Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

qız  saymağa  adət  etdiyi  Şarlotta  Lukasın  ağlının  onun 

arvadının ağlından çox olmaması, hətta öz qızmmkmdan 

az olması bəlli olub. 

Ceyn  etiraf  etməyə  bilmədi  ki,  mister  Kollinzin  təkrar 

elçiliyi  onu  xeyli  sarsıdıb.  Ancaq  o,  heyrəti  barədə  az 

danışdı, 

daha  çox  damad  və  gəlinə  xoşbəxtlik  arzuladı.  Hətta 

Elizabet də onu inandırmaq qüdrətində deyildi bu nikahın 

xoşbəxtlik  gətirəcəyinə.  Kitti  və  Lidiyanın  ağıllarına  da 

gəlmirdi  ki,  miss  Lukasa  həsəd  aparsınlar,  çünki  mister 

Kollinz, olsa-olsa, rahib idi. Onlar üçün bu nişan Meriton 

üzrə yayılmalı olan xəbərlərdən biri idi. 

Öz növbəsində, ledi Lukas qızının uğurlu evliliyi ilə 

bağlı  qonşusunun  qarşısında  lovğalanmaq  imkanı 

qazandığına  görə  özünü  qalib  ədası  sərgiləməkdən 

saxlaya  bilmirdi.  O,  xoşbəxt  yaşantılarını  bölüşməkdən 

ötrü  əvvəlki  vaxtlarda  olduğundan  daha  tez-tez 

Lonqborna  baş  çəkirdi,  ev  sahibəsinin  qaşqabaqlı 

baxışlarının və acıdil atmacalarının istənilən şəxsin kefini 

poza bilmək gücündə olduğuna da baxmırdı. 

Elizabet və Şarlotta arasında onları bu incə mövzudan 

yan ötməyə məcbur edən gərginlik yaranmışdı və Elizabet 

əmin  idi  ki,  daha  heç  vaxt  bir-birinə  əvvəlki  etimadla 

yanaşa  bilməyəcəklər.  Rəfiqəsi  sandan  məyus  olan 

Elizabet dürüstlüyü və nəcibliyi, sözsüz, heç bir halda ona 

downloaded from KitabYurdu.org



177 

 

qarşı dəyişməyən Ceynə daha böyük bağlılıq hiss edirdi. 



O, gündən-günə bacısının 

xoşbəxtliyi  üçün  daha  çox  narahat  olurdu.  Binqlinin 

gedişindən  artıq  bütöv  bir  həftə  ötmüşdü,  ancaq  onun 

barəsində heç bir xəbər-ətər yox idi. 

Ceyn yubatmadan Kerolaynın məktubuna cavab yazdı 

və  indi  rəfiqəsindən  yeni  xəbərin  nə  vaxt  gələcəyini 

təxmin 

edirdi. 


Mister 

Kollinzdən 

vəd 

edilmiş 


minnətdarlıq məktubu həftənin ikinci günü alındı. Məktub 

mister  Bennetə  ünvanlanmışdı  və  onun  məzmunu  adi 

adamın  yad  bir  ailədə  ən  azı  bütöv  bir  il  boyunca 

yaşamasının  yarada  biləcəyi  dərin  minnətdarlıq 

ifadəsindən  ibarət  idi.  Kollinz  öz  borcunu  yerinə 

yetirərək,  ən  bəlağətli  bir  tonla  xəbər  verirdi  ki,  onlann 

qonşularının gözəl qızı miss Lukasın rəğbətini qazanmağa 

müvəffəq olub. O, əlavə edərək yazırdı ki, yalnız onunla 

bir  arada  olmaq  məmnunluğundan  ötrü  Lonqbornu  bir 

daha  ziyarət  dəvətini  bu  cür  həvəslə  qəbul  edib  və 

vəziyyət  əlverişli  olarsa,  iki  həftədən  sonra  bazar  ertəsi 

gələcək. Çünki Kollinzin yazdığına görə, ledi Ketrin onun 

gözlənilən evliliyini bütün qəlbilə bəyənir və arzu edir ki, 

nikah mərasimi mümkün qədər tez olsun. Bu durum

şübhəsiz ki, istəkli Şarlottası üçün onu fani bəndələrin ən 

bəxtəvəri edəcəyi günün yaxınlaşmasına çox tutarlı dəlil 

olacaq. 

Mister  Kollinzin  Hartfördşirə  qayıtması  artıq  miss 

Benneti  sevindirə  bilməzdi.  Əksinə,  indi  arzuolunmaz 

qonağın gəlişinə görə narazılığının səbəbləri ərininkindən 

downloaded from KitabYurdu.org


178 

 

az deyildi. Kollinzin Lukas Loca yox, Lonqborna düşmək 



niyyəti  kifayət  qədər  qəribəydi  və  bir  sıra  narahatlıq  və 

qayğı əmələ gətirəcəkdi. 

Ovqat 

pis 


olanda 

kimliyindən 

asılı  olmayaraq 

qonaqpərvərlik göstərmək həmişə çətindir, sevgili gənclər 

isə  xüsusilə  dözülməz  olur.  Missis  Bennetin  fasiləsiz 

giley-güzarı  belə  idi,  buna  yalnız  onun  mister  Binqlinin 

uzun müddətdən bəri ortada olmamasından qıcıqlanması 

daha böyük alışmalar yaradaraq müxtəliflik qatırdı. 

Ceyn  və  Elizabet  də  bu  durumdan  narahat  idilər. 

Günlər  keçirdi,  əgər  Binqlinin  bütün  qış  ərzində 

Nezerfildə, ümumiyyətlə, dönməyəcəyi barədə Meritonda 

yayılan şayiələri saymasaq, ondan heç bir xəbər gəlmirdi. 

Bu şayiələr missis Bennetdə ifrat hiddət doğururdu və o, 

onları qalmaqallı 

uydurma  adlandıraraq  təkzib  etmək  imkanını  əldən 

buraxmırdı. 

Hətta  Elizabet  də  əndişələnməyə  başladı.  O,  mister 

Binqlinin etinasızlığından yox, bacılarının onu doğrudan 

da Londonda ləngitməyə müvəffəq olduqlanndan narahat 

idi.  O,  hər  vəchlə  Ceynin  xoşbəxtliyi  qorxunc  olan  və 

onun sevib-  seçdiyi  insanın  dəyanətini  şübhə altına alan 

fikri  özündən  qovmağa  çalışırdı.  Ancaq  bu  fikir  inadla 

onun  beyninə  sızırdı.  Elizabet  gerçəkdən  də  qorxmağa 

başladı  ki,  Binqlinin  düşmənçilik  ovqatına  köklənmiş 

bacılarının və hökmlü dostunun müştərək, miss Darsinin 

cazibəsi  və  paytaxt  əyləncələri  ilə  güclənən  təsiri 

Binqlinin bağlılığı üçün həddən artıq çətin olacaq. 

downloaded from KitabYurdu.org



179 

 

Ceynin özünə gəlincə, məchulluq ona, əlbəttə ki, 



Elizabet dən daha artıq əzab verirdi. Ancaq hansı hissləri 

keçirməli  olurdusa  da,  hər  vəchlə  gizlətməyə  çalışırdı. 

Beləcə,  bu  mövzu  heç  vaxt  bir  daha  bacılar  arasındakı 

söhbətlərdə qaldırılmırdı. Missis Bennet, əksinə, bu sayaq 

zərifliyi ilə fərqlənmirdi və çox nadir saatlar olurdu ki, o, 

Binqli barədə 

danışmasın,  onun  ləngiməsi  səbəbindən  dözümsüzlük 

ifadə  etməsin  və  ya  onun,  ümumiyyətlə,  qayıtmayacağı 

halda  Ceynin  amansız  şəkildə  aldanmış  olacağını 

təsdiqləməsini  qızdan  tələb  etməsin.  Yalnız  Ceynin 

ölçüyəgəlməz  fağırlığı  onun  zahiri  sakitliyini  qoruyaraq 

bu həmlələrə tab gətirməsinə imkan verirdi. 

Mister Kollinz gedişindən iki həftə sonra bazar ertəsi 

qayıtdı. Onu Lonqbomda birinci dəfə peyda olduğu vaxt 

qarşıladıqları  kimi  hərarətlə qarşılamadılar. Ancaq onun 

duyğuları  o  qədər  aşıb-daşırdı  ki,  diqqətə  heç  ehtiyac 

duymurdu.  Bütünlüklə  Şarlottaya  iltifat  göstərməklə 

məşğul  olan  Kollinz  hamının  məmnunluğuna  uyğun 

olaraq,  Bennet  ailəsinə  öz  varlığı  ilə  çox  nadir  hallarda 

ağırlıq  edirdi.  Günün  böyük  hissəsini  o,  Lukas  Locda 

keçirirdi  və  tez-tez  olurdu  ki,  o,  Lonqborna  qayıdaraq 

buralarda  uzun  müddət  olmadığı  üçün  üzrxahlıq  etməyə 

başlayan  kimi  ailənin  bütün  üzvləri  yataq  otaqlarına 

çəkilirdi. 

Missis  Bennet  gerçəkdən  də  çox  yazıq  durumdaydı. 

Mister  Kollinzin  evliliyinə  aidiyyəti  olan  nəsə  haqqında 

kiçik bir işarə 

downloaded from KitabYurdu.org



180 

 

onu dilxor edirdi, bununla yanaşı, o, hara gedirdisə getsin, 



hər  yerdə  yalnız  bu  evlilik  barədə  danışırdılar.  Miss 

Lukasın  görsənməsi  belə  onda  ikrah  doğururdu. 

Şarlottanın  Lonqborna  ayaq  basanda  o,  bədbəxt  missis 

Bennetin  gözünə  artıq  bu  evin  sahibəsi  olmağa 

tamahsılanmış kimi görünməyə başlayırdı. Şarlotta mister 

Kollinzlə  nə  barədəsə  yavaşdan  danışırdısa,  missis 

Bennetin təsəvvürünə görə, söhbət mütləq mister Bennet 

öldükdən  sonra  ev  sahibəsinin  qızları  ilə  birlikdə  bayıra 

atılmasından  gedirdi.  Bütün  bunlara  görə  o,  mister 

Bennetə acı-acı şikayətlənirdi. 

— Bir fikirləşin, əzizim, — dedi, — Şarlotta Lukasm 

nə vaxtsa burada sahibə olacağını düşünmək necə ağırdır. 

Mən  onu  öz  yerimdə  görəcəyəm  və  dal-dalı  çəkilərək 

getməyə məcbur olacağam! 

— Belə qara fikirlərə meydan verməyə lüzum yoxdur, 

əzizim. Ən yaxşısı budur ki, nəsə daha xoş şeylər barədə 

düşünək  və  özümüzə  mənim  Kollinzdən  daha  uzun 

yaşayacağıma ümid etməyi rəva görək. 

Bu  sözlər  missis  Benneti  lazım  olduğu  qədər 

sakitləşdirmirdi  və  o,  cavab  vermək  əvəzinə  yenidən 

həmin mövzuda danışırdı. 

— Mənim üçün malikanəmizin bu adamlara qalacağı 

fikri  dözülməzdir.  Əgər  bu  onlara  kişi  xəttilə  vərəsəlik 

hüququ üzrə qalmasaydı, mən hələ razılaşa bilərdim... 

— Siz məhz nəylə razılaşa bilərdiniz? 

— Mən nə olsa da razılaşardım. 

— Göylərə  minnətdar  olaq  ki,  siz  bu  cür  tam  qeyri- 

downloaded from KitabYurdu.org



181 

 

müəyyənlik vəziyyətindən xilas olmusunuz. 



— Mən, mister Bennet, kişi xəttilə vərəsəlik hüququna 

aidiyyəti olan nəyə görəsə heç vaxt minnətdarlıq hiss edə 

bilmərəm.  Başa  düşə  bilmirəm,  insanların  vicdanı  necə 

yol  verir  ki,  mülkü  onun  sahibinin  doğma  qızlarının 

əlindən  alsınlar.  Həm  də  bu,  hansısa  mister  Kollinzin 

xatirinə edilməlidir! Məgər o, nəyləsə buna haqq qazanıb? 

— Bu  suala  mənsiz  cavab  verməyi  sizin  öhdənizə 

buraxıram, — mister Bennet dedi. 

İKİNCİ KİTAB 

 



FƏSİL 

Miss  Binqlidən  hər  cür  şübhələri  dağıdan  məktub  gəldi. 

Məktubun  ilk  cümləsində  xəbər  verilirdi  ki,  Binqli  və 

onun bacıları bütün qışı Londonda qalacaqlar. Daha sonra 

deyilirdi  ki,  onların  qardaşı  yola  düşməzdən  öncə 

Hartfördşirdəki  dostlarına  ehtiramını  bildirməyə  macal 

downloaded from KitabYurdu.org


182 

 

tapmadığı üçün çox üzgündür. 



Artıq heç bir, qətiyyən heç bir ümid qalmamışdı. Ceyn 

məktubu oxuyub axırma çıxanda dostluq bağlılığı barədə 

yorucu  ifadələrdən  başqa  ürəkaçan  heç  nə  tapa  bilmədi. 

Məktubun  qalan  hissəsi,  demək  olar,  bütünlüklə  miss 

Darsiyə  həsr  edilmişdi.  Onun  çoxsaylı  məziyyətləri 

yenidən  təfərrüatlı  şəkildə  sadalanırdı.  Kerolayn  onlann 

arasında  artmış  yaxınlıqla  öyünürdü  və  əvvəllər 

xatırlatdığı  istəklərinin  həyata  keçəcəyinə  ümid  ifadə 

edirdi.  O,  həmçinin  məmnuniyyətlə  qardaşının  mister 

Darsinin evində məhrəm adam olduğunu xəbər verir və 

ev  sahibinin  yeni  şərait  qurmaq  niyyəti  barədə  bir  neçə 

xoş söz əlavə edirdi. 

Ceynin  dərhal  məktubun  məğzini  danışdığı  Elizabet 

bacısını susqun qəzəblə dinlədi. O, Ceynə eyni dərəcədə 

acıdı  və  məktubda  adlan  çəkilənlərin  hamısına 

hiddətləndi.  Qardaşının  miss  Darsiyə  biganə  olmadığını 

yazan  Kerolaynm  bu  xəbərinə  o  inanmadı.  Onun  Ceynə 

qarşı  duyğularının  dəyişmədiyi  Elizabetə  əvvəlki  kimi 

şəkk-şübhəsiz görünürdü. O, mister Binqliyə əvvəlki kimi 

müsbət  yanaşmaq  istəsə  də,  onun  məkrli  dostlarının 

oyuncağına  çevrilməsinə  səbəb  olan  iradəsizlik  və 

qətiyyətsizliyi  barədə  hiddətsiz,  hətta  müəyyən  nifrətsiz 

düşünə  bilmirdi.  Onlar  öz  şıltaqlıqlarının  nəfmə  onu 

səadətini qurban verməyə məcbur edirdilər. Söhbət təkcə 

Binqlinin taleyindən getsəydi, o, kefi istəyən kimi hərəkət 

edərdi. Axı eyni zamanda - Binqli bunu dərk etməliydi - 

onun bacısının da taleyi həll olunurdu! Bu cür fikirlər heç 

downloaded from KitabYurdu.org



183 

 

bir  rahatlıq  vermədən  ağlından  çıxmırdı.  Elizabet 



Binqlinin, doğrudan da, Ceyndən soyumadığını və ya öz 

bağlılığı  ilə  ona  yaxın  adamların  təsiri  altında  rəftar 

etdiyini, Ceynin onu nə qədər sevdiyini 

anlamadığını,  yaxud  da  qızın  duyğularının  ondan  gizli 

qalmasını  düşünsə  də,  bütün  bunlar  yalnız  onun  Binqli 

haqqında  rəyini  dəyişə  bilərdi,  ancaq  istənilən  halda 

qəlbinə  ağır  yara  vurulmuş  bədbəxt  Ceynin  aqibətini 

yumşaltmazdı. 

Ceynin  yaşantıları  barədə  tam  iki  gün  Elizabetə 

danışmaq  cəsarəti  çatışmadı.  Ancaq  bir  dəfə  missis 

Bennet  Nezerfild  və  onun  sahibi  barədə  xüsusilə 

təfərrüatlı  mülahizələrdən  sonra  onları  təklikdə  qoyanda 

Ceyn özünü saxlaya bilməyərək dedi: 

— Çox  istərdim  ki,  bizim  əziz  anamız  özünü  daha 

yaxşı ələ ala biləydi! Onun heç ağlına da gəlmir ki, mister 

Binqli  haqqında  bitmək  bilməyən  söhbətləri  ilə  o  mənə 

hansı  ağrı-  acını  verir.  Ancaq  mən  ümidsizliyə 

qapılmamalıyam.  Tezliklə  buna  son  qoyulacaq.  O 

unudulacaq və biz əvvəlki kimi yaşayacağıq. 

Elizabet  bacısına  inamsızlıqla  baxdı,  amma  heç  nə 

demədi. 

— Sən mənə inanmırsan! — Ceyn yüngülcə qızararaq 

səsləndi.  —  Ancaq  səhv  edirsən.  Məgər  o  mənim 

xatirimdə yalnız ən sevimli gənc tanışlarımdan biri kimi 

qala bilməzmi? Mənim nəyəsə ümid etməyimə, nədənsə 

çəkinməyimə və onu 

nədəsə  qınamağıma  lüzum  yoxdur.  Bu  əzabdan,  Allaha 

downloaded from KitabYurdu.org



184 

 

şükür  ki,  xilas  olmuşam.  Lap  qısa  müddət  keçəcək  və 



özümü yaxşı hiss edəcəyəm. 

Tezliklə o, daha qətiyyətli səslə əlavə etdi: 

— Özümə  ən  azı  onunla  təskinlik  verirəm  ki,  bu, 

yalnız mənim təxəyyülümün oyunu idi və məndən başqa 

heç kəsə xətəri toxunmadı. 

— Ceyn,  əzizim,  —  Elizabet  səsləndi,  —  sən  çox 

xeyirxahsan! Sənin mərhəmətin və fədakarlığın doğrudan 

da  mələk  misalıdır.  Münasib  sözlər  tapmıram,  ancaq 

mənə  elə  gəlir  ki,  heç  vaxt  səni  layiq  olduğun  qədər 

dəyərləndirməmiş və sevməmişəm. 

Miss  Bennet  məziyyətlərinin  bu  cür  təriflənməsini 

qətiyyətlə rədd etdi, bunu bacısının doğmalıq hissi ilə izah 

etdi. 

— Qulaq  as,  Ceyn,  —  Elizabet  cavab  verdi,  —  Bu 



ədalətsizlikdir  axı.  Sən  özün  dünyada  hamını  birmənalı 

olaraq  tərifləməyə  hazırsan  və  mən  kiminsə  barəsində 

bəyənməz  bir  söz  deyirəmsə,  pozulursan,  ancaq  mən 

yazıq bacımı cəmi- cümlətanı mükəmməl adlandırıramsa, 

dərhal mənimlə 

mübahisə  etməyə  başlayırsan.  Qorxma,  bu,  başqalarının 

yanında yayılmayacaq, mən heç də sənin dünyaya çəhrayı 

eynəkdən  baxmaq  imtiyazına  təcavüz  etmirəm.  Bu 

mümkün  deyil  —  dünyada  çox  az  insan  mənim 

sevgimdən yararlanır. Gerçəkdən hörmət etdiyim belələri 

hələ  azdır.  Dünyanı  nə  qədər  çox  müşahidə  edirəmsə,  o 

mənə  bir  o  qədər  az  xoş  gəlir.  Hər  gün  insan  təbiətinin 

qeyri-kamilliyini  və  dürüstlük,  sağlam  məntiq  kimi 

downloaded from KitabYurdu.org



185 

 

görünənlərə güvənməyin mümkünsüzlüyünü mənə təsdiq 



edir.  Son  günlərdə  iki  əla  ibrət  dərsi  aldım.  Biri  barədə 

danışmaq  istəmirəm.  O  biri  dərsi  isə  mənə  rəfiqəm 

Şarlotta verdi. O işə necə baxsam  da, mənim üçün hələ 

ağlasığmaz olaraq qalır. 

—  Lizzi,  əzizim,  belə  duyğulara  yol  vermə.  Onlar 

qəlbini  parçalayır.  Sən  həyat  şəraitini  və  hər  bir  insanın 

xasiyyətini  nəzərə  almırsan.  Bir  düşün,  mister  Kollinz 

cəmiyyətdə  hansı  layiqli  yeri  tutur  və  sağlam  düşüncə, 

tədbirlilik  Şarlottanın  xasiyyətinə  nə  qədər  səciyyəvidir. 

Xatırla,  onun  nə  qədər  qardaş-bacıları  var  və  bu  evlilik 

onun məhdud vəsaitli ailəsinə necə sərf edir. Bir də bizim 

hamımızın xətrinə, inanmağa çalış 

ki, o, gerçəkdən bizim əmimiz nəvəsinə hansısa dərəcədə 

hörmət edə və ona müəyyən rəğbətlə yanaşa bilər. 

— Sənin xətrinə mən nəyə desən inanmağa hazıram. 

Ancaq  çətin  ki,  bundan  kiməsə  daha  asan  olsun.  Məni 

inandırsaydılar ki, Şarlotta, doğrudan da, Kollinzə rəğbət 

bəsləyir,  onun  ağlı  haqqında,  indi  qəlbi  barədə 

düşündüyümdən də betər düşünərdim. Ceyn, əzizim, axı 

sən  məndən  də  yaxşı  bilirsən  ki,  mister  Kollinz 

təkəbbürlü,  özündənrazı,  səriştəsiz  və  axmaq  adamdır. 

Ona görə sən də eynilə mənim kimi dərk etməlisən ki, ona 

ərə  gedən  qadın  təbii  istəklərlə  hərəkət  edə  bilməz.  Bu 

qadının Şarlotta Lukas olduğu bəlli olursa, onu müdafiə 

etməyə  cəhd  göstərmə.  Bir  nəfərdən  ötrü  dürüstlüyə  və 

ləyaqətə baxışları dəyişmək olmaz. Sən məni və ya özünü 

inandıra  bilməzsən  ki,  tamahkarlıq  bəsirətdir,  sağlam 

downloaded from KitabYurdu.org



186 

 

düşüncəyə laqeydlik isə xoşbəxtliyə aparan doğru yoldur. 



— Mənə elə gəlir ki, sən onların hər biri haqqında çox 

sərt  mühakimə  yürüdürsən,  —  Ceyn  cavab  verdi. 

Ümidvaram ki, onların həyatının yaxşı alındığını görəndə 

özün də buna əmin olacaqsan. Ancaq bu barədə kifayətdir. 

Aldığın iki dərs barədə 

danışarkən,  sən  daha  bir  adama  eyham  etdin.  Mən  səni 

başa düşməyə bilməzdim. Yalvarıram, Lizzi, əzizim, onu 

ittiham  edib  gözündən  düşdüyünü  deyərək  qəlbimi 

ağrıtma. Biz belə bir ehtimala meyillənməməliyik ki, bizə 

qəsdən yamanlıq ediblər. Həyatsevər gəncdən tələb etmək 

olmaz ki, o, həmişə ehtiyatlı olsun və hər bir hərəkətinə 

diqqət etsin. Öz qürrəmiz bizi tez-tez aldadır. Qadınlar bir 

heyran baxışa olduqca böyük əhəmiyyət verirlər. 

— Kişilər isə onlara bu aldanışlannda kömək etməyə 

çalışırlar. 

— Əgər kişi bunu edərkən xeyir güdürsə, ona bəraət 

yoxdur.  Ancaq  mən  bəziləri  kimi  dünyanın  bu  qədər 

sərhesab olduğunu düşünmürəm. 

— Mən  mister  Binqlinin  davranışını  heç  bir  tərzdə 

fayda güdməklə izah etmək fikrindən uzağam, — Elizabet 

dedi. 

—  Ancaq  pislik  etməyə  cəhd  göstərmədən  və  kimisə 



bədbəxt  etməyə  çalışmadan  belə,  səhvə  yol  vermək  və 

qəlb 


yarası  vurmaq  mümkündür.  Bundan  ötrü 

yüngülməcazlıq, başqa 

insanların  hisslərinə  diqqət  yetirmək,  xaraktersizlik 

göstərmək kifayətdir. 

downloaded from KitabYurdu.org


187 

 

— Sən  hesab  edirsən  ki,  bu  keyfiyyətlərin  hansısa 



onun üçün səciyyəvidir? 

— Birincidən axırıncıyadək. Ancaq mən əziz tutduğun 

adamlar  barədə  hər  şeyi  danışsam,  səni  incitmiş 

olacağam. Nə qədər gec deyil, məni durdurmağa çalış. 

— Sən ona bacılarının təsir göstərdiyini düşünməkdə 

davam edirsən? 

— 

Bəli, eləcə də onun dostu. 



Buna inana bilmirəm. Onların nəyinə lazımdır? Onlar 

ona  səadət  arzulamalıdırlar.  O,  gerçəkdən  də  məni 

sevibsə, hər hansı başqa bir qadınla xoşbəxtlik tapmaz. 

— Səhv yekun nəticədədir. Xoşbəxtliyindən başqa, o, 

başqa  məqsədlər  də  güdə  bilər,  məsələn,  sərvətinin 

artırılmasım və cəmiyyətdə çəkisini, yaxud da çoxlu pulu 

və  möhkəm  əlaqələri  olan  yaxşı  nəslə  mənsub  qızla 

evlənməyi. 

— Əlbəttə, onlar istərdi ki, onun seçimi miss Darsinin 

üzərində  dursun,  —  Ceyn  cavab  verdi.  —  Ancaq  bunu 

sənin 

onların  ayağına  yazdığından  daha  nəcib  hisslərlə  izah 



etmək  mümkündür.  Onlar  məndən  xeyli  əvvəl  tanış 

olublar. Ona görə də aydındır ki, onlar bir-birlərinə daha 

möhkəm  bağlı  olmalı  idilər.  Ancaq  niyyəti  nə  olursa 

olsun,  onlar  mister  Binqlinin  özünün  istəklərinə  əngəl 

olmayacaqlar ki. Hansı bacı buna məcbur olmaya-olmaya, 

qardaşı ilə bu cür davranar? Onlar hesab etsəydilər ki, o, 

məni  sevir,  bizi  ayırmağa  cəhd  etməzdilər  —  bu  cəhd 

uğurla  nəticələnməzdi.  Onda  belə  bir  meyil  olduğunu 

downloaded from KitabYurdu.org


188 

 

ehtimal  edərək,  sən  hamıya  yanlış  və  qeyri-təbii 



davranışları  aid  edirsən,  məni  isə  düz  ürəyimdən 

yaralayırsan.  Bu  fikirlərin  üstündə  israr  edərək  məni 

iztirab çəkməyə vadar etmə. Mən səhvimdən utanmıram, 

yaxud  da,  ən  azı  bu  utanc  hissi  onun  və  bacılarının 

haqqında  sənin  pis  düşünməndən  dolayı  duyduğum 

qəhərlə  müqayisədə  heç  nədir.  İcazə  ver  mən  hər  şeyə 

onların davranışlarının tam təbii göründüyü yaxşı tərəfdən 

baxım. 


Elizabet onun bu xahişini rədd edə bilmədi. Bu andan 

böyük  miss  Bennet  bacılarının  arasındakı  söhbətlərdə 

mister Binqlinin adı, demək olar, çəkilmədi. 

Missis  Bennet  onun  gəlib  çıxmamasına  hələ  də 

təəccüblənməkdə  davam  edir  və  acı-acı  şikayətlənirdi. 

Elizabet, demək olar, hər gün ona vəziyyət barədə izahat 

versə də, ümid etmək çətin idi ki, anası nə vaxtsa mister 

Binqlinin ortada olmamasına böyük sakitliklə yanaşmağı 

bacaracaq. Öz sözünə özü də inanmayan qız anasını əmin 

etməyə çalışırdı ki, Binqlinin Ceynə qarşı sevdası yüngül 

və  keçici  həvəsin  nəticəsi  idi  və  o,  onunla  görüşməyi 

kəsəndən  bir  az  sonra  puç  olub.  Zamanla  missis  Bennet 

bu baxışın həqiqətəbənzərliyini etiraf etsə də, Elizabetin 

gündə  ən  azı  bir  dəfə  bunu  əvvəldən  axıra  kimi 

təkrarlaması  lazım  gəlirdi.  Ona  yalnız  mister  Binqlinin 

yayın əvvəlinə qədər Nezerfildə qayıtmalı olması doğru-

dürüst təsəlli verə bilirdi. 

Mister  Bennet  baş  verənlərə  tamam  başqa  cür 

yanaşırdı. 

downloaded from KitabYurdu.org



189 

 

— Beləliklə, Lizzi, - o, bir dəfə dedi, - bildiyim qədər 



bacının  qəlbi  bir  qədər  sınıqdır.  Mənim  adımdan  onu 

təbrik  et.  Xanımlar  zaman-zaman,  demək  olar,  ərə  necə 

getmək üstündə öz qəlblərini qırmağı sevirlər. Bu, onlara 

düşüncə üçün qida verir və rəfiqələrinin arasında nəyləsə 

seçdirir. Yaxşı, bəs sənin 

növbən  çatanda  nə  olacaq?  Sən  axı  yol  verməzsən  ki, 

Ceyn səni bir az qabaqlasın, elə deyilmi? Vaxtdır, vaxtdır. 

Meritonda rayondakı bütün qızların qəlbini qırmağa bəs 

edəcək  qədər  zabit  var.  Uikhemin  üstündə  dayanmağın 

olarmı heç, hə? Əla oğlandır, kimi desən başdan çıxarar. 

— Minnətdaram,  ser,  ancaq  məni  o  qədər  də  parlaq 

olmayan  kavaler  qane  edir.  Hamının  bəxti  Ceyn  kimi 

gətirməz ki. 

— Bu doğrudur, — mister Bennet dedi. — Dərk etmək 

çox  xoşdur  ki,  belə  vəziyyətlərdə  heç  nəyi  əldən 

buraxmayan qayğıkeş anan var... 

Mister  Uikhemin  varlığı  Lonqborn  sakinlərinə  xeyli 

yüngüllük  gətirmiş,  son  vaxtlar  baş  verən  kədərli 

hadisələr  üzündən  Bennet  ailəsinin  məruz  qaldığı  ruh 

düşkünlüyünü  aradan  qaldırmışdı.  Onu  çox  tez-tez 

görürdülər  və  onların  təsəvvüründə  onun  qalan  müsbət 

keyfiyyətlərinə  daha  bir  cizgi  əlavə  olunmuşdu:  tam 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin