Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

kömək göstərən səxavətli adam kimi xarakterizə edirdilər. 

Uikhemə  münasibətə  gəlincə,  tezliklə  səyahətçilərə 

məlum  oldu  ki,  onun  burada  həsəd  doğurmayan 

reputasiyası var. 

Uikhemlə  onun  himayədarının  oğlu  arasındakı  nifaqın 

gerçək  səbəbini  necə  gəldi  şərh  edirdilərsə,  hər  halda 

Derbişirdən  gedən  gəncin  özündən  sonra  bir  ətək  borc 

qoyub getdiyi və bu borcları daha sonra mister Darsinin 

ödədiyi şübhə doğurmurdu. 

Elizabetin  isə  həmin  axşam  düşüncələri  bir  gün 

downloaded from KitabYurdu.org


348 

 

əvvəlkindən  də  daha  artıq  Pemberliyə  cəmləşmişdi. 



Axşam  vaxt  çox  yavaş-yavaş  (ona  elə  gəlirdi)  getsə  də, 

hər  halda  onun  bu  malikanənin  sakinlərindən  birinə 

münasibətini  müəyyən  etməyə  macal  tapması  üçün 

yetmirdi. Elizabet fikirlərini toplamağa çalışaraq iki saat 

boyunca  uyuya  bilmədi.  Qız  açıqaşkar  ona  nifrətlə 

yanaşmırdı.  Xeyr,  nifrət  bir  neçə  ay  əvvəldən  yox 

olmuşdu. Təxminən elə bu qədər vaxtda da o, bir zamanlar 

ona nifrət  yerinə  qəbul  etdiyi  qərəzlilik duyduğuna görə 

utanmışdı. Fərqində olmadan Darsiyə qarşı, onun müsbət 

keyfiyyətlərindən doğan ehtiram daha qızın duyğuları ilə 

ziddiyyət  doğurmurdu.  Darsinin  bu  iki  gündə  öz 

xasiyyətini  daha  da  yaxşı  tərəfdən  göstərməsi  sayəsində 

bu duyğular bir az da isti çalarlar qazanmışdı. Ancaq onun 

qəlbində bütün 

səslərdən daha gur, ehtiramdan daha bərk səslənən bir səs 

vardı  ki,  buna  qulaq  asmamaq  mümkün  deyildi.  Bu, 

minnətdarlıq hissi idi. Bu, təkcə onun əvvəlki duyğularına 

görə olan minnətdarlıq deyildi, eləcə də ona görə idi ki, o, 

evlənmək təklifini rədd etdiyi zaman qızın ona dediyi pis 

və  ədalətsiz  qınaqları  bağışlayaraq,  hələ  də  onu  çox 

sevməkdə  davam  edirdi.  Elizabetin  inamına  görə,  Darsi 

ondan  qəvi  düşmən  kimi  üz  döndərməli  idi,  o  isə  bu 

təsadüfi görüş zamanı tanışlıqlarını qoruyub saxlamaqdan 

ötrü mümkün olan hər şeyi etməyə çalışdı. Özünə meylini 

vurğulamağa imkan verməyərək, davranışında hər hansı 

şirinlikdən qaçaraq, o özü barədə onun qohumlarının xoş 

rəyini  qazanmağa  və  bacısını  onunla  yaxınlaşdırmağa 

downloaded from KitabYurdu.org



349 

 

çalışdı.  Bu  qədər  məğrur  insanda  belə  dəyişiklik  təkcə 



heyrət doğurmurdu, həm də minnətdarlıq hissi yaradırdı. 

Yoxsa Elizabet bunu yalnız sevgi, atəşli eşq kimi izah edə 

bilərdi.  Və  bu  sevda  onda  hələlik  aydın  olmayan, 

inkişafını gözləyən, fəqət qətiyyən xoşagəlməz olmayan 

duyğular  oyatmışdı.  O  bu  insana  hörmət  edir,  onu 

dəyərləndirirdi,  ona  minnətdar  idi  və  səmimi  qəlbdən 

səadət arzulayırdı. Yalnız 

Darsinin  taleyinin  onunla  bağlı  olmasını  özünün  də 

istəyib-  istəmədiyini  və  fəhminin  pıçıldadığı  kimi, 

əlindəki  hakimiyyətdən  istifadə  edərək  onu  yenidən 

evlənmək  təklifi  etməyə  vadar  edərsə,  onların  ümumi 

səadətinə  yardımçı  olub-  olmayacağım  dərk  etmək 

Elizabet üçün çox vacib idi. 

Həmin  axşam  missis  Qardinerlə  Elizabet  arasında 

razılaşdırıldı ki, miss Darsinin Pemberliyə gəldiyi günün 

səhəri  onların  ziyarətinə  gələrək  müstəsna  diqqət  cillik 

göstərməsi, eyni dərəcədə olmasa da, cavab lütfkarlığına 

layiqdir.  Ona  görə  də  növbəti  günün  birinci  yarısında 

onun  ziyarətinə  getmək  qərara  alındı.  Beləliklə,  onların 

qarşısında  Pemberliyə  getmək  vəzifəsi  dururdu.  Bu, 

Elizabetə xoş idi. Doğrusu, o özü də, çətin ki, nəyə görə 

fərəhləndiyinin səbəbini özünə izah edə bilərdi. 

Mister Qardiner səhər yeməyindən dərhal sonra onları 

tərk  etdi.  Bu  ərəfədə  Pemberlidə  balıq  tutmaq  dəvətinin 

təkrarlanması tələb edirdi ki, o, günortaya yaxın onu orada 

gözləyən müəyyən adamlarla görüşsün. 

III 

FƏSİL 


downloaded from KitabYurdu.org

350 

 

Miss  Binqlinin  ona  nifrətinin  qısqanclıqdan  doğduğunu 



yaxşı  bilən  Elizabet  başa  düşürdü  ki,  bu  xanım  onun 

Pemberlidə görünməsindən çox narahat olub. Ona görə də 

görmək  maraqlıydı  ki,  tanışlıqlarının  yeniləşdirilməsi 

zamanı  o  özünü  kifayət  qədər  nəzakətli  aparmağı 

bacaracaqmı. 

Gəlib  çatdıqları  zaman  onları  pəncərələri  şimala 

baxan,  isti  yay  saatlarında  vaxt  keçirməyin  xoş  olduğu 

qonaq  otağına  ötürdülər.  Pəncərədən  yaxınlıqda  dikələn 

meşəli  təpələrə,  eləcə  də  evə  bitişik,  üzərində  əzəmətli 

palıd və İspaniya şabalıdı ağaclan bitmiş yaşıl çəmənliyə 

gözəl mənzərə açılırdı. 

Bu  otaqda  onlan  miss  Darsi  missis  Hörstün,  miss 

Binqlinin və Londonda birgə yaşadığı qadının mühitində 

qəbul  etdi.  Corciana  onları  çox  lütfkarlıqla  qarşıladı. 

Ancaq  utancaqlığı  və  nəsə  bir  səhv  buraxmaqdan 

qorxması səbəbindən davranışında sıxıntı hiss olunurdu. 

Ona  aşağıdan  yuxan  baxan  insanlar  bunu  asanlıqla 

qapalılıq və qürrə saya bilərdilər. 

Missis Qardiner və Elizabet isə onun vəziyyətini anlayır 

və acıyırdılar. 

Missis  Hörst  və  miss  Binqli  onlan  yalnız  yüngül 

təzimlə  salamladı.  Hamı  əyləşdikdə  ortaya  belə  hallar 

üçün adi olan sükut çökdü. Susqunluğu ünsiyyətcil, xoş 

görünüşlü  missis  Ensli  pozdu.  O,  söhbət  salmağa  cəhd 

göstərərək  sübut  etdi  ki,  özünü  bu  evin  yerdə  qalan 

sakinlərindən daha yaxşı aparmağı bacarır. Onunla missis 

Qardinerin  arasında  gedən  söhbətdə  hərdən  Elizabet  də 

downloaded from KitabYurdu.org



351 

 

iştirak  edirdi.  Miss  Darsinin  üzündəki  ifadə  isə  onun 



cəsarətini  toplamaq  və  həmçinin  söhbətə  qoşulmaq 

istəməsindən xəbər verirdi. Səsini kiminsə eşidəcəyindən 

hər şeydən az qorxduğu dəqiqələrdə o doğrudan da kiçik 

cümlələrlə sözə qarışırdı. 

Elizabet  tezliklə  fərq  etdi  ki,  miss  Binqli  gözlərini 

çəkmədən  onu  müşahidə  edir,  xüsusilə  də  miss  Darsiyə 

xitabən dediyi hər sözə diqqət yetirir. Buna baxmayaraq, 

Elizabet  Corciana  ilə  yaxın  oturmuş  olsaydı,  yenə  də 

onunla  söhbətləşməyə  cəhd  edərdi.  Ancaq  o  öz 

düşüncələrinə  dalaraq,  çox  danışmalı  olmadığından 

məmnun idi. Hər dəqiqə kişilərin 

peyda olacağını gözləmək olardı. O, ev sahibinin onlann 

içində  olmasını  həm  istəyirdi,  həm  də  istəmirdi,  üstəlik, 

müəyyən  edə  bilmirdi  ki,  bu  iki  istəkdən  hansı  daha 

güclüdür.  Onların  on  beş  dəqiqəyə  yaxın  bu  sayaq 

oturmasından  sonra,  bu  müddətdə  miss  Binqlinin  səsini 

eşitməyən  Elizabetin  düşüncələri  onun  müdaxiləsi  ilə 

kəsildi.  Miss  Binqli  ondan  doğmalarının  cansağlığı  və 

əhvallarını  xəbər  aldı,  Elizabet  isə  eyni  cür  qısalıq  və 

təmkinlə cavab verdi. Miss Binqli susdu. 

Qulluqçunun soyutma ət, peçenye və ilin bu vaxtında 

müxtəlif növ əla meyvələr gətirərək görünməsi müəyyən 

fərqlilik  yaratdı.  Doğrusu,  bu,  missis  Enslinin  gənc 

sahibəyə öz vəzifələrini çoxmənalı baxışlar və təbəssümlə 

xatırlada  bilməsindən  sonra  baş  verdi.  Artıq  kampaniya 

üçün ümumi məşğuliyyət tapılmışdı, çünki öz aralannda 

danışmasalar  da,  hər  biri  yeməyə  qadir  idi.  Sinilərdə 

downloaded from KitabYurdu.org



352 

 

ehramlar  kimi  mənzərəli  biçimdə  yığılmış  şaftalı,  üzüm 



və gavalı tezliklə hamını masaya cəlb etdi. 

Bu cür vaxt keçirmə Elizabetə tam imkan verirdi ki, 

mister  Darsinin  onlara  qoşulmasını  istəyib-istəmədiyini 

ayırd etsin. 

Onun  gəlib  çıxmasına  bir  dəqiqə  qalmış  Elizabet  bu 

məsələni müsbət həll etdi. Buna baxmayaraq, Darsi otağa 

girdiyi zaman o, dərhal əks nəticəyə meyilləndi. 

Mister  Darsi  iki-üç  yerli  sakinlə  birlikdə  balıq  tutan 

mister  Qardinerlə  bir  arada  müəyyən  qədər  vaxt 

keçirmişdi. Ondan arvadının və bacısı qızının Corcianaya 

səhər  ziyarəti  etmək  istədiklərini  eşidərkən,  Darsi  evə 

tələsmişdi. 

Darsi görünən kimi Elizabet tamamilə ayıq bir şəkildə 

düşündü  ki,  onun  yanında  özünü  sərbəst  və  rahat 

aparmalıdır. Onlann ümumi şübhə doğurduğu və Darsinin 

hər  bir  addımının  ayıq-sayıq  nəzarətdə  olduğu  nəzərə 

alınsa, bu qərar, sözsüz ki, düzgün, ancaq çətin icra olunan 

idi. Ancaq heç kəsin marağı, miss Binqlinin üzündə həkk 

olunmuş maraq qədər açıq-aşkar deyildi - hərçənd o, hər 

dəfə  mister  Darsi  və  Elizabetlə  danışarkən  gülüş  içində 

əriyirdi.  Çünki  qısqanclıq  onu  ümiddən  məhrum 

etməmişdi və Pemberlinin sahibinə diqqətini zərrə qədər 

zəiflətməmişdi. Miss Darsi onun gəlişindən sonra söhbətə 

xeyli tez-tez qoşulmağa cəhd göstərdi. Elizabet Darsinin 

Corciana ilə onu daha yaxından tanış etməyə 

və onların bir-birilə söhbətə başlamaq səylərinə yardımçı 

olmağa  çalışdığını  fərq  etdi.  Bu,  miss  Binqlinin  də 

downloaded from KitabYurdu.org



353 

 

nəzərindən  qaçmadı  və  o,  qıcıqlanmış  insanlar  kimi  ilk 



fürsətdən yararlanaraq rişxəndli-lütfkar tonla soruşdu: 

—  Yeri  gəlmişkən,  miss  Eliza,  doğrudurmu  ki, 

Derbişir alayı gerçəkdən də Meritonu tərk edib? Yəqin ki, 

bu sizin ailəniz üçün əsl faciə olub! 

Darsinin  olduğu  yerdə  o,  Uikhemin  soyadını  dilə 

gətirməyə cürət etmədi. Ancaq Elizabet dərhal onun nəyə 

eyham vurduğunu başa düşdü və bu adla bağlı müxtəlif 

xatirələr  qıza  müəyyən  sıxıntı  gətirdi.  Bədxah  həmləyə 

təpki  verməyə  hazır  olan  Elizabet  bununla  belə,  suala 

kifayət  qədər  etinasızlıqla  cavab  verdi.  Onun  qeyri-

ixtiyari olaraq saldığı nəzər qızarmış mister Darsinin ona 

necə  diqqətlə  baxdığını  və  başını  qaldırmağa  cürət 

etməyən Corciananm necə utandığını fərq etməyə imkan 

verdi.  Miss  Binqli  bilsəydi  ki,  bu  eyhamı  etməklə  öz 

sevimli rəfiqəsinə necə  bir ağrı-acı  verir, o, şübhəsiz ki, 

bunu  dilə  gətirməkdən  çəkinərdi.  Ancaq  o  öz  qənaətinə 

görə,  qızın  biganə  olmadığı  adam  barədə  ona  eyham 

etməklə yalnız 

Elizabeti  yaralamaq  istəyirdi.  Onun  doğmalarının  bu 

alayla  bağlı  yüngülməcaz  və  axmaq  davranışlarını 

xatırlatmaqla  qonağın  müvazinətini  pozacağını  düşünən 

miss  Binqli  bununla  onu  Darsinin  gözündən  salacağına 

ümid  edirdi.  Miss  Darsinin  qoşulub  qaçmağa 

hazırlaşmasından  onun  büsbütün  xəbəri  yox  idi  -  bu 

barədə  Elizabetdən  başqa  heç  kəs  bilmirdi.  Bu  hadisə 

Binqlinin  ailəsindən  xüsusi  sayıqlıqla  gizlədilmişdi. 

Elizabet  şübhələnirdi  ki,  mister  Darsi  bu  olayı 

downloaded from KitabYurdu.org



354 

 

Binqlilərdən məhz o niyyətlə gizlədib ki, gerçəkləşəcəyi 



təqdirdə  Binqlinin  qohuməqrəbası  Corciananm  qohum-

əqrəbası ola bilər. Darsidə gerçəkdən də nə vaxtsa bənzər 

plan  mövcud  olmuşdu  və  onun  Binqli  və  Ceyni 

birbirindən  ayırmaq  cəhdini  bu  planla  izah  etmədən, 

hesab  etmək  olar  ki,  həmin  niyyət  hər  halda  dostunun 

rifahına marağını gücləndirmişdi. 

Elizabetin  özünü  aparmaq  qabiliyyəti  tezliklə  onun 

bütün narahatlığını dağıtdı. Dilxor və məyus olmuş miss 

Binqli  Uikhem  barədə  açıq  şəkildə  xatırlatmaya  cəsarət 

etmədiyindən  Corciana  yenidən  söhbətə  qoşulmağa 

imkan verəcək qədər olmasa da, yavaş-yavaş özünə gəldi. 

Onun baxışlarının 

toqquşacağından  çəkindiyi  mister  Darsi,  çətin  ki, 

bacısının yaşantılarının fərqinə vardı. 

Miss  Binqlinin fikrincə,  Darsini  Elizabetdən itələyib 

uzaqlaşdırmalı  olan  səbəb,  belə  görünür  ki,  əksinə,  onu 

qız barədə daha iltifatla düşünməyə vadar etmişdi. 

Bu  sual-cavabdan  sonra  qonaqlar  getdilər.  Mister 

Darsi onları ekipaja qədər müşayiət etdiyi vaxt Kerolayn 

Elizabetin  zahiri  görkəmini,  davranışını  və  libasını 

müzakirə edərək öz hisslərini açıb tökdü. Ancaq Corciana 

ona  qoşulmadı.  Qardaşının  tövsiyələri  onun  istənilən 

şəxsə rəğbət bəsləməsi üçün kifayət idi. Mister Darsinin 

mühakimələri yanlış ola bilməzdi, o isə Elizabet barədə o 

qədər hərarətlə fikir bildirmişdi ki, Corciana onu gözəl və 

sevimli  hesab  etməyə  bilmirdi.  Darsi  qonaq  otağına 

qayıtdığı  zaman  miss  Binqli  bir  qədər  əvvəl  bacısına 

downloaded from KitabYurdu.org



355 

 

xitabən  Elizabetin  ünvanına  dediyi  müəyyən  iradları 



təkrar səsləndirməkdən özünü saxlaya bilmədi. 

—  Bu  gün  Eliza  Bennet  necə  də  pis  görünürdü,  elə 

deyilmi,  mister  Darsi?  —  Kerolayn  səsləndi.  —  Mən 

ömrümdə 


görməmişəm ki, kimsə yarım il ərzində bu qədər dəyişsin! 

O, dəhşətli dərəcədə kobudlaşıb və eybəcərləşib! Luiza ilə 

biz hesab edirik ki, o bizə haradasa, küçədə bir yerdə rast 

gəlsəydi, biz, sadəcə olaraq, onu tanımazdıq! 

Bu  mühakimələr  qətiyyən  mister  Darsinin  xoşuna 

gəlməsə  də,  o,  yalnız  yay  vaxtı  səyahətin  təbii  nəticəsi 

olan  günəşdən  qaralmadan  başqa,  Elizabetin  simasında 

hər  hansı  dəyişiklik  fərq  etmədiyini  deyərək  təmkinli 

cavab verməklə kifayətləndi. 

—  Mənə  gəlincə  isə,  —  miss  Binqli  əlavə  etdi,  — 

etiraf  edim  ki,  heç  vaxt  onda  cəlbedici  bir  şey 

görməmişəm.  Onun  sifəti  həddən  artıq  ensizdir,  dərisi 

tünddür,  cizgiləri  isə  çox  bəsitdir.  Gör  bir  onun  burnu 

necədir? Nə  bir forması  var, nə  də  ifadəliliyi.  Dodaqları 

dayanıqlıdır,  ancaq  çox  sadədir.  Onun  bir  dəfə  kiminsə 

cazibədar  adlandırdığı  gözlərində  mən  xüsusi  heç  nə 

görməmişəm.  Bu  gözlərin  aşındıncı,  kəskin  baxışları 

məndə ikrah doğurur. Onun bütün simasında o qədər qaba 

özündənrazılıq var ki, bununla barışmaq mümkün deyil! 

Miss  Binqli  Elizabetin  mister  Darsinin  xoşuna 

gəldiyini bildiyi üçün dərk etməliydi ki, bu tipli ifadələr 

çətin ki, onun 

ürəyinə  gedən  kəsə  yolun  qabağını  aça  bilər.  Ancaq 

downloaded from KitabYurdu.org



356 

 

hirslənmiş  adamlar heç  vaxt  sağlam məntiqi  əldə  rəhbər 



tutmurlar.  Darsinin  üzündəki  pərtlik  ifadəsi  onun 

manevrlərinin  yeganə  nəticəsi  idi.  Bununla  belə,  Darsi 

susqunluğunu pozmurdu. Kerolayn onu söhbətə çəkməyə 

çalışaraq davam etdi: 

— Yadıma  gəlir,  biz  onunla  ilk  dəfə  Hartfördşirdə 

görüşəndə  hamımızı  olduqca  heyrətləndirdi  ki,  o,  gözəl 

kimi  təqdim  olunurdu.  Bennetlərin  bizdə,  Nezerfilddə 

nahar  etdikdən  sonra  sizin  dediyiniz  bu  sözlər  mənim 

yaddaşıma  həkk  olunub:  “Buna  gözəl  deyirsiniz?  Mən 

onu  cəmiyyət  qəlbinin  anaşı  adlandırardım!”  Doğrudur, 

mənə  elə  gəlir  ki,  o,  son  nəticədə  sizin  rəğbətinizi 

qazanmağa  müyəssər  ola  bilib  —  bir  ara  siz  hətta  onu 

qəşəng hesab edirdiniz. 

— Bəli, — Darsi özündən çıxaraq cavab verdi. — Bu 

bizim  tanışlığımızın  lap  əvvəlində  olub.  Ancaq  mənim 

onda indiyədək rastlaşdığım qadınlardan ən gözəllərindən 

birini gördüyüm vaxtdan çox aylar keçib. 

O bu sözləri deyərək çıxdı, miss Binqliyə, yalnız onu 

yaralayan etirafla kifayətlənmək imkanı verdi. 

Geri qayıdarkən missis Qardiner və Elizabet  əslində 

ikisini  də  maraqlandıran  bir  mövzuya  toxunmadan, 

ziyarətin  bütün  məqamlarını  müzakirə  etdilər.  Onlar 

hamıdan çox diqqətlərini cəlb edən bir adamdan savayı, 

məclisdə iştirak edənlərin hamısının zahiri görünüşündən 

və davranışından bəhs etdilər, mister Darsinin bacısından, 

dostlanndan,  evindən,  özündən  başqa  hər  şeydən 

danışdılar.  Bu  sırada  Elizabet  missis  Qardinerin  mister 

downloaded from KitabYurdu.org



357 

 

Darsi  barədə  rəyini  eşitməyi  çox  istəyirdi,  o  isə 



bacıqızınm Darsi barəsində danışmağa qərar verməsindən 

çox şad olardı. 

IV 

FƏSİL 


Elizabet  Lemtona  gəlib  çatdığı  vaxt  Ceyndən  məktub 

gəlmədiyini  görərək  möhkəm  məyusluq  hiss  etdi.  Eyni 

şey onların bu şəhərcikdə olduğu ikinci və üçüncü gün də 

təkrarlandı. 

Ancaq  dördüncü  gün  səhər  onun 

məyusluğunun  sonu  çatdı  və  bacısı  tam  bəraət  qazandı. 

Elizabet  üçün  eyni  zamanda  iki  məktub  gəldi,  onlardan 

birinin üstündəki möhür dəlalət edirdi ki, onu yanlış yolla 

göndəriblər.  Buna  təəccüblənmək  lazım  gəlmirdi,  çünki 

Ceynin zərfin üstündəki xətti olduqca anlaşılmaz idi. 

Məktubları  məhz  Qardinerlərin  onu  gəzintiyə  dəvət 

etdikləri  vaxt  gətirdilər.  Belə  olanda  onlar  Elizabetə 

məktubları təklikdə oxumaq həzzi bəxş edərək gəzintiyə 

ikilikdə çıxmağı qərara aldılar. İlk növbədə hələ beş gün 

əvvəldən  göndərilən  azmış  məktubu  oxumaq  lazım  idi. 

Məktubun  girişi  ziyarətlər,  kiçik  axşam  məclisləri  və 

əyalət  həyatının  bu  kimi  yenilikləri  barədə  adi 

məlumatlardan ibarət idi. Məktubun ertəsi gün 

tarixli ikinci hissəsi daha vacib hadisədən bəhs edirdi və 

açıq- aşkar tələsik yazılmışdı. Burda ismanş yer almışdı: 

“ƏzizLizzi, bu məktubun əvvəli ai'tıq yazılmış olduğu 

vaxt gözlənilməz və çox ciddi bir hadisə baş verdi. Ancaq 

mən səni qorxutmaq istəmirəm, lütfən, həyəcanlanma, biz 

hamımız  sağ-salamatıq.  Sənə  xəbər  verməli  olduğum 

yenilik yazıq Lidiyaya aiddir. Dünən axşam hamının artıq 

downloaded from KitabYurdu.org



358 

 

yatmağa  getdiyi  vaxt  Londondan  polkovnik  Forsterdən 



çapar vasitəsilə göndərilmiş məktubda bizə bildirilirdi ki, 

Lidiya zabitlərdən biri ilə, kəsəsi, Uikhemlə Şotlandiyaya 

gedib! Bizim heyrətimizi təsəvvür et. Ancaq Kitti üçün bu 

xəbər  o  qədər  də  gözlənilməz  olmadı.  Mən  çox-çox 

məyusam.  Hər  ikisi  üçün  çox  ağılsız  nikahdır!  Ancaq 

daha yaxşısına ümid edirəm - ola bilər, bu adanı haqqında 

düzgün 

mühakimə 



yürütmürlər. 

Mən 


onun 

düşüncəsizliyinə  və  yüngülməcazlığına  inanmağa 

hazıram.  Lakin  onun  indiki  hərəkəti  (və  biz  buna 

sevinməliyik) qətiyyən qəlbinin xəbisliyini göstərmir. Ən 

azı onun seçimində təmənna yoxdur - o ki atasının Lidiya 

üçün, demək olar, heç nə verə bilməyəcəyini bilir. Yazıq 

ananı, sadəcə, çarəsizdir. 

Atam  özünü  xeyli  yaxşı  tatar.  Yaxşı  ki,  biz  Uikhem 

haqqında  deyilənləri  ondan  gizlədib  deməmişdik!  Biz 

özümüz də indi bu barədə unutmalıyıq. Güman olunur ki, 

onlar  şənbə  günü  gecə  yarısına  yaxın  gediblər,  amma 

onların yoxluğunu yalnız səhər saat səkkizdə fərq ediblər. 

Çapar  ləngimədən  göndərilmişdi.  Lizzi,  əzizim,  onlar 

bizim  evimizin  cəmi  on  mil  arahsından  keçib 

getməliydilər! Məktubdan belə başa düşdük ki, polkovnik 

Forster  tezliklə  burada  olacaq.  Lidiya  onun  arvadına  bir 

neçə sətirlik kağız yazıb qoyub, ona öz niyyətləri barədə 

xəbər verib. Daha artıq yaza bilmirəm - yazıq anam uzun 

müddət tək qalası halda deyil. Qorxuram, bütün bunlardan 

baş  açmaq  sənə  çətin  olacaq  -  hətta  mən  öziinı  də 

bilmirəm nə yozdun”. 

downloaded from KitabYurdu.org



359 

 

Elizabet fikirləşməyə vaxt itirmədən və öz hisslərinin 



fərqinə  çox  da  varmadan  məktubu  oxuyub  bitirən  kimi, 

dərhal  ikinci  məktubu  götürdü  və  onu  olduqca  səbirsiz 

şəkildə açaraq növbəti sətirləri (məktub o birindən bir gün 

sonra yazılmışdı) oxumağa başladı: 

“Əziz bacı, bu ana qədər sən ai'tıq mənim sənə tələsik 

yazdığım  dünənki  xəbəri  alnuş  olmalıydm.  İstərdim  ki, 

yeni məktub daha anlaşıqlı olsun. Ancaq hazırda mənim 

vaxt  sarıdan  sıxıntım  olmasa  da,  beyninidə  elə  bir 

qarmaqarışıqlıq  var  və  bu  məktubda  hər  şeyin  ayduı 

olacağına  əmin  deyiləm.  Lizzi,  əzizim,  mən  hətta 

bilmirəm ki, bu barədə necə yazım, ancaq mənim sənə bəd 

xəbərlərim  var  və  mən  onları  mümkün  qədər  tez  sənə 

çatdırmalıyam.  Mister  Uikhemlə  bizim  yazıq  Lidiya 

arasında nikah nə qədər ağılsız olursa olsun, biz indi hər 

şeydən  çox  onun  baş  tutmuş  olduğuna  əmin  olmaq 

istərdik. Çünki şübhələnməyə həddən artıq çox əsaslar var 

ki,  onlar heç də  Şotlandiyaya  getməyiblər. Çapardan bir 

neçə  saat  sonra,  Braytonu  həmin  ərəfədə  tərk  etmiş 

polkovnik Forster dünən bizə gəlmişdi. Lidiyanm missis 

F.  —  yə  göndərdiyi  qısa  məktubdan  belə  görünürdü  ki, 

onlar  Qreta-  Qrinə  yollanıblar.  Ancaq  mister  Danni 

kiməsə öz əminliyini bildirib ki, U. qətiyyən oi'a getməyə 

hazırlaşmırmış  və  ümumiyyətlə,  Lidiya  ilə  evlənməyi 

düşünmürmüş. Bunu polkovnik F. — yə çatdırıblar və o, 

həyəcan qaldıi'ai'aq B. — 

dan  çaparaq  çıxıb  ki,  onların  hansı  yolla  getdiklərini 

öyrənsin.  O,  onların  yolunu  Klephemə  qədər  asanlıqla 

downloaded from KitabYurdu.org



360 

 

təqib edib, anıma sonra iz itib, çünki onlar oraya çatdıqdan 



sonra  Epsonıdan  minib  gəldikləri  poçt  kai'etasuıdan 

eniblər, fayton tutublar. Bundan sonra yalnız o məlumdur 

ki,  London  yoluyla  yolçuluğa  davanı  ediblər.  Sadəcə 

olaraq,  nə  düşünəcəyimi  də  bilmirəm.  Londonun  həmin 

səmti  barədə  mümkün  olan  məlumatları  toplayan 

polkovnik F. Hartfördşirə gələrkən hər bir şlaqbaunıda və 

Barnet,  Helfild  mehmanxanalarında  israrla  sorğu-sual 

apanb,  ancaq  heç  nə  əldə  edə  bilməyib,  onun  axtai'dığı 

qaçaqları gördüm deyən olmayıb. Dərindən kədərlənərək 

o, Lonqborna gəlmişdi və öz əndişələrini bizimlə bölüşdü. 

Bu onun qəlbinə şərəf verir. Mən səmimi qəlbdən ona və 

missis F-yə acıyıram - onları qətiyyən heç nədə qınamaq 

olmaz. Əziz Lizzi, hamımızın ovqatı pozulub. Anam və 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin