Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

çox  mümkündür  ki,  o,  gələcəkdə  orada  çox  vaxt  keçirə 

bilməyəcək.  Onun  xeyli  dostları  var,  hazırda  isə  o 

həyatının elə bir mərhələsinə qədəm qoyub ki, dostlarının 

sayı və məşğulluğu gündən-günə artır. 

— Bir halda ki, Nezerfilddə yaşamaq niyyətində deyil, 

onun  qonşuları  üçün  Binqlinin  bizim  diyarla, 

ümumiyyətlə, vidalaşması daha yaxşı olardı. O zaman bu 

malikanəni başqa bir ailə icarəyə götürərdi. Bəlkə mister 

Binqli  qonşularının  rahatlığındansa,  daha  çox  şəxsi 

rahatlığı üçün Nezerfildi icarəyə götürüb? Gözləmək olar 

ki,  o,  Nezerfildi  özündə  saxlayacaq,  yoxsa  eyni 

niyyətlərdən çıxış edərək ondan imtina edəcək? 

— Binqlinin əlinə başqa bir yerdə ev əldə etmək üçün 

münasib  imkan  düşəcəyi  təqdirdə  o,  doğrudan  da, 

Nezerfildi  həmişəlik  tərk  etsəydi,  —  Darsi  dedi,  —  bu, 

məni təəccübləndirməzdi. 

Elizabet  susdu.  Onun  dostunun  barəsində  söhbəti 

davam  etdirərkən  başqa  heç  nə  deyə  bilməməkdən 

çəkinən Elizabet qərara gəldi ki, söhbəti davam etdirmək 

qayğısını mister Darsinin üzərinə keçirsin. 

Darsi eyhamı başa düşdü və tezcənə dedi: 

— Bu  ev  çox  rahat  görünür.  Güman  edirəm  ki,  ledi 

Ketrin  mister  Kollinzin  burada  məskunlaşdığı  vaxt  çox 

əmək sərf edib. 

— Düşünürəm ki, siz haqlısınız. Ancaq əminəm ki, o, 

downloaded from KitabYurdu.org



243 

 

bundan artıq qədirbilən insana qayğı göstərə bilməzdi. 



— 

Deyəsən,  mister  Kollinz  uğurlu  evlilik  həyata 

keçirib. 

— Bəs  necə.  Onun  dostları  sevinə  bilərlər  ki,  o,  ona 

ərə  gəlməyə  razılaşan  azsaylı  ağıllı  qadınlardan  biri  ilə 

rastlaşıb  və  onun  xoşbəxt  həyatını  təmin  edib.  Rəfiqəm 

çox ağıllıdır. Hərçənd düşünmürəm ki, ərə getməsi onun 

ən  ağıllı  hərəkətlərindəndir.  Fəqət  o,  olduqca  xoşbəxt 

görünür,  sağlam  düşüncə  baxımından  isə,  onun  üçün 

nikah çox uğurlu sayıla bilər. 

— Xüsusilə də onun valideynlərindən, dostlanndan bu 

qədər  yaxın  məsafədə  olmasını  əlverişli  durum  saymaq 

olar. 

— Siz hesab edirsiniz ki, buradan Meritona “bu qədər 



yaxın”dır? Ancaq burada az qala 50 mil məsafə var axı. 

— Yaxşı yolda 50 mil nədir ki? Yarım gündən bir az 

artıq yoldur. Mənə elə gəlir ki, bu, çox qısa məsafədir. 

— Ağlıma  gəlməzdi  ki,  nikahın  üstünlüyünü  millə 

dəyərləndirmək  olar,  —  Elizabet  dedi.  —  Heç  də  elə 

hesab  etmirəm  ki,  missis  Kollinz  valideynlərinin 

yaxınlığında yerləşib. 

— Bu,  sizin  Hartfördşirə  bağlılığınızdan  xəbər  verir. 

Lonqbornla  tamam  yanaşı  olmayan  hər  şey  sizə  uzaq 

gəlir. 


O  bu  sözləri  həmsöhbətinə  anlaşıqlı  görünən 

təbəssümlə  dedi.  Görünür,  hesab  edirdi  ki,  qızın  sözləri 

Nezerfildə  və  Ceynə  aiddir.  Elizabet  qızararaq  cavab 

verdi: 


downloaded from KitabYurdu.org

244 

 

— Mən  heç  də  demək  istəmədim  ki,  qadın  ərə 



gedərkən  öz  valideynlərinin  evindən  aralıdakı  istənilən 

məkanı böyük məsafə kimi qəbul etməlidir. Yaxınlıq və 

uzaqlıq  vəziyyətdən  asılı  olan  nisbi  məfhumlardır.  Var-

dövlətin yol xərclərini əhəmiyyətsiz etdiyi yerlərdə uzaq 

məsafə  pis  şey  olmaqdan  çıxır.  Ancaq  indiki  halda  bu, 

qətiyyən  elə  deyil.  Kollinzlərin  gəliri  yetərincə  olsa  da, 

ancaq  bu,  onlara  tez-tez  gedib-gəlmək  imkanı  vermir. 

Əminəm ki, Kentdən Hartfördşirə məsafə bundan iki dəfə 

az  olsaydı  da,  rəfiqəm  hesab  etməzdi  ki,  o,  ata  evinin 

yaxınlığında yaşayır. 

Mister Darsi stulunu bir qədər yaxma çəkdi və dedi: 

— Doğma yurda bu qədər bağlanmağa gərək yoxdur. 

Bütün həyatınızı Lonqbornda keçirə bilməzsiniz axı! 

— Elizabet  onun  sözlərindən  təəccübləndi.  Ancaq 

Darsinin ovqatı dəyişdi, o, aralandı və masanın üstündən 

qəzeti  götürdü,  onun  üstündən  baxa-baxa,  daha  soyuq 

tonda dedi: 

— Kent xoşunuza gəlirmi? 

Bundan  sonra  yerli  məkan  barədə  hər  iki  tərəfdən 

kifayət  qədər  qısa  və  təmkinli  fikir  mübadiləsi  oldu. 

Söhbət  Şariotta  və  onun  bacısının  qayıtmasıyla  kəsildi. 

Onlar  bu  cür  gözlənilməz  tet-a-tet  söhbətə  görə  xeyli 

təəccübləndilər.  Mister  Darsi  onlara  miss  Bennetin  öz 

məşğuliyyətini 

yarımçıq  kəsməyə  səbəb  olduğu 

səhvindən  danışdı  və  bir  neçə  dəqiqə  tam  qaradinməz 

şəkildə oturduqdan sonra çıxıb getdi. 

— Bu nə demək ola bilər? — O, gedən kimi Şariotta 

downloaded from KitabYurdu.org


245 

 

soruşdu.  —  Eliza,  əzizim,  o,  deyəsən,  sənə  vurulub  — 



yoxsa o, heç vəchlə birdən-birə durub bizə gəlməzdi. 

Ancaq  o,  Elizabetdən  Darsinin  ona  nə  qədər  az  şey 

dediyini  öyrəndikdə  belə  bir  güman  artıq  hətta 

maraqlanmış Şariottaya da inandırıcı görünmədi. Darsinin 

ziyarətinə  dair bir sıra ehtimallardan sonra, nəhayət,  bu, 

onun  boş  vaxtını  keçirməyə  daha  yaxşı  variantının 

olmaması ilə izah olundu. Gerçəkdən də 

ov mövsümü artıq ötüb keçmişdi. Rozinqsdə ledi Ketrin, 

kitablar və bilyard vardı. Ancaq kişilər bütün günü bağlı 

qapı arxasında otura bilməzlər axı! Keşiş evinin yaxınlığı, 

yaxud ona aparan yolun gözəlliyi, nəhayət, evin sakinləri 

ilə görüşdən məmnunluğun cəlb etməsi səbəbindən hər iki 

dayıoğlu-bibioğlu  bu  vaxtdan  etibarən  az  qala  hər  gün 

onlara  gəlməyə  başladılar.  Onlar  səhər  çağı,  bəzən  ayn-

ayrı,  hərdən  də  xalalarının  müşayiəti  ilə  gəlirdilər. 

Xanımlar  üçün  aydın  idi  ki,  polkovnik  Fitsuilyamm 

burada  görünməsi  onlarla  bir  arada  olmasının  ona  xoş 

gəlməsi  ilə  izah  olunur.  Onunla  bir  arada  olmaqdan 

Elizabetin  aldığı  zövq  və  polkovnikin  onda  yaratdığı 

təəssürat qızın yadına əvvəlki sevimlisini, Corc Uikhemi 

salırdı.  Onların  hər  ikisini  müqayisə  edərkən  o, 

polkovnikin  maneralarında  onun  Meritondakı  dostunu 

sevdirən  səmimiyyətin  çatışmadığını  görürdüsə  də,  ona 

elə gəlirdi ki, əvəzində polkovnik daha savadlıdır. 

Ancaq mister Darsinin nəyə görə Hansfordda bu qədər 

tez-  tez  peyda  olmasının  səbəbləri  aydın  deyildi.  Onun 

açıq-aşkar həmsöhbətə ehtiyacı yox idi, çünki çox vaxt bir 

downloaded from KitabYurdu.org



246 

 

kəlmə söz dilə 



gətirmirdi  və  bu,  tez-tez  olurdu.  Hətta  o,  nəhayət, 

danışmağa başlayanda da adama elə gəlirdi ki, bunu ruhi 

tələbatdan  yox,  zərurət  üzündən,  öz  zövqü  üçün  yox, 

nəzakət  naminə  edir.  O,  nadir  hallarda  həqiqətən  şux 

görünürdü.  Missis  Kollinz,  sadəcə,  nə  düşünəcəyini 

bilmirdi. 

Polkovnik 

Fitsuilyamm 

zaman- 

zaman 


dalğınlığına görə ona sataşmasmdan güman etmək olardı 

ki, o, adi halda özünü başqa cür aparır. Şarlottanm özünün 

Darsi  ilə  tanışlığı  bu  barədə  ona  əminliklə  mühakimə 

yürütmək  imkanı  vermirdi.  Əlbəttə,  o  bu  dəyişikliyi 

Darsinin  onun  rəfiqəsinə  vurulması  kimi  izah  etməyə 

qarşı deyildi və hər vasitə ilə buna əmin olmağa çalışırdı. 

Onlar  Rozinqsi  ziyarət  edərkən  və  ya  Darsi  Hansforda 

gələrkən  Şarlotta  onu  diqqətlə  izləyirdi,  ancaq  o, 

müşahidələrində  hər  hansı  bir  uğur  əldə  etməmişdi. 

Şübhəsiz ki, Darsi Elizabetə tez-tez nəzər yetirirdi, ancaq 

bu  zaman  onun  sifətinin  ifadəsini  müxtəlif  cür  yozmaq 

olardı. Bu baxışlar sürəkli və ciddi idi, ancaq Şarlotta tez-

tez  şübhələnirdi  ki,  onlarda  nəsə  bir  duyğu  gizlənir. 

Hərdən ona, sadəcə, elə gəlirdi ki, Darsi onun rəfiqəsinə 

baxa-baxa, nəsə başqa bir şey haqqında düşünür. 

O, bir-iki dəfə Darsinin mümkün sevgisi ilə bağlı öz 

təxminlərini  Elizabetlə  bölüşməyə  cəhd  göstərdi,  ancaq 

qız  bunu  zarafata  saldı.  Şarlotta  sonu  məyusluqla  bitən 

əbəs ümidlər doğura biləcəyindən çəkinərək bundan artıq 

israr  etməyi  mümkün  saymadı.  O,  əslində  zərrə  qədər 

şübhə  etmirdi  ki,  rəfiqəsinin  mister  Darsiyə  bəslədiyi 

downloaded from KitabYurdu.org



247 

 

nifrət,  qızın  onu  öz  gücünün  əhatə  dairəsində  təsəvvür 



edəcəyi halda yox olardı. 

Rəfiqəsinə  hər  cür  xeyirxahlıq  arzu  edən  Şarlotta 

hərdən  onunla  polkovnik  Fitsuilyamm  nikahı  barədə 

düşüncələrə qapılırdı. Bu, şəkkşübhəsiz xoş bir adam idi. 

Elizabet açıq- aşkar onun xoşuna gəlirdi və o, cəmiyyətdə 

əla mövqeyə sahib idi. Fəqət bu üstünlüyə tarazlıq olaraq, 

Darsi bir çox kilsə camiələrinin patronu idisə, onun xalası 

oğlunun sərəncamında bir kilsə belə yoxdu. 

FƏSİL 


Parkda dolaşarkən Elizabet bir neçə dəfə gözlənilmədən 

mister  Darsi  ilə  qarşılaşmışdı.  Parkın,  onun  indiyədək 

görmədiyi  hissəsində  baş  tutan  ilk  görüşü  o,  uğursuz 

təsadüflə izah edirdi. Gələcəkdə belə anlaşılmazlıqlardan 

qaçmaq  üçün  Elizabet  ona  eyham  etdi  ki,  gəzinti  üçün 

həmişə  bu  yeri  seçir.  Bu  sayaq  görüşlərin  hansı  şəkildə 

təkrarlanması  tamamilə  anlaşılmaz  idi.  Bununla  belə, 

Darsi onun yolunun üstündə ikinci, hətta üçüncü dəfə də 

peyda  oldu.  Düşünmək  olardı  ki,  o  bunu  onun  acığına 

edir,  ya  da  özünə  iztirab  verməklə  məşğuldur.  Çünki  o, 

qızı  görən  kimi  bir  neçə  ümumi  ifadə  işlətdikdən  və 

naqolay  pauzadan  sonra  uzaqlaşmaq  əvəzinə  öz 

cığırından çıxmağı və onunla yanaşı getməyi zəruri hesab 

edirdi.  Darsi  həmişə  az  danışırdı,  -  Elizabet  də  söhbət 

üçün mövzu axtarışıyla özünü yormurdu. Ancaq üçüncü 

görüş zamanı qız onun qəribə, rabitəsiz suallar verdiyinə 

diqqət  yetirdi.  Darsi  ondan  Hansforddan  xoşu  gəlib-

gəlmədiyini, təklikdə gəzməyi sevib- 

downloaded from KitabYurdu.org


248 

 

sevmədiyini,  mister  və  missis  Kollinzlərin  ailə  səadəti 



barədə nə düşündüyünü soruşurdu. O, Rozinqs və bu ev 

barədə  onda,  yəqin  ki,  tamamilə  yanlış  təsəvvürlərin 

formalaşmış  olduğundan  danışırdı,  sanki  ehtimal 

yürüdürdü  ki,  qızın  növbəti  ziyarətində  Kentdə  qalması 

lazım  gələcək.  Onun  sözlərində  sanki  bu  nəzərdə 

tutulurdu. Doğrudanmı o, polkovnik Fitsuilyama  eyham 

edirdi?  Elizabetə  elə  gəlirdi  ki,  o,  gerçəkdən  də  nəyisə 

nəzərdə tuturdusa, iş buna doğru əyilməkdədir. O özünü 

incidilmiş  hiss  edərək,  nəhayət,  keşiş  evinin 

yaxınlığındakı  bağ  darvazasının  qarşısına  çatdığına 

sevindi. 

Bir  dəfə  gəzinti  zamanı  Elizabet  Ceynin  sonuncu 

məktubunu  oxuyaraq,  bacısının  kədərinin  xüsusilə 

gücləndiyini  əks  etdirən  sətirlər  üzərində  düşünərkən, 

yenidən  yaxınlaşan  addım  səslərinə  səksəndi.  Ancaq 

baxışlarını qaldırdıqda Darsinin əvəzinə ona doğru gələn 

polkovnik  Fitsuilyamı  gördü.  Tez-tələsik  məktubu 

gizlədən  və  özünü  gülümsəməyə  məcbur  edən  Elizabet 

səsləndi: 

— Düşünməzdim ki, sizi bu yerlərdə görə bilərəm! 

— İldə bir dəfə mən adətən bütün parkı 

dolaşıram,  —  polkovnik  cavab  verdi.  —  İndi  isə 

Hansforda baş çəkmək istəyirəm. Sizin yolunuz uzağadır? 

— Yox, elə mən də artıq geri dönməyə hazırlaşırdım, 

—  Elizabet  cavab  verdi  və  gerçəkdən  də  geri  dönərək 

onunla birlikdə keşişin evinə doğru yönəldi. 

— Siz şənbə günü doğrudan da getmək istəyirsiniz? — 

downloaded from KitabYurdu.org



249 

 

Elizabet soruşdu. 



— Bəli, əgər Darsi yenə də gedişimizi təxirə salmasa. 

Mən  ona  uyğunlaşmağa  məcburam.  O  isə  öz  kefinin 

quludur. 

— O,  kefcil  cənab  olaraq,  ətrafdakıları  özünə  tabe 

etməkdən  həzz  alır?  Mən  hələ  indiyədək  elə  bir  insanla 

rastlaşmamışam  ki,  o,  mister  Darsidən  artıq  həmişə  öz 

mülahizələrinə  uyğun  hərəkət  etmək  haqqını  dəyərli 

saysın. 


— Bəli,  o  öz  taleyini  özü  idarə  etmək  istəyir,  — 

polkovnik Fitsuilyam cavab verdi. — Ancaq bu, hər kəsə 

xasdır.  Darsinin  fərqi  ondadır  ki,  onun  bu  istəyi 

gerçəkləşdirmək  imkanı  çoxdur.  Bir  çox  başqalarının 

kasıb olduğu vaxt o, kifayət qədər zəngindir. Mən bunu 

həddindən artıq yaxşı bilirəm. Kiçik oğul 

müstəqil  olmağa  və  hər  addımda  özünü  nələrdənsə 

saxlamağa alışmalıdır. 

— Mənə isə elə gəlirdi ki, qrafın kiçik oğluna nə bu, 

nə də digəri tanış deyil. Düzünü deyin, siz çoxmu asılılıq 

və  məhrumiyyət  çəkmisiniz?  Məgər  pulsuzluq  üzündən 

nə  vaxtsa  nəzərdə  tutduğunuz  səyahətə  yollanmağınız, 

yaxud  əldə  etmək  istədiyiniz  şeyi  almağınız  mümkün 

olmayıb? 

— Bütün bunlar ailə həyatına aiddir. Ola bilər, mənim 

bu  sayaq  çətinliklər  yaşadığımı  iddia  etmək  haqqım 

yoxdur.  Ancaq  daha  mühüm  işlərdə  vəsait  çatışmazlığı 

ciddi  məyusluqlar  yarada  bilər.  Məsələn,  kiçik  oğullar 

xoşlarına gələn qızla evlənə bilməzlər. 

downloaded from KitabYurdu.org



250 

 

— Yalnız kifayət qədər zəngin varis onların ürəyincə 



olmasa, düşünürəm ki, bu iş adətən onların da başına gəlir. 

— Təmtəraqlı  yaşamaq  vərdişi  bizi  puldan  həddən 

artıq asılı edir. Çevrəmdə olan insanlar arasında gələcəkdə 

əldə edəcəyi vəsait barəsində düşünmədən nikaha girməyi 

özünə rəva görən cürətlilər o qədər də çox deyil. 

“Doğrudanmı bu sözlər mənə ünvanlanıb?” - Elizabet 

qızararaq  düşündü.  Ancaq  özünü  ələ  alaraq,  gülə-gülə 

dedi: 


— Ancaq  deyin,  Allah  xatirinə,  indi  qrafın  kiçik 

oğulları  nə  qədərdir?  Əgər  böyük  oğul  can  vermirsə, 

güman  edirəm,  kiçiyin  sərvəti  güc-bəla  əlli  mindən  çox 

olar? 


O,  eyni  ruhda  cavab  verdi  və  söhbət  kəsildi.  İfadə 

edilmiş eyhamın təsiri kimi qələmə verilə biləcək sükutu 

pozmaq üçün Elizabet dedi: 

— Mənə elə gəlir ki, bibiniz oğlu sizi əsasən ona görə 

özüylə gətirib ki, kiməsə göstəriş verə bilsin. Ancaq başa 

düşmürəm, o, nə üçün evlənmir və özünü bu kimi daimi 

rahatlıqla  təmin  etmir.  Ancaq  mümkündür  ki,  bu 

məqsəddən  ötrü  hələlik  bacısı  münasibdir.  Mister  Darsi 

onun yeganə himayədarıdır və kefi istədiyi kimi ona əmr 

etmək haqqına sahibdir. 

— Xeyr,  —  polkovnik  Fitsuilyam  dedi,  —  o  bu 

imtiyazı mənimlə bölməli olur. Miss Darsinin taleyi üçün 

məsuliyyət onun qədər mənim də üzərimə düşür. 

— Doğrudanmı? Yaxşı, bəs siz öz vəzifənizi necə icra 

edirsiniz?  O,  çoxmu  narahatlıq  yaradır?  Onun  yaşında 

downloaded from KitabYurdu.org



251 

 

olan 



gənc qızlara böyüklük etmək hərdən çox çətin olur. Hələ 

onda  əsl  Darsi  xisləti  varsa,  o,  tamamən  öz  bildiyi  kimi 

hərəkət etmək istəyə bilər. 

Bunları ifadə edərkən Elizabet fərq etdi ki, polkovnik 

ona çox diqqətlə baxır. Polkovnikin ondan nəyə görə miss 

Darsinin narahatlıq törətməyə qadir olduğunu düşündüyü 

barədə  ciddiyyətlə  soruşması  təsdiqlədi  ki,  Elizabetin 

təxminləri  həqiqətdən  uzaq  deyil.  Elizabet  gecikmədən 

cavab verdi: 

— Narahat olmaya bilərsiniz — onun barəsində pis bir 

şey eşitməmişəm. Hərçənd hər hansı qız barədə çətin ki, 

miss  Darsi  qədər  çox  danışılmadığını  hesab  etməkdə 

haqlıyam.  Onu  həddən  artıq  çox  sevən  iki  xanım 

tanıyıram — missis Hörst və missis Binqli. Deyəsən, siz 

onlarla rastlaşdığınızı demişdiniz? 

— Mən  onlarla  bir  az  tanışam.  Onlann  qardaşı 

Darsinin böyük dostudur, yaxşı bir gəncdir. 

— Hə, — Elizabet qaşqabaqlı halda dilləndi. — Mister 

Darsi  mister  Binqliyə  münasibətdə  qeyri-adi  şəkildə 

lütfkardı və onun qayğısına çox qalır. 

— Qayğısına çox qalır? Lap yaxşı, mən də gerçəkdən 

düşünürəm  ki,  Binqlinin  ehtiyacı  olanda  Darsi  onun 

qayğısını  pis  çəkməyib.  Kentə  gəldiyimiz  vaxt  yolda 

Darsinin onun barəsində dediyi bir neçə sözdən belə başa 

düşdüm  ki,  dostu  onun  qarşısında  xeyli  borcludur.  Yeri 

gəlmişkən, deyəsən, mən Darsidən üzr istəməli olacağam, 

çünki  söhbətin  Binqlidən  getdiyini  həqiqətən  bilmirəm. 

downloaded from KitabYurdu.org



252 

 

Bu, yalnız mənim ehtimallarımdır. 



— 

Siz nəyi nəzərdə tutursunuz? 

— Darsinin  cəmiyyətin  bilməyini  istəmədiyi  bir 

durum  var.  Bu,  bir  xanımın  ailəsinə  gedib  çata  bilər  və 

olduqca xoşagəlməz hal yaranar. 

— 

Arxayın olun, mən o barədə danışmaram. 



— Onu da unutmayın ki, ola bilər, o, heç də Binqlini 

nəzərdə tutmayıb. O, yalnız onu dedi ki, dostunu ağılsız 

evliliklə  bağlı  xoşagəlməzlikdən  qurtardığı  üçün  özünü 

təbrik edə bilər. Ancaq nə adlar çəkdi, nə də mən ondan 

hər  hansı  bir  təfərrüat  eşitdim.  Bu  qənaətə  gəldim  ki, 

məsələ Binqliyə aiddir, yalnız 

ona  görə  ki,  məncə,  o  bu  duruma  düşə  bilər.  Üstəlik, 

Darsiylə onlar ötən yayı birgə keçiriblər. 

— Bəs  mister  Darsi  onu  dostunun  işinə  qarışmağa 

vadar edən səbəblərdən danışdımı? 

— Belə başa düşdüm ki, qız ciddi narazılıq yaradıb. 

— Bəs dayınız oğlu onlan hansı yolla ayıra bilib? 

— O  bu  barədə  danışmadı,  —  Fitsuilyam 

gülümsəyərək  dedi.  —  Mənə  məlum  olan  hər  şeyi  sizə 

danışdım. 

Elizabet heç bir cavab vermədi. Onun qəlbində hiddət 

qaynayırdı. Bir qədər gözləyəndən sonra Fitsuilyam onun 

fikrə dalmasınm səbəbi ilə maraqlandı. 

— İndicə öyrəndiklərim barədə düşünürəm, — cavab 

verdi.  —  Dayınız  oğlunun  hərəkəti  mənə  elə  də  xoş 

gəlmədi. O kimdir ki, özünü hakim sayır? 

— Sizcə, onun müdaxiləsi nəzakətsizlik olub? 

downloaded from KitabYurdu.org


253 

 

— Mən, sadəcə, başa düşmürəm ki, mister Darsi hansı 



haqla  dostunun  sevdasının  ağıllı  və  ya  ağılsız  olduğuna 

dair qərar verir. O, necə təkbaşına mühakimə yürüdə bilər 

ki,  Binqli  öz  səadətini  kiminlə  tapacaq.  Fəqət,  —  o, 

ayılaraq əlavə etdi, 

— bir  halda  ki  biz  təfərrüatı  bilmirik,  onu  qınamaq 

haqqımız  yoxdur.  Yəqin  ki,  hər  iki  tərəfdən  bağlılıq  o 

qədər də dərin deyilmiş. 

— Tamamilə ağıllı ehtimaldır! — Fitsuilyam səsləndi. 

— Hərçənd  onun  xidmətinin  qiyməti  üçün  o  qədər  də 

böyük tərif deyil. 

Bu sözlər zarafatla deyilmişdi. Ancaq bu zarafat onun 

mister Darsi barədə təsəvvürü ilə o qədər uyğun gəlirdi ki, 

Elizabet  öz  təmkininə  güvənməyərək  ona  cavab 

verməkdən çəkindi. O, söhbəti təsadüfi mövzuya çevirdi 

və  düz  keşiş  evinin  qapısına  qədər  davam  etdirdi. 

Fitsuilyamın  getməsindən  sonra  öz  otağına  qapanan 

Elizabet  gəzinti  zamanı  eşitdiklərini  heç  bir  maneə 

olmadan düşünə bildi. Güman etmək çətin idi ki, söhbət 

ona  yaxın  adamlardan  getmir.  Dünyada  mister  Darsinin 

bu  qədər  hüdudsuz  təsiri  altında  olan  ikinci  bir  şəxs 

mövcud  ola  bilməzdi.  O,  Binqli  və  Ceynin  ayrılmasına 

səbəb  olan  hadisələrdə  onun  iştirakının  olduğundan 

əvvəllər də şübhələnmişdi. Ancaq Elizabet bu hadisələrdə 

rəhbərliyi və başlıca rolu həmişə miss Binqlinin ayağına 

yazırdı. Heç demə

Darsini  öz  şöhrətpərəstliyi  yanıltmırdısa,  məhz  o,  onun 

təkəbbürü və mənəm-mənəmliyi Ceynin bütün keçmiş və 

downloaded from KitabYurdu.org



254 

 

gələcək dərdlərinin səbəbi imiş. Bir başqası yox, məhz o, 



dünyadakı ən zərif və nəcib qəlbi yaxınlığındakı səadətə 

hər cür ümiddən məhrum edib. Təxmin etmək çətin idi ki, 

onun aldığı qəlb yarası neçə müddətə sağalacaq. 

“Qız ciddi etirazlar doğururdu!” - polkovnik demişdi. 

Görünür,  bu  ciddi  etirazlar  qızın  dayılarından  birinin 

əyalət  vəkili,  digərinin  isə  londonlu  tacir  olmasından 

ibarət imiş. 

—  Ceynin  özünə  qarşı  heç  kəs  nəsə  bir  etiraz 

bildirməyə cəsarət etməzdi! — Elizabet səsləndi. — Onda 

bu qədər gözəllik və füsunkarlıq var! O bu qədər ağıllıdır 

və  özünü  təmkinli  saxlamağı  çox  yaxşı  bacarır!  Atamız 

barədə də heç nə demək olmazdı. Onun bütün qəribəliyi 

ilə yanaşı, hətta mister Darsi də onun sağlam düşüncəsini, 

yüksək  dürüstlüyünü  inkar  edə  bilmirdi.  Darsinin  özü, 

yəqin ki, heç vaxt belə dürüst ola bilməyəcək! 

Anası barədə xatırlayan Elizabet özünü daha az əmin 

hiss etdi. Ancaq o, yenə də missis Bennetin qüsurlarının 

Darsiyə 


ciddi  toxunduğuna  dair  fikri  özünə  yaxın  buraxmadı. 

Darsinin  qüruru,  görünür,  dostunun  uyğun  olmayan 

çevrədən  olan  insanlarla  qohumluğundan  daha  bərk 

iztirab  çəkərmiş,  nəinki  dar  düşüncəli  insanlarla.  O, 

yavaş-yavaş özünü inandırdı ki, Darsinin bu hərəkəti onun 

ifrat  yekəxanalığmdan  və  bacısını  Binqliyə  ərə  vermək 

arzusundan doğub. 

Elizabetin  keçirdiyi  qəlb  sarsıntısı  göz  yaşlarına  və 

baş  ağrısına  səbəb  oldu.  Axşama  doğru  ağrı  daha  da 

downloaded from KitabYurdu.org



255 

 

şiddətləndi.  Bu  durum,  eləcə  də  Darsi  ilə  görüşmək 



istəməməsi  onu  Kollinzlərin  çay  içməyə  dəvət 

olunduqları  Rozinqs  ziyarətindən  imtinaya  məcbur  etdi. 

Rəfiqəsinin  doğrudan  da  naxoş  olduğunu  görən  missis 

Kollinz  israr  etmədi  və  imkanı  yetdiyi  qədər  onu  ərinin 

zəhlətökən  sorğu-suallarından  qorudu.  Lakin  mister 

Kollinz  deyinməkdən  çəkinmədi  ki,  Elizabetin  yoxluğu 

ledi Ketrində narazılıq doğura bilər. 

XI 


FƏSİL 

Onlar  getdikdən  sonra  Elizabet  sanki  özünü  mister 

Darsiyə  qarşı  daha  da  qızışdırmaq  istəyərək,  Ceyndən 

Kentdə aldığı məktubu yenidən oxudu. Məktubda birbaşa 

şikayət  yox  idi.  Bacısı  yaxın  keçmişin  hadisələrini 

xatırlamırdı  və  özünün  indiki  yaşantıları  barədə  heç  nə 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin