hər ifadəsinə görə sevinirdi.
Tezliklə söhbət balıq ovçuluğundan düşdü və Elizabet
eşitdi ki, mister Darsi tam bir lütfkarlıqla onun dayısını
Derbişirdə olduğu müddətdə öz malikanəsində balıq
tutmağa dəvət etdi. Eyni zamanda o, mister Qardinerə
lazım olan ləvazimatları təklif etdi və ona balıq tutmaq
üçün daha münasib yeri göstərdi. Elizabetlə yanaşı
addımlayan missis Qardiner ona təəccüblü nəzər saldı.
Elizabet susdu, ancaq özünü qeyri-adi dərəcədə məmnun
downloaded from KitabYurdu.org
335
hiss etdi. Aydın idi ki, bu cür diqqət təkcə onun xətrinə
göstərilirdi.
Ancaq bütün bunlar qızı olduqca
təəccübləndirirdi və o, hey özündən soruşurdu: “Nəyə
görə o bu qədər dəyişib? Bu necə izah olunur? Ola bilməz
ki, bu mənə görə olsun. Ola bilməz ki, o mənim xətrimə
özünü bu dərəcədə nəzakətli aparmağa başlayıb!
Hansfordda dediyim sözlər ona bu qədər güclü təsir
göstərə bilməzdi! O məni indiyə qədər sevmir ki?”
Bir müddət onlar bu qaydada addımladılar: qadınlar
öndə, kişilər bir neçə addım geridə. Ancaq onlar hansısa
maraqlı su bitkisinə baxmaq üçün çaya doğru endikdə
müəyyən yer dəyişikliyi baş verdi. Uzun gəzintindən
yorulan missis Qardiner
hiss etdi ki, Elizabetin əli ona dayaq olmaq üçün kifayət
etmir və ərinə söykənməyi üstün tutdu. Mister Darsi onun
Elizabetin yanındakı yerini tutdu və onlar yollarına davam
etdilər. Müəyyən susqunluqdan sonra birinci Elizabet
dilləndi. O, Pemberlini ziyarət etmək qərarı verərkən
onun malikanədə olmadığına çox əmin olduğunu izah
etmək istəyirdi. Ona görə də onun gözlənilməz gəlişindən
təəccübləndiyini bildirdi.
— Sizin ev sahibəniz, — o, əlavə etdi, — əminliklə
təsdiqlədi ki, siz sabah səhərdən tez gəlməyəcəksiniz və
Beykuelldən çıxmazdan öncə bizə eyni şeyi dedilər. Bu
gün sizi burada gözləmirdilər.
Darsi, doğrudan da gözlənilmədən gəldiyini bildirdi
və bunu dostlarının gəlişindən öncə malikanənin müdiri
ilə görüşmək zərurəti ilə izah etdi.
downloaded from KitabYurdu.org
336
— Onlar sabah səhər gələcəklər, — o, davam etdi. —
Siz onların arasında köhnə tanışlarınızı, mister Binqlini və
onun bacılarını tapacaqsınız.
Elizabet başını yüngülcə tərpətməklə cavab verdi.
Onun düşüncələri dərhal Binqlinin adının sonuncu dəfə
onların
arasında çəkildiyi vaxta getdi. O, Darsinin üzündəki
ifadəyə görə mühakimə yürütdü ki, o da bu barədə
düşünür.
— Onların arasında daha bir xanım olacaq, — o,
müəyyən pauzadan sonra davam etdi, — o, tam səmimi
şəkildə sizinlə tanış olmaq istərdi. Mənə icazə
verirsinizmi, yoxsa həddən artıq çox şey istəyirəm?
Lemtona gəlişinizdən istifadə edərək bacımı sizə təqdim
edim.
Belə bir xahiş Elizabeti təəccübləndirməyə bilməzdi.
Başa düşmək çətin idi ki, o bu diqqəti nəylə qazanıb.
Fəqət aydın idi ki, miss Darsi yalnız qardaşının təsiri
altında onunla tanış olmağı arzulaya bilər. Belə, ya başqa
cür, Elizabet bunda pis bir şey görmürdü. Dərk etmək ona
xoş idi ki, incikliyə baxmayaraq, Darsi onun barəsində pis
düşünmür.
İndi onlar yanaşı gedirdilər, hər biri öz düşüncəsinə
dalmışdı. Elizabetin halını xoş adlandırmaq olmazdı - bu
barədə söhbət belə gedə bilməzdi. Ancaq qız şərəflənmiş
və mütəəssir olmuşdu. Onu miss Darsi ilə tanış etmək
arzusu Elizabetə xüsusilə incə kompliment kimi
görünürdü. Tezliklə onlar yol yoldaşlarını xeyli
downloaded from KitabYurdu.org
337
qabaqladılar. Ekipaja yaxınlaşanda
mister və missis Qardinerlər onlardan təxminən milin
dörddəbiri qədər geri qalırdı.
Darsi onu evə dəvət etdi, ancaq qız cavab verdi ki,
yorğunluq hiss etmir və hər ikisi çəmənlikdə ayaq üstə
dayandılar. Bu cür, danışmaq üçün əlverişli hallarda
susmaq xüsusilə yöndəmsiz idi. O, söhbətə başlamaq
istəyirdi, ancaq istənilən mövzu ona yasaq görünürdü.
Nəhayət, hazırda səyyah olduğunu xatırlayaraq, Metlok
və Davdeyli yada saldı və onlar böyük həvəslə Derbişirin
gözəlliklərini müzakirə etməyə başladılar. Fəqət vaxt və
missis Qardiner o qədər ləng gedirdi ki, tet-a-tet söhbəti
sonda davam etdirmək üçün onun ağlına, demək olar, heç
nə gəlmədi.
Qardinerlər, nəhayət, gəlib yaxınlaşanda Darsi hamını
yemək üçün evə dəvət etdi. Ancaq dəvətdən imtina edildi
və onlar ən nəzakətli bir şəkildə ayrıldılar. Mister Darsi
hər iki xanıma ekipaja əyləşməyə kömək etdi və atlar
tərpəndikdə Elizabet onun necə asta-asta evə doğru
getdiyini gördü.
Mister və missis Qardinerlər öz təəssüratlarını ifadə
etmək fürsətini əldən vermədilər. Hər ikisi bəyan etdi ki,
mister Darsi
onların gözlədiklərindən daha üstün görünüb.
— O özünü əla aparır: doğrudan da nəzakətli və
təvazökardır, — mister Qardiner dedi.
— Əlbəttə, onda müəyyən əzəmətlilik var, amma bu,
yəqin ki, daha çox zahiri görünüşünə aiddir və onun
downloaded from KitabYurdu.org
338
obrazını heç cür korlamır, - missis Qardiner qeyd etdi.
— Ev sahibəsi ilə razılaşmağa hazıram ki, bəzi şəxslər
onu qürurlu sayır, ancaq mən özüm bunu qətiyyən hiss
etmədim.
— Məni xüsusilə onun qonaqpərvərliyi heyrətləndirdi.
Bizə münasibətdə o, təkcə nəzakətli deyildi, mən
deyərdim ki, nəzərəçarpacaq dərəcədə diqqətliydi. Axı
onun bu cür qayğıkeş olması üçün heç bir səbəb yox idi:
onun Elizabetlə tanışlığı çox səthidir.
— Əlbəttə, Iizzi, o, Uikhemdən geri qalır, — missis
Qardiner əlavə etdi. — Daha dəqiqi, onun bu cür cəlbedici
zahiri görünüşü yoxdur, hərçənd o qədər də pis deyil.
Ancaq sən onu nəyə görə bizə bədheybət kimi təsvir
edirdin?
Elizabet bacardığı qədər özünə haqq qazandırmağa
çalışdı; dedi ki, Kentdə qarşılaşdıqları zaman o, daha çox
xoşuna gəlib,
ancaq ona heç zaman bu səhər qarşısında durduğu vaxt
olduğu kimi xoş təsir bağışlamayıb.
— Ola bilər, o, bir qədər şıltaqdır, — mister Qardiner
qeyd etdi. — Sizin bu böyük adamlarda belə bir
xüsusiyyət var. Odur ki, mən balıq ovuna dair dəvətdən
istifadəyə hazırlaşmıram. Deyirəm, birdən onun ovqatı
dəyişər və mən arxama baxmadan qayıtmalı olaram.
Elizabet onların Darsinin xasiyyətindən tamamilə baş
açmadıqlarını gördü, ancaq bir kəlmə də demədi.
— Ona baxarkən, — missis Qardiner davam etdi, —
mən heç vaxt düşünməzdim ki, o, yazıq Uikhemlə
downloaded from KitabYurdu.org
339
davrandığı kimi kiminləsə sərt davranmağa qadirdir. O,
heç də xəbis adam təsiri bağışlamır, əksinə, danışanda
ağzının ətrafında çox xoşagələn qırışlar görünür. Zahiri
görünüşündə nəsə bir ləyaqət hiss olunur və bu,
amansızlıq barədə təsəvvürlə heç cür uyğun gəlmir. Bizə
evi göstərən hörmətli xanım onun xasiyyətini necə də
tərifləyirdi! Mən hərdən özümü gülməkdən güclə
saxlayırdım. Yəqin ki, o, səxavətli ağadır və bunun
sayəsində
qulluqçuların gözündə bütün münasibətlərdə kəramətli
görünür.
Elizabet Darsinin Uikhemlə davranışına necəsə haqq
qazandırmaq zərurəti hiss etdi. O, ehtiyatlılıq çərçivəsinə
riayət edərək onlara izah etdi ki, onun qohumlanndan
aldığı məlumata görə, Darsinin bu gənclə münasibətləri
tamamilə başqa cür yozula bilər. Bu zaman birincinin
xasiyyətinin o qədər də korlanmış olmadığı aydınlaşıb,
ikinci isə Hartfördşirdə təsəvvür olunduğu qədər qüsursuz
deyil. Bu sözlərinə təsdiq olaraq Elizabet onları
birləşdirən uğursuz əhvalatların təfərrüatını danışdı,
ancaq bu barədə kimdən eşitdiyini demədi, sadəcə, onlan
aldığı məlumatların mötəbərliyinə güvənməyə çağırdı.
Missis Qardiner sarsıldı və kədərləndi. Ancaq bu vaxt
o, gəncliyini keçirdiyi şəhərciyə girərkən xoş xatirələr çox
tez-tez söhbətdən yayınmasına səbəb olurdu. O, elə hey
ərinə onun üçün xatirə olan yerləri göstərirdi və artıq nəsə
başqa bir şey barədə düşünmək halında deyildi. Səhər
gəzintisinin yorğunluğuna baxmayaraq, onlar nahardan
downloaded from KitabYurdu.org
340
dərhal sonra köhnə
dostları ziyarət etmək, uzun illərin ayrılığından sonra
birlikdə xoş bir axşam keçirmək üçün mehmanxananı
yenidən tərk etdilər.
Günün
hadisəsi
Elizabeti
həddən
artıq elə
həyəcanlandırmışdı ki, o, yeni tanışlıqlara çox vaxt
ayırmaq iqtidarında deyildi. Bütün axşam ərzində o,
mister Darsinin mehriban tonuna, bundan daha ötəsi,
bacısını onunla tanış etmək niyyətinə heyrətlənərək
düşüncəyə dalmışdı.
II
FƏSİL
Elizabet güman edirdi ki, mister Darsi ilə bacısı miss
Darsi gəlişinin ertəsi günü onlara baş çəkməyə gələcək.
O, qərara almışdı ki, həmin günün birinci yansında
mehmanxanadan uzun müddətə bir yerə ayrılmasın.
Ancaq hesablaması yanlış çıxdı - ziyarət miss Darsinin
Pemberliyə gəldiyi gün səhər baş tutdu. Yeni dostları ilə
ətraf məkanlara gəzintini başa çatdıran Qardinerlər və
Elizabet paltarlarını dəyişmək və sonra köhnə dostlarla bir
arada nahar etməkçün mehmanxanaya qayıtdıqda onların
diqqətini ekipaj səs-küyü cəlb etdi və pəncərədən açıq
faytonda yaxınlaşan kişi və gənc qız göründü. Elizabet
qiyafəti dərhal tanıdı, ekipajda kimin olduğunu anladı və
dayısıgili onları gözləyən şərəf barədə məlumatlandıraraq
xeyli
heyrətləndirdi.
Qardinerlər
doğrudan
da
heyrətləndilər. Bacıqızının utancaq görkəmi, eləcə də
onun verdiyi məlumat, ötən günün hadisələri ilə birlikdə
onları bütün bu vəziyyətə yeni gözlə baxmağa vadar etdi.
downloaded from KitabYurdu.org
341
Bu cür ehtimal əvvəlcə onlarda hətta
baş qaldıra bilməzdisə, bu an onlara aydın oldu ki, bu cür
şəxslərin göstərdiyi belə böyük diqqət mister Darsinin
Elizabetə meylindən başqa heç nəylə izah oluna bilməz.
Onların
düşüncəsində
yaranmış
bu
təxmin
möhkəmlənincə, Elizabetin çaşqınlığı daha da artmışdı. O
özü də öz təşvişinə heyrət etdi. Narahatlıq üçün digər
səbəblərdən başqa, Elizabeti mister Darsinin öz
sevdasının təsiri ilə onu bacısına həddindən artıq
tərifləmiş olması xüsusilə həyəcanlandırırdı. Qonaqlan
mümkün qədər mehribancasına qarşılamaq arzusu ilə
alışıb- yansa da, o, haqlı olaraq ehtiyat edirdi ki, hər cür
səmimi görünmək bacarığı bu dəfə ona xəyanət edə bilər.
Elizabet küçədən fərq edilmək istəməyərək pəncərənin
önündən çəkildi və otaqda gəzişərək sakitləşməyə çalışdı.
Ancaq dayısının və onun xanımının çaşqın nəzərləri
hisslərinin daha artıq qarışmasına gətirib çıxardı.
Miss Darsi və onun qardaşı otağa girdilər və bu qədər
qorxu doğuran tanışlıq, nəhayət, baş tutdu. Elizabet
təəccüblə aşkar etdi ki, yeni rəfiqəsi heç də ondan bir
misqal da olsun az utanmır. Lemtonda olduğu müddətdə
Elizabet miss Darsinin
hüdudsuz şəkildə qürurlu olması barədə dəfələrlə
eşitmişdi. Fəqət bir neçə dəqiqəlik müşahidə onu əmin
etdi ki, bu gənc xanım, sadəcə olaraq, həddən artıq
utancaqdır. Elizabet güc- bəla ilə onu çətinliklə eşidilən
bir cümləlik cavablardan başqa nəsə bir söz dilə gətirməyə
vadar etdi.
downloaded from KitabYurdu.org
342
Miss Darsinin boyu uzun idi, Elizabetdən xeyli
hündürdü. On altı yaşında olmasına baxmayaraq, o, artıq
tam ətə-qana dolub yetişmişdi, ərgən və yumşaq
görünürdü. Qardaşında olduğu kimi, onda düzgün sifət
cizgiləri yox idi, ancaq zahiri görkəmi və maneraları
ağlından, xeyirxahlığından və zərifliyindən xəbər verirdi.
Mister Darsidə olduğu kimi, onda da insan əxlaqının
zəkalı və həssas müşahidəçisini tapmağı gözləyən
Elizabet özlüyündə məmnunluqla qeyd etdi ki, qardaş və
bacı bir-birinə bənzəmir.
Onlann gəlişindən qısa bir müddət keçmiş mister
Darsi dedi ki, mister Binqli də onu ziyarət etməyə
hazırlaşır. Elizabet bu münasibətlə öz məmnunluğunu
ifadə etməyə və yeni qonaqla görüşməyə hazırlaşmağa
güclə macal tapmışdı ki, pilləkəndə sürətli addım səsləri
eşidildi və bir dəqiqədən sonra
o, otağa daxil oldu. Elizabetin bu gənc adama hiddəti
çoxdan ötüb keçmişdi. Ancaq əgər bu hiddətdən azacıq
bir şey qalırdısa, o Binqlinin görüşdükləri vaxt sərgilədiyi
səmimi sevincin yanında dərhal yoxa çıxardı. Binqli
hərarətlə ona aid olan heç kəsin adını çəkməsə də,
doğmalarının sağlıq durumu barədə soruşdu. Bununla
yanaşı, o özünü təmkinli apanrdı və Hartfördşirdəki görüş
zamanı onu fərqləndirən gülərüzlülük və açıqüərkliliklə
danışırdı.
Binqli Qardinerlərdə Elizabetdə olduğundan heç də az
maraq doğurmadı - onlar onu çoxdan görmək istəyirdilər
və ötüb keçənlərə açıq gözlə baxırdılar. Mister Darsinin
downloaded from KitabYurdu.org
343
Elizabetə meylinə dair yenicə əmələ gəlmiş şübhələr
onları hər iki şəxsə münasibətdə diqqətli, eyni zamanda
ehtiyatlı müşahidəyə sövq edirdi. Bu müşahidələr tezliklə
onlan əmin etdi ki, ən azı bu gənc ciddi şəkildə vurulub.
Qızın duyğulan ilə bağlı müəyyən şübhələr hələ qalırdı,
ancaq kavalerinin onun qarşısındakı şövqlü heyranlığı
şəkk-şübhəsiz görünürdü.
Öz növbəsində Elizabet olduqca məşğul idi. Ona
qonaqlann düşüncələrindən baş açmaq, öz fikirlərini
cəmləmək
və yanındakılarla mehriban olmağa çalışmaq lazım idi.
Sonuncu barədə hər şeydən çox narahat olsa da, burada
uğur onun xoşuna gəlməyə çalışdığı hər kəsin rəğbəti
sayəsində xüsusilə etibarlı şəkildə təmin olunmuşdu.
Onun barəsində əlverişli mühakimə yürütmək üçün Binqli
tam hazır olduğunu, Corciana səmimi arzusunu, Darsi isə
ən qəti niyyətini sərgiləyirdi.
Binqlini gördükdə Elizabetin düşüncələri, təbii olaraq,
Ceynə yönəldi. Və o Binqlinin də bu barədə düşünüb-
düşünmədiyini öyrənmək ehtirası ilə yanırdı. Hərdən ona
elə gəlirdi ki, əvvəlki vaxtlarla müqayisədə Binqli daha az
danışan olub və bir-iki dəfə isə ona elə göründü ki, Binqli
onun üz cizgilərində Ceynlə hansısa bənzərlik axtardı.
Ancaq bütün bunlar yalnız onun təxəyyülünün məhsulu
olaraq qalardısa, bir zamanlar Ceynin rəqibi kimi qələmə
verilən
miss
Darsiyə
Binqlinin
münasibətini
qiymətləndirməkdə səhv edə bilməzdi. O, hər iki tərəfdən
xüsusi qarşılıqlı rəğbətə dəlalət edə biləcək bir baxış belə
downloaded from KitabYurdu.org
344
fərq etmədi. Miss Binqlinin ümidlərini təsdiqləyə bilən
heç nə qeyd olunmadı və tezliklə Elizabet özünü bu
xüsusda tamamilə rahat hiss etdi. Ayrılmazdan öncə
Elizabetin mister Binqlinin davranışında hiss etdiyi iki, ya
üç cizgi onu belə bir təsəvvürə meyilləndirdi ki, Binqli
onun bacısı barədə lətafətlə düşünür və cəsarəti çatsaydı,
onunla Ceyn barəsində həvəslə danışardı. Məclisdə
olanların hamısı söhbətlə məşğul ikən, Binqli səmimi
kədər çalarlarıyla dedi:
— Sizinlə görüşməkdən məmnun olduğumdan bəri nə
qədər zaman axıb keçib! — Elizabet cavab verməyə
macal tapmamış o, əlavə etdi: — Səkkiz aydan çox! Biz
noyabrın iyirmi altısından — Nezerfilddə rəqs etdiyimiz
gecədən bəri görüşməmişik axı!
Elizabet onun bu tarixi dəqiqliklə yadda saxladığını
özü üçün sevinclə qeyd etdi. Bir qədər gözlətdikdən sonra
o, başqalarına sezdirmədən bir anlıq fürsət tapıb soruşdu
ki, onun bacısı hələ də Lonqborndadırmı. Nə bu sual, nə
də əvvəlki qeydlər özlüyündə çox şey nəzərdə tutmurdu,
ancaq danışanın sifəti və maneralan onlara anlam verirdi.
Mister Darsi tərəfə baxmaq ona nadir hallarda
müyəssər olurdu. Ancaq hər dəfə baxışlarını Darsiyə
yönəldəndə, onun
üzündə çox mehriban ifadə görürdü. Onun danışdığı hər
şeydə azacıq da olsun, təşəxxüs və ya başqa
həmsöhbətlərinə münasibətdə təkəbbür hiss olunmurdu.
Bu sübut edirdi ki, dünən onun maneralannda fərq edilmiş
yaxşılaşma, hətta qısamüddətli olsa da, ən azı bir gündən
downloaded from KitabYurdu.org
345
çox çəkməkdədir. Onun özünə rəğbət yaratmağa və bir
neçə ay öncə hər hansı bir ünsiyyətə girməyi özü üçün
alçaldıcı saya biləcəyi insanların yaxşı rəyini qazanmağa
çalışmasını müşahidə edərək, mister Darsinin onun təkcə
özünə yox, barələrində nifrətlə mühakimə yürütdüyü
qohumlarına münasibətdə də nəzakətli olduğunu görərək,
Hansforddakı kəskin söhbətlərini xatırlayaraq, xeyli
dərəcədə, nəzərə çarpan dəyişikliyi fərq edirdi və az qala
öz heyrətini açıq şəkildə ifadə edəcəkdi. Hətta
Nezerfilddə öz əziz dostlarının mühitində və ya
Rozinqsdə yüksək mənsəbli qohumlarının yanında o,
həmsöhbətlərinə şirin olmaq arzusu ilə dolu, qürrədən və
qapalılıqdan azad olmamışdı. Özü də bu o şəraitdə baş
verirdi ki, onun burada səy göstərməsinin yeri yox idi,
hazırda diqqət ayırdığı insanlarla tanışlığı isə Nezerfild və
Rozinqsdəki xanımlar yalnız qınaq və rişxəndlə qarşılaya
bilərdi!
Qonaqlar onlarda yarım saata yaxın oldular.
Getməzdən öncə mister Darsi bacısına xatırlatdı ki, onlar
mister və missis Qardinerləri və miss Benneti bu yerləri
tərk etməzdən qabaq Pemberliyə nahara dəvət etməyə
hazırlaşıblar. Miss Darsi ev sahibəsi roluna hələ
alışmamasıyla izah olunan müəyyən yöndəmsizliklə
qardaşını ürəkdən dəstəklədi. Missis Qardiner bu dəvətin
əsas ünvanı olan Elizabetin onu qəbul etməyə nə dərəcədə
hazır olmasını öyrənmək arzusuyla qıza nəzər saldı.
Ancaq Elizabet bu an arxaya döndü. Belə düşünülmüş
etinasızlıq onun dəvətdən yayınmaq istəməsindən çox
downloaded from KitabYurdu.org
346
utancaqlığına dəlalət edirdi. Ona görə də o, ərinin yeni
tanışlıqdan vəcdə gəldiyini və dəvətə müsbət yanaşdığını
görərək, şərtləşmək cəsarətini üzərinə götürdü və
Pemberliyə birisi gün gələcəklərini bildirdi.
Miss Bennetlə bir daha görüşmək, eləcə də onunla
hartfördşirli dostlar barədə daha uzun-uzadı söhbətləşmək
fürsətini Binqli böyük sevinclə qarşıladı. Elizabetin
məmnun
baxışından bu o demək idi ki, Binqli onunla Ceyn
haqqında danışmağa ümid edir. Sonuncu hal, eləcə də bir
sıra başqaları qonaqların gedişindən sonra Elizabetə ötən
yarım saatını heç də pis keçirmədiyini düşünmək imkanı
verdi - hərçənd onların yanında olarkən o, çətin ki,
məmnunluq hiss etmişdi. Elizabet tək qalmağa çalışaraq
və
dayısıyla
xanımının
sorğu-
suallarından,
eyhamlanndan çəkinərək, mister Binqli barədə iltifatlı
rəylərini dinləmək üçün tələb olunan qədər onlarla
birlikdə olduqdan sonra paltarını dəyişməyə qaçdı.
Ancaq Qardinerlərin maraqlılığı heç də onu təhdid
etmirdi. Onların niyyətinə qızı hər şeyi açıb danışmağa
məcbur etmək daxil deyildi. Aydın idi ki, onların bacısı
qızı mister Darsi ilə, güman etdiklərindən daha yaxın tanış
imiş. Şübhə yox idi ki, Darsi ona ciddi şəkildə vurulub.
Ancaq onlar nə qədər çox öyrənmək istəyirdilərsə, sorğu-
suallarını bir o qədər az haqlı görürdülər.
İndi mister Darsi haqqında iltifatla düşünmək lazım
gəlirdi. Onlar, tanışlıqlarının imkan verdiyi qədər onda
doğrudan da heç bir qüsur fərq etməmişdilər. Onun
downloaded from KitabYurdu.org
347
lütfkarlığı
Qardinerlərə təsir etməyə bilməzdi. Darsinin xasiyyətini
dəyərləndirərkən,
başqa
rəylərlə
hesablaşmaya
bilsəydilər, yalnız öz duyğulanna və ya ev sahibəsinin
şərhlərinə əsaslansaydılar, Hartfördşir cəmiyyəti onlar
tərəfindən tərtib olunan obrazda öz əvvəlki tanışını çətin
ki, tanıya bilərdi. Onlar missis Reynoldsa inanmaq
istəyirdilər. Və asanlıqla belə bir qənaətə gəldilər ki, öz
patronunu dörd yaşından tanıyan və kifayət qədər
mötəbərlik təlqin edən ev sahibəsinin dəlillərini qətiyyən
ifrat tələskənliklə rədd etməyə dəyməzdi. Onların
lemtonlu dostlarının əlində olan məlumatlar əhəmiyyətli
heç nə ilə bu dəlilləri təkzib etmirdi. Mister Darsini yalnız
qürurlu olmaqda qınaya bilirdilər. Mümkündür ki, qürur
doğrudan da onun üçün səciyyəvi idi. Hətta bu belə
olmasa da, malikanə sahibinin yaxın dostları olmadığı
kiçik şəhərciyin sakinləri bu qüsuru ona tam aid edə
bilərdilər. Bununla yanaşı, onu ehtiyacı olanlara geniş Dostları ilə paylaş: |