Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

olundu  ki,  qoy  ledi  Lukas  da  yaxın  gələcəkdə  bu  qədər 

bəxtəvər olsun, bununla belə, missis Bennet özünün bütün 

görkəmi ilə açıq-aşkar və təntənə ilə işarə verirdi ki, bunu 

tamamilə inanılmaz hesab edir. 

Qız  əbəs  yerə  anasının  bəlağət  selləməsini 

xəfiflətməyi  və  ya  anasından  heç  olmasa  öz  vəcdini  bu 

downloaded from KitabYurdu.org



137 

 

sayaq  gurultulu  ifadə  etməməsini  istəyirdi.  Çünki  bu 



söhbət  Elizabetin  özlüyündə  ifadəedilməz  utancla  qeyd 

etdiyi kimi, demək olar, üzbəüz əyləşmiş mister Darsinin 

qulağına çatırdı. Qızın anası isə yalnız hirslənərək bildirdi 

ki, bu nə cəfəngiyatdır, qızı danışır. 

—  Sənin  mister  Darsin  kimdir  ki,  mən  ondan 

çəkinim? Məgər bizim ona nəzakətli müraciət borcumuz 

var  ki,  onun  zövqünə  uyğun  olmayan  nəyisə  deməyə 

çalışmayaq? 

—  Ana,  Allah  xatirinə,  yavaş  danışmağa  çalışın. 

Mister  Darsini  təhqir  etmək  nəyə  lazımdır?  Məgər  siz 

bununla  özünüzü  onun  dostunun  qarşısında  yaxşı 

göstərirsiniz? 

Lakin bu dilətutmalar anasına heç bir təsir göstərmədi. 

Missis  Bennet  bəslədiyi  ümidlər  barədə  hər  kəsin  eşidə 

biləcəyi  tərzdə  danışmaqda  davam  etdi  və  Elizabet  hey 

utancdan və  pərtlikdən qızarmalı oldu.  O, zaman-zaman 

Darsiyə  nəzər  salmaqdan  özünü  saxlaya  bilmirdi  və  hər 

dəfə əmin olurdu ki, narahatlığı nə qədər əsaslıdır. Darsi 

həmişə  missis  Bennet  tərəfə  baxmasa  da,  qız  bilirdi  ki, 

oğlanın bütün diqqəti məhz ona yönəlib. Bu zaman onun 

üzünün  ifadəsi  tədricən  dəyişdi:  əvvəldə  onun  üzündən 

hiddətli  nifrət  oxunurdusa,  axırda  bu  tutqun  və  davamlı 

qətiyyətə çevrildi. 

Ancaq missis  Bennetin bəlağəti tükəndi  və  bütün bu 

vaxt  ərzində  həmsöhbətinin  coşqulu  izharını  çətin  ki, 

paylaşan, dəfələrlə əsnəyini ram edən ledi Lukas axır ki, 

sakit  halda  fikrini  toyuq  və  vetçinanm  üzərində 

downloaded from KitabYurdu.org



138 

 

cəmləşdirmək  imkanı  əldə  etdi.  Elizabet  artıq  özünə 



gəlməyə başlamışdı. Fəqət fasilə qısa sürdü. Şam yeməyi 

bitdikdə musiqidən danışdılar və Elizabet 

Merinin qısa çəkən dilətutmalardan sonra ictimaiyyəti öz 

sənətkarlığı  ilə  feyzyab  etməyə  hazırlaşdığını  görərək, 

daha  bir  utanc  hissi  keçirməli  oldu.  Elizabet  onun  bu 

fədakarlığının  qarşısını  baxışları  ilə  almağa  çalışsa  da, 

səyləri hədər oldu. Özünü bütün parlaqlığı ilə göstərmək 

imkanı qazanmasında sevincək olan Meri heç nəyi başa 

düşmək  istəmədi  və  fortepiano  arxasında  əyləşdi. 

Olduqca  pərt  vəziyyətdə  qalan  Elizabet  gözünü 

ayırmadan bacısını müşahidə edirdi və səbirsizliklə onun 

bir  kupletdən  digərinə  necə  keçdiyini  izləyirdi.  Ancaq 

mahnının  bitməsi  rahatlıq  gətirmədi  -  bəyənmə 

alqışlarının  arasında  bəxş  elədiyi  həzzi  davam  etdirmək 

xahişinə eyham tutan Meri dərhal yeni mahnıya başladı. 

Onun  camaat  qarşısında  çıxış  etmək  üçün  heç  bir 

göstəricisi yox idi: səsi zəif idi, ifa manerası işgəncəydi. 

Elizabet  çarəsiz  idi.  O  bu  əzabı  Ceynin  necə  yaşadığını 

öyrənmək  üçün  böyük  bacısına  baxırdı.  Ancaq  Ceyn 

Minqli  ilə  şirin-şirin  çənə  vururdu.  Elizabet  onun 

bacılarına  nəzər  saldı  və  gördü  ki,  onlar  bir-birinə  və 

mister  Darsiyə  istehzalı  işarələr  edirlər.  Ancaq  mister 

Darsi sifətinin tutqun və sabit ifadəsini qoruyub 

saxlayırdı.  Nəhayət,  Elizabet  atasına  baxaraq,  gözlərilə 

onu  müdaxilə  etməyə  çağırdı,  yoxsa  Meri  səhərə  qədər 

oxumağa davam edə bilərdi. Mister Bennet onu anladı və 

Meri ikinci mahnını bitirəndə bərkdən dedi: 

downloaded from KitabYurdu.org



139 

 

— Bu  qədər  tamamilə  kifayətdir,  övladım.  Sən  artıq 



qulaqlarımızı kifayət qədər feyzyab etdin. İndi icazə ver 

başqa gənc qızlar da özlərini göstərsinlər. 

Meri  özünü  elə  göstərdi  ki,  atasının  sözləri  ona 

çatmayıb,  bununla  belə,  o  bu  sözlərdən  bir  balaca  pərt 

oldu.  Elizabet  isə  bacısının  əvəzindən  xəcalət  çəkərək, 

atasından  inciyərək  hiss  etdi  ki,  müdaxiləsi  ilə  durumu 

daha  da  pisləşdirdi.  Bu  arada  yeni  ifaçı  axtarmağa 

başladılar. 

— Mənim  musiqi  qabiliyyətim  olsaydı,  —  mister 

Kollinz  dilləndi,  —  şübhəsiz  ki,  cəmiyyəti  hansısa  bir 

ariya  ilə  sevindirməyi  özüm  üçün  zövq  hesab  edərdim. 

Çünki  mən  musiqini  kilsə  xadiminin  durumu  ilə  tam 

uyğun  gələn  ən məsum  əyləncə sayıram.  Əlbəttə, hesab 

etmirəm ki, musiqiyə çox vaxt ayırmağa haqqımız yoxdur 

—  bizdən  diqqət  tələb  edən  çox  işlər  mövcuddur.  Bir 

bilsəydiniz kilsə keşişinin nə qədər 

vəzifələri var! Birincisi, o, aşar vergisini (ondabir) düzgün 

bölməlidir və bu zaman özünün və maraqlarının qayğısına 

qalmalı  və  rəhbərinin  mənafelərini  qorumalıdır.  Daha 

sonra  ona  moizələr  yazmaq  gərəkdir.  Yerdə  qalan  vaxt 

kilsə  ayinlərinin  icrasına  və  keşişin  heç  bir  halda 

rahatlığını  təmin  etməyə  etinasız  yanaşmamalı  olduğu 

evini 

təkmilləşdirməyə 



güc-bəla 

çatır. 


Bütün 

ətrafdakılara,  xüsusilə  də  onların  içindən  bu  mövqeyinə 

görə  borclu  olduğu  birinə  diqqət  yetirmək,  onlara 

qatılmaq onun üçün çox vacibdir. Mən qətiyyən özümü 

belə  bir  borcdan  azad  etmirəm,  eləcə  də  özünün  rəhbəri 

downloaded from KitabYurdu.org



140 

 

ilə  qohumluq  əlaqəsində  olan  istənilən  şəxsə  ehtiramını 



ifadə  etmək  imkanını  əldən  buraxan  insan  barədə  yaxşı 

fikirləşməzdim! 

O,  toplanan  camiənin  yarısının  eşitdiyi  yüksək  səslə 

irad  etdiyi  nitqini  mister  Darsiyə  tərəf  təzim  edərək 

yekunlaşdırdı.  Məclis  iştirakçılarının  bəziləri  mister 

Kollinzə diqqətlə baxdı, bəziləri gülümsədi. Ancaq onun 

çıxışı heç kəsi mister Bennet qədər əyləndirmədi, həmin 

vaxt missis Bennet tam ciddi halda 

onu  bəyəndi  və  sakit  səslə  qonşusu  ledi  Lukasa  mister 

Kollinzin  qeyri-adi  ağıllı  və  ləyaqətli  gənc  olduğunu 

bildirdi. 

Elizabetə elə gəlirdi ki, onun ailə üzvləri bu axşam öz 

çatışmazlıqlarını  nümayişə  çıxarmaq  üçün  qəsdən 

sözləşmiş  olsaydılar,  çətin  ki,  onu  böyük  parlaqlıqla 

yerinə yetirə və bundan daha yaxşı uğur qazana bilərdilər. 

Mister  Binqlinin  və  Ceynin  xoşbəxtliyindən,  bu 

tamaşanın  bəzi  nömrələri,  belə  görünür  ki,  insan 

axmaqlıqlarına çox da həssas olmayan gəncin diqqətindən 

yayınıb.  Ancaq  kifayət  qədər  pis  olan  məqam  o  idi  ki, 

mister  Darsi  və  bacıları  üçün  onun  doğmalarını  ələ 

salmağa möhtəşəm imkanlar açılmışdı. Elizabet bir qərara 

gələ bilmirdi ki, onun üçün daha dözülməz olan hansıdır: 

iki  ledinin  meydan  oxuyurmuş  kimi  gülməsi,  yoxsa 

centlmenin susqun ikrahı. 

Gecənin  yerdə  qalan  hissəsi  ona  çox  az  xoş  gəldi. 

Yanından  ayrılmadan,  onu  dabanqırma  izləyən  mister 

Kollinz Elizabetə əziyyət verməkdə davam etdi. Onu rəqs 

downloaded from KitabYurdu.org



141 

 

etmək üçün dilə  tutmaq durumunda olmayan Kollinz öz 



varlığı ilə qızın hansısa bir kavalerin dəvətini qəbul etmək 

imkanından  məhrum  etdi.  Elizabet  hədər  yerə  onu  dilə 

tutdu ki, başqa xanımlann 

məclisdə  olmasından istifadə  etsin, hətta onu balda olan 

istənilən  xanımla  tanış  etmək  təklifi  irəli  sürdü.  Mister 

Kollinz iddia etdi ki, rəqslərə biganədir və hər şeydən çox 

öz əziz əmisi nəvəsinə diqqət yetirmək istərdi, bununla da 

çalışdı  ki,  özünü  onun  gözündə  mümkün  olduğu  qədər 

yaxşı göstərsin. Bu səbəbdən o, balın axırma qədər ondan 

aynlmamağı üstün tutardı. Belə bir istəyə qarşı nəsə etiraz 

etmək  çətin  idi.  Ona  görə  də  Elizabet  tez-tez  onlara 

yaxınlaşan  və  mister  Kollinzlə  söhbət  etmək  cəfasını 

fədakarlıqla  öz  üzərinə  götürən  miss  Lukasa  minnətdar 

idi. 


Elizabet ən azı mister Darsinin nəzərindən qurtulduğu 

üçün  şad  idi.  O,  hərdən  heç  bir  işi  olmadan  Elizabetin 

yaxınlığında gəzişsə də, onunla danışmağa cəhd etmirdi. 

Elizabet buna Uikhem barədə eyhamları ilə nail olduğunu 

düşünür və məmnun qalırdı. 

Lonqbornlu qonaqlar zalı axınncı tərk etdilər. Missis 

Bennetin  xüsusi  hiyləsi  sayəsində  onlann  ekipajı  o  biri 

qonaqlann  getməsindən  on  beş  dəqiqə  sonra  hazır  oldu. 

Bu,  onlara  Nezerfild  sakinlərindən  kimin  onlann  yola 

çıxmasını 

səbirsizliklə  gözlədiyini  müşahidə  etmək  imkanı  verdi. 

Missis  Hörst  və  onun  bacısı  ağızlarını  yalnız  ona  görə 

açdılar  ki,  yorğunluqdan  şikayət  etsinlər.  Onlar  bütün 

downloaded from KitabYurdu.org



142 

 

görkəmləri  ilə,  nəhayət,  tək  qalmaq  istədiklərini 



göstərirdilər.  Xanımlar  missis  Bennetin  söhbət  salmaq 

cəhdlərindən  yayınaraq  ortada  olanların  hamısına 

uyuşuqluq göstərirdilər. Bu səhnə mister Kollinzin yenicə 

başa  çatmış  gecənin  lətafəti,  ev  sahiblərinin  iltifatı  və 

qonaqpərvərliyi  münasibətilə  mister  Binqlinin  və  onun 

bacılarının 

ünvanına 

səsləndirdiyi 

dolğun 

komplimentlərlə,  əhatəli  mühakimələri  ilə  bir  az 



canlanırdı. Mister Darsi, ümumiyyətlə, heç nə danışmırdı. 

Mister  Bennet  də  susur,  qarşısında  açılmış  tamaşadan 

ləzzət  alırdı.  Mister  Binqli  və  Ceyn  başqalarından  bir 

qədər  aralıda  duraraq,  yalnız  öz  aralarında  danışırdılar. 

Elizabet öz susqunluğunu miss Hörst və miss Binqlidən 

əskik olmayan inadkarlıqla qoruyurdu. Lidiya da o qədər 

yorulmuşdu  ki,  enerjili  əsnəklə  müşayiət  olunan  “ilahi, 

necə  də  yorulmuş”  deyə  qırıq-qırıq  dediyi  sözlər  nəzərə 

alınmasa, heç nə danışmırdı. 

Nəhayət, hamı çıxışa doğru yönələndə missis Bennet 

nəzakətli  bir  şəkildə  Nezerfild  kampaniyasını  mütləq 

tezliklə  Lonqbornda  görmək  arzusunu  ifadə  etdi.  O, 

əsasən  mister  Binqliyə  müraciət  edərək  dedi  ki,  onun 

ailəsi  istənilən  vaxt  öz  naharını  onunla  və  onun 

yaxınlarıyla  bölməyə  hazırdır  -  təmtəraqsız  və  rəsmi 

dəvətlərsiz.  Mister  Binqli  ona  səmimi  qəlbdən 

təşəkkürünü  bildirdi  və  sabah  yola  düşməli  olduğu 

qısamüddətli  işgüzar  London  səfərindən  qayıtdıqdan 

sonra  onları  ilk  münasib  fürsətdə  ziyarət  edəcəyini 

həvəslə vəd etdi. 

downloaded from KitabYurdu.org


143 

 

Missis Bennet tamamilə məmnun idi. Nezerfildi tərk 



edərkən  o,  ürəyində  xoşbəxt  əminlik  bəsləyirdi  ki,  üç-

dörd aydan sonra onun qızı buraya köçəcək, bundan ötrü 

yeni  ekipajlar  və  şərait,  eləcə  də  toy  libaslan  tədarük 

etmək  lazım  gələcək.  O,  eyni  şəkildə  ikinci  qızının  da 

tezliklə ərə gedəcəyinə əmin idi. Bu nikaha ümid də ona 

Ceynin  nikah  gözləntisi  qədər  güclü  olmasa  da,  xeyli 

məmnuniyyət  verirdi.  Missis  Bennet  Elizabeti  o  biri 

qızlarından  az  sevirdi.  Missis  Bennet  Kollinzə  və  onun 

keşiş evinə etirazı olmasa da, onlar, əlbəttə, mister Binqli 

və Nezerfildlə heç bir müqayisəyə gəlmirdilər. 

XIX 

FƏSİL 


Ertəsi gün Lonqbornda yeni vacib hadisələr oldu. Mister 

Kollinz mister Bennetin ikinci qızına rəsmi evlilik təklifi 

etdi.  Onun  Lonqbornda  olma  müddəti  yaxınlaşan  şənbə 

günü  başa  çatırdı  və  o,  vaxt  itirmək  istəmirdi.  O  öz 

hisslərini sərbəst şəkildə ifadə etməsinə mane ola biləcək 

utancaqlığı  ilə  seçilmirdi,  ona  görə  də  bu  niyyətini  tam 

düşünülmüş  şəkildə,  hərəkətlərini  lazımi  şərtlərlə 

müşayiət etdirərək həyata keçirdi. 

Səhər  yeməyindən  sonra  missis  Benneti  Elizabet  və 

onun kiçik bacılarından biri ilə birlikdə görən Kollinz ev 

sahibəsinə belə bir sual verdi: 

—  Xanım,  ümid  edə  bilərəmmi  ki,  əgər  gözəl  miss 

Elizabetdən  mənə  xüsusi  şərəf  verərək  bu  gün  onunla 

təklikdə söhbət etmək imkanı yaratmağı xahiş etsəm, siz 

ona öz təsirinizdən istifadə edəcəksiniz? 

Elizabet  gözlənilməzlikdən  yalnız  qızarmağa  macal 

downloaded from KitabYurdu.org


144 

 

tapdı, çünki missis Bennet dərhal dilləndi: 



— Ax,  ilahi!  Əlbəttə!  Söyləməyə  belə  gərək  yox! 

Əminəm ki, Lizzi sizi böyük məmnuniyyətlə dinləyəcək. 

Onun heç bir etirazı ola bilməz. Gedək, Kitti, sən yuxanda 

mənə lazımsan. 

O, iynə-sapını yığışdıraraq çıxışa tələsdi. Elizabet onu 

dayandırmağa cəhd etdi: 

— Lütfən,  buradan  getməyin.  Çox  xahiş  edirəm. 

Mister Kollinz məni bağışlayar. O mənə bu evdə istənilən 

adamın eşitməli olmadığı heç nə deməyəcək. Ən yaxşısı 

budur özüm gedim. 

— Axmaqlığa  bax.  Mənə  sənin  bu  otaqda  qalmağın 

lazımdır.  —  O,  utanmış  və  özünü  itirmiş  Elizabetin 

gerçəkdən də qaça biləcəyini görüb əlavə etdi: —  Lizzi, 

mən  tələb  edirəm  ki,  sən  qalasan  və  mister  Kollinzi 

dinləyəsən. 

Bu qədər qeyd-şərtsiz əmri pozmağa Elizabetin hünəri 

çatmadı.  Qısaca  düşünərək  bu  qərara  gəldi  ki,  ən  ağıllı 

çıxış yolu məsələni sürətlə və az hay-küylə həll etməkdir. 

Yenidən oturdu və tikiş məşğuliyyətinə daldı. O, gülmək 

və  ağlamaq  istəyirdi.  Missis  Bennet  və  Kitti  çıxan  kimi 

Kollinz açılışmağa başladı: 

—  İnanın,  əziz  miss  Elizabet,  təvazökarlığınız  sizi 

nəinki  mənim  gözümdən  salır,  hətta  kamilliyinizi  daha 

güclü  şəkildə  nəzərə  çarpdırır.  Mənə  qarşı  olan 

laqeydliyinizi  aşkar  etməsəydim,  bu  qədər  cazibədar 

görünməzdiniz.  Ancaq  icazə  verin,  əmin  edim  ki,  sizə 

müraciət edərkən mən artıq möhtərəm ananızın razılığını 

downloaded from KitabYurdu.org



145 

 

təmin  etmişəm.  Siz  çətin  ki,  mənim  təqib  etdiyim 



məqsədlərə  münasibətdə  yanılırsınız,  bununla  belə,  ola 

bilər  ki,  fitri  utancaqlığınız  üzündən  bunu  inkar 

edəcəksiniz.  Əslində  mən  həddən  artıq  açıq  şəkildə  sizi 

üstün  tutduğumu  bəlli  edirdim  ki,  niyyətlərimi  anlaya 

biləsiniz. Demək olar ki, bu evin kandarından içəri ayaq 

qoyduğum  vaxt  anladım  ki,  siz  mənim  həyat  yoldaşım 

olmağa  məhkumsunuz.  Ancaq  alovlu  duyğularıma 

sərbəstlik  verməzdən  öncə,  ola  bilər,  mən  evlənməyə 

hazırlaşmağıma  və  bu  evdə  öz  gələcək  rəfiqəmi 

tapmaqdan ötrü məni Hartfördşirə gəlməyə məcbur edən 

səbəbləri sizinlə bölməli idim. 

Başbilən  və  təmtəraqlı  əmisi  nəvəsinin  öz  alovlu 

duyğularına sərbəstlik verə bilməsi fikri az qala Elizabeti 

gülməyə vadar edəcəkdi. Bu üzdən o, kiçik pauzadan 

yararlanaraq mister Kollinzi sonrakı izahlardan saxlamadı 

və ona öz monoloqunu davam etdirmək imkanı verdi. 

— Beləliklə, mən evlənmək istəyirəm. Hesab edirəm 

ki, birincisi, mənim kimi maddi vəsait korluğu çəkməyən 

hər bir kilsə  xadimi  öz icmasında nümunəvi  ailə başçısı 

olmalıdır. İkincisi, əminəm ki, bu addım mənim həyatımı 

daha  da  xoşbəxt  edəcək.  Nəhayət,  üçüncüsü  (bəlkə  də 

mən  bunu  hər  şeydən  öncə  dilə  gətirməliydim),  mən 

hazırda  rəhbərim  adlandırmaq  şərəfinə  nail  olduğum 

olduqca nəcib ledinin məsləhət və istəklərini xüsusilə əldə 

rəhbər  tuturam.  O,  artıq  iki  dəfə  özünə  sığışdıraraq  bu 

barədə  öz  baxışlarını  (mənim  heç  bir  xahişim  olmadan) 

ifadə  edib.  Hətta  ötən  şənbə  günü,  Hansforddan  yola 

downloaded from KitabYurdu.org



146 

 

çıxmağım  ərəfəsində,  iki  partoya  kadril  oyununun 



fasiləsində  missis  Cenkinson  miss  de  Börün  kətilinin 

ayaqlarını  düzəldəndə  ledi  Ketrin  mənə  dedi:  “Mister 

Kollinz,  siz  evlənməlisiniz.  Sizin  xasiyyətdə  olan  kilsə 

xadimi  evli  adam  olmalıdır.  Ağılla  seçin,  ləyaqətlisini 

seçin. Mənim zövqümü nəzərə alın, əlbəttə, özünüzünkü 

ilə hesablaşın. Qoy o, dürüst və işlək qadın olsun, ərköyün 

olmasın, elə olsun ki, adi gəlirlə 

keçinsin, ayağını yorğanına görə uzatmağı bacarsın. Mən 

sizə  bunu  məsləhət  görürəm.  Özünüzə  mümkün  qədər 

tezliklə  münasib  arvad  tapın,  onu  Hansforda  gətirin  və 

mən  onu  ziyarət  edim”.  Yeri  gəlmişkən,  mənim  gözəl 

əmim nəvəsi, qeyd etmək istərdim ki, qətiyyən ledi Ketrin 

de  Börün  diqqət  və  xeyirxahlığını  əlimlə  birgə  təklif 

etmək 


durumunda  olduğum  həmin  üstünlüklərin 

cərgəsində  axırıncı  yerə  qoymuram.  Ledi  Ketrinlə  tanış 

olduqda  başa  düşəcəksiniz  ki,  onun  layiq  olduğu 

maneralan sizə təsvir edə bilməmişəm.  Əminəm ki,  sizə 

məxsus  olan  canlılıq  və  hazırcavablıq  onun  xoşuna 

gələcək və bunlar, əlbəttə ki, onun yüksək ranqının təlqin 

etdiyi  ehtiram  və  təmkinlə,  lazımi  şəkildə  yumşalacaq. 

Bax,  məni  evlənməyə  sövq  edən  ümumi  mülahizələr 

bunlardan  ibarətdir.  İndi  mənə  yalnız  nəyə  görə 

nəzərlərimi  Hansford  ətrafındakı  kəndlərə  yox,  məhz 

Lonqborn  tərəfə  yönəltdiyimi  demək  qalır.  Sizi 

inandırmağa  cəsarət  edirəm  ki,  Hansfordda  da  xeyli 

qəşəng  gənc  ledi  var.  Məsələnin  məğzi  odur  ki,  sizin 

möhtərəm  atanızın  ölümündən  sonra  (Allah  ona  uzun 

downloaded from KitabYurdu.org


147 

 

ömür  versin)  mən  onun  mülkünə  sahib  durmalıyam.  Bu 



xüsusda vicdanımı sakitləşdirmək üçün mən 

onun  qızlarından  birini  özümə  arvad  etmək  qəranna 

gəldim.  Mən  istərdim  ki,  onlar  bu  qədər  kədərli  bir 

hadisənin təəssüf ki, baş verəcəyi zaman itkini mümkün 

qədər  az  hiss  etsinlər,  hərçənd  dediyim  kimi,  bu,  hələ 

çoxçox sonralar baş verə bilər. Səbəblərim belə idi, gözəl 

əminəvəsi, ümid bəsləyirəm ki, bu məni sizin gözünüzdən 

salmayacaq.  Mənə  yalnız  sizə  bağlılığımın  qeyri-adi 

gücünü  inandırmaq  qalır.  Mən  pul-  paraya  tamam 

biganəyəm, bu baxımdan atanıza qarşı hər hansı iddia irəli 

sürməyə hazırlaşmıram, çünki onların nə qədər az təmin 

oluna biləcəyini kifayət qədər bilirəm. Mən həmçinin onu 

da bilirəm ki, gələcəkdə yalnız illik dörd min funt gəlirdən 

mininə  sahib  ola  bilərsiniz,  o  da  missis  Bennetin 

ölümündən  sonra  sizin  sərəncamınıza  keçəcək.  Bu 

baxımdan  mən  balıq  kimi  lal  olacağam  və  əmin  ola 

bilərsiniz  ki,  ağzımdan  heç  vaxt  bir  kəlmə  də  mənə 

yaraşmayan töhmət-filan çıxmayacaq. 

Onu mümkün qədər tez dayandırmaq lazım idi. 

—  Siz  tələsirsiniz,  ser!  —  Elizabet  qışqırdı.  —  Siz 

unutmuşunuz  ki,  mən  hələ  heç  bir  cavab  verməmişəm. 

İcazə verin, mən onu gecikmədən edim. Mənə verdiyiniz 

şərəfə görə, 

ser,  minnətdarlığımı  qəbul  edin.  İnanın,  dərindən  başa 

düşürəm ki, sizin təklifiniz mənim üçün böyük iltifatdır, 

ancaq onu rədd etməyə məcburam. 

— Ooo, mən eşitmişdim ki, — mister Kollinz ifadəli 

downloaded from KitabYurdu.org



148 

 

hərəkətlə  onun  sözünü  kəsdi,  —  gənc  ledilər  kişilərdən 



onlan xoşbəxt etmək xahişini eşidəndə, ürəklərində qəbul 

etməyə  hazır  olduqlan  halda  tez-tez  təklifi  rədd  edirlər. 

Bəzi  hallarda  rədd  cavabı  ikinci,  hətta  üçüncü  dəfə  də 

verilir. Ona görə də sizin sözləriniz məni qətiyyən narahat 

eləmir  və  mən  səmimi  qəlbdən  ümid  edirəm  ki,  yaxın 

gələcəkdə  sizi  nikah  kəsdirmək  üçün  kilsə  səcdəgahına 

aparacağam. 

— Ancaq mənim cavabımdan sonra, ser, — Elizabet 

səsləndi,  —  sizin  ümidiniz  əsassız  görünür.  Sizi  əmin 

edirəm ki, mən öz səadətləri ilə riskə gedərək təkrar təklif 

gözləməyə  cəsarət  edən  gənc  qadınların  (onlar, 

ümumiyyətlə,  mövcuddurlarsa)  cərgəsinə  aid  deyiləm. 

Sizə  tam  ciddi  cavab  verdim.  Siz  məni  xoşbəxt  edə 

bilməzsiniz, mənim dərin inamıma görə, dünya üzündəki 

qadınların içində ən az mən sizin kimi adamı xoşbəxt edə 

bilərəm. Şübhə etmirəm ki, əgər 

sizin  dostunuz  ledi  Ketrin  məni  tanısaydı,  heç  bir  halda 

sizin seçiminizi bəyənməzdi. 

— 

Doğrudanmı  ledi  Ketrin  əslində  sizə  belə 



yanaşardı? 

—  mister  Kollinz  ciddi  sifətlə  dedi.  —  Ancaq  təsəvvür 

edə bilmirəm ki, siz lütfkar xanımın xoşuna gəlməyəsiniz. 

Əmin ola bilərsiniz ki, mən onunla görüşmək şərəfinə nail 

olanda sizin  təvazökarlığımzı,  təsərrüfatçılığınızı  və  sair 

müsbət keyfiyyətlərinizi ən əlverişli bir şəkildə ona təsvir 

edəcəyəm. 

— Heyhat,  mister  Kollinz,  mənim  ünvanıma  təriflər 

downloaded from KitabYurdu.org


149 

 

əbəs olacaq. İcazə verin, taleyimi özüm həll edim və lütf 



edin,  sözlərimə  inanın.  Mən  sizə  ürəkdən  var-dövlət  və 

səadət arzulayıram və sizə ərə getməkdən imtina edərək, 

özümdən asılı olan hər şeyi edirəm ki, bu istəklər həyata 

keçsin.  Mənə  evlilik  təklifi  edərək  siz  ailəmizə 

münasibətdə  vicdanınızı  sakitləşdirməliydiniz  və  indi 

Lonqborn malikanəsi sizin sərəncamınıza keçəndə vicdan 

əzabı  çəkmədən  ona  sahiblənə  bilərsiniz.  Beləliklə,  bu 

məsələni tamamilə həll edilmiş saymaq olar. 

Bu sözlərdən sonra o, artıq otağı tərk etmək istəyirdi, 

ancaq mister Kollinz yenidən dilləndi: 

— Mən  sizinlə  bu  mövzuda  bir  daha  söhbət  etmək 

şərəfinə  nail  olanda,  indi  verdiyiniz  cavabdan  daha 

əlverişli cavab almağa ümid edəcəyəm. Bununla yanaşı, 

mən  sizi  duyğusuzluqda  günahlandırmaq  fikrindən 

uzağam, çünki birinci dəfə evlilik təklifi edən kişiyə rədd 

cavab  verməyin  sizin  cinsinizə  nə  qədər  xas  olduğunu 

bilirəm. Bəlkə də siz, hətta mənə gerçək həssaslığa malik 

qadın qəlbinin yol verə bildiyi qədər ümid verdiniz. 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin