Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

xoşbəxtliyi məhz elə bir anda nəsib oldu ki, həmin vaxt 

gənclər  geri  döndülər  və  dükanın  yerləşdiyi  səmtə 

gəldilər.  Mister  Denni  dərhal  onları  söhbətə  tutdu  və 

dostunu  təqdim  etmək  üçün  icazə  istəyərək  dedi  ki,  bu, 

mister  Uikhemdir,  bu  günlərdə  Meritona  gəlib  və  onun 

onlann  polkuna  qəbul  edildiyini  xəbər  verməkdən  çox 

xoşbəxtdir. Hər şey ən münasib şəkildə alınmışdı. Gənc 

adamın  tam  cazibədar  olması  üçün  yalnız  polk  mundiri 

çatışmırdı. Gəncin xarici görünüşü onun lehinəydi. Onda 

hər şey yaxşı idi: düzgün sifət cizgiləri, əla qədd-qamət, 

xoş  ədalar.  Xanımlara  təqdim  olunan  kimi  o,  dərhal 

özündə  rahat  söhbətə  istək aşkar etdi  - onun bu  xoşbəxt 

istəyində  azacıq  da  olsa  sünilik  nəzərə  çarpmırdı. 

Kampaniya  ayaq  üstə  duraraq,  nəzakətlə  danışarkən,  at 

dırnaqlarının  tappıltısının  səsi  gəldi  və  uzaqda  küçə 

boyunca  çapıb  gələn  Darsi  və  Binqli  göründü.  Tanış 

xanımları  görən  süvarilər  atlarını  yaxma  sürdülər  və 

onlara  öz  ehtiramlarını  bildirdilər.  Başlıca  olaraq  Binqli 

danışırdı. Onun nitqi, demək olar, bütünlüklə böyük miss 

Bennetə 

ünvanlanmışdı. 

Binqlinin 

dediyinə 

görə, 

onlar 


Lonqborna,  onun  sağlıq  durumundan  xəbər  tutmağa 

gedirmişlər. Mister Darsi başını tərpətməklə təsdiq etdi və 

özünün 

Elizabetə 



diqqət 

yetirməmək 

niyyətini 

downloaded from KitabYurdu.org



98 

 

xatırlayaraq,  qəflətən  baxışlarını  ona  naməlum  olan 



şəxsin  üzərində  saxladı.  Bu  zaman  təsadüfən  birinə  və 

digərinə  baxan  Elizabet  bu  görüşün  onlara  göstərdiyi 

təsirdən heyrətləndi: onların ikisinin də sifəti dəyişdi - biri 

tutuldu,  digəri  qızardı.  Bir  neçə  saniyədən  sonra  mister 

Uikhem  əlini  şlyapasına  apararaq  salam  verdi,  ancaq 

mister  Darsi  bu  salamı  dilucu  aldı.  Bu,  nə  demək  idi? 

Buna izahat düşünmək mümkün deyildi. Həmçinin özünü 

bunun  arxasında  gizlənən  sirrə  dalmaq  arzusundan 

saxlamaq da çətin idi. 

Bir  dəqiqə  keçər-keçməz  mister  Darsi  sağollaşdı  və 

baş verənləri sezməmiş kimi dostu ilə birlikdə atını çapıb 

getdi. 


Mister  Denni  və  mister  Uikhem  gənc  lediləri  mister 

Filipsin  evinə  qədər  ötürdülər  və  burada  Lidiyanın  evə 

getməyə  dair  israrlı  dəvətlərinə  və  başını  pəncərədən 

çıxarmış missis Filipsin hündür səslə alqışlayaraq dəvəti 

dəstəkləməsinə baxmayaraq, onlara baş əyərək ayrıldılar. 

Bu xanım öz bacısı qızlarını görməyə həmişə şad idi. 

İki  böyük  bacının  son  günlər  görünməməsi  Ceyn  və 

Elizabetin gəlişini xüsusilə arzuolunan etmişdi. O, dərhal 

onların  Lonqborna  erkən  qayıdışının  onu  necə 

təəccübləndirməsindən 

danışmağa 

başladı. 

Onlar 

başqasının  ekipajı  elə  qayıtmışdılar  və  missis  Filips  bu 



barədə  xəbər  tuta  bilməyəcəkdi  -  əgər  mister  Consun 

aptekində işləyən oğlan uşağı ona rast olmasaydı və ona 

artıq  hər  iki  miss  Bennetin  Nezerfilddən  ayrıldığı  üçün 

daha  oraya  dərman  aparmayacağmı  deməsəydi.  Bu  vaxt 

downloaded from KitabYurdu.org


99 

 

onun  diqqəti  Ceynin  təqdim  etdiyi  mister  Kollinzə  cəlb 



olundu. 

Missis Filips onu ən nəzakətli şəkildə qarşıladı və qonaq 

da ona daha böyük nəzakətlə cavab verdi. Mister Kollinz 

onunla tanışlıq şərəfinə nail olmadan evə soxulduğu üçün 

üzr istəyərək, özünə ümid verirdi ki, ola bilər, bu hərəkəti 

hər halda onu missis Filipsin diqqətinə təqdim edən gənc 

ledilərlə qohum olmasıyla əsaslanmış olur. Missis Filips 

bu  qədər  tərbiyəli  qonağın  qarşısında  heyranlıq  duydu. 

Ancaq onu dərhal bir yad adamdan yayındıraraq başqası 

barədə  sorğu-suala  tutdular  və  o,  əfsus  ki,  öz  bacısı 

qızlarına, artıq yenicə bildikləri xəbərləri 

verə  bildi:  Uikhemi  Londondan  Danni  gətirib  və  o, 

Derbişir alayında leytenant rütbəsində xidmətə başlamağa 

hazırlaşır.  Xanımın  sözlərinə  görə,  o,  artıq  onların 

küçəsində gəzişdikləri vaxt zabitlərə bir saat ərzində göz 

qoyub və əgər mister Uikhem yenidən onun pəncərəsinin 

altına  gəlsə  Kitti  və  Lidiya,  şübhəsiz  ki,  həmin  an  bu 

məşğuliyyəti davam etdirə bilərlər. Fəqət bədbəxtlikdən, 

küçədə  bir-iki  zabitdən  başqa  heç  kəs  gözə  dəymədi. 

Həmin  zabitlər  isə  qızları  maraqlandıran  gənclərlə 

müqayisədə  “önəmsiz  və  diqqətəlayiq  olmayan”  biriləri 

kimi  göründülər.  Ertəsi  gün  polkdan  kimsə  Filipslərə 

qonaq gəlməli idi və xala ərini dilə tutmağa girişdi ki, əgər 

Lonqborndan  qohumlan  onun  yanma  gəlsələr,  o,  mister 

Uikhemi də qonaq çağırsın. Missis Filipsin dəvəti dərhal 

qəbul  edildi  və  xala  vəd  etdi  ki,  yüngül  isti  şam 

yeməyindən  sonra  onlar  şən-şən  loto  oynaya  bilərlər. 

downloaded from KitabYurdu.org



100 

 

Hamı  bu  qədər  xoş  əyləncənin  gözlənilməsinə  görə 



sevindi və bir-birindən olduqca məmnun halda ayrıldılar. 

Getməzdən öncə mister Kollinz yenidən üzrxahlıq etməyə 

başladı  və  ev  sahibəsi  nəzakətlə  üzrə  gərək  olmadığını 

bildirdi. 

Lonqborna  qayıdarkən  yolda  Elizabet  Ceynə  onun 

gözləri  qarşısında  iki  gənc  adam  arasında  olub-

bitənlərdən  danışdı.  Ancaq  bacısı  onların  ayrı-ayrılıqda 

hər  birini  və  eyni  zamanda  hər  ikisini  mümkün 

ittihamlardan  müdafiə  etməyə  hazır  olduğu  üçün  bu 

səhnəni anlamaq ona hələ çox çətin idi. 

Mister Kollinz missis Filipsin manera və lütfkarlığım 

tərifləyərək qızların anasına böyük məmnunluq bəxş etdi. 

Onun fikrincə, ledi Ketrini və miss de Börü nəzərə almasa, 

o, hələ heç vaxt bu qədər tərbiyəli xanıma rast gəlməyib. 

Missis Filips onu öz evində bu qədər nəzakətlə qarşıladığı 

azmış kimi, onunla indiyə qədər tanış olmaq şərəfinə nail 

olmasa  da,  sabah  axşam  onu  yenə  dəvət  edib.  Müəyyən 

dərəcədə  bu  onun  Bennet  ailəsi  ilə  qohumluqla  izah 

olunur, ancaq hər halda, o, hələ heç vaxt öz şəxsinə bu cür 

diqqət görməyib. 

XVI 

FƏSİL 


Bütün  miss  Bennetlərin  xalalarının  evinə  yollanmaq 

arzusu  onların  valideynləri  tərəfindən  bəyənilsə  də,  ev 

sahibi  və  sahibəsinin  bir  axşamlıq  tərk  etməkdən 

ehtiyatlanan  mister  Kollinzin  etirazları  qətiyyətlə  rədd 

edildi və kareta uyğun zamanda gənc adamı və onun beş 

əmisi  nəvəsini  Meritona  çatdırdı.  Evə  yetişdikləri  vaxt 

downloaded from KitabYurdu.org


101 

 

xanımlar  məmnunluqla  öyrəndilər  ki,  mister  Uikhem 



mister  Filipsin  dəvətini  qəbul  edib  və  artıq  dəvətli 

qonaqların sırasındadır. 

Hamı  bu  xəbəri  eşitcək  qonaq  otağına  daxil  olub 

yerlərində  qərar  tutduqları  vaxt  mister  Kollinz,  nəhayət, 

ətrafa boylanmaq və öz müşahidələrindən vəcdə gəlmək 

imkanı  əldə  etdi.  Onun  sözlərinə  görə,  o,  zalın 

böyüklüyündən  və  şəraitin  möhtəşəmliyindən  o  qədər 

heyrətlənib  ki,  özünü  Rozinqsin  özündə  səhər  yeməyi 

üçün olan kiçik yay otağmdaymış kimi təsəvvür edib. 

İlk baxışdan bu cür müqayisə missis Filipsə o qədər 

də tərifli görünmədi. Ancaq Kollinz ona Rozinqsin necə 

olduğunu və bu mülkün kimə məxsusluğunu başa salanda, 

ledi  Ketrinin  evində  yalnız  bir  qonaq  otağının  təsvirini 

eşidəndə,  təkcə  sobanın  ev  sahibəsinə  səkkiz  yüz  funta 

başa  gəldiyini  biləndə  miss  Filips  ona  edilmiş 

komplimentin əhəmiyyətini tam miqyasında dəyərləndirə 

bildi. Bundan sonra o, çətin ki, özünün ön qonaq otağının 

yüksək  mənsəbli  saray  əyanının  otağı  ilə  müqayisə 

edilməsindən inciyərdi. 

Ledi  Ketrinin  və  onun  mülkünün  əzəmətini  təsvir 

edən, arada söhbətə özünün sadə yuvası və onda aparılmış 

təkmilləşdirmə  barədə  söz  qatan  mister  Kollinz  kişilər 

gələnə  qədər  vaxtını  çox  xoş  keçirdi.  Missis  Filipsin 

simasında  o,  qeyri-adi  dərəcədə  diqqətli  dinləyici 

tapmışdı. Bu xanımın onun şəxsiyyəti barədə müsbət rəyi 

hekayətçinin  hər  sözü  və  əldə  olunan  məlumatları 

mümkün  qədər  tez  öz  tanışları  ilə  paylaşmaq  arzusu  ilə 

downloaded from KitabYurdu.org



102 

 

bərabər  yüksəlirdi.  Əmi  nəvəsini  dinləməkdən  təngə 



gəlmiş və səbirsizliklə musiqi gözləməkdən və sobadakı 

Çin rəsmlərinin miyanə imitasiyasma tamaşa 

etməkdən  başqa  əlacları  olmayan  qızlar  üçün  vaxt 

olduqca ağır gedirdi. Budur, nəhayət, gözləmə dəqiqələri 

sona yetdi. Kişilər gəlib çıxdılar və Uikhem otağa daxil 

olanda Elizabet başa düşdü ki, ilk görüş zamanı ona baxıb 

və  nəticədə  onun  barəsində  müəyyən  heyranlıqla 

düşünüb. Derbişir alayının zabitlərinin əksəriyyəti  yaxşı 

gənclər  idi,  gecədə  onların  ən  seçilmişləri  iştirak  edirdi. 

Ancaq  mister  Uikhem  onlardan  istənilən  birini  öz 

görkəmi, qaməti, maneraları və yerişi ilə elə üstələyirdi ki, 

eynilə onlar özləri də arxalannca içəri girən Filip əmidən 

-  bu,  vaxtı  sona  çatan  çaxır  çəlləyinə  dönmüş,  kökəlib 

göbək  bağlamış  kişidən  o  qədər  sərfəli  şəkildə 

fərqlənirdilər. 

Mister  Uikhem  kişi  cinsinə  mənsub  olan  o 

bəxtəvərlərdən  idi  ki,  zalda  olan  xanımların  hamısının 

gözü ona zillənmişdi. Elizabet isə onların arasında həmin 

bəxtəvər  idi  ki,  Uikhem  nəhayət,  özünə  yeri  gəlib  onun 

yanında  tapdı.  O  oturan  kimi,  o  dəqiqə  onunla  havanın 

yaxşı  olması  barədə  söhbətə  başladı.  Hava  olsa-olsa 

axşam rütubəti və yaxınlaşmaqda olan yağışdan başqa bir 

şey olmasa da, Elizabet hiss etdi ki, ən darıxdırıcı və 

çeynənmiş  mövzu  həmsöhbətin  müvafiq 

ustalığı 

sayəsində xeyli maraqlı ola bilər. 

Mister Uikhem və onun zabit dostları kimi zərif cinsin 

diqqəti  uğrunda  mübarizə  aparan  bu  cür  rəqiblər  mister 

downloaded from KitabYurdu.org


103 

 

Kollinzi  tamam  arxa  plana  çəkilməyə  vadar  etdilər. 



Xanımlar  üçün  gerçəkdən  mövcudluğunu  dayandırdı. 

Ancaq zaman- zaman o, missis Filipsin simasında həssas 

dinləyici qazanır və onun qayğısı sayəsində qəhvə və kökə 

sandan korluq çəkmirdi. 

Kart masaları döşənəndə o, oyunda iştirak edərək öz 

növbəsində nəzakət sərgiləmək imkanı əldə etdi. 

— Mən hələlik o qədər də təcrübəli tərəfdaş deyiləm, 

— o dedi, — ancaq mənə təkmilləşmək gərəkdir. Çünki 

mənim həyatdakı mövqeyim... 

Missis Filips dəvəti qəbul etdiyi üçün çox minnətdar 

oldu, amma onu sonadək dinləyə bilmədi. 

Mister Uikhem vist oynamadı və başqa masada vəcdlə 

qarşılanaraq,  Lidiya  və  Elizabetin  arasında  əyləşdi. 

Əvvəlcə  təhlükə  vardı  ki,  susmadan  çərənləmək 

qabiliyyəti  olan  Lidiya  onu  büsbütün  ələ  alacaq.  Ancaq 

oyun qızı heç də az 

maraqlandırmırdı.  Lidiya  oyuna,  pul  qoyuluşlarına, 

uduşlara elə aludə oldu ki, heç kimə fikir vermədi. Bunun 

sayəsində  mister  Uikhem  oyunun  imkan  verdiyi  qədər 

Elizabetlə söhbətləşmək imkanı qazandı. Qız onu böyük 

həvəslə  dinləyirdi,  hərçənd  ümid  etmirdi  ki,  söhbət  onu 

hər  şeydən  çox  maraqlandıran  mövzuya  -  onun  mister 

Darsi ilə tanışlığına toxunacaq. O, hətta bu adamın adını 

çəkməyə  cəsarət  etmədi.  Lakin  tamamilə  gözlənilmədən 

onun marağı təmin olundu. Mister Uikhem bu mövzuya 

özü toxundu. Nezerfild və Meriton arasındakı məsafə ilə 

haqqında  soruşan  və  bu  suala  cavab  alan  Uikhem 

downloaded from KitabYurdu.org



104 

 

müəyyən  çəkingənliklə  maraqlandı  ki,  mister  Darsi 



burada çoxdanmı olur. 

— Bir  ay  olar,  —  Elizabet  dedi  və  onu 

həyəcanlandıran  mövzunu  əldən  buraxmaq  istəmədən 

əlavə  etdi:  —  Eşitdiyimə  görə,  onun  Derbişirdə  böyük 

malikanəsi var? 

— Bəli,  —  Uikhem  cavab  verdi,  —  əla  mülkdür  — 

illik on min funt xalis gəlir! Çətin ki, məndən başqa, bu 

məsələyə  dair  sizə  daha  dəqiq  məlumat  verə  biləcək 

kimləsə rastlaşa 

bilərdiniz.  Onun  ailəsi  ilə  mən  lap  uşaqlıqdan  məlum 

şəkildə bağlıyam. 

Elizabet təəccübünü ifadə etməyə bilmədi. 

— Necə  də  təəccüblənməyəsiniz,  miss  Bennet!  Siz 

dünən axşam bizim onunla necə soyuq salamlaşdığımızı 

müşahidə etməli idiniz. Siz onunla yaxından tanışsınız? 

— Biz  onunla  tanışlığın  bundan  yaxın  olmasını 

arzulamamağa  bəs  edəcək  qədər  tanışıq!  —  Elizabet 

duyğulu  şəkildə  dedi.  —  Mənə  onunla  bir  dam  altında 

dörd gün keçirmək nəsib olub və o, mənə çox xoşagəlməz 

insan təsiri bağışlayıb. 

— Mühakimə  etməyə  cürət  etmirəm  ki,  o 

xoşagələndir,  ya  xoşagəlməzdir.  —  Uikhem  dedi.  — 

Hətta mənə bu cür rəydə olmaq yaraşmır. Ədalətli hakim 

olmaqdan ötrü mən onu həddən artıq uzun müddətdən bəri 

və yaxşı tanıyıram. Bununla belə, mənə elə gəlir ki, sizin 

Darsi  haqqında  rəyiniz  çoxlarını  təəccübləndirərdi.  Ola 

bilər,  haradasa  başqa  yerdə  siz  bunu  hətta  dilə 

downloaded from KitabYurdu.org



105 

 

gətirməzdiniz. Burada,  əlbəttə, məsələ başqa cürdür. Siz 



özünüzünkülərin yanındasınız... 

— Sözün  doğrusu,  Neserfild  istisna  olunmaqla  bu 

rayondakı istənilən evdə təkrarlaya bilməyəcəyim heç nə 

demədim. O, Hartfördşirdə heç kəsin xoşuna gəlmir. Bu 

adamın  qüruru  hamını  ondan  qətiyyətlə  kənara  itələyib. 

Siz  mister  Darsi  haqqında  məndən  yaxşı  fikir  söyləyən 

kimisə çətin taparsınız. 

— Mən  özümü  kədərli  göstərməyəcəyəm  ki,  mister 

Darsini və ya kim olursa olsun, bir başqasını əməlinə görə 

qiymətləndirirlər, — kiçik pauzadan sonra mister Uikhem 

dedi. — Ancaq mister Darsi ilə bu çox nadir hallarda olur. 

İnsanlar adətən onun sərvəti və hakimiyyəti qarşısında kor 

olurlar  və  ya  onun  təkəbbürlü  kübar  davranışları  ilə 

əzilirlər.  Adamlar  onu,  onun  özünün  görünmək  istədiyi 

kimi görürlər. 

— Hətta  səthi  tanışlıq  da  onun  necə  ağır  xasiyyəti 

olduğunu hiss etməyə imkan verdi. 

Uikhem yalnız başını buladı. 

Elizabetlə  danışmaq  yenidən  ona  müyəssər  olanda 

soruşdu: 

— 

Bəs  mister  Darsu  buralarda  uzun  müddət 



yaşayacaq? 

— Bax, bunu bilmirəm. Mən Nezerfilddə olanda onun 

gedişi  barədə  danışmadıq.  Ümid  edirəm  ki,  onun 

qonşuluqda  olması  sizin  Derbişir  alayına  xidmətə  daxil 

olmaq niyyətinizə təsir göstərməz? 

— Yox,  yox!  Mənim  yol  verməyim  gərəkməz. 

downloaded from KitabYurdu.org


106 

 

Mənimlə qarşılaşmaq istəmirsə, qoy özü getsin. Biz dost 



münasibətlərində  deyilik  və  onu  görmək  həmişə  mənə 

ağırdır.  Ancaq  ondan  qaçmağımın  bütün  dünyaya  açıb 

deyə biləcəklərimdən başqa heç bir səbəbi mövcud deyil. 

Hər şeydən öncə bu mənə qarşı edilmiş acı bir yamanlığın 

şüurumda həkk olunmasıdır. Bir də onun belə bir insana 

çevrilməsi məni dözülməz şəkildə ağrıdır. Onun mərhum 

atası  mister  Darsini  yaxşı  insan  sayırdım.  O,  mənim  ən 

yaxın dostum idi. Hər dəfə tale gənc mister Darsi ilə məni 

üz-üzə gətirəndə minlərlə duyğulu xatirə mənə əzab verir. 

O  mənə  çox  pisliklər  edib.  Ancaq  mən  hər  şeyi  ona 

bağışlayardım,  atasının  xatirəsini  rüsvay  etməsəydi  və 

onun ümidlərini bu cür puça çıxarmasaydı. 

Elizabet  nəfəsini  çəkmədən  onu  dinləyir,  hiss  edirdi 

ki,  söhbət  onu  getdikcə  daha  çox  çulğayır.  Ancaq 

mövzunun 

incəliyi onun Uikhemi sorğu-suala tutmasına mane oldu. 

Mister Uikhem daha ümumi mövzuya keçdi, Meriton 

şəhərindən,  onun  kənar  ətraflarından  və  nəhayət, 

insanlarından  danışmağa  başladı.  O,  gördüyü  hər  şeyi 

bəyəndiyini  bildirərək,  yerli  cəmiyyətə  dair  incə,  ancaq 

xeyli nəzərəçarpan kompliment söylədi. 

—  Derbişir  alayına  daxil  olduğum  zaman  mən  hər 

şeydən  öncə  burada  daimi  və  yaxşı  dostluq  əlaqələri 

qurmağı nəzərdə tuturdum. Mən bilirdim ki, bu məşhur və 

ləyaqətli  hərbi  hissədir.  Ancaq  dostum  Denni  məni 

alayımızın hazırda yerləşdiyi şəhər haqqındakı söhbətləri 

ilə  şirnikləndirdi.  Burada  zabitlərə  böyük  diqqət 

downloaded from KitabYurdu.org



107 

 

göstərirlər!  Onlar  burada  çox  xoş  tanışlıqlar  yaradıblar! 



Bəli,  etiraf  edirəm  ki,  mənə  belə  bir  cəmiyyət  gərəkdir. 

Mən həyatda məyus olmuş insanam, ürəyim tənhalığa tab 

etmir.  Mənim  mütləq  məşğuliyyətim  və  cəmiyyətlə 

ünsiyyətim  olmalıdır.  Məni  hərbi  karyera  üçün 

hazırlamayıblar. Ancaq durumdan asılı olaraq hazırda bu 

ümid  etdiyimin  ən  yaxşısıdır.  Heyhat,  mənim  fəaliyyət 

sferam kilsə olmalı idi. 

Məni ruhaniyyat yollan üçün tərbiyə ediblər. Söhbətimiz 

zamanı adını çəkdiyimiz centlmen üçün münasib olsaydı, 

mən indi əla bir kilsədə xidmət etmiş olardım. 

— 

Yəni bu mümkündür? 



— Bəli,  mərhum  mister  Darsi  öz  mülkiyyətlərindəki 

ən yaxşı kilsəni mənim üçün nəzərdə tutmuşdu — sadəcə, 

onda boş yer açılmalı idi. O mənim xaç atam idi və mənə 

çox  əziz  idi.  Onun  mənə  qayğısını  sözlə  ifadə  etmək 

mümkün  deyil.  O  məni  təmin  etməyi  çox  istəyirdi  və 

inanırdı  ki,  bu, ona müyəssər olub! Ancaq kilsə  boşaldı 

və... başqasına nəsib oldu. 

— İlahi!  —  Elizabet  səsləndi.  —  Bu  görünməmiş 

haldır! Mister Darsi atasının iradəsinə necə etina etməyə 

bilər?!  Bəs  siz  öz  müdafiəniz  üçün  qanuna  müraciət 

etmədinizmi? 

— Onun  ölümündən  sonra  qalan  kağızlarda  formal 

olaraq yazılmamış şeylər mənə onlarda dayaq axtarmağa 

imkan  vermədi...  Dürüst  və  namuslu  adam  mərhumun 

iradəsinə  şübhə  etməməli  idi,  ancaq  mister  Darsi  onu 

yozumuna məruz qoymağı üstün tutdu. Vəsiyyətnamənin 

downloaded from KitabYurdu.org


108 

 

bu hissəsini o, yalnız şifahi tövsiyə şəklində elan etdi və 



təsdiqləməyə  cəsarət  etdi  ki,  mən  öz  hüququmu  mənim 

yüngülməcazlığım, israfçılığım 

üzündən,  kəsəsi,  bütün  qüsurlanma  və  ya  sadəcə,  heç 

nədən  itirmişəm.  Yalnız  bir  şey  düz  idi  ki,  iki  il  öncə 

kilsədə vakansiya yarananda mən yaşımın imkan verdiyi 

halda bundan istifadə edə bilərdim, amma mən o vəzifəni 

almamışam. Bu da düzdür ki, mən o mövqedən məhrum 

olduğuma  görə  özümü  hansısa  hərəkətə  yol  verməkdə 

günahlandıra bilmirəm. Mənim xasiyyətimdə qızğınlıq və 

özünü  saxlamamaq  var.  Ola  bilər,  mən  gənc  Darsi 

haqqında öz fikrimi həddindən çox sərbəst şəkildə, etiraf 

edirəm ki, hərdən hətta onun üzünə demişəm. Heç bir pis 

olay yadıma gəlmir. Bütün məsələ ondadır ki, biz olduqca 

müxtəlif adamlanq və o, mənə nifrət edir. 

— 

Ancaq  bu  qorxuncdur!  O,  ictimai  mühakiməyə 



layiqdir! 

— Gec-tez  o  bunu  görəcək.  Ancaq  bu  məndən 

qaynaqlanmayacaq.  Nə  qədər  ki  mən  ata  Darsini 

xatırlayıram,  oğul  Darsini  qaralaya,  yaxud  ifşa  edə 

bilmərəm. 

Elizabet 

onun 

nəcib 


hisslərini 

çox 


yüksək 

qiymətləndirdi,  özlüyündə  onun  onlar  barədə  danışdığı 

vaxt  necə  yaraşıqlı  olduğunu  düşündü.  Müəyyən 

pauzadan sonra Elizabet soruşdu: 

— Ancaq onda bunun üçün hansı səbəblər ola bilər? 

Onu bu qədər əclaf hərəkətə nə sövq edib? 

— Mənə  qarşı  güclü  və  dərin  nifrət.  Bu  nifrəti  mən 

downloaded from KitabYurdu.org



109 

 

müəyyən  ölçüdə  qısqanclıq  hissinə  yazmaya  bilmirəm. 



Əgər  mərhum  mister  Darsi  məni  bu  qədər  çox 

sevməsəydi,  ola  bilər,  onun  oğlu  mənə  daha  yaxşı 

münasibət  bəsləyərdi.  Ancaq  atasının  mənə  qeyri-adi 

bağlılığı, 

görünür, 

oğlunu 


erkən 

yaşlanndan 

qıcıqlandırmağa  başlayıb.  Aramızda  yaranan  bu  cür 

rəqabət  ona  xoş  gəlmirdi  və  o,  tez-tez  mənə  üstünlük 

verilməsi ilə barışa bilmirdi. 

— Ağlıma da gəlməzdi ki, mister Darsi belə ləyaqətsiz 

insandır. Sözün düzü, o mənə əvvəlcədən də xoş gəlmirdi. 

Bununla  belə,  mən  onun  barəsində  belə  pis  mühakimə 

yürütmürdüm.  Əlbəttə,  onun  ətrafdakılara  ikrahla 

yanaşdığını sezmişdim. Ancaq heç vaxt güman etməzdim 

ki,  o  bu  qədər  alçaq  qisasa,  bu  qədər  ədalətsizliyə,  bu 

qədər insaniyyətsizliyə qadirdir. 

Elizabet bir qədər düşünüb əlavə etdi: 

— Doğrusu, xatırlayıram ki, bir dəfə Nezerfilddə o öz 

ifrat dəymədüşərliyini və kinliliyini etiraf etmişdi. Bu nə 

dəhşətli xasiyyətdir?!. 

— Bu  barədə  öz  fikrimi  ifadə  etməyəcəyəm,  — 

Uikhem  cavab  verdi.  —  Ona  qarşı  ədalətli  olmağım 

çətindir. 

Elizabet yenidən düşüncəyə daldı və bir az pauzadan 

sonra səsləndi: 

— Xaç oğulluğuyla, dostla, doğma atanın sevimlisi ilə 

belə  davranmaq!  —  O  “Öz  görünüşü  ilə  insanlarda  ilk 

baxışdan rəğbət oyadan bir gənclə” sözlərini də əlavə edə 

bilərdi, ancaq başqa sözlərlə kifayətləndi: — Üstəlik, lap 

downloaded from KitabYurdu.org



110 

 

uşaqlıqdan yaxın yoldaşın olan bir insanla! Mən sizi düz 



başa düşdümsə, onunla sıx bağlarla əlaqəli olan biri ilə! 

— Biz  bir  məhəllədə,  bir  və  eyni  malikanədə 

doğulmuşuq.  Uşaqlığımız  bir  yerdə  keçib  —  bir  dam 

altında  yaşamışıq,  eyni  oyunu  oynamışıq,  bir  atanın 

tumanna sevinmişik. Gəncliyində mənim atam sizin Filip 

əminin uğurla məşğul olduğu eyni həyat yolunu seçmişdi. 

Ancaq  heç  kəsə  etina  etmədən  mərhum  mister  Darsiyə 

faydalı olmağa çalışırdı və bütün həyatını Pemberlinin 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin