Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

Düşünürəm ki, Lizzi, onun xasiyyətinin əsl çatışmazlığı, 

nəhayət  ki,  məhz  inadkarlığıdır.  Müxtəlif  vaxtlai'da  ona 

müxtəlif qüsurlar aid edilib. Ancaq bu, gerçəkdən də ona 

xas qüsurdur. Daha sonra görüləcək bütün işləri yalnız o 

etməliydi,  hərçənd  mən  əminəm  (bunu  heç  də 

minnətdarlıq qazanmaq üçün demirəm, ona görə də lütfən 

bu barədə bir kəlmə də lazun deyil) ki, sənin dayın həvəslə 

bu  işə  girişərdi.  Onlar  bu  xüsusda  öz  aralarında,  bu 

söhbətin aid olduğu qız və gəncin dəydiyindən daha artıq 

mübahisə  etdilər.  Ancaq  axıi'da  dayuı  güzəştə  getməli 

oldu  və  bacısı  qızma  faydalı  olmaq  yerinə  o,  arzusunun 

əleyhinə  olaraq,  əslində  xeyriyyəçi  olmaya-olmaya, 

yalnız belə bir təsəvvür yai'atmağa məcbur oldu. Və mən 

səmimi  qəlbdən  əminəm  ki,  bu  gün  səhər  səndən 

aldığımız  məktub  onu  olduqca  sevindirib,  çünki  bu 

məktuba verilən cavabda o, ona məxsus 

olmayan şan-şöhrətdən xilas olur və o, əslində ona layiq 

olan şəxsə verilir. Ancaq, əziz Lizzi, bütün bunlar səndən, 

ən uzağı, Ceyndən o tərəfə çıxmamalıdır. Düşünürəm ki, 

sən kifayət qədər yaxşı bilirsən ki, bunlar nişanlı və gəlin 

downloaded from KitabYurdu.org



428 

 

üçün  edilib.  Uikhemin  ümumi  məbləğdə,  yəqin  ki,  min 



funtu  çox-çox  aşnuş  borcunu  ödəmək  lazım  gəldi,  digər 

min funt Lidiyanm pulları ilə birlikdə onun özünün adma 

yatırıldı.  Uikhem  üçün  isə  patent  aluıdı.  Yuxarıda 

dediyim kimi, bütün bunları isə mister Dai'si öz üzərinə 

götürdü.  Yalnız  onun  günahı,  hərəkətsizliyi  və  kifayət 

qədər uzaqgörən olmaması  üzündən Uikhemin xasiyyəti 

yanlış ziyada görünüb və o, ümumi diqqət və rəğbətdən 

istifadə  edə  bilib.  Ola  bilər,  bui'ada  həqiqət  payı  olsun. 

Fəqət gözəl mühakimələrə baxmayai'aq, sən mənim əziz 

Lizzim,  tamamilə  əmin  ola  bilərsən  ki,  dayın  mister 

Darsinin  bu  məsələdə  xüsusilə  maraqlı  olduğuna  əmin 

olmasaydı,  heç  vəchlə  onunla  razılaşmazdı.  Bütün 

məsələlər həll olunduqda mister Dai'si hələ də Pemberlidə 

qalan  dostlarının  yanma  qayıtdı.  Ancaq  bu  zaman  şərt 

kəsildi  ki,  o,  nikah  günü  pul  məsələləri  ilə  birdəfəlik 

qurtarmaq üçün yenidən Londona 

gələcək.  Düşünürəm  ki,  indi  mən  hər  şeyi  büsbütün 

danışdım. Məktubundan belə anladını ki, bu məlumat səni 

möhkəm təəccübləndirməlidir. Ümid edirəm ki, hər halda, 

o, səndə narazılıq doğulmayacaq. Lidiya bizə yerləşmişdi 

və  Uikhem  evimizə  daimi  giriş  əldə  etmişdi.  O,  eynilə 

mənim onu Harlfördşirdə gördüyüm kimi idi. Ancaq mən 

ötən  çərşənbə  günü  Ceynin  yazdığı  məktubda  Lidiyanm 

özünü Lonqboi'iıda eynilə bizdə olduğu kimi aparmasını 

öyrənməsəydim,  onun  bizdə  olarkən  yol  verdiyi 

davranışdan  öz  narazılığımı  heç  vəclılə  sənə 

danışmazdım. Ona görə də mənim verdiyim xəbər sənin 

downloaded from KitabYurdu.org



429 

 

üçün  yeni  ağrı-acı  olmayacaq.  Mən  onunla  dəfələrlə 



söhbət  etdim,  ən  ciddi  şəkildə  ona  davranışının 

ləyaqətsizliyini və öz ailəsinə pislik etdiyini izah etməyə 

çalışdım. 

O,  yenə  də  nəsə  əxz  etmiş  olsaydı,  mən  çox  şad 

olardım,  çünki  o,  açıqaşkar  mənim  sözlərimə  qulaq 

asmamağa  çalışırdı.  Hərdən  mən  özümdən  çıxırdım. 

Ancaq  o  zaman  mən  sevimli  Elizabet  və  Ceynimi 

xatırlayırdım  və  onların  xatirinə  səbrimi  toplamağa 

çalışırdım. Mister Dai'si düz təyin olunmuş vaxtda gəldi 

və Lidiyanm dediyindən sənə məlum olduğu kimi, 

kilsə  mərasimində  iştirak  etdi.  Ertəsi  gün  o  bizdə  nahar 

etdi və Londonu ya həftənin üçüncü, ya da dördüncü günü 

yenidən  tərk  etməliydi.  Ümidvaram  ki,  əziz  Lizzi, 

fürsətdən  istifadə  edərək,  onun  mənə  nə  qədər  xoş 

gəldiyini etiraf etsəm (indiyə qədər bunu etməyə heç cür 

qərar  verə  bilməzdim),  sən  çox  da  hirslənməzsən.  Onun 

bizimlə  davranışı  bütün  münasibətlərdə  Debrişirdə 

qaldığımız vaxt olduğu kimi mehriban idi. Onun baxışları 

və sağlam düşüncəsi mənə qüsursuz görünür. Onun nəyisə 

çatışmırsa, bu, xasiyyətindəki müəyyən canlılıq ola bilər, 

bunu da uğurlu seçim edəcəyi şərti ilə ömür yoldaşı onda 

tərbiyə edə bilərdi. O mənə qapalı adam kimi göründü - 

çətin  ki,  bir  dəfə  də  olsun  sənin  adını  çəkdi.  Ancaq 

qapalılıq indi qəbul olunur axı. Allah xatirinə, mənim, ola 

bilər ki, vaxtından tez eyhamlarımı bağışla. Ən azı mənə 

o qədər əsəbiləşmə ki, gələcəkdə P. — də qapını üzümə 

bağlayasan. Mən oi'ada bütün pai'ka başdan-ayağa tamaşa 

downloaded from KitabYurdu.org



430 

 

etməsəm,  özümü  tanı  xoşbəxt  hiss  edə  bilmərəm. 



Düşünürəm  ki,  bundan  ötrü  bir  cüt  yaxşı  poninin 

qoşulduğu yastı fayton işə əla 

yarayardı. Ancaq mən daha yaza bilmirəm - artıq yarını 

saat qabaq uşaqlarla məşğul olmağım lazun idi. 

Səmimi qəlbdən sənə sadiq 

M.Qardiner” 

Məktubun  məzmunu  Elizabetin  qəlbində  bütöv  bir 

fərəhli və əzablı yaşantılar fırtınası doğurdu - hətta onların 

hansının  üstün  olduğunu  müəyyənləşdirmək  çətin  idi. 

Darsinin  onun  bacısının  nikahının  hazırlanmasında 

rolunun aydın olmamasından doğan, onun hətta üzərində 

düşünməyə  cəsarət  etmədiyi  əvvəlki  qarmaqanşıq  və 

qeyrimüəyyən  təxminlər  ən  dolğun  şəkildə  təsdiqləndi! 

Bu təxminlər qeyri-adi alicənablığın təzahürü idi və eyni 

zamanda  onun  üzərinə  ciddi  öhdəliklər  qoyurdu.  O, 

Londona  onlan  axtarmağa  bilərəkdən  hər  cür 

xoşagəlməzliklərə  və  bu  cür  axtarışla  bağlı  alçalmalara 

hazır  olaraq  getmişdi!  Özünü  ikrah  etdiyi  və  nifrət 

duyduğu  qadının  qarşısında  minnətçi  roluna  qədər 

endirmişdi!  Həmişə  uzaq  gəzdiyi,  hətta  adının 

çəkilməsinin belə onu özündən çıxardığı adamı görməyə 

(özü də bir neçə dəfə), onu dilə tutmağa, nəhayət, pulla ələ 

almağa məcbur olmuşdu! Və bütün bunlar 

onun hörmət etmədiyi, qiymətləndirmədiyi qızcığaza görə 

edilmişdi?  Ürəyi  Elizabetə  pıçıldayırdı  ki,  Darsi  onun 

xətrinə  belə  hərəkət  edib.  Ancaq  o  özünün  bütün 

təkəbbürü ilə yanaşı, bir dəfə rədd cavabı verdiyi Darsinin 

downloaded from KitabYurdu.org



431 

 

ona bağlılığına, hətta Darsi təkcə Uikhemlə qohum olmaq 



zərurəti barədə düşüncənin onda yaratdığı təbii nifrəti dəf 

etməyə  müyəssər  olsaydı  da,  ümid  edə  bilməyəcəyini 

düşünəndə,  bu  cür  ehtimallar  dərhal  ona  əsassız 

görünürdü.  Uikhemin  bacanağı!  Hər  cür  qürur  hissi  bu 

sayaq qohumluğa qarşı üsyan etməliydi. Əlbəttə ki, o, çox 

şey edib. Bu qədərini hətta təsəvvür etmək belə onun üçün 

utandıncı idi. Ancaq o, axı bu işə qarışmasına inanılması 

rahatca  mümkün  olan  izahat  təklif  edib.  Onun  günah 

duyğusu hiss etməsi xeyli dərəcədə məntiqli görünürdü. 

O, səxavətli və bu keyfiyyətini göstərmək imkamndaydı. 

O,  Darsinin  ona  əvvəlki  meylini  onun  başlıca  səbəbi 

hesab  edə  bilməsə  də,  bu  duyğunun  qalıqları  hər  halda, 

qızın qəlb sakitliyinin bu qədər asılı olduğu məsələdə səy 

göstərməsinə  yardımçı  olmuşdu.  Heç  vaxt  ödəməyin 

mümkün  olmayacağı  bu  insana  onların  nə  qədər  borclu 

olduğunu dərk etmək necə də ağrılı idi. Lidiyanm 

özünün, adının və namusunun xilası - hamısı onun əl işi 

idi. İndi Elizabet bu insan barədə pis düşüncələrinə, ona 

müraciətlə ifadə etdiyi hər bir cəsarətli cümləyə görə çox 

acı-acı peşmançılıq çəkirdi. O özünü alçalmış hiss edirdi. 

Ancaq  ona  görə  qürur  duyurdu,  fəxr  edirdi  ki,  Darsi 

alicənablığın və nəcibliyin təzahüründə özünü üstələyib. 

Elizabet  missis  Qardinerin  məktubda  onun  barəsində 

yazdığı  qənaətləri  təkrar-  təkrar  oxuyurdu.  Çətin  ki,  o, 

kamil idi, amma Elizabet üçün gerçəkdən də əziz idi. O, 

hətta  Qardinerlərin  onun  mister  Darsi  ilə  etimad  və 

qarşılıqlı  istəklə  bağlı  olduqlarına  əminlikləri  barədə 

downloaded from KitabYurdu.org



432 

 

düşünərkən  təəssüf  qarışığı  olan  müəyyən  fərəh  hissi 



keçirdi. 

Addım səsləri onu fikirdən ayrılmağa və oturacaqdan 

qalxmağa  vadar  etdi.  Qonşu  xiyabanın  dərinliyinə 

varmamış Uikhem ona çatdı. 

— Bacım,  qorxuram  ki,  mən  sizin  tək-tənha 

gəzintinizi bivaxt kəsdim, — o, yaxınlaşa-yaxınlaşa dedi. 

— Siz  gerçəkdən  də  onu  yarımçıq  kəsdiniz,  — 

Elizabet gülə- gülə cavab verdi. — Amma budan heç də o 

çıxmır ki, bu, bivaxt 

baş verdi. 

— Əgər elə olsaydı,  bu məni  çox məyus edərdi.  Biz 

axı  həmişə  mehriban  dostlar  idik,  indi  isə  daha  yaxşı 

olmuşuq, elə deyilmi? 

— 

Bəli, əlbəttə. Daha kimsə gəzməyə çıxıbmı? 



— Bilmirəm, Lidiya anası ilə Meritona getdi. Beləcə, 

bacı, dayı və xalanın sözlərindən belə anladım ki, siz hər 

halda Pemberlini ziyarət etmisiniz. 

Qız təsdiqləyiri cavab verdi. 

— Mən, demək olar, sizə qibtə edirəm. Yəqin ki, bu, 

yenə  də  mənim  üçün  çox  ağır  olardı,  əks  təqdirdə  mən 

Nyukasla gedərkən ora gedə bilərdim. Siz, yəqin ki, qoca 

evdar  xanımı  gördünüz?  Yazıq  Reynolds,  o  məni  çox 

sevirdi! Əlbəttə, o mənim haqqımda sizə heç nə demədi. 

— 

Ah, yox, bəzi şeylər deyildi. 



— 

Məhz nə deyildi ki? 

— Deyildi ki, siz orduya daxil olmusunuz və deyəsən, 

orada  özünüzü  o  qədər  də  yaxşı  göstərməmisiniz.  Uzaq 

downloaded from KitabYurdu.org


433 

 

məsafədən, bilirsiniz, çox şey təhrif oluna bilir. 



— Doğrudan da, — o, dodağını gəmirərək dilləndi. 

Elizabet  ümid  edirdi  ki,  o,  Uikhemi  susmağa  vadar 

etməyə 

müyəssər oldu. Fəqət tezliklə o yenidən danışdı: 



— Bu  yaxınlarda  Darsini  Londonda  görəndə 

heyrətləndim.  Biz  onunla  bir  neçə  dəfə  görüşdük. 

Maraqlıdır, o, orada nə işlə məşğuldur? 

— Bəlkə o, miss de Börlə toya hazırlaşır? — Elizabet 

soruşdu. — İlin belə bir vaxtında onu şəhərə yalnız nəsə 

sıradan olmayan şey gətirə bilər. 

— Şübhəsiz.  Lemtonda  olduğunuz  vaxt  onu  görmək 

sizə  nəsib  oldumu?  Qardinerlərin  sözlərindən  mənə  elə 

göründü ki, siz görüşmüsünüz. 

— Bəli. O bizi öz bacısı ilə də tanış etdi. 

— O sizin xoşunuza gəldi? 

— Əlbəttə, hətta çox. 

— Əslində  mən  də  eşitmişəm  ki,  iki  ildə  o,  xeyli 

yaxşılaşıb. Mən onu axırıncı dəfə gördüyüm zaman böyük 

ümidlər vəd etmirdi. Şadam ki, o, ürəyinizə yatıb. Ümid 

etmək istərdim ki, indən belə də onun hər işi yaxşı olacaq. 

— Mən buna tam əminəm. Axı onun üçün ən təhlükəli 

illər arxada qalıb, elə deyilmi? 

— 

Siz Kimton kəndindən keçdiniz? 



— 

Belə bir ad yadıma gəlmir. 

— Mən o kənd barədə ona görə soruşdum ki, mənim 

ümid bəslədiyim kilsə məhz orada idi. Ecazkar məkandır! 

Əla keşiş evi var! Bu saat o mənə çox yarayardı. 

downloaded from KitabYurdu.org



434 

 

— 



Siz moizələr oxumağa başlayardınız? 

— Oo, böyük zövqlə! Onlar mənim mövcudluğumun 

bir hissəsi olardı; alışandan sonra mən onlann öhdəsindən 

asan gələrdim.  Şikayətlənmək  yaxşı  deyil, ancaq hərdən 

yenə  də  düşünürsən  —  bu,  nə  qədər  də  gözəl  olardı! 

Sakitlik və  guşənişinlik — məncə, əsl  xoşbəxtlik budur. 

Təəssüf ki, bu, olmayacaq. Siz Kentdə qonaq olanda Darsi 

sizə bu barədə danışmayıb? 

— Məlumatı  az  olmayan  bir  nəfərdən  eşitmişəm  ki, 

kilsə sizə yalnız şərtlə saxlanılıbmış. Yekun qərar kilsənin 

indiki sahibinin üzərində qalırmış. 

— Hm, bəs belə! Bəli, bu, müəyyən dərəcədə düzdür. 

Hətta  yadıma  gəlir  ki,  biz  ilk  dəfə  danışanda  sizə  bu 

barədə nəsə demişdim. 

— Mən hətta eşitmişəm  ki, ötənlərdə moizə  oxumaq 

sizin  üçün,  sizə  indi  göründüyü  qədər  xoş  məşğuliyyət 

olmayıb.  Bir  də  eşitdiyimə  görə,  o  zaman  siz  kilsədən 

qətiyyətlə və həmişəlik imtina edərək, əvəzində müvafiq 

təzminat almısınız. 

— Ax,  belə?!  Bu  da,  yeri  gəlmişkən,  əsaslardan 

məhrum  deyil.  Siz  xatırlaya  bilərsiniz  ki,  mən  ilk 

tanışlığımız zamanı sizə bu barədə də danışmışam. 

Onlar artıq düz evin girəcəyində idilər, çünki Elizabet 

ondan tezliklə ayrılıb-uzaqlaşmaq üçün tez-tez yeriyirdi. 

Bacısına qıymayaraq və onun xətrinə Uikhemlə qovğaya 

girmək istəməyərək ona yalnız şən gülüşlə cavab verdi: 

— Qulaq  asm,  mister  Uikhem,  biz  sizinlə,  bildiyiniz 

kimi,  artıq  qardaş-bacıyıq.  Keçmişi  xatırlamayaq. 

downloaded from KitabYurdu.org


435 

 

Gələcəkdə,  ümid  edirəm  ki,  biz  hər  şey  barədə  eyni  cür 



mühakimə yürüdəcəyik. 

Əlini  Uikhemə  uzatdı  və  o,  gözlərini  hara 

yayındıracağını bilmədən, tamamilə nəzakətlə onun əlini 

öpdü və onlar evə 

keçdilər. 

XI 


FƏSİL 

Mister Uikhem bu söhbətdən o dərəcədə qane oldu ki, bir 

daha  əziz  baldızını  öz  acı  taleyinə  görə  şikayətlərlə 

narahat  etmək  cəhdi  göstərərək  özünə  əziyyət  vermədi. 

Elizabet də sevincək bir halda əmin oldu ki, onun ağzını 

yummaqdan ötrü zəruri olan hər şey söyləməyə müyəssər 

olub. 

Tezliklə  Uikhemin  və  Lidiyanm  yola  düşəcəyi  gün 



gəlib  yetişdi  və  missis  Bennetin  yaxınlaşan  ayrılıqla 

razılaşmaqdan başqa əlacı qalmadı. Belə görünürdü ki, bu 

hicran bir ildən az çəkməyəcək, çünki onun əri Nyukasla 

səfər etmək barədə eşitmək belə istəmirdi. 

— Lidiya, mənim əzizim, — o səsləndi, — nə zaman 

bizə yenidən görüşmək nəsib olacaq! 

— İlahi,  mən  haradan  bilim?  Ola  bilər,  iki,  hətta  üç 

ildən tez olmayacaq. 

— 

Mümkün qədər tez-tez məktub yaz, sevimli qızım. 



— Bacardığım  qədər.  Bilirsiniz  ki,  ərli  qadınların 

məktub  yazmaq  üçün  az  vaxtları  qalır.  Qoy  bacılarım 

mənə  daha  çox  yazsınlar.  Axı  onların  elə  bir  iş-gücü 

yoxdur. 


Mister  Uikhem  qohumları  ilə  ürəkdən  vidalaşdı.  O 

downloaded from KitabYurdu.org



436 

 

gülümsədi,  hamını  valeh  etdi  və  xeyli  xoş  sözlər  dilə 



gətirdi. 

— 

Bu  mənim  öz  dövrümdə  gördüyüm  ən  yaxşı 



oğlandır, 

— onlar  gedincə  mister  Bennet  qeyd  etdi,  —  İrişir, 

hırıldayır  və  hamıyla  məzələnir!  Mən  onunla  qeyri-adi 

dərəcədə qürur duyuram. Düşünürəm ki, hətta ser Uilyam 

Likasm  özü  belə  bundan  ləyaqətli  kürəkənlə  qohumlaşa 

bilməzdi. 

Qızının gedişi missis Benneti bir neçə günlük öz adi 

tövründən sapdırdı. 

— Tez-tez ağlıma gəlir ki, dünyada doğma adamınla 

ayrılıqdan  pis  şey  yoxdur,  —  o  deyirdi.  —  O,  artıq 

yanında olmayanda çox boşluq olur. 

— 

Bax, qızın ərə getməyi belə şeylərə gətirib çıxarır, 



xanım, 

— Elizabet  qeyd  etdi.  —  Sizin  qalan  qızlarınız  qız 

qansalar, bunda daha böyük məmnuniyyət tapmalısınız. 

— Elə şey yoxdur! Lidiya bu saat bizi ərə getdiyi üçün 

tərk etmədi, yalnız ona görə tərk etdi ki, Uikhemin alayı, 

Allah  bilir,  nə  qədər  uzaqda  yerləşir.  O  yaxında 

yerləşsəydi, Lidiya belə tez getməzdi. 

Ancaq bu hadisənin missis Benneti saldığı çarəsizlik 

ovqatı yavaşyavaş öz kəskinliyini itirdi və o bu yaxınlarda 

yayılmış  bir  xəbərin  sayəsində  yeni  ümidlər  bəsləməyə 

başladı. Nezerfildin təsərrüfat işlərinə baxan qadın evi bir-

iki  günə  bu  yerlərdə  bir  neçə  həftəliyə  ov  etmək  üçün 

gələsi  sahibin  gəlişinə  hazırlamaq  sərəncamı  almışdı. 

downloaded from KitabYurdu.org



437 

 

Missis Bennet son dərəcə əndişələnmişdi. O, hey Ceynə 



baxır, gülür və başını bulayırdı. 

— Belə-belə  işlər,  bacıcığım,  —  xəbəri  ona  missis 

Filips  vermişdi,  —  demək,  mister  Binqli  hər  halda 

qayıdır?  Olsun,  lap  yaxşı.  Hərçənd  bunun  mənə  isti-

soyuğu azdır. Bildiyin kimi, axı o bizim üçün heç kimdir 

və  mən  heç  də  onu  yenidən  görmək  istəyində  deyiləm. 

Hər  halda,  o,  Nezerfildə  qayıtmaq  fikrindədirsə,  onun 

orada görünməsi tərifəlayiq işdir. Kim bilir, nə ola bilər? 

Amma bunun bizə dəxli yoxdur, biz ki heç vaxt bu 

barədə xatırlamamaq barədə şərtləşmişik. Sən əminsən ki, 

o gəlir? 

— Mənə  güvənə  bilərsən,  —  bacısı  cavab  verdi.  — 

Missis  Nikols  dünən  axşam  Meritonda  idi.  Mən  onun 

yaxınlıqdan keçdiyini görən kimi dərhal qaçıb çatdım ki, 

hər  şey  öyrənim.  O  özü  deyir  ki,  bütün  bunlar  tərtəmiz, 

doğru  söhbətdir.  O,  həftənin  dördüncü  günündən  gec 

olmadan,  hətta  ola  bilər  ki,  üçüncü  gün  gəlir.  Missis 

Nikolsun sözlərinə görə, o, üçüncü günə ət sifariş etmək 

üçün qəssaba gedib. Xoşbəxtlikdən, onda vaxtında kəsib 

mətbəxə göndərmək üçün üç cüt ördək tapılıb. 

Binqlinin  gəlişi  barədə  xəbər  miss  Bennetin  üzünün 

rəngini  qızartmaya  bilməzdi.  Artıq  onun  Elizabetlə 

söhbətdə  Binqlinin  adını  axırıncı  dəfə  çəkdiyi  vaxtdan 

çox aylar keçmişdi. Ancaq indi onlar ikilikdə qalan kimi 

Ceyn dedi: 

— Mən  fərq  etdim  ki,  xalam  bizə  axırıncı  xəbəri 

verəndə  sən  mənə  necə  baxdın.  Yəqin  ki,  mən  kefi 

downloaded from KitabYurdu.org



438 

 

pozulmuş kimi göründüm. Ancaq sən, lütfən hesab eləmə 



ki, bu, hansısa səfehliklə bağlı idi. Sadəcə, mən hamının 

mənə  diqqət  verəcəyini  başa  düşərək  bir  dəqiqəliyə 

utandım. Bu xəbər 

mənim  qəlbimdə  nə  ağn-acı,  nə  də  sevinc  doğurdu. 

Xoşdur  ki,  o,  tək  gəlir  —  bunun  sayəsində  biz,  demək 

olar,  görüşməyəcəyik.  Mən  heç  də  özümə  görə  narahat 

deyiləm, amma hər cür eyhamlardan qorxuram. 

Elizabet  nə  düşünəcəyini  bilmirdi.  Binqli  ilə 

Derbişirdə  görüşmüş  olmasaydı,  hesab  edərdi  ki,  o, 

ictimaiyyət  üçün  elan  edilmiş  məqsədindən  ötrü  gəlir. 

Ancaq qıza elə gəlirdi ki, Binqli Ceyni əvvəlki kimi sevir. 

Və  o,  təxminlərin  içində  itib-batırdı,  bilmirdi  ki,  Binqli 

dostunun  icazəsi  ilə  gəlir,  yoxsa  öz  iradəsi  ilə  hərəkət 

etməyə cürət göstərib. 

“Hər  halda  bütün  bunlar  dəhşətlidir,  -  o,  hərdən 

düşünürdü. - Bədbəxt adam qanuni şəkildə kirayələnmiş 

evdə  belə  şayiələr  doğurmadan  məskunlaşmağa  cəsarət 

edə bilməz. Mənə qalsa, qoy ağlı kəsdiyi kimi yaşasın”. 

Ceyn  Binqlinin  gəlişi  barədə  xəbərin  onu  bir  misqal 

belə  narahat  etmədiyini  desə  də  və  hətta  buna  özü  belə 

inansa  da,  Elizabet  yenə  də  onun  həyəcanını  açıq-aydın 

fərq edirdi. Qızın hər bir hərəkətində adi vaxtda ona xas 

olmayan sinirlilik, həyəcan görünürdü. 

Təxminən bir il əvvəl qızğın ailə müzakirəsinə məruz 

qalmış  mövzu  yenidən  valideynlər  arasında  söhbət 

predmetinə çevrilmişdi. 

— Mənim əzizim, mister Binqli gələn kimi, — missis 

downloaded from KitabYurdu.org



439 

 

Bennet  dedi,  — əlbəttə  ki,  sizə  onu ziyarət  etmək lazım 



gələcək! 

— Xeyr, təşəkkür edirəm. Ötən il siz buna görə onun 

qızımızla  evlənəcəyini  vəd  edərək  məni  inandırdınız. 

Ancaq  gördüyünüz  kimi,  hər  şey  puça  çıxdı.  Mən  bu 

qarmağa bir də düşmərəm. 

Arvad  ona  izah  etməyə  çalışdı  ki,  mister  Binqlinin 

gəlişi  ilə  əlaqədar  bütün  qonşular  ona  lazımi  şəkildə 

diqqət yetirməlidirlər. 

— 

Etiket qaydalarına nifrət edirəm! — ər etiraz etdi. 



—  Mister  Binqlinin  bizimlə  bir  arada  olmağa  ehtiyacı 

varsa,  qoy  görüşmək  üçün  özü  zəhmət  çəksin.  O  bizim 

harada  yaşadığımızı  bilir.  Qonşuların  hər  gəlişi  və  ya 

gedişi halında onlara qaçmağa sərf etməyə ayırdığım vaxt 

mənim üçün həddən artıq qiymətlidir. 

— Yaxşı, başa düşdüyüm qədər, siz bağışlanmayacaq 

halda qaba hərəkət  edirsiniz. Ancaq  yenə də  bu,  heç bir 

halda  onu  bizə  nahara  dəvət  etməyimə  mane  olmur.  Bu 

günlərdə  Qoldinqlər  və  missis  Lonq  bizdə  nahar 

edəcəklər.  Bizimlə  birlikdə  masa  arxasında  on  üç  nəfər 

olacaq — məhz onun üçün bir yer qalacaq. 

Qəbul edilən plan ona ərinin çatışmayan nəzakətliliyi 

ilə  barışmaqda  kömək  etdi.  Yenə  də  ərinin  imtinası 

üzündən  qonşuların  mister  Binqli  ilə  onlardan  əvvəl 

görüşəcəklərini dərk etmək ağır idi. 

— Mən, 


ümumiyyətlə, 

onun 


qayıdışından 

təəssüflənməyə  başlayıram,  —  Ceyn  bacısına  dedi.  — 

Onun  dönüşü  mənə  toxunmaya  da  bilərdi,  —  axı  mən 

downloaded from KitabYurdu.org



440 

 

doğrudan da onunla heç nə olmamış kimi görüşə bilərəm. 



Ancaq  bununla  bağlı  tükənməyən  söhbətlərə  dözə 

bilmərəm.  Bizim  anamızın  çox  xeyirxah  niyyətləri  var. 

Lakin o təsəvvür etmir (bunu heç kəs təsəvvür etməz) ki, 

sözləri  məni  necə  incidir.  O,  yenidən  gedəndə  mən  çox 

məsud olacağam. 

—  Mən  sənə  təsəlli  vermək  istərdim,  —  Elizabet 

cavab  verdi.  —  Ancaq  bacarmıram.  Başa  düş,  əzizim. 

Mən  hətta  sənə  adətən  belə  vəziyyətlərdə  tövsiyə  edilən 

səbirli  olmağı  belə  arzu  edə  bilmirəm  —  sən  çox 

dözmüsən. 

Mister  Binqli  gəldi.  Missis  Bennet  qulluqçuların 

köməyi  ilə  bu  barədə  ləngimədən  xəbər  tutdu  və  bunun 

sayəsində  mümkün  həyəcan  və  narahatlıqların  bir  saatı 

belə  əldən  qaçırılmadı.  O,  Binqlini  daha  əvvəl  görməyə 

ümid  etməyərək,  onu  neçə  gündən  sonra  planlaşdırılmış 

nahara  çağırmağın  layiqincə  olacağını  hesabladı.  Ancaq 

Binqlinin  Hartfördşirə  gəldiyinin  üçüncü  səhəri  missis 

Bennet  yataq  otağının  pəncərəsindən  onun  evə  bitişik 

çəmənliklə  atla  gəldiyini  və  evin  artırmasına  doğru 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin