Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   27   28   29   30   31   32   33   34   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z



özünün geridə heç altı pennisi də yoxdur. Biz dayımla və 

xalayla heç vaxt ödəşə bilməyəcəyik. Onların Lidiyanı öz 

evlərinə götürmək, qayğısına qalmaq və öz yaxşı adlan ilə 

müdafiə etmək qərarı qəbul etmələri elə bir qurbandır ki, 

bu,  uzun  illər  minnətdarlığa  layiqdir.  Bu  saat  Lidiya 

onlarda olmalıdır! Əgər hətta onların belə bir alicənablığı 

onu  gerçəkdən  mütəəssir  etmirsə,  o,  ümumiyyətlə, 

xoşbəxt olmağa layiq deyil. O, xalanın üzünə necə baxa 

bilir! 

— Uikhemlə  Lidiyanm  törətdikləri  hər  şeyi 



xatırlamamağa  çalışmaq  lazımdır,  —  Ceyn  dedi.  — 

Onların  gələcək  rifahına  o  qədər  inanmaq  istərdim  ki! 

Onun  Lidiya  ilə  evlənməyə  razılığı  islah  olunmağa 

başlamasının  rəhnidir.  Qarşılıqlı  istək  onları  daha  az 

yüngülməcaz  edəcək  və  onlar,  ümidvaram  ki,  ağıllı  və 

xoşbəxt yaşayacaqlar, köhnə hərəkətləri isə yavaş-yavaş 

unudulacaq. 

— Onların hərəkəti elədir ki, — Elizabet cavab verdi, 

— nə mən, nə sən, nə də bir başqası unudacaq. Bu barədə 

danışmağa da dəyməz. 

Burada onlar xatırladılar ki, anaları çətin ki, məktub 

barədə nəsə bilir. Qızlar missis Bennetin məktub  barədə 

öyrənməsini  istəyib-istəmədiyini  atalarından  soruşmaq 

üçün kitabxanaya girdi. Ata hələ yazmaqda davam edirdi. 

O, başını qaldırmadan etinasızlıqla cavab verdi: 

— 

Bu sizin işinizdir. 



— 

Anama oxumaq üçün məktubu götürmək olarmı? 

downloaded from KitabYurdu.org


402 

 

— 



Nə istəyirsiniz, götürün və məni rahat buraxın. 

Elizabet yazı masasının üstündəki məktubu qamarladı və 

onlar  yuxarı  qaçdılar.  Həmin  vaxt  missis  Bennetin 

yanında  Meri  və  Kitti  də  vardı,  ona  görə  də  bir  ismarış 

kifayət  idi.  Yaxşı  xəbərli  məktubun  gəlməsi  barədə  bir 

neçə  kəlmədən  sonra  məktub  bərkdən  oxundu.  Missis 

Bennet  hisslərinə  güclə  hakim  ola  bildi.  Ceyn  məktubu 

oxuya-oxuya  mister  Qardinerin  gözlənilən  toy  barədə 

ümidləri qeyd olunan yerinə çatanda onun üzündə qeyri-

adi  vəcd  ifadə  olundu  və  hər  növbəti  cümlə  şadlığını 

artırdı. İndi o, xoşbəxtlikdən elə bir ehtizaza gəlmişdi ki, 

əvvəllər həyəcan və məyusluqdan o halda olurdu. Qızının 

ərə  gedəcəyini  bilməsi  ona  kifayət  idi.  Lidiyanm  rifahı 

barədə qayğı, 

eləcə  də  onun  yüngülməcaz  hərəkətinə  dair  peşmanlıq 

qətiyyən onun ağlına gəlmirdi. 

— Lidiya, mənim qızım! — missis Bennet ah çəkdi. 

— Bu, necə də qiyamətdir! O, ərli olacaq! Mən tezliklə 

onu görəcəyəm! On altı  yaşında  ərə  gedəcək! Xeyirxah, 

yaxşı qardaş! Mən əmin idim ki, belə qurtaracaq — o, hər 

şeyi düzüb qoşmalıydı! Əgər bilsəydiniz onu necə görmək 

istəyirəm!  İstəkli  Uikhemi  də  həmçinin!  Ancaq  libaslar 

necə olacaq? Toy əlbisəsini necə edəcəyik? Bu saat missis 

Qardinerə  məktub  yazmaq  lazımdır.  Lizzi,  göyərçinim, 

aşağı  qaç,  atandan soruş, gör, o buna nə qədər pul  verə 

bilər? Ah, yox, dayan! Yaxşısı budur onun yanma özüm 

gedim.  Kitti,  zəngi  çal,  Hili  gəlsin.  Mən  bu  dəqiqə 

geyinirəm.  Lidiya,  əzizim  mənim!  O  bizə  gələndə,  bax, 

downloaded from KitabYurdu.org


403 

 

bayram onda olacaq! 



Böyük  qız  onun  vəcd  dolu  izharını  dayandırmağa 

cəhd  edərək,  anasına  onların  mister  Qardinerə  nə  qədər 

borclu olduqlarını xatırlatdı. 

— 

Hər şey onun xeyirxahlığı sayəsində yaxşı qurtardı, 



— deyə əlavə etdi. — Belə görünür ki, o, mister Uikhemə 

xeyli 


pul yardımı edib. 

— Nə olsun, bu tamamilə təbiidir! — missis Bennet 

cavab  verdi.  —  Onun  qayğısına  doğma  dayısı  da 

qalmayıb,  kim  qalacaq?  Əgər  onun  ailəsi  olmasaydı, 

pulları  mənə  və  qızlara  çatardı.  Hədiyyələri  saymasaq. 

Biz  birinci  dəfədir  ondan  nəsə  alırıq.  Ancaq  mən  çox 

şadam, çox şadam! Bir az da keçəcək, mənim ərli qızım 

olacaq!..  Missis  Uikhem!  Necə  də  gözəl  səslənir.  Axı 

yalnız iyunda onun cəmi on altı yaşı tamam olub! Ceyn, 

göyərçinim,  mən  elə  həyəcanlanmışam  ki,  yəqin  ki,  heç 

nə  yaza  bilmərəm.  Pul  haqqında  atanla  sonra  danışanq. 

Ancaq libası elə bu dəqiqə sifariş etmək lazımdır. 

O,  tülbəndin,  kiseyin  və  batistin  məziyyətlərini 

təfərrüatlı şəkildə müzakirə etməyə başladı və artıq geniş 

sifariş göndərmək istərkən, Ceyn müəyyən çətinliklə ona 

mister  Bennetin  razılığı  alınana  qədər  bu  işi  bir  qədər 

təxirə salmağın zəruriliyini izah etdi. Ceyn bildirdi ki, bir 

gün  ləngimək  böyük  əhəmiyyət  kəsb  etmir  və  yüksək 

əhvalı  sayəsində  missis  Bennetin  bu  dəfə  adi  vaxtda 

olduğundan daha çox uzlaşa bilən 

olduğu  ortaya  çıxdı.  Onun  beynində  hey  yeni  planlar 

downloaded from KitabYurdu.org



404 

 

əmələ gəlirdi. 



—  Geyinən  kimi  dərhal  xəbərlərimizi  Filips  bacıya 

demək  üçün  Meritona  gedəcəyəm,  —  o  bəyan  etdi.  — 

Qayıdanbaş bir də Lukasları və missis Lonqu da ziyarət 

etmək mümkün olacaq. Kitti, aşağı qaç və əmr et karetanı 

qoşsunlar. Əminəm ki, açıq hava mənə çox faydalı olacaq. 

Qızlar, Meritonda sizin üçün nə etməyimi istəyirsiniz? Bu 

da, nəhayət, Hili. Hili, əzizim, siz eşitdinizmi bizim necə 

qiyamət  xəbərlərimiz  var?  Miss  Lidiya  ərə  gedir!  Sizin 

hamınıza  bir  piyalə  punş  veriləcək  ki,  onun  toyu 

münasibətilə necə lazımdır şənlənəsiniz. 

Missis Hili, əlbəttə ki, vəcdə gəldi və Elizabet bacıları 

ilə birlikdə onun təbriklərinə qulaq asdı. Bundan sonra o, 

qarmaqarışıqlıqdan  yorulmuş  halda hər şey barədə sakit 

düşünmək üçün öz otağına getdi. 

Lidiyanm durumu kifayət qədər acınacaqlı idi. Ancaq 

onun  daha  betər  bəlaya  düşmədiyinə  sevinmək  lazım 

gəlirdi.  Elizabet  də  buna  sevinirdi.  Gələcəyə  baxarkən 

Lidiya  üçün  nə  ailə  səadəti,  nə  də  təminat  gözləmək 

olardı. Lakin Elizabet cəmi iki 

saat öncə hamısının necə qorxduğunu xatırlayaraq işin bu 

cür  nəticələnməsinin  üstünlüyünü  qiymətləndirməyə 

bilmirdi. 

VIII 

FƏSİL 


Mister Bennet artıq çoxdan öz gəlirlərindən nəsə bir şey 

geri  atmağa  hazırlaşırdı.  Bununla  yanaşı,  o,  tədricən 

müəyyən  məbləğ  toplaya  və  qızlarının,  eləcə  də  ondan 

çox  yaşasaydı,  arvadının  gələcəyini  təmin  edə  bilərdi. 

downloaded from KitabYurdu.org


405 

 

Hazırda o, xüsusi kəskinliklə hiss edirdi ki, belə bir qənaət 



nə  qədər  ağıllı  hərəkət  olardı.  O,  əvvəldən  borcunu  bu 

yolla  yerinə  yetirsəydi,  Lidiyanm  öz  adından  və 

şərəfindən ötrü dayısına kəfarət borcu olmazdı. O zaman 

bütün  krallıqdakı  ən  dəyərsiz  adamın  həyat  yoldaşı 

qismində  əldə  edilməsi  tamamilə  layiqincə  təqdim 

olunardı. 

Belə  şübhəli  xoşbəxtliyin  bütünlüklə  qaynının 

vəsaitilə ödəniləcəyi mister Benneti ciddi şəkildə məyus 

edirdi, ona görə də o xərclənmiş məbləği aydınlaşdırmaq 

və ilk imkan düşdüyü zaman borcunu qaytarmağı qərara 

almışdı. Mister Bennet evləndiyi zaman güman edirdi ki, 

qənaət  üçün  səy  etməmək  mümkündür,  çünki  cütlüyün 

varisinin doğulacağı nəzərdə 

tutulurdu.  Yetkin  yaşa  çatan  oğul  malikanəni  ailə  üçün 

möhkəmləndirər,  gələcək  dul  qadını  və  balaca  uşaqlan 

təmin edərdi. Ancaq bir-birinin ardınca beş qız dünyaya 

gəldi, oğul isə olmadı. Missis Bennet Lidiya doğulandan 

sonra  da  uzun  illər  ərzində  varisin  gələcəkdə 

doğulacağına  ümidini  qoruyub  saxlayırdı.  Axırda  bu 

ümiddən imtina etmək lazım gəldi, ancaq pul toplamaq da 

artıq  gec  idi.  Missis  Bennetsə  təbiəti  etibarilə  qənaətcil 

deyildi,  yalnız  ərinin  borca  girmək  istəməməsi  ona 

malikanələrində  aldığı  gəlirdən  daha  artıq  vəsait 

xərcləməsinə imkan vermirdi. 

Nikah  müqaviləsi  ilə  missis  Bennet  və  onun 

törəmələri üçün beş min funt təyin olunmuşdu. Övladlar 

arasında pulun bölgüsü valideynlərin qəranndan asılı idi. 

downloaded from KitabYurdu.org



406 

 

Belə bir qərarı hazırda ən azı Lidiyaya münasibətdə qəbul 



etmək  lazım  idi.  Mister  Bennetdə  də  mister  Qardinerin 

təklif etdiyi şərtlərlə bağlı tərəddüd yaranmamışdı. Qısaca 

olsa da, ən lütfkar şəkildə qaynına göstərdiyi xeyirxahlıq 

üçün  öz  minnətdarlığını  bildirən  mister  Bennet  mister 

Qardinerin  atdığı  sonrakı  addımları  bəyəndiyini  yazdı, 

həmçinin onun öz üzərinə götürdüyü 

öhdəlikləri yerinə yetirməsinə razılıq verdiyini təsdiqlədi. 

Bundan əvvəl ağlına gəlməzdi ki, qızını, hətta Uikhemin 

onunla evlənmək istədiyi təqdirdə belə, bu qədər cüzi xərc 

müqabilində  ona  ərə  verə  bilər.  Lidiyanın  saxlanması 

məsrəfləri,  onun  cibxərcliyi  və  anasından  tez-tez  aldığı 

pul hədiyyələri nəzərə alınanda, o, evlilərə ildə ödəyəcəyi 

yüz funtla böyük bir məbləğ itirmirdi. 

Bütün bunlann belə az zəhmət tələb etməsi xoş sürpriz 

idi. Hazırda o istərdi ki, canı sonrakı qayğılardan mümkün 

qədər  qurtarmış  olsun.  Onu  qızının  axtarışına  atılmağa 

sövq  edən  ilk  həqarət  əsəbiliyindən  sonra,  təbii  ki,  öz 

əvvəlki soyuqqanlılığına qayıtmışdı. 

Məktub xeyli tez yazıldı - mister Bennet nəsə bir qərar 

qəbul etməzdən öncə uzun-uzadı fikirləşirdi, ancaq elə ki 

işə başladı, dərhal onu sona çatdırırdı. O, məktubun yekun 

hissəsində  qaynına  hələ  nə  qədər  borclu  olduğunu 

öyrənmək  istəyini  ifadə  etdi.  Mister  Bennet  Lidiyaya  o 

qədər möhkəm hirslənmişdi ki, məktubda özünü ona hər 

hansı müraciət etməkdən saxlamağı qərara aldı. 

Yaxşı  xəbərlər  dərhal  ev-ev  dolaşdı  və  qeyri-adi 

sürətlə bütün rayona yayıldı. Əlbəttə, miss Lidiya barədə 

downloaded from KitabYurdu.org



407 

 

söz-söhbət  onun  Meritona  gətirilməsi  və  ya  daha  yaxşı, 



hansısa  uzaq  fermaya  sürülməsi  halında  xeyli  dərəcədə 

böyük  maraq  kəsb  edə  bilərdi.  Ancaq  onun  ərə  getməsi 

münasibətilə də ləzzətli mühakimələr yürütmək mümkün 

idi.  Şəhərciyin  bədxah  qeybətcillərinin  ağzından 

düşməyən xoşbəxtlik arzuları  da durumun dəyişməsi  ilə 

öz ifadəliliyini, demək olar, itirmirdi, çünki Uikhem kimi 

bir adamla nikah, vicdanla söylənilərsə, heç cür xoşbəxt 

alına bilməzdi. 

Missis  Bennet  iki  həftə  ərzində  bir  dəfə  də  olsun 

yemək otağına girməmişdi. Ancaq bu xoşbəxt gün onunla 

əlamətdar  oldu  ki,  o,  nəhayət,  yüksək  ovqatda  masanın 

başında oturdu. Lidiyaya görə xəcalət cüzi də olsun onun 

təntənəsini  tutqunlaşdırmırdı.  Ceynin  on  altı  yaşının 

tamam  olmasından  bəri  onun  mübtəla  olduğu  ideya, 

qızlarından  hər  hansı  birinin  toyu  barədə  arzusu 

gerçəkləşməyə  yaxınlaşırdı.  Onun  düşüncələri  və 

söhbətləri yalnız toy mərasimi üçün ləvazimatların, nazik 

tülbənd nümunələrinin, yeni ekipajların 

və yeni qulluqçuların ətrafında dönübdolaşırdı. O, qeyri-

adi  eneıji  ilə  qızının  toydan  sonra  yerləşməsi  üçün 

yaxınlıqda hər hansı bir ev axtarmağa girişmişdi. Missis 

Bennet  gənc  cütlüyün  hansı  maddi  vəsaiti  olacağını 

bilmədən,  hətta  bunu  düşünmədən,  yerləşməsinə  və  ya 

ölçüsünə görə münasib saymadığı bir xeyli evdən imtina 

etmişdi. 

— Qoldinqlər  çıxmağı  düşünsəydilər,  bəlkə  də  Hey-

park münasib ola bilərdi, — o, saf-çürük edirdi. — Ya da 

downloaded from KitabYurdu.org



408 

 

yalnız  qonaq  otağı  bir  balaca  böyük  olsaydı,  Stoukdakı 



böyük ev yarayardı. Eşuorta gəlincə, o burdan həddindən 

çox  uzaqdadır  —  bizi  bir-birimizdən  bütöv  bir  on  mil 

məsafə ayırsa, mən buna tablaşa bilmərəm. Palvis Locda 

isə yuxarı mərtəbə tamamilə imkansızdır! 

Mister Bennet qulluqçu otaqda olduğu vaxt onun bu 

cür  çərənləməsinə  mane  olmadı.  Ancaq  kənar  adamlar 

uzaqlaşan kimi missis Bennetə xitabən dedi: 

— Missis Bennet, siz qızınız və onun əri üçün bu gözəl 

malikanələrdən  birini  və  ya  hətta  hamısını  birdən 

kirayələməzdən  öncə,  istərdim  ki,  bizim  aramızda  bu 

məsələ 

üzrə aydın müqavilə olsun. Onlar bu ətrafda heç bir evə 



buraxılmayacaqlar.  Mən  onları  Lonqbornda  öz  evimdə 

qəbul  edərək,  yüngülməcazlıqlarım  təşviq  etməyə 

qətiyyən hazırlaşmıram. 

Bu  bəyanat  etiraz  fırtınası  doğurdu,  ancaq  mister 

Bennet  sözündən  dönmədi.  Müəyyən  vaxtdan  sonra 

missis  Bennet  qızğın  mübahisə  zamanı  heyrətinə  və 

dəhşətə gəlməsinə rəğmən aşkar etdi ki, həyat yoldaşı toy 

libaslarının tədarük edilməsinə qara quruş da xərcləməyə 

hazırlaşmır.  O  bildirdi  ki,  Lidiya  onun  hər  hansı  bir 

diqqətinə  ümid  etməsin.  Bu,  missis  Bennetə  ağlasığmaz 

göründü.  Bu  cür  cilovlanmaz  valideyn  hiddəti  üzündən 

ərə gedən qızının hər şeyi itirməli olması onun idrakının 

hüdudlarını  aşırdı.  Toy  libaslarının  əskikliyi  ona 

Lidiyanm  qoşulub  qaçmasından  və  Uikhemlə  toydan 

əvvəl  iki həftə birlikdə  yaşamasından daha rüsvayçı  hal 

downloaded from KitabYurdu.org



409 

 

kimi görünürdü. 



Elizabet  isə  duyğularının  dağınıq  olduğu  vaxt 

Lidiyanm  taleyi  üçün  öz  əndişələrini  mister  Darsiyə 

danışmasından  acı  peşmanlıq  duydu.  Onun  qaçması 

tezliklə uğurlu bir şəkildə 

evliliklə  yekunlaşdığı  üçün  əhvalatı  o  zaman  Braytonda 

olmayanlardan gizlətməyə ümid etmək olardı. 

Elizabet  mister Darsinin bu hadisəni  kənar adamlara 

danışacağından qorxmurdu. O, təmkinliliyi böyük etimad 

yaradan  başqa  bir  adamı,  çətin  ki,  tanıyırdı.  Ancaq  ona 

xüsusilə  ağrılı  idi  ki,  ailə  rüsvayçılığı  məhz  ona  məlum 

olmuşdu. İş onda deyildi ki, bundan onun özünün hansısa 

maraqları  zərər  çəkmişdi.  Bütün  hallarda  indi  onların 

arasında  dəfolunmaz  uçurum  yatırdı.  Hətta  Lidiya 

ləyaqətli  qızlara  yaraşan  bir  şəkildə  ərə  getsəydi  belə, 

güman  etmək  olmazdı  ki,  mister  Darsi  bütün 

çatışmazlıqlarına bir də o qədər nifrətini qazanmış adamın 

qohumluğu əlavə edilmiş ailə ilə qohum olsun. Belə bir 

qohumluq  barədə  düşüncə,  əlbəttə  ki,  onu  dəhşətə 

gətirməli idi. Mister Darsinin Derbişirdə bu qədər nəzərə 

çarpan  şəkildə  onun  sevgisini  qazanmağa  cəhd  etməsi, 

sağlam  məntiqlə  düşünülərdisə,  bu  cür  zərbənin 

qarşısında duruş gətirə bilməzdi. O, məzlum, kefsiz idi, nə 

olduğunu  özünün  də  bilmədiyi  itki  yaşantısı  keçirirdi. 

Onun bağlılığı birdən-birə qıza xüsusilə əziz görünürdü - 

özü də o vaxt ki, artıq onun 

qorunub  saxlanacağına  ümid  etmək  olmazdı.  Elizabet 

onun həyatı barədə bilmək istəyirdi, hərçənd indi güman 

downloaded from KitabYurdu.org



410 

 

etmək  çətin  idi  ki,  bu  barədə  hər  hansı  məlumat  əldə 



edəcək.  Darsi  ilə  əl-ələ  xoşbəxt  həyat  yaşaya  biləcəyinə 

əminlik  qızda  o  zaman  yarandı  ki,  onunla  bir  daha 

görüşəcəyinə, demək olar, heç bir ümid qalmamışdı. 

“Darsi  bilsəydi  ki,  cəmi  dörd  ay  öncə  qürurla  rədd 

edilən təklifi bu gün sevinc və minnətdarlıqla qarşılanardı, 

onun heysiyyəti necə də şərəf duyardı” - Elizabet tez-tez 

düşünürdü. O, Darsinin bütün həmcinslərindən üstün olan 

alicənablığına  şübhə  etmirdi.  Ancaq  fani  bəndə  olaraq, 

hətta  o  da  öz  təntənəsini  dərk  etməkdən  özünü  saxlaya 

bilməzdi. 

Elizabet yalnız indi anlayırdı ki, o, məhz öz xasiyyəti 

və istəkləri ilə ona hamıdan daha münasib olan insan imiş. 

Darsinin  ağlının  və  xasiyyətinin  özəlliyi  onun 

özününkündən daha yaxşı olsa da, qızın bütün tələblərinə 

cavab  verirdi.  Onlann  arasında  ittifaq  hər  ikisi  üçün 

faydalı  olardı.  Onun  təbiətinin  rahatlığı  və  gümrahlığı 

Darsinin  mühakimələrinə  və  maneralanna  daha  artıq 

yumşaqlıq verə bilərdi. Elizabet özü 

isə  onun  geniş  biliyi,  sağlam  düşüncəsi  və  inkişaf  etmiş 

ağlı sayəsində daha dərin insana çevrilərdi. 

Təəssüf  ki,  heyrətlənmiş  bəşəriyyətə  əsl  ailə 

səadətinin  nə  olduğunu  göstərə  biləcək  xoşbəxt  nikahın 

baş tutması nəsib  olmadı! Bunun  yerinə tezliklə Bennet 

ailəsində  tamam  başqa  növdən  olan,  ailə  səadətinin  hər 

cür  imkanının  öncədən  istisna  olunduğu  bir  nikah 

bağlanacaq. 

O,  hətta  təsəvvür  belə  edə  bilmirdi  ki,  Uikhem  və 

downloaded from KitabYurdu.org



411 

 

Lidiya özlərinin layiqli və müstəqil mövcudluqlarını hansı 



yolla  təmin  edəcəklər.  Ancaq  bunun  əvəzində  o, 

məsuliyyət  və  borc  hissindən  daha  güclü  çıxan 

ehtirasların  təsiri  altında  birləşən  ailə  cütlüyünü  əsl 

səadətin necə az gözlədiyini yaxşı başa düşürdü. 

*** 

Mister  Bennet  tezliklə  Londondan  yeni  məktub  aldı. 



Mister Qardiner atdığı addımlara dair tərifli sözlərə cavab 

verərək yazırdı ki, o onun ailəsinin hər bir üzvünə xidmət 

göstərməyə 

həmişə  hazırdır  və  xahiş  edirdi  ki,  bir  də  heç  vaxt  bu 

mövzuya  toxunulmasın.  Məktub  üçün  başlıca  səbəb 

Bennetlərə  mister  Uikhemin  polis  alayını  tərk  etmək 

qərarına gəlməsinin xəbər verilməsi zərurəti idi. 

“Onların  nikahı  barədə  razılıq  əldə  olunan  vaxtdan 

etibarən mən bunda israr etdim, — məktubda əlavə olaraq 

bildirilirdi.  -  Siz  də  yəqin  mənimlə  razılaşarsınız  ki, 

alaydan  getmək  onun  qədər,  bacını  qızının  da 

marağındadır. Mister Uiklıem nizami orduya daxil olmaq 

niyyətindədir. Əvvəlki dostları arasında ona bunda kömək 

etmək imkanı olan və bunu etmək istəyən biri tapılıb. Ona 

general  N.  —  in  şimalda  yerləşən  alayında  gizir  rütbəsi 

vəd  edilib.  Bu  yerlərdən  o  cür  uzaqlıq  mənə  böyük 

üstünlük kimi görünür. O, oi'ada özünü yaxşı apai'mağa 

söz  verib  və  ümidvaram  ki,  məlum  təmkinliliyə  riayət 

etməli  olacaqları  yeni  ətrafa  münasibətdə  böyük 

tədbirlilik  göstərəcəklər.  Mən  işlərimizin  necə  alındığı 

barədə polkovnik Forsterə məktub yazdım və ondan xahiş 

downloaded from KitabYurdu.org



412 

 

etdim ki, mister Uikhemə Braytonda və onun ətrafındakı 



yerlərdə  borc  verənləri  sakitləşdirsin,  onlara  desin  ki, 

bütün 


borcları tezliklə ödəniləcək və buna görə məsuliyyəti öz 

üzərimə  götürürəm.  Ola  bilər,  Siz  onun  Meritondakı 

kj'editorlarını  eyni  şəkildə  inandırmağı  zəhmət 

saymayacaqsınız. Onların siyahısını Uikhemdən aldığını 

məlumatlara  əsasən  Sizin  üçün  tərtib  edirəm.  O,  öz 

borclarının  siyahısını  bizə  verib.  Ən  azı  ümidvaram  ki, 

bizi aldatmır. Haqerstona göstəriş verilib və bir həftənin 

içində  bütün  işlər  yekunlaşacaq.  Bundan  sonra  onlar 

Lonqborna  dəvət  olunmayacaqlarsa,  onun  alayına 

yollanacaqlar.  Missis  Qardinerin  fikrincə,  bacımız  qızı 

şimala getməzdən öncə Sizi çox görmək istərdi. O, yaxşı 

əhvaldadır  və  özü  barədə  Sizə  və  anasına  ehtiramla 

xatırladılmağı xahiş edir. 

Sizin E.Qardiner”. 

Mister Qardiner və onun qızları Uikhemin öz əvvəlki 

alayını tərk etməsinin üstünlüyünü mister Qardinerdən pis 

anlamırdılar. Ancaq missis Bennet buna çox az sevindi. 

O, Lidiyanm haradasa Hartfördşir tərəflərdə yaşayacağına 

ümidlərini  hələ  itirməmişdi.  Qızının  daima  yanında 

olmasının  ona  daha  çox  məmnunluq  bəxş  edə  biləcəyi 

vaxtda onun şimala 

ehtimal  olunan  köçü  kəskin  məyusluq  doğurdu.  Üstəlik, 

Lidiyanm hər kəslə tanış olduğu və bu qədər pərəstişkar 

qazandığı alaydan ayrılmağa məcbur qalması onu bir az 

da məyus etdi. 

downloaded from KitabYurdu.org



413 

 

—  O,  missis  Forsteri  elə  sevir  ki,  —  missis  Bennet 



deyirdi, 

—  onları  ayırmaq,  sadəcə,  günahdır!  Orada  hələ  ondan 

ötrü dəli-divanə olan bir neçə gənc də var. General N. — 

in alaymdakı zabitlər heç də o cür xoş kavalerlər olmaya 

bilərlər. 

Lidiyanm  şimala  getməzdən  öncə  doğmaları  ilə 

görüşməyə  icazə  verilməsi  xahişini  (hansısa  xahişdən 

danışmaq  mümkün  ola  bilərdisə)  əvvəlcə  mister  Bennet 

qətiyyətlə  rədd  etmişdi.  Fəqət  Ceyn  və  Elizabet 

bacılarının hisslərinə və yaxşı adma qıymayaraq, nəvazişə 

və inandırmaya əl atdılar, atalarını israrla dilə tutdular ki, 

toydan  sonra  Lidiya  və  ərinə  Lonqborna  gəlmək  icazəsi 

versin.  Axırda  onlar  mister  Bennetin  məsələyə  onların 

gözü ilə baxmasına nail oldular və o, qızların istədiyi kimi 

hərəkət  etdi.  Öz  məmnunluğuna  uyğun  olaraq,  missis 

Bennet öyrəndi ki, Uikhemlər şimala sürgünə getməzdən 

öncə,  o,  ərli  qızı  ilə  yerli  cəmiyyətin  arasına  çıxa  bilər. 

Qərara alındı ki, 

gənclər  toy  mərasiminin  sona  yetməsindən  dərhal  sonra 

Lonqborna gələcəklər. Lakin Elizabet bu planı Uikhemin 

qəbul  etməsinə  heyrətləndi.  O,  yalnız  öz  duyğulan  ilə 

hesablaşsaydı,  əlindən  gələni  edərdi  ki,  bu  görüşdən 

qaçsın. 

IX 


FƏSİL 

Ceyn  və  Elizabet  bacılarının  toyu  günü,  bəlkə  də  təzə 

gəlindən daha artıq həyəcan keçirdilər. Gənclərin ardınca 

göndərilən  ekipaj  onlan  N.də  qarşılamalı  və  naharadək 

downloaded from KitabYurdu.org


414 

 

qayıtmalı idi. Bu anı hər iki böyük miss Bennet bacılan 



sonsuz  narahatlıqla  gözləyirdilər.  Lidiyaya  aid  olmalı 

olan  hisslərin  çulğadığı  Ceyn  xüsusilə  möhkəm 

həyəcanlanmışdı,  sanki  bütün  hadisələrin  səbəbkarı  o 

özüydü.  Yazıq  bacısının  nələrə  dözməli  olduğu  barədə 

fikir onda çarəsizlik ovqatı yaradırdı. 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin