Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   31   32   33   34   35   36   37   38   39
26160-ceyn-ostin-querur-v-q-r-z

Yolun yerdə qalan hissəsini onlar Binqlinin gələcək ailə 

xoşbəxtliyinin  yalnız  Darsinin  özünün  xoşbəxtliyinə 

güzəştə gedəcəyi barədə sonuncunun mühakimələri ilə qət 

etdilər. 

Zalda onlar ayrıldılar. 

XVII 


FƏSİL 

— Lizzi,  əzizim,  siz  harada  belə  uzun  müddət  itib-

batmışdınız? 

— Elizabet otağa girən kimi Ceyn onu bu sualla qarşıladı. 

Eyni sualı ona hamı masa arxasına oturunca, ailənin yerdə 

qalan üzvləri də verdilər. O qızararaq təkcə onu deyə bildi 

ki, naməlum yerə gedib çıxıblar. Ancaq nə onun üzündəki 

al rəng, nə də hər hansı bir başqa hal azacıq da olsun şübhə 

doğurmadı. 

Axşam  sakit,  olaysız  ötüşdü.  Tanınıb  qəbul  edilmiş 

downloaded from KitabYurdu.org


495 

 

sevgililər  danışıbgülürdülər,  tanınmamış  sevgililər  isə 



susurdular.  Öz  xoşbəxt  hisslərinə  qızğın  şənliyə  çıxış 

imkanı axtarmaq Darsiyə xas deyildi, həyəcanlanmış və 

utanmış  Elizabet  isə  tezliklə  öz  xoşbəxtliyinə  görə 

həyəcan dolu hisslər keçirməkdən çox, onu dərk etdi. Bu 

kimi  hallarda  hər  bir  gənc  qızın  hiss  etdiyi  adi 

naqolaylıqla yanaşı, bir çox başqa əndişələr də onu əzirdi. 

Ceyndən  başqa  hər  kəsin  Darsiyə  böyük  ikrahla 

yanaşdığını  yaxşı  bilərək,  o  bu  hissin  çox  güclü  ola 

biləcəyindən 

və nə onun sərvətinin, nə də cəmiyyətdəki mövqeyinin bu 

qənaəti dağıda biləcəyindən qorxurdu. 

Yatmazdan  qabaq  o,  hər  şeyi  bacısına  etiraf  etdi. 

Adətən Ceyn onun sözlərinə şübhə etməsə də, bu dəfə son 

dərəcə inamsızlıq nümayiş etdirdi. 

— Zarafat edirsən, Lizzi? Bu ola bilməz! Mister Darsi 

ilə nişanlanmısımz! Yox, sən məni aldadırsan. Bilirəm, bu 

mümkün deyil. 

— Eh, başlanğıc doğrudan da ümidverici  deyil. Mən 

yalnız  sənə  ümid  edirdim.  Əgər  hətta  sən  də  mənə 

inanmırsansa,  mən  başqalarını  inanmağa  necə  vadar 

edəcəyəm?  Ceyn,  əzizim,  sənə  ciddi  deyirəm.  Sırf 

həqiqəti. O məni indiyə qədər sevir və biz nişanlandıq. 

Ceyn inamsız-inamsız bacısına baxdı. 

— Ah, Lizzi, bu qətiyyən mümkün deyil. Mən bilirəm, 

sən axı ona dözə bilmirsən. 

— Sən  heç  nə  bilmirsən.  Olub-keçənləri  tərtəmiz 

unutmaq  lazımdır.  Ola  bilər,  mən  heç  də  həmişə  indiki 

downloaded from KitabYurdu.org



496 

 

kimi sevməmişəm. Ancaq belə durumlarda yaxşı yaddaş 



bağışlanmazdır.  Bu  saat  mən  bu  barədə  sonuncu  dəfə 

xatırlayıram. 

Miss  Bennet  nə  düşünəcəyini  bilmirdi.  Elizabet 

yenidən  və  daha  ciddiyyətlə  onu  inandırdı  ki,  bütün 

dedikləri sırf həqiqətdir. 

— Ey qadir ilahi! — Ceyn səsləndi. — Doğrudanmı 

bu baş verə bilərdi? Ancaq mən indi sənə inanmalıyam. 

Lizzi,  əzizim,  istərdim,  səni  ürəkdən  təbrik  etməyə  şad 

olardım.  Ancaq  bu  suala  görə  məni  bağışla,  tam 

əminsənmi ki, onunla xoşbəxt olacaqsan? 

— Buna  şübhə  etməyə  bilərsən.  Biz  artıq  qərara 

almışıq  ki,  dünyanın  ən  xoşbəxt  ər-arvad  cütlüyü 

olacağıq. Ancaq məyus olmadın, Ceyn? Belə bir yeznəni 

sevə biləcəksənmi? 

— Əlbəttə ki,  bütün  ürəyimlə! Binqli  ilə bizim üçün 

bu ən böyük sevincdir. Biz onunla belə bir imkan barədə 

danışmışıq və təəssüf ki, qərara gəlmişik ki, bu istisnadır. 

Ancaq  sən  onu  doğrudanmı  sevirsən?  Ah,  Lizzi,  nə 

istəyirsən,  et,  ancaq  yalnız  sevgisiz  ərə  getmə!  Sən 

əminsən  ki,  ona  kifayət  qədər  güclü  duyğular  hiss 

edirsən? 

— Ah,  bəli!  Mən  sənə  hər  şeyi  etiraf  edəndə  sən 

mənim onu həddən artıq sevdiyimi görəcəksən! 

— 

Nəyi nəzərdə tutursan? 



— Onu ki, vicdanla desək, mən onu mister Binqlinin 

sevdiyindən  çox  sevirəm.  Qorxuram  ki,  buna  görə  sən 

mənə hirslənəcəksən! 

downloaded from KitabYurdu.org



497 

 

— Lizzi, canım, zarafatı saxlamağa çalış. Bizim ciddi 



danışmağımız lazımdır. Bu saat mənə bilmədiyim hər şeyi 

danış. Sən onu çoxdan sevirsən? 

— Bu  hiss  məndə  elə  tədricən  böyüdü  ki,  özüm  də 

onun nə vaxt baş qaldırdığını deyə bilmərəm. Fəqət bəlkə 

də mən onu Derbişirdəki valehedici malikanədə ilk dəfə 

gördüyüm günü bu hissin başlanğıc günü saymaq olar. 

Ciddiliyə yeni çağırış öz arzuolunan məqsədinə çatdı. 

Elizabet  tezliklə  bacısını  mister  Darsiyə  dərin  bağlılığı 

olduğuna  tam  əmin  etdi.  Nəhayət,  Ceyn  büsbütün  buna 

inandıqda ona arzulamağa başqa bir şey qalmadı. 

— İndi mən gerçəkdən də xoşbəxtəm! — O dedi. — 

Sənin  həyatın  da  mənimki  kimi  sevincli  olacaq.  Mən 

Darsi haqqında 

həmişə  yüksək  fikirdə  olmuşam.  Təkcə  onun  sənə  olan 

məhəbbəti mənim gözümdə onu çox yaxşı nəzərdə təqdim 

edirdi.  İndi  isə  Binqlinin  dostu  və  sənin  ərin  olaraq,  o 

mənim üçün dünyada səndən və Binqlidən sonra ən əziz 

adam  olacaq.  Ancaq,  Lizzi,  bu  qədər  hiyləgərlik 

haradandır?  Heç  demə,  sən  məndən  bu  qədər  çox  şey 

gizlətmisən!  Mən  axı,  demək  olar,  Pemberlidə  və 

Lemtonda  nə  baş  verdiyini  bilmirdim.  Bu  barədə  mənə 

məlum  olan  şeylərin  hamısını  mən  başqalarından 

eşitmişəm. 

Elizabet qapalılığınm səbəblərini izah etdi. Bu zaman 

o,  bacısına  mister  Binqli  barədə  xatırlatmaq  istəmədi. 

Hələ də öz hisslərindən kifayət qədər baş açmadığı üçün 

o,  mümkün  qədər  mister  Darsinin  adını  çəkməkdən  də 

downloaded from KitabYurdu.org



498 

 

qaçırdı.  Ancaq  indi  onun  artıq  Lidiyanın  evliliyində 



Darsinin  rolunu  gizlətməsinə  lüzum  yox  idi.  Hər  şey 

danışıldıqdan sonra onlar hələ gecənin yansını da söhbət 

edərək keçirdilər. 

-x-** 


—  İlahi,  —  ertəsi  gün  səhər  pəncərənin  qarşısında 

dayanmış  missis  Bennet  səsləndi.  —  Doğrudanmı  bu 

qırsaqqız  mister  Darsi  yenə  də  bizim  əziz  Binqliyə 

yapışıb?  Yalnız  bütün  gününü  belə  sitallıqla  bizdə 

keçirməldə  o  nə  düşünür?  Əgər  o,  ova  getsəydi  və  ya 

başqa işlərlə məşğul olsaydı və öz varlığı ilə yerimizi dar 

etməsəydi, mən azacıq da olsun, etiraz etməzdim. Bu gün 

biz onunla nə edəcəyik? Lizzi, Binqliyə mane olmaması 

üçün sənin onu yenə gəzintiyə çıxarmağın lazım gələcək. 

Bu  təklif  ona  sərfəli  olduğundan  Elizabet  gülməyini 

güclə  saxladı.  Bununla  yanaşı,  anasının  Darsinin  adını 

daima bu kimi epitetlərlə müşayiət etməsi qızı incitməyə 

bilmədi. 

Gənclər  içəri  girən  kimi,  Binqli  ona  elə  ifadəli 

baxışlarla  baxdı  və  əlini  elə  hərarətlə  sıxdı  ki,  onun 

məsələdən  xəbərdar  olduğuna  şübhə  etmək  mümkün 

deyildi. Tezliklə o dedi: 

— Missis Bennet, buralarda, bu dairədə gəzinti üçün 

hər hansı bir yer tapılarmı ki, Lizzi yenə aza bilsin. 

— Mən  mister  Darsiyə,  Lizziyə  və  Kittiyə  səhər 

ertədən  Oukhem 

təpələrinə 

yollanmağı  məsləhət 

görərdim, — missis 

Bennet cavab verdi. — Bu, əla gəzinti olar, mister Darsi 

downloaded from KitabYurdu.org



499 

 

hələ orada olmayıb. 



— İştirakçıların  yerdə  qalanma  gəlincə,  —  mister 

Binqli  dedi,  —  bu  onlara  tamamilə  münasibdir.  Ancaq 

Kittiyə  bəlkə  də  ora  gedib  çıxmaq  çətin  olacaq.  Elə 

deyilmi, Kitti? 

Kitti  təsdiq  etdi  ki,  o,  evdə  qalmağı  üstün  tutardı. 

Həmin vaxt mister Darsi təpənin mənzərəsi ilə qeyri-adi 

şəkildə maraqlandı və Elizabet susqun-susqun ora getmək 

üçün onu müşayiət etməyə razılaşdı. O, gəzintiyə getmək 

üçün öz otağına gedəndə missis Benet onun ardınca çıxdı 

və yolda ona pıçıldadı: 

— Lizzi,  təəssüf  edirəm  ki,  sən  bu  dözülməz  adam 

barədə qayğını öz üzərinə götürməli olursan. Ancaq ümid 

edirəm, sən etiraz etmirsən? Sənə axı anlaşılandır — hər 

şey Ceynin xətrinə edilir. Sənə heç də onunla danışmaq 

lazım  deyil.  Bir-iki  söz  demək  kifayətdir,  qoy  bu  səni 

narahat etməsin. 

Gəzinti  zamanı  qərara  alındı  ki,  bu  axşam  mister 

Bennetdən  razılıq  xahişi  edilsin.  Anasıyla  danışmağı 

Elizabet  öz  üzərinə  götürdü.  Onun  xəbəri  necə 

qarşılayacağını öncədən 

görmək  çətin  idi.  Hərdən  Elizabet  şübhələnməyə 

başlayırdı ki, görəsən, Darsinin bütün sərvəti və kübarlığı 

missis  Bennetin  bu  insana  qarşı  nifrətini  yumşalda 

bilərmi?! Ancaq onun gələcək nikahı narazılıq yaradacaq, 

yoxsa  vəcdə  gətirəcək  -  həmin  dəqiqələrdə  anasının 

davranışı onsuz da onun ağlına şərəf  gətirə bilməyəcək. 

Elizabet  üçün  missis  Bennetin  ilk  vəcd  və  ya  narazılıq 

downloaded from KitabYurdu.org



500 

 

partlayışının  Darsinin  yanında  olması  eyni  dərəcədə 



dözülməz idi. 

Axşam  mister  Bennetin  kitabxanaya  çəkilməsindən 

dərhal  sonra  Elizabet  gördü  ki,  mister  Darsi  onun 

arxasınca getdi. Elizabet olduqca həyəcanlandı. O, heç də 

atasının  mister  Darsiyə  rədd  cavabı  verəcəyindən 

qorxmurdu.  Ancaq  mister  Bennet  sevimli  qızının  öz 

seçimi ilə onu kədərləndirdiyinə və onda onun taleyi üçün 

əndişə  doğurduğuna  görə  böyük  məyusluq  yaşayacaqdı. 

Bu,  Elizabetə  çox  xoşagəlməz  idi  və  onu  bərk 

həyəcanlanmağa  vadar  edirdi.  O,  Darsinin  qayıtmasına 

qədər  əsəbi  narahatlıq  içində  oturub  gözlədi  və  yalnız 

onun  üzünə  baxaraq,  yüngül  təbəssüm  gördükdən  sonra 

müəyyən  rahatlıq  hiss  etdi.  Bir  neçə  dəqiqədən  sonra 

Darsi Kitti ilə onun 

üstündə tikiş işləri ilə məşğul olduqları masaya yaxınlaşdı 

və özünü tikişə tamaşa edirmiş kimi göstərərək pıçıldadı: 

— 

Atanızın yanma gedin, o sizi kitabxanada gözləyir. 



O, dərhal oraya getdi. 

Mister Bennet qaşqabaqlı və narahat halda otaqda var-

gəl edirdi. 

— Lizzi,  —  o,  qıza  müraciət  etdi,  —  sənə  nə  olub? 

Sənin  ağlın  başındadırmı?  Doğrudanmı  sən  ona  ərə 

getmək fikrinə düşmüsən? Məgər sən həmişə ona nifrətlə 

yanaşmırdın? 

O bu dəqiqələrdə öz əvvəlki ifadələrində kifayət qədər 

təmkin  və  ehtiyatlılıq  göstərmədiyindən  necə  də  acı 

şəkildə  peşman  idi!  Əgər  o,  əvvəllər  özünü  başqa  cür 

downloaded from KitabYurdu.org


501 

 

aparmasaydı, indi xoşagəlməz izahlardan canı qurtarmış 



olardı.  Ancaq  indi  bu  izahları  vermək  qaçılmaz  idi  və 

Elizabet  utancaq  şəkildə  atasını  mister  Darsiyə  olan 

duyğularına əmin etdi. 

— Demək,  başqa  sözlə,  sən  ona  ərə  getməyi  qərara 

almısan.  Yaxşı,  əlbəttə,  o,  çox  varlıdır  və  sənin 

Ceyninkindən  daha  çox  gözəl  libasların  və  ekipajların 

olacaq. Ancaq sən bundan xoşbəxt olacaqsanmı? 

— Sizdə mənim hisslərimə inanmamaqdan başqa hər 

hansı bir etiraz var? 

— Başqa heç bir şey. Biz hamımız onu qürurlu və çox 

da xoş olmayan insan sayırdıq, ancaq sən onu gerçəkdən 

də sevmisənsə, bu, əhəmiyyət kəsb etməzdi. 

— Ancaq  mən  ki  onu  sevirəm,  ürəkdən  sevirəm!  — 

Elizabet  göz  yaşları  içində  cavab  verdi.  —  Mən  onu 

sevirəm.  Və  onu  əbəs  yerə  qürrəli  sayırlar.  Əslində  o, 

mükəmməl insandır. Siz qətiyyən bilmirsiniz ki, o, necə 

bir  insandır.  Sizdən  xahiş  edirəm  ki,  onun  haqqında  bu 

tonda danışaraq mənim qəlbimi ağrıtmayın. 

— Lizzi,  —  mister  Bennet  dedi,  —  mən  razılıq 

vermişəm. O, məndən nəsə xahiş etdikləri təqdirdə imtina 

etməyə cürət göstərməyəcəyim insanlardandır. İndi onun 

ərin olub- olmaması səndən asılıdır. Ancaq icazə ver sənə 

bir tövsiyə verim — bu barədə yaxşı-yaxşı düşün. Sənin 

xasiyyətini  bilirəm,  Lizzi.  Mən  bilirəm,  sən  ərini 

dəyərləndirməsən,  ona  aşağıdan  yuxarı  baxsan,  xoşbəxt 

olmayacaqsan,  özünə  hörmət  etməyəcəksən.  Qeyri-

bərabər nikah halında zəkan və canlılığın 

downloaded from KitabYurdu.org



502 

 

səni bir çox bəlalara məruz qoyacaq. Bu zaman sən çətin 



ki, məyusluqdan və əlacsızlıqdan qaça biləcəksən. Mənim 

balam, sənin həyat yoldaşına hörmətini itirdiyini görərkən 

düşəcəyim dərddən məni xilas et. Sən əslində bunun nə 

demək olduğunu pis təsəvvür edirsən. 

Daha da həyəcanlanan Elizabet ciddi və səmimi cavab 

verdi.  Darsinin  gerçək  seçdiyi  olduğuna  onu  təkrarən 

əmin edən Elizabet atasına bu insana qarşı münasibətinin 

necə  tədricən  dəyişdiyini  danışdı.  Onun  məziyyətlərini 

vəcdlə  sadalayaraq,  o  Darsinin  ona  məhəbbətinin  ötəri 

macəra olmadığına mütləq mənada əminliyini ifadə etdi, 

dedi ki, çünki bu sevgi qarşı duyğular olmadan artıq bir 

neçə ay ərzində ciddi sınağa tab gətirib. Axırda o, mister 

Bennetin inamsızlığını dağıtmağa müyəssər oldu və onu 

özünün qarşıda duran evliliyi ilə barışdırdı. 

— Yaxşı, əzizim, — Elizabet susanda o dilləndi. — 

Daha  mənim  sənə  sözüm  yoxdur.  Eşitdiyimin  hamısı 

doğrudursa,  o  sənin  ərin  olmağa  layiqdir.  Mən  səninlə 

daha az ləyaqətli adamın xətrinə ayrıla bilməzdim, Lizzi. 

Nişanlısını  mister  Bennetin  gözündə  bir  az  da 

qaldırmaq üçün o, atasına Darsinin Lidiya üçün könüllü 

şəkildə etdiklərini danışdı. 

— Bu gün doğrudan da möcüzələr axşamıdır! Demək, 

bütün  bu  danışıqlar,  toy  sazişinin  məsrəfləri,  Uikhemin 

borclarının  ödənməsi  və  zabit  patentinin  alınması  — 

hamısı Darsinin işidir? Nə olar, lap yaxşı. Bu məni bir çox 

qayğı  və  xərclərdən  azad  edir.  Hər  şeyi  dayın  etmiş 

olsaydı,  mənim  onunla  hesablaşmağım  lazım  gələrdi. 

downloaded from KitabYurdu.org



503 

 

Ancaq bu şiddətlə sevən gənclər həmişə özlərinə məxsus 



şəkildə  hərəkət  edirlər.  Sabah  mən  ona  borcunu 

qaytarmağımı  təklif  edəcəyəm.  O,  etiraz  etməyə  və  hər 

cür cəfəngiyat danışmağa, sənə  olan ehtiraslı sevgisində 

israr  göstərməyə  başlayacaq.  O  zaman  bu  məsələ  də 

beləcə bitəcək. 

Bu  yerə  mister  Bennet  bir  neçə  gün  öncə  mister 

Kollinzin  məktubunun  oxunduğu  vaxt  qızının  necə 

utandığını  xatırladı.  Bir  xeyli  rişxənd  etdikdən  sonra  o, 

nəhayət, qızı buraxaraq dedi: 

— Hansısa gənclər Meri və Kitti üçün gəlsələr, onları 

yanıma yönəldə bilərsən, bu saat boş vaxtım var. 

Elizabetin  ürəyindən  böyük  ağırlıq  götürüldü.  Öz 

otağında  yanm  saat  fikrini  cəmləyəndən  sonra  o,  qonaq 

otağına  qayıtmaq  üçün  kifayət  qədər  sakitləşdi.  Şənliyə 

qapılmağı  bacarması  üçün  keçirdiyi  həyəcan  onun 

yaddaşında  hələ  çox  təzə  idi.  Axşamın  geridə  qalan 

hissəsi  sakit  keçdi.  Ancaq  bundan  belə,  artıq  onun 

qorxacağı  bir  şey  qalmamışdı  və  tədricən  rahatlıq  və 

arxayınlıq hissi qızı çulğadı. 

Anası yuxudan öncə öz qarderob otağına qalxdığı vaxt 

Elizabet  onun ardınca  getdi və vacib  yeniliyi  ona xəbər 

verdi.  Bu  sözlər  ona  sarsıdıcı  təsir  göstərdi.  Missis 

Elizabet  onlan  dinləyərək,  bir  müddət  nəsə  demək 

iqtidannda  olmadan  tam  susqun  halda  oturdu.  Adətən 

onun  ağlı  qızları  üçün  sərfəli,  yaxud  da  onlann 

pərəstişkarlarına uzaqdan-uzağa aid olan hər şeyi kifayət 

qədər tez tutsa da, Elizabetin ona danışdıqlarının mənasını 

downloaded from KitabYurdu.org



504 

 

kəsdirməsi  üçün  xeyli  vaxt  keçdi.  Axırda  o  özünə 



gəlməyə  başladı  və  kresloda  qurcalandı,  sıçradı,  oturdu, 

heyrətləndi və taleyinə şükür etdi. 

— İlahi!  Göylərin  xeyir-duası!  İşə  bir  bax!  Başıma 

gələnlər!  Mister  Darsi!  Kim  təsəvvür  edə  bilərdi?  Bu, 

gerçəkdən də həqiqətdir? Lizzi, ürəyim mənim! Sən necə 

də  zəngin  və  nəcib  olacaqsan!  Xırda  məsrəflərə  sənin 

çoxlu  pulun  olacaq!  Nə  qədər  zinət  əşyaları,  karetalar! 

Ceyn hətta səninlə müqayisə belə oluna bilməyəcək! Mən 

elə  vəcdə  gəlmişəm  ki,  elə  xoşbəxtəm  ki!  Necə  də 

füsunkar gəncdir! Çox qədd-qamətlidir! Necə hündürdür! 

Ah,  Lizzi,  əzizim!  Allah  xatirinə,  əvvəllər  onu 

sevmədiyimə  görə  üzrxahlıq  et.  Ümidvaram  ki,  o  bunu 

unudacaq.  Ürəyim,  ürəyim,  Lizzi!  Şəhərdə  ev!  Hər  cür 

təmtəraq!  Üç  ailəli  qız!  İldə  on  min!  İlahi!  Mənə  nə 

olacaq? Ağlımı itirirəm. 

Onun  razılaşdığına  şübhə  etməmək  üçün  bu  qədər 

kifayət  idi.  Elizabet  anasının  bütün  ürəkdən  gələn 

izharlarının tək özünün dinlədiyinə sevinə-sevinə, tezliklə 

öz  otağına  getdi.  Ancaq  ona  təklikdə  yalnız  üç  dəqiqə 

qalmaq  qismət  oldu.  Missis  Bennet  özü  onun  otağına 

qaçıb gəldi. 

— Mənim  qızcığazım!  İldə  on  min,  ola  bilər,  hətta 

daha çox! Bu, lorda ərə getmək kimi bir şeydir! Və xüsusi 

icazə  —  sən  mütləq  xüsusi  icazə  ilə  ərə  getməlisən. 

Ancaq, mənim əzizim, de 

görüm,  mister  Darsi  naharda  hansı  yeməyi  daha  çox 

sevir? Mən sabah onu bişirmək tapşırığı verərəm. 

downloaded from KitabYurdu.org



505 

 

Bu,  anasının  onun  nişanlısı  ilə  gələcək  davranışına 



dair o qədər də yaxşı əlamət deyildi. Elizabet başa düşdü 

ki,  hətta  mister  Darsinin  ona  qarşı  ən  zərif  bağlılığına 

əmin olduqdan və valideynlərinin razılığını əldə etdikdən 

sonra  da  onun  gerçəkləşməyən  arzuları  qalacaq.  Fəqət 

səhər  onun  gözlədiyindən  də  daha  yaxşı  keçdi.  Missis 

Bennet  gələcək kürəkəni qarşısında elə  bir pərəstiş  hissi 

keçirirdi  ki,  ona  hər  hansı  bir  xidmət  göstərmək  və  ya 

onun  rəyi  ilə  razılaşdığını  bildirmə  hallarından  başqa 

onunla danışmaq iqtidannda deyildi. 

Elizabet  atasının  Darsi  ilə  yaxından  tanış  olmağa 

çalışdığını  görərək  sevindi.  Tezliklə  mister  Bennet  qızı 

əmin etdi ki, hər keçən saatla onun Darsi barədə rəyi daha 

da yaxşılaşır. 

—  Hər  üç  kürəkən  mənə  möhtəşəm  görünür.  Düzü, 

qorxuram,  Uikhem  mənim  sevimlim  olaraq  qalacaq. 

Ancaq 


sənin ərin mənim xoşuma gələcək, ola bilər ki, Binqlidən 

az olmayaraq. 

XVIII 

FƏSİL 


Elizabet  tezliklə  mister  Darsidən  ona  necə  vurulması 

barədə cavab tələb etməyə yetəcək qədər şən ovqata sahib 

oldu. 

— Bu  nədən  başladı?  —  o  soruşdu.  —  Sonrakı 



gedişləri təsəvvür edirəm, ancaq birinci təkan nə oldu? 

— Bu saat mənə ilk addımın atıldığı müəyyən bir saatı 

və ya məkanı, eləcə də baxışı, yaxud sözü demək çətindir. 

Bu, lap çoxdan olub. Mən mənə nə olduğunu yalnız o vaxt 

downloaded from KitabYurdu.org


506 

 

anladım ki, artıq yolun yarısında idim. 



— Əvvəlcə  mənim  zahiri  görünüşüm  sizə  xoş 

gəlməmişdi,  elə  deyilmi?  Maneralarıma  gəlincə,  sizinlə 

rəftarım  həmişə  nəzakətsizlik  həddində  idi.  Elə  bir  hal 

olmurdu  ki,  sizinlə  danışanda  mən  sizi  incitməyə 

çalışmayım. Əslində siz mənə mənim dikbaşlığıma görə 

vurulmamısınız ki? 

— Mən sizi iti ağlınıza görə sevdim. 

— Siz  onu  tam  dikbaşlıq  adlandıra  bilərsiniz.  Bəli, 

demək  olar,  belə  də  vardı.  Axı  iş  bunda  idi  ki,  bütün 

ətrafinızdakılann 

sizə  yanaşmalannda  olan  lütfkarlıq,  diqqətcillik  və 

yannma sizi bıqdırmışdı. Siz düşüncələrində, gözlərində 

və  dillərində  sizin  rəğbətinizi  necəsə  qazanmaq  istəyən 

qadınlardan  iyrənirdiniz.  Mən  sizin  diqqətinizi  və 

marağınızı 

özümə 


məhz 

onlara 


qətiyyən 

bənzəməməyimlə  cəlb  etdim.  Sizin  ürəyiniz  qızıl 

olmasaydı, siz buna görə mənə nifrət edərdiniz. Ancaq nə 

qədər  öz  əsl  təbiətinizi  gizlətməyə  çalışsanız  da, 

hissləriniz həmişə nəcib və ədalətli idi. Siz qəlbinizdə sizə 

səylə  qayğı  göstərən  hər  kəsə  dərin  ikrah  bəsləyirdiniz. 

Əslində bütün hallan nəzərə alaraq, bu dediklərim mənə 

məntiqli görünür. Əlbəttə, mənim əsl məziyyətlərimə siz 

şübhə belə etmirsiniz. Ancaq vurulan zaman onlar barədə 

düşünmürlər. 

— Məgər siz Ceynin Nezerfilddə xəstələndiyi zaman 

onun qayğısına şəfqətlə qalaraq öz xeyirxahlığınızı sübut 

etməmişdiniz? 

downloaded from KitabYurdu.org



507 

 

— Ceyn  mələkdir!  Onun  üçün  kim  elə  etməzdi? 



Ancaq qoy bu sizə yaxşılıq kimi görünsün. Mənim yaxşı 

keyfiyyətlərim  indi  sizin  himayəniz  altındadır  və  siz 

onları  bacardığınız  qədər  çox  tərifləməlisiniz.  Mənə  isə 

yaraşan odur ki, cavab olaraq sizinlə 

dalaşmaq və sizi cırnatmaq üçün istənilən bəhanəni tapım. 

Mən  buna  ləngimədən  girişməyə  hazırlaşıram.  İcazə 

verin,  soruşum  ki,  nə  üçün  siz  uzun  müddət  qəti  eşq 

etirafından  yayındınız?  Sizi  ilik  ziyarətiniz  zamanı  və 

sonra  Binqli  ilə  bizdə  nahar  edən  vaxt  məndən  inadla 

kənar durmağa nə vadar edirdi? Siz axı özünüzü, xüsusilə 

də  ilk  ziyarətiniz  vaxtı  elə  aparırdınız  ki,  guya  mənimlə 

heç bir işiniz yoxdur. 

— Sizin əlçatmaz və qaşqabaqlı görkəminiz vardı. Və 

siz məni heç nəylə həvəsləndirmirdiniz. 

— 

Ancaq mən utanırdım axı. 



— 

Mən də. 


— 

Siz  bizə  nahara  gələndə  mənimlə  danışa 

bilmirdiniz? 

— 

Daha  az  duyğu  bəsləyən  insan,  yəqin  ki,  danışa 



bilərdi. 

— Bədbəxtliyə bax. Sizdə hər şeyə məntiqli bəhanələr 

tapılır.  Mən  isə  nə  qədər  dərrakəli  oluram  ki,  onlarla 

dərhal  razılaşıram.  Ancaq  maraqlıdır,  özünüzə  qalsaydı, 

eşq etirafını hələ çox təxirə salacaqdınız? Mən özüm bunu 

xahiş etməsəydim, nəhayət, siz mənə nə vaxt sevgi etirafı 

edəcəkdiniz?  Düzdürmü,  mənim  Lidiyanm  xilası  üçün 

sizə 


downloaded from KitabYurdu.org

508 

 

minnətdarlıq  etmək  barədə  qərarım  heç  də  az  rol 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin