Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   31   32   33   34   35   36   37   38   39
26160-ceyn-ostin-querur-v-q-r-z

düşünürdü. 

Onlar kollann arasına girən kimi ledi Ketrin söhbətə 

başladı: 

— Siz  mənim  gəlişimin  səbəblərinə  görə  karıxmış 

olmazsınız.  Bu  səbəbləri  sizə  ürəyiniz  və  vicdanınız 

pıçıldamalıydı. 

Elizabet ona səmimi bir təəccüblə baxdı. 

— Siz yanılırsınız, xanım. Bu şərəfə nəyə görə borclu 

olduğum mənim üçün tamamilə anlaşılmazdır. 

— Miss Bennet, — zati aliləri sərt tonda davam etdi, 

—  siz  bilməliydiniz  ki,  mənimlə  zarafat  etməyə  imkan 

vermərəm.  Siz  qeyri-səmimi  olmağı  düşünürsünüzsə, 

məni  bu  yola  çəkə  bilməyəcəksiniz.  Mənim  xasiyyətim 

downloaded from KitabYurdu.org



468 

 

həmişə  açıqlıq  və  birbaşalıqla  tanınıb,  belə  məsələlərdə 



isə mən onlardan dünəndən geri durmaram. İki gün əvvəl 

mənə  bir  xəbər  çatdı  və  o  məni  olduqca  hiddətləndirdi. 

Mənə xəbər verildi ki, təkcə sizin 

bacınız  sərfəli  evliliyə  hazırlaşmır,  eləcə  də  siz,  belə 

görünür  ki,  tezliklə  mənim  bacıoğlumla,  mənim  dost-

doğma  bacıoğlum  mister  Darsi  ilə  nikah  bağı  ilə 

qovuşmağa ümid edirsiniz. Əlbəttə, mən bunun nə qədər 

çirkin uydurma olduğunu başa düşürəm.  Mən hətta belə 

bir  şeyin  ola  biləcəyini  güman  etməklə  öz  bacıoğlumu 

alçaltmasam da, yenə də sizin özünüzün mənim buna necə 

yanaşdığımı  bilməyinizdən  ötrü  ləngimədən  buraya 

gəlmək qəran verdim. 

— Ancaq  siz  belə  bir  xəbərin  həqiqətəuyğun 

olmadığına  əmin  idinizsə,  —  Elizabet  heyrətdən  və 

xəcalətdən  qızararaq  dedi,  —  bu  qədər  uzağa  gəlmək 

zəhmətinə  qatlaşmağınız  mənə  aydın  deyil.  Siz,  zati 

aliləri, nəyə çatmaq istəyirsiniz? 

— 

Ona  ki,  siz  bu  xəbəri  buradaca  büsbütün  təkzib 



edəsiniz. 

— Əgər  belə  bir  şayiə  həqiqətən  də  yayılıbsa,  — 

Elizabet  soyuq-soyuq  qeyd  etdi,  —  sizin  Lonqborna 

gəlişiniz  və  mənimlə,  həmçinin  ailəmlə  görüşünüz 

tezliklə onun təsdiqləndiyinə xidmət edəcək. 

— Siz, mənə elə gəlir, “əgər” dediniz?! Siz özünüzü 

elə göstərmək istəyirsiniz ki, bu barədə sizə heç nə məlum 

deyil? 


Məgər bu şayiəni buraxmağı siz özünüz düşünməmisiniz? 

downloaded from KitabYurdu.org



469 

 

Və siz onun mövcudluğu barədə bilmirsiniz? 



— Mənə heç bir şey gəlib çatmayıb. 

— Siz  təsdiq  edə  bilərsiniz  ki,  onun  heç  bir  əsası 

yoxdur? 

— Mən  zati  alilərinə  xas  olan  səmimiyyətə  qətiyyən 

iddia  etmirəm.  Siz  mənə  cavab  verməməyi  üstün 

tutduğum suallar verməyə qadirsiniz. 

— Mən  buna  dözə  bilmərəm!  Miss  Bennet,  tələb 

edirəm  ki,  siz  mənə  qənaətbəxş  cavab  verəsiniz. 

Doğrudurmu  ki,  mənim  bacım  oğlu  gerçəkdən  sizə 

evlənmək təklifi edib? 

— Zati aliləri bunu mümkün saydı. 

— Onun  ağlı  özünə  xəyanət  etməyibsə,  bu, 

mümkünsüz olmalıydı, bu, baş verməməliydi. Ancaq siz 

onu  hiylələr  və  şirnikləndirmələrlə  cəlb  etməyə,  özü  və 

ailəsi qarşısında öz borcunu kor-koranə unutmağa məcbur 

qoymağa cəhdlər edə bilərdiniz. Siz onu öz torunuza cəzb 

edə bilərdiniz. 

— Belə hərəkət etsəydim, hər şeydən çətini bu barədə 

məndən etiraf almaq olardı. 

— Miss  Bennet,  siz  kiminlə  iş  tutduğunuzu 

bilirsinizmi? Mən vərdiş etməmişəm ki, mənimlə bu cür 

danışsınlar. Onun az qala ən yaxın qohumu olaraq, onun 

qəlbində nəyin gizləndiyini bilmək haqqım var. 

— Ancaq  sizin  məndə  gizlənənləri  bilmək  haqqınız 

yoxdur.  Sizin  davranışınız  isə  məni  səmimiyyətə  heç 

vəchlə meyilləndirə bilməz. 

— Mən istərdim ki, siz məni  düzgün başa düşəsiniz. 

downloaded from KitabYurdu.org



470 

 

Sizin cürət göstərərək arzuladığınız bu cür nikah baş tutası 



deyil. 

Bəli,  bəli  baş  tutası  deyil.  Mister  Darsi  mənim  qızımla 

nişanlıdır. Bax, belə, indi buna nə deyəcəksiniz? 

— Yalnız bir şey. Bu doğrudan da belədirsə, siz onun 

mənə evlənmək təklif etdiyini ehtimal edə bilməzdiniz. 

Ledi Ketrin bir anlığa duruxdu, ancaq sonra dedi: 

— Onlar  bir  qədər  qeyri-adi  şəkildə  nişanlanıblar. 

Kiçik  yaşlanndan onlar  bir-birləri üçün nəzərdə  tutulub. 

Bu onlann analarının ülvi arzusuydu. Bu əhd-peyman hələ 

bizim körpələrimiz beşikdə uyuyan zamanlarda bağlanıb. 

İndi  ana  iradəsi  özünü  onların  nikahında  göstərməli 

olduğu bir vaxtda 

yolun qarşısında aşağı zümrədən olan, kübar cəmiyyətdə 

heç bir mövqeyi və bizim ailə ilə heç bir bağlılığı olmayan 

bir qadın durub! Məgər onun əzizlərinin iradəsinin sizin 

üçün heç bir əhəmiyyəti yoxdur? Məgər onun miss de Bör 

qarşısındakı  susqun  öhdəliyi  sizin  üçün  heç  nədir? 

Doğrudanmı  siz  bütünlüklə  hər  cür  ədəb  və  nəzakət 

hisslərindən 

məhrumsunuz? 

Məgər 

siz 


məndən 

eşitməmisiniz ki, həyatının ilk günlərindən onun öz xalası 

qızının həyat yoldaşı olacağı müəyyən edilib? 

— Ah, bəli, mən bu barədə əvvəllər eşitmişəm. Ancaq 

məgər bunun mənə dəxli var? Əgər mənim sizin bacınız 

oğlu  ilə  nikaha  girməyimə  yalnız  bu  hal  mane  olardısa, 

əlbəttə ki, onun anasının və xalasının onu miss de Börlə 

evləndirmək  arzusunu  dərk  etməyim  məni  dayandıra 

bilməzdi.  Sizin  ikiniz  də  onun  evliliyini  düşünərək 

downloaded from KitabYurdu.org



471 

 

bacardığınızı etmisiniz. Onu həyata keçirmək imkanı isə 



başqasına  verilib.  Mister  Darsi  nə  sözlə,  nə  də  hissi  ilə 

sizin qızınızla bağlı deyilsə, nəyə görə öz seçimini başqa 

qadının  üzərində  saxlamaq  haqqı  olmasın?  O  məni 

seçsəydi,  nəyə  görə  mən  onun  təklifini  qəbul  etməməli 

idim? 

— Ona görə ki, şərəf, ədəb, ehtiyatlılıq, nəhayət, sizin 



özünüzün  mənafeyiniz  sizə  bunu  etməyi  qadağan  edir! 

Bəli,  miss  Bennet,  məhz  mənafeyiniz.  Yoxsa  özünüzə 

onun  ailəsindən  və  dostlarından  hər  hansı  diqqət 

gözləməyin. 

Siz 

mühakimə 



ediləcəksiniz, 

rədd 


olunacaqsınız  və  ona  yaxın  olan  hər  kəsin  nifrətilə 

damğalanacaqsınız.  Sizinlə  nikah  rüsvayçılıq  sayılacaq. 

Bizdən heç kəs sizin hətta adınızı belə xatırlamayacaq. 

— Nə  etmək  olar,  itki  doğrudan  da  böyükdür,  — 

Elizabet  cavab  verdi.  —  Ancaq  mister  Darsinin  ömür 

yoldaşı  onun  mövqeyinə  xas  olan  elə  qeyri-adi  sevinc 

qaynaqlarına  sahib  olacaq  ki,  son  nəticədə  xüsusi 

kədərlənməli olmayacaq. 

— İnadkar,  səfeh  qız!  Sizin  yerinizə  utanıram.  Ötən 

yaz  sizə  göstərdiyim  diqqətin  minnətdarlığı  budurmu? 

Sizcə,  siz  mənə  heç  nə  ilə  borclu  deyilsiniz?  Gəl  bir 

oturaq. Başa düşün ki, miss Bennet, mən buraya ağlımda 

tutduğumu əldə etmək üçün ciddi niyyətlə gəlmişəm. Heç 

nə mənə mane ola bilməz! Mən hələ kiminsə şıltaqlığı ilə 

oynamalı  olmamışam.  Və  güzəştə  getmək  vərdişim 

yoxdur. 


— Bu,  zati  alilərinin  durumundakı  çətinlikləri 

downloaded from KitabYurdu.org



472 

 

dərinləşdirir. Ancaq bunun mənə dəxli yoxdur. 



— Mən  icazə  vermərəm  ki,  sözümü  kəssinlər!  Məni 

dinib- danışmadan dinləyin. Mənim qızım və bacım oğlu 

bir-biri  üçün  yaranıblar.  Ana  xətti  ilə  onlar  ikisi  də  bir 

kübar  nəsildən  gəlirlər.  Onlann  ataları  titullu  olmasa  da 

möhtərəm, alicənab və qədim ailələrə mənsubdur. Hər iki 

tərəf  dövlətlidir.  Onlar  bu  və  başqa  evin  hər  bir 

nümayəndəsinin  gözündə  birbiri  üçün  müəyyənləşiblər. 

Və  onların  arasına  nə  girir?  Vəsaiti,  əlaqəsi  olmayan, 

sonradan görmə bir gənc qadının iddialan. Məgər belə şey 

yolveriləndir?  Yox,  bu  olmamalıdır  və  olmayacaq.  Siz 

şəxsi mənfəətinizin nədən ibarət olduğunu başa düşməyə 

qadir  olsaydınız,  arasında  böyümüş  olduğunuz  çevrəni 

tərk etməyi arzulamazdınız. 

— Ancaq  sizin  bacıoğlunuza  ərə  gedərkən,  mən, 

fikrimcə, heç də bu çevrəni tərk etmirəm. O, mülkədardır. 

Mən də mülkədar qızıyam. Bu mənada biz bərabərik. 

— Nə  olsun,  tutaq  ki,  siz  mülkədar  qızısınız.  Ancaq 

ananız  hansı  ailədəndir?  Sizin  dayılarınız  və  xalalarınız 

kimdir? 

Təsəvvür edirsinizmi ki, onların nə işlə məşğul olduqlan 

mənə məlum deyil? 

Elizabet dedi: 

— Mənim qohumlarım nəçi olsalar da, mister Darsinin 

onlara  qarşı  bir  iddiası  yoxdursa,  bu,  sizi  də  narahat 

etməməlidir. 

— Düzünü deyin, siz nişanlanmısımz? 

Elizabet ledi Ketrini sakitləşdirməkdən ötrü bu suala 

downloaded from KitabYurdu.org



473 

 

cavab  verməzdi.  Ancaq  qısaca  fikirləşəndən  sonra  o, 



başqa cavab verə bilmədi: 

— Xeyr, nişanlanmamışıq. 

Ledi Ketrin məmnun göründü. 

— Siz  mənə  söz  verirsiniz  ki,  heç  vaxt  onunla 

nişanlanmayacaqsınız? 

— Mən belə bir vəd vermərəm. 

— Miss Bennet, mən sarsılmışam və hiddətlənmişəm! 

Mən sizi daha ağıllı qız sayırdım. Ancaq özünüzü yalançı 

ümidlə aldatmayın ki, guya mən güzəştə gedəcəyəm. Siz 

mənə  tələb  etdiyim  yəqinliyi  verməyənə  qədər  mən 

getməyəcəyəm. 

— Mən  isə  onu  heç  vəchlə  verməyəcəyəm.  Belə  bir 

absurda  itələməklə  məni  qorxutmaq  olmaz.  Siz,  zati 

aliləri,  istəyirsiniz  ki,  mister  Darsi  sizin  qızınızla 

evlənsin? Ancaq mən tələb olunan vədi versəydim, məgər 

onların arasında nikah daha inandırıcı olardı? Onun mənə 

olan  istəyinin  yanında  mən  onun  əlini  və  ürəyini  rədd 

etsəm,  mister  Darsidə  öz  xalası  qızma  evlənmək  təklifi 

etmək  həvəsi  oyada  bilərdim?  Ledi  Ketrin,  icazənizlə 

deyim  ki,  sizin  fövqəladə  tələblərə  gücləndirdiyiniz 

dəlillər  yüngül  olduğu  qədər  də  məntiqsizdir.  Siz  belə 

mühakimələrin  mənə  təsir  edəcəyini  güman  edirsinizsə, 

görünür ki, xasiyyətimə bələd deyilsiniz. Bacınız oğlunun 

sizin  onun  işinə  qarışmağınızı  nə  dərəcədə  bəyəndiyi 

mənə  məlum  deyil.  Ancaq  hər  bir  halda  mənim  işimə 

qanşmağa  heç  bir  haqqınız  yoxdur.  Ona  görə  də  sizdən 

xahiş edirəm ki, məni bundan belə bu sayaq hücumlardan 

downloaded from KitabYurdu.org



474 

 

xilas edəsiniz. 



— Yaxşı, neynək, icazə verirsinizsə, belə tez yox. Mən 

axı hələ sözümü bitirməmişəm. Bütün bu deyilənlərə mən 

daha bir halı əlavə etməyə məcburam. Mənim üçün sizin 

kiçik bacınızın rüsvayçı qoşulub qaçması sirr deyil. Mən 

o barədə hər şeyi 

büsbütün bilirəm.  O cümlədən  gəncin  onunla evliliyinin 

atasının  və  dayısının  vəsaiti  hesabına  köhnə  tarixlə 

düzülüb- qoşulduğundan da xəbərdaram. İndi necə olsun, 

belə bir xanım bacım oğlunun baldızı olmalıdır? Onun əri, 

mərhum  atasının  təsərrüfat  müdirinin  oğlu  isə,  onun 

bacanağı?  Səma  və  cəhənnəm.  Nə  düşünürsünüz?  Yəni 

Pemberlinin kölgəsi belə bir təhqirə məruz qala bilər? 

— 

İndi siz mənə bundan artıq heç nə deyə bilməzsiniz, 



— Elizabet hiddətlə cavab verdi. — Məni bütün mümkün 

üsullarla təhqir etdiniz. İcazənizlə, mən evə qayıdıram. 

Bu  sözləri  deyərək,  o,  ayağa  qalxdı.  Ledi  Ketrin  də 

qalxdı və onlar geri qayıtdılar. Zati aliləri qəzəbli idi. 

— Demək, bacım oğlunun şərəfi və reputasiyası sizin 

vecinizə deyil? Xudbin, hissiyyatsız qız! Doğrudanmı siz 

başa düşmürsünüz ki, o özünü sizinlə bağlayaraq, bütün 

kübar cəmiyyət qarşısında rüsvay olacaq? 

— Ledi  Ketrin,  artıq  sizə  deyəcək  sözüm  yoxdur. 

Mənim hisslərim sizə məlumdur. 

— 

Buna görə də siz onu tovlamağa qərar vermisiniz? 



— Mən belə şey demədim. Mən  yalnız xoşbəxtliyim 

barədə öz təsəvvürümə uyğun hərəkət etməyi və bu zaman 

nə sizinlə, nə mənə sizin qədər uzaq olan başqa bir şəxslə 

downloaded from KitabYurdu.org



475 

 

hesablaşmamağa qərar vermişəm. 



— Yaxşı,  əla.  Beləliklə,  siz  mənim  xahişimi  yerinə 

yetirməkdən imtina etdiniz. Siz onu dostlarının gözündə 

məhv etməyə və kübar cəmiyyətdə ona ikrah yaranmasına 

qərar verdiniz. 

— Nə  borc,  nə  şərəf,  nə  minnətdarlıq,  —  Elizabet 

cavab  verdi,  —  bu  saat  məni  heç  nəyə  məcbur  etmir. 

Mənim mister Darsi ilə nikahım heç bir yasağı pozmazdı. 

Onun qohumlarının və kübar cəmiyyətin ikrahına gəlincə 

isə,  bütün  kübar  cəmiyyətin  buna  belə  ciddi  yanaşmaq 

üçün kifayət qədər ağıllı olduğu vaxtda, mənim nikahım 

onun  qohumlarında  məlum  narahatlıq  doğurardısa,  bu 

məni çətin ki, xüsusilə məyus edərdi. 

— Sizin gerçək düşüncə tərziniz budurmu?! Bu sizin 

son  sözünüzdür?  Əla.  İndi  mən  necə  hərəkət  edəcəyimi 

bilirəm. 

Miss Bennet, ağlınıza gətirməyin ki, iddialarınız uğurla 

nəticələncək.  Mən  sizi  sınamağa  gəlmişdim.  Mənə  elə 

gəlirdi ki, daha sağlam düşüncəniz var. Ancaq əmin olun, 

mən öz məqsədimə çatacağam. 

Onlar ledi Ketrinin karetasmm yanma gələnədək o bu 

ovqatda danışmaqda davam etdi. Karetanm yanında cəld 

dönərək bildirdi: 

— Mən sizin vida sağollaşmanızı qəbul etmirəm, miss 

Bennet.  Və  heç  də  xahiş  etmirəm  ki,  məndən  ananıza 

salam deyəsiniz. Siz belə bir diqqətə layiq deyilsiniz. Mən 

qəlbimin dərinliyinə qədər hiddətlənmişəm. 

Elizabet heç bir cavab vermədi və zati aliləri evə dəvət 

downloaded from KitabYurdu.org



476 

 

etmək cəhdi göstərməyərək özü sakitcə qayıtdı. Pillələrlə 



qalxarkən  uzaqlaşan  karetanm  səs-küyünü  eşitdi.  Zalda 

ledi Ketrinin bir qədər dincəlmək üçün niyə gəlmədiyini 

öyrənmək  istəyən  missis  Bennet  onu  səbirsizliklə 

gözləyirdi. 

— 

O, dərhal getməyi üstün tutdu, — qızı cavab verdi. 



— Zati aliləri mənə çox xoş bir xanım kimi göründü! 

Onun  bizə  ziyarəti  qeyri-adi  lütfkarlıqdır!  Axı  başa 

düşdüyüm qədər o, buraya yalnız Kollinzlərin cansağlığı 

barədə xəbər vermək 

üçün gəlmişdi. Yəqin ki, harasa gedirmiş və Meritondan 

keçərkən  düşünüb  ki,  bizə  baş  çəksin.  Ümid  edirəm  ki, 

onun səninlə hər hansı bir xüsusi işi yox idi, Lizzi? 

Bu yerdə Elizabet ledi Ketrinlə söhbətinin məzmunu 

anasına  çatdırmağın  nə  qədər  mənasız  olduğunu  bildiyi 

üçün bir qədər yalançılıq edəsi oldu. 

XV 

FƏSİL 


Bu qeyri-adi ziyarətin yaratdığı həyəcanı səngitmək asan 

deyildi. Bir neçə saat ərzində Elizabet qətiyyən nəsə başqa 

bir  şey  haqqında  düşünə  bilmədi.  Beləliklə,  ledi  Ketrin 

gerçəkdən də  Rozinqsdən  yeganə bir məqsədlə səyahətə 

çıxıb  ki,  onun  mister  Darsi  ilə  ehtimal  olunan  nişanını 

pozsun! Bu səfərin başqa bir məntiqli izahı yox idi. Ancaq 

Elizabet heç cür anlaya bilmirdi ki, onlann nişanı barədə 

şayiə haradan baş qaldırıb. Nəhayət, onun ağlına gəldi ki, 

bir toyun gözləntisi hamını digəri haqda təxminlərə vadar 

etdiyi vaxtda Darsi və Binqli arasındakı dostluq və onunla 

Ceynin arasındakı yaxınlıq belə şayiə üçün kifayət qədər 

downloaded from KitabYurdu.org



477 

 

əsas  verə  bilər.  Elizabet  özü  də  hərdən  düşünürdü  ki, 



bacısının ailə qurması  Darsi ilə özünün görüşünün daha 

tez-  tez  baş  verməsinə  səbəb  olacaq.  Onların  Lukas 

Locdan olan qonşuları isə (açıq-aşkar idi ki, ledi Ketrin bu 

məlumatı  Lukasların  Kollinzlərlər  yazışmasından  əldə 

edib) ona uzaq 

gələcəkdə  mümkün  ola  biləcəyi  kimi  görünən  sevdanı 

artıq həll olunmuş iş sayıblar. 

Ancaq  ledi  Ketrinin  sözlərini  yaddaşında  bir-bir 

götür-qoy  edən  Elizabet  onun  mümkün  müdaxiləsinin 

nəticələrinə görə narahatlıqdan can qurtara bilmirdi. Onun 

onlann  nikahına  mütləq  mane  olacağı  barədə  ifadəsi 

düşünməyə  vadar  edirdi  ki,  o,  bacısı  oğluna  təsir 

göstərməyə hazırlaşır. Elizabet bu evliliyin səbəb olacağı 

bütün sadalanan yamanlıqlara Darsinin necə yanaşacağını 

özü  üçün  təsəvvür  etməkdən  qorxurdu.  O  bilmirdi  ki, 

Darsinin xalasına bağlılığı nə dərəcədə möhkəmdir və ledi 

Ketrin onun düşüncə tərzinə hansı ölçüdə təsir edir, ancaq 

güman etmək asan idi ki, Darsi Elizabetlə müqayisədə zati 

aliləri barədə daha yüksək fikirdədir. Xalasının öz çevrəsi 

ilə  müqayisədə  bu  qədər  aşağı  dairədən  olan  qızla 

evliliyin bütün mənfi tərəflərini sadalayaraq onun ən zəif 

yerinə toxunacağı şübhəsiz görünürdü. Onun ailə qüruru 

barədə  anlayışı  ilə,  Elizabetə  mübahisəli  və  yetərsiz 

görünən  dəlillər  ona  tamamilə  məntiqli  və  diqqətəlayiq 

görünə bilərdi. 

Buraya  qədər  tərəddüd  edirdisə,  -  ona  tez-tez  elə 

gəlirdi  ki,  məhz  belədir,  -  o  zaman  yaxın  qohumun 

downloaded from KitabYurdu.org



478 

 

məsləhəti 



və 

nəsihəti 

Darsinin 

qətiyyətini 

möhkəmləndirərdi. Onda o, ailəsinin ləyaqəti ilə birlikdə 

nə  qədər  xoşbəxt  olmağı  özünə  rəva  görərsə,  o  qədər 

xoşbəxt  olar.  Bu  halda  o,  artıq  bir  daha  buraya 

gəlməyəcək.  Ledi  Ketrin  Londondan  keçərkən  onunla 

görüşə  bilər  və  o,  Nezerfildə  qayıtmaq  barədə  Binqliyə 

verdiyi vəddən imtina etməli olar. 

—  Beləliklə,  —  Elizabet  qərar  verdi,  —  yaxın 

günlərdə  o,  dostuna  verdiyi  sözü  yerinə  yetirməyin 

mümkün olmadığı barədə ondan üzr istəsə, bunun nə ilə 

əlaqədar  olduğu  mənə  aydınlaşacaq.  Və  mən  onun 

sabitliyinə  dair  hər  cür  ümidləri  başımdan  çıxaracağam. 

Bu  insana  verməyə  hazır  olduğum  sevgini  ayrılığımız 

barədə  təəssüf  əvəz  edə  bilərsə,  demək,  ondan  ötrü 

təəssüflənməyimə dəyməz. 

Ailənin  yerdə  qalan  üzvləri  onları  kimin  ziyarət 

etdiyini  öyrəndikdə  olduqca  heyrətləndilər.  Ancaq  onlar 

missis Benneti əmin-arxayın etmiş izahatla qane oldular. 

Beləliklə,  Elizabet  canını  çox  xoşagəlməz  sözsöhbətdən 

qurtardı. 

Ertəsi gün o, pilləkənlərdən enərkən əlində hansısa bir 

məktub  tutaraq  kitabxanadan  çıxan  mister  Bennetlə 

qarşılaşdı. 

— Lizzi,  —  o  dedi,  —  mənə  məhz  sən  lazımsan. 

Lütfən, yanıma gəl. 

Elizabet  atasının  ona  nə  demək  istədiyini 

kəsdirməyərək  arxasınca  getdi.  Qız  təxmin  etdi  ki,  bu, 

alınmış məktubla bağlı ola bilər. Birdənbirə onun ağlına 

downloaded from KitabYurdu.org



479 

 

gəldi  ki,  məktubu  ledi  Ketrin  yazıb.  Elizabet  dəhşət 



içərisində  bu  halda  qaçılmaz  olan  izahat  verəcəyini 

təsəvvür etdi. 

Onlar buxarının qarşısında oturdular və mister Bennet 

dedi: 


— Bu  səhər  məni  olduqca  heyrətləndirən  məktub 

almışam. O sənə aid olduğu üçün məzmunundan xəbərdar 

olmalısan.  Güman  belə  etməzdim  ki,  daha  bir  qızım 

evliliyin  astnasındadır.  İcazə  ver,  bu  möhtəşəm  qələbə 

münasibəti ilə səni təbrik edim. 

Elizabet  bu  məktubu  ledi  Ketrinin  yox,  onun  bacısı 

oğlunun yazdığını düşünəndə yanağı od tutub yandı. Bu 

zaman  o,  müəyyən  edə  bilmədi  ki,  qəlbində  hansı  hiss 

güclüdür: onun 

elçi düşməsinə  görə fərəh,  yoxsa Darsinin  birbaşa onun 

özünə  müraciət  etməməsindən  yana  pərtlik.  Bu  əsnada 

mister Bennet davam etdi: 

— Sən  mənim  ağıllı  qızımsan.  Gənc  qızlar  isə, 

ümumiyyətlə, 

belə 

işlərdə  heyrətamiz  dərəcədə 



zəkalıdırlar. Ancaq qorxuram sənin zəkan pərəstişkarının 

adını təxmin etməyə kifayət etməsin. Bu, məktub mister 

Kollinzdəndir. 

— 

Mister Kollinzdən? O, nə yaza bilər ki? 



— Əlbəttə ki, çox dəyərli şeylər. O, Ceynin qarşıdan 

gələn  nikahlanması  münasibətilə  təbriklə  başlayır.  Bu 

barədə  o,  görünür  ki,  əziz  qeybətcil  Lukaslardan 

kimdənsə  xəbər  tutub.  Mən  onun  bu  barədə  dediklərini 

sadalayaraq,  sənin  səbrini  sınağa  çəkməyəcəyəm. 

downloaded from KitabYurdu.org



480 

 

Aşağıdakı sətirlər sənə aiddir: 



"...  Beləliklə,  bu  sevincli  hadisə  münasibətilə  missis 

Kollinzin  və  özümün  səmimi  təbriklərimi  ifadə  edərək, 

icazənizlə tamamən ehtiyatla Sizə başqa bir durum barədə 

də eyham etmək istərdim. Bu barədə biz eyni qaynaqdan 

məlumatlanmışıq.  Güman  olunur  ki,  Sizin  qızuuz 

Elizabet, Bennet soyadını böyük bacısından bir qədər çox 

daşıyacaq və 

onun  özü  üçün  seçdiyi  həyat  yoldaşı  tamamilə  əsaslı 

şəkildə  bu  ölkənin  ən  görkəmli  şəxsiyyətlərindən  biri 

sayıla bilər”. 

— Hə,  Lizzi,  təxmin  etməyə  cəhd  göstər,  görək,  bu, 

kim ola bilər? 

“Göylər  bu  gənc  mülkədara  fani  insanın  yalnız 

arzulaya  biləcəyi  hər  şeyi  xüsusi  səxavətlə  verib:  nəcib 

zat, sərvət və insan taleləri üzərində hakimiyyət. Yenə də, 

bu məziyyətlərə baxmayaraq, mən əmim nəvəsi Elizabeti, 

eləcə  də  Sizi  onun  evlilik  təklifinə  həddən  artıq  tələsik 

cavabla (onun açıq-aşkar cəlbediciliyi sizi bu təklifi qəbul 

etməyə  vadar  edə  bilərdi)  bağlı  kədərli  nəticələr 

münasibətilə xəbərdarlıq etmək istərdim”. 

— Hə, Lizzi, sən hələ də bu mülkədarın kim olduğunu 

kəsdirməmisən? Dayan, bu saat aydın olacaq. 

“Sizə xəbərdarlıq edərkən mən aşağıdakı mülahizələri 

əldə  rəhbər  tuturam:  bizdə  ehtimal  etmək  üçün  bütün 

əsaslar  var  ki,  bu  mülkədann  xalası  ledi  Ketrin  de  Bör 

nikaha olduqca bəyənməz tövrlə yanaşacaq”. 

— Mister Darsi — bax, budur o! Nə oldu, Lizzi, mən 

downloaded from KitabYurdu.org



481 

 

səni yaxşı çaşdırdım? Danış, lütfən, o, Lukaslarla birlikdə 



bizim 

tanışlarımız  arasında  hər  hansı  bir  başqa  adam  tapa 

bilərdimi  ki,  adı  onların  çərənləməsinin  yalanlığım  bu 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin