Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   31   32   33   34   35   36   37   38   39
26160-ceyn-ostin-querur-v-q-r-z



454 

 

— Sən çox sərt davranırsan, — bacısı cavab verdi. — 



Mənə  gülmək  icazəsi  vermirsən,  bununla  yanaşı,  hər 

dəqiqə bundan ötrü bəhanə verirsən. 

— Başqa vaxt belə etmək heyrətamiz şəkildə çətin olur 

ki, sənə inansınlar. 

— Bəzən tamamən mümkünsüz olur. 

— Ancaq  özümün  də  dərk  etdiyimdən  artıq  hisslər 

keçirdiyimə məni inandırmağın nəyə lazımdır? 

— Bu suala çətin ki, cavab verə bilərəm. Biz hamımız 

başqalarına  öyüd  verməyi  sevirik,  amma  yalnız  onlara 

onu  ötürə  bilirik  ki,  bəlkə  də  bunu  bilməyə  dəyməz. 

Bağışla  məni.  Sən  mister  Binqliyə  qarşı  etinasızlığın 

barədə israr edirsənsə, onda bir daha məni sirdaşın etmə. 

XIII 

FƏSİL 


Ziyafətdən bir neçə gün sonra mister Binqli bu dəfə dostu 

olmadan  yenidən  Lonqbornu  ziyarət  etdi.  Mister  Darsi 

həmin  səhər  Londona  getmişdi,  ancaq  on  gündən  sonra 

yenidən  Nezerfildə  qayıdacaqdı.  Binqli  malikanədə  bir 

saatdan  çox  qaldı  və  bütün  bu  vaxt  ərzində  yüksək 

ovqatda  oldu.  Missis  Bennet  onu  nahara  qalmağa  dəvət 

etdi,  lakin  onun  böyük  təəssüfünə  rəğmən,  başqa  yerdə 

nahar etmək barədə vəd verdiyini deməyə məcbur qaldı. 

— Ümid  edirəm  ki,  siz  növbəti  dəfə  gələndə  bizim 

bəxtimiz daha çox gətirər, — missis Bennet dedi. 

Əgər ona bu saat getmək icazəsi versələr, o, onları bir 

daha  ziyarət  etmək  üçün  ilk  münasib  fürsətdən 

yararlanacaq  və  istənilən  vaxt  bundan  hədsiz  dərəcədə 

xoşbəxt olardı və sair və ilaxır - bu, Binqlinin üzrxahlığı 

downloaded from KitabYurdu.org


455 

 

idi. 



— 

Siz sabah gələ bilərdiniz? 

Bəli,  həmin  gün  o  məşğul  deyil.  Və  dəvət  həvəslə 

qəbul edildi. 

O  gəldi,  özü  də  elə  uğurlu  bir  vaxtda  gəldi  ki, 

xanımlardan  heç  biri  öz  bəzək-düzəyini  başa 

çatdırmamışdı. 

Missis  Bennet  bir  xalatda,  saçının  yarısı  daranmış 

vəziyyətdə qızların otağına qasırğa kimi girdi və qışqırdı: 

— Ceyn,  əzizim, Allah xatirinə, tələs! Və cəld  aşağı 

en. O gəlib! Mister Binqli gəlib! Bəli, bəli, düz sözümdür. 

Tez ol! Sara, gör, nə deyirəm, elə bu dəqiqə miss Bennetlə 

məşğul  ol  və  ona  geyinməyə  kömək  et.  Miss  Lizzinin 

saçının daranması gözləyər. 

— Hazır olan kimi aşağı enəcəyik, — Ceyn dedi. — 

Ancaq düşünürəm ki, Kitti daha əvvəl aşağıda olacaq, — 

o, yarım saat əvvəldən artıq öz otağına qalxıb. 

— Kittinin başı batsın! Bircə o çatmırdı. Aşağı, aşağı, 

cəld ol! Sənin qurşağın hara yox oldu, mənim əzizim? 

Ancaq anası çıxdıqda Ceyn qərara aldı ki, heç vəchlə 

aşağıya bacılarından birinin müşayiəti olmadan enməsin. 

Anasının  onlan  təklikdə  buraxmaq  arzusu  axşam  da 

bu cür möhkəm baş qaldırdı. Çaydan sonra mister Bennet 

həmişə 


olduğu  kimi  kitabxanaya  getdi,  Meri  isə  öz  otağında 

musiqi  ilə  məşğul  olmağa  qalxdı.  İki  maneə  bu  cür 

kənarlaşandan  sonra  missis  Bennet  Eliza  və  Kittiyə 

gözqaş etməyə  girişdi. Onun cəhdləri uzun müddət  fərq 

downloaded from KitabYurdu.org


456 

 

edilməmiş qaldı. Elizabet inadla bu işarələrə heç bir fikir 



vermirdi. Nəhayət, Kitti məsum görkəmlə soruşdu: 

— 

Nə  olub,  ana?  Niyə  göz  vurursan?  Mən  nəsə 



eləməliyəm? 

— 

Heç  nə,  mənim  balam,  heç  nə.  Sadəcə,  sənə  elə 



göründü. 

Bundan sonra o, beş dəqiqə sakit oturdu. Ancaq belə 

əlverişli  imkanı  əldən  buraxmaq  iqtidarında  olmadığı 

üçün  qəflətən  yerindən  sıçradı  və  Kittiyə:  -  Mənimlə 

gedək,  əzizim,  sənə  bir  şey  deməliyəm  -  deyərək  onu 

otaqdan apardı. Ceyn Elizabetə bu kimi hiylələrin ona xoş 

olmadığını  deyən  və  qızın  buna  uymamasmı  yalvaran 

baxışlarla baxdı. 

Bir neçə dəqiqədən sonra missis Bennet qapını açaraq: 

— 

Lizzi,  əzizim,  səninlə  danışmağım  lazımdır,  — 



dedi. 

Onlar qapının arxasına keçən kimi missis Bennet dilləndi: 

— Bilirsən  ki,  biz  sərbəstcə  onlan  ikilikdə  qoya 

bilərik. Kitti ilə mənim yanıma, qarderob otağına gedək. 

Elizabet mübahisə etmədi, ancaq anası ilə Kitti zaldan 

gedənədək  orada  gözlədi,  sonra  yenidən  qonaq  otağına 

qayıtdı. 

Bu  dəfə  missis  Bennetin  hesabları  doğrulmadı. 

Binqlinin  hələlik  Ceynin  nişanlısı  olmadığı  nəzərə 

alınmasa,  onunla  bağlı  hər  şey  möhtəşəm  idi.  Ona  xas 

gülərüzlülük və sərbəstlik onların axşam söhbətinə xeyli 

canlılıq  bəxş  etmişdi.  Onun  missis  Bennetin  zəhlətökən 

qayğıkeşliyinə  dözməsi  və  üzərinə  bəyənməzlik  kölgəsi 

downloaded from KitabYurdu.org



457 

 

düşürmədən bütün yersiz qeydlərini bağışlaması Ceyndə 



xüsusi minnətdarlıq doğururdu. 

Şam  yeməyinə  qalması  üçün  Binqlini,  demək  olar, 

dilə  tutmaq  lazım  gəlmədi.  Evi  tərk  etməsindən  öncə, 

əsasən  onunla  missis  Bennet  arasında  şərt  kəsildi  ki,  o, 

ertəsi  gün səhər mister Bennetlə birlikdə ov etmək üçün 

gələcək. 

Günün sonunda Ceyn daha Binqliyə qarşı heç duyğu 

bəsləmədiyi  üzərində  israr  etmədi.  Bacılar  arasında 

söhbət  zamanı  Binqlinin  adı  çəkilmədi,  ancaq  Elizabet 

belə  bir  xoşbəxt  əminliklə  yatağa  girdi  ki,  mister  Darsi 

müəyyən  olunmuş  müddətdən  tez  Londondan  qayıdıb 

gəlməsə, məsələ sürətlə 

yekunlaşmağa  gedəcək.  Ciddiyyətə  qalsa,  o,  hər  şeyin 

Darsinin razılığı ilə baş verdiyini ehtimal etməyə hazır idi. 

Binqli  düz  şərtləşdikləri  vaxtda  gəldi  və  dünən 

qərarlaşdınldığı  kimi  səhəri  mister  Bennetlə  keçirdi. 

Sonuncu öz ov yoldaşının gözlədiyi ilə müqayisədə xeyli 

xoş  tərəf-  müqabil  olduğunu  göstərdi.  Binqli  axmaq  və 

özündənrazı biri deyildi və bununla da mister Bennetə öz 

sarkazma  meyilliliyini  təmin  etmə  və  ya  ikrahdoğurucu 

susqunluğa qapılmaq səbəbi vermədi. Bunun sayəsində o, 

əvvəlki görüşlərindən fərqli olaraq, daha çox ünsiyyətcil 

və  daha  az  qəribə  idi.  Əlbəttə,  Binqli  mister  Bennetlə 

nahara  qədər  geri  qayıtdı,  axşam  isə  missis  Bennet  onu 

Ceynlə ikilikdə buraxmaqdan ötrü yaradıcılığını yenidən 

işə  saldı.  Məktub  yazmalı  olan  Elizabet  çaydan  dərhal 

sonra  səhər  yeməyi  otağına  çəkildi.  Yerdə  qalanlar  kart 

downloaded from KitabYurdu.org



458 

 

oynamaq  üçün  toplaşdılar  və  Elizabet  hesab  etdi  ki,  bu 



zaman  anasının  tələlərinə  qarşı  hərəkət  etməyə  zərurət 

yoxdur. 


Fəqət  məktub  yazıldıqdan  sonra  qonaq  otağına 

qayıdan  Elizabet  öz  heyrətinə  rəğmən  aşkar  etdi  ki,  bu 

hiylələrlə 

mübarizədə  ifrat  özünəəminlikdən  qaçmaq  lazım  imiş. 

Otağın  qapısını  açarkən  o,  mister  Binqli  və  Ceyni 

buxarının qarşısında duran və dərin söhbətə dalmış yerdə 

gördü.  Bu  hal  özlüyündə  şübhə  doğura  bilməzdisə  də, 

lakin  onların  həmin  tələsik  geri  dönərkən  üzlərində 

yaranan  ifadə  otaqda  baş  verənlərə  dair  şübhə  yeri 

qoymurdu.  Onların  vəziyyəti  kifayət  qədər  naqolay  idi. 

Ancaq Elizabetin özünün durumu daha həssas görünürdü. 

Heç  kim  bir  kəlmə  söz  demədi  və  Elizabet  artıq  geri 

dönmək fikrinə gələrkən az əvvəl divanda oturmuş mister 

Binqli  birdən  ayağa  sıçradı  və  onun  bacısına  nəsə 

pıçıldayaraq otaqdan çıxdı. 

Ceyn 


səmimiyyətlə 

müşayiət  olunan  sevinc 

yaşantıları  hallarında  Elizabetdən  heç  nəyi  gizlədə 

bilmirdi.  O,  olduqca  həyəcanlanmış  halda  Elizabetin 

boynuna  sarıldı  və  özünü  yer  üzündə  ən  xoşbəxt  varlıq 

saydığını etiraf etdi. 

— Bu mənim üçün həddən artıq böyük səadətdir! — 

Ceyn əlavə etdi. — Həqiqətən, çox böyük. Mən belə bir 

şeyi haqq saymıram. Nə üçün başqaları belə xoşbəxt ola 

bilmirlər?! 

Elizabetin ona söylədiyi təbriklər elə hərarətli, səmimi 

downloaded from KitabYurdu.org



459 

 

və  riqqətli  oldu  ki,  onu  sözlə  ifadə  etmək,  çətin  ki, 



mümkün olar. 

Onun hər bir cümləsi ürəkdən gəlirdi və Ceyn üçün yeni 

xoşbəxtlik  qaynağı  idi.  Ancaq  Ceyn  həmin  dəqiqədəki 

yaşantılarının  hamısını  ona  söyləmək  üçün  Elizabetlə 

uzun müddət birlikdə qalmağı özünə rəva görə bilmədi. 

— Bu  saat  anamın  yanma  qalxmaq  lazımdır,  —  o 

səsləndi.  —  Bir  dəqiqə  də  unutmaq  olmaz  ki,  o  mənim 

qayğıma necə qalırdı. İstəməzdim ki, o bu barədə başqa 

bir  kimsədən  eşitsin.  O,  artıq  atamın  yanma  getdi.  Ah, 

Lizzi,  bir  düşün  ki,  mənim  sözlərim  ailəmizə  nə  qədər 

sevinc  bəxş  edəcək!  Bu  qədər  xoşbəxtliyi  necə 

yaşayacağam?! 

O bundan bir az əvvəl qəsdən kart oyununu yanmçıq 

dayandıraraq  hazırda  yuxanda  Kitti  ilə  oturan  anasının 

yanma cumdu. 

Təklikdə  qalan  Elizabet  neçə  aydan  bəri  onları 

həyəcanlandıran  və  incidən  bütün  çətinliklərin,  nəhayət, 

sadə və asanca həll olunduğunu düşünərək güldü. 

— Beləcə,  gör,  onun  bacılarının  fitnə  və  hiylələri, 

dostunun ehtiyatlılığı və tədbirliliyi nəyə gətirib çıxardı! 

Ən xoşbəxt, ən müdrik və ən təbii bir sonluğa! 

Bir neçə dəqiqədən sonra Binqli qayıtdı, onun mister 

Bennetlə qısa söhbəti tam uğurla nəticələnmişdi. 

— Miss Bennet haradadır ki? — o, qonaq otağına daxil 

ola- ola soruşdu. 

— O, yuxarıda, anamın yanındadır. Yəqin ki, tezliklə 

qayıdacaq. 

downloaded from KitabYurdu.org



460 

 

Qapını  arxasınca  bağlayaraq  Elizabetə  yaxınlaşan 



Binqli  ondan  onlara  xoşbəxtlik  arzulamağı  və  bacılıq 

mehri  bağışlamağı  xahiş  etdi.  Elizabet  ürəkdən  gələn 

səmimiyyətlə  ona  qonşu  olacaqları  münasibəti  ilə  öz 

sevincini  izhar  etdi  və  onlar  hərarətlə  bir-birinin  əlini 

sıxdılar.  Bundan  sonra,  düz  Ceynin  gəlişinə  qədər 

Elizabet  Binqlinin  öz  xoşbəxtliyi  və  onun  bacısının 

məziyyətləri  barədə  deməyi  zəruri  saydığı  fikirlərin 

hamısını dinləməli oldu. Bu, sevən gəncin sözləri olsa da

Elizabet inanmağa hazır idi ki, onun arzulan çin olacaq və 

onlar Ceynin sağlam düşüncəsi və ecazkar xasiyyəti hər 

ikisinin  zövq  və  duyğularının  ümumiliyi  olan  xoşbəxt 

həyat yaşayacaqlar. 

Həmin axşam hamı qeyri-adi dərəcədə fərəhli ovqatda 

idi. Məmnunluq və arxayınlıq hissi Ceynin çöhrəsinə elə 

bir xoş canlılıq vermişdi ki, o, həmişə olduğundan daha 

da  gözəl  görünürdü.  Kitti  tezliklə  onun  növbəsinin  də 

gəlməsini  arzulaya-arzulaya  irişir,  gülümsəyirdi.  Missis 

Bennet  bu nikaha razılığını  ifadə edərək və bəyəndiyini 

bildirərək, hisslərini sözlərlə çatdırmağa qadir olmadığını 

deyirdi,  hərçənd  yanm  saat  idi  ki,  Binqli  ilə  məhz  bu 

barədə  danışırdı.  Mister  Bennet  şam  yeməyi  zamanı 

hamıya  qoşulanda  onun  görkəmi  və  davranışı  baş 

verənlərdən  nə  qədər  məmnun  qaldığına  dəlalət  edirdi. 

Ancaq qonağın getməsinə qədər bu barədə bir kəlmə də 

olsun, dilə gətirmədi. Yalnız gecənin gəlişi ilə Binqli çıxıb 

gedərkən ata qızma tərəf dönərək dedi: 

— 

Təbrik edirəm, Ceyn. Sən xoşbəxt olacaqsan. 



downloaded from KitabYurdu.org

461 

 

Ceyn  onun  yanma  qaçaraq  üzündən  öpdü  və 



xeyirxahlığına görə atasına minnətdarlıq etdi. 

— Sən yaxşı qızsan, — o dedi, — məni sevindirir ki, 

sənin  həyatın  yaxşı  qurulur.  Şübhə  etmirəm  ki,  bir-

birinizə  əla  yaraşırsınız.  Sizdə  xeyli  ümumilik  var.  Siz 

ikiniz də güzəştə elə 

meyillisiniz  ki,  aranızda  ixtilaf  baş  qaldıra  bilməz;  elə 

sadəlövhsünüz  ki,  istənilən  qulluqçu  sizi  barmağına 

dolaya  bilər;  elə  səxavətlisiniz  ki,  gəliriniz  sizə  həmişə 

çatmayacaq. 

— Ümid edirəm ki, bu olmayacaq. Pul məsələlərində 

mən  tərəfdən  ağılsızlıq  və  yüngülməcazlığa  yol  vermək 

bağışlanmaz olardı. 

— Gəlirləri çatmayacaq? Yox, əziz mister Bennet, — 

arvadı səsləndi, — siz nədən danışırsınız? O ki ildə dörd 

və ya beş min, ola bilər, hətta daha çox gəlir əldə edir! — 

Qızma  tərəf  dönərək  davam  etdi:  —  Ceyn,  əzizim, 

sevimlim!  Mən,  sadəcə,  riqqətə  gəlmişəm!  İlahi,  məni 

yuxusuz  gecə  gözləyir!  Mən  bilirdim  ki,  belə  olacaq  — 

məgər hər şey başqa cür ola bilərdi? Sən  əbəs  yerə belə 

gözəl  deyilsən  ki!  Yadımdadır,  bir  il  əvvəl  mən  sizi 

Hartfördşirdə birlikdə görəndə dərhal ağlıma gəldi: budur 

əsl  cütlük!  Bu  mənim  rastlaşmış  olduğum  ən  füsunkar 

gəncdir! 

Uikhem,  Lidiya  unudulmuşdu.  Ceyn,  şübhəsiz  ki, 

onun sevimli qızma çevrilmişdi. Bu dəqiqələrdə o, başqa 

heç kəs barədə düşünmürdü. Bu arada kiçik bacılar Ceynə 

gələcək  mümkün  sevinclərin  qaynağı  kimi  baxmağa 

downloaded from KitabYurdu.org



462 

 

başlamışdılar. 



Meri  ondan  Nezerfild  kitabxanasından  istifadə  etmək 

üçün  icazə  istəyirdi,  Kitti  isə  yalvarırdı  ki,  qışda 

Nezerfilddə teztez bal axşamlan təşkil olunsun. 

Həmin vaxtdan sonra, təbii olaraq, Binqli Lonqbornun 

gündəlik  qonağına  çevrildi.  O,  səhər  yeməyindən  əvvəl 

gəlirdi və əgər hansısa mərdimazar, ən ağır cəzaya layiq 

qonşu  ona,  imtina  edə  bilməyəcəyi  nahar  dəvəti 

göndərməyibsə, şam yeməyindən sonra gedirdi. 

Elizabetə artıq Ceynlə tez-tez söhbət etmək müyəssər 

olmurdu,  çünki  Binqlinin  Lonqbornda  olduğu  vaxt  o, 

kiməsə başqa adama vaxt ayıra bilmirdi. Ancaq məcburi 

ayrılıqlar  saatında  başqasıyla  söhbətləşmək  sevgililərin 

hər  ikisi  üçün  faydalı  idi.  Yanında  Ceynin  olmadığı 

vaxtlarda  Binqli  Elizabetlə  onun  bacısı  haqqında 

danışaraq  öz-özünə  zövq  bəxş  edirdi.  Ceyn  isə  Binqli 

olmayanda özünü eyni cür təskinləşdirməyə çalışırdı. 

— Onun ötən yaz mənim Londona gəlişimdən xəbəri 

olmadığını  öyrənəndə  mən  xoşbəxt  oldum,  —  bir  dəfə 

axşam o dedi. — Belə bir fikir ağlıma gəlmirdi. 

— 

Amma mənim ağlıma gəlmişdi, — Elizabet cavab 



verdi. 

— Ancaq onun fikrincə, bu, necə ola bilərdi? 

— Hər  şey  onun  bacılarının  hissləri  ilə  izah  olunur. 

Onlar  onunla  mənim  tanışlığımı  bəyənməyiblər.  Onun 

bütün  münasibətlərdə  necə  asanlıqla  daha  uğurlu  seçim 

etməyi  bacardığını  düşünsək,  burada  təəccüblü  heç  nə 

yoxdur.  Ancaq  onlar  mənimlə  necə  xoşbəxt  olduğunu 

downloaded from KitabYurdu.org



463 

 

görən  kimi  —  əminəm  ki,  gerçəkdən  də  görəcəklər  — 



onun  evliliyi  ilə  banşacaqlar  və  bizim  münasibətimiz 

yenidən  yaxşı  olacaq.  Düzdür,  biz  artıq,  əlbəttə,  bir-

birimiz üçün bir zamanlar olduğumuz kimi olmayacağıq. 

— 

Bu səndən eşitdiyim ən sərt ittihamedici nitqdir



— Elizabet dedi. — Yaxşı qız! Düzü, sənin yenidən miss 

Binqlinin  saxta  mehr-məhəbbətinin  predmeti  olduğunu 

görsəm, mənim üçün utancverici olacaq. 

— Lizzi,  sən  bir  fikirləş  ki,  o,  ötən  il  Londona 

gedəndə,  heç  demə,  artıq  mənə  möhkəm  vurulubmuş. 

Yalnız  mənim  etinasızlığıma  əminliyi  olmasaymış, 

mütləq qayıdarmış. 

— O, doğrudan da böyük səhv buraxmışdı, ancaq bu 

onun təvazökarlığına şərəf verir. 

Bu, təbii olaraq, Ceynin Binqlinin nəzakətliliyi və öz 

məziyyətlərini  lazımınca  qiymətləndirməməsi  xasiyyəti 

barədə bütöv bir mədhiyyə doğurdu. 

Elizabet  Binqlinin  ona  dostunun  müdaxiləsi  barədə 

danışmamasım  öyrəndiyinə  şad  oldu,  çünki  bu,  onun 

möhtəşəm  alicənablığına  və  bacısının  həlimliyinə 

baxmayaraq, yenə də Ceynin Darsiyə münasibətinə kölgə 

sala bilərdi. 

— 

Mən, şübhəsiz ki, yer üzündə ən xoşbəxt xilqətəm! 



— Ceyn səsləndi. — Lizzi, nə üçün bizim ailədə yalnız 

mənim bəxtim  gətirdi? Necə  də  istərdim  ki,  sən də eyni 

şeyi  hiss  edəsən!  Sənin  üçün  də  başqa  bir  belə  adam 

tapılsaydı! 

— Hətta  sən  onlardan  yüzünü  mənə  təklif  etsəydin, 

downloaded from KitabYurdu.org



464 

 

mən  yenə  də  belə  xoşbəxt  ola  bilməzdim.  Nə  qədər  ki 



məndə  sənin  xasiyyətin  və  sənin  xeyirxahlığın  yoxdur, 

sənin  xoşbəxtliyindən  görməyim  mümkün  deyil.  Yox, 

yox,  qoy  mən  öz  yolumla  gedim.  Bəlkə  də  bəxtim  çox 

gətirsə,  zamanla  hələ  qarşıma  ikinci  mister  Kollinz  çıxa 

bilər. 

Lonqbornda baş verən hadisə uzun müddət sirr olaraq 



qalmadı. Missis Bennet bu barədə missis Filipsin qulağına 

pıçıldamağı özünə rəva gördü, o isə hər hansı bir ehtiyat 

tədbirləri  düşünmədən  Meritondakı  bütün  tanışlanna 

danışdı. 

Ləngimədən  Bennetləri  dünyanın  ən  bəxtəvər  ailəsi 

elan etdilər, hərçənd cəmi bir neçə həftə əvvəl, Lidiyanm 

qoşulub qaçmasından dərhal sonra onların bədnam olmuş 

soyadlan tanışların hamısının siyahısından silinmişdi. 

XIV 

FƏSİL 


Ceynin nişanlanmasmdan bir həftə sonra bir dəfə səhər-

səhər  mister  Binqli  və  Bennet  ailəsinin  bütün  xanımları 

səhər yeməyi otağında olduqlan vaxt hamının diqqətinin 

ekipaj  səs-küyü  cəlb  etdi.  Onlar  pəncərədən  baxarkən 

dörd at qoşulmuş karetanın çəmənliyin üzəri ilə gəldiyini 

gördülər. Ziyarət üçün çox erkən idi, üstəlik,  yaxınlaşan 

ekipaj qonşulardan heç birinə məxsus deyildi. Atlar poçt 

atlarıydı,  kareta  və  onu  müşayiət  edən  qulluqçuların 

qiyafətləri isə heç kəsə tanış gəlmirdi. 

Ancaq  aydın  idi ki,  hər  halda kimsə  gəlib və  Binqli 

qonaqlann  qarşılanması  kimi  darıxdırıcı  mərasimdən 

qurtulmaqdan  ötrü  dərhal  Ceyni  gəzintiyə  çıxmaq  üçün 

downloaded from KitabYurdu.org


465 

 

dilə  tutdu.  Cütlük  uzaqlaşdı,  yerdə  qalanların  təşrif 



buyuranların  kimliyinə  dair  əbəs  yerə  təxminlər  dilə 

gətirdiyi vaxt qapı açıldı və ledi Ketrin de Bör otağa girdi. 

Hamı, təbii ki, nəsə qeyri-adi bir şeyin intizarında idi, 

ancaq  onların  gerçəkdə  də  keçirdikləri  heyrət  hissi 

gözləntiləri 

üstələdi.  Missis  Bennet  və  Kitti  onunla  qətiyyən  tanış 

olmasalar da, hətta onlar belə, bu ziyarətə Elizabet qədər 

möhkəm təəccüblənmədilər. 

Ledi  Ketrin  həmişə  olduğundan  daha  laübali 

görkəmlə,  Elizabetin  salamlamasına  başını  yüngülcə 

tərpətməkdən başqa heç nə ilə cavab vermədən və heç nə 

demədən kresloda əyləşdi. Ledi Ketrin təqdim olunmasını 

xahiş etməsə də, Elizabet anasına zati alilərinin adını dedi. 

Missis  Bennet  bu  qədər  yüksək  mənsəbli  xanımın 

ziyarətindən  olduqca  qürurlanmış  halda,  onunla  son 

dərəcə nəzakətli olmağa çalışırdı. Bir müddət sükut içində 

oturduqdan  sonra  ledi  Ketrin  Elizabetdən  quru-quru 

soruşdu: 

— Ümidvaram  ki,  miss  Bennet,  sizdə  hər  şey 

qaydasındadır. Bu qadın, güman edirəm, sizin ananızdır? 

Elizabet təsdiqləyiri cavab verdi. 

— 

Bu isə, yəqin ki, bacılarınızdan biridir? 



— Bəli,  xanım,  —  missis  Bennet  ledi  Ketrinlə 

danışmaq  imkanına  sevinərək  müdaxilə  etdi.  —  Bu 

mənim kiçikdən böyük 

qızımdır.  Ən  kiçik  qızım  bu  günlərdə  ərə  gedib.  Böyük 

qızım isə haradasa bağda tezliklə ailəmizin üzvü olacaq 

downloaded from KitabYurdu.org



466 

 

gənclə dolaşır. 



— Sizin  bağınız  çox  kiçikdir,  —  qısa  susqunluqdan 

sonra ledi Ketrin dedi. 

— Qeyd  etməyə  cürət  göstərirəm  ki,  miledi,  onu, 

əlbəttə, Rozinqslə  müqayisə  etmək  mümkün  deyilsə  də, 

hər halda ser Uilyams Lukasm bağından xeyli böyükdür. 

— Bu  otaqda  yay  axşamlarını  keçirmək  olmaz. 

Pəncərələri qərbə açılır. 

Missis  Bennet  onu  əmin  etdi  ki,  nahardan  sonra  bu 

otaqdan istifadə olunmur. Sonra o dedi: 

— Zati  alilərindən  mister  və  missis  Kollinzlərin 

cansağlığı barədə soruşa bilərəmmi? 

— Tamam qaydasındadır. Mən onları srağagün axşam 

gördüm. 

Elizabet  güman  edirdi  ki,  indi  Şarlottanm  ona 

göndərdiyi məktub gün işığına çıxarılacaq, çünki bu, belə 

bir  ziyarətin  yeganə  səbəbi  ola  bilərdi.  Ancaq  ortada 

məktub  görünmədi  və  Elizabet  özünü  tamamilə  çaşqın 

durumda hiss etdi. 

Missis  Bennet  nəzakətli  şəkildə  zati  aliləri  bir  qədər 

şərab  içməyi  təklif  etdi,  ancaq  ledi  Ketrin  o  qədər 

kübarcasma  olmasa  da,  qətiyyətlə  imtina  etdi.  Sonra  o, 

ayağa qalxaraq, Elizabetə müraciətlə dedi: 

— Miss Bennet, orada, çəmənliyin o üzündə, mənə elə 

gəlir  ki,  çox  gözəl  kol  mənzərələri  var.  Mənə  yoldaşlıq 

etsəydiniz, onlara baxmaq istərdim. 

— Tərpən,  qızım,  —  anası  səsləndi,  —  zati  alilərini 

müxtəlif cığırlardan keçir. Ümid edirəm ki, siz bir guşəyə 

downloaded from KitabYurdu.org



467 

 

çəkilməkdən məmnun qalacaqsınız. 



Elizabet tabe oldu. O, çətir dalınca öz otağına qaçaraq, 

möhtərəm qonağı pilləkənlərdən ötürdü. Zaldan keçərkən 

ledi  Ketrin  yemək  və  qonaq  otaqlarının  qapılarını  açıb 

baxdı  və  qısa  gözdən  keçirmədən  sonra  onların  kifayət 

qədər isbatlı olduğunu etiraf edərək evdən çıxdı. 

Qapının  ağzında  kareta  durmaqda  davam  edirdi, 

Elizabet  onun içində zati alilərinin  tanış  nökərini  gördü. 

Onlar tam susqunluq içində kolluğa aparan çınqıllı cığırla 

gedirdilər.  Elizabet  qəti  şəkildə  qərara  gəlmişdi  ki, 

davranışı adi 

vaxtdakından daha təkəbbürlü və dikbaş görünən ziyarətçi 

xanımla söhbətə başlamasın. 

“Onun  bacısı  oğlu  ilə  mən  onda  ümumi  nə  tapa 

bilərəm?”  -  o,  gəzinti  yoldaşının  üzünə  baxa-baxa 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin