Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

216 

 

— Ledi  Ketrin,  doğrudan  da,  çox  güclü  və  həssas 



xanımdır,  —  Şarlotta  təsdiqlədi.  —  Üstəlik  o,  çox 

diqqətcil qonşudur. 

— Tamamilə  doğrudur,  əzizim,  mən  məhz  bunu 

nəzərdə  tuturdum.  Heç  bir  hörmət-ehtiram  bu  cür  ülvi 

şəxsiyyət üçün ifrat görünə bilməz. 

Axşam  söhbət  əsasən  artıq  oxucuya  məlum  olan 

Hartfördşir xəbərlərinə həsr olundu. 

Yuxudan əvvəl otağında tək qalan Elizabet rəfiqəsinin 

taleyindən  nə  qədər  məmnun  olduğunu  düşündü, 

Şarlottanın  ərinə  münasibətdə  seçdiyi  hərəkət  tərzindən 

baş açmağa çalışdı və axırda bu qərara gəldi ki, o, işin ən 

yaxşı çəmini tapıb. O, Hansforda ziyarətinin necə davam 

edəcəyini  də  özü  üçün  xəyalən  təsəvvür  edə  bildi:  ev 

işlərinin ölçü-biçili gedişi və rəfiqə ilə söhbətlər, mister 

Kollinzin zəhlətökən müdaxilələri, 

Rozinqsdə  məzəli  görüşlər  -  bu  lövhələr  bir-birinin 

ardınca onun təxəyyülündə canlanırdı. 

Növbəti gün günorta Elizabet gəzintiqabağı otağında 

geyindiyi vaxt aşağıda gözlənilməz hay-küy qopdu. Ona 

elə  gəldi  ki,  mister  Kollinzin  evində  tamamən 

qarmaqarışıqlıq  düşüb.  O,  səs-küyə  qulaq  verərək  ayırd 

etdi ki, kimsə onun adını çağıra-çağıra çox tələsik şəkildə 

otağına gətirən pilləkənlə qalxır. Elizabet qapını açdı və 

kandarda  Mariyanı  gördü.  Mariya  həyəcandan  nəfəsi 

tutula-tutula püskürdü: 

— Eliza,  əzizim,  Allah  xatirinə,  tez  olun! 

Yeməkxanaya  qaçın.  Bir  bilsəydiniz,  pəncərədən  nə 

downloaded from KitabYurdu.org



217 

 

görəcəksiniz!  Mən  bunu  sizə  heç  vəchlə  deməyəcəyəm. 



Tez olun, tez olun, elə bu dəqiqə! 

Elizabet Mariyanı baş verənlərə dair əbəs yerə sorğu-

suala tutdu. Qız heç nə demək istəmədi və hər ikisi fayton 

yoluna  açılan  pəncərədən  möcüzəyə  baxmaq  üçün 

yeməkxanaya  qaçdı.  Onlar  bağın  darvazasının  ağzında 

dayanmış alçaq faytonda oturmuş iki xanım gördülər. 

— Elə bu? — Elizabet dilləndi. — Mən gözləyirdim 

ki,  bağa ən azı  donuz girib, bu isə  yalnız və  yalnız ledi 

Ketrin və onun 

qızıdır. 

— Siz  nə  danışırsınız,  əziz  Eliza!  —  Mariya  onun 

səhvindən açıq-aşkar qeyzlənərək cavab verdi. — Bunun 

harası  ledi  Ketrindir?  Yaşlı  qadın  missis  Cenkinsondur, 

onun ortağı, o biri, gənc olan isə miss de Börün özüdür! 

Siz  bir  ona  baxın.  Görün  necə  də  zərifdir!  Kim  düşünə 

bilərdi ki, o, bu qədər anq və balacadır! 

— Şarlottam  belə  küləkdə  darvazanın  ağzında 

dayanmağa  vadar  etmək  olduqca  nəzakətsizlikdir.  Evə 

girmək doğrudanmı ona belə çətindir? 

— Şarlotta deyir ki, o, heç vaxt onlann evinə qədəm 

basmır. Miss de Börün evdə görünməsi onun tərəfindən 

xüsusi mərhəmətdir. 

— Onun  görünüşü  mənə  xoş  gəlmədi,  —  Elizabet 

beynində yenidən qabaran düşüncələrin təsiri altında dedi. 

— O, xəstə və əsəbi görünür. Lap yaxşı, bu qız ona əla 

yaraşacaq — tam ona layiq bir arvad olacaq. 

Darvazanın  ağzında  dayanan  Şarlotta  və  mister 

downloaded from KitabYurdu.org



218 

 

Kollinz  arabadakı  xanımlarla  söhbət  edirdilər.  Həmin 



vaxt Elizabetin 

tam  təəccübünə  rəğmən,  eyvanda  duran  ser  Uilyam 

önündə  gördüyü  möhtəşəm  şəxsiyyəti  ehtiramla  gözdən 

keçirir və  miss  de Börün nəzərləri ona doğru  yönələndə 

hər dəfə gərilərək təzim edirdi. 

Nəhayət,  hər  şey  deyildi,  araba  uzaqlaşdı  və  ev 

sahibləri  evə  qayıtdılar.  Mister  Kollinz  hər  iki  xanımı 

görən  kimi  onları  şad  xəbər  münasibətilə  təbrik  etdi. 

Şarlottanm izahına görə, xəbər ondan ibarət idi ki, sabah 

onlann hamısı Rozinqsdə nahara dəvətlidir. 

VI 

FƏSİL 


Alınmış dəvətlə bağlı mister Kollinz təntənədə gerçəkdən 

də  tam  idi.  O,  hər  şeydən  çox  qonaqlara  öz  rəhbərinin 

möhtəşəmliyini  göstərmək,  missis  Kollinzə  və  öz 

şəxsiyyətinə  münasibətdə  onun  diqqətinin  təzahürünə 

şəxsən əmin olmaq imkanı vermək istəyirdi. Ledi Ketrinin 

yanında belə rəğbətli olduğuna dəlalət imkanını bu qədər 

tez  əldə  etmiş  Kollinz  təəccüblənməkdən  heç  cür  doya 

bilmirdi. 

— Etiraf edirəm ki, — o deyirdi, — əgər lütfkar xanım 

bizə bazar axşamını Rozinqsdə onunla birgə keçirməyi və 

bir  fincan  çay  içməyi  təklif  etsəydi,  mənə  qəribə 

görünməzdi. Bundan ötəsi, onun hüdudsuz mehribanlığını 

bildiyimdən,  açıq  desəm,  hətta  buna  hazır  idim.  Ancaq 

kim düşünə bilərdi ki, o bizə belə böyük diqqət yetirəcək! 

Kim  təsəvvür  edə  bilərdi  ki,  biz  nahara  dəvət  alacağıq, 

üstəlik, bu dəvət bizim bütün kampaniyamız üçün olacaq, 

downloaded from KitabYurdu.org


219 

 

özü də sizin gəlişinizdən, demək olar, dərhal sonra! 



— Bu məni azacıq da olsa təəccübləndirmədi, — ser 

Uilyam  cavab  verdi.  —  Cəmiyyətdəki  mövqeyim 

sayəsində, Allaha şükür, böyüklər dünyasının adətləri ilə 

tanışam.  Və  deməliyəm  ki,  sarayda  bu  sayaq  davranış 

nümunələri heç də nadir hal sayılmır. 

Günün yerdə qalan hissəsi və ertəsi günün səhəri evdə 

yalnız  söhbət  lütfkar  xammgilə  ziyarətdən  getdi.  Mister 

Kollinz qonaqlarını diqqətli bir şəkildə onları Rozinqsdə 

nəyin  gözlədiyinə  hazırlayırdı  ki,  nəhəng  zalları,  çox 

sayda xidmətçiləri və möhtəşəm xidməti görəndə ağılları 

başlarından çıxmasın. 

Qadınlar  libaslarını  dəyişməyə  getməzdən  öncə  o, 

Elizabetə aşağıdakı tövsiyəni verməyi lazım bildi: 

— Siz kostyumunuza görə həyəcanlanmaya bilərsiniz, 

əziz əminəvəsi. Ledi Ketrin bizdən heç də lütfkar xanıma 

və miss de Börə xas olan libas nəfisliyi gözləmir. Mən sizə 

məsləhət  görərdim  ki,  sadəcə,  özünüzə  bir  qədər  daha 

qəşəng  görünən  paltar  seçəsiniz  —  başqa  bir  tələb 

olunmur.  Sizi  inandırıram,  sadə  geyinsəniz,  ledi  Ketrin 

sizin haqqınızda pis düşünməyəcək. 

Əksinə, mövqelərdəki fərq nəzərə çarpan olanda bu hətta 

onun xoşuna gəlir. 

Hamı  geyinincəyə  qədər  o,  iki-üç  dəfə  otaqların 

qapısına  yaxınlaşdı  və  tələsməyi  tövsiyə  etdi,  çünki 

lütfkar xanım onu nahara gecikdirənləri heç sevmir. Ledi 

Ketrinin və onun şakərlərinin bu sayaq qorxunc biçimdə 

təsvir  edilməsi,  nəhayət,  cəmiyyətə  öyrəşməmiş  Mariya 

downloaded from KitabYurdu.org



220 

 

Lukası  utandırdı.  O,  Rozinqsdə  görünməsinə  uçuna-



uçuna baxırdı - necə ki, bir vaxtlar atası sarayda təqdim 

olunmasını eləcə titrəyişlə gözləmişdi. 

Gözəl  hava  şəraitindən  yararlanaraq  onlar  parkla  bir 

mil  yanma  qədər  piyada  getdilər.  Hər  bir  parkın  xüsusi 

gözəlliyi və cazibəsi vardı. Elizabet gördüyü mənzərələrə 

məmnuniyyətlə  tamaşa  edir,  mister  Kollinzin  ondan 

gözlədiyi  heyranlıqla  olmasa  da,  gördüklərindən  zövq 

alırdı. O, hətta evin fasadındakı pəncərələrin sayından və 

onlara  bir  vaxtlar  mərhum  ser  Luis  de  Börün  saldırdığı 

şüşələrin qiymətindən də sarsılmadı. 

Evin  giriş  pilləkənləri  ilə  atılan  hər  addımda 

Mariyanın  ürkəkliyi  artırdı.  Hətta  bu  dəqiqələrdə  ser 

Uilyam özü də bir elə 

sakit deyildi. Elizabet isə, əksinə, həyəcan keçirmirdi. O, 

ledi  Ketrinin  hansısa  müstəsna  istedadı  və  ya  xüsusi 

kəraməti  barədə  eşitməmişdi,  onun  kübarlığının  və 

sərvətinin  əlamətlərinə  gəlincə  isə,  qız  onlan  çox  da 

həyəcanlanmadan seyr edə bilərdi. 

Dəhlizdən  keçərkən  müzəffər  mister  Kollinz  onların 

diqqətini  binanın  böyüklüyünə  və  naxışların  zərifliyinə 

cəlb  etdi.  Onlar  xidmətçilərin  ardınca  zaldan  adlayaraq 

lütfkar  xanımın,  miss  de  Bör  və  missis  Cenkinsonun 

əyləşdiyi  otağa  keçdilər.  Ledi  Ketrin  onlan  qarşılamaq 

üçün oturduğu yerdən qalxacaq qədər iltifatlı addım atdı 

və  Şarlotta  əriylə  öncədən  şərtləşdiyi  kimi,  qonaqları 

xanıma  şəxsən  özü  təqdim  etdi.  Tanışlıq  mərasimi  təbii 

şəkildə,  mister  Kollinzin  bu  kimi  hallarda  ifadə  etmək 

downloaded from KitabYurdu.org



221 

 

fürsətini  əldən  vermədiyi  izafi  üzrxahlıqlar  və  bəraət 



qazandırmalar olmadan başa çatdı. 

Nə  zamansa  hətta  Sent-Ceymsdə  olmaq  şərəfində 

bulunsa  da,  ser  Uilyam  onu  əhatə  edən  möhtəşəmlik 

qarşısında  o  qədər  əzilmişdi  ki,  yalnız  ikiqat  əyilərək 

təzim  edib  və  susqun  halda  ona  göstərilmiş  yerdə  otura 

bildi. Onun, demək olar, özünü hiss 

etməyəcək  dərəcədə  qorxmuş  qızı  baxışlarını  yuxarı 

qaldırmağa  cürət  etmədən  kətilin  lap  qırağında  əyləşdi. 

Yalnız  Elizabet  xüsusi  bir  həyəcan  keçirmədi  və 

qarşısında  dayanan  üç  xanımı  sakitcə  nəzərdən  keçirə 

bildi. Ledi Ketrin hündürboy, dolubədənli, uzun illər öncə 

gözəl olmuş təəssüratı yarada biləcək sərt üz cizgiləri olan 

qadın  idi.  O,  heç  nəylə  özünə  rəğbət  oyatmırdı  və 

maneralannda  qonaqlarının  özlərini  daha  aşağı  ictimai 

zümrədən olduğunu unutmalarını istəyən sahibə ədası hiss 

olunmurdu. O, sükutuyla xof yaratmırdı, ancaq danışdığı 

hər 

şey 


etiraza 

yol 


verməyən, 

şəxsiyyətinin 

mühümlüyünü  nəzərə  çarpdıran  ahənglə  ifadə  olunurdu. 

Bu, məhz mister Uikhemin təsvir etdiyi kimi idi. Elizabet 

onu bütün axşam ərzində müşahidə edərək bu qərara gəldi 

ki, ledi Ketrin Uikhemin təsvir etdiyi portretə tam uyğun 

gəlir. 

Ev  sahibəsinə  göz  qoyan  Elizabet  tezliklə  onun 



sifətində və jestlərində mister Darsi ilə nəsə bir bənzərlik 

tutdu.  O,  ledi  Ketrinin  qızma  da  nəzər  yetirdi,  onun 

arıqlığına və demək olar, Mariya Lukas qədər halsızlığına 

heyrətləndi.  Ana  ilə  qızı  arasında  nə  sifətdə,  nə  də 

downloaded from KitabYurdu.org


222 

 

qamətdə bir oxşarlıq sezilirdi. Miss de 



Bör  solğun  bənizli  və  xəstəhal  xanım  idi.  Onun  sifət 

cizgiləri yetərincə düzgün olsa da, ifadəsiz görünürdü. O, 

demək olar, bütün vaxt ərzində susur, missis Cenkinsona 

ünvanlanan bir neçə  cümlə  nəzərə  alınmasa, danışmırdı. 

Heç nə ilə diqqətəlayiq olmayan missis Cenkinson yalnız 

şagirdi ilə danışmaqla və qoruyucu ekranı onun gözlərinin 

qarşısında daha yaxşı yerləşdirməklə məşğul idi. 

Qonaqlar beş dəqiqə oturmamışdılar ki, onları pəncərə 

önünə gəlməyə və ordan açılan mənzərəyə baxmağa dəvət 

etdilər. Bu zaman mister Kollinz mənzərənin gözəlliyini 

tərifləməyə girişdi, ledi Ketrin isə iltifatla izah etdi ki, bu 

mənzərəyə yay vaxtı baxmaq daha xoş olur. 

Nahar əla idi və o davam etdikcə mister Kollinzin vəd 

etdiyi  kimi,  bütün  xidmət  əşyalan  və  bütün  xidmətçilər 

qonaqlara  təqdim  olundu.  Kollinzin  öncədən  gördüyü 

kimi, lütfkar xanımın istəyi ilə o, ev sahibəsi ilə üzbəüz 

oturmalı  oldu.  Bu  zaman  Kollinz  dünyada  ən  ali  şərəfə 

layiq  görülmüş  təsiri  bağışlayırdı.  O,  bıçaqdan  istifadə 

edərək  yeyirdi  və  süfrəyə  verilən  hər  bir  yeməyi 

tərifləyirdi. Əvvəlcə mister Kollinz rəy 

verirdi,  onun  ardınca  kifayət  qədər  özünə  gəlmiş  ser 

Uilyam  kürəkənin  sözlərini  əks-səda  kimi  təkrar  edirdi. 

Elizabetin  təəccübünə  rəğmən  ledi  Ketrin  nəinki  bütün 

bunlara  dözürdü,  hətta  onlann  ifrat  iltifatından  məmnun 

görünürdü və xüsusilə süfrəyə verilən xörəklərin qonaqlar 

üçün  tamamilə  yabançı  olduğu  məlum  olan  hallarda 

onlara çox anlayışlı təbəssümlə baxırdı. Süfrə arxasında 

downloaded from KitabYurdu.org



223 

 

heç bir söhbət aparılmırdı. Elizabet söhbət salmağa hazır 



idi,  ancaq  o,  Şarlotta  və  miss  de  Börün  arasında 

oturmuşdu.  Birinci,  bütünlüklə  ev  sahibəsinin  sözlərini 

dinləməklə məşğul idi, ikincisi isə nahar ərzində bir dəfə 

də  olsun  Elizabetə  xitab  etmədi.  Missis  Cenkinsonun 

bütün diqqəti himayəsində olan qızın daha çox yeməsinə 

yönəlmişdi. O, miss de Börü daha bir xörəkdən dadması 

üçün dilə  tutur və özünü necə  hiss etməsi  barədə  sorğu-

sual edirdi. Mariya kəlmə belə kəsə bilmirdi, centlmenlər 

isə hey yeyir və tərifləyirdilər. 

Qadınlar  qonaq  otağına  qayıtdıqda  Elizabetin  qəhvə 

verilənə  qədər  ledi  Ketrinin  fasiləsiz  davam  edən 

mühakimələrini  dinləməkdən  başqa  çıxış  yolu  qalmadı. 

Ev 

sahibəsi  qənaətini  elə  əminliklə  söyləyirdi  ki,  bu  onun 



etiraza öyrəşmədiyinə dəlalət edirdi. O, təfərrüatlı və çox 

boşboğazlıqla  Şarlottadan  onun  ev  işləri  barədə 

soruşurdu,  ona  müxtəlif  cür  məsləhətlər  verirdi, 

təsərrüfatı necə aparmağı  izah edirdi  və  quşları, inəkləri 

necə  saxlamaq  lazım  olduğunu  öyrədirdi.  Elizabet  başa 

düşdü  ki,  bu  qadının  diqqətinə  layiq  olmayan  xırdalıq 

yoxdur - yetər ki, bu xırdalıqlar ətrafdakıları öyrətməkçün 

səbəb  yaratsın.  Missis  Kollinzin  müxtəlif  işlərinin 

müzakirəsindən  sapan  ledi  Ketrin  müxtəlif  suallarla 

Mariya  və  Elizabetə  müraciət  etdi.  Onu  xüsusilə  nəsil-

nəcabəti  barədə  çox  az  şey  bildiyi  miss  Bennet 

maraqlandırırdı  və  Şarlottaya  müraciətlə  Elizabeti  çox 

ləyaqətli və gözəl qız kimi səciyyələndirirdi. Tədricən o, 

downloaded from KitabYurdu.org



224 

 

Elizabetin  neçə  bacısı  olduğunu,  onların  böyük  və 



kiçikliyini,  hansınınsa  ərə  gedəcəyinə  ümid  bəsləməyin 

mümkünlüyünü, onlann gözəl olub-olmadıqlarını, harada 

tərbiyə  aldıqlarını,  atasının  ekipajının  necəliyini  və 

anasının  qızlığında  hansı  soyadı  daşıdığını  öyrəndi. 

Elizabet  bu  sorğusualın  gəlişigözəl  səciyyə  daşıdığını 

dərk etsə də, hər dəfə 

ev sahibəsinə təfərrüatlı cavablar verirdi. Daha sonra ledi 

Ketrin qeyd etdi: 

— Eşitmişəm  ki,  atanızın  malikanəsi  kişi  xətti  ilə 

vərəsələnir və mister Kollinzə keçməlidir? Bu halda, sizin 

maraqlarınızı  nəzərə  alaraq,  missis  Kollinz,  —  o, 

Şarlottaya  müraciətlə  dedi,  —  mən,  əlbəttə,  sevinməyə 

bilmərəm.  Ancaq  ailədə  qadınların  varislik  hüququndan 

məhrum edilməsini bəyənmirəm. Allaha şükür ki, ser Luis 

de  Börün  ailəsində  bu  qaydanı  qoymağı  zəruri 

saymayıblar. Siz oxuyur və çalırsınızmı, miss Bennet? 

— 

Bir qədər. 



— 

Bu halda biz sizə necəsə qulaq asmağa şad olarıq. 

Məndə,  bilirsiniz,  əla  alətlər  var,  düzü,  çox  yaxşı...  Siz 

özünüz  də  buna  əmin  olacaqsınız.  Bəs  bacılarınız  da 

oxuyub-çalırlarmı? 

— 

Bəli, onlardan biri bacanr. 



— 

Nə üçün yalnız biri? Hamısını öyrətmək lazım idi. 

Mister Uebbin bütün qızları musiqi ilə məşğul olurdular, 

onun  gəliri  isə  hətta  sizin  atanızmkmdan  da  azdır.  Siz 

rəsm çəkirsiniz? 

— 

Təəssüf ki, yox. 



downloaded from KitabYurdu.org

225 

 

— 



Necə, sizdən heç kim çəkmir? 

— 

Heç kim. 



— Qəribədir.  Yəqin  ki,  sizdə  öyrənməyə  imkan 

olmayıb. Gərək ananız sizi hər yaz dərs almağınız üçün 

paytaxta gətirəydi. 

— Mənim  anam  buna  etiraz  etməzdi,  ancaq  atam 

Londona nifrət edir. 

— 

Sizin mürəbbiyəniz sizdən gedib? 



— 

Bizim heç vaxt mürəbbiyəmiz olmayıb. 

— Mürəbbiyəniz  olmayıb?  Sadəcə,  ağlasığmazdır! 

Beş  qız  mürəbiyyəsiz  tərbiyə  edilib!  Heç  vaxt  belə  şey 

eşitməmişəm.  Yəqin  ki,  ananız  sizin  tərbiyənizin 

qayğısına qalaraq bir dəqiqə də olsun rahatlıq tapmayıb! 

Elizabet ledi Ketrini yanıldığına əmin edərək, özünü 

gülməkdən birtəhər saxladı. 

— Ancaq o zaman sizin təhsilinizlə kim məşğul olub? 

Sizə  kim  nəzarət  edib?  Mürəbbiyə  olmadan  öz 

ixtiyarınıza buraxılmısmız? 

— 

Bəzi ailələrlə müqayisədə bu, görünür, elə də olub. 



Ancaq  bizdən  kim  oxumaq  istəyibsə,  bundan  ötrü  tələb 

olunan  hər  şeyi 

olub.  Bizi 

həmişə 


mütaliəyə 

həvəsləndiriblər və  lazımi müəllimlərimiz olub. Əlbəttə, 

əgər bizdən biri avaraçılıq etməyi üstün tuturdusa, bundan 

ötrü onun bütün imkanları qalırdı. 

— Bəs  necə,  heç  şübhə  etmirəm.  Belələri  ilə 

mürəbbiyə  də  mübarizə  aparmalıdır.  Mən  sizin  ananızla 

tanış  olsaydım,  ona  qətiyyətlə  mürəbbiyə  tutmağı 

məsləhət görərdim. Artıq neçə dəfə demişəm ki, təhsildə 

downloaded from KitabYurdu.org


226 

 

gündəlik,  davamlı  çalışmalar  etmədən  heç  nə  qazanmaq 



mümkün 

deyil, 


gündəlik 

çalışmalar  isə  yalnız 

mürəbbiyənin 

olduğu 


zaman 

mümkündür. 

Məsləhətlərimin  nə  qədər  ailəyə  fayda  gətirdiyi,  sadəcə, 

heyrətamizdir.  Mən  həmişə  məmnuniyyətlə  gənc 

xanımlara yer tapmaqda kömək edirəm. Məsələn, missis 

Cenkinsonun  dörd  bacısı  qızını  əla  yerlərə  düzəltmək 

mənə müyəssər oldu. Elə bu günlərdə adı mənə təsadüfən 

deyilən qızı bir ailəyə tövsiyə etdim və təsəvvür edin ki, 

ondan  çox  məmnun  qalıblar.  Missis  Kollinz,  mən  sizə 

dünən  ledi  Metkafm  yanıma  gələrək  mənə  çox 

minnətdarlıq bildirdiyini danışmamışam? Bir düşünün ki, 

o, miss Popun əsl 

xəzinə olduğunu hesab edir. Birbaşa belə də dedi: “Ledi 

Ketrin,  siz  mənə  xəzinə  bağışlamısınız”.  Yaxşı, 

bacılarınızdan kimsə cəmiyyət içinə çıxıran, miss Bennet? 

— 

Bəli, xanım, hamısı. 



— Necə hamısı? Necə yəni beşi də birdən? Qəribədir! 

Siz  isə  yalnız  ailədə  ikinci  qızsınız!  Böyüklər  ərə 

getməmiş kiçik bacılar cəmiyyət içinə çıxırlar! Sizin kiçik 

bacılarınız, yəqin ki, hələ çox gəncdirlər? 

— Bəli,  ən  kiçik  bacımın  on  altı  yaşı  hələ  tamam 

olmayıb. Ola bilər, o, gerçəkdən də cəmiyyət içinə çıxmaq 

üçün çox gəncdir. Ancaq vicdanla desək, böyük bacıların 

ərə  getmək  imkanı  olmadığı  və  ya  erkən  ərə  getmək 

istəmədikləri  üzündən  kiçiklər  öz  dünyəvi  əyləncə 

paylanndan  məhrum  olsaydılar,  bu,  kiçik  bacılara 

münasibətdə  çox  amansızlıq  olardı.  Sonuncu  doğulan 

downloaded from KitabYurdu.org



227 

 

bacının  birinci  qədər  öz  gəncliyində  fərəhlənmək  haqqı 



var.  Başqalarından  gənc  olduğuna  görə  bu  sevincdən 

məhrum  olmaq!  Bu  zaman,  güman  edirəm  ki,  bacılar 

arasında  kifayət  qədər  bağlılığın  mövcudluğuna  və 

onların lazımi mənəvi keyfiyyətlərə sahib olmasına ümid 

etmək çətin olardı. 

— Düzü,  siz  bu  qədər  gənc  bir  xanım  üçün  kifayət 

qədər  qətiyyətli  danışırsınız,  —  ledi  Ketrin  dedi.  — 

Maraqlıdır, sizin neçə yaşınız var? 

— 

Üç yetkin kiçik bacımın olduğunu nəzərə alaraq



— Elizabat güləgülə cavab verdi, — lütfkar xanım, çətin 

ki, mənim yaşımı deyəcəyimi güman edir. 

Birbaşa cavab almadığı  üçün ledi Ketrinin büsbütün 

şaşırdığı  nəzərə  çarpdı  və  Elizabet  şübhələndi  ki,  belə 

vacib  bir xanımın boşboğazlığına təpki  verməyə  cəsarət 

edən ilk insan olmaq ona müyəssər olub. 

— Əminəm  ki,  sizin  iyirmidən  artıq  yaşınız  ola 

bilməz. Odur ki, yaşınızı gizlətməyin lüzumu yoxdur. 

— 

Təəssüf ki, yaşım artıq iyirmi bir də deyil. 



Centlmenlər onlara qoşuldu və çay dəstgahından sonra 

kart masaları peyda oldu. Ledi Ketrin, ser Uilyam, mister 

və missis Kollinzlər kadril oynamağa başladılar. Miss de 

Bör  kazinoda  oynamaq  istədiyindən  iki  qonaq  qızın 

bəxtinə  missis  Cenkinsonla  birlikdə  ona  tərəf-müqabil 

olmaq  şərəfi  düşdü.  Onlann  masası  arxasında  tam  bir 

cansıxıcılıq hökm sürürdü. 

Missis  Cenkinsonun  hərdən  öz  şagirdinin  qayğısına 

qalaraq,  ona  soyuq  və  ya  isti,  çox  işıqlı  və  ya  qaranlıq 

downloaded from KitabYurdu.org



228 

 

olub-olmamasını  soruşmasını  nəzərə  almasaq,  bütün 



partiya  ərzində  çətin  ki,  oyuna  aidiyyəti  olmayan  bir 

kəlmə söz dilə gətirildi. Bunun əvəzində o biri masa xeyli 

şiddətli  qızğınlığı  ilə  seçilirdi.  Ledi  Ketrin,  demək  olar, 

kəsib-kirimədən  danışır,  gah  oyun  yoldaşlarının  səhvini 

tutur, gah da öz həyatıyla bağlı hansısa bir hadisədən bəhs 

edirdi. Mister Kollinz lütfkar xanımın sözləri ilə razılaşır, 

hər  qazandığı  xal  üçün  ona  minnətdarlıq  edirdi  və 

həddindən  artıq  çox  udduğunu  güman  edən  zaman  üzr 

istəyirdi.  Ser  Uilyam  az  danışırdı,  yaddaşında  qalan 

eşitdiyi lətifələr və zadəgan adları idi söhbətinin mövzusu. 

Oyun  ev  sahibi  və  onun  qızını  bezdirəndə  masalar 

yığışdırıldı.  Ledi  Ketrin  Şarlottaya  ekipaj  təklif  etdi, 

qonaqlar  təklifi  minnətdarlıq  bildirərək  qəbul  etdikləri 

üçün  ev  sahibəsi  zəruri  göstərişlər  verdi.  Bunun  ardınca 

hamı  buxarının  yaxınlığında  toplaşdı  ki,  ledi  Ketrinin 

sabahkı  havaya  dair  sərəncamlarını  dinləsin.  Onun 

öncəgörmələri  karetanm  gəlişi  ilə  yanmçıq  kəsildi. 

Kollinzin uzun-uzadı minnətdarlıq 

nitqindən və  ser Uilyamm  təzimlərindən sonra, nəhayət, 

yola  düşdülər.  Onlar  tərpənərtərpənməz,  mister  Kollinz 

Elizabetin 

Rozinqs 


təəssüratları 

ilə  maraqlandı. 

Rəfiqəsinin  xətrinə  o,  gerçək  təəssüratlarla  müqayisədə 

qənaətini  bir  qədər  yumşaq  ifadə  etməyə  çalışdı.  Ancaq 

göstərdiyi səyə baxmayaraq, onun gəldiyi nəticələr mister 

Kollinzi  heç  cür  qane  etmədi  və  o  özü  lütfkar  xanımın 

təriflənməsinə girişməli oldu. 

VII 


FƏSİL 

downloaded from KitabYurdu.org



229 

 

Ser Uilyam Hansfordda yalnız bir həftə keçirdi. Ancaq bu 



müddət  ərzində  o,  belə  bir  həyat  yoldaşı  tapmaq 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin