Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

gəzdikcə, mənzərə dəyişirdi, ancaq hər pəncərədə tamaşa 

etmək  üçün  nəsə  vardı.  Otaqlann  tavanı  yüksək  idi  və 

şəraiti  belə  malikanənin  sahibinə  layiq  zənginlikdəydi. 

Onun  zövqünə  heyran  qalan  Elizabet  fikir  verdi  ki, 

otaqların  şəraiti  ifrat  süslənmiş  görünmürdü  və  daha  az 

dəbdəbəli, eyni zamanda Rozinqsdəki şəraitdən daha zərif 

idi. 


“Az  qala  mən  buranmca  sahibəsi  olacaqdım”  - 

Elizabet  düşünürdü.  -  İndiyə  artıq  bu  otaqlara  alışmış 

olardım! Təsadüfi ziyarətçi kimi bunlara baxmaq yerinə 

ondan  özümünkü  kimi  istifadə  edər,  mister  və  missis 

Qardinerləri  qonağım  kimi  salamlaya  bilərdim!  Amma 

yox,  -  o,  zamanında  dayandı,  -  bu  mümkün  olmazdı. 

Dayım və xalam mənim üçün həmişəlik itirilmiş olardılar. 

Onlar  heç  vaxt  mənə  onları  buraya  dəvət  etməyə  icazə 

verməzdilər”. 

Bu fikir ağlına məhz o vaxt gəldi ki, qızı peşmanlığa 

bənzər hisdən xilas etdi. 

downloaded from KitabYurdu.org



322 

 

O,  evi  idarə  edən  xanımdan  ev  sahibəsinin 



doğrudanmı  səfərdə  olubolmadığmı  çox  öyrənmək 

istəyirdi,  ancaq  birbaşa  sual  verməyə  cürəti  çatmırdı. 

Axırda  bu  sualı  mister  Qardiner  verdi.  Narahatlığını 

gizlətmək üçün arxasını onlara çevirən Elizabet eşitdi ki, 

missis  Reynolds  suala  təsdiqeləyici  cavab  verərək  əlavə 

etdi: 


— 

Biz  onu  sabah  gözləyirik,  dostları  ilə  birlikdə 

gələcək. 

Elizabet  sevindi  ki,  onlar  hər  hansı  təsadüfi  səbəb 

üzündən 

səfəri təxirə salmayıblar! 

Bu  zaman  missis  Qardiner  onu  rəsmlərdən  birinə 

baxmağa  çağırdı.  Elizabet  yaxınlaşdı  və  buxarının 

üzərindəki bir sıra miniatürlərin arasında mister Uikhemin 

portretini gördü. Missis Qardiner gülə-gülə rəsmin onun 

xoşuna  gəlib-  gəlmədiyini  soruşdu.  Onlara  yaxınlaşan 

missis Reynolds izah etdi ki, portretdə təsvir olunan gənc 

əvvəlki ev müdirinin - mərhum mister Darsinin öz vəsaiti 

ilə böyüdüb tərbiyə etdiyi oğludur. 

— İndi o, orduya keçib, — missis əlavə etdi, — ancaq 

qorxuram ki, ondan tamamilə yararsız bir adam çıxacaq. 

Missis Qardiner gülə-gülə ərinin bacısı qızına baxdı, 

ancaq Elizabet ona eyni cür cavab verə bilmədi. 

— Bu isə, — missis Reynolds başqa bir miniatür rəsmi 

göstərərək dedi, — bizim ağanın portretidir, çox bənzəyir. 

Hər iki portret eyni vaxtda, səkkiz il əvvəl çəkilib. 

— Mənə mister Darsi barədə çox danışıblar, — missis 

downloaded from KitabYurdu.org


323 

 

Qardiner miniatürə göz gəzdirərək qeyd etdi. — Portretə 



əsasən söyləsək, onun olduqca xoş siması var. Lizzi, sən 

özün  də  axı  oxşarlıq  barədə  mühakimə  yürüdə  bilərsən, 

elə deyil? 

Pemberlinin sahibi ilə tanış olduğunu bildikdə missis 

Reynoldsun Elizabetə ehtiramı açıq-aşkar artdı. 

— 

Bu gənc xanım mister Darsini tanıyır? 



— 

Bir az, — Elizabet qızararaq dedi. 

— Bəs  sizə  elə  gəlmirmi  ki,  xanım,  o,  qeyri-adi 

dərəcədə yaraşıqlıdır? 

— 

Bəli, siz tamamilə haqlısınız. 



— Mən  belə  yaraşıqlı  başqa  bir  adam  görməmişəm. 

Yuxanda,  qalereyada  siz  onun  böyük  ölçülü  və  daha 

uğurlu  portretini  görəcəksiniz.  Ancaq  mərhum  ağam 

həmişə bu otağı 

sevərdi,  elə  miniatürlər  də  burada  eynilə  onun 

sağlığındakı kimi asılıb. O, onlan çox əzizləyirdi. 

Bu  söz  mister  Uikhemin  portretinin  buradakı 

mövcudluğunu  izah  edirdi.  Mister  Reynolds  onların 

diqqətini  miss  Darsinin  cəmi  səkkiz  yaşı  olduğu  vaxt 

çəkilən portretinə yönəltdi. 

— 

Yaxşı, bəs miss Darsi də qardaşı kimi gözəldirmi? 



— mister Qardiner soruşdu. 

— Şübhəsiz,  —  missis  Reynolds  səsləndi.  —  O, 

dünyanın ən yaxşı gözəllərindən əskik deyil. O, çox yaxşı 

tərbiyə  alıb! Səhərdən axşamadək musiqi ilə  məşğul  ola 

bilir.  Qonşu  otaqda  siz  onun  yenicə  gətirilmiş  alətini, 

ağamızın  hədiyyəsini  görə  bilərsiniz.  Sabah  biz  onun 

downloaded from KitabYurdu.org


324 

 

mister Darsi ilə birlikdə bura gəlişini gözləyirik. 



Mister Qardinerin nəzakətli və kortəbii sorğu-sualları, 

eləcə  də  qeydləri  missis  Reynoldsu  söhbətcilliyə 

həvəsləndirdi, o, ya qürrələnərək, ya da səmimi bağlılığın 

təsiri  ilə  mister  Darsi  və  onun  bacısı  barədə  aşkar 

məmnuniyyətlə danışırdı. 

— 

Sizin ağanız Pemberlidə çox vaxt keçirir? 



— Mənim  istədiyim  qədər  çox  yox,  ser.  Ancaq 

söyləməyə cürət edirəm ki, onun həyatının yarısı burada 

keçir. Miss Darsi isə hər yay burada yaşayır. 

“Remsqeytdə keçirdiyi vaxtdan başqa” - deyə Elizabet 

düşündü. 

— 

Ağanız  evləndikdə  siz  onu  daha  çox  görə 



biləcəksniz. 

— Bəli, ser. Ancaq mənə məlum deyil ki, bu nə vaxt 

baş verəcək. Onun həyat yoldaşı olmağa layiq olası heç 

kəsi tanımıram. 

Mister  və  missis  Qardinerlər  gülümsədilər,  Elizabet 

isə dözməyərək qeyd etdi: 

— Sizin  onun  haqqındakı  rəyiniz,  mənə  elə  gəlir  ki, 

bəlağətli şəkildə onun xeyrinədir. 

— Mən  yalnız  həqiqəti  deyirəm  —  bunu  mister 

Darsini  tanıyan  hər  kəs  təsdiqləyə  bilər,  —  missis 

Reynolds cavab verdi. 

Elizabetə  elə  göründü  ki,  bu  sözlər  çox  cəsarətli 

səslənir.  O,  artmaqda  olan  çaşqınlığı  ilə  missis 

Reynoldsun  öz  sözlərinə  etdiyi  əlavəni  eşitdi:  -  Bütün 

ömrü boyu o mənə bir kəlmə də olsun sərt söz deməyib. 

downloaded from KitabYurdu.org



325 

 

Mən isə onu dörd yaşından tanıyıram. 



Bu sözlər Elizabeti xüsusilə heyrətləndirdi, çünki bu 

onun mister Darsi barədə şəxsi rəyilə daban-dabana zidd 

idi. İndiyə qədər o, əmin idi ki, onun ağır xasiyyəti var. 

Diqqəti  son  dərəcə  itiləşdi.  Nəsə  yeni  bir  şey  öyrənmək 

üçün Elizabetin hövsələsi daralmışdı, ona görə də mister 

Qardiner növbəti sualını səsləndirəndə o, səmimi qəlbdən 

minnətdarlıq duydu. Mister Qardiner dedi: 

— Çox az adam bu cür tərifə layiqdir. Siz, yəqin ki, 

belə bir ağanız olduğu üçün çox xoşbəxtsiniz. 

— Bəli, ser, doğrudan da mənim bəxtim çox gətirib. 

Ondan yaxşısını dünyada tapa bilməzdim. Ancaq həmişə 

fikir  vermişəm  ki,  yaxşı  uşaqlar  böyüyüb  yaxşı  insan 

olurlar.  O  isə  mənim  indiyə  qədər  gördüyüm  ən 

məsuliyyətli, ən nəcib oğlan uşağı idi. 

Elizabet gözünü ondan çəkmirdi. 

“Doğrudanmı söhbət mister Darsi haqqında gedir?” - 

o düşünürdü. 

— 

Onun atası öz xeyirxahlığı ilə şöhrət qazanmışdı, 



— missis Qardiner qeyd etdi. 

— Elədir,  xanım,  tamamilə  haqlı  olaraq.  Oğlu  da 

eynilə  onun  kimi  olacaq.  O  da  sadə  insanlara  qarşı 

xeyirxahdır. 

Elizabet  dinləyirdi,  təəccüblənirdi  və  daha  çox 

öyrənmək ehtirası ilə alışıb-yanırdı. Missis Reynolds onu 

başqa heç nə ilə maraqlandıra bilmirdi. Onun rəsmlərinin 

süjeti, otaqların ölçüsü və yaradılmış şəraitin neçəyə başa 

gəlməsi haqda danışdığı hər şeyi Elizabet bir qulağından 

downloaded from KitabYurdu.org



326 

 

alır,  o  birindən  ötürürdü.  Mister  Qardineri  sərgilənən 



nəsil-nəcabət  qürrələnməsi  çox  əyləndirirdi,  onun 

qənaətinə  görə,  bu,  evi  idarə  edən  xanımın  mister  Darsi 

barədə  səsləndirdiyi  şişirdilmiş  tərifləri  izah  edirdi.  Ona 

görə də o, yenidən əvvəlki mövzuya qayıtmağa çalışırdı. 

Onlar uzun pilləkənlə qalxdıqları zaman missis Reynolds 

məstliklə  ağasının  çoxsaylı  məziyyətlərini  saymaqda 

davam edirdi. 

— Bu  ən  yaxşı  mülkədar  və  dünya  üzərində  olub-

getmiş ağaların ən yaxşısıdır, — o dedi. — Yalnız özünü 

düşünən indiki əxlaqsız gənclərdən deyil. Onun icarəçisi 

və  ya işçisi olan bir adam  da tapılmaz ki,  barəsində  xoş 

söz deməsin. Bəzi-para adamlar onu çox qürurlu sayırlar. 

Mənə elə gəlir bu qınaq 

ondan doğur ki, o, müasir gənclərdən fərqli olaraq, boşboş 

şeylərlə maraqlanmır. 

“Bu sözlər mister Darsini necə də müsbət göstərir!” - 

Elizabet düşünürdü. 

— Bu  parlaq  rəy  bizim  yazıq  dostumuza  onun 

münasibəti  ilə  o  qədər  də  üst-üstə  düşmür,  —  missis 

Qardiner ona pıçıldadı. 

— 

Ola 


bilər, 

bu 


məsələdə 

bizi  yanlışlığa 

yuvarladıblar. 

— Çətin  ki,  bu,  baş  verə  bilərdi.  Biz  məlumatı  çox 

mötəbər mənbədən almışıq. 

Onlar  ikinci  mərtəbədəki  geniş  ön  otaqdan  keçərək, 

aşağı mərtəbədəki otaqlarla müqayisədə daha da yüngül 

və  zərif  şəraiti  olan  füsunkar  qonaq  otağına  keçdilər. 

downloaded from KitabYurdu.org


327 

 

Missis  Reynolds  izah  etdi  ki,  miss  Darsini  sevindirmək 



üçün onun keçən yay xüsusilə xoşlandığı bu otağı yaxın 

günlərdə təmir ediblər. 

— Onun  gerçəkdən  də  qayğıkeş  qardaşı  var,  — 

Elizabet pəncərələrdən birinə yaxınlaşaraq dedi. 

Missis  Reynolds  miss  Darsinin  qonaq  otağının  yeni 

durumuna valeh olacağına əvvəlcədən ümid edirdi. 

— Ona yaraşan da elə budur! — o, əlavə etdi. — Miss 

Darsiyə lap xırda bir məmnunluq bəxş edəcək hər şey o 

saat edilir. O bundan ötrü istənilən imkandan istifadə edir. 

Onlann  yalnız  rəsm  qalereyasına,  bir  də  iki,  ya  üç 

böyük yataq otağına baxmalan qalırdı. Qalereyada xeyli 

gözəl rəsm əsəri vardı, ancaq Elizabet rəngkarlıqdan zəif 

baş çıxarırdı. O, hələ birinci mərtəbədə olarkən rəsmlərə 

baxmaqdan  yorularaq,  miss  Darsinin  karandaşla  cızdığı 

və  ona  daha  anlaşılan  və  yaxın  olan  rəsmlərə  baxmağa 

başladı. 

Kənar  adamlann  diqqətini  cəlb  etməsi  çətin  görünən 

çoxlu ailə portretinə baxan Elizabet onların arasında tanış 

cizgiləri  olan  yeganə  simanı  axtarırdı.  Axır  ki,  o,  gənc 

xanımın gözlərinə sataşdı və Elizabet portretdəki insanın 

mister  Darsi  ilə  heyrətamiz  bənzərliyindən  sarsıldı. 

Rəsmdə  Elizabetin  mister  Darsinin  üzünə  baxdığı  vaxt 

tez-tez  gördüyü  təbəssüm  həkk  olunmuşdu.  Elizabet  bir 

neçə  dəqiqə  diqqətini  cəmləşdirərək  ona  tamaşa  etdi. 

Qalereyadan çıxarkən o, missis Reynoldsdan bu portretin 

hələ  əvvəlki  ağanın  sağlığında  çəkildiyini  eşidərək,  bir 

daha ona yaxınlaşdı. 

downloaded from KitabYurdu.org



328 

 

Bu  dəqiqələrdə  Elizabet  açıq-aşkar  portretin  əslinə 



tanışlıqları  boyunca  nə  vaxtsa  olduğundan  daha  isti 

duyğular  hiss  edirdi.  Mister  Reynoldsun  ilhamlı  nitqi 

yaxşı  təəssürat  yaratmaya  bilməzdi.  Ağıllı  xadimənin 

tərifli  rəyindən  daha  inandırıcı  nəsə  ola  bilərmi?  O, 

Darsinin böyük qardaş, mülkədar, ev sahibi vəziyyətindən 

irəli  gələrək  üzərinə  düşən  insan  taleyi  üçün  böyük 

məsuliyyəti  haqqında  düşünürdü.  O,  insanlara  nə  qədər 

yaxşılıq  və  pislik  edə  bilərdi!  Sərəncamında  nə  qədər 

sevinc  və  ağrı-acılar  vardı!  Xasiyyətinin  missis 

Reynoldsun  səciyyələndirdiyi  hər  bir  cizgisi  ona  rəğbət 

yaradırdı.  Elizabet  portretdən  ona  baxan  gözlərin 

qarşısında duraraq, onun hissləri barədə nə vaxtsa əvvəllər 

olduğundan  daha  dərin  hissiyyatla  düşünürdü:  o,  mister 

Darsinin  necə  alovlu  şəkildə  ona  eşq  elan  etdiyini 

xatırlayırdı və bu etirafın yaddaşındakı yaraşmaz şəklini 

hamarlamağa çalışırdı. 

Evin  baxmaq  üçün  açıq  olan  bütün  künc-bucağı 

nəzərdən  keçirildikdən  sonra  yenidən  aşağı  endilər  və 

evin  icraçı  sahibəsi  ilə  vidalaşaraq,  hollun  qapıları 

ağzında onları qarşılayan bağbanın sərəncamına düşdülər. 

Çəmənliklə  çaya tərəf enərkən Elizabet  evə  bir daha 

baxmaq üçün geriyə döndü. Mister və missis Qardiner də 

dayandılar. 

Mister Qardiner evin tikilməsi tarixi barədə gümanını 

dilə gətirdiyi vaxt tövləyə aparan cığırın tinindən ev sahibi 

çıxdı. 


Onlann arasında cəmi iyirmi yard məsafə vardı və o, 

downloaded from KitabYurdu.org



329 

 

elə  qəflətən  peyda  oldu  ki,  Elizabet  üçün  onun 



baxışlanndan qaçmaq tamamilə mümkünsüz oldu. Onlann 

baxışlan toqquşdu və hər ikisinin sifəti qıpqırmızı qızardı. 

Mister Darsi səksəndi və əvvəlcə, sanki heyrətdən donub 

qaldı.  Ancaq  o,  tez  özünə  gələrək  onlara  tərəf  gəldi  və 

özünü  tam  ələ  almağı  mümkün  olmasa  da,  onunla  ən 

nəzakətli bir şəkildə söhbətə başladı. 

İlk anlarda Elizabet qeyri-ixtiyari olaraq döndü və əks 

tərəfə bir neçə addım atdı. Ancaq Darsi onun bərabərinə 

çatdığı  zaman  qız  özünü  itirmiş  halda  dayandı  və  onun 

qarşılama  salamlamasını  dinlədi.  Mister  Darsinin  peyda 

olması  və  onun  bir  az  əvvəl  tamaşa  edilmiş  portretlə 

bənzərliyi Elizabetin yol yoldaşlarını onlann qarşısında bu 

malikanənin sahibinin 

durduğuna kifayət qədər inandırmamışdısa, onu gördüyü 

vaxt bağbanın üzündə yaranan təəccüb ifadəsi bunu qəti 

əminliklə təsdiqlədi. Darsi Elizabetlə söhbət etdiyi zaman 

onlar  uzaqda  idilər.  Elizabet  baxışlarını  yuxarı 

qaldırmadan,  tamamilə  çaşqın  halda  öz  ailəsi  barədə 

nəzakətli  suallara  qeyri-şüuri  cavablar  verdi.  Axırıncı 

görüşləri ilə müqayisədə mister Darsinin maneralarının nə 

qədər dəyişmiş olduğu onu heyran qoydu. 

Hər yeni fraza ilə qız artmaqda olan xəcalət duyğusu hiss 

edirdi. Bir neçə dəqiqə çəkən bu söhbət ərzində Elizabet 

yalnız  onu  dərk  edirdi  ki,  bu  məkanda  yaxalanması 

olduqca  nalayiqdir  və  bu  onun  həyatının  ən  yöndəmsiz 

durumu idi. Mister Darsi özünü o qədər də əmin-arxayın 

hiss etmirdi: onun sözlərində həmişəki adi soyuqqanlılıq 

downloaded from KitabYurdu.org



330 

 

çatmırdı. O, Elizabetin Lonqbornu nə vaxt tərk etdiyi və 



Derbişirdə  neçə  gün  keçirdiyi  barədə  sualları  rabitəsiz 

şəkildə  təkrar  edərək,  açıq-aşkar  şəkildə  öz  çaşqınlığını 

büruzə verdi. 

Axırda o, daha nələr deyəcəyini bilməyərək susdu və 

bir  neçə  dəqiqə  susqun  şəkildə  durduqdan  sonra  birdən 

ayıldı və çıxıb getdi. 

Mister  və  missis  Qardinerlər  dərhal  Elizabetə 

yaxınlaşdılar  və  Darsinin  zahiri  görünüşü  barədə 

heyranlıq  ifadə  et  dilər  .Ancaq  öz  düşüncələrinə  qərq 

olmuş Elizabet çətin ki, bu sözləri eşitdi və tam səssizlik 

içində  onlann  ardınca  getdi.  O,  xəcalət  və  həqarətdən 

özünü tamamilə əzilmiş hiss edirdi. Pemberliyə səfər ona 

həyatının ən binəsib, ən yanlış addımı kimi görünürdü. Bu 

addım mister Darsiyə necə də qəribə görünə bilərdi! Hətta 

bu qədər qürrəli olmayan insan qarşısında belə o, necə də 

rüsvay olardı! Düşünmək olardı ki, o, bilərəkdən mister 

Darsinin yolunun üstünə çıxmağa çalışıb. O, buraya niyə 

gəldi axı? Gərək Darsi də təyin olunmuş vaxtdan bir gün 

tezmi  gələydi!  Onlann  qəsrdən  on  dəqiqə  tez  çıxması 

kifayət idi ki, Darsi qonaqlan burada tuta bilməsin. Aydın 

idi  ki,  o,  yenicə  gəlib  -  elə  bu  dəqiqə  atdan  enib  və  ya 

ekipajdan düşüb. Elizabet özünün Pemberlidə olmasının 

bütün  ədəbsizliyini  dərk  edərək  təkrar-təkrar  qızarırdı. 

Ancaq  mister  Darsinin  davranışı  necə  də  dəyişib!  Bunu 

nəylə izah etmək olar? Hələ ona da təəccüblənmək olar ki, 

Darsi,  ümumiyyətlə,  onunla  danışdı.  Həm  də  bu  cür 

nəzakətlə, onun doğmalarının kef- 

downloaded from KitabYurdu.org



331 

 

halını xəbər alaraq! O, hələ heç vaxt qızla bu cür səmimi 



qəlbdən,  bu  gözlənilməz  görüş  zamanı  bir  misqal 

təkəbbür olmadan danışdığı kimi danışmamışdı. Bu, onun 

Rozinqsdə məktub verərkən Elizabetə axırıncı xitabından 

çox  fərqlənirdi!  Elizabet  bilmirdi  ki,  bu  barədə  nə 

düşünsün, bunu necə izah etsin. 

İndi onlar çayın düz sahili ilə uzanan valehedici cığırla 

irəliləyirdilər.  Hər  addımdan  sonra  qarşılarında  daha 

gözəl yamaclar, yaxınlaşan xəlvət meşənin daha füsunkar 

mənzərəsi açılırdı. Ancaq Elizabetin ətraf aləmi yenidən 

qavraması  bir  qədər  gec  oldu.  Mister  və  missis 

Qardinerlərin  təkrar  müraciətlərinə  mexaniki  cavablar 

verərkən  və  ya  onları  maraqlandıran  mənzərəyə  tamaşa 

edərkən o, tamam başqa şey barədə düşünürdü. Xəyalən 

onun gözünün qarşısına mister Darsinin bu dəqiqə içində 

olmalı olduğu yeganə və naməlum otaq gəlirdi. O bilmək 

istəyirdi  ki,  bu  saat  Darsinin  beynində  hansı  fikirlər 

dolaşır və hər şeyə rəğmən ona qarşı öz zərif duyğularını 

saxlayıran.  Bəlkə  Darsi  onunla  ona  görə  bu  qədər 

nəzakətli  idi  ki,  burada  özünü  daha  sərbəst  hiss  edirdi? 

Ancaq 


onun  səsində  rahatlaşdırmaq  sayıla  biləcək  nəsə 

duyulmadı.  Aydın  deyildi  ki,  Darsi  onunla  görüşə 

sevindimi,  yoxsa  görüş  onun  kefini  pozdu.  Hər  halda, 

Darsi qıza etinasız yanaşmamışdı. 

Yol  yoldaşlarının  onun  dalğın  halına  dair  etdikləri 

iradlar,  nəhayət,  Elizabeti  fikirdən  ayıltdı  və  özünü  ələ 

almağa vadar etdi. 

downloaded from KitabYurdu.org



332 

 

Onlar meşə xəlvətinə girdilər və çayda bir müddətlik 



ayrılaraq  təpənin  yamacı  ilə  üzüyuxan  yönəldilər. 

Ağacların arasındakı açıqlıqlar kifayət qədər geniş baxış 

bucağı  yaradırdı,  vadiyə  və  qarşıdakı,  çayın  məcrasının 

bəzi  qıvrımlarını  gizlədən  meşəli  təpələrə  əla  mənzərə 

açılırdı.  Mister  Qardiner  bütün  parkı  gəzib-dolaşmaq 

arzusunu ifadə etdi, ancaq çəkinirdi ki, bir gəzinti ərzində 

onların buna gücü  yetməz. Onun sözlərinə cavab olaraq 

bağban məmnun-məmnun gülümsəyərək dedi ki, bundan 

ötrü onlara ən azı on mil getmək lazım olar. Bu, məsələni 

həll  etdi  və  onlar  seçilmiş  yolla  irəliləməkdə  davam 

etdilər. Yol yenidən dağın ətəyinə səmtləndi. Onlar aşağı 

meyillənmiş ağacların  altından ötərək,  yenidən bu yerdə 

çox 

daralmış  çaya  doğru  endilər  və  onun  ətraf  təbiətlə  tam 



harmoniyada  olan  sadə  körpüsünü  keçdilər.  Parkın 

indiyədək  gördükləri  başqa  guşələri  ilə  müqayisədə 

burada insan əli daha az hiss olunurdu. Dərələrlə sıxılan 

vadi yalnız çayın axınına və kol-kos basmış cığırlara açıq 

yer  saxlamışdı.  Elizabet  çayın  axmasını  izləməyi  çox 

istəyirdi.  Ancaq  çox  piyada  gəzməyə  alışmamış  missis 

Qardiner  qəflətən  evdən  nə  qədər  uzaqlaşdıqlarını  dərk 

edərək,  yola  davamdan  imtina  etdi  və  tələb  etdi  ki, 

yubanmadan geri dönsünlər. Elizabetin tabe olması lazım 

gəldi və onlar kəsə yolla o biri sahildə qoyduqları ekipajın 

yanma qayıtdılar. Lakin o qədər sürətlə hərəkət etmirdilər. 

Mister  Qardinerin  heç  cür  tez-tez  təmin  edə  bilmədiyi 

balıq  tutmaq  şövqü  onları  hərdənhərdən  dayanmağa 

downloaded from KitabYurdu.org



333 

 

məcbur  edirdi.  O,  çayda  şütüyən  qızıl  balıqlara  tamaşa 



edir,  ya  da  bu  balığın  vərdişləri  barədə  bağbanla 

söhbətləşirdi.  Bu  sayaq  asta-asta  dolaşarkən  birdən-birə 

onlara  doğru  gələn  mister  Darsini  gördülər.  Elizabet, 

demək olar, onu birinci dəfə evin qarşısında gördüyü vaxt 

olduğu  kimi  heyrətləndi.  Çayın  qarşı  sahilindəkindən 

fərqli olaraq cığırın ağaclarla o qədər də sıx 

örtülü olmaması sayəsində onlar Darsini elə bir məsafədə 

gördülər  ki,  onunla  görüşə  hazırlaşmağa  macal  tapdılar. 

Təəccüblənməsinə  baxmayaraq,  Elizabet  fikrini  toplaya 

bildi  ki,  Darsi  gerçəkdən  də  onlara  yaxınlaşsa,  onunla 

yetərincə sakit danışa bilsin. Bir anlıq ona elə göründü ki, 

Darsi  hər  halda  sağdakı  talaya  buruldu.  Ancaq  bu 

gümanın ömrü Darsinin yolunu onu gizlədən çay əyrisinin 

geridə qoymasına tələb olunan vaxt qədər sürdü. Bundan 

dərhal  sonra  o,  qonaqlann  qarşısında  peyda  oldu.  İlk 

baxışdan Elizabet fikir verdi ki

Darsi  eynilə  evin  yaxınlığında  görüşdükləri  vaxt  olduğu 

kimi  nəzakətlidir.  Onun  qədər  nəzakətli  olmağa  çalışan 

qız məkanın gözəlliyinə valeh olduğunu dedi. Ancaq iki 

dəfə “füsunkar” və “gözəl” sözlərini təkrar edərkən onun 

dilindən  Pemberlinin  təriflənməsinin  yanlış  yozula 

biləcəyini düşünərək qızardı və qəflətən susdu. 

Missis Qardiner bir qədər uzaqda durmuşdu və mister 

Darsi  pauzadan  yararlanaraq  Elizabetdən  xahiş  etdi  ki, 

şərəf  verərək,  onu  öz  dostlarına  təqdim  etsin.  Bu  cür 

nəzakəti  qız  ondan  heç  gözləmirdi.  O,  gülüşünü  zorla 

boğaraq düşündü ki, 

downloaded from KitabYurdu.org



334 

 

Darsi  ona  evlənmək  təklifi  etdiyi  vaxt  qürurunun  o  cür 



üsyan etdiyi insanlarla tanış olmaq istəyir. 

“Onların kim olduğunu bildikdə, - o düşündü, - yəqin 

çox  təəccüblənəcək!  Axı  o,  güman  edir  ki,  onlar  kübar 

cəmiyyətə mənsubdurlar”. 

Bununla  belə,  Elizabet  dərhal  onları  tanış  etdi. 

Qardinerlərə  bacıqızı  düşdüyünü  deyərkən  o,  qıyqacı 

şəkildə Darsiyə baxdı və hesab etdi ki, o, tezliklə bu sayaq 

münasib  olmayan  kampaniyadan  qaçıb  uzaqlaşmağa 

çalışacaq.  Qohumluq  əlaqələrinin  qeyd  olunması, 

şübhəsiz  ki,  onu  şaşırtdı.  Ancaq  Darsi  bu  məlumatı 

comərdcəsinə  qarşıladı  və  nəinki  uzaqlaşmaq  cəhdi 

göstərdi,  hətta  mister  Qardinerlə  yanaşı  addımlayaraq 

onunla qaynar söhbətə  girişdi. Elizabet  məmnunluq hiss 

etməyə,  şadlanmaya  bilmədi.  Darsinin,  nəhayət,  onun 

davranışlarına  görə  utanılmayacaq  qohumlan  ilə  tanış 

olduğunu  dərk  etmək  necə  də  xoş  idi.  Elizabet  onların 

söhbətinə  qulaq  verərək,  dayısının  hər  cümləsinə,  onun 

ağlından, zövqündən, üstün maneralarından xəbər verən 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin