Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

xoşbəxtliyinə və dünyada azaz rast gəlinən bu cür qonşusu 

olan  qızının  firavanlığına  tamamilə  əmin  oldu. 

Qayınatasının  ziyarətinin  davamı  olaraq,  mister  Kollinz 

hər  gün  səhər  ətraf  yerləri  göstərmək  üçün  onunla  öz 

şarabamnda  gəzirdi.  Ancaq  qayınata  gedəndən  sonra 

Hansford  sakinləri  adi  məşğuliyyətlərinə  qayıtdılar.  Bu 

dəyişiklik  Elizabeti  əvvəlki  vaxtlara  nisbətən  əminəvəsi 

ilə bir arada daha çox vaxt keçirməyə vadar etmədi. İndi 

səhər  yeməyi  və  nahar  arasındakı  saatlarda  ev  sahibi  ya 

bağda əlləşirdi, ya da öz kabinetinə çəkilir, orda oxuyur 

və ya yazırdı, hərdən isə, sadəcə, pəncərədən yola baxırdı. 

Xanımlar pəncərəsi həyətə baxan otaqda vaxt keçirirdilər. 

Şarlottanm bu kiçik otağı daha gözəl görünüşü olan geniş 

yeməkxanadan  üstün  tutması  əvvəlcə  Elizabetə  qəribə 

gəldi.  Fəqət  tezliklə  o,  başa  düşdü  ki,  belə  seçim  üçün 

onun rəfiqəsinin kifayət qədər 

əsasları  var: ümumi  otaq mister Kollinzin  kabineti kimi 

uğurlu  yerləşmiş  olsa,  Kollinz,  şübhəsiz  ki,  tənhalıqda 

daha az vaxt keçirərdi. O, Şarlottanm bu ağıllı seçimi ilə 

tam razılaşmışdı. 

Öz  qonaq  otaqlarından  xanımlar  yolu  müşahidə  edə 

bilmirdilər.  Ona  görə  də  onlar  yol  keçən  ekipajlara, 

özəlliklə  də  miss  de  Börün  faytonunun  gəlişi  ilə  bağlı 

məlumatlara  görə  bütünlüklə  mister  Kollinzə  borclu 

idilər.  Miss  de  Bör  Hansforda  tez-tez  gəlsə  də,  bu  cür 

məlumatlar  ciddi  şəkildə  verilirdi.  Adətən,  o,  evin 

downloaded from KitabYurdu.org



230 

 

həndəvərində dayanırdı, demək olar, heç vaxt ekipajı tərk 



etmədən Şarlotta ilə bir-iki kəlmə danışırdı. 

Mister  Kollinzin  Rozinqsə  yollanmadığı  günlər  çox 

olmurdu. Demək olar, həmişə arvadı onu müşayiət etməyi 

zəruri sayırdı. Şarlottanm öz vaxtını qurban verməyə bu 

cür  hazır  olması,  gələcəkdə  ledi  Ketrinin  başqa 

kilsələrində də vakant yerlərin açıla biləcəyini dərk edənə 

qədər Elizabet üçün anlaşılmaz olaraq qalırdı. Hərdən ledi 

Ketrin  özü  də  Kollinzləri  ziyarətə  layiq  görürdü.  Bu 

ziyarətlər  zamanı  heç  bir  hal  lütfkar  xanımın 

nəzərlərindən  qaçmırdı.  Onlann  işinə  qabalıqla  qarışan 

ledi əl işlərinə tamaşa edir, başqa fəndlərdən istifadə 

etməyi  məsləhət  görür,  mebellərin  yerləşdirilməsində 

qüsurlar tapır və xidmətçilərin nadürüstlüyünü ifşa edirdi. 

O, onlarla yeməyi bölməyə razılaşırdısa, elə görünürdü ki, 

bunu  yalnız  belə  kiçik  ailənin  nahanna  verilən 

qovurmanın çox iri tikəsinə diqqət yetirmək üçün edir. 

Elizabet  tezliklə  fikir  verdi  ki,  yerli  sakinlərin  taleyi 

haqqında qayğılar heç də bu vacib xanıma yük deyil. Buna 

baxmayaraq, o, kilsə icmasının işlərində hərarətlə iştirak 

edirdi  və  hətta  bütün  bu  işlərin  ən  xırdalarını  mister 

Kollinz  mütləq  onun  nəzərinə 

çatdırırdı.  Kilsə 

camaatından  kimsə  narazı,  inadçı  və  ya  tutaq  ki,  pul-

paraya  sıxışmış  vəziyyətdə  olsa,  lütfkar  xanım 

ləngimədən kəndə getməyə, mübahisə edənlərin arasında 

mühakimə  aparmağa,  şikayətçiləri  susmağa  məcbur 

etməyə  və  beləliklə,  ümumi  rifahı  və  razılığı  bərqərar 

etməyə hazır idi. 

downloaded from KitabYurdu.org


231 

 

Hansford  sakinləri  həftədə  iki  dəfə  Rozinqsdə  nahar 



etmək  şərəfinə  nail  olurdular.  Ser  Uilyamm  və  onunla 

birlikdə ikinci kart masasının yoxluğu nəzərə alınmazsa, 

bütün sonrakı naharlar birincidən heç nə ilə fərqlənmirdi. 

Hansford sakinləri 

başqa  əyləncələrdən,  demək  olar,  tamamilə  məhrum 

idilər.  Çünki  qonşu  ailələrin  əksəriyyətinin  həyat  tərzi 

Kollinzlərin  imkanlanna  mütənasib  deyildi.  Fəqət 

Elizabet günlərini kifayət qədər xoş keçirərək, bundan heç 

də  iztirab  çəkmirdi.  Zaman-  zaman  o,  məmnuniyyətlə 

rəfiqəsi  ilə  yanm  saat  laqqırtı  vururdu.  Erkən  yaz  üçün 

qeyri-adi dərəcədə yaxşı hava şəraiti ona, demək olar, hər 

gün  gəzintidən  həzz  almaq  imkanı  verirdi.  Evdəkilərin 

hamısı  Rozinqsə  ziyarətə  yollananda  o,  hər  şeydən  çox 

parkın yaxın tərəfinə bitişik seyrək meşəliyə gedir, orada 

xoşuna  gələn  cığırların  kənannda  sıx  əkilmiş  ağaclann 

arasında dolaşırdı. Elə görünürdü ki, bu cığırın gözəlliyini 

yalnız o qiymətləndirir. Burada o özünü lütfkar xanımın 

marağından kifayət qədər müdafiə olunmuş hiss edirdi. 

Beləcə, onun Kentdə olmasının iki həftəsi sakitcə, hər 

hansı bir olay olmadan axıb keçdi. Pasxa yaxınlaşırdı və 

bayrama  bir  həftə  qalmış  əvvəllər  azsaylı  Rozinqs 

sakinləri nəzərəçarpacaq qədər artmışdı. Hələ Hansforda 

yeni  gəldikləri  vaxt  Elizabet  yaxın  həftələrdə  mister 

Darsinin  ziyarətinin  gözlənildiyi  barədə eşitmişdi.  Onun 

ledi Ketrinin bacısı oğlu ilə müqayisədə bir 

qədər  həvəssiz  görüşmək  istədiyi  tanışları  az  olsa  da, 

Darsinin  gəlişi  Rozinqsə  ziyarəti  zamanı  müşahidələr 

downloaded from KitabYurdu.org



232 

 

üçün yeni qida verməyi vəd edirdi. Bununla yanaşı, o, ledi 



Ketrinin  mister  Darsiyə  sınmaq  istədiyi  qızı  ilə  onun 

davranışını  görərək,  mister  Binqlinin  bacısının  Darsiyə 

bəslədiyi  ümidlərin  əsassız  olduğuna  sevinə  biləcəkdi. 

Ledi  Ketrin  bacısı  oğlunun  gəlişindən  çox  məmnun  idi, 

onun  barəsində  çox  coşqulu  danışırdı  və  miss  Lukasla 

Elizabetin  onunla  başqa  yerdə  tanış  olmağa  macal 

tapdıqlarını aşkar edincə az qala hirslənəcəkdi. 

Darsinin gəlişi dərhal Hansfordda məlum oldu. Çünki 

bu  hadisə  haqqında  mümkün  qədər  tez  öyrənmək  üçün 

alışıb-  yanan  mister  Kollinz  təyin  olunmuş  gəliş  günü 

ərzində  parkın  darvazasının  əngəlsiz  müşahidə  oluna 

biləcəyi  yolda  gəzib-  dolaşdı.  Gəlib  çatan  ekipajın  evə 

doğru  burulduğu  vaxt  bükülərək  təzim  edən  Kollinz 

dərhal  vacib  xəbəri  tezliklə  çatdırmaq  üçün  evinə  sarı 

götürüldü.  Ertəsi  gün  səhər  o  öz  ehtiramını  bildirmək 

üçün Rozinqsə tələsdi. Onun salamlamasını ledi Ketrinin 

birdən-birə iki bacısı oğlu qəbul etdi. Çünki mister Darsi 

ilə birlikdə Rozinqsə onun xalasının 

kiçik  oğlu  polkovnik  Fitsuilyam  da  gəlmişdi.  Hər  kəsin 

təəccübünə  rəğmən,  mister  Kollinz  evinə  hər  iki  gəncin 

müşayiəti  ilə  qayıtdı.  Şarlotta  qonaqları  yolu  keçdikləri 

zaman kabinetin pəncərəsindən gördü. O dəqiqə də qonaq 

otağına  qaçaraq  onları  gözləyən  şərəfli  görüş  barədə 

qızlara xəbər verdi və bu vaxt əlavə etdi: 

— Bu diqqət işarəti üçün, əlbəttə ki, sənə borcluyam, 

Eliza.  Mister  Darsi  heç  vəchlə  bu  qədər  tezliklə  təkcə 

mənə baş çəkməyə gəlməzdi. 

downloaded from KitabYurdu.org



233 

 

Elizabet  komplimenti  rədd  etməyə  macal  tapmamış 



qonaqlann  gəldiyindən  xəbər  verən  zınqırov  səsləndi. 

Bundan dərhal sonra üç kişi otağa daxil oldu. Birinci daxil 

olan polkovnik Fitsuilyama otuz yaş vermək olardı. O, bir 

elə  də  yaraşıqlı  deyildi,  ancaq  davranışına  və  zahiri 

görünüşünə  görə  əsl  centlmen təsiri  bağışlayırdı. Mister 

Darsi  Hartfördşirdə  necə  görünürdüsə,  eynilə  o  cür  idi. 

Ənənəvi  təmkinli  tövrü  ilə  o,  missis  Kollinzə  öz 

ehtiramını  bildirdi.  Darsinin  xanıma  qarşı  hissləri  necə 

olsa da, onun baxışlarını tam təmkinlə qarşıladı. 

Elizabet  ona  güclə  sezilən  təzimlə  cavab  verdi  və  bu 

zaman kəlmə kəsmədi. 

Polkovnik  Fitsuilyam  yaxşı  tərbiyə  almış  insanlara 

xas  asanlıqla  söhbətə  başladı  və  bir  arada  olanların 

hamısına  məmnunluq  bəxş  etdi.  Onun  bibisi  oğlu 

Şarlottaya  ev  və  bağa  aid  bir  neçə  söz  deyərək  susdu. 

Fəqət axırda Elizabetdən ailəsinin cansağlığını soruşmağa 

nəzakəti  çatdı.  Ona  layiqli  şəkildə  cavab  verən  Elizabet 

qısa pauzadan sonra əlavə etdi: 

—  Böyük  bacım  son  üç  ayı  Londonda  keçirib.  Siz 

orada onunla rastlaşmamısımz? 

Elizabet  əvvəlcədən  bilirdi  ki,  cavab  mənfi  olacaq. 

Ancaq  ona  maraqlı  idi  ki,  görsün,  mister  Darsi  Binqli 

ailəsi  ilə  Ceynin  arasında  baş  verənlərdən  xəbərdar 

olduğunu büruzə verəcək, ya yox. Ona elə gəldi ki, Darsi 

paytaxtda 

missis 


Bennetlə 

görüşməyə  müyəssər 

olmadığını  deyərkən  yüngülcə  xəcalət  çəkdi.  Bu  barədə 

daha heç bir söhbət olmadı və gənclər tezliklə Hansfordu 

downloaded from KitabYurdu.org


234 

 

tərk etdilər. 



VIII 

Polkovnik Fitsuilyamm maneraları Hansfordda çox yaxşı 

təəssürat doğurdu və xanımlar hiss etdilər ki, onun gəlişi 

ilə Rozinqs ziyarətindən məmnunluq xeyli artmış olacaq. 

Ancaq  onların  Rozinqsə  dəvət  olunmaları  bir  neçə  gün 

ləngidi.  Ledi  Ketrinin  bacısı  uşaqları  onun  yanında 

yaşadıqları  müddətdə  o,  keşiş  evindən  gələn  qonaqlar 

olmadan da keçinə bilirdi. Yalnız Pasxanın birinci günü, 

gənclərin  gəlişindən  təxminən  bir  həftə  sonra,  nəhayət, 

Kollinzləri  dəvətə  layiq  gördülər:  kilsəni  tərk  edərkən 

onlardan axşamlarını Rozinqsdə keçirməyi xahiş etdilər. 

Son bir həftədə onlara ledi Ketrini və onun qızını görmək, 

demək  olar,  nəsib  olmamışdı.  Düzdür,  polkovnik 

Fitsuilyam  bir  neçə  dəfə  keşişin  evinə  gəlmişdi,  ancaq 

onlar mister Darsi ilə yalnız kilsədə görüşdülər. 

Dəvət,  əlbəttə  ki,  qəbul  olundu  və  onlar  vaxtlı-

vaxtında  Rozinqsin  qonaq  otağında  göründülər.  Ledi 

Ketrin  qonaqlan  nəzakətlə  qarşıladı,  lakin  hiss  olunurdu 

ki, onların burada 

olması  artıq  əvvəlki  günlərdə,  onun  hər  hansı  başqa 

qonaqlara  ümid  etmədiyi  vaxtlarda  olduğu  qədər  də 

ürəyincə deyil. İndi ev sahibəsinin diqqəti əsasən hər iki 

bacısı oğullarına, xüsusilə də mister Darsiyə yönəlmişdi - 

o,  məclisdə  olan  başqaları  ilə  müqayisədə  daha  çox 

onunla danışırdı. 

Onlann bu evdə olmasından gerçəkdən məmnun olan 

yalnız  polkovnik  Fitsuilyam  idi.  Rozinqsdə  olmasının 

downloaded from KitabYurdu.org



235 

 

darıxdıncılığım  dağıda  biləcək  hər  şey  onu  sevindirirdi. 



Üstəlik,  missis  Kollinzin  qəşəng  rəfiqəsi  polkovnikin 

başını  ciddi  şəkildə  döndərmişdi.  İndi  o,  qızın 

yaxınlığında  oturaraq,  onunla  şirin-  şirin  Kent  və 

Hartfördşirdən,  ev  həyatından  və  səyahətlərdən,  yeni 

kitablardan  və  musiqidən  danışırdı.  Elizabet  ilk  dəfəydi 

ki,  bu  evdə  olmasından  həzz  alırdı.  Onlar  söhbətlərinin 

şuxluğu və rahatlığı ilə ledi Ketrinin və mister Darsinin 

diqqətini  cəlb  etdilər.  Darsinin  baxışları  bir  neçə  dəfə 

maraqla  onlann  üzərində  dayandı.  Ev  sahibəsi  eyni 

hisslərini  açıq  şəkildə  ifadə  edərək  soruşmaqdan 

çəkinmədi: 

—  Sən  orada  nə  danışırsan,  Fitsuilyam?  Nə  barədə 

söhbət  edirsiniz?  Miss  Bennetlə  nə  danışdığını  biz  də 

eşidə bilərikmi? 

— Biz musiqidən danışırıq, xanım, — artıq cavabdan 

qaçmaq mümkün olmadıqda o dedi. 

— Musiqi  haqqında!  Belədirsə,  Allah  xatirinə, 

bərkdən  danışın.  Musiqi  mənim  üçün  hər  şeydən 

üstündür. Musiqi barədə danışılanda mən susa bilmirəm. 

Güman  edirəm  ki,  İngiltərədə  çox  az  adam  musiqini 

məndən  artıq  qiymətləndirə  və  sevə  bilər.  Mənə 

uşaqlıqdan musiqi dərsi versəydilər, böyük artist olardım. 

Sağlamlığı möhkəm olsaydı, Enn də elə olardı. Əminəm 

ki, onun çalğısı hər kəsə misilsiz həzz verərdi. Darsi, bəs 

Corciananın işləri nə yerdədir? 

Mister  Darsi  bacısının  uğurlarının  çox  təqdirəlayiq 

olduğunu ifadə etdi. 

downloaded from KitabYurdu.org



236 

 

— Çox  yaxşı,  mən  onun  haqqında  tərifli  sözlər 



eşitdiyimə çox şadam, — ledi Ketrin dedi. — Lütfən, onu 

mənim  adımdan  xəbərdar  et  ki,  kifayət  qədər  səy 

göstərmədən heç nəyə nail olmaq mümkün deyil. 

— Zamin  dururam  ki,  xanım,  onun  bu  cür 

xəbərdarlıqlara  ehtiyacı  yoxdur,  —  mister  Darsi  cavab 

verdi. — O, çox səylə çalışır. 

—  Lap  əla.  Çalışmalar  heç  vaxt  izafi  olmur.  Ona 

növbəti dəfə məktub yazanda tövsiyə edəcəyəm ki, heç bir 

halda  məşğələlərə  etinasızlıq  göstərməsin.  Həmişə  gənc 

xanımlara  təlqin  etməli  oluram  ki,  musiqidə  ciddi 

çalışmalar olmadan uğur əldə etmək mümkün deyil. Bax, 

miss  Bennetə  neçə  dəfə  izah  etmişəm:  o,  məşqləri 

dayandırsa, həqiqətən yaxşı çala bilməyəcək. Bir halda ki 

missis Kollinzin öz çalğı aləti yoxdur, o, hər gün Rozinqsə 

gələrək missis Cenkinsonun otağındakı fortepianoda çala 

bilər. Evin bu hissəsində o, heç kəsə mane olmur. 

Elə  göründü  ki,  mister  Darsi  xalasının  qabalığından 

bir qədər utandı, lakin heç bir cavab vermədi. 

Qəhvə dəstgahı bitəndən sonra polkovnik Fitsuilyam 

Elizabetə onun üçün çalmağı vəd etdiyini xatırlatdı və o, 

fortepianonun  arxasına  keçdi.  Polkovnik  kreslosunu 

yaxma  çəkdi.  Ledi  Ketrin  pyesi  ortasına  qədər  dinlədi, 

sonra  isə  əvvəl  olduğu  kimi  o  biri  bacıoğlusu  ilə  çənə 

vurmağa başladı. Ancaq o, ledi Ketrini tərk etdi və onun 

üçün adi hal olan fikirli görkəmdə fortepianoya yaxınlaşdı 

və elə yerləşdi ki, qəşəng 

ifaçının üzünü daha yaxşı görə bilsin. Elizabet bunu fərq 

downloaded from KitabYurdu.org



237 

 

etdi və ilk münasib pauzada hiyləgər təbəssümlə ona dedi: 



— Siz mənim çalğımı belə diqqətlə izləyərkən, mister 

Darsi, məni utandırmaq istəyirdiniz. Ancaq bacınız daha 

üstün  çalsa  da,  mən  sizdən  qətiyyən  çəkinmirəm. 

İnadkarlıq  mənə  ətrafdakıların  istədiyi  zaman  qorxaqlıq 

göstərməyə  imkan  vermir.  Məni  qorxutmaq  cəhdləri 

olanda mən daha da cəsarətli oluram. 

— 

Sizin yanıldığınızı sübut etməyimə ehtiyac yoxdur, 



—  mister  Darsi  cavab  verdi.  —  Gerçəkdən  də  mənim 

buna qabil olduğumu düşünə bilməzsiniz axı. Mən sizin 

tez-tez  heç  də  düşünmədiyinizi  iddia  etdiyinizi  bilmək 

üçün sizinlə kifayət qədər tanışam. 

Özü barəsində belə bir rəy Elizabeti ürəkdən gülməyə 

vadar etdi. O, polkovnik Fitsuilyama xitabən dedi: 

— Mister Darsi mənim xasiyyətimi yaxşı təsvir edərək 

sizi  əmin  edə  bilər  ki,  bir  sözümə  də  inanmayasınız. 

Bəxtim  nadir  bir  şəkildə  gətirməyib:  yaxşı  ad-sanla 

tanınacağıma  ümid  etdiyim  yerlərdə  məni  ifşa  etməyə 

qadir adamla rastlaşdım. 

Gerçəkdən  də,  mister  Darsi,  Hartfördşirdə  mənim 

haqqımda öyrəndiyiniz bütün pis şeyləri xatırlatmaq nəcib 

iş deyil. Əlavə edə bilərəm ki, bu, ehtiyatsızlıq olar, çünki 

məni  sizə  təpki  verməyə  vadar  edə  bilər.  O  zaman  sizə 

dair nəsə açıla bilər və sizin yaxınlarınızı şad etməz. 

— 

Mən bundan qorxmuram, — o, təbəssümlə dedi. 



— Siz Allah, bizə açıb deyin, onu nədə ittiham etmək 

olar,  —  polkovnik  Fitsuilyam  səsləndi.  —  Mən 

bilməliyəm  axı  o,  doğma  evindən  kənarda  özünü  necə 

downloaded from KitabYurdu.org



238 

 

aparır. 



— Yaxşı, siz bunu öyrənəcəksiniz! Ancaq dəhşətli bir 

şey öyrənməyə hazır olun. Sizə xəbər verə bilərəm ki, biz 

mister  Darsi  ilə  ilk  dəfə  Hartfördşirdə  bal  zamanı 

rastlaşmışıq.  Siz  bilirsinizmi  ki,  o,  həmin  balda  nə  ilə 

fərqlənirdi?  Gənclərin  çatışmazlığına  baxmayaraq  o, 

yalnız  hansısa  dörd  rəqsdə  iştirakçı  olmağı  özünə  rəva 

gördü! Sizi məyus etmək istəməzdim, amma məsələ məhz 

bu  cür  idi.  O,  cəmi  dörd  dəfə  rəqs  etdi.  Özü  də  elə  bir 

vaxtda ki, bir çox gənc ledilər kavaler  yoxluğu üzündən 

bekar  oturmağa  məcbur  idilər.  Ümidvaram  ki,  siz  bunu 

inkar etməyəcəksiniz, mister Darsi? 

— Həmin  axşam  bala  mənimlə  gələn  xanımlardan 

başqa, orada olan qadınlardan heç biri ilə tanış deyildim. 

— Əlbəttə. Axı yol vermək olmazdı ki, sizi kiminləsə 

tanış  etsinlər!  Polkovnik  Fitsuilyam,  daha  nə  çalım? 

Barmaqlarım sizin əmrinizi gözləyir. 

— Ola bilər, — Darsi dedi, — kiməsə təqdim olunmaq 

zəhmətinə  qatlaşsaydım, barəmdə  daha  yaxşı  mühakimə 

yürüdülərdi. Ancaq tanış olmayan insanlara öz varlığımı 

sırımağa cəhd etmirəm. 

— Dayınız oğlu bunun səbəbini mənə izah edərmi? 

— Elizabet  əvvəlki  kimi  polkovnikə  müraciət  edərək 

soruşdu. 

— Ola bilər, o, təhsilli və ağıllı, üstəlik, cəmiyyət içində 

qəbul 

edilən 


bir  insanın  öz  tanışlıq  dairəsini 

genişləndirmək hüququna sahib olmamasının səbəblərini 

söyləmək iqtidarındadır? 

downloaded from KitabYurdu.org



239 

 

— Bəlkə də mən ona müraciət etmədən sizin sualınıza 



cavab verə  bilərdim,  —  Fitsuilyam  dedi.  —  Bu,  əlbəttə, 

mister  Darsiyə  aid  deyil!  Səbəb  narahatlıq  yaratmaq 

istəməməkdən ibarət ola bilər. 

— Mənim,  doğrudan  da,  əvvəllər  rastlaşmadığı 

insanlarla  sərbəstcə  söhbət  edə  bilən  bəzi  insanlara  xas 

istedadım yoxdur, — Darsi cavab verdi, — Başqalarının 

etdiyi  kimi,  həmsöhbətimin  mühakimələrinin  ahənginə 

uyğunlaşmaq və  ya onun işlərinin məni maraqlandırdığı 

görüntüsünü yaratmaq mənə asan deyil. 

— Barmaqlarım  bu  alətin  klavişləri  ilə,  başqa 

musiqiçilərdə  gördüyüm  ustalıqla  hərəkət  etmir,  — 

Elizabet  dedi.  —  Mənim  ifamda  nə  zərbə  gücü,  nə 

ifadəlilik,  nə  də  axıcılıq  çatır.  Ancaq  mənə  həmişə  elə 

gəlib  ki,  özümə  lazımi  qədər  çalışmaq  əziyyəti 

vermədiyim 

üçün 


bunda 

özüm 


günahkaram. 

Barmaqlarımın  yararsız  olduğu  nəyə  görəsə  heç  vaxt 

ağlıma gəlməyib. 

Darsi gülümsəyərək dedi: 

— Sizinlə  tamamilə  razıyam.  İxtiyarınızda  olan 

vaxtdan çox yaxşı istifadə etdiniz. Sizin çalğınızı eşitmək 

imtiyazına  sahib  olanlar  çətin  ki,  o  çatışmazlıqları  fərq 

edə bilərlər. Kənar adamların yanında isə sizinlə biz çıxış 

etmirik. 

Bu yerdə ev yiyəsi onlann söhbətini yarıda kəsdi. Ledi 

Ketrin tələb etdi ki, söhbətlərinin məzmununu ona da həsr 

etsinlər. Elizabet o dəqiqə yeni pyes çalmağa başladı. Ledi 

Ketrin  yaxma  gəldi  və  onun  çalğısına  bir  az  qulaq 

downloaded from KitabYurdu.org



240 

 

asdıqdan sonra yenidən Darsini söhbətə tutdu. 



— Miss Bennet daha çox təcrübə keçsəydi və London 

maestrolarımn göstərişlərindən istifadə etsəydi, yaxşı çala 

bilərdi.  Onun  çalğısında  hətta  müəyyən  axıcılıq  da  var, 

amma Enni fərqləndirən zövqü çatışmır. Bircə sağlamlığı 

müsiqi  ilə  məşğul  olmağa  imkan  versəydi,  mənim 

qızımdan əla ifaçı çıxardı. 

Elizabet Darsinin xalası qızının öyülməsinə nə qədər 

qoşulduğunu anlamaq ümidi ilə onun üzünə baxdı. Ancaq 

nə  həmin  dəqiqədə,  nə  də  başqa  anlarda  o,  Darsidə 

qəlbdən gələn heyranlıq əlaməti sezə bildi. Darsinin xalası 

qızma münasibəti belə bir qənaətə gəlməyə əsas verirdi ki, 

bu,  miss  Binqlini  çox  sevindirərdi:  bərabər  qohumluq 

əlaqələri olsaydı, o, miss de Bör kimi uğurla ona ərə gedə 

bilərdi. 

Ledi Ketrin daha bir müddət ərzində Elizabetin musiqi 

qabiliyyəti haqqında iradlarını davam etdirdi, onlara çalğı 

manerası və musiqi zövqünə dair müxtəlif tövsiyələrini də 

qoşdu.  Miss  Bennet  bunlara  qonaqlara  yaraşan  səbirlə 

dözdü.  O,  centlmenlərin  xahişinə  riayət  edərək 

fortepianonun arxasında o vaxta qədər oturdu ki, nəhayət, 

lütfkar xanımın karetası onlan Hansforda çatdırmaq üçün 

hazır oldu. 

IX 

FƏSİL 


Ertəsi gün səhər missis Kollinz və Mariya kəndə iş dalınca 

getdikləri,  Elizabetin  isə  tək-tənha  oturaraq  bacısına 

məktub yazdığı vaxt birdən qonaq gəlməsini xəbər verən 

zəng çalındı. Evə yaxınlaşan ekipajın səsini eşitməsə də, 

downloaded from KitabYurdu.org


241 

 

beyninə gələn fikir ledi Ketrinin gəlməsi oldu. Düşüncəsiz 



danışan  ziyarətçinin  zəhlətökən  sorğu-suallarından 

qaçmaq  üçün  o,  yazıb  başa  çatdırmadığı  məktubu  tez-

tələsik gizlətdi. Qapı açıldı və Elizabetin dərin təəccübünə 

rəğmən  otağa  mister  Darsi,  həm  də  tamamilə  təktənha 

daxil  oldu.  Belə  göründü  ki,  qonaq  da  onu  yalqız 

görməsindən şaşqınlıq keçirdi və üzrxahlığmı bildirərək, 

dedi ki, bu otaqda bütün xanımlarla rastlaşacağına ümid 

edirmiş. 

Onlann  ikisi  də  əyləşdilər  və  Elizabetin  Rozinqs 

sakinlərinin  cansağlığı  barədə  verdiyi  suallardan  sonra 

ortaya,  qeyri-müəyyən  şəkildə  uzun  sürəcəyi  gözlənilən 

sükut  çökdü.  Söhbət  üçün  hansısa  bir  mövzu  tapmağa 

ciddi zərurət vardı. Bu 

dar macalda Elizabet Darsini Hartfördşirdə sonuncu dəfə 

gördüyü  durumu  xatırladı  və  öyrənmək  istədi  ki,  o, 

Nezerfilddən  qəfləti  gedişinin  səbəbini  necə  izah  edə 

bilər. 

— Siz  hamınız  noyabrda  bizim  yerləri  elə 



gözlənilmədən  tərk  etdiniz  ki,  mister  Darsi!  Yəqin  ki, 

mister  Binqli  üçün  ayrılıqdan  az  sonra  sizin  hamınızı 

görmək çox xoş sürpriz oldu. Yadıma gəlir ki, onun özü 

Londona sizdən cəmi bir gün əvvəl getmişdi, elə deyilmi? 

Ümid  edirəm  ki,  o  və  onun  bacıları  sizin  Londonu  tərk 

etdiyiniz zaman sağ-salamat idilər? 

— 

Sizə təşəkkür edirəm, onlar tam sağ-salamatdırlar. 



O, hiss etdi ki, mister Darsi bundan artıq bir söz 

deməyəcək və qısa pauzadan sonra davam etdi: 

downloaded from KitabYurdu.org


242 

 

— Deyilənə  görə,  mister  Binqlinin  yenidən 



Nezerfilddə məskunlaşmaq istəyi yoxdur, elədirmi? 

— Onun  bu  barədə  danışdığını  eşitməmişəm.  Ancaq 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin