Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

boşdur və heç də ona görə yox ki, bu mənə daha çox sərf 

edirdi.  Mən  belə  nəticəyə  qərəzsiz  gəlmişdim  və  elə  o 

qədər  də  səmimi  olai'aq  onun  təsdiqlənməsini  arzu 

edirdim.  Nikaha  qarşı  ehtimal  olunan  dəlillər  dünən 

məsələ özümə aid olanda onları dəf edən 

sevgidən 

danışarkəTi 

Sizə 

gətii'diklərimlə 



məhdudlaşmırdı. Mənşə  qeyri-bərabərliyi mənə nisbətən 

dostum üçün daha az rol oynayırdı. Ancaq başqa əngəllər 

də  vardı.  O  əngəllər  indi  də  mövcuddur.  Onlar  eyni 

dərəcədə mənə və dostuma aiddir, ancaq mən onların son 

vaxtlar  diqqətimi  cəlb  etməməsindən  yararlanaraq  göz 

yummağa cəhd etdim. Yenə də bu əngəllər barədə qısaca 

downloaded from KitabYurdu.org


269 

 

qeyd  etməliyəm.  Sizin  ananız  tərəfindən  aşağı  ictimai 



mövqeyiniz missis Bennetin və Sizin üç kiçik bacınızın, 

bəzən isə hətta atanızın tərəfindən tez-tez yol verilən tanı 

ədəbsizliklə müqayisədə o qədər də mühüm deyil. Məni 

bağışlayın,  yenidən  Sizin  xətrinizə  bərk  dəymək  mənə 

ağırdır.  Ancaq  Sizin  yaxınlarınızın  zəifliklərinə  təəssüf 

edərək  və  mənim  onlar  haqqında  bu  məktubda 

danışdığıma  görə  mənə  acıqlanaraq,  özünüzü  belə  bir 

fikirlə ovundurmağa çalışın ki, Siz özünüz, eləcə də Sizin 

böyük  bacınız  bu  tipdən  olan  ən  cüzi  quıağa  da  layiq 

deyilsiniz və öz davranışınızla həmişə Sizə məxsus zövq 

və zəka nümayiş etdirirsiniz. Əlavə etmək qalır ki, həmin 

axşam Nezerfilddə baş verənlər oi'adakı insanlar barədə 

mənim qəti qənaətə gəlməyimə imkan verdi və məni 

buna əvvəl hazır olduğumdan daha hərarətlə dostumu bu 

cür,  mənim  baxışımdan,  uğursuz  evlilikdən  qorumağa 

sövq etdi. Ei'təsi gün o, şübhəsiz ki, Sizin də xatırladığınız 

kimi, tezliklə qayıtmaq üçün Nezerfilddən Londona getdi. 

İndi  mən  Sizə  bu  əhvalatdakı  rolum  barədə 

danışmalıyam.  Mənim  kimi,  onun  bacıları  da 

əndişələnmişdilər. Bizim baxışlarımızın üst-üstə düşməsi 

kifayət  qədər  sürətlə  aydınlaşdı.  Mister  Binqliyə  təsir 

göstərmək  zərurətinin  bizdə  təxirəsalınmaz  tədbirlər 

görməyi tələb etdiyinə bərabər dərəcədə əmin olaraq biz 

tezliklə onun arxasınca Londona getməyi qərara aldıq. Biz 

şəhərə  yollandıq  və  orada  mən  onun  gözünü  etdiyi 

seçimin  bütün  mənfi  tərəflərinə  açmağa  çalışdım.  Mən 

onları təsvir etdim və bütün ciddiliyini vurğuladım. Ancaq 

downloaded from KitabYurdu.org



270 

 

mənim  nəsihətlərim  onun  qərarlığuıı  bir  qədər  sarsıda 



bilsə  də  və  onun  ilkin  niyyətinin  həyata  keçməsini  bir 

müddət  ləngitsə  də,  mən  yenə  də  düşünmürəm  ki,  onlar 

axırda onun evliliyinin qarşısını ala bilərdi. Bunun ardınca 

mən  tərəddüdsüz  olai'aq  Binqlini  Sizin  bacınızın  ona 

etinasızlığına inandırmağı qərara aldun. Bu 

dəlillərin  qarşısında  o  inanırdı  ki,  Ceyn  ona,  onun  öz 

hisslərinə  bərabər  dərəcədə  olmasa  da,  səmimi  hisslərlə 

cavab  verir.  Ancaq  dostumda  fitri  təvazökarlıq  var  və  o 

mənim  mühakimələrimə  özününkülərdən  daha  çox 

etimad  göstərir.  Ona  aldandığını  sübut  etmək  buna  görə 

çətin  deyildi.  Bununla  razılaşan  kimi  onu  Hartfördşirə 

qayıtmamağa inandırmaq bir dəqiqənin işi idi. Bu vaxta 

qədər  etdiyim  hər  şeyə  görə  özümü  mühakimə  edə 

bilmərəm. Bu hadisədə mən yalnız bir hərəkətim barədə 

narazılıqla xatırlayıram. Miss Bennetin Londona gəldiyini 

Binqlidən gizlətmək üçün xırda bir hiyləgərliyə əl atmaq 

lazını  gəldi.  Onun  gəlişi  barədə  mən  və  miss  Binqli 

bilirdik.  Onun  özünün  hələ  də  bu  barədə  zərrə  qədər 

təsəvvürü  yoxdur.  Mümkündür  ki,  onlar  arzuolunmaz 

nəticələr  olmadan  görüşə  bilərdilər.  Ancaq  mən 

qorxurdum  ki,  Binqli  hələ  kifayət  qədər  öz  duyğularını 

dəf etməyib və əgər o, qızı görərsə, onlar yeni qüvvə ilə 

alovlana  bilər.  Ola  bilər,  mən  bu  aldatmada  iştirak 

etməməliydim. Ancaq iş ai'tıq görülmüşdü, həm də yaxşı 

niyyətlərlə. Mən bu barədə hər şeyi dedim və öz bəraətim 

üçün heç nə əlavə edə bilmərəm. Əgər 

bacınızı incitmişəmsə, buna bilərəkdən yol verməmişəm 

downloaded from KitabYurdu.org



271 

 

Bir də əgər əldə rəhbər tutduğum motivlər Sizə inandırıcı 



görünməyəcəksə, nəyə görə onları inkar etməli olduğumu 

görmürəm. 

İkinci,  daha  ağır  ittihama,  mister  Uikhemə  zərər 

vurmağıma  gəlincə,  mən  Sizə  onun  bizim  ailə  əlaqələri 

barədə  danışaraq  özümə  haqq  qazandıra  bilərəm.  Onun 

məni  məhz  nədə  ittiham  etdiyi  məlum  deyil.  Ancaq 

mənim  Sizə  indi  verəcəyim  məlumatların  mötəbərliyi 

dürüstlüklərinə şübhə edilməsi mümkün olmayan bir neçə 

şahid tərəfindən təsdiqlənə bilər. 

Mister  Uikhem  Pemberli  malikanəsinin  təsərrüfatını 

uzun illər ərzində idarə edən hörmətli bir adamın oğludur. 

Onun  atasının  öz  vəzifə  borclarını  yerinə  yetirərkən 

nümunəvi  davranışı,  təbii  olaraq,  mənim  atamı  onu 

mükafatlandırmaq barədə qayğılanmağa vadar etmişdi. O, 

öz  xeyirxahlığını  atamın  təhkimlisi  olan  Corc  Uikhemə 

yönəltmişdi.  Atam  əvvəlcə  məktəbdə,  daha  sonra  isə 

Kembricdə  onun  təhsil  haqqını  ödəmişdi.  Bu  yai'dım 

xüsusilə əhəmiyyətli idi, çünki 

böyük  Uikhem  öz  arvadının  israfçılığı  üzündən  ehtiyac 

içində  donub  qalırdı  və  oğlunu  savadlı  adanı  kimi 

böyütmək  imkanında  deyildi.  Mister  Darsi  təkcə 

maneraları cəlbedici gənclə söhbətləşməyi sevmirdi, həm 

də haqqında  yüksək fikirdəydi və  onun ruhani  karyerası 

qazanacağına  iinıid  edərək,  bu  sahədə  irəliləməsinə 

kömək etmək istəyirdi. Mənim özümə gəlincə, ona başqa 

nəzərlərlə  baxmağa  başladığını  vaxtdan  artıq  xeyli  illər 

keçib. Onun hətta ən yaxuı dostlarından belə gizlətdiyi pis 

downloaded from KitabYurdu.org



272 

 

təmayülləri  və  minnətdarlıq  hissinin  olmaması  onunla 



təxminən eyni yaşda olan, üstəlik, atamdan fərqli olaraq, 

kiçik  Uikhemi  özü  kimi  olduğu  dəqiqələrdə  müşahidə 

etmək  imkanında  olan  insanın  nəzərlərindən  yayma 

bilməzdi.  İndi  mən  yenidən  Sizin  xətrinizə  dəyməyə 

məcburam  -  nə  qədər  şiddətli  olduğunu  deyə  bilmərəm. 

Ancaq Siz mister Uikhemə hansı duyğular bəsləsəniz də, 

onların  səciyyəsi  haqqında  ehtimallar  mənə  onun  əsl 

simasını Sizin qarşınızda açmağıma mane olmur, əksinə, 

bu, məni ona daha da vadar edir. Mənim unudulmaz atam 

təxminən beş il əvvəl vəfat etdi. Onun mister Uikhemə 

bağlılığı  həyatının  son  gününə qədər elə  güclü  qalmışdı 

ki,  öz  vəsiyyətnaməsində  mənə  bu  gənc  insanın 

gələcəyinin qayğısına qalmaq, ona seçdiyi həyat yolunda 

ən  əlverişli  şəraiti  yaratmaq,  ruhani  olacağı  təqdirdə 

münasib  kilsə  boşalan  kimi  ona  təhkim  etmək  barədə 

xüsusi səlahiyyət  vermişdi.  Bundan başqa, ona min funt 

vəsiyyət olunmuşdu. Uikhemin atası mənim atamdan bir 

az  çox  yaşadı.  Yarım  ildən  soni'a  mister  Uikhem  mənə 

ruhani  rütbəsindən  imtina  etdiyinə  qəti  qərar  verdiyi 

barədə məktub yazdı. Bununla yanaşı, o, güman edirdi ki, 

bu halda itirmiş olduğu onu gözləyən imtiyazların əvəzinə 

müavinət  almaq  ümidi  mənə  əsassız  görünməyəcək. 

Sözlərinə  görə,  o,  hüquqşünaslıq  öyrənmək  həvəsinə 

düşüb,  mən  isə,  əlbəttə,  min  funtun  bunun  üçün kifayət 

etməyəcəyini  başa  düşməyə  bilmərəm.  Mən  onun 

niyyətinin səmimiyyətinə inanmağı çox istəyirdim, ancaq 

deyə  bilmərəm  ki,  bu  mənə  tam  müyəssər  oldu.  Buna 

downloaded from KitabYurdu.org



273 

 

baxmayaraq,  onun  təklifi  ilə  dərhal  razılaşdım,  çünki 



mister  Uikhemin  ruhani  roluna  nə  dərəcədə  münasib 

gəlmədiyini  yaxşı  başa  düşürdüm.  Beləliklə,  məsələ 

tezliklə yoluna 

qoyuldu: o, ruhani karyei'asuıda hər cür köynəkdən, hətta 

gələcəkdə zərurət  yarandığı  təqdirdə də belə bir  yardınu 

qəbul etməkdən imtina etdi və əvəzində üç min funt aldı. 

Belə görünürdü ki, bununla da bizim aramızda hər hansı 

bir əlaqə kəsilib. Mən onun haqqında elə pis fikirdə idim 

ki,  onu  Pemberliyə  dəvət  etmək,  yaxud  da  Londonda 

axtarıb 


onunla 

görüşmək 

fikrində 

deyildim. 

Ehtimallarıma  görə,  o,  əsasən  Londonda  yaşayıb, 

hüquqşiınaslıq  oxumaq  isə  onun  üçün  yalnız  bəhanə 

olaraq qalıb. Qarşısını heç nə kəsməyən Uikhem boş və 

yava həyat tərzi keçirib. Üç il ərzində mən onun haqqında, 

demək  olar  ki,  heç  nə  eşitmədim.  Ancaq  əvvəllər  onun 

üçün  nəzərdə  tutulmuş  kilsənin  rahibi  vəfat  edəndə  o, 

məktub yazaraq həmin kilsəni ona təhkim etməyimi xahiş 

etdi. O məlumat verirdi ki, bərk ehtiyac içindədir və buna 

inanmaq çətin deyildi. Hüquqşiınaslıq oxumaq ona heç nə 

verməmişdi  və  deyirdi  ki,  kilsəni  ona  təhkim  edəcəyim 

təqdirdə qəti şəkildə ruhani rütbəsini qəbul etmək qərarına 

gəlib.  O  bunun  belə  olacağına  zərrə  qədər  də  şübhə 

etmirdi.  Çünki  yaxşı  bilirdi  ki,  mənim  ondan  başqa 

qayğısını çəkəcəyim heç kəs yoxdur və 

mən möhtərəm valideynimin vəsiyyətini unuda bilmərəm. 

Siz  çətin  ki,  məni  onun  xahişini  yerinə  yetirməməkdə, 

eləcə  də  sonrakı  bu  sayaq  iddialarını  rədd  etməkdə 

downloaded from KitabYurdu.org



274 

 

mühakimə  edərsiniz.  Onun  narazılığı  yoxsul  vəziyyətdə 



olması  ilə  uyğun  idi  və  mənə  qai'şı  qınaqlarını  özümə 

dediyi kimi, ətrafdakıların yanında da məni pisləməkdən 

zərrə qədər utanıb-sıxılmırdı. O vaxtdan bizim aramızda 

hər hansı yaxınlığa son qoyuldu. Onun həyatı necə keçdi 

- mənə məlum deyil. Ancaq ötən yay yenə də xoşagəlməz 

bir şəkildə mənə öz mövcudluğunu xatırlatdı. 

Bui'ada mən yaddaşımdan silib çıxarmaq istədiyim bir 

duruma  toxunmaq  istəyirəm.  Yalnız  məni  bu  məktubu 

Sizə yazmağa sövq edən olduqca ciddi səbəb üzündən bu 

barədə  kiməsə  danışmaq  qərarına  gəldim.  Bunu  sizə 

deyərkən  şübhə  etmirəm  ki,  Siz  onu  həmişəlik  sirr  kimi 

saxlayacaqsınız.  Məndən  on  yaş  kiçik  bacım  üzərində 

qəyyumluq  mənimlə  anamın  bacısı  oğlu  polkovnik 

Fitsuilyam  arasında  bölünüb.  Təxminən  bir  il  əvvəl 

bacum  məktəbdən  çıxardıq  və  onu  əvvəlcə  Londonda, 

ötən yay isə ona baxan xanunla birlikdə 

Remsqeytdə  yerləşdirdik.  Məhz  or'adcı  şübhəsiz  ki,  pis 

niyyətlə  mister  Uikhem  də  məskımlaşıb.  Çünki 

soTircıdcm  aşkarlandı  ki,  xasiyyəti  sarıdan  olduqca 

möhkəm  yanıldığımız  missis  Yanq  onu  xeyli  əvvəldən 

tanıyırmış. Bu qadının göz yumması ilə o özünü, hələ uşaq 

vaxtından  incə  qəlbində  ona  qai'şı  bağlılıq  yaranmış 

Corcianaya sevdirə bilmişdi ki, qız özünü vurulmuş zənn 

edərək onunla qaçmağa razılaşmışdı. O zaman qızın cəmi 

on beş yaşı vardı - bu, ona bəraət qazandıra bilər. Onun 

yüngülməcazhğuu 

etiraf 

edərək, 


əlavə 

etməyə 


məmnunam  ki,  hazırlanmaqda  olan  qaçış  barədə 

downloaded from KitabYurdu.org



275 

 

məlumata  görə  Corciananuı  özünə  minnətdaram.  Mən 



qaçış üçün təyin olunmuş vaxta bir, ya iki dəqiqə qalnuş 

gözlənilmədən onun yanuıa gəldim və o zaman Corciana, 

demək  olar  ki,  atası  kimi  baxdığı  qardaşını  məyus  və 

təhqir etmək iqtidarında olmadığından hər şeyi etiraf etdi. 

Bu  zaman  nələr  yaşadığımı  və  necə  hərəkət  etdiyimi 

asanlıqla  təsəvvür  edə  bilərsiniz.  Bacımın  duyğuları  və 

təmiz adının qayğısı açıq ifşaya yol vermədi. Ancaq mən 

dərhal  mister  Uikhemə  məktub  yazdım  ki,  yubanmadan 

bu  yerləri  tərk  etsin.  Əlbəttə  ki,  mən  missis  Yanquı 

sonrakı 


xidmətlərindən də imtina etdim. Mister Uikhemi, söz yox 

ki, hər şeydən öncə bacınun otuz min funta bərabər olan 

cehizi maraqlandırırdı. Fəqət mən bu fikirdən də xilas ola 

bilmirəm  ki,  onun  həmçinin  məndən  öz  acığını  çıxmaq 

imkan  şiddətli  şəkildə  şirnikləndirib.  Gerçəkdən  də  o, 

məndən  son  dərəcə  ai'tıq  intiqam  alardı.  Bu  insanla  bizi 

bağlayan  münasibətlərin  bütün  doği'u  tarixçəsi  belədir, 

xanını.  Əgər  Siz  buna  azacıq  da  olsa  inanırsınızsa, 

ümidvaram  ki,  bundan  belə  məni  mister  Uikhemə  qarşı 

qəddarlıqda  ittiham  etməyəcəksiniz.  Mənə  məlum  deyil 

ki, hansı yalanın köməyi ilə o, Sizin rəğbətinizi qazanıb, 

ancaq  onun  uğuruna  bəlkə  də  təəccüblənməyə  dəyməz. 

Bizim hər birimiz barəsində heç bir məlumatınız olmadan 

onun yalanını tuta bilməzdiniz, şəkkaklıq isə təbiətinizdə 

yoxdur. 

Bəlkə də Sizə qəribə görünəcək ki, niyə bütün bunları 

dünən axşam danışmadını. Ancaq həmin vaxt o qədər də 

downloaded from KitabYurdu.org



276 

 

özümdə deyildim ki, bütün bui'ada izhar olunanları Sizin 



önünüzdə  açıb  deməyə  haqlı  olub-olmadığıma  qərar 

verim.  Sözlərimin  mötəbərliliyinipolkovnik  Fitsuilyam 

təsdiqləyə 

bilər. 


Bizim  qohumluğumuz  və  tajıı  qarşılıqlı 

səmimiyyətimiz,  eləcə  də  Corciana  üzərindəki  birgə 

qəyyumluğumuz  onu  labüd  şəkildə  bütün  hadisələrdən 

xəbərdar  edib.  Əgər  mənə  nifrətiniz  hər  bir  sözümü 

gözünüzdə  dəyərsiz  edirsə,  bu  cür  səbəb  Sizə  mənim 

xalanı  oğluna  inanmağa  mane  olmur.  Ondan  soruşmaq 

imkan  əldə  etməniz  üçün  bu  gün  səhər  çağı  ərzində  bu 

məktubu  Sizə  verməyin  yolunu  tapmağa  çalışacağam. 

Yalnız bunu əlavə edirəm: Tanrı Sizi qorusun! 

Fitsuilyam Dai'si” 

XIII 

FƏSİL 


Elizabet  bu  məktubda  onun  yenidən  evlilik  təklifi 

edəcəyini  heç  cür  düşünməsə  də,  hər  halda  ağlına 

gəlməzdi  ki,  mister  Darsi,  hələ  nə  barədəsə  yaza  bilər. 

Ona  görə  də  anlamaq  çətin  deyil  ki,  o,  məktubda  ifadə 

edilmiş  izahatı  necə  acgözlüklə  oxudu  və  bu  onun 

qəlbində hansı ziddiyyətli rəylər doğurdu. Bu dəqiqələrdə 

onun  duyğulan  çətin  ki,  dəqiq  müəyyənlik  tapa  bilərdi. 

Əvvəldə o, heyrətlə hesab etdi ki, Darsi öz hərəkətlərinə 

necəsə haqq qazandırmaq istəyir. Şübhə etmirdi ki, onun 

istənilən  dürüst,  ləyaqətli  adamın  etiraf  etməkdən 

utanmadığı  gerçək  səbəbləri  ola  bilməz.  Onun  deyə 

biləcəyi  hər  şeyə  qarşı  şiddətli  qərəzlə  yanaşan  Elizabet 

Darsinin  Nezerfilddə  baş  verənlər  barədəki  hekayətinə 

downloaded from KitabYurdu.org



277 

 

girişdi.  Sətir  ardınca  sətri  gözünə  təpərkən  göstərdiyi 



tələsiklik  çətin  ki,  artıq  oxuduğu  cümlənin  mənasına 

varmağa imkan verirdi, çünki o dərhal sonrakı cümlədə nə 

yazıldığını  bilmək  üçün  səbirsizlənirdi  və  beləcə 

əvvəlkinin  mənasını  qavramaya  bilmirdi.  Hər  şeydən 

öncə Darsinin 

Ceyndə  Binqliyə  münasibətdə  ciddi  qarşılıqlı  duyğu 

görmədiyi barədə iddiası ona qondarma göründü. Ehtimal 

olunan  birgəliyə  qarşı  tamam  real  və  ciddi  etirazlar 

siyahısı Elizabeti o qədər hiddətləndirdi ki, o, artıq onun 

sözlərini  ədalətlə  qiymətləndirmək  gücündə  deyildi.  O, 

olub-bitənlərə görə qızın ondan tələb etməyə haqqı çatdığı 

qədər  təəssüf  etmirdi.  Həm  də  sözləri  tövbə  yox, 

özündənrazılıq  ifadə  edirdi.  Bütün  məktub  yalnız 

təkəbbür və qürurun təzahüründən ibarət idi. 

Ancaq  onun  duyğulan  bu  hekayətdən  mister 

Uikhemin  əhvalatına  keçdikdə  daha  böyük  pozuqluğa 

uğradı və daha iztirabverici oldu. Bir qədər soyuq ağılla 

bu  hadisələr  barədə  oxudu  və  əgər  doğru-dürüst  nəql 

edilirdisə,  onlar  bu  gənc  barədə  hər  cür  xoş  mülahizəni 

tamamilə ləğv edirdi - eyni zamanda bu təsvir Uikhemin 

özü  tərəfindən  danışılan  əhvalatı  heyrətamiz  şəkildə 

xatırladırdı. Heyrət, inciklik, hətta xof onu çulğadı. “Bu 

yalandır! Ola bilməz! Çirkin yalan!”- deyə dayanmadan 

təkrar  edən  Elizabet  əvvəldən-axıra  hər  şeyi  yalan 

çıxarmağa  çalışdı.  Məktuba  tələsik  nəzər  salan  və 

sonuncu bir,  yaxud iki sətrin  məzmununu  dərk edən qız 

tez-tələsik vərəqləri 

downloaded from KitabYurdu.org



278 

 

qatladı, özünü ona fikir verməyə lüzum olmadığına və bir 



daha məktuba baxmayacağına inandırmaq istədi. 

Mənəvi  çaşqınlıq  içində  olan,  fikrini  cəmləməyi 

bacarmayan  Elizabet  bir  qədər  gəzmək  fikrinə  düşdü. 

Ancaq  bu,  ona  kömək  etmədi.  Yarım  dəqiqədən  sonra 

məktubu  yenidən  açdı  və  özünü  ələ  almağa  çalışaraq, 

Uikhemin  davranışını  ifşa  edən  yerini  yenidən  oxudu. 

Özünü ələ almağa elə müyəssər oldu ki, hər bir cümlənin 

mənasına  dala  bildi.  Bu  gəncin  Darsi  ailəsi  ilə 

münasibətlərinə dair məlumatlar Uikhemin sözləri ilə tam 

üst-üstə  düşürdü.  Hər  iki  versiyada  mərhum  mister 

Darsinin səxavəti barədə qeydlər də uyğun gəlirdi, ancaq 

Elizabet  əvvəllər  bilmirdi  ki,  bu  əliaçıqlıq  özünü  nə  ilə 

göstərib.  İndiyə  qədər  bir  hekayət  yalnız  digəri  ilə 

tamamlanırdı.  Ancaq  o,  vəsiyyətnamə  haqqında 

oxuduqda  hekayətlər  arasında  fərq  bariz  oldu.  Elizabet 

Uikhemin ona vəsiyyət olunan kilsə barədə dediyi sözləri 

yaxşı xatırlayırdı. O bu sözləri yaddaşında bərpa edərkən 

başa  düşməyə  bilməzdi  ki,  bu  iki  versiyadan  biri  qaba 

yalandan ibarətdir. İlk dəqiqələrdə Elizabet hələ də ümid 

edirdi  ki,  fəhmi  ona  düzgün  seçim  etməyi  diktə  edib. 

Ancaq o, Uikhemin 

kilsədən  danışıqsız  imtinası  və  onun  əvəzinə  üç  min 

manat həcmində xeyli müavinət almasının təfərrüatla nəql 

olunduğu yeri ən diqqətli şəkildə bir neçə dəfə oxuyaraq 

tərəddüd etməyə başladı. Məktuba baxmadan və tərəfsiz 

olmağa 


çalışaraq 

o, 


hər 

bir 


durumun 

həqiqətəuyğunluğunu  götür-qoy  etdi,  ancaq  bunun  bir 

downloaded from KitabYurdu.org


279 

 

köməyi  olmadı.  Hər  iki  tərəfdən  yalnız  çılpaq  iddialar 



vardı.  O,  məktubu  yenidən  oxuyası  oldu.  Hər  sətirdən 

sonra  ona  xeyli  aydın  oldu  ki,  mister  Darsinin  əvvəllər 

şərəfsizlikdən  başqa  adı  olmayan  rəftarı  birdən-birə  elə 

bir  şəkildə  dönə  bilərmiş  ki,  ona  tamamilə  qüsursuz 

görünərmiş. 

Uikhemin  israfçılıqda  və  eyş-işrətə  aludəçilikdə 

ittiham olunması onu hər şeydən artıq sarsıtdı - daha çox 

da  ona  görə  ki,  o  bu  sayaq  qınaqların  ədalətsizliyinin 

sübutunu  tapmaqda  çətinlik  çəkirdi.  Uikhemin  küçədə 

rastlaşdığı  uzaq  tanışı  gəncin  tövsiyəsi  ilə  Derbişir 

polkunda  xidmətə  qəbul  olunmasına  qədər  o  bu  oğlan 

barədə  heç  nə  eşitməmişdi.  Özünün  özü  barədə 

danışdıqlarından  başqa  onun  əvvəlki  həyatı  haqqında 

Elizabetin  yaxınlarına  heç  nə  məlum  deyildi.  Hətta 

Elizabet  bunu  edə  bilsəydi  də,  çətin  ki,  onun  həqiqətdə 

kim olduğunu 

aydınlaşdırmaq fikri ağlına gələ bilərdi. Zahiri görünüşü, 

səsi, maneralan adamda dərhal bütün yaxşı məziyyətlərin 

ona  xas  olduğu  təəssüratını  yaradırdı.  Elizabet  onun 

hansısa bir alicənab hərəkətini xatırlamağa, dürüstlüyünü 

təsdiqləyən və Darsinin ittihamlarını təkzib edən hansısa 

fərqli  cizgisini  yaddaşında  bərpa  etməyə,  yaxud  da 

Darsinin onun adma yazdığı boş və yava həyat tərzi ilə bir 

araya  sığmaz  görünə  biləcək  hansısa  yaxşı  bir 

keyfiyyətini yadına salmağa çalışırdı. Ancaq bu cür şeyi 

xatırlaya bilmədi. Qıza onu manera və zahiri görünüşünü 

bütün cazibədarlığı ilə təsəvvür etməsi asan idi. Ancaq o 

downloaded from KitabYurdu.org



280 

 

öz  zahiri  görünüşünə  görə  tanışlarının  ümumi 



bəyənməsindən  və  rəğbətini  qazanmasından  başqa, 

Uikhemin xeyrinə bir şey deyən nəyisə yaddaşında bərpa 

edib xatırlamağa müvəffəq olmadı. Düşüncələrdən sonra 

Elizabet  yenidən  məktuba  nəzər  saldı.  Ancaq  heyhat, 

bunların ardınca gələn, Uikhemin miss Darsini tovlamaq 

cəhdlərinin  təsviri  bu  günlərdə  Elizabet  və  Fitsuilyam 

arasında  baş  verən  söhbətlə  səsləşirdi.  Üstəlik,  ondan 

bütün  təfərrüatların  təsdiqlənməsi  üçün  polkovnikin 

özünə müraciət etmək təklif olunurdu. 

Elizabet  daha  əvvəl  polkovnikdən  miss  Darsinin  həyatı 

barədə  tam  məlumatlı  olduğunu  eşitmişdi  və  onun 

dürüstlüyü  şübhə  doğurmurdu.  Hansısa  bir  anda  qız 

doğrudan  da  ondan  soruşmaq  niyyətinə  düşdü,  ancaq 

toxunulası mövzunun həssaslığına dair fikir onu saxladı 

və bundan qəti şəkildə imtina etdi - Elizabet dərk edirdi 

ki,  mister  Darsi  xalası  oğlunun  dəstəyinə  tam  arxayın 

olmasaydı, çətin ki, riskə gedərək ona istinad edərdi. 

O,  Uikhemlə  mister  Filipsin  evindəki  ilk  görüşü 

zamanı  etdikləri  söhbətin  bütün  təfərrüatlarını  əla 

xatırlayırdı. Onun bir çox ifadələri qızın yaddaşında hələ 

təzə  idi.  Elizabet  birdən-  birə  özü  üçün  etiraf  etdi  ki, 

Uikhemin  ona  -  o  zaman  yenicə  tanış  olduğu  bir  insana 

belə  şeylər  haqqında  danışması  nə  qədər  yersiz  olub  və 

təəccübləndi  ki,  bu  sadə  fikir  əvvəllər  onun  ağlına  niyə 

gəlməyib.  O,  açıq-aydın  görürdü  ki,  Uikhem  hər  yerdə 

diqqəti  özünə  cəlb  etməyə  çalışaraq  özünü  necə  nalayiq 

aparıb.  Onun  iddialan  hərəkətləri  ilə  uzlaşmırdı. 

downloaded from KitabYurdu.org



281 

 

Elizabetin  yadına  düşdü  ki,  o,  mister  Darsi  ilə 



qarşılaşmaqdan  qorxmadığı  ilə  lovğalanırdı,  deyirdi  ki, 

qoy mister Darsi özü bu yerləri tərk 

etsin, onun özünün isə belə bir fikri yoxdur. Bununla belə, 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin