Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

qayğılarına həsr etmişdi. Əvəzində mister Darsi onu çox 

yüksək qiymətləndirirdi! Atalarımız necə də səmimi dost 

idilər! Mister Darsi həmişə etiraf edirdi ki, öz dostuna nə 

qədər  borcludur.  Mənim  atamın  vəfatından  bir  az  əvvəl 

mister Darsi öz iradəsi ilə mənim gələcəyimi təmin etmək 

vədi verdi. Əminəm ki, o bu addımı atama minnətdarlıq 

duyğusu ilə bərabər, onun oğluna bağlılığına görə atmışdı. 

— Görünməmiş  işdir!  —  Elizabet  səsləndi.  — 

Dəhşətdir!  Ona  elə  gəlirdi  ki,  kiçik  mister  Darsini  sizə 

münasibətdə öz borcunu ödəməyə yalnız qüruru vadar edə 

bilərdi!  Əgər  yaxşı  hisslər  ona  xas  deyilsə,  bəs  qüruru 

necə  imkan  verdi  ki,  belə  şərəfsiz  hərəkət  etsin?  Bəli, 

şərəfsizlik — onun davranışının başqa adı yoxdur! 

— Bu gerçəkdən də qəribədir, — Uikhem təsdiqlədi. 

—  Axı  demək  olar  ki,  onun  bütün  hərəkətləri  bu  və  ya 

digər şəkildə qürurla izah olunur. Qürur çox zaman onun 

ən yaxşı məsləhətçisi idi. O, bütün hisslərindən ən çox onu 

məziyyətə  yaxınlaşdırırdı.  Ancaq  istisnasız  qaydalar 

olmur  axı:  mənimlə  münasibətlərində  onu  daha  güclü 

downloaded from KitabYurdu.org



111 

 

səbəblər idarə edirdi. 



— Doğrudanmı onun hüdudsuz qüruru ona nə vaxtsa 

fayda gətirə bilib? 

— Bəli, olub. Qüruru onu tez-tez nəzakətli və alicənab 

hərəkətlərə  vadar  edib  —  səxavətlə  pul  paylayıb, 

qonaqpərvərlik  edib,  icarəçiləri  dəstəkləyib,  kasıblara 

yardım edib. Bütün bunlara onun ailə qüruru və atası ilə 

fəxr  edən  oğul  qüruru  yardımçı  olub.  Öz  nəslinin  əski 

şöhrətini  itirmək,  Pemberli  evinin  nüfuzunun  və 

populyarlığının  azalması  onun  həyatında  az  rol 

oynamayıb.  Ona  böyük  qardaş  qüruru  xasdır,  bununla 

məlum qardaş bağlılığının birləşməsi sayəsində ondan öz 

bacısının yaxşı və diqqətli himayədarı alınıb. Siz onun ən 

yaxşı və qayğıkeş qardaş adlandırıldığını eşidə bilərdiniz? 

— 

Bəs miss Darsinin özü necədir? 



O, başını yırğaladı. 

— Onun  barəsində  yaxşı  danışmaq  istərdim!  Darsi 

ismi  ilə  nəsə  pis  bir  şeyi  bağlamaq  çox  ağırdır.  Ancaq 

heyhat,  o  öz  qardaşına  çox  bənzəyir  —  qürur  onu 

büsbütün əsir edib. O, necə də sevimli, mehriban qızcığaz 

idi,  mənə  həssaslıqla  bağlı  idi!  Kim  bilir,  mən  onun 

əyləncəsinin qayğısına qalaraq neçə 

saatlar itirmişəm. İndi o mənim üçün heç nədir. 0,15-16 

yaşlı  kifayət  qədər  qəşəng,  mühakimə  yürüdə  bildiyim 

qədər  tərbiyəli  bir  qızdır.  Atası  vəfat  edəndən  bəri  o, 

daima  Londonda,  onun  məşğələlərinə  rəhbərlik  edən 

hansısa bir qadınla birgə yaşayır. 

Söhbət  üçün  başqa  mövzu  tapmaq  cəhdləri  edərkən 

downloaded from KitabYurdu.org



112 

 

yaranmış müəyyən pauzadan sonra Elizabet özünü mister 



Darsi mövzusuna qayıtmaqdan saxlaya bilmədi və dedi: 

— Məni  onun  mister  Binqli  ilə 

yaxınlığı 

təəccübləndirir. 

Necə 

olub 


ki, 

mənə 


dürüstlük 

təcəssümünün  özü  kimi  görünən  və  əminəm  ki,  üstün 

xasiyyətləri  olan  mister  Binqli  belə  bir  insanla  dostluq 

münasibətindədir? Doğrudanmı onlar bir-birilə yola gedə 

bilirlər? Yeri gəlmişkən, siz mister Binqli ilə tanışsınız? 

— 

Xeyr, biz bir-birimizi tanımırıq. 



— O,  gerçəkdən  də  sevimli  insandır.  O,  mister 

Darsinin necə biri olduğunu təxmin belə etmir. 

— Tamamilə mümkündür. Əgər mister Darsi istəyirsə, 

xoşa gəlməyi bacanr. O, qabiliyyətlərdən məhrum deyil. 

Lazım  olanda  o,  əla  həmsöhbət  olur.  Ümumiyyətlə,  o, 

ictimai pillələrdə 

özündən  aşağıda  duranların  yanında  olduğundan  fərqli 

olaraq,  özünə  tən  olanların  içində  tamamilə  başqadır. 

Qürur  onu  heç  vaxt  tərk  etmir.  Ancaq  varlılara 

münasibətdə o, ədalətli və nəzakətlidir. O, onlarla səmimi, 

dürüst,  hətta  mehriban  olur,  mövqelərinə  və  maddi 

vəsaitlərinə ehtiram göstərir. 

Bu  oyundan  sonra  tezliklə  vist  qurtardı  və  onun 

iştirakçıları  başqa  masanın  ətrafına  yığışdılar.  Mister 

Kollinz  öz  əmisi  nəvəsi  Elizabetin  və  onun  xalasının 

arasında  əyləşdi.  Missis  Filips,  əlbəttə  ki,  onun  kart 

oyunlarmdakı  uğuru  barədə  soruşmağı  lazım  bildi. 

Məlum  oldu  ki,  mister  Kollinzin  bəxti  qətiyyən 

gətirməyib - o, bir dəfə də olsun uduş qazanmayıb. Ancaq 

downloaded from KitabYurdu.org



113 

 

xanımın təəssüf ifadə edən sözlərinə cavab olaraq, o, ciddi 



bir  görkəmlə  ondan  kefini  pozmamağı  xahiş  etdi  və 

bildirdi  ki,  o,  pula  əhəmiyyət  vermir  və  kiçik  məbləğdə 

pul uduzmasına tam etinasız yanaşır. 

— Xanım, mənə kifayət qədər məlumdur ki, — o dedi, 

—  mənim  durumum  elədir  ki,  beş  şillinqdən  ötrü  çox 

düşünməli deyiləm. Əlbəttə, eyni şeyi söyləyə bilməyən 

adamlar 

da az deyil. Ancaq ledi Ketrin de Börün sayəsində mən bu 

kimi  boş  şeylərə  fikir  verməmək  üçün  kifayət  qədər 

təminatlıyam. 

Bu  sözlər  Uikhemin  diqqətini  cəlb  etdi.  O,  mister 

Kollinzə  baxaraq  yavaş  səslə  Elizabetdən  soruşdu  ki, 

onun  qohumu  de  Bör  ailəsi  ilə  nə  dərəcədə  yaxından 

tanışdır. 

— 

Ledi  Ketrin  de  Bör  lap  bu  yaxınlarda  ona  kilsə 



verib, 

—  qız  cavab  verdi.  —  Mənə  ledinin  ona  necə  qayğı 

göstərməsi məlumdur, amma onların tanışlığı o qədər də 

uzunmüddətli ola bilməz. 

— Siz,  yəqin  ki,  ledi  Ketrin  de  Börün  və  ledi  Enn 

Darsinin  doğma  bacı  olduğunu  bilirsiniz?  Ledi  Ketrin 

mister Darsinin xalasıdır. 

— Xeyr, mən bunu bilmirdim. Mənim, ümumiyyətlə, 

ledi  Ketrinin  qohumluq  əlaqələri  barədə  anlayışım 

yoxdur.  Srağagünə  qədər  onun  mövcudluğu  barədə 

təxmin etmirdim. 

— Onun qızı, miss de Bör böyük miras alacaq. Güman 

downloaded from KitabYurdu.org


114 

 

olunur ki, o xalası oğlu ilə birgə iki sərvəti birləşdirəcək. 



Bu  sözləri  eşidən  zaman  Elizabet  bilaixtiyar  yazıq 

miss  Binqli  barədə  düşünərək  gülümsündü.  Heç  demə, 

onun mister 

Darsinin diqqətini cəlb etmək səylərinin hamısı əbəs imiş, 

elə  Darsinin  bacısına  bağlılıq  və  onun  özünə  heyranlıq 

izharları da. Mister Darsi başqasının qismətidir. 

— Mister Kollinz ledi Ketrini və onun qızını hər cür 

tərifləyib  göylərə qaldırır, —  o dedi.  — Ancaq onun öz 

xeyriyyəçisi barədə söhbətlərindəki bəzi qəribəliklər məni 

şübhələndirib,  məncə,  minnətdarlıq  hissi  onu  aldanışa 

sövq  edib.  Mənim  qohumuma  verdiyi  bütün  dəstəyə 

baxmayaraq,  bu  lütfkar  xanım  mənə  şıltaq  və  özündən 

razı qadın təsiri bağışlayır. 

— Düşünürəm  ki,  bu  da,  o  biri  də  düzdür.  Mən  onu 

uzun  illərdən  bəri  görməmişəm,  ancaq  xatırlayıram  ki, 

onun  müstəbid  və  cürətkar  maneraları  heç  vaxt  xoşuma 

gəlmirdi.  O,  qeyri-adi  ağıla  və  məntiqə  sahib  qadındır. 

Ancaq güman edirəm ki, buna görə o, qismən öz ranqma 

və  sərvətinə,  qismən  də  özünəinama  borcludur.  Bundan 

başqa,  o,  bütün  qohumlarının  dahiyanə  ağılları  ilə 

seçilməsini istəyən bacısı oğluna da minnətdardır. 

Bu  açıqlama  Elizabetə  tam  inandırıcı  gəldi.  Bir-

birindən  məmnun  olan  gənclər  başlanan  şam  yeməyi 

oyunu  yarıda  kəsənə  qədər  laqqırtı  vurmağa  davam 

etdilər.  Şam  yeməyi  zamanı  başqa  xanımlar  da  mister 

Uikhemin  diqqət  payından  istifadə  etmək  imkanı 

qazandılar. Missis Filipisin masası arxasında elə hay-küy 

downloaded from KitabYurdu.org



115 

 

hökm  sürürdü  ki,  söhbət  etmək,  demək  olar,  mümkün 



deyildi.  Ancaq  mister  Uikhemin  maneraları  hamının 

xoşuna  gəldi.  O,  nə  danışırdısa,  yaxşı  danışırdı,  nə 

edirdisə,  zərifliklə  edirdi.  Elizabet  evə  gedərkən  yalnız 

onun haqqında düşündü. Yolda mister Uikhem  və onun 

dediyi sözlər barədə düşüncələr bir an da olsun qızı tərk 

etmədi. Ancaq onun adını çəkmək ona müyəssər olmadı, 

çünki  Lidiya  və  mister  Kollinz  kirimədən  danışırdılar. 

Lidiya loto oyunundakı nömrələri, uduzduğu qoyuluşlar, 

qazandığı  uduşlar  barədə  dayanmadan  gəvəzəlik  edirdi, 

mister Kollinz isə mister və missis Filipslərin lütfkarlığım 

öyürdü,  kartda  uduzmasının  onu  qətiyyən  dilxor 

etmədiyinə hamını inandırırdı, süfrəyə verilən yeməkləri 

sayırdı  və  elə  hey  ekipajda  əmi  nəvələrinin  yerini  dar 

edib-etmədiyini  soruşurdu.  Mövzu  dairəsi  o  qədər  geniş 

idi ki, 

kareta  Lonqborndakı  evin  qarşısında  dayanana  qədər 

bunları əhatə etməyə macal tapdı. 

XVII 


FƏSİL 

Ertəsi  gün  Elizabet  Uikhemlə  söhbəti  barədə  Ceynə 

danışdı.  Ceyn  heyrətləndi  və  kefi  pozuldu:  o,  inana 

bilmirdi ki,  mister Darsi mister Binqlinin dostluğuna bu 

qədər  layiq  deyil.  Bununla  yanaşı,  mister  Uikhem  kimi 

cazibədar görünüşlü gənc insanın sözlərinin doğruluğuna 

şübhə  etmək  ona  xas  deyildi.  Təkcə  ona  vurulan  zərər 

barədə  düşüncə  kifayət  idi  ki,  şəxsinə  qaynar  rəğbət 

yaransın.  Ona  görə də Ceynin  onlara kölgə sala  biləcək 

hər şeyi anlaşılmazlıq və səhvlərə bağlayıb əfv edərək iki 

downloaded from KitabYurdu.org


116 

 

gəncə  də  bəraət  qazandırmaqdan  başqa  əlindən  heç  nə 



gəlmədi. 

—  Düşünürəm  ki,  onlann  ikisi  də  bizə  məlum 

olmayan şəkildə aldanışa yuvarlanıblar, — o dedi. — Ola 

bilər  hansısa  tamahkar  niyyətlər  güdən  insanlar  onlarda 

bir-biri  barədə  yalançı  təsəvvür  yaradıb.  Ancaq 

aralarındakı nifaqı nə yaradıbsa, yaxşısı budur, biz nə onu, 

nə  bunu  onda  ittiham  edək,  bu  həmişəlik  aramızda  sirr 

qalsın. 


Sən tamamilə haqlısan. İndi isə, əziz Ceyn, sən bu işdə 

əli olan və tamahkar niyyətlər güdənlərin müdafiəsi üçün 

nə  deyəcəksən?  Onlara  da  bəraət  qazandırmaq  lazım 

gəlmirmi?  Yoxsa  biz  onlar  barədə  yalnız  pis  düşünməli 

olacağıq. 

— Mənə nə qədər istəsən istehza edə bilərsən, ancaq 

fikrimdən daşındıra bilməzsən. Lizzi, əzizim, sən bir anlıq 

düşün,  bu,  mister  Darsiyə  hansı  kölgəni  atır!  Atasının 

sevimlisi  olan,  atası  tərəfindən  gələcəyinin  təmin 

edilməsinə  söz  verilmiş  gənclə  bu  cür  davranmaq!  Bu, 

sadəcə olaraq, inanılmazdır. Öz reputasiyasını əziz tutan 

heç  bir  şəxs  bu  hərəkətə  qadir  deyil.  Məgər  ən  yaxın 

dostlar bunda belə aldana bilərdilərmi? Xeyr, bu mümkün 

deyil. 


— Mənə burada mister Binqlinin aldanmış olduğunu 

təsəvvür  etmək,  dünən  nəql  edilən  hadisənin  mister 

Uikhemin  uydurmasını  düşünməkdən  daha  asandır.  O, 

səlis  şəkildə  adlar,  hallar,  faktlar  göstərdi.  Qoy  mister 

Darsi  əgər  bacanrsa  hər  şeyi  təkzib  etməyə  cəhd  etsin. 

downloaded from KitabYurdu.org



117 

 

Uikhemin hekayətində hər bir söz həqiqətlə nəfəs alırdı. 



— Bütün  bunlar  o  qədər  pis  və  dolaşıqdır  ki,  nə 

düşünəcəyini bilmirsən. 

— Bağışla, lütfən, ancaq mənə aydındır ki, bu barədə 

düşünülməlidir. 

Ancaq  Ceyn  üçün  yalnız  bir  şey  aydın  idi  ki,  əgər 

mister Binqli  doğrudan  da aldanıbsa, bütün  bu vəziyyət 

ona məlum olanda çox kədərlənəcək. 

Bu  söhbət  evin  yaxınlığında,  kənarlarına  kollar 

əkilmiş  cığırda  baş  verirdi.  Gənc  qızlar,  onların 

söhbətində adları çəkilən bəzi şəxslərin gəlişinə görə evi 

tərk  etməli  olmuşdular.  Mister  Binqli  və  bacılan 

Lonqborna  hamını  Nezerfilddə  çoxdan  gözlənilən  və 

həftənin  ikinci  günü  baş  tutası  bala  şəxsən  dəvət  etmək 

üçün gəlmişdilər. Hər iki  ledi öz  əziz rəfiqəsini yenidən 

gördüyü üçün çox xoşbəxt idi, onlara elə gəlirdi ki, onu 

bir  ömür  boyu  görməyiblər.  Onlar  dayanıb  durmadan 

aynldıqdan  bəri  nə  işlə  məşğul  olduğunu  soruşurdular. 

Qızlar o biri Bennetlərə, demək olar, diqqət yetirmirdilər, 

ev sahibəsindən uzaq durmağa, mümkün qədər Elizabetlə 

danışmamağa  və  onun  kiçik  bacılanna  bir  kəlmə  belə 

deməməyə çalışırdılar. 

Tezliklə  onlar  öz  tələskənlikləri  ilə  qardaşlarını  mat 

qoyaraq  ayağa  qalxdılar  və  dərhal  da  yola  düşdülər. 

Gedərkən elə tələsirdilər ki, sanki missis Bennetlə iltifat 

mübadiləsindən yayınmaq istəyirdilər. 

Nezerfild  balı  barədə  düşüncələr  Bennet  ailəsindəki 

bütün xanımları olduqca qayğılandırdı. Missis Bennet bu 

downloaded from KitabYurdu.org



118 

 

balın  onun  böyük  qızının  şərəfinə  təşkil  olunduğunu 



düşünmək  istəyirdi.  O  özünü  qeyri-adi  dərəcədə 

şərəfləndirilmiş sayırdı ki, mister Binqli yazılı dəvətnamə 

göndərmək əvəzinə onları bala dəvət etməkdən ötrü özü 

şəxsən Lonqborna gəlib. Ceyn öz xəyalında iki rəfiqəsinin 

arasında,  mister  Binqlinin  diqqətli  nəzərlərini  qəbul 

edərək  keçirəcəyi  məsud  axşamı  canlandırırdı.  Elizabet 

məmnuniyyətlə  mister  Uikhemlə  rəqs  edəcəyini,  mister 

Darsinin sifətinin ifadəsindən və davranışından Uikhemin 

ona  danışdıqlarının  sübutunu  tapacağını  düşünürdü. 

Ketrin və Lidiyanm duyduğu bəxtəvərlik hissi bir az hər 

hansı konkret şəxs və ya durumla bağlı idi. Onlar hər biri 

eynilə  Elizabet  kimi  gecənin  yarısını  mister  Uikhemlə 

rəqs etməyə hazırlaşırdılar, ancaq o, heç bir halda qızlar 

üçün yeganə mümkün kavaler 

deyildi  -  bal  istənilən  halda  bal  olmalıdır.  Hətta  Meri 

doğmalarını əmin edirdi ki, onun bala qarşı heç bir etirazı 

yoxdur. 

— Səhər  saatlarımı  istədiyim  kimi  keçirsəm,  mənə 

bəsdir.  Heç  də  hesab  etmirəm  ki,  zaman-zaman  gecə 

əyləncəsində  iştirak  etməklə  xüsusilə  böyük  qurban 

verirəm.  Cəmiyyət  hər  şeyə  öz  hüquqlarını  sırıyır.  Mən 

cəmiyyətin  o  üzvlərindənəm  ki,  hərdən  özlərinə  kənara 

çəkilməyi və dincəlməyi rəva görürlər. 

Elizabet  əks  ovqatdaydı.  Adəti  üzrə  o,  mister 

Kollinzlə mümkün qədər az danışmağa çalışsa da, bu dəfə 

özünü tutmadı və ondan soruşdu ki,  o, mister Biqnlinin 

dəvətindən yararlanmaq istəyirmi və bu cür əyləncələrdə 

downloaded from KitabYurdu.org



119 

 

iştirak etmək onun rütbəsinə yaraşırmı. Əmisi nəvəsinin 



bu  xüsusda  azacıq  belə  şübhəsi  olmadığı  və  rəqslərdə 

iştirakına  görə  arxiyepiskop  və  ya  ledi  Ketrin  de  Bör 

tərəfindən  qınanmaqdan  qorxmadığı  barədə  dediklərini 

eşidəndə o, xeyli heyrətləndi. 

— İcazə verin, qeyd edim ki, ləyaqətli gəncin mötəbər 

insan  üçün  təşkil  etdiyi  bu  cür  bal,  fikrimcə,  özündə 

zərərli  başlanğıclar  gizlədə  bilməz.  Rəqslərə  inkarçı 

yanaşmadan uzaq 

olaraq, gecə boyu gözəl əminəvələrimin hər biri ilə rəqs 

etməyə ümid bəsləyirəm. Fürsətdən istifadə edərək, miss 

Elizabet, indidən sizi ilk rəqsə dəvət etmək şərəfindəyəm. 

Güman edirəm ki, bu xüsusi imtiyazı əmim nəvəsi Ceyn 

düzgün başa düşəcək və qətiyyən ona ehtiramın əskikliyi 

kimi qəbul etməyəcək. 

Elizabet anladı ki, tələyə düşüb. O əmin idi ki, onu ilk 

rəqsə mütləq Uikhem dəvət edəcək. İşə bax, bunun yerinə 

o,  mister  Kollinzlə  rəqs  etməli  olacaq!  Elizabet  öz 

ünsiyyətcilliyini heç vaxt indiki kimi büruzə verməmişdi. 

Ancaq  iş  işdən  keçmişdi,  əldən  başqa  iş  gəlmirdi. 

Beləliklə,  mister  Uikhem  və  onun  üçün  bəxtəvər 

dəqiqələrə çevrilməli olan anlar bir qədər sonra olacaqdı. 

Mister  Kollinzin  rəqs  dəvəti  lütfkarlıqla  qəbul  edildi. 

Kollinzin  təmtəraqla  danışığındakı  nəzakətin  əndazəni 

aşması xoşuna gəlmədi. Bu müddətdə qızın ağlına ilk dəfə 

gəldi ki, mister Bennetin qızlarının içində məhz Hansford 

kilsəsinin ləyaqətli sahibəsi, eyni zamanda daha münasib 

tərəf-müqabillər  olmadıqda  Rozinqsdəki  kart  oyunları 

downloaded from KitabYurdu.org



120 

 

partiyasının  dördüncü  iştirakçısı  ola  bilər.  Əmisi 



nəvəsindən  özünə  qarşı  artmaqda  olan  diqqəti  və 

Kollinzin onun hazırcavablığı və diribaşlığına 

tez-tez səslənən komplimentlərini fərq etməyə başlayınca 

Elizabetin  şübhəsi  əminliyə  çevrildi.  O  öz  cazibəsinin 

təsirindən sevinməkdənsə həyəcanlandı. Xüsusilə də onun 

həyəcanı missis Bennetin belə bir cütlüyü tam alqışladığı 

barədə ona işarələr verməsindən sonra daha da artdı. Bu 

izdivacdan imtinasının evdə hansı fırtınam qoparacağını 

dərk  edən  Elizabet  eyhamları  başa  düşməyibmiş  kimi 

özünü aparmağı üstün tutdu. Ola bilər ki, mister Kollinz 

ona evlilik təklifi etməyi uyğun saymayacaq. Nə qədər ki 

o,  heç  bir  şeyə  qərar  verməyib,  bu  barədə  hay-küy 

qaldırmağın mənası yox idi. 

Kiçik  miss  Bennetlər  hazırlaşmalı  olduqlan  və 

haqqında bəs deyincə danışa bildikləri Nezerfilddəki bala 

ümid  bəsləmədən  özlərini  son  dərəcə  bədbəxt  hiss 

edərdilər. Dəvət günündən balın baş tutduğu günə qədər, 

demək  olar,  dayanmadan  yağış  yağdı  və  onlar  Meritona 

gedə bilmədilər. Nə xalalan, nə zabitlər, nə xəbərlər - hətta 

bal başmaqları üçün bantlar da çaparın köməyi ilə alınıb 

gətirildi! Elizabetin səbri də sınağa çəkildi, çünki pis hava 

şəraiti  onun  mister  Uikhemlə  tanışlığının  davamı  üçün 

dəfedilməz əngəllər yaradırdı. Yalnız 

ikinci  baş  tutacaq  rəqslərin  gözləntisi  Kitti  və  Lidiyaya 

tam  dözülməz  cüməni,  şənbəni,  bazar  gününü  və  bazar 

ertəsini birtəhər yaşamağa imkan verdi. 

XVIII 

FƏSİL 


downloaded from KitabYurdu.org

121 

 

Nezerfilddəki  qonaq  otağına  qədəm  basaraq,  qırmızı 



mundirlərin arasında mister Uikhemi  əbəs  yerə axtarana 

qədər Elizabetin ağlına gəlməmişdi ki, o, buraya gəlməyə 

bilər. Onunla görüş qıza özlüyündə o qədər aşkar və təbii 

görünürdü  ki,  o,  Uikhemin  Nezerfilddə  görünməsinə 

mane 

ola 


biləcək 

bəzi 


durumlar 

barədə 


heç 

düşünməmişdi. O, bala görə xüsusi diqqətlə bəzənmişdi 

və  Uikhemin  ürəyinin  itaət  altına  alınmamış  guşələrinin 

fəthinə əla ovqatla hazırlaşmışdı. Elizabet əmin idi ki, bu 

vəzifə bir axşam ərzində asanca həll edilə bilər. Ancaq o, 

zala  daxil  olan  kimi  onda  məşum  bir  şübhə  yarandı  ki, 

Binqli  dostuna  görə  Uikhemi  bala  dəvətli  zabitlərin 

siyahısına  salmayıb.  Gerçəkdə  məsələ  o  qədər  də  belə 

deyildisə də, Uikhemin yoxluğunu onun dostu, Lidiyanm 

səbirsiz  sorğu-  sualla  üstünə  cumduğu  mister  Denni 

təsdiqlədi.  O,  Uikhemin  işlə  əlaqədar  Londona  getməli 

olduğunu və hələ də 

qayıtmadığını 

xəbər 


verdi 

və 


mənalı-mənalı 

gülümsəyərək əlavə etdi: 

— Düşünmürəm ki, iş onu məhz belə bir gündə bizdən 

ayıra  bilərdi,  əgər  o,  burada  olan  bir  centlmenlə 

qarşılaşmaqdan qaçmağa səy göstərməsəydi. 

Bu qeyd çətin ki, Lidiyanm qulağına çatdı, ancaq onun 

bacısı  bunu  başa  düşdü.  Bu  sübut  edirdi  ki,  onun  ilkin 

təxmininin  doğrulmamasından  asılı  olmayaraq,  yenə 

Uikhemin balda olmamasında Darsinin günahı heç də az 

deyil. Bütün  gözləntilərinə  görə məyusluğa düçar olmuş 

Elizabet  ona  qarşı  elə  bir  nifrət  duydu  ki,  Darsi 

downloaded from KitabYurdu.org



122 

 

salamlaşmaq  üçün  nəzakətlə  yanaşanda  cavab  verməyə 



özünü  güclə  vadar  etdi.  Bu  insana  qarşı  diqqət,  acıma, 

dözümlülük  sərgiləmək  Uikhemə  münasibətdə  xəyanətə 

bərabər  idi.  Elizabet  Darsi  ilə  hər  cür  söhbət  etmək 

imkanını o qədər rədd etdi ki, üzünü ondan çevirdikdən 

sonra hiddətini hətta mister Binqli ilə söhbətdə də dəf edə 

bilmədi.  Binqlinin  öz  dostuna  kor-koranə  bağlılığı  qıza 

bağışlanmaz görünürdü. 

Fəqət Elizabet melanxoliya üçün yaranmamışdı. Onun 

balla  bağlı  ümidləri  puç  olmuşdusa  da,  bu  cür  qara 

fikirlərə uzun müddət qapılıb qalmadı. Öz məyusluğunu 

bir  həftədən  bəri  görüşmədiyi  Şarlotta  Lukasa  açıb 

danışan  Elizabet  həvəslə  öz  qeyri-adi  əminəvəsi  barədə 

söhbətə  keçdi  və  onun  diqqətini  rəfiqəsinə  cəlb  etdi. 

Ancaq  birinci  rəqs  onda  yenidən  tam  ruh  düşkünlüyü 

yaratdı.  Bu,  dəhşətli  bir  mərasim  idi.  Mühüm  və 

bacarıqsız, tez-tez yanlış hərəkətlər edən və buna görə hey 

üzr  istəyən  mister  Kollinz  rəqs  qamətinə  diqqət  etmək 

əvəzinə, onu həqarət və pərtlik hiss etməyə vadar etdi - 

bunu bir rəqs ərzində  yalnız qeyrimünasib tərəf-müqabil 

edə  bilərdi.  Kollinzin,  nəhayət,  ondan  ayrıldığı  dəqiqə 

qıza sözlə ifadəsi olmayan rahatlıq gətirdi. 

Kollinzdən  sonra  o,  bir  zabitlə  rəqs  etdi.  Elizabet 

onunla Uikhem barədə danışıb ondan gənc insanın hamı 

tərəfindən sevildiyini öyrənərək bir qədər özünə gəldi. O, 

öz kavalerini tərk edərək miss Lukasm yanma qayıtdı və 

başı  söhbətə  qarışdığından  mister  Darsinin  ona  xitab 

edərək  növbəti  rəqsə  dəvət  etdiyini  gec  gördü. 

downloaded from KitabYurdu.org



123 

 

Gözlənilməzlikdən Elizabet özünü 



itirdi və qərarsızlıq içində dəvəti qəbul etdi. Darsi aralandı 

və  o,  kifayət  qədər  bacanqlı  tərpənmədiyi  üçün  kefi 

pozulmuş  halda  rəfiqəsi  ilə  təklikdə  qaldı.  Şarlotta  ona 

təskinlik verməyə çalışdı: 

— Bununla belə, düşünürəm ki, o, xoş tərəf-müqabil 

olacaq. 


— Allah  eləməsin!  Bu,  ən  böyük  bədbəxtlik  olardı. 

Nifrət etmək qərarı verdiyim bir adamı xoş bulmaq! Sən 

mənə bundan betər bir şey arzulaya bilməzdin. 

Rəqslər  yenidən  başlandı  və  Darsi  ona  yaxınlaşaraq 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin