Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   2   3   4   5   6   7   8   9   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

salaraq  susqun  halda  kənarlaşdı.  Fəqət  həlledici  qələbə 

qazandığını  dərk  edən  qonaq  uğurunu  inkişaf  etdirmək 

istədi: 

— Mən  öz  tərəfimdən  hesab  etmirəm  ki,  Londonun 

əyalətlər  qarşısında  hansısa  ciddi  bir  üstünlüyü  var  — 

əlbəttə,  mağazalar  və  əyləncələr  nəzərə  alınmasa. 

Əyalətdə yaşamaq xoşdur, doğrudurmu, mister Binqli? 

downloaded from KitabYurdu.org



57 

 

— Mən əyalətdə olarkən, — o, cavab verdi, — oradan 



çıxıb  getmək istəmirəm. Ancaq nə vaxt  yolum paytaxta 

düşür, eyni hissləri keçirirəm. Buranın da, oranın da yaxşı 

tərəfləri var. Mən orada da, burada da eyni cür məsud ola 

bilərəm. 

— Bəli,  ancaq  bu  sizin  sağlam  düşündüyünüzə 

görədir. Bu centlmen isə, — o, Darsiyə baxdı, — əyalət 

həyatına yuxandan baxır. 

— Siz yanılırsınız, xanım, — Elizabet anasının yerinə 

qızara-qızara müdaxilə etdi. — Siz mister Darsini yanlış 

anladınız. O, yalnız onu demək istədi ki, şəhərdə olduğu 

ilə  müqayisədə  əyalətdə  müxtəlif  insanlarla  daha  az 

rastlaşırsan, bununla, əlbəttə ki, siz də razılaşarsınız. 

— Əlbəttə,  mənim  əzizim,  heç  kim  böyük 

müxtəliflikdən  bəhs  etmir.  Yeri  gəlmişkən,  tanışlı 

dairəsinə  gəlincə,  inanmıram  ki,  o  burada  başqa  yerdə 

olduğundan  azdır.  Bizi  iyirmi  dörd  evə  nahar  etməyə 

dəvət edirlər. 

Əgər  Elizabetin  hisslərinə  mərhəmət  etməyi  lazım 

bilməsəydi, çətin ki, mister Binqli bu yerdə sifətinin ciddi 

ifadəsini  qoruyub  saxlaya  bilərdi.  Onun  bacısı  bu  qədər 

incə  və  həssas  deyildi  və  mister  Darsiyə  xeyli  ifadəli 

təbəssümlə baxırdı. Anasının düşüncələrini yeni məcraya 

yönəltmək  üçün  nəsə  bir  şey  fikirləşməyə  səy  göstərən 

Elizabet  missis  Bennet  dən  soruşdu  ki,  o  olmadığı 

müddətdə Şarlotta Lukas onlara gəlməyib ki. 

— Oh, bəli, dünən o atası ilə bizdə idi. Bu ser Uilyam 

çox  əziz  bir  insandır,  doğrudurmu,  mister  Binqli?  Əsl 

downloaded from KitabYurdu.org



58 

 

kübardır, 



alicənab və lütfkar! O, həmişə hər bir insana deməyə söz 

tapır.  Məncə,  yaxşı  zövq  örnəyi  odur!  Özləri  haqqında 

Allah  bilir,  nələr  düşünən,  hətta  ağızlarını  açmaq 

istəməyən şəxslər əbəs yerə güman edirlər ki, onlar yaxşı 

tərbiyə alıblar. 

— 

Şarlotta sizinlə nahar etdi? 



— Yox,  o,  evə  tələsirdi.  Yəqin  ki,  onun  qulluqçuya 

piroq hazırlamaqda kömək etməsi lazım idi. Bizə gəlincə 

isə, mister Binqli, mən elə qulluqçular saxlayıram ki, öz 

işlərinin öhdəsindən özləri gəlirlər. Bəli, mənim qızlarım 

başqa  cür  tərbiyə  alıblar.  Yeri  gəlmişkən,  hər  kəs 

bacardığı kimi hərəkət edir. Bununla belə, Lukas bacıları 

çox şirindirlər, sizi əmin edə bilərəm. Nə acıdır ki, onlar 

gözəl  deyillər.  Mən  demirəm  ki,  Şarlotta  tamam 

eybəcərdir — o bizim ən yaxşı rəfiqəmizdir. 

— Mənə elə gəlir ki, o, çox xoş bir gənc qadındır, — 

Binqli dedi. 

— Oh, əlbəttə! Ancaq siz inkar etməyəcəksiniz ki, o 

idbardır.  Bunu  ledi  Lukas  da  etiraf  edir  və  mənim 

Ceynimin  gözəlliyinə  həsəd  aparır.  Qızımı  tərifləmək 

istəməzdim,  ancaq  Ceyn  barədə  danışmaq  lazımdırsa, 

deyə bilərəm ki, belə gözəli 

hələm-hələm  tapa  bilməzsən.  Bu  barədə  hər  addımbaşı 

eşidə bilərsən — özüm də özümə inanmazdım. Onun 15 

yaşı  tamam  olanda  biz  Londonda  qardaşımın  yanında 

yaşayırdıq. Təsəvvür edin, orda bir  centlmen vardı,  ona 

dəlicəsinə  vurulmuşdu.  O  gözləyirdi  ki,  biz  getməzdən 

downloaded from KitabYurdu.org



59 

 

öncə  centlmen  ona  evlənmək  təklif  edəcək.  Düzdür,  bu, 



baş vermədi, ola bilər ona görə ki, Ceyn həddən artıq gənc 

idi. Əvəzində o, qıza şeirlər həsr etdi — bilirsiniz, sadəcə, 

ecazkar şeirlər idi. 

— Elə  bununla  da  macəra  bitdi,  —  Elizabet  tələsik 

sözə qarışdı. — Düşünürəm ki, bu, o cür qurtaran yeganə 

sərgüzəşt 

deyil.  Maraqlıdır,  poeziyanın  sevgini 

öldürdüyünü birinci kim kəşf edib? 

— Mən  poeziyanı  məhəbbət  üçün  bəsləyici  mühit 

saymağa adət etmişəm, — Darsi dedi. 

— Bəli, möhkəm, sağlam və ehtiraslı məhəbbət üçün 

ola  bilər.  Artıq  möhkəmlənən  sevgi  isə  nəylə  olsa, 

qidalana bilər. Ancaq yüngül meyildən danışsaq, əminəm 

ki, bir yaxşı sonetdən sonra ondan əsərəlamət qalmaz. 

Darsi  gülümsədi.  Ortaya  çökmüş  sükutda  Elizabet 

həyəcanla  anasının  necəsə  yeni  bir  nəzakətsizlik 

edəcəyini  gözləyirdi.  Missis  Bennet  gerçəkdən  də 

danışmağı  çox  istəyirdi,  ancaq  beyninə  heç  bir  şey 

gəlmədi.  Müəyyən  pauzadan  sonra  o,  Ceynin  qayğısına 

qaldığına  görə  mister  Binqliyə  yenidən  minnətdarlığını 

bildirdi  və  üstəlik,  Lizzinin  də  onlar  üçün  narahatlıq 

yaratmasına  görə  üzrxahlıq  etdi.  Binqli  cavablarında 

səmimi  olaraq  lütfkar  idi,  kiçik  bacısını  da  nəzakətli 

olmağa vadar edirdi və miss Binqli bu kimi hallara uyğun 

olan  bütün  ifadələri  işlədirdi.  O  öz  rolunu  xüsusi  səy 

göstərmədən oynasa da, missis Bennet tamamən məmnun 

qaldı  və  onlara  tezliklə  ekipaj  verilməsini  xahiş  etdi. 

Həmin vaxt siqnala bəndmiş kimi onun balaca qızı çıxış 

downloaded from KitabYurdu.org


60 

 

etdi. Kitti və Lidiya bütün ziyarət boyunca öz aralarında 



pıçıldaşırdılar.  Eyni  zamanda  onlar  razılaşmışdılar  ki, 

kiçik qız mister Binqliyə Hardfordşipdə olduğu vaxt söz 

vermiş  olduğu  Nezerfilddə  bal  təşkil  etmək  məsələsini 

xatırlatmalıdır. 

Hündürboy, qəşəng, 15 yaşlı Lidiya anasının sevimlisi 

idi. Məhz bu bağlılığın sayəsində o bu qədər gənc yaşda 

kübar 

cəmiyyətə  ayaq  açmışdı.  Onun  fitri  fərasətliliyi  və 



ünsiyyətcilliyi  əmilərinin  babat  naharlarının  cəlb  etdiyi 

zabitlərin diqqət və özünün anadangəlmə yüngülxasiyyət 

olması sayəsində təkəbbürə çevrilmişdi. Ona görə də onun 

mister Binqli ilə bal haqda danışması və onun öhdəliyini 

yadına salması, əgər sözünü tutmasa, bunun rüsvayçı səhv 

ola  biləcəyini  əlavə  etməsi  elə  də  çətinlik  törətmirdi. 

Binqlinin bu gözlənilməz həmləyə cavabı missis Bennetin 

qulağına olduqca xoş gəldi. 

— İnanın,  mən  öz  vədimi  məmnuniyyətlə  yerinə 

yetirəcəyəm.  Miss  Bennet  sağalan  kimi  xahiş  edəcəyəm 

ki, bu bayram üçün gün seçməyə məhz siz lütf edəsiniz. 

Ancaq  nə  qədər  ki  o  xəstədir,  güman  edirəm  özünüz  də 

rəqs etmək istəməzdiniz. 

Lidiya onun sözlərindən tamamilə məmnun qaldığını 

bildirdi. 

— Bəli,  ən  yaxşısı  Ceynin  sağalmasını  gözləməkdir. 

Bundan  əlavə,  o  vaxta  qədər  kapitan  Karter  Meritona 

qayıda bilər. Sizin baldan sonra, — o, əlavə etdi, — mən 

onları da bal təşkil etməyə 

downloaded from KitabYurdu.org



61 

 

vadar  edərəm.  Polkovnik  Forsterə  də  belə  deyərəm  ki, 



boyun qaçırması ayıb olar. 

Bundan  sonra  missis  Bennet  və  qızları  getdilər, 

Elizabet isə dərhal Ceynin yanma qayıdaraq, iki lediyə və 

mister Darsiyə onun və doğmalarının barəsində maneəsiz 

qeybət  etmək  imkanı  yaratdı.  Yeri  gəlmişkən,  miss 

Binqlinin  Elizabetin  “füsunkar  gözləri”  barədəki  bütün 

tikanlı atmacalanna baxmayaraq, qadınlar mister Darsini 

onun barəsində nəsə bir mühakimə yürütməyə məcbur edə 

bilmədilər. 

FƏSİL 



Günün yerdə qalan hissəsi təxminən ötən gün kimi keçdi. 

Missis  Hörst  və  miss  Binqli  günün  birinci  yarısında  bir 

neçə  saat  yavaş-yavaş  yaxşılaşmaqda  olan  xəstənin 

yanında keçirdilər. Axşam Elizabet cəmiyyətin toplaşdığı 

qonaq otağına endi. Bu dəfə kart masası  yox idi. Mister 

Darsi  məktub  yazırdı,  onunla  yanaşı  oturan  miss  Binqli 

onun  qələmini  izləyirdi  və  bacısına  çatdırmağı  xahiş 

etdiyi  müxtəlif  arzulan  ilə  daima  onun  diqqətini 

yayındınrdı.  Mister  Hörst  və  mister  Binqli  piket 

oynayırdılar, missis isə onların oyununa tamaşa edirdi. 

Elizabet tikişlə məşğul ola-ola, mister Darsi və onun 

qonşusunun  arasında  baş  verənlərə  qulaq  verərək  xeyli 

dərəcədə məmnun qaldı. Onun xətti, sətirlərin rəvanlığı və 

ya  məktubun  genişliyi  barədə  ledinin  fasiləsiz  coşqulu 

iradları  və  centlmenin  təriflərə  tam  laqeyd  cavablan 

maraqlı  dialoq  əmələ  gətirirdi  və  Elizabetdə  onun 

iştirakçılannm  xasiyyətləri  barədə  yaranmış  təsəvvürə 

downloaded from KitabYurdu.org



62 

 

dəqiqliklə uyğun gəlirdi. 



— 

Miss Darsi bu məktuba çox sevinəcək! 

Sükut. 

— 

Siz qeyri-adi şəkildə iti yazırsınız. 



— 

Yanılırsınız. Mən kifayət qədər asta-asta yazıram. 

— Allah  xatirinə,  bacınıza  yazın  ki,  mən  onu  çox 

görmək istəyirəm. 

— İl  ərzində  nə  qədər  məktub  yazmalı  olursunuz! 

Hələ bir də işgüzar məktublar! Təsəvvür edirəm, bu necə 

yorucu işdir. 

— Olsun, sizin xoşbəxtliyinizdən, mənim qismətimə 

bu düşüb. 

— 

Mən bunu artıq sizin xahişinizlə yazmışam. 



— Məncə,  sizin  qələminiz  pisdir.  Verin,  mən  onu 

itiləyim. Mən qələmi əla itiləməyi öyrənmişəm. 

— Təşəkkür  edirəm,  ancaq  mən  həmişə  qələmi  öz 

əlimlə itiləyirəm. 

— 

Siz belə səlis yazmağı necə bacarırsınız? 



O susurdu. 

— Bacınıza  yazm  ki,  onun  arfa  çalmaqda  qazandığı 

uğurlar  məni  çox  sevindirib.  Lütfən,  çatdırın  ki,  onun 

süfrələr üçün 

saldığı  naxışlardan  vəcdə  gəlmişəm  və  onları  miss 

Qrantlinin rəsmlərindən daha uğurlu sayıram. 

— İcazə verərsiniz sizin vəcdlərinizi növbəti məktuba 

saxlayım? Mənim burada artıq onlar üçün münasib yerim 

qalmayıb. 

— Oo,  qoy  bu,  sizi  narahat  etməsin.  Mən  yanvarda 

downloaded from KitabYurdu.org


63 

 

onunla görüşəcəyəm. Deyin, mister Darsi, siz ona həmişə 



bu cür nəfis şəkildə uzun məktub yazırsınız? 

— Bəli, onlar kifayət qədər genişdir, amma nə qədər 

nəfisdir, bunu mən deyə bilmərəm. 

— Özlüyündə təbii olaraq mənə elə gəlir ki, bu qədər 

asanlıqla  uzun  məktub  yaza  bilən  insan  onu  pis  yaza 

bilməz. 


— Darsi  üçün  bu  kompliment  deyil,  Kerolayn,  — 

onun qardaşı söhbətə qarışdı, — onun məktub yazması elə 

də  asan  başa  gəlmir.  O,  hər  zaman  dördhecalı  sözlər 

axtarmağa həddən artıq çalışır, — elə deyilmi, Darsi? 

— Mənim  məktubumun  stili,  əlbəttə  ki,  sizinkindən 

fərqlənir. 

— Oo,  miss  Binqli  səsləndi,  —  Çarlz  elə  yarıtmaz 

yazır ki, heç kim onun kimi yazmır. Sözlərin bir yarısını 

yeyir, ikinci yansını pozur. 

— Fikirlər başımda elə sürətlə fırlanır ki, onlan ifadə 

edib yazmağı çatdırmıram. O üzdən mənim məktublarım 

bəzən ünvanlandığı adamlara heç bir fikir çatdırmır. 

— 

Sizin  təvazökarlığınız,  mister  Binqli,  —  Elizabet 



dedi, 

— istənilən tənqidçinizi tərk-silah edərdi. 

— 

Göstərmə  təvazökarlıqdan  daha  aldadıcı  heç  nə 



yoxdur, 

— Darsi dedi. — Çox olur ki, onun altında başqalarının 

rəyinə biganəlik, hərdən də pərdələnmiş lovğalıq gizlənir. 

— Mənim  mütəvazi  mühakimlərimi  siz  necə 

adlandırırsınız? 

downloaded from KitabYurdu.org



64 

 

— Əlbəttə ki, pərdələnmiş lovğalıq. Siz axı ürəyinizin 



dərinliyində  öz  məktublarınızın  çatışmazlıqları  ilə  qürur 

duyursunuz.  Siz  hesab  edirsiniz  ki,  onları  düşüncələrin 

itiliyi  və  icranın  yarıtmazlığı  doğurur  —  xüsusiyyət 

tərifəlayiq olmasa da, hər halda cazibədarlıqdan məhrum 

deyil.  Nəyisə  qısa  zamanda  etmək  bacarığı  onun  sahibi 

tərəfindən, çox vaxt icra 

edilmənin keyfiyyətindən asılı olmayaraq həmişə yüksək 

qiymətləndirilir.  Axı  siz  bu  gün  səhər  missis  Bennetə 

bəyan  edəndə  ki,  əgər  Nezerfildi  tərk  etmək  fikri 

beyninizə yeriyərsə, burda beş dəqiqə belə ləngiməzdiniz, 

onda  özünüzü  ən  uyğun  işıqda  göstərmək  istəyirdiniz. 

Mahiyyətcə vacib işlərin başa çatdırılmamış qala biləcəyi 

və  ondan  nə  özünə,  nə  kimsəyə  başqalarına  fayda 

olmayacağı tələskənlikdə öyünməli nə var? 

— Ancaq  bu,  səhər-səhər  deyilmiş  sözə  görə  axşam 

qınaq  eşitmək  artıq  əndazədən  aşmış  oldu,  —  mister 

Binqli dilləndi

— şərəfimə and içirəm ki, o vaxt özüm barədə dediyim 

sözə  inanırdım  və  bu  saat  da  inanmaqda  davam  edirəm. 

Bir  də,  hər  halda  ifrat  tələskənliyim  haqda  danışmağım 

xanımlann qarşısında lovğalanmaqdan ötrü deyildi. 

— Şübhə etmirəm ki, siz buna inanırdınız. Ancaq mən 

tam  əmin  deyiləm  ki,  siz  o  qədər  zirəkliklə  gedərdiniz. 

Sizin davranışınız istənilən başqa adamın davranışı kimi 

durumdan asılı olardı. Əgər atın belinə atıldığınız həmin 

vaxt böyürdən bir dost çıxsaydı və “Binqli, bir həftə daha 

qalmağınız daha yaxşı olmazmı” desəydi, ola bilər, siz o 

downloaded from KitabYurdu.org



65 

 

cür də hərəkət edərdiniz və 



heç yerə getməzdiniz, başqa sözlə, bütöv bir ay boyunca 

ilişib qalardınız. 

— Siz yalnız sübut etdiniz ki, mister Binqli özü özünə 

qarşı ədalətli deyil, — Elizabet səsləndi. — Siz onu onun 

özünün etdiyindən daha çox tərənnüm etdiniz. 

— Mənə  xoşdur  ki,  siz  dostumun  sözlərini 

xasiyyətimin  yumşaqlığının  tərifinə  döndərirsiniz,  — 

Binqli dedi. — Ancaq qorxuram ki, onun sözlərinə sizin 

verdiyiniz yozum Darsinin onlarla yerləşdirdiyi fikirlərlə 

birbaşa tərs mütənasibdir. O, əlbəttə, düşünür ki, bu kimi 

hallarda mənim üçün ən yaxşısı qəti şəkildə imtina etmək 

və bacardıqca tez çapıb getməkdir. 

— Məgər  mister  Darsi  hesab  edir  ki,  sizin  ilkin 

qəranmzdakı səfehlik, onu yerinə yetirdiyiniz inadkarlıqla 

ödəşə bilərdi? 

— Sözün düzü, burada məsələ nədədir, mənə məlum 

deyil. Ən yaxşısı, qoy Darsi özü desin. 

— Siz istəyirsiniz ki, mənə aid etdiyiniz, amma mənim 

dilə  gətirmədiyim  rəyi  müdafiə  edim.  Ancaq  tutalım, 

məsələ  siz  dediyiniz  kimidir.  Siz  xatırlayırsınızım,  miss 

Bennet, biz 

ehtimal  etdik  ki,  misterin  öz  gedişini  təxirə  salmasını 

istəyən dost yalnız arzu, xahiş bildirdi və hətta bu xahişlə 

heç nə izah etmədi. 

— Məgər  siz  dostun  tövsiyəsinə  asanca  güzəştə 

getməyə hazır olmaqda bir ləyaqət görmürsünüz? 

— Məntiqsiz  güzəşt  hər  ikisinin  əqli  qabiliyyətinə 

downloaded from KitabYurdu.org



66 

 

şərəf gətirməzdi. 



— Mənə elə gəlir ki, mister Darsi, siz dostluğun və ya 

bağlılığın  təsirini  qiymətləndirmirsiniz.  Bu  arada 

iltimasçıya  hörmət  insanı  tez-tez  həmin  xahişi,  nə 

dərəcədə  əsaslandırılmasına  varmadan  yerinə  yetirməyə 

vadar  edir.  Mən  mister  Binqliyə  münasibətdə  ehtimal 

etdiyiniz  hadisəni  nəzərdə  tutmuram.  Biz  belə  bir 

durumun  gerçəkdə  yaranmasını  gözləyə  bilərik  və  o 

zaman  onun  hərəkətinin  məqbul  olması  barədə  fikir 

yürüdə  bilərik.  Ancaq  ümumiyyətlə  desək,  əgər  kimsə 

dostundan o qədər də mühüm olmayan addımdan imtina 

etməyi  xahiş  edərsə  və  o,  məntiqli  dəlilsübut  istəmədən 

ona güzəştə gedərsə, məgər siz buna görə onu mühakimə 

edərdiniz? 

— Bu  məsələni  daha  da  müzakirə  etməzdən  öncə 

xahişin  əhəmiyyətini,  eləcə  də  dostlar  arasındakı 

yaxınlığın dərəcəsini dəqiq müəyyən etməli deyilikmi? 

— Tamamilə  zəruridir!  —  Binqli  səsləndi.  —  Gəlin 

bütün xırdalıqlar, hətta dostların boy və gücü barədə də 

unutmadan hər şey haqqında şərtləşək. Bu, missis Bennet, 

ilk baxışdan göründüyünə nisbətən daha böyük əhəmiyyət 

kəsb edə bilər. İnanın ki, Darsi mənimlə müqayisədə bu 

cür  yekəpər  olmasaydı,  mən  onunla  az  hesablaşardım. 

Məlum  hallarda  və  müəyyən  yerlərdə,  etiraf  edirəm,  o, 

adamı qorxmağa vadar edir 

— xüsusilə də bazar axşamları heç bir işinin olmadığı öz 

evində. 


Darsi  gülümsədi,  ancaq  Elizabet  onun  ürəyinin 

downloaded from KitabYurdu.org



67 

 

dərinliyində incidiyini hiss etdi və gülüşünü boğdu. Miss 



Binqli ona qarşı yol verilmiş həqarətə görə hiddətləndi və 

bu axmaq çərənləmə üçün qardaşını yamanladı. 

— Mən  sizin  planı  çözdüm,  Binqli,  —  onun  dostu 

dedi, 


— Bizim mübahisə sizin xoşunuza gəlmir və siz bu üsulla 

onu bitirmək istəyirsiniz. 

— Ola bilər. Mübahisələr disputlara çox bənzəyir. Siz 

və miss Bennet mən otaqdan çıxana qədər öz dartışmanızı 

təxirə  salsanız,  sizə  minnətdar  olaram.  O  zaman  siz 

mənim barəmdə istədiyiniz hər şeyi danışa bilərsiniz. 

— Sizin xahiş, — Elizabet dedi, — mənim tərəfimdən 

qurban  tələb  etmir.  Əgər  məktubunu  tamamlamağa  nail 

olsaydı, bu, mister Darsi üçün isə daha yaxşı olardı. 

Mister  Darsi  onun  məsləhətindən  istifadə  edərək, 

məktubunu axıra qədər yazıb başa çatdırdı. 

Sərbəstləşdiyi  vaxt  o,  miss  Binqli  və  Elizabetdən 

büsatı bir qədər musiqi ilə əyləndirməyi xahiş etdi. Miss 

Binqli  fortepianoya  doğru  yönəldi  və  nəzakətlə  birinci 

çıxışı Elizabetə təklif etdi, ancaq onun eyni lütfkarlıqla, 

daha artıq səmimiyyətlə imtina etməsindən sonra musiqi 

alətinin arxasında əyləşdi. 

Missis Hörst bacısı ilə oxuyurdu. Onlann ikisinin də 

məşğul  olduğu  vaxt  Elizabet  fortepianonun  üstünə 

dağılmış  notları  yığışdırarkən  istəristəməz  mister 

Darsinin  nəzərlərinin  tez-tez  öz  üzərində  dayandığını 

sezirdi. O, heç cür ehtimal edə 

bilmirdi ki, bu təkəbbürlü insan ondan xoşlanır. Bununla 

downloaded from KitabYurdu.org



68 

 

belə,  Darsinin  ona  ikrah  hiss  edə-edə  baxdığı  düşüncəsi 



Elizabetə  elə  o  qədər  ziddiyyətli  görünürdü.  Axırda  o, 

Darsinin  diqqətini  onunla  əsaslandırmalı  oldu  ki,  o,  hər 

şeydən çox hazırda evdə olan insanların içində öz zövq və 

baxışlarının  məhz  onunku  ilə  uyğun  gəlmədiyini  hiss 

edib. Bu əqli tapıntı onu bir misqal da üzmədi. Darsi onun 

üçün  o  qədər  xoşagəlməz  idi  ki,  qız  özü  barədə  onun 

qənaəti ilə hesablaşmağa hazırlaşmırdı. 

Bir neçə italyan ariyası oxuduqdan sonra miss Binqli 

müxtəliflik  üçün  şən  şotland  havaları  çalmağa  başladı. 

Demək olar ki, o dəqiqə mister Darsi Elizabetə yanaşdı və 

dedi: 

— Miss Bennet, fürsətdən istifadə edərək tağalaq rəqsi 



etmək istərdinizmi? 

Qız  heç  bir  cavab  verməyərək  gülümsədi.  Onun 

susqunluğuna təəccüblənən Darsi sualını təkrarladı. 

— Mən sizi çox yaxşı eşitdim, — o dedi. — Sadəcə, 

dərhal  cavab  tapa  bilmədim.  Siz.  əlbəttə,  istərdiniz  ki, 

mən dəvətinizi qəbul edərək, mənim aşağı zövqüm barədə 

əmin olmağınız üçün sizə xoş bir fürsət verim. Ancaq mən 

həmişə bu tipli 

tələləri təxmin etməyi və onun müəlliflərini gözlədikləri 

həzdən  məhrum  qoymağı  sevmişəm.  Bax,  ona  görə 

beynimə  gəldi  ki,  deyim,  mən,  ümumiyyətlə,  tağalaq 

rəqsinə  dözə  bilmirəm.  İndi  bacarırsınızsa,  məni 

mühakimə edin! 

İnanın,  mən  bütün  hallarda  sizi  mühakimə  edə 

bilməzdim! 

downloaded from KitabYurdu.org



69 

 

Sözlərinin  onu  incitməli  olduğunu  düşünən  Elizabet 



Darsinin nəzakətliliyindən təəccübləndi. 

Ancaq  onun  davranışında  işıq  saçan  bu  cazibədar 

məkrlilik çətin ki, kimisə incidə bilərdi. Darsi hiss etdi ki, 

heç vaxt başqa bir qadına bu qədər çox heyran olmayıb. 

Onun  özünə  də  aydın  idi  ki,  əgər  Elizabetin  qohumları 

daha  münasib  olsaydı,  onun  qəlbini  müəyyən  təhlükə 

təhdid edərdi. 

Miss  Binqli  qısqanclıq  hiss  etməyə  yetəcək  qədər 

müşahidə etmiş və ya şübhələnmişdi. Ona görə də onun 

əziz  rəfiqəsi  Ceynin  tezliklə  sağalmasına  dair  qaynar 

qayğısı, onun bacısı ilə tez bir zamanda xudahafizləşmək 

arzusu ilə birləşdi. 

O,  tez-tez  Darsini  Elizabetə  qarşı  yönəltmək  üçün 

onlann  ehtimal  olunan  nikahı  və  onun  belə  bir  arvadla 

xoşbəxt ola biləcəyi barədə çərənləyirdi. 

— Ümidvaram  ki,  —  missis  Binqli  ertəsi  gün  səhər 

ikilikdə  evin  yaxınlığında,  əkilmiş  kolların  arasındakı 

cığırla gəzişərkən dedi, — bu qədər arzuolunan hadisə baş 

verəndən  sonra  siz  qayınanamza  hərdən  dili  dinc 

saxlamağın  faydalı  olduğu  barədə  eyham  etməyə 

müyəssər olacaqsınız. Bunun öhdəsindən gəldikdən sonra 

balaca  bacıların  —  baldızlarınızın  zabitlərin  arxasınca 

düşmək vərdişini tərgitdirərsiniz. Əgər bu qədər məhrəm 

mövzuya  toxunmaq  imkanı  yalnız  mənə  verilibsə,  öz 

sevib-seçdiyinizi  təkəbbür  və  utanmazlıqla  həmsərhəd 

olan şeylərdən çəkindirməyə çalışın. 

Bəlkə siz mənə mənim ailə səadətim üçün bir qədər də 

downloaded from KitabYurdu.org



70 

 

faydalı olası nəsə məsləhət görəsiniz? 



— Ah,  əlbəttə!  Mütləq  Filips  əminin  portretini 

Pemberlidəki  qalereyada  asarsınız.  Təxminən  atanızın 

əmisi olan hakimin portreti ilə yanaşı bir yerdə. Axı onlar 

müxtəlif 

tərəflərdə 

dursalar  da,  eyni  peşənin 

təmsilçiləridir,  elə  deyilmi?  Arvadınız  Elizabetin 

portretinə  gəlincə,  onu  hətta  sifariş  verməyə  belə  cəhd 

etməyin. Məgər hansısa bir rəssam kətan 

üzərində  onun  gözəl  gözlərini  layiqli  bir  şəkildə  həkk 

etməyi bacararmı? 

— Gerçəkdən onların ifadəsini çatdırmaq elə də asan 

deyil.  Ancaq  yaxşı  rəssam  onların  formasını,  rəngini, 

qeyri-adi uzun kirpiklərini təsvir edə bilər. 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin