyi  vaxt  siz  burada  artıq  tamahkarlıq 

görürsünüz. 

— Mənə  desən ki,  miss  Kinq necədir, necə  görünür, 

doğru mühakimə yürüdə bilərəm. 

— Məncə, o çox yaxşı qızdır. Onun haqqında heç bir 

pis şey deyə bilmərəm. 

— Ancaq  o,  babasının  ölümünün  qızı  bu  məbləğin 

yiyəsi etməsindən öncə ona diqqət belə yetirmirdi? 

— Xeyr,  necə  ola  bilər?  O  mənim  kasıblığımdan 

sevgimi  qazanmağa  haqlı  deyildisə,  məndən  varlı 

olmayan  sevmədiyi  qızın  arxasınca  sürünmək  onun 

nəyinə lazımdır? 

— Ancaq  onun  miras  almasından  dərhal  sonra  qıza 

nəzər yetirməsi sənə nalayiq görünmürmü? 

— Möhtac  vəziyyətlərdə  insan  başqalanna  çox 

məcburi  görünən  bütün  ədəb  qaydalarına  riayət  etməyi 

özünə  rəva  görə  bilmir.  Qızın  özünün  etirazı  yoxdursa, 

bizim nə işimizə qalıb? 

— Miss  Kinqin  dözümlülüyü  mister  Uikhemə  haqq 

qazandırmır. O,  yalnız təsdiq edir ki, onun özündə nəsə 

çatışmır — ağıl və ya mərifət. 

— Yaxşı,  —  Elizabet  səsləndi,  —  qoy  hər  şey  sizin 

dediyiniz kimi olsun: o tamahkardır, qız isə səfeh. 

— Bu, heç də mənə münasib deyil, Lizzi. Doğrudanmı 

sən başa düşmürsən ki, mən əslən Derbişirdən olan gənc 

barədə pis düşünmək istəməzdim? 

— Ah,  demək  belə!  Yaxşı,  iş  bundadırsa,  mən 

downloaded from KitabYurdu.org



211 

 

Derbişirdən olan gənc barədə xüsusilə yüksək qənaətimin 



üstündə  dayanıram.  Onların  Hartfördşirdə  yaşayan  ürək 

dostlan  da  onlardan  artıq  deyil.  Hamısı  mənim  üçün 

kifayət  qədər mənfurdur. Allaha şükür, sabah mən bircə 

müsbət  keyfiyyəti  olmayan,  nə  ağlı,  nə  maneralan  ilə 

fərqlənməyən adamı görəcəyəm. Sonda yalnız axmaqlarla 

tanış olmaq lazım gəlir. 

— Ehtiyatlı  ol,  Lizzi.  Sənin  sözlərin  həddən  artıq 

məyusluq doğurur. 

Elizabet  mister  və  missis  Qardinerin  ölkə  boyunca 

çıxacaqları  yay  səfəri  zamanı  onları  müşayiət  etmək 

dəvəti alaraq birdən-birə olduqca sevindi. 

— Biz  hələ  nə  qədər  uzaqlara  gedəcəyimiz  barədə 

qərar verməmişik, — missis Qardiner dedi, — Ola bilər, 

Göllər diyarına qədər gedəcəyik. 

Heç bir plan Elizabeti bu qədər sevindirə bilməzdi. O, 

dəvəti razılıq və səmimi minnətdarlıqla qəbul etdi. 

— Xala, sevimlim,  əzizim,  — o, vəcdlə səsləndi,  — 

bu, necə də inanılmazdır! Siz məndə yeni qüvvələrə nəfəs 

verdiniz,  mənə  həyat  bəxş  etdiniz.  Əlvida,  məyusluq  və 

hüzn! İnsanlar təpələr və qayalarla müqayisədə nədir ki? 

Öndə  nə  qədər  nəşəli  saatlar  var!  Biz  qayıtdıqdan  sonra 

iki sözü bir-birinə qoşa bilməyən səyahətçilərdən deyilik 

axı. Biz ki, qayıtdıqdan sonra olduğumuz yerlərdən danışa 

və  gördüklərimizi  xatırlaya  bilərik.  Göllər,  dağlar  və 

çaylar bizim yaddaşımızda qarışmayacaq və adətən təsvir 

olunarkən şişirdilən hər hansı diqqətəlayiq 

mənzərəni  böyütməyəcəyik.  Ona  görə  də  bizim 

downloaded from KitabYurdu.org



212 

 

hekayətimiz  dinləyicilərə  səyahətçilərin  əksəriyyətinin 



danışdıqları kimi dözülməz görünməyəcək. 

FƏSİL 



Səfərin o biri günü Elizabetin gözünə dəyən hər şey ona 

yeni  və  maraqlı  gəldi.  Onun  ürəyi  fərəhlə  döyünürdü. 

Ceynin görkəmi təsdiqləyirdi ki, onun sağlamlığı barədə 

narahat  olmağa  dəyməz,  şimala  səyahətin  intizarı  isə 

fərəhli fikirlərin daimi qaynağı rolunu oynayırdı. 

Kareta  baş  yoldan  Hansforda  aparan  kənd  yoluna 

buruldu.  Yolçular  nəzərləri  ilə  hər  döngənin  arxasından 

“indi  çıxar,  bu  saat  çıxar”  deyə  kilsə  evini  axtarırdılar. 

Onlar Rozinqs parkının hasarının yanından ötüb keçdilər 

və  onun  sakinləri  barədə  hekayətləri  xatırlayan  Elizabet 

gülüşünü saxlaya bilmədi. 

Nəhayət,  mister  Kollinzin  mənzili  də  göründü.  Yola 

dirənən bağın dərinliyindəki ev, yaşıl çəpər, dəfnə kolluğu 

- hamısı səyahətin hədəfinə  yaxınlaşmasının əlaməti idi. 

Əyilərək  təzim  edib  gülümsəyən  mister  Kollinz  və 

Şarlotta  qapıda  göründülər.  Təzim  edib  gülümsəyən 

sərnişinlər  evdən  qısa  çınqıl  cığırla  ayrılan  kiçik 

darvazanın ağzında dayandılar. 

Missis  Kollinz  rəfiqəsini  çox  səmimiyyətlə  qarşıladı, 

Elizabet  necə  sevinclə  qarşılandığını  görüb  bu  səyahətə 

gəlməyə  qərar  verdiyindən  daha  da  məmnun  oldu.  O, 

dərhal  müşahidə  etdi  ki,  evlilik  onun  əminəvəsinin 

maneralarını  qətiyyən  dəyişməyib.  Mister  Kollinz  adəti 

üzrə  uzun  salamlama  nitqi  söylərəyək,  Elizabetdən  ailə 

üzvlərinin  hamısını  birbəbir  soruşaraq  onlan  bir  neçə 

downloaded from KitabYurdu.org



213 

 

dəqiqə ləngitdi. 



Giriş  qapısının  gözəlliyilə  qonaqların  diqqətini  cəlb 

etməsini  nəzərə  almasaq,  onlar  daha  heç  bir  ləngimə 

olmadan  evə  girdilər.  Qonaq  otağına  girən  kimi  mister 

Kollinz  yenə  də  təmtəraqla  danışaraq  onlan  onun  sadə 

yuvasına  qədəm  qoymaları  münasibətilə  salamladı, 

arvadının  səyahətçiləri  gözləyən  istirahətə  dair  dediyi 

sözləri olduğu kimi təkrarladı. 

Elizabet Kollinzi özünün bütün əzəmətinin parlaqlığı 

ilə  görməyə  hazırlaşmışdı.  Elizabet  üçün  onun  yaşayış 

yerinin  genişliyini,  pəncərədən  görünən  mənzərəni  və 

şəraiti  göstərərək  əsasən  ona  müraciət  etməsi  ilə,  qızın 

ona  ərə  getməməklə  nələrdən  məhrum  qalmasını  hiss 

etdirdiyi barədə fikirdən xilas olmaq çətin idi. 

Ancaq hər şey rahat  və  sevimli görünsə  də,  Elizabet 

yenə  də  hər  hansı  bir  peşmançılıq  əlaməti  sərgiləyərək 

onu  sevindirməyə  qadir  deyildi  və  rəfiqəsinə  baxaraq 

heyrətlənirdi ki, o bu cür həyat yoldaşıyla həyatsevərliyini 

qoruyub saxlamağı necə bacanr. 

Mister  Kollinz,  arvadının  xəcalət  çəkə  biləcəyi  nəsə 

bir  söz  deyəndə  (bu  isə  tez-tez  olurdu),  Elizabet  qeyri-

ixtiyari Şarlottaya göz atırdı. Bir, ya iki dəfə hiss etdi ki, 

rəfiqəsi  yüngülcə  qızanb,  ancaq  əksər  halda  Şarlotta  bu 

cür ifadələri müdrikcəsinə bir qulağından alıb o birindən 

verirdi.  Bufetdən  buxarı  barmaqlıqlarına  qədər  otaqda 

olan  hər  bir  predmetə  lazımi  ödünc  vermək  üçün 

(səyahətlərini  təsvir  etmək  və  Londonda  gördükləri  hər 

şey  barədə  danışmaqdan  ötrü)  qonaq  otağında  nə  qədər 

downloaded from KitabYurdu.org



214 

 

lazımsa,  o  qədər  oturduqdan  sonra  onlar  ev  sahibi  ilə 



birlikdə  geniş  bağa  çıxdılar.  Çox  gözəl  salınmış  bağı 

mister  Kollinz  öz  əlləri  ilə  becərmişdi.  Bağda  işləmək 

onun  üçün  ən  sevimli  əyləncələrdən  biri  idi  və  Elizabet 

heyranlıqla  müşahidə  edirdi  ki,  Şarlotta  necə  fiziki 

əməyin  faydasından  danışır  və  ərinin  bu  meylini 

dəstəkləməsini etiraf edərək özünü 

necə yaxşı idarə edir. Qonaqları bütün eninə və uzununa 

cığırlarla  dolaşdıran  və  onlara  elə  özünün  tələb  etdiyi 

bəyənmə  ifadələrini  dilə  gətirmək  imkanı  verməyən 

mister  Kollinz  diqqəti  hər  bir  yeni  açılan  mənzərəyə 

yönəldir, təfərrüata vanrdı. Bundan ən cəlbedici mənzərə 

belə,  öz  füsunkarlığını  itirirdi.  O,  dəqiqliyilə  hansı 

istiqamətdə  hansı  sahənin  uzandığını,  ən  ucqar  ağac 

cərgələrində  nə  qədər  gövdənin  olduğunu  müəyyən  edə 

bilirdi. 

Ancaq  bağın  tərənnüm  edilən  gözəl  mənzərələrinin 

heç biri, demək olar, düz onun evinin üzbəüzündə, parkın 

ağacları  ilə  haşiyələnən  açıqlıqların  arasından  Rozinqsə 

açılan  valehedici  mənzərə  ilə  müqayisə  oluna  bilməzdi. 

Bu,  təpənin  yamacında  uğurlu  bir  şəkildə  yerləşən 

gerçəkdən də gözəl müasir ev idi. 

Mister Kollinz qonaqlan bağdan özünün iki otlağına 

aparmaq  istədi,  ancaq  xanımların  ayaqqabıları  onların 

ayaqlarını hələ tam əriməmiş qardan qorumadığı üçün ev 

sahibi  ilə  yalnız  ser  Uilyam  getməli  oldu,  Şarlotta  isə 

ərinin  yoxluğundan  istifadə  edə  biləcəyinə  sevinərək, 

bacısını və 

downloaded from KitabYurdu.org



215 

 

rəfiqəsini  evə  baxmağa  çağırdı.  Evin  çox  da  böyük 



olmadığı,  ancaq  rahat  və  yaxşı  planlaşdırıldığı  ortaya 

çıxdı. Ondakı hər şey yerbəyer edilmiş, əsaslı şəkildə və 

zövqlə  qurulmuşdu.  Bu,  Şarlottanın  təsərrüfatçılıq 

qabiliyyətinə  dəlalət  edirdi.  Mister  Kollinz  barədə 

düşüncələrdən  ayrılaraq  hər  şeydə  rifah  ruhu  görmək 

mümkün idi. Elizabet Şarlottanın məmnun görkəmindən 

bu  nəticəyə  gəldi  ki,  rəfiqəsi,  doğrudan  da,  mister 

Kollinzin varlığını tez-tez unudur. Elizabetə artıq məlum 

idi  ki,  ledi  Ketrin  bu  vaxta  qədər  öz  malikanəsindən 

Londona  köçməyib.  Bu  barədə  söhbət  nahar  süfrəsi 

arxasında gedirdi və söhbətdə iştirak edən mister Kollinz 

qeyd etdi: 

— Bəli, miss Elizabet, bazar günü siz ledi Ketrin de 

Börü  kilsədə  seyr  etmək  şərəfinə  nail  olacaqsınız  və 

deməyimə  lüzum  yoxdur  ki,  siz  ona  necə  heyran 

qalacaqsınız.  Mənim  rəhbərim  lütfkarlıq  və  dözümlülük 

mücəssəməsidir və şübhə etmirəm ki, ibadətdən sonra siz 

onun  hər  hansı  bir  diqqətinə  layiq  görüləcəksiniz.  Mən 

hətta  tərəddüd  etmədən  deyə  bilərəm  ki,  sizin  Kentdə 

olduğunuz  müddətdə  o  bizə  ehtiram  göstərəcək  və  bu 

ehtiram sizə və bacım Mariyaya da şamil olunacaq. O, 

mənim  əziz  Şarlottama  qeyri-adi  dərəcədə  diqqətcildir. 

Biz həftədə  iki dəfə  Rozinqsdə  nahar edirik və heç vaxt 

evə  piyada  qayıtmırıq:  lütfkar  xanımın  ekipajı  həmişə 

xidmətimizdədir. 

Əslində  mən  “lütfkar  xanımın 

ekipajlarından  biri”  deməliydim,  çünki  onun,  əlbəttə  ki, 

bir neçə ekipajı var. 

downloaded from KitabYurdu.org



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin