Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

səmimiyyət.  Bir  zamanlar  Elizabetin  onun  mister 

Darsidən incikliyi və ondan ziyan görməsi barədə bütün 

eşitdiklərini indi Uikhem yüksək səslə hər yana elan 

etmişdi və ictimaiyyət arasında müzakirə olunurdu. Yerli 

sakinlər  hələ  əsl  sifəti  açılmazdan  öncə  mister  Darsiyə 

downloaded from KitabYurdu.org



190 

 

bəslədikləri  nifrətlərində  nə  dərəcədə  haqlı  olduqlarını 



məmnuniyyətlə dərk edirdilər. 

Böyük  miss  Bennet  bu  əhvalatda  Hartfördşir 

cəmiyyətinə  naməlum  hansısa  yüngülləşdirici  halların 

olmasına  ehtimal  verən  yeganə  varlıq  idi.  Dəyişməz 

fağırlığı  onu  hər  şeyə  anlayışla  yanaşmağa  və  hər 

yamanlığı  anlaşılmazlıq  kimi  izah  etməyə  təşviq  edirdi. 

Ancaq bütün qalan adamlar Darsini axınncı yaramaz kimi 

mühakimə edirdilər. 

II 

FƏSİL 


Şənbə gəldi, eşq elanına və gələcək bəxtəvərliyin həsrətli 

gözləntisinə həsr olunan həftədən sonra mister Kollinz öz 

əziz Şarlottası ilə ayrılmağa məcbur oldu. Ancaq hicran 

acısı  onun  üçün  evin  gəlininin  gəlişinə  hazırlanması 

qayğısı ilə yumşaldı. Çünki ümid etməyə əsası vardı ki, 

Hartfördşirə növbəti səfərindən az sonra Şarlottanm onu 

fani  bəndələrin  ən  bəxtəvəri  edəcəyi  gün,  nəhayət, 

gələcək. Lonqborndakı qohumları ilə o, keçəndəfəkindən 

əskik  olmayan  təntənə  ilə  vidalaşdı,  yenidən  gözəl 

əminəvələrinə  cansağlığı,  firavanlıq  arzuladı  və  onların 

atasına  ikinci  minnətdarlıq  məktubu  göndərəcəyini  vəd 

etdi. 


Növbəti  bazar  ertəsi  missis  Bennet  öz  evində 

qardaşını və onun arvadını qəbul etdi. Onlar adətləri üzrə 

Lonqborna  Milad  bayramını  keçirməyə  gəlmişdirlər. 

Mister  Qardiner  ağıllı  və  ləyaqətli  adam  olaraq,  əqli 

inkişafına  və  mənəvi  keyfiyyətlərinə  görə  bacısından 

ölçüyəgəlməz  şəkildə  üstün  idi.  Nezerfild  xanımları 

downloaded from KitabYurdu.org


191 

 

inanmazdı ki, ticarətlə məşğul olan və öz əmtəə 



anbarlarının yaxınlığında yaşayan adam bu qədər tərbiyəli 

və ünsiyyətcil  ola bilər. Ağıllı, mehriban və  zərif missis 

Qardiner missis Bennet  və missis Filipsdən bir neçə  yaş 

kiçik idi. Lonqbornlu bacıqızları onu bəyənirdilər. Onunla 

missis  Bennetin  böyük  qızları  arasında  yaxın  dostluq 

əlaqələri vardı, Londonda onun tez-tez qonağı olurdular. 

Lonqborna  gələn  kimi  missis  Qardinerin  ilk  işi 

gətirdikləri  hədiyyələri  paylaşdırmaq  və  yeni  paytaxt 

dəblərini təsvir etmək oldu. Bunu bitirəndən sonra o, daha 

sadə dinləyici rolu oynamalıydı. Missis Bennet taleyindən 

acı-acı gileylənərək, ona bir çox kədərli hadisələr barədə 

xəbər  verdi.  Axırıncı  görüşündən  bəri  onların  hamısı  nə 

qədər inciklik və məyusluğa dözməli olmuşdular! Yalnız 

onu düşünmək yetər ki, onun iki qızı ərə getmək üzrəydi. 

Birdən-birə hər şey puç oldu getdi... 

— Ceyni heç nədə qınaya bilmərəm, — o, davam etdi. 

— Əgər bacarsaydı, mister Binqliyə ərə gedərdi. Ancaq 

Lizzi! Siz təsəvvür edə bilməzsiniz, bacı, dərk etmək necə 

çətindir  ki,  onun  o  pis  xasiyyəti  olmasaydı,  indi  artıq 

missis  Kollinz  adlanardı!  Kollinz  ona  bu  otaqda  evlilik 

təklifi etdi, o isə ona 

rədd  cavabı  verdi.  İndi  ledi  Lukasın  qızı  mənimkindən 

daha  tez  ərə  gedəcək!  Lonqbom  mülkü  də  kişi  xətti  ilə 

miras  olacaq.  Bu  Lukaslar  şaşırdıcı  dərəcədə  ağıllı 

adamlardır, tutduqlarını qopanrlar. Onların barəsində belə 

şeyləri danışmaq mənim üçün kədərlidir, amma təəssüf ki, 

bu, gerçəkdən də həqiqətdir. Onsuz da xəstə və yıpranmış 

downloaded from KitabYurdu.org



192 

 

haldayam, məni isə elə hey öz evimdə eşitmirlər. Üstəlik, 



qonşuluqda  qulağımızın  dibində  olduqca  kəmfürsət 

adamlar  yaşayır  və  hər  şeydən  öncə  öz  mənfəətlərini 

güdürlər.  Nə  yaxşı  ki,  siz  məhz  indi  gəldiniz  —  yoxsa 

kimdən tam zamanında öyrənərdik ki, indi yenidən uzun 

qollu paltar geyirlər! 

Ceyn  və  Elizabetin  məktublanndan  bu  xəbərlərin 

əksəriyyətindən məlumatlı olan missis Qardiner mümkün 

qədər  daha  qısa  cavab  verməyə  çalışdı  və  ərinin  bacısı 

qızlarma acıyaraq söhbətin mövzusunu dəyişdi. 

Elizabetlə  təklikdə  qaldığı  zaman  o,  yenidən  baş 

vermiş hadisələrə dair söhbət saldı. 

— Belə görünür ki, bu, doğrudan da, Ceyn üçün əla 

tərəf- müqabil olardı, — o dedi. — Çox təəssüf ki, bu iş 

pozulub! 

Ancaq belə şeylər tez-tez olur. Mister Binqli kimi gənclər, 

— mən  onu  sənin  söhbətlərindən  özüm  üçün  təsəvvür 

elədim, 

— qısa müddətə gözəl qızlara asanca vurula bilirlər. Sonra 

isə  harasa  çıxıb  gedən  kimi  onları  eləcə  asanlıqla  da 

unudurlar.  Bu  tipli  dəyişkənlik  hər  addımda  müşahidə 

olunur. 

Sizin təsvir etdiyiniz vəziyyətdə bu, yaxşı təsəllidir, - 

Elizabet  dedi.  -  Ancaq  o  bizə  şamil  olunmaz.  Biz 

təsadüfən  müztərib  olmadıq.  Dost  müdaxiləsi  bir  qıza 

qulaqlanna  qədər  vurulmuş  tam  müstəqil  gənci  onun 

haqqında  düşünməyə  son  qoymağa  elə  də  tez-tez  vadar 

etmir. 

downloaded from KitabYurdu.org



193 

 

-  “Qulaqlarına  qədər  vurulmaq”  ifadəsi  o  qədər 



çeynənmiş, aldadıcı və qeyri-müəyyəndir ki, demək olar, 

heç  bir  məna  vermir.  Onu  yanm  saatlıq  tanışlıq 

nəticəsində  baş  qaldıran  hisslər  kimi  gerçəkdən  dərin 

bağlılığı təsvir edərkən də eyni dərəcədə tez-tez istifadə 

edirlər. Lütfən, mənə de, görüm, mister Binqli doğrudan 

da Ceynə bərk vurulmuşdu? 

— İndiyə  qədər  bundan  aşkar  heyranlığı  müşahidə 

etmək mənə nəsib olmayıb. O, ətrafdakılara münasibətdə 

hey  diqqətsiz  olurdu  və  fikri-zikri  təkcə  ona  cəmləşirdi. 

Onlann hər 

görüşündə bu daha nəzərəçarpan olurdu. Öz evində təşkil 

etdiyi  bal  zamanı  o,  iki  və  ya  üç  qızı  rəqsə  dəvət 

etməyərək incitmişdi. Mən özüm iki dəfə onu danışdırdım 

və cavab almadım. Bundan artıq inandırıcı əlamətlər tələb 

etmək  mümkündürmü?  Məgər  ətrafa  diqqətsizlik 

vurulmuş olmağın ən yaxşı sübutu deyilmi? 

— Ah,  bəli!  Mənim  təsəvvürümə  görə,  mister 

Binqlinin  Ceynə  duyduğu  sevgi  məhz  bu  cür  olmalıdır. 

Yazıq Ceyn! Onun üçün çox üzüldüm — bu xasiyyətilə o, 

tezliklə  özünə  gəlməyəcək.  Bu  sənin  başına  gəlsəydi, 

daha  yaxşı  olardı,  Lizzi!  Öz  yumor  hissinlə  sən  bunun 

öhdəsindən daha tez gələrdin. Ancaq necə bilirsən, Ceyni 

bizimlə Londona getmək üçün dilə tuta bilərikmi? Şərait 

dəyişkənliyi  və  ev  qayğılarından  bir  qədər  istirahət  ona 

faydalı təsir göstərə bilər. 

Bu təklif Elizabeti çox sevindirdi. O əmin idi ki, Ceyn 

onunla həvəslə razılaşacaq. 

downloaded from KitabYurdu.org



194 

 

— Ümidvaram ki, — missis Qardiner əlavə etdi, — o 



bu 

səfəri 


gənc 

oğlan 


barədə 

düşüncələrlə 

əlaqələndirməyəcək.  Biz  şəhərin  başqa  hissəsində 

yaşayırıq  və  onunla  ümumi  tanışlarımız  yoxdur.  Sən 

bilirsən, biz evdən o qədər nadir 

hallarda çıxırıq ki, onların Londonda rastlaşması ehtimalı 

mənə,  demək  olar,  inanılmaz  görünür  —  yalnız  o  halda 

mümkündür ki, o, qızı ziyarət etmək fikrinə düşsün. 

— Bu,  tamamilə  istisnadır.  O,  dostunun  nəzarəti 

altındadır. Mister Darsi isə imkan verməz ki, dostu belə 

yerlərə  ziyarətə  yollansın.  Xala,  əzizim,  siz  bu  barədə 

necə  düşünə  bildiniz?  Ola  bilər,  mister  Darsi  Qreysçerp 

küçəsi barədə nəsə eşidib. Ancaq o, yəqin ki, güzarının bu 

yerlərə  düşəcəyi  halda  ona  yapışan  palçığı  bir  aya 

təmizləyə bilməyəcəyini düşünür. Mister Binqli haqqında 

isə tamamilə arxayın ola bilərsiniz — o öz mürəbbisinin 

rüsxəti olmadan bir addım da atmağa cəsarət etməz. 

— Eləmi,  lap  yaxşı.  Ümid  edirəm  ki,  onlar  daha 

görüşməyəcəklər.  Yeri  gəlmişkən,  məgər  Ceyn  onun 

bacısı  ilə  yazışmır?  Miss  Binqli  hər  halda  ziyarətdən 

yayma bilməz. 

— Düşünürəm  ki,  o,  ümumiyyətlə,  bu  tanışlığa  son 

qoyacaq. 

Elizabet  sonuncu  fikri,  -  ondan  əvvəlki,  mister 

Binqliyə  Ceynlə  görüşmək  imkanı  verilmədiyi  barədəki 

daha mühüm 

qənaəti - kifayət qədər qətiyyətlə ifadə etdi, o bu mövzuda 

söhbəti  davam  etdirmək  istəyirdi.  Bir  az  düşündükdən 

downloaded from KitabYurdu.org


195 

 

sonra isə anladı ki, iş ona o qədər də ümidsiz görünmür. 



Ola bilər və bu ona hərdən tamamilə inandıncı görünürdü 

ki, mister Binqlinin qəlbində Ceynə qarşı yenidən duyğu 

oyanacaq  və  o,  daha  güclü,  təbii  bağlılığın  təsiri  altında 

yaxınlarının maneələrini dəf edəcək. 

Miss  Bennet  xalasının  dəvətini  sevinclə  qəbul  etdi. 

Kerolayn  qardaşından  ayrı  yaşadığı  üçün  Ceyn  ümid 

edirdi  ki,  keçmiş  pərəstişkarı  ilə  rastlaşmaq  riskinə 

getmədən miss Binqli ilə səhərlər arabir vaxt keçirəcək. O 

bu ailədən olan başqaları ilə ilgili ümid bəsləməyi özünə 

rəva görmürdü. 

Qardinerlər  Lonqbomda  bir  həftə  qaldılar.  Filipsin, 

Lukaslar və Derboşir polkunun zabitlərinin sayəsində bu 

müddətin  bir  günü  belə  hər  hansı  ziyarət  olmadan 

keçmədi.  Missis  Bennet  qardaşını  və  onun  xanımını 

əyləndirmək üçün elə səylə çalışırdı ki, onlar bir dəfə də 

olsun  məhdud  ailə  dairəsində  nahar  edə  bilmədilər. 

Kampaniya  Lonqbornda  toplaşırdısa,  mütləq  bir  neçə 

zabit, o cümlədən mister Uikhem 

orada iştirak edirdi. Elizabetin bu gənc haqqında yüksək 

fikirdə olması missis Qardinerə şübhəli görünürdü və onu 

ərinin bacısı qızma və zabitə göz qoymağa vadar edirdi. 

Bu  müşahidələrin  əsasında  onların  bir-birinə  ciddi 

bağlılıq  bəsləməsini  güman  etmək  mümkün  olmasa  da, 

açıq-aşkar  qarşılıqlı  meyilləri  onu  əndişələndirməyə 

bilməzdi.  Missis  Qardiner  yola  düşməzdən  öncə 

Elizabetlə  mütləq  danışmaq  qərarına  gəldi  və  ona  bu 

sevdaya  yol  verməyin  qız  üçün  nə  qədər  dərrakəsiz  ola 

downloaded from KitabYurdu.org



196 

 

biləcəyini izah etdi. 



Təsadüfi  bir  fakt  ona  gətirib  çıxarmışdı  ki,  mister 

Uikhem missis Qardineri təkcə öz zahiri görünüşünə görə 

maraqlandırmırdı. On-on iki il öncə, ərə gedənə qədər o, 

uzun  müddət  Derbişirin  həmin  hissəsində,  Uikhemin 

doğulduğu  yerdə  yaşamışdı.  Ona  görə  də  onların  çoxlu 

ümumi tanışlan çıxdı. Mister Darsinin atası vəfat edəndən 

bəri beş il ərzində Uikhem, demək olar, doğma yurdunda 

olmasa  da,  o,  hər  halda  missis  Qardinerə  onun  köhnə 

dostları  barədə  qadının  bildiyi  xəbərlərdən  daha  yeni 

məlumatlar verdi. 

Bir  zamanlar  missis  Qardinerin  Pemberliyə  yolu 

düşmüşdü  və  o,  mülkün  mərhum  sahibi  barədə  çox  şey 

bilirdi.  Pemberli  barədə  yadda  qalan  xatirələri  dilə 

gətirmək, malikanənin onun həmsöhbətinin təqdim etdiyi 

daha dəqiq təsvirini tutuşdurmaq və mərhum mister Darsi 

haqqında  tərif  dolu  fikir  mübadiləsi  onların  hər  ikisini 

xeyli  dərəcədə  məmnun  etdi.  Gənc  Darsinin  Uikhemlə 

necə  qəddar  davranması  barədə  öyrənərkən,  missis 

Qardiner  Pemberlinin  varisinin  barəsində,  onun  hələ 

yeniyetmə 

olduğu  vaxtlarda  bütün  eşitdiklərini 

yaddaşında  bərpa  etməyə  çalışdı.  Axırda  o  özünü 

inandırdı ki, gənc Fitsuilyam Darsinin təkəbbürlü və pis 

xasiyyəti barədə danışıldığını xatırlayır. 

III 

FƏSİL 


Missis Qardiner niyyəti barədə Elizabeti xəbərdar etməyi 

unutmadı və onunla təklikdə danışmağın mümkün olduğu 

ilk  fürsətdə  nəzakətlə  öz  həyəcanını  qızla  bölüşdü.  Onu 

downloaded from KitabYurdu.org



197 

 

narahat edən hər şey barədə açıq danışaraq davam etdi: 



—  Lizzi,  sən  kifayət  qədər  ağıllısan  ki,  yalnız  səni 

daşındırdıqlan  üçün  sevməyəsən.  Ona  görə  də  açıq 

danışmaqdan çəkinmirəm. Çox istərdim ki, sən ayıq-sayıq 

olasan. Özün aludə olma və onu aludə etməyə çalışma — 

sizin cüzi vəsaitləriniz olduğunu nəzərə alsaq, bu, tamam 

şüursuzluq  olacaq.  Mən  onu  nədəsə  qınaya  bilmərəm. 

Əlbəttə,  o,  çox  maraqlı  gəncdir.  O,  layiq  olduğu  qədər 

varlı  olsaydı,  hesab  edirəm  ki,  sən  bundan  daha  uğurlu 

seçim  edə  bilməzdin.  Ancaq  hazırkı  vəziyyətdə  sən 

təsəvvürlərinə  qol-qanad  verməməlisən.  Sənin  sağlam 

düşüncən var və biz əminik ki, hərəkətlərində onu rəhbər 

tutacaqsan.  Bilirəm  ki,  atan  sənin  ağlına  və  yaxşı 

davranışına  necə  güvənir.  O,  səndən  yana  məyus 

olmamalıdır. 

— 

Xala, əzizim, siz elə ciddi şeylərdən danışırsınız ki! 



— Əlbəttə.  Ümid  edirəm  ki,  sən  də  onlan  eləcə 

ciddiliklə qəbul edirsən. 

— Belə  olduğu  halda  siz  əndişələnməyə  bilərsiniz. 

Mən mister Uikhem və özüm barədə qayğı çəkərəm. Bir 

də əgər yalnız mən buna mane ola bilərəmsə, o, heç vəchlə 

mənə vurulmayacaq. 

— 

Elizabet, sən zarafata salmağa çalışırsan. 



— Üzr  istəyirəm.  Əvvəldən  başlayım.  Bu  saat  mən 

mister  Uikhemə  vurulmamışam.  Bunu  tam  əminliklə 

bəyan  edə  bilərəm.  Ancaq  o,  şübhəsiz  ki,  rastlaşdığım 

gənclərin  ən  yaraşıqlısıdır.  O  mənə  qarşı  ciddi  şəkildə 

meyil  hiss  etsəydi...  güman  edirəm  ki,  bu,  daha  yaxşı 

downloaded from KitabYurdu.org



198 

 

olardı, nəinki elə bir şey olmasaydı. Çox yaxşı anlayıram 



ki, bu, nə dərəcədə şüursuzluqdur. Ax, bu qorxunc mister 

Darsi!..  Ata  etimadı,  əlbəttə,  məni  bir  çox  şeylərə 

öhdəlikli  edir.  Mən  onu  aldatmalı  olsaydım,  özümü  çox 

bədbəxt  hiss  edərdim.  Ancaq  atam  mister  Uikhemə  çox 

rəğbətlidir.  Qısası,  xala,  əzizim,  sizlərdən  kimisə  məyus 

etmək mənim üçün çox ağrılı olardı. Ancaq biz axı az 

qala  hər  gün  müşahidə  edirik  ki,  sevgili  gənclərin  öz 

talelərini  birləşdirməsinə  heç  bir  ehtiyac  əngəl  törədə 

bilmir.  Mən  necə  söz  verə  bilərəm  ki,  bu  sayaq  sınaq 

qarşısında  qalarkən  yaşıdlarımdan  daha  müdrik 

olacağam? Bir də axı mənə hətta məlum deyil ki, özümü 

onun  qarşısında  dəyanət  göstərməyə  məcbur  edərkən 

müdrik  hərəkət  edirəm,  yoxsa  yox.  Ona  görə  də  mənim 

sizə  vəd  etdiyim  şey  yalnız  tələsməmək  ola  bilər.  Mən 

onun  ürəyini  doğrudan  da  fəth  etdiyim  barədə  nəticə 

çıxararkən  tələsməyəcəyəm.  Onunla  bir  arada  olarkən 

mən  buna  can  atmağa  çalışmayacağam.  Kəsəsi, 

bacardığım hər şeyi edəcəyəm. 

— Bəs ona eyham etməyə dəyərmi ki, o bu evdə belə 

tez-tez olmalı deyil? Ən azı, sən anana onu dəvət etməsi 

üçün xatırlatma etməməlisən. 

— Dünən  etdiyim  kimi,  eləmi?  —  Elizabet  utancaq 

təbəssümlə  soruşdu.  —  Bəli,  siz  haqlısınız.  Mən  bunu 

etməsəydim,  daha  ağıllı  hərəkət  olardı.  Xala,  ancaq  siz 

düşünməyin ki, o, həmişə bizdə bu qədər vaxt keçirir. Bu 

həftə onu yalnız sizin gəlişinizə görə tez-tez dəvət etdik. 

Məgər  siz  bilmirsiniz  ki,  anam  həmişə  dostlarımızın 

downloaded from KitabYurdu.org



199 

 

cəmiyyətlə əhatə 



olunmasına çalışır? Doğrusu, imkanım çatan qədər mənə 

daha  ağıllı  görünən  hərəkətləri  edəcəyimə  dair  sizə  söz 

verirəm. Ümid edirəm ki, bu sizi qane edir? 

Missis Qardiner onu əmin etdi ki, bu cavabdan tamam 

məmnun  oldu.  Elizabet  missis  Qardinerə  dostluq 

qayğısına görə minnətdarlıq etdi. Onlar bir-birinə olduqca 

rəğbətli  halda  ayrıldılar  və  bu  qədər  incə  xassəli 

tövsiyənin  necə,  həm  də  hər  hansı  bir  inciklik  olmadan 

qəbul edildiyi barədə dünyaya nadir nümunə göstərdilər. 

Mister Kollinz Hartfördşirə Qardinerlərin və Ceynin 

gedişindən az sonra qayıtdı. Ancaq o bu dəfə Lukaslarda 

yerləşdiyindən  onun  gəlişi  missis  Bennet  üçün  böyük 

narahatlıq  yaratmadı.  Onun  nikah  mərasimi  indi  sürətlə 

yaxınlaşırdı  və  Lonqborn  sahibəsi,  nəhayət,  o  qədər 

barışdı ki, bu hadisəyə qaçılmaz qismət kimi yanaşmağa 

başladı, hətta zamanzaman turş sifətlə bu nikahın xoşbəxt 

olmasını nə qədər istədiyini dilə gətirirdi. 

Toy  cümə  axşamına  təyin  edildi  və  miss  Lukas 

çərşənbə  günü  Lonqborna  vida  ziyarətinə  gəldi.  O, 

getməyə hazırlaşanda, 

anasının ayrılıq münasibətilə dediyi kasad və nəzakətsiz 

yolasalma  ifadələrindən  xəcalət  çəkən  və  özünü  səmimi 

şəkildə  həyəcanlı  hiss  edən  Elizabet  rəfiqəsini  eyvana 

qədər ötürdü. Şarlotta pilləkənlərdə dedi: 

— 

Eliza, söz ver ki, mənə tez-tez məktub yazacaqsan. 



— 

Əlbəttə, buna əmin ola bilərsən. 

— Bir  də  səndən  bir  yaxşılıq  rica  etmək  istəyirəm. 

downloaded from KitabYurdu.org



200 

 

Mənə baş çəkməyə razı olarsanmı? 



— 

Ümid  edirəm  ki,  biz  Hartfördşirdə  tez-tez 

görüşəcəyik. 

— Çətin  ki,  yaxın  zamanlarda  mən  Kenti  tərk  edə 

bilim.  Ona  görə  də  mənə  söz  ver  ki,  Hansforda 

gələcəksən. 

Elizabet  ona  rədd  cavabı  verə  bilmədi,  hərçənd  belə 

bir  səfərə  görə  özündə  əvvəlcədən  hər  hansı  bir  sevinc 

hissi duymadı. 

— Atam  və  Mariya  martda  yanıma  gəlməlidirlər,  — 

Şarlotta əlavə etdi, — Ümidvaram ki, sən də onlarla birgə 

gələ bilərsən. İnan, Eliza, sənin gəlişin məni şad edəcək. 

Nikah  mərasimi  baş  tutdu,  gənclər  kilsədən  birbaşa 

Kentə yollandılar və adət üzrə, bu hadisə barədə xeyli söz-

söhbət oldu. 

Tezliklə Elizabet rəfiqəsindən məktub aldı. Onlar əvvəlki 

səmimiyyətlə  olmasa  da,  köhnə  vaxtlarda  olduğu  kimi 

düşüncə və müşahidələrini bölüşməyə başladılar. Məktub 

yazmağa  girişərkən  Elizabet  heç  zaman  bu  hissdən 

qurtula  bilmirdi  ki,  onların  köhnə  mənəvi  yaxınlığının 

bütün  gözəlliyi  dönməz  şəkildə  itirilib.  Yazışmanın 

daimiliyi qayğısına qalaraq o, dərk edirdi ki, bunu indiki 

dostluğun  xətrinə  yox,  keçmiş  dostluğa  görə  edir. 

Şarlottanın  birinci  məktubu,  əlbəttə  ki,  böyük  maraqla 

oxundu.  Onun  öz  yeni  evi,  ledi  Ketrinin  ona  necə  xoş 

gəldiyi  və  öz  ailə  səadəti  barədə  nə  dərəcədə  cürətlə 

danışa biləcəyi haqda yazdıqlarını bilmək çox maraqlı idi. 

Ancaq  məktubları  oxuyarkən  Elizabetin  nəzərinə  çarpdı 

downloaded from KitabYurdu.org


201 

 

ki,  Şarlotta  hər  şey  barədə  fikirlərini  məhz  əvvəlcədən 



gözlənildiyi kimi ifadə edir. Məktublar ürəkaçan idi, onun 

orada  bütün  rahatlıqla  təmin  olunmuş  halda  yaşadığı 

bildirilirdi  və  narazılığından  xəbər  verəcək  heç  bir  şey 

qeyd olunmurdu. Ev, şərait, qonşular və yollar - hər şey 

onun  zövqüncə  olub,  ledi  Ketrinin  ona  münasibəti  isə 

olduqca mehriban və nəzakətlidir. Şarlottanın bəhs etdiyi 

mənzərə Hansford və Rozinqsin ağıllı şəkildə 

yumşaldılmış  təsviri  kimi  görünürdü.  Sanki  o,  mister 

Kollinzin özünün fırçasından çıxmışdı. Açıq-aşkar idi ki, 

Elizabet  rəfiqəsinin  həyatı  barədə  ən  düzgün  təsəvvürə 

yalnız Hansfordu ziyarət etməsindən sonra gələ bilər. 

Ceyn  Londona  sağ-salamat  çatması  barədə  bacısına 

dərhal  bir  neçə  sətirlik  xəbər  göndərdi.  Elizabet  ümid 

edirdi  ki,  növbəti  məktubda  o,  artıq  Binqli  ailəsi  barədə 

nəsə  bir  xəbər  verə  bilər.  Onun  səbirsizliklə  gözlədiyi 

ikinci məktub mükafatlandırılan hər bir dözümün cavabı 

kimi  gəldi.  Paytaxtda  bir  həftə  vaxt  keçirən  Ceyn 

Kerolaynla  bir  dəfə  də  görüşməmişdi  və  onun  haqqında 

heç nə eşitməmişdi. Ceyn bunu onunla əlaqələndirirdi ki, 

hələ  Lonqborndaykən  rəfiqəsinə  göndərdiyi  məktub 

hansısa səbəbdən yolda it-bata düşüb. 

“Xalacığım  sabah  şəhərin  həmin  hissəsinə  getməyə 

hazırlaşır, -  o davam  edirdi,  -  mən də  fürsətdən istifadə 

edərək Qrovnor küçəsinə baş çəkəcəyəm”. 

“Görünür,  Kerolaynın  ovqatı  yaxşı  deyildi,  - 

məktubda deyilirdi, - ancaq o mənimlə görüşə çox sevindi 

və  məni  qınadı  ki,  Lonqborndan  gəlməyim  barədə  ona 

downloaded from KitabYurdu.org



202 

 

niyə xəbər verməmişəm. 



Ona  görə  də  mən  məktubumun  ona  çatmadığını  güman 

edərkən  haqlı  imişəm.  Əlbəttə,  mən  ondan  qardaşının 

necə  olduğunu  soruşdum.  O  sağ-salamatdır,  ancaq 

vaxtının çoxunu mister Darsi il keçirir və bacıları, demək 

olar,  onun  üzünü  görmürlər.  Bu  gün  miss  Darsi  onlarda 

nahar  etməli  idi.  Etiraf  edirəm  ki,  onu  görməyi  çox 

istərdim! Mənim ziyarətim uzun çəkmədi, çünki Kerolayn 

və missis Hörst harasa tələsirdilər. Ümid bəsləməyə cürət 

edirəm ki, tezliklə onlar yanıma gələcəklər”. 

Elizabet bu məktubu oxuyaraq başını yırğaladı, Aydın 

idi ki,  mister Binqli  onun bacısının  şəhərə  gəlişi  barədə 

yalnız təsadüf nəticəsində xəbər tuta bilər. 

Ceynin  Londona  getməsinin  üstündən  dörd  həftə 

keçmişdi,  ancaq  mister  Binqlini  görmək  ona  müyəssər 

olmamışdı.  Ceyn  özünü  inandırmağa  çalışırdı  ki,  buna 

görə qətiyyən məyus deyil, amma artıq onun bacılarının 

özünə qarşı diqqətsizliyini fərq etməyə bilmirdi. Düz iki 

həftə  boyunca  o,  miss  Binqlini  gözlədi.  Kerolaynın, 

nəhayət,  Qardinerlərdə  görünməsinə  qədər  hər  axşam 

Ceyn onun üçün yeni-yeni bəraətlər uydururdu. 

Ziyarətin  qısalığı  və  Kerolaynın  maneralarının  quruluğu 

Ceynin özünü bundan artıq aldatmaq imkanından məhrum 

etdi. 

Həmin  görüşdən  sonra  göndərdiyi  məktubda  onun 



duyğuları kifayət qədər ifadə olunurdu. 

“Əminəm  ki,  mənim  sevimli  Lizzim  haqlı  çıxdığına 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin