Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

edirdi. 


İndi bütün Meriton hələ üç ay əvvəl hamının az qala 

mələk  saydığı  insanı  hər  vəchlə  qaralamağa  çalışırdı. 

Məlum olmuşdu ki, o, tam olaraq bütün dükanlardan borc 

alıb.  Bütün  rayonda  şərəfsiz  tovlayıcı  elan  edilmiş 

Uikhem dillərdə dastan olmuşdu. Hamı onu dünyanın ən 

pozğun adamı sayırdı və kirimədən and içirdilər ki, zahiri 

cazibədarlığı heç vaxt onlan yanıltmayıb. Elizabet bütün 

bu  söhbətlərin  yansına  belə  inanmasa  da,  danışılanlar 

sübut edirdi ki, bacısının yaxşı adı üçün onun narahatlığı 

nə qədər haqlı imiş. Hətta şayiələrə daha az inanan Ceyn 

də məsələnin əlverişli həllinə inamını, demək olar

itirmişdi.  Üstəlik,  onun  inanmaq  istədiyi  kimi,  onlar 

Şotlandiyaya qaçmış olsaydılar belə, artıq nəsə bir xəbər 

gəlməliydi. 

Mister  Qardiner  Lonqbornu  bazar  günü  tərk  etdi. 

Həftənin ikinci günü arvadı ondan məktub aldı. Məktubda 

deyilirdi ki, o, çatan kimi yeznəsini axtarıb tapıb və onu 

Qreysçerçə gəlməyə razı salıb. Bəli, onun gəlişinə qədər 

downloaded from KitabYurdu.org


388 

 

mister  Bennet  Epsomda  və  Klephemdə  olub,  ancaq 



əhəmiyyətli heç nə öyrənə bilməyib. İndi o, qərara alıb ki, 

şəhərin  bütün  iri  mehmanxanalarından  soruşsun, 

tamamilə  mümkün  sayır  ki,  qaçaqlar  Londona  gələrkən 

dərhal xüsusi evdə yerləşməyiblər. Mister Qardinerin özü 

bu cür axtarışların uğurlu nəticələnəcəyinə ümid etməyib, 

ancaq mister Bennet bu fikrə bütünlüklə qərq olduğundan, 

ona gücü çatdığı qədər hər cür yardım göstərməyə çalışıb. 

Daha sonra xəbər verirdi ki, mister Bennet hazırkı halda 

qətiyyən  Londonu  tərk  etməyə  meyilli  deyil.  O,  tezliklə 

yenə  yazacağını  vəd  edirdi.  Məktubun  sonunda  növbəti 

postskriptum vardı: 

“Mən polkovnik Forsterdən xahiş etdim ki, o, imkan 

daxilində 

Uikhemin  alaydakı  dostlarından  onun 

Londonun 

hmısı  hissəsində  gizləndiyini  biləıı  qohumları  və  ya 

tanışları  olduğunu  aydınlaşdırsın.  Kimisə  tapmağa  nail 

olsaq,  bu  bizə  sonrakı  axtarışlar  üçün  mühüm  ipucu 

verəcək.  Hələlik  bizim  əldə  rəhbər  tutmaq  üçün  heç 

nəyimiz  yoxdur.  Əminəm  ki,  polkovnik  Forster 

xahişimizi yerinə yetirmək üçün ondan asılı olan hər şeyi 

edəcək. Ancaq sonradan ağlıma gəldi ki, bəlkə Lizzi onun 

qala  biləcəyi  qohumlarının  aduıı  bir  başqasından  daha 

yaxşı bilir”. 

Elizabet belə bir ehtimalın necə yarandığını asanlıqla 

anlayırdı.  Ancaq  onun  bu  tipli  məlumatları  yox  idi  və 

komplimentə  layiq  olmadığını  düşünürdü.  O,  Uikhemin 

uzun  illər  öncə  vəfat  etmiş  ata  və  anasından  başqa 

downloaded from KitabYurdu.org


389 

 

qohumlan  olduğunu  eşitməmişdi.  Fəqət  ehtimal  etmək 



olardı ki, onun Derbişir alayında dostlarından kimsə daha 

çox  bilir.  O  buna  az  inansa  da,  polkovnik  Forsterə 

müraciət nəyəsə ümid bəsləməyə imkan verirdi. 

İndi  bütün  günlər  müxtəlif  narahatlıqlarla  dolu 

keçirdi. Ancaq ən əndişəlisi poçtun gəlişinin gözlənildiyi 

dəqiqələr idi. 

Məktub gəlməsi hər günün ən vacib hadisəsi olurdu. Hər 

yeni gün, nəhayət, mühüm xəbərlər gətirə bilərdi. 

Fəqət  mister  Qardinerdən  gələn  növbəti  xəbərin 

onlara  çatmasından  öncə  mister  Bennetə  ünvanlanmış 

tamam  başqa  cinsdən  olan  ismarış  alındı.  Bu,  mister 

Kollinzin  yazdığı  məktub  idi.  Mister  Bennet  onun 

ünvanına  gələn  bütün  yazışmalann  açılması  barədə 

tapşırıq  vermişdi  və  məktubu  Ceyn  oxudu.  Onunla 

birlikdə  Elizabet  də  əminəvəsinin  məktubunu  oxuyurdu 

və ona Kollinzin üslubunun xüsusiyyətləri yaxşı tanış idi. 

Məktubda deyilirdi: 

“Əziz  ser,  Sizinlə  qohumluğumuzu  və  cəmiyyətdə 

tutduğum  mövqeyi  nəzərə  alcu'aq,  baş  vermiş  kədərli 

hadisə  ilə  bağlı  təəssüfümü  ifadə  etməyi  özümə  borc 

bildim.  Biz  bu  barədə  yalnız  dünən,  Hartfördşirdən 

məktub  aldıqdan  sonra  bildik.  İnanın,  əziz  ser,  missis 

Kollinzlə  biz  tamamilə  səmimi  qəlbdən  Sizə  və  Sizin 

bütün  möhtərəm  ailənizə  üz  vermiş,  yəqin  ki,  xüsusilə 

dərin, səbəbinin zamanla sağalmasının mümkün olmadığı 

dərdinizə görə acıyınq. Öz tərəfimdən mən Sizin bu qədər 

ciddi bədbəxtliyinizi xəfiflədəcək və ya bu kimi, Sizin 

downloaded from KitabYurdu.org



390 

 

valideyn  qəlbiniz  üçün  ağır  vəziyyətlərdə  təsəlli  ola 



biləcək  dəlilləri  əsirgəmirəm.  Qızınızın  ölümü  bununla 

müqayisədə  daha  faydalı  görünə  bilərdi.  Daha  kədərlisi, 

baş vermiş hadisə barədə qüssə hazırkı halda onunla daha 

da  dərinləşir  ki,  mənim  əziz  Şarlottamdan  öyrəndiyimə 

görə,  Qızınızın  mənəviyyatsızlığı  müəyyən  dərəcədə 

onun  tərbiyəsində  yol  verilən  ifrat  dözümlülüklə  izah 

olunur. Valideynlərinin təskinliyinə rəğmən, mən yenə də 

ondakı  pis  meyillərin  anadangəlmə  olduğunu  güman 

edirəm, bunsuz o bu qədər gənc yaşda belə ağır hərəkətə 

qol qoymazdı. Fəqət oi'ada nə olsa da, Siz, dərdinizə şərik 

çıxılmağa layiqsiniz. Missis Kollinzdən başqa, baş vermiş 

uğursuz hadisə barədə xəbər verdiyim ledi Ketrin və miss 

de  Bör  də  dərdinizi  mənimlə  bölüşür.  Onlar  mənim 

əndişəmə qoşulurlar ki, Sizin qızlarınızdan birinin yanlış 

addınu  onun  bacılarının  rifahına  düzəlməz  zərər  yetirə 

bilər. Çünki ledi Ketrinin dediyi kimi, çətin ki, indi kimsə 

Sizin  ailənizlə  qohum  olmaq  istəyər.  Bu  məni  ötən  ilin 

noyabrında  olan  bəzi  hadisələr  barədə  xüsusi 

məmnuniyyətlə düşünməyə sövq edir. Əgər o vaxt məsələ 

başqa cür yön alsaydı, indi mən Sizinlə bərabər dərdinizi 

və  rüsvayçılığuıızı  bölüşməli  olardım.  Əziz  ser,  icazə 

verin  Sizə  mümkün  olduğu  qədər  təsəlli  arzulayım  və 

məsləhət  görüm  ki,  ləyaqətsiz  qızı  ömürlük  özünüzdən 

uzaqlaşdıi'ai'aq, ona özünün qüsurlu hərəkətinin bəhrəsini 

dadmaq imkanı verəsiniz. 

Sizin və s. və i.” 

Mister  Qardiner  polkovnik  Forsterdən  hələ  cavab 

downloaded from KitabYurdu.org



391 

 

almadığı üçün heç nə yazmamışdı. Onun cavabı əlverişsiz 



olmuşdu.  Məlum  olmuşdu  ki,  Uikhemin  münasibət 

saxladığı  bir  qohumu  belə  yoxdur,  ümumiyyətlə,  onun 

yaxın  qohumu  qalmayıb.  Əvvəllər  çox  tanışları  olub, 

ancaq alaya daxil olandan sonra, görünür, onlarla dostluq 

əlaqələri saxlamayıb. Ona görə də Uikhem haqda yeni bir 

şey deyə biləcək bir adam belə tapmaq mümkün deyildi. 

Lidiyanın  qohumlarından  gizlənməsindən  başqa,  onun 

başqa bir səbəbdən də gizləndiyi məlum olmuşdu. Böyük 

qumar borcları, nəhayət, onun pul-para işlərini pozmuşdu. 

Polkovnik 

Forsterin 

qənaətinə 

görə, 

Bratondakı 



borclarının ödənməsi üçün min funtdan artıq pul tələb 

olunurdu.  Bu  məbləğin  xeyli  hissəsini  o,  şəhərdəki 

ticarətçilərə borclu idi, ancaq şərəf borcu daha böyük pay 

təşkil edirdi. Mister bu təfərrüatları özünün Lonqborndakı 

qohumlarından  gizlətməyə  çalışmırdı.  Bu  xəbərə  dəhşət 

içində qulaq asan Ceyn səsləndi: 

— Qumarbaz! Bax, bunu heç cür gözləməzdim. Hətta 

ağlıma belə gəlməzdi! 

Mister Qardiner əlavə edirdi ki, onlar artıq ertəsi gün

yəni  şənbə  günü  mister  Bennetin  qayıdışını  gözləyə 

bilərlər. 

Göstərdiyi 

cəhdlərin 

uğursuzluqla 

nəticələnməsindən kefi pozulmuş mister Bennet qaynının 

israrlı  dilətutmaları  qarşısında  güzəştə  gedərək  evə 

qayıtmağa  razılaşmış,  vəziyyətə  uyğun  olaraq  lazımi 

tədbirlər  görməyi  ona  tapşırmışdı.  Missis  Bennet  bu 

barədə  xəbər  tutanda,  ərinin  həyatı  üçün  onun 

narahatlığını bilən qızlarının gümanlarının əksinə olaraq, 

downloaded from KitabYurdu.org


392 

 

heç də gözlənilən məmnuniyyət ifadə etmədi. 



— Necə!  —  o  səsləndi.  —  Yazıq  Lidiyanı  orada 

buraxıb gəlmək? O, onları tapmayınca Londonu tərk edə 

bilməz!  Bəs  Uikhemlə  kim  atışacaq  və  onu  qızla 

evlənməyə vadar edəcək? 

Missis  Qardiner  artıq  uşaqları  ilə  birlikdə  evinə 

dönmək  istəyirdi  və  ertəsi  gün  mister  Bennetin  gəlişini 

gözlədiyi  üçün  daha  gedə  bilərdi.  Ona  görə  də  o, 

Lonqborndan  göndərilmiş  ekipajdan  yararlandı  və 

sonradan  onun  sahibi  həmin  ekipajla  geriyə,  Lonqborna 

qayıtdı. 

O,  Lonqbornu  Elizabetlə  onun  derbişirli  dostunun 

arasındakı tapmacanı, Lemtondan qayıtdığı vaxtdan bəri 

üzərində baş sındırsa da, çözmədən tərk etdi. Elizabet heç 

vaxt  onun  adını  birinci  çəkmirdi.  Missis  Qardinerin 

gördüyü  qədər,  onun  qızın  ardınca  göndərə  biləcəyi  bir 

məktub-zad  da  yox  idi.  Onlann  qayıtmasından  sonra 

Elizabetin  adma  Pemberlidən  göndərilə  biləcək  heç  nə 

gəlməmişdi. 

Qanqaraldıcı 

ailə 


vəziyyəti 

Elizabetin 

ruh 

düşkünlüyünə  tamamən  haqq  verirdi  -  bunu  izah  etmək 



üçün hansısa başqa bir səbəb axtarmağa lüzum yox idi. Bu 

arada öz hisslərini kifayət qədər müəyyən etmiş Elizabet 

yaxşı  başa  düşürdü  ki,  mister  Darsi  ilə  tanış  olmasa, 

Lidiyanm  rüsvayçılığını  daha  yüngül  ötüşdürə  bilərdi. 

Onun fikrincə, bu halda yuxusuz gecələrin sayı onun üçün 

ən azı yanbayan azalardı. 

Lonqborna qayıdan vaxt mister Bennet özünəməxsus 

downloaded from KitabYurdu.org



393 

 

mütəfəkkir  sakitliyi  ilə  doluydu.  O,  adi  vaxtlarda 



olduğundan  artıq  və  heç  də  Londona  getməsinə  səbəb 

olmuş durumdan danışmırdı. Odur ki, qızlar uzun müddət 

onunla  bu  mövzuda  danışmağa  qərar  verə  bilmədilər. 

Susqunluğu,  nəhayət,  Elizabet  pozdu,  nahardan  sonrakı 

çay  dəstgahı  zamanı  yasaq  mövzuya  toxunmağa  cürət 

etdi.  Atasının  yaşamış  olduğu  bütün  həyəcanlara  görə 

qızın  bildirdiyi  rəğbət  dolu  ifadəni  mister  Bennet  bu 

sözlərlə qarşıladı: 

— Bu  barədə  xatırlamayaq.  Buna  görə  mən  də  əvəz 

ödəməyim, kim ödəsin? Baş verənlərin hamısı mənim əl 

işimdir və hər şeyə mən cavabdehəm. 

— Siz  özünüzü  həddən  artıq  sərt  mühakimə 

etməməlisiniz, — Elizabet dedi. 

— Sənin məsləhətin çox yerinə düşür. Öz şəxsiyyətinə 

güzəştli yanaşmaq insan təbiətinə xas cəhətdir. Yox, Iizzi, 

mənə  ömrümdə  heç  olmasa  bir  dəfə  öz  günahımın 

dərinliyini  hiss  etmək  imkanı  ver.  Qorxma,  bu  məni 

sındırmaz. Belə hiss sürətlə ötüb keçir. 

— 

Siz düşünürsünüz ki, onlar Londondadırlar? 



— Əlbəttə. Onlar başqa harada bu qədər yaxşı gizlənə 

bilərlər? 

— Axı  Lidiya  həmişə  Londonda  olmaq  istəyirdi!  — 

Kitti sözə qarışdı. 

— Demək,  o,  istədiyinə  çatıb,  —  atası  quru-quru 

cavab  verdi.  —  Ola  bilər,  onun  orada  olması  çox  uzun 

çəkəcək. 

Qısa pauzadan sonra o, əlavə etdi: 

downloaded from KitabYurdu.org


394 

 

— Lizzi, mən səndən mayda etdiyin bəraət qazanmış 



xəbərdarlığa  görə  incik  deyiləm,  axı  vəziyyəti  nəzərə 

alanda bu, sağlam məntiqin xeyrinə dəlalət edir. 

Söhbət  missis  Bennet  üçün  çay  hazırlamağa  gələn 

Ceynin görünməsi ilə kəsildi. 

— 

Necə  möhtəşəm  səhnədir!  —  mister  Bennet 



səsləndi. 

—  O  sizin  ananızın  dərdinə  çox  nəcib  çalar  verir. 

Sabahdan  mən  də  onun  örnəyi  ilə  hərəkət  edəcəyəm: 

kitabxanada  gecə  başlığında  və  xalatda  oturacağam  və 

sizə bacardıqca çox narahatlıq yaratmağa çalışacağam. Ya 

da,  ola  bilər,  mən  Kittinin  bizdən  qaçmasını  gözləməli 

olacağam. 

— Mən  heç  yerə  qaçmağa  hazırlaşmıram,  —  Kitti 

əsəbi halda cavab verdi. — Nə vaxtsa Braytona düşsəm, 

mənimlə belə bir şey baş verməyəcək. 

— Sən Braytona düşəcəksən? Mən səni heç İst-Bernin 

əlli  funt  yaxınına  da  buraxmaram.  Yox,  Kitti,  nəhayət, 

mən  ehtiyatlı  olmağı  öyrəndim.  Sənin  də  bunu  hiss 

etməyin  lazım  gələcək.  Heç  bir  zabit  mənim  evimin 

kandanndan  içəri  ayaq  basa  bilməyəcək,  burnunu 

kəndimizə  soxmayacaq.  Daha  heç  bir  rəqs-filan  da 

olmayacaq  —  yalnız  bacılarından  biri  ilə  rəqs  etmək 

istəməsən. Sutkada heç  olmasa on dəqiqə  nəsə bir ağıllı 

işlə məşğul olmağa qadir olduğunu sübut etməyənə qədər 

sənə evdən çıxmaq imkanı verməyəcəyəm. 

Kitti  bu  sözləri  ciddi  qəbul  edərək  acı-acı  hönkürüb 

ağladı. 


downloaded from KitabYurdu.org

395 

 

— Belə də olmalıdır, — mister Bennet dedi, — məyus 



olmaya  bilərsən.  On  il  ərzində  yaxşı  qız  olsan,  bu 

müddətin  axınna  yaxın  səni  mütləq  hansısa  qızgördüyə 

çıxaracağam. 

VII 


FƏSİL 

Mister  Bennetin  qayıtmasından  iki  gün  sonra  Ceyn  və 

Elizabet  evin  arxasındakı  kolluqların  arasında  gəzərkən 

yaxınlaşan  ev  xadiməsini  gördülər.  Onun  onları  missis 

Bennetin  yanma  çağırmaq  üçün  arxalarınca  gəldiyini 

düşünən qızlar qadının qarşısına getdilər. Ancaq anasının 

hansısa  bir  tapşırığını  çatdırmaq  yerinə  o,  üzünü  Ceynə 

tutaraq dedi: 

— Üzr  istəyirəm,  xanım,  söhbətinə  mane  oldum. 

Düşündüm ki,  bəlkə Londondan  yaxşı  xəbərlər gəlib və 

öyrənmək istədim ki, onlar nədən ibarətdir. 

— Siz nəyi nəzərdə tutursunuz, Hili? Londondan heç 

bir məktub gəlməyib. 

— Necə  gəlməyib,  xanım,  —  missis  Hili  böyük 

heyrətlə  səsləndi,  —  siz  bilmirsiniz  ki,  mister 

Qardinerdən  sahibə  çapar  gəldi?  Onun  mister  Bennetə 

zərf verməsindən azı yanm saat keçib. 

Yeniliklərdən tezliklə xəbər tutmaq üçün bacılar artıq 

bir  söz  demədən  evə  cumdular.  Zaldan  qaçaraq  keçən 

qızlar əvvəlcə yemək otağına, sonra kitabxanaya baxdılar 

və  atalarını  orada  tapmayaraq,  artıq  onu  yuxarıda, 

analarının  otağında  axtarmağa  hazırlaşırdılar  ki, 

qarşılarına çıxan eşikağası dedi: 

— Xanımlar, 

sahibi 

axtarırsınızsa, 



ağaclığın 

downloaded from KitabYurdu.org



396 

 

yaxınlığında ona çatmağa cəhd edin — o, indicə o səmtə 



getdi. 

— Bu  göstərişdən  yararlanan  qızlar  yenidən  zaldan 

ötərək,  malikanənin  kənanndakı  ağaclığa  doğru  qəti 

addımlarla  irəliləyən  atalarma  çatmaq  üçün  birbaşa 

çəmənliyin üstü ilə qaçıb keçdilər. 

Daha dolu bədənli və qaçmağa daha az alışqan böyük 

bacı  tezliklə  geri  qaldı,  kiçik  bacı  isə  təngnəfəs  halda 

atasına çataraq səbirsizliklə onu sual yağışına tutdu: 

— Ah, ata, nə olub orda? Xəbər var? Qardiner dayıdan 

nəsə gəlib? 

— Bəli, o, çaparla məktub göndərib. 

— O, nə yazır? Yaxşı, ya pis? 

— Məgər  biz  yaxşı  xəbər  gözləyə  bilərik?  —  atası 

məktubu cibindən çıxararaq dedi. — Yeri gəlmişkən, ola 

bilər, onu oxumaq sənə maraqlı olacaq. 

Ceynin 


onlara 

yetişdiyi 

məqamda 

Elizabet 

səbirsizliklə məktubu aldı. 

— Bərkdən oxu, — mister Bennet xahiş etdi, — mən 

özüm ondan çətinliklə baş açdım. 

“Qreysçerç-strit, bazar ertəsi, 2 avqust. 

Əziz qardaşım! 

Nəhayət,  bacım  qızı  barədə  Sizi  bir  qədər 

sakitləşdirəcək müəyyən məlumatlar verə bilərəm. Şənbə 

günü  Sizin  gedişinizdən  tezliklə  sonra  mənə  onların 

Londonun 

hansı 


hissəsində 

gizləndiklərini 

aydınlaşdırmaq  müyəssər  oldu.  Təfərrüat  barədə 

görüşdüyümüz  zaman  Sizə  danışaram.  Bilməyiniz 

downloaded from KitabYurdu.org


397 

 

kifayətdir  ki,  onlar  aşkar  edilib  və  mən  hər  ikisini 



görmüşəm...” 

— Bax,  gördünüz,  indi  biz  əmin  olduq  ki,  hər  şey 

mənim güman etdiyim kimi alınıb, — Ceyn onun sözünü 

kəsdi, — onlar evləniblər! 

Elizabet məktubu oxumağa davam etdi: 

“Mən hər ikisini gördüm. Onlar evlənməyiblər və mən 

toya  heç  bir  hazırlıq  görmədim.  Fəqət  mənim  Sizin 

adınızda  irəli  sürməyə  cəsarət  etdiyim  təkliflərlə 

razılaşsanız, ümidvaram ki, toy kifayət qədər tez olacaq. 

Sizdən  tələb  olunan  valideynlərinin  ölümündən  sonra 

övladlarınıza  qalan  beş  min  funtdan  ona  çatan 

beşdəbirpayı  yazılı  şəkildə  təsdiq  etmək,  həmçinin  sağ 

olduğunuz  müddətdə  ona  hər  ay  yüz  funt  ödəməkdir. 

Bütün  bu  baş  verənlərdən  sonra  mən  Sizin  etibarlı 

təmsilçiniz  olmaq  imtiyazından  istifadə  edərək,  bu 

şərtlərlə  tərəddüdsüz  razılaşdım.  Bu  məktubu  çaparla 

göndərirəm,  çünki  Sizin  cavab  mümkün  qədər  tez 

alınmalıdır.  Yuxarıda  deyilənlər  Sizə  anlamağa  kömək 

edəcək  ki,  mister  Uikhemin  vəziyyəti,  bir  çoxlarına 

göründüyü kimi, heç də o qədər ümidsiz deyil. Bu mənada 

biz  hamımız  yanlışlığa  yuvarlanmışıq  və  mən  xəbər 

verməyə şadam ki, hətta bütün borclarını ödəyəndən sonra 

onun  əlində  müəyyən  məbləğdə  pul  qalıb  və  o  bu  pulu 

bacını  qızının  öz  vəsaitlərinə  əlavə  olai'aq  onun  adma 

keçirə bilər. Ümid etdiyim kimi, əgər 

mənim  hər  bir  işdə  Sizin  adınızdan  hərəkət  etmək 

səlahiyyətimi təsdiq etsəniz, mən ləngimədən Haqerstona 

downloaded from KitabYurdu.org



398 

 

tapşıraram ki, o, müvafiq saziş hazırlasın. Sizin yenidən 



Londona gəlməyinizə ehtiyac yoxdur, ona görə də mənim 

səylərimə 

və 

qayğıma  güvənərək  sakit  şəkildə 



Lonqbornda  qaluı.  Mümkün  olduğu  qədər  tez  cavab 

göndərin  və  lütfən,  kifayət  qədər  ayduı  ifa  edin.  Biz 

bui'ada qərara almışıq - və mən Sizin bəyənmənizə ümid 

edirəm - bacını qızı kilsəyə mənim evinidən yollanacaq. 

O bizə bu gün köçəcək. Müəyyən təfərrüatlar dəqiqləşən 

kimi Sizə bir daha məktub yazacağam. 

Sizin və s. və i. Edv. Qardiner”. 

— Bu,  ola  bilərmi?  —  Elizabet  məktubu  qatlayaraq 

dedi. 

— Doğrudanmı o onunla evlənəcək? 



— Demək,  Uikhem  heç  də  bizim  təsəvvür  etdiyimiz 

qədər  yaramaz  biri  deyil!  —  Ceyn  səsləndi.  —  Ata, 

əzizim, Sizi təbrik edirəm! 

— Siz artıq məktuba cavab yollamısınız? — Elizabet 

soruşdu. 

— Hələ  yox.  Ancaq  bunu  tezliklə  etmək  lazım 

gələcək. 

Elizabet  atasını  hərarətlə dilə tutmağa başladı ki,  bu 

işi bir dəqiqə belə təxirə salmasın. 

— Ata, lütfən, — o yalvardı, — geri qayıdın və dayıya 

dərhal cavab yazm. Yalnız onu düşünün ki, belə hallarda 

azacıq gecikmək necə təhlükəlidir! 

— 

Əgər bunu etmək sizə xoş deyilsə, — Ceyn təklif 



etdi, 

— bəlkə sizin adınızdan məktubu mən yazım? 

downloaded from KitabYurdu.org


399 

 

— Əlbəttə,  xoş  deyil,  —  o  cavab  verdi.  —  Ancaq 



təəssüf ki, məktub yazılmalıdır. 

Bu sözlərdən sonra onlar geriyə, evə qayıtdılar. 

— Mən bir söz soruşmaq istərdim,  — Elizabet  dedi. 

— Siz təklif olunan şərtləri qəbul edəcəksiniz? 

— Şərtləri  qəbul  edəcəyəmmi?  Mən,  sadəcə,  onun 

yerinə utanıram ki, Lidiyadan ötrü bu qədər az şey tələb 

edir. 

— Və Lidiya, onun arvadı olmalıdır! Hətta o halda ki, 



o, belə insandır. 

— Bəli, bəli, onun arvadı olmalıdır. İndi artıq heç nə 

etmək  olmaz.  Ancaq  mən  iki  şeyi  anlamaq  istərdim. 

Birincisi, sizin 

dayınız ona nə qədər pul vəd edib, ikincisi, mən ona o pulu 

hansı şəkildə qaytara biləcəyəm? 

— Pul?  —  Ceyn  səsləndi.  —  Dayıma?  Siz  nəyi 

nəzərdə tutursunuz? 

— Elə  olmasa,  ağlı  başında  olan  heç  bir  adam 

sağlığımda ildə yüz, mən öləndən sonra isə 50 funt puldan 

ötrü Lidiya ilə evlənməzdi. 

— Doğrudan  da,  —  Elizabet  dedi,  —  Bu  mənim 

ağlıma əvvəl gəlməyib. Borclar ödəniləcək, hələ bir nəsə 

qalacaq  da!  Burada  dayı  olmadan,  əlbəttə,  iş  keçməzdi. 

Bizim dayımız necə də yaxşı və səxavətlidir! Ancaq kaş 

ki,  bu  onu  müflis  etməsin.  Kiçik  məbləğ  burada  kömək 

etməzdi. 

— Heç vəchlə, — mister Bennet razılaşdı. — Uikhem 

onunla  on  mindən  az  pula  görə  evlənsə,  axmaq  olardı. 

downloaded from KitabYurdu.org



400 

 

Onunla qohum olandan dərhal sonra mən onun haqqında 



belə pis düşünmək istəməzdim. 

— On  min?  İlahi!  Sizcə,  biz  bu  cür  məbləğin  hətta 

yarısını belə qaytara bilərikmi? 

Mister  Bennet  heç  bir  cavab  vermədi  və  onlann  hər 

biri öz düşüncələrinə dalaraq, evə yaxınlaşana qədər heç 

nə  demədilər.  Ata  məktub  yazmaq  üçün  birbaşa 

kitabxanaya  getdi,  qızlar  isə  səhər  yeməyi  otağına 

yönəldilər. 

— Doğrudanmı  onlar  gerçəkdən  evlənəcəklər?  — 

Elizabet  səsləndi.  —  Sadəcə,  inanılmazdır!  Və  biz  buna 

hələ  sevinməliyik!  Ailə  səadətinə  azacıq  ümid  belə 

olmadan  və  onun  gələcək  ərinin  bütün  qüsurlarına 

baxmayaraq evlənəcəklər 

— indi onun xilası bundadır! Ah, Lidiya, Lidiya! 

— Mən özümə onunla təsəlli verirəm ki, əgər o, qıza 

qarşı gerçək hisslər bəsləməsəydi, Lidiya ilə evlənməzdi, 

— Ceyn dedi. 

— Bizim xeyirxah dayımız ona nəsə kömək etsə də, mən 

inanmıram ki, söhbət on mindən, yaxud hətta ona yaxın 

bir məbləğdən gedə bilər. Qardinerlərin uşaqları var və ola 

bilər,  hələ  olacaq  da.  Məgər  dayım  onlardan  bu  cür 

məbləğin hətta yansını qoparmaqda haqlıdır? 

— 

Əgər  biz  onun  borclarını  bilsəydik,  —  Elizabet 



dedi, 

— bir də nikah müqaviləsinə uyğun olaraq bacımın adma 

nə  qədər  pul  qoyduğunu  aydınlaşdırsaydıq,  biz  dayımın 

ona nə 


downloaded from KitabYurdu.org

401 

 

qədər pul söz verdiyini dəqiq müəyyən edərdik. Uikhemin 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin