Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   2   3   4   5   6   7   8   9   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

Bu vaxt onlar digər cığırla addımlayan Elizabetlə və 

missis Hörstlə qarşılaşdılar. 

— Mən  bilmirdim  ki,  siz  gəzintiyə  çıxmağa 

hazırlaşırsınız!  —  sözlərinin  eşidilmiş  ola  biləcəyindən 

bir qədər narahat olan missis Binqli səsləndi. 

— Sizə  ayıb  deyilmi!  Sakitcə  evdən  qaçmısınız,  — 

missis Hörst cavab verdi. 

O,  Darsinin  boş  qalmış  qoluna  girərək,  Elizabetin 

bundan belə tək hərəkət etməsinə imkan yaratdı, - cığırın 

eni üç adamın yanaşı getməsinə həmin bəs edirdi. Mister 

Darsi bu ədəbsizliyi görüb dərhal dedi: 

— Bu cığır bizim kampaniya üçün kifayət qədər enli 

deyil. Gəlin xiyabana çıxaq. 

Ancaq  onlardan  ayrılmağı  çox  istəyən  Elizabet  şən 

halda cavab verdi: 

downloaded from KitabYurdu.org



71 

 

— Yox, yox, lütfən, siz qalın! Siz qeyri-adi dərəcədə 



gözəl  qrup  yaradırsınız.  Əgər  dördüncü  adam  sizə 

qoşulsa, harmoniya pozulacaq. Xudahafiz! 

O,  sevincək  halda,  bir-iki  gündən  sonra,  nəhayət, 

evlərinə  qayıda  biləcəyindən  xatircəm  ola-ola  onlardan 

qaçıb uzaqlaşdı. Ceyn özünü o qədər yaxşı hiss edirdi ki, 

artıq həmin axşam öz otağını qısa müddətə olsa da tərk 

etməyə hazırlaşırdı. 

XI 


FƏSİL 

Qadınlar  nahardan  sonra  masa  arxasından  durduqda 

Elizabet  Ceynin  yanına  qalxdı  və  onu  yaxşı  bürüyərək, 

onunla birgə qonaq otağına endi. Ceyni burada rəfiqələri 

sevincli hay-küylə qarşıladı. Mister Binqlinin bacılan ilə 

tanışlığından  bəri  Elizabet  onları  kişilərin  gəlməsini 

gözlədikləri həmin bir saat ərzində olduğu qədər heç vaxt 

belə  mehriban  görməmişdi.  Onlar  möhtəşəm  şəkildə 

söhbətə qoşulur, hansısa əyləncəni təfərrüatı ilə təsvir edə, 

gülməli lətifələr danışa, tanışlarından kimisə həvəslə ələ 

sala bilirdilər. 

Fəqət  kişilər  peyda  olanda  Ceyn  dərhal  ikinci  plana 

keçdi, miss Binqlinin nəzərləri Darsinin üzərində dayandı 

və o, bir neçə addım atmağa macal tapmamış, artıq miss 

Binqlinin ona deməyə sözü vardı. Ceynə yaxınlaşan Darsi 

nəzakətlə onu sağalması münasibətilə təbrik etdi. Mister 

Hörst də yüngülcə ona təzim etdi və “çox şadam” kimi bir 

şey mızıldandı. Əvəzində Binqlinin təbriki qızğın və uzun 

oldu. Onun sözləri 

qayğı və məmnunluqla zəngin idi. İlkyanm saatı o, Ceynə 

downloaded from KitabYurdu.org


72 

 

soyuq olmaması üçün divar sobasında od qalamağa həsr 



etdi.  Binqlinin  təkidi  ilə  o,  qapıdan  uzaq  olmaqdan  ötrü 

sobanın  yaxınlığındakı  kresloya  keçdi.  Sonra  Binqli 

Ceynin  yaxınlığında  əyləşdi  və  bütün  axşam  boyunca, 

demək olar, yalnız onunla danışdı. Qarşı küncdə oturaraq 

tikişlə  məşğul  olan  Elizabet  Binqlinin  bütün 

narahatlıqlarını böyük məmnuniyyətlə izləyirdi. 

Çay dəstgahmdan sonra mister Hörst  əbəs  yerə  miss 

Binqliyə  kart  masası  barədə  xatırlatma  etməyə  cəhd 

göstərdi.  Kerolayn  mister  Darsinin  kart  oynamaq 

arzusunun olmadığını qəti şəkildə bilirdi. Mister Hörstün 

hündür  səslə  etdiyi  müraciəti  toplaşanların  hamısı  rədd 

etdi. Miss Binqli ona cavab verdi ki, heç kəsin oynamaq 

həvəsi yoxdur. Bu, ümumi susqunluqla təsdiqləndiyindən 

mister Hörstün divanda uzanmaqdan başqa işi qalmadı və 

tezliklə  yuxuya  getdi.  Darsi  əlinə  kitab  götürdü,  miss 

Binqli  də  eyni  şeyi  etdi,  miss  Hörst  isə  öz  qolbaq  və 

üzüklərini  yığışdırmaqla,  hərdən  də  qardaşıyla  Ceynin 

söhbətinə söz qatmaqla məşğul idi. 

Miss  Binqlinin  diqqəti  eyni  dərəcədə  həm  oxuduğu 

kitaba, həm də mister Darsinin kitab oxumasını müşahidə 

etməyə bölünmüşdü. Miss elə hey ondan nəsə soruşurdu 

və  qarşısındakı  kitabın  açıq  səhifəsinə  baxırdı.  Ancaq 

Darsini  söhbətə  cəlb  etmək  ona  müyəssər  olmadı;  o, 

suallara qısa cavablar verirdi və oxumaqda davam edirdi. 

Nəhayət,  yalnız  Darsinin  oxuduğu  kitabla  yanaşı 

durduğuna  görə  seçdiyi  kitaba  əbəs  yerə  fikrini 

cəmləşdirməyə çalışmaqdan yorulmuş miss Binqli geniş-

downloaded from KitabYurdu.org



73 

 

geniş əsnəyərək dedi: 



— Axşamı  belə  keçirmək  çox  xoşdur!  Açıq  desək, 

mən  mütaliəyə  bənzər  həzz  tanımıram.  Hər  bir  başqa 

məşğuliyyətdən  çox  tez  yorulursan.  Öz  evim  olanda, 

yaxşı  kitabxanam  olmasa,  mən  özümü  bədbəxt  hiss 

edəcəyəm. 

Heç kəs cavab vermədi. O, bir daha əsnədi, kitabı bir 

tərəfə  tulladı  və  hansısa  başqa  bir  əyləncə  tapmaq  üçün 

otağa göz gəzdirdi. Qardaşının miss Bennetlə bal barədə 

danışdığını  eşidən  Kerolayn  qəflətən  ona  tərəf  dönərək 

dedi: 


— Yeri  gəlmişkən,  Çarlz,  sən  gerçəkdən  də 

Nezerfilddə  rəqs  təşkil  etmək  niyyətindəsən?  Belə  bir 

qərar qəbul etməzdən öncə

mən  sənə  məsləhət  görərdim  ki,  otaqda  olanların  buna 

münasibətini öyrənəsən. Düşünürəm ki, bizim aramızda o 

balı  zövqünə  uyğun  saymayan  kiminsə  tapılacağını 

desəm, səhv etmiş olmaram. 

Sən, görünür, Darsini nəzərdə tutursan, - mister Binqli 

cavab  verdi.  -  Yaxşı,  ona  uyğundursa,  o,  yatmağa  gedə 

bilər.  Balın  özünə  gəlincə  isə,  bu,  artıq  həll  edilmiş 

məsələdir. Hər kəs hazır olan kimi, Nikols kifayət qədər 

ağ şorba hazırlayacaq və mən ləngimədən dəvətnamələri 

göndərəcəyəm. 

— Mən balı daha çox sevərdim, onlar başqa cür təşkil 

olunsaydı, — miss Binqli dedi. — İndiki ballar dözülməz 

dərəcədə  cansıxıcıdır.  Bal  zamanı  rəqslər  ciddi  söhbətlə 

əvəz olunsaydı, bu daha məntiqli olardı. 

downloaded from KitabYurdu.org



74 

 

— Əlbəttə,  daha  ağıllı  olardı,  əzizim.  Ancaq 



çəkinmədən deyim, bu, çətin ki, bala oxşayardı. 

Miss  Binqli  cavab  verməyə  endirmədən  tezliklə 

qalxdı  və  otaqda  gəzişməyə  başladı.  Onun  incə  qədd-

qaməti  və  gözəl  yerişi  vardı.  Ancaq  bu  keyfiyyətlərin 

nümayişinin ünvanlandığı 

Darsi  əvvəlki  kimi  mütaliəyə  dalmışdı.  Çarəsizlikdən  o, 

daha bir dəfə manevr etdi və Elizabetə tərəf dönərək dedi: 

— Miss  Eliza  Bennet,  icazə  verin  sizə  mənim 

nümunəmə  riayət  etməyi  və  bir  azca  gəzişməyi  təklif 

edim.  Sizi  əmin  edirəm  ki,  uzun  müddət  bir  yerdə 

oturandan sonra bu, adamı gümrahlaşdınr. 

Elizabet  təəccübləndi,  ancaq  onun  xahişini  yerə 

salmadı.  Miss  Binqli  öz  manevrlərinin  əsl  mahiyyətinə 

münasibətdə uğur qazandı. Darsi gözlərini qaldırdı. Miss 

Binqlinin bu ünvana diqqətinin təzahürü nəinki Elizabetin 

özü üçün, hətta Darsi üçün də  yenilik  idi. O, qeyri-iradi 

şəkildə  kitabı  qapadı.  Qızlar  dərhal  ona  onların 

kampaniyasına  qoşulmağı  təklif  etdilər,  ancaq  o,  imtina 

etdi.  Onun  sözlərinə  görə,  otaqda  gəzişmək  yalnız  iki 

səbəbdən ola bilər və hər iki halda onun iştirakı onlar üçün 

maneə törədərdi. 

— O,  bununla  nə  demək  istəyirdi?  O,  Darsinin  nəyi 

nəzərdə  tutduğunu  öyrənmək  arzusu  ilə  əldən  gedir”  — 

Miss  Binqli  Elizabetə  müraciət  edərək, soruşdu  ki,  o bu 

sözlərin nə məna daşıdığını təxmin edirmi. 

— Əlbəttə,  yox,  —  Elizabet  cavab  verdi.  —  Ancaq 

əmin  ola  bilərsiniz  ki,  o,  nəyləsə  bizi  incitmək  istədi. 

downloaded from KitabYurdu.org



75 

 

Mister Darsini məyus etməyin ən etibarlı üsulu bu barədə 



ondan heç nə soruşmamaqdır. 

Fəqət  miss  Binqli  hər  nə  olsa  belə,  mister  Darsini 

məyus edə bilməzdi. Ona görə də o, Darsinin sözlərindəki 

gizli mənanın onlara izah edilməsi üçün israr etdi. 

— Heç bir etirazım yoxdur, — ona danışmaq imkanı 

verilən  kimi  mister  Darsi  dedi.  —  Siz  bu  cür  vaxt 

keçirmək  növünü  seçərkən  göstərdiniz  ki,  ya  bir-birinə 

tam etibar edirsiniz və hansısa sirri bölüşməlisiniz, ya da 

gəzişərkən çox gözəl göründüyünüzü düşünürsüz. Birinci 

halda  mən  sizə  mane  olardım,  ikinci  halda  isə  mən 

sobanın  yanında  oturaraq  böyük  uğurla  sizə  heyran  ola 

bilərəm. 

— Dəhşətə  bax!  —  miss  Binqli  səsləndi.  —  Mən 

həyatımda  heç  vaxt  bundan  daha  utanmaz  sözlər 

eşitməmişəm.  Biz  onu  bu  sözlərinə  görə  necə 

cəzalandıraq? 

— Gerçəkdən  istəyəndən  sonra  bundan  da  asan  iş 

yoxdur,  —  Elizabet  dedi.  —  Biz  hamımız  bir-birimizi 

asanlıqla 

incidə  bilərik.  Onu  cırnadın,  ələ  salın.  Siz  ki,  yaxın 

dostlarsınız, onun zəif yerlərini bilməlisiniz. 

— Sözün  düzü,  bilmirəm.  Sizi  inandınram  ki,  bizim 

tanışlıq mənə bunu öyrətmədi. Soyuqqanlılığın və praktik 

zəkanın  özünü  cırnatmaq!  Yox,  yox,  hiss  edirəm  ki, 

bundan bir şey çıxmayacaq. İstəmirik axı heç bir səbəbsiz 

gülərək səfeh görünək. Ah, yox, mister Darsi arxayın ola 

bilər. 

downloaded from KitabYurdu.org



76 

 

— Məgər  mister  Darsiyə  istehza  etmək  olmaz?  — 



Elizabet təəccübləndi. — Çox nadir üstünlükdür! O qədər 

nadirdir ki, ümid edirəm, müstəsna hal kimi qalacaq. Əgər 

mənim bu cür tanışlarım çox olsaydı, mənə pis olardı — 

mən zarafatı çox sevirəm. 

— Təəssüf  ki,  mən  missi  Binqlinin  mənə  aid  etdiyi 

kimi  dişbatmaz  deyiləm.  Müdrik  və  əlahəzrət  insanlar, 

yox,  onların  müdrik  və  alicənab  hərəkətlərini  həyatda 

istehzanı əsas sayanlar lağa qoya bilər. 

— 

Əlbəttə, belə insanlar olur, — Elizabet dedi. 



—  Ümidvaram  ki,  mən  onların  cərgəsinə  aid  deyiləm. 

Mənə elə gəlir ki, mən heç vaxt müdriklik və alicənablığa 

lağ etməmişəm. 

Axmaqlıq,  qəribəlik,  şıltaqlıq,  qeyri-ardıcıllıq  mənə 

gülünc görünür və nə vaxt nəsib olursa, onlara gülürəm. 

Ancaq  belə  görürəm  ki,  siz  bu  kimi  keyfiyyətlərdən 

tamamilə məhrumsunuz. 

— Bunu, yəqin ki, heç kimin barəsində demək olmaz. 

Ancaq  öz  həyatım  boyunca  mən  hətta  ağıllı  adamı  da 

gülünc  edə  biləcək  çatışmazlıqlarımdan  qurtulmaq  üçün 

xeyli zəhmət çəkmişəm. 

— 

Məsələn, 



qürur 

və 


qürrələnmək 

kimi 


çatışmazlıqlardan? 

— Bəli,  qürrələnmək,  doğrudan  da,  çatışmazlıqdır. 

Ancaq  qürur...  Yaxşı,  gerçəkdən  ağlı  olan  şəxs  həmişə 

qüruru lazımi həddə saxlaya bilər. 

Elizabet gülüşünü gizlətmək üçün üzünü döndərdi. 

— Siz sanki mister Darsinin xasiyyətindən baş açmağa 

downloaded from KitabYurdu.org


77 

 

macal tapdınız, eləmi? — miss Binqli soruşdu. — Sizin 



rəyinizi bilmək istərdim. 

— Yaxşı,  mən  mister  Darsinin  naqisliklərdən  azad 

olduğuna tamamilə əmin oldum. Bunu o özü də gizlətmir. 

— Mən  bu  cür  iddialar  dilə  gətirmədim,  —  Darsi 

cavab  verdi.  —  Zəifliklər  məndə  kifayət  qədərdir.  Mən 

yalnız ona ümid edirəm ki, ağlım onlardan xilas olub. Öz 

xasiyyətim  barədə  isə  təminat  verə  bilmərəm.  Ola  bilər, 

mən  kifayət  qədər  yumşaq  deyiləm  —  ən  azı  ətrafımda 

olanların rahatlığı baxımından. 

— Mən  yaxın  adamların  axmaqlıq  və  qüsurlarını, 

məni  incidənləri  unutmadığım  kimi  tezliklə  unuda 

bilmirəm. Mənə toxunmaq istədikləri vaxt ağzımı ayırıb 

baxa bilmirəm. Yəqin ki, məni dəymədüşər adlandırmaq 

olar. Əgər bir adam mənim ona olan hörmətimi itirirsə, o 

zaman həmişəlik itirir. 

— Bax, bu, doğrudan da, ciddi qüsurdur! — Elizabet 

səsləndi.  —  İfrat  inciklik,  sözsüz  ki,  mənfi  xasiyyət 

cizgisidir. Ancaq siz öz qüsurunuzu uğurlu seçmisiz. Ona 

rişxənd  etməyə  qabil  deyiləm.  Məndən  çəkinməyə 

bilərsiniz. 

— Yəqin ki, hansısa bir çatışmazlığa meyillilik hər bir 

insana  xasdır,  —  fitri  zəiflik  hətta  əla  tərbiyə  ilə  də  dəf 

edilə bilməz. 

— 

Sizin  zəifliyiniz  insanlara  nifrət  etməyə  hazır 



olmaqdır. 

— Sizinki  isə,  —  Darsi  təbəssümlə  cavab  verdi,  — 

onlan bilərəkdən başa düşməməkdir. 

downloaded from KitabYurdu.org



78 

 

— Mən bir qədər musiqi dinləmək istəyirəm, — miss 



Binqli iştirak etmədiyi söhbətə qulaq asmaqdan usanaraq 

dedi. — Luiza, ərini oyatsam, sən hirslənməzsən ki? 

Onun  bacısının  buna  heç  bir  etirazı  olmadı  və 

Kerolayn  fortepianonun  qapağını  qaldırdı.  Dərindən 

düşünən  Darsi  Elizabetə  həddindən  çox  vaxt  ayırdığını 

hiss etsə də, buna təəssüflənmədi. 

XII FƏSİL 

Bacılar öz aralarında şərtləşdikləri kimi, ertəsi gün səhər 

Elizabet  anasına  məktub  yazıb  göndərdi  ki,  onların 

arxasınca ekipaj göndərsinlər. Ancaq qızının Nezerfilddə 

həftənin  ikinci  gününə  qədər,  yəni  bir  həftə  qalmasına 

ümid  edən  missis  Bennet  onun  daha  tez  gəlməyə 

hazırlaşmasından heç bir məmnunluq duymadı. Ona görə 

də onun cavabı az əlverişli oldu - ən azı səbirsizliklə evə 

qayıdacağını gözləyən Elizabet üçün. Məktubda deyilirdi 

ki,  missis  Bennet  çətin  ki,  ikinci  gündən  tez  ekipaj 

göndərə  bilər.  Məktubun  sözardı  hissəsində  qeyd 

olunurdu ki, əgər mister Binqli və onun bacıları Ceyn və 

Elizabet  qalmaq  üçün  dilə  tutsalar,  o,  böyük  qızları 

olmadan daha uzun müddət keçinə bilər. Ancaq Elizabet 

ləngimək  haqda  düşünmək  belə  istəmirdi  -  o,  hətta  tam 

əmin  deyildi  ki,  onlardan  qalmağı  xahiş  edəcəklər. 

Əksinə, necə görünsə belə, onların Binqlilərdə qalmasının 

uzanmasından çəkinərək, o, Ceyni  tovlamağa çalışdı  ki, 

mister Binqlidən dərhal ekipaj 

istəsin.  Axırda  qərara  alındı  ki,  elə  bu  səhər  ona  evə 

qayıtmaq  istəmələri  bildirilsin,  eyni  zamanda  ekipaj 

downloaded from KitabYurdu.org



79 

 

barədə xahiş edilsin. 



Onlann  yola  çıxması  barədə  xəbər  ümumi  təəssüf 

doğurdu. Bununla belə, əminlik ifadə edildi ki, xəstənin 

tam  sağalması  üçün  Nezerfilddə  ən  azı  daha  bir  gün 

qalması  lazımdır.  Sonda  bacılar  növbəti  səhərə  qədər 

qalmağa razılaşdılar. Miss Binqli tezliklə onlara qalmaq 

təklifi  etməsinə  peşman  oldu,  çünki  bacılardan  birinə 

qarşı  duyduğu  qısqanclıq  və  nifrət  hissi  ikinciyə 

bağlılıqdan qat-qat güclü idi. 

Ev  yiyəsi  qarşıdakı  ayrılıq  səbəbindən  səmimi 

qəlbdən  kədərli  idi  və  qızğın  tövrlə  miss  Bennetə  sübut 

edirdi  ki,  o,  yola  çıxmaq  üçün  kifayət  qədər 

yaxşılaşmayıb. Ancaq əbəs yerə - Ceyn öz hərəkətlərinin 

düzgünlüyünə əmin olduqda möhkəm olmağı bacarırdı. 

Mister  Darsi  bu  qərardan  məmnun  idi.  Elizabet 

Nezerfilddə  kifayət  qədər  çox  yubanmışdı.  Onun  sehri 

ona, istədiyindən də çox güclü təsir göstərmişdi. Üstəlik, 

miss  Binqli  qızla  həddindən  artıq  sərt  idi  və  Darsinin 

özünü  də  adi  günlərdə  olduğundan  daha  tez-tez  narahat 

edirdi. O, tam müdrikliklə 

düşünürdü  ki,  Elizabetə  münasibətdə  hər  cür  diqqət 

nəzərlərindən 

qaçmalıdır. 

Çünki 

bu, 


qızın 

şübhələnməsinə  imkan  verərdi  ki,  guya  Darsinin 

xoşbəxtliyi ondan asılıdır. Bununla yanaşı, o dərk edirdi 

ki, əgər bu sayaq gümanlar onun beynində əmələ gəlməyə 

macal tapıbsa, onların təsdiqi əhəmiyyətli dərəcədə qızın 

getməsi  ərəfəsində  onun  özünü  necə  aparmasından  asılı 

olacaq.  O  öz  niyyətində  möhkəmlənərək,  bütün  şənbə 

downloaded from KitabYurdu.org



80 

 

günü  yarım  saatdan  artıq  bir  otaqda  ikilikdə  olsalar  da, 



Elizabetə on-on beş sözdən artıq heç nə demədi. Bu vaxt 

ərzində  Darsi  elə  böyük  səylə  kitab  oxudu  ki,  hətta  qız 

olduğu səmtə belə baxmadı. 

Bazar  günü,  səhər  ibadətindən  dərhal  sonra  nəhayət, 

çoxlan üçün arzuolunan ayrılıq anı yetişdi. Miss Binqlini 

Elizabetə,  həmçinin  onun  Ceynə  bağlılığı  onların  yola 

çıxmasında bir az əvvəl nəzərəçarpacaq şəkildə böyüdü. 

Ayrılıq  zamanı  böyük  bacını  əmin  etdilər  ki,  onunla 

Lonqbornda və  ya Nezerfilddə görüş hər zaman sevincli 

hadisə olacaq. Miss Binqli zarafatla Ceyni qucaqladıqdan 

və hətta onun bacısına əl 

uzatdıqdan  sonra,  Elizabet  bütün  kampaniya  ilə  xoş  bir 

ovqatla aynidı. 

Miss Bennet onlan o qədər də xoş üzlə qarşılamadı. O, 

onların  gəlişindən  təəccübləndi,  ağılsız  şəkildə  hamıya 

narahatlıq  yaratdıqlarını iddia edərək bildirdi ki, Ceynin 

yenidən  xəstələnəcəyinə  şübhə  etmir.  Mister  Bennet 

əksinə,  təmkinli  üslubda  olsa  da,  qızlara  bildirdi  ki,  o, 

onların qayıdışından məmnundur - ailə söhbətləri zamanı 

böyük  qızlarının  yeri  çox  görünüb.  Ceyn  və  Elizabetin 

yoxluğunda axşam söhbətləri öz zəkiliyinin bir hissəsini 

və demək olar, bütün mənasını itirmişdi. 

Onlar  Merini  adəti  üzrə  musiqi  harmoniyasını  və 

insan təbiətinin əsaslarını öyrənən yerdə tapdılar və ondan 

bir  neçə  yeni  sitat,  eləcə  də  nəsihətamiz  məsəllər 

dinlədilər. Ketrin və Lidiyanm xəbərləri tamam başqa cür 

idi.  Ötən  çərşənbədən  etibarən  polkda  bir  çox  hadisələr 

downloaded from KitabYurdu.org



81 

 

baş  vermişdi:  bir  neçə  zabit  onların  əmisigildə  nahar 



etmişdi,  sıravi  əsgər  fiziki  cəzaya  məruz  qalmışdı  və 

davamlı  şayiələr  yayılmışdı  ki,  polkovnik  Forster 

evlənmək niyyətindədir. 

XIII FƏSİL 

—  Ümidvaram  ki,  əzizim,  siz  bu  gün  yaxşı  naharımız 

olmasının qayğısına qalmısınız? — Mister Bennet ertəsi 

gün sübh çağı səhər yeməyi süfrəsinin arxasında soruşdu. 

— Güman edirəm ki, masamızın arxasında kimsə yeni bir 

sima görünə bilər. 

— Kim  barədə  danışırsınız,  mənim  dostum? 

Bildiyimə görə, heç kəs bizə gəlməyə hazırlaşmır. Gəlsə-

gəlsə, bəlkə Şarlotta Lukas gələ... Ancaq onun üçün, ümid 

edirəm ki, bizim naharlar həmişə kifayət qədər  yaxşıdır. 

Düşünmürəm ki, o belə bir masaya öz evlərində xüsusən 

adət edib. 

— Mən gəlmə centlmeni nəzərdə tuturam. 

Miss Bennetin gözləri parıldadı. 

— Gəlmə centlmeni? Əminəm ki, bu, mister Binqlidir! 

Ah,  Ceyn,  yaramaz  qız,  sən  bunu  əvvəldən  niyə 

deməmisən? Yaxşı, nə olar, mən mister Binqlini görməyə 

şad  olaram.  Ancaq,  ilahi,  dəhşətə  bax,  balıq  xörəyimiz 

olmayacaq! Lidiya, ürəyim, 

zınqırovu çal, lütfən. Elə bu dəqiqə missis Hillə sərəncam 

vermək lazımdır. 

— Söhbət mister Binqlidən getmir, — onun əri cavab 

verdi.  —  Mən  hələ  heç  vaxt  görmədiyim  adamı 

gözləyirəm. 

downloaded from KitabYurdu.org



82 

 

Bu  sözlər  ümumi  təəccübə  səbəb  oldu  və  mister 



Bennetin  tam  məmnuniyyətinə  rəğmən  ailənin  bütün 

üzvləri  onu  sual  yağışına  tutdular.  O,  ümumi  maraqdan 

əylənə-əylənə axır ki, belə bir izahat verdi: 

— Bir ay əvvəl mən bax bu ismarışı aldım və ona iki 

həftə öncə cavab verdim. Məsələ o qədər incədir ki, mən 

onu öncədən götür-qoy etməyi üstün tutdum. Onu əmim 

oğlu,  mənim  ölümümdən  sonra  ağlına  yerləşəcəyi 

təqdirdə  sizi  bu  evdən  bayıra  ata  biləcək  həmin  mister 

Kollinz yazıb. 

— Ah, mənim dostum, — missis Bennet səsləndi, — 

mən onun barəsində eşitmək istəmirəm. Allah xatirinə, bu 

bədheybət  barədə  danışmayın.  Bundan  da  böyük 

ədalətsizlik olarmı ki, öz doğma uşaqlarınızı sizə məxsus 

mülkdən  qovsunlar?  Sizin  yerinizdə  olsaydım,  mən, 

əlbəttə ki, artıq çoxdan bir tədbir görməyə çalışardım. 

Ceyn və Elizabet analanna mayorat haqqında qanunun 

mahiyyətini  anlatmağa  çalışdılar.  Onların  belə  cəhdləri 

əvvəllər də olmuşdu. Ancaq bu mövzu onun qavrayışının 

hüdudlarından  kənara  çıxırdı  və  o,  beş  qızı  olan  ailənin 

əlindən  alınan  evin  bura  qədər  heç  kimə  azacıq  belə 

aidiyyəti  olmayan  adama  verilməsini  nəzərdə  tutan 

qanunun  sərtliyindən  acı-acı  şikayətlənməkdə  davam 

edirdi. 

— Bu, əlbəttə, olduqca ədalətsizdir, — mister Bennet 

dedi, — Mister Kollinz də Lonqbornun vərəsəliyinə görə 

günahı öz üzərindən heç nə ilə ata bilməz. Fəqət, əgər siz 

mənə onun ismanşmı oxumağa imkan versəniz, ola bilər, 

downloaded from KitabYurdu.org



83 

 

onun yazıldığı ton sizi bir qədər barışdıra bilər. 



— Əminəm  ki,  mənimlə  bağlı  bu,  baş  verməyəcək. 

Ümumiyyətlə, onda həyasızlıq və ikiüzlülüyün dərəcəsinə 

bax  ki,  sizə  məktub  yazıb!  Saxta  dostlara  nifrət  edirəm! 

Ən yaxşısı o olardı ki, o da atası kimi sizinlə düşmənçilik 

etsin. 

Siz  eşidəcəksiniz  ki,  o,  doğrudan  da,  bu  mənada 



müəyyən oğulluq öhdəlikləri hiss edir: 

“Hansford, Uesterhemin yaxınlığı, 

Kent, 

15 oktyabr 



Əziz ser, 

Sizinlə  mənim  möhtərəm  mərhum  valideynlərimin 

arasında  mövcud  olan  anlaşılmazlıq,  onu  itirmək 

bədbəxtliyinə malik olandan bəri məni həmişə çox məyus 

edib, mən dəfələrlə bizi ayıran uçurumu aradan qaldırmaq 

arzusu  hiss  etmişəm.  Bir  müddət  ərzində  məni  şübhə 

bürümüşdü ki, birdən onun küsülü olduğu adamlarla yaxşı 

münasibətlər  quraraq  yanlışlıqla  onun  xatirəsini  təhqir 

etmiş olaram”. 

— Görürsünüz, missis Bennet! 

“Ancaq  artıq  məndə  qərar  yetişib.  Ötən  pasxa 

bayramında pastor rütbəsini qəbil edərək, mən ser Luis de 

Böriin  dul  və  liilfkar  xanınu  Ketrin  de  Börün 

malikanəsindəki kilsəyə layiq görülən xoşbəxt fani insan 

oldum. Bu ledinin  səxavəti və xoşməramlılığı  sayəsində 

mən  yerli  kilsənin  rahibi  oldum  və  orada  mənim  ən 

səmimi  istəyim  özümü  lütfkar  xanıma  münasibətdə 

downloaded from KitabYurdu.org



84 

 

hörmətlə aparmaq və İngiltərə kilsəsinin keşişinə layiq bir 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin