I.2.2.Təbiət amilləri
Bu faktorlar yarımqrupununsa mahiyyəti insanın doğulduğu və hətta ana bətninə düşdüyü andan etibarən rastlaşdığı fiziki təsirlərin onun psixika və fiziologiyasının formalaşmasında oynadığı rolu xarakterizə edir. Bu faktorları aşağıdakı kimi təsnif etmək mümkündür:
I.2.2.1.Bürclərin təsirləri
Bilirik ki, burada «bürc» sözünə rast gəldikdə, bəzi akademik stil tərəfdarlarında, ötəri də olsa bizim barəmizdə, nə isə bir qədər qeyri-ciddi təsəvvür meydana çıxdı. Bununla belə, biz bu termini işlədirik və həqiqətdə də, bürclərin yerdəki həyata, hər bir insanın taleyinə mütləq təsir göstərdiyini qəbul edirik. Arqumentlərimizsə aşağıdakılardan ibarətdir:
Məlumdur ki, astrologiya hər bir insanın taleyini onun doğum və hətta ana bətninə ilk düşdüyü anla əlaqələndirir. Məsələnin digər tərəflərini, o cümlədən, spekulyasiya tərəflərini bir kənara qoyaraq, biz də məhz bunu qəbul edirik ki, həqiqətən də, qoç bürcü altında doğulan insanla tərəzi bürcü altında doğulan insanın xarakteri heç vaxt eyni ola bilməz. əksinə, fərqli bürc altında doğulanlarla müqayisədə eyni bir bürc altında doğulan insanların xarakterləri arasında çoxlu sayda oxşarlıq ola bilər. Nəyə görə?
Məsələ burasındadır ki, burada insanın birbaşa olaraq hansı mifik bürc işarəsi altında doğulması yox, bilavasitə doğum anının hansı fəslə təsadüf etməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, heç də qış ayında dünyaya göz açan insanla yayda doğulan insanın ana bətnində inkubasiya keçmə dövrü eyni deyil və bu belə olmadığından, onların, belə deyilsə, bünövrəsi də, başqa-başqa kərpiclərdən (vitamin, mineral və s.-dən) hörülür, psixikası ananın tamam fərqli mövsümlərdəki əhval-ruhiyyəsi, fiziologiyası ananın həmin fəsillərə uyğun qida rasionu əsasında formalaşır və s. Yəni, ana bətnində olduğu müddətdə təbiət ananın orqanizmi vasitəsilə fəslə uyğun qida rasionu, orqanizmin energetik ritmi, və s. formasında individin gələcək bioloji və psixoloji parametrlərinin formalaşmasına təsir göstərir.
Məhz bu səbəbdən, oğlaq bürcü altında doğulan insanlarla «qız bürcü» altında dünyaya göz açan insanların istər fizioloji və istərsə də, emosional, intellektual və iradi cəhətdən biri-birindən fərqlənməsi mistiklik yox, adi bioloji zərurətdən irəli gələn qanunauyğunluqdur.
Burada yeganə olaraq bir şeyi qeyd edək ki, adətən «bürc» məsələsinin əleyhinə çıxanlar, ona qarşı əsasən əkizləri nümunə göstərirlər ki, onlar eyni gündə, eyni saatda doğulmalarına baxmayaraq, bəzən ola bilir ki, gələcəkdə əkizlərdən biri – böyük bir alim, ikincisi isə – cinayətkar ola bilir. Bu faktın əsassızlığı ondan ibarətdir ki, biz heç də demirik ki, insanın taleyini bir təkcə nə zaman doğulması müəyyən edir. Burada çoxlu faktorlar rol oynayır ki, nə zaman doğulmaq bunlardan biridir. Doğulandan sonra, hətta iki əkiz qardaşdan da biri münbit, digəri qeyri-münbit sosial mühitə düşərsə onların artıq orta yaşlarında bir-birindən yerlə göy qədər fərqlənən şəxsiyyətə çevrilməsi qaçılmazdır.
I.2.2.2.Coğrafi faktorlar
Coğrafi faktorlar sırasına insanın hansı iqlim qurşağında doğulmasının onun intellekt və xarakterinin formalaşmasında oynadığı rolu səciyyələndirir. Afrika ilə Sibirin energetik ritmi, atmosfer strukturu, seysmik və meteoroloji xarakteri, ərzaq çeşidi və s., təbii ki, eyni deyil, hələ havanın hərarətini demirik. Burada uzun müddət yaşayan insansa, təbii olaraq bu şəraitə adaptasiya olmalıdır – fəqət, ətraf mühitlə harmoniya yarada bilməyən istənilən varlıq ölümə məhkumdur. Deyilən adaptasiya isə, orqanizmi, hər bir fərqli hal üçün, öz psixi və fizioloji imkanlarını bir başqa formada səfərbər etməyə, tamam başqa-başqa formalı stimullara köklənməyə vadar edir. Bu isə beyin resurslarının tamam başqa-başqa formalarda səfərbər olunması, təşkil olunması, psixi enerjinin fərqli ünvanlar üzrə bölüşdürülməsi deməkdir. Bütün bunlar isə elə-belə şey deyil. Nəticədə, nəinki Afrika ilə Avropada yaşayan insanların, hətta eyni bir kəndin fərqli tərəflərində yaşayan insanların da xarakteri bir-birindən fərqli olmuş olur – fəqət, kəndin bu tərəfi bir başqa, o biri tərəfi isə tamam başqa bulaqdan su içə bilər.
I.2.3.Sosial amillər
II.2) Sosial faktorlar, insanın doğulub böyüdüyü və ya müxtəlif vaxtlarda təmasda olduğu sosial sistemin insanın bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsiri xarakterizə edir. Bu qəbildən olan faktorların özünü də bir neçə qrupa ayırmaq olar: Lokal və qlobal sosial faktorlar.
I.2.3.1.Lokal sosial determinantlar
Lokal sosial faktorlar sırasına ikitərəfli münasibətlərdə digər insanların norma və dəyərlərinin insana göstərdiyi təsirlər aiddir. Ailə, iş yeri, məktəb, qohum və qonşularla ünsiyyət və b. bu qəbil təsirlərin başlıca mənbəyidir. Bu münasibətlərdə tərəfdaş olan ayrı-ayrı individlərin hər birinin həyat təcrübəsi, həyata baxışı, subyektiv norma və dəyərlər sistemi və s. digərləri ilə eyni olmadığından onların hər birindən keçən sirayət, qalan rəftar vərdişi, ünsiyyət modeli, təəssürat, kompleks və «ustanovka»lar da bir-birinin eyni olmur. Nümunə üçün, məs., hər bir kəsin ilk ünsiyyət tərəfdaşı olan valideynlər, bir tərəfdən öz xarakter və davranışları ilə uşaqları üçün təqlid modeli funksiyası daşıyır, digər tərəfdən onların subyektiv norma və dəyərlər sistemi cəza və mükafat mexanizmləri vasitəsilə təzahür edərək uşaqların həyata baxışında, kompleks və «ustanovka»larının formalaşmasında, sosial oriyentasiyalarında əbədi iz buraxır və s.
I.2.3.2.Qlobal sosial determinantlar
Qlobal sosial determinantlar sırasına isə bütövlükdə yaşadığı cəmiyyətin, üzvü olduğu sosial seqmentin insana göstərdiyi təsirlər aiddir. Özünün sistemli strukturu və dəqiq vəzifə bölgüsü ilə üzvlərinin qüvvəsini tamamlayan, koordinasiya edən və vahid məqsədə fokuslayan cəmiyyətlər, robinzonluqla müqayisədə, yaşamaq uğrunda mübarizənin daha əlverişli üsulu kimi özünü təsdiqləyib, insanların bioloji mövcudluğunu sığortalasa da, digər tərəfdən sosial tarazlıq və səfərbərlik məqsədinə xidmət edən mükəlləfiyyətləri, normaları, qaydaları, yasaqları, tabuları və s. vasitəsilə onların azadlığını əlindən alır, davranışlarını reqlamentləşdirir, fəaliyyətlərini qəlibə salır, təbii psixi simalarını məhv edir, onların simasında özünün mikro-obrazını formalaşdırır. Özü də fərqli cəmiyyətlər öz üzvləri üçün fərqli davranış normalarını, birgəyaşayış stillərini dominant qəbul edib, fərqli rəftarları yasaqladığından, həmçinin hər bir konkret sosial seqment (irqi, irsi, dini, milli və s. qrup) yalnız onun özünə xas olan tipik hansısa stress və ya konflikt situasiyalara və bunları həll etmək üçün yalnız bu seqmentdə məqbul hesab olunan forma və vasitələr toplumuna malik olduğundan, bütün bunlar son nəticədə ayrı-ayrı cəmiyyətlərin ontogenez zəmində, özünəməxsus fərqli dəyərlərinin, etalonlarının, mənəvi atmosferinin, psixologiyasının, «ustanovka»larının, xarakterik psixi rudimentlərinin, unikal rəftar və düşüncə modelinin və s. meydana gəlməsinə, bir cəmiyyət üzvlərinin baxışlarının, zövqlərinin, «ustanovka»larının, meyarlarının digərlərininkindən fərqlənməsinə və s. səbəb olur. Bu normalar, qaydalar, yasaqlar, imperativlərsə təbiətdən doğmayıb, insan təxəyyülünün məhsulu olduğundan, onlar bu cəmiyyətlərin üzvlərində müəyyən vaxta qədər psixi disharmoniyanın, müəyyən vaxtdan sonra psixi kompleks və psixi rudimentlərin meydana gəlməsinə səbəb olur (Yunq arxetipləri elə bunlar deyilmi?). Mentalitet, etnoşüur, yaş psixologiyası və s. şəklində təzahür edən bu diverigensiyalar isə inisiasiya və seqreqasiyalarda, imprintinq və interyeksiyalarda, affiliasiya və stratifikasiyalarda, sosiogenezlərdə, mərasimlərdə və s. yaşadığından, indiyə qədər ölməyib və çox ehtimal ki, hələ neçə əsr də öz mövcudluğunu qoruyub saxlayacaq. Bir sözlə, hər kəsin dünyagörüşü, həyata baxışı, zövqü, xarakteri və s., digər faktorlarla yanaşı, mənsub olduğu dinin, irqin, irsin, sinfin, millətin və s.-in (müxtəsər olaraq, daxil olduğu sosial mühitin) təsiri altında, onunla qarşılıqlı münasibətdə formalaşır ki, bu baxımdan, hər kəs ölənə qədər dünyaya öz milli, dini, irqi, irsi, cinsi, sinfi, siyasi və s. eynəyindən baxır («Sosial təlim» cərəyanının mövqeyi burada bu bəndlə üst-üstə düşür). Və şəxsiyyətin sosial strukturunu – insanların irqi, irsi, cinsi, dini, milli, sinfi, məhəlli və s. kimi mənsubiyyəti təşkil edir.
Yuxarıda deyildiyi kimi hər bir kəs öz valideynlərinin bioloji genləri ilə yanaşı həm də öz dövrünün və cəmiyyətinin sosial genlərinin daşıyıcısıdır. Ümumi mədəni dəyərlər, ümumi peşə, ümumi sinfi mənsubiyyət, ümumi ekoloji problem, ümumi tarixi yol və s. gec-tez insanlarda oxşar psixologiyalar yaratdığı bugünkü elmdə aksiom kimi qəbul edilir. Psixologiyada hələ 1906-cı ildən U.Samner tərəfindən daxil edilmiş «etnosentrizm» adlı bir termin də mövcuddur ki, bu da başqalarının davranışını öz mədəniyyəti prizmasından qavramaq, interpretasiya etmək təmayülünə deyilir. U.Samnerə görə, insanların təfəkküründə öz qrupunu ierarxiyanın zirvəsində yerləşdirib digər qrupları aşağıda görmək və bunun nəticəsi olaraq isə öz qrupunun standartlarını başqa qrupların qiymətləndirilməsində meyar kimi istifadə etmək təmayülü mövcuddur. Hər bir mədəniyyət «dünyanın mənzərəsi» deyilən reallığı qavramaq üçün öz üzvlərinə fərqli koqnitiv matritsa verir ki, bunun nəticəsi olaraq, real dünyanın mənzərəsi ayrı-ayrı mədəniyyətlər prizmasında bir-birindən kəskin fərqli şəkildə görünmüş olur. Bütün bu səbəblərdən, ayrı-ayrı sosial qruplarının psixologiyasına az-çox bələd olmaq və müxtəlif adamlarla ünsiyyətdə onların həmin bu sosial xarakteristikasını mütləq nəzərə almaq həqiqi «qəlb mühəndisi» olmaq işinin zəruri elementlərindəndir. Bunsuz ünsiyyət – dəniz ortasında xəritəsiz və kompassız oriyentasiya axtarmaq kimi bir şeydir.
I.2.3.3.Sosial qrupların tipləri
Sosial qruplar dedikdə hansısa aspektdən oxşar əlamətləri olan insan topluları nəzərdə tutulur. Və bu insanlarınsa heç də eyni məkan və zamanda yaşaması mütləq zəruri deyil. Aşağıda sosial qrupların müxtəlif parametrlər əsasında aparılan bəzi təsnifatları sadalanır:
1) Həcminə görə: böyük, orta, kiçik və mikroqruplar;
2) İctimai statusuna görə: formal (rəsmi) və qeyri-formal (qeyri-rəsmi);
3) Qrup üzvlərinin bir-biri ilə rabitəsinin dayanıqlılığına görə: real (kontaktlı) və şərti (hansısa əlamət əsasında fərqləndirilmiş);
4) İnkişaf səviyyəsinə görə: diffuz, assosiativ, korporasiya, kollektiv;
5) Üzvlər üçün əhəmiyyətliliyi baxımından: referent və qeyri-referent;
Və s.
Psixologiyada ümumi olaraq belə qəbul olunub ki, hansısa bir aspektdən ümumi bir cəhəti olan insan bölümünün psixikasında da oxşar olan əlamətlər olmalıdır. Belə ki, məsələn, hansısa peşə həmin peşə ilə məşğul olan bütün insanlarda zaman-zaman eyni reflekslər tərbiyə edir, yaxud hansısa din, həmin dinə etiqad edən hər kəsdə bənzər davranış və düşüncə modelləri, yasaq və həzz təsəvvürləri formalaşdırır. Aşağıda bəzi sosial qrupların psixologiyası barədə müxtəsər məlumatlar verilir:
I.2.3.4.Bəzi sosial qrupların psixologiyası I.2.3.4.1.Qadın və kişi psixologiyası
«1970-ci illərdə alimləri o narahat edirdi ki, gender fərqi sahəsindəki tədqiqatlar qadınlarla bağlı stereotiplərin korlanmasına və bunların qadınlara mənsub çatışmamazlıq kimi yozulmasına gətirib çıxaracaq (Jesse Bernard 1976). 1980-ci illərdən başlayaraq gender fərqini tədqiq edən alimlər özlərini daha sərbəst hiss etməyə başladılar (Ashmore 1990): ilkin mərhələdə əsassız şişirdilmiş stereotipləri təkzib etməklə «cinslərin bərabərliyi barədə olan təsəvvürləri inkişaf etdirmək» istəyirdilər (Eagly 1986). Bundan sonra 1990-cı illərdən başlayaraq bir çox tədqiqatçılar psixologiyanın digər sahələrində öyrənilənlərdən heç də az əhəmiyyət kəsb etməyən bir sıra əhəmiyyətli gender fərqləri aşkara çıxardılar (Alisa Eagly 1995). Bir çox elmi-tədqiqatlar cinslər barədə olan bir sıra stereotipləri təsdiqlədi. Məs., kişilərlə müqayisədə qadının daha az aqressiv olması, onların daha çox qayğıkeş, himayədar və hissiyyatlı olmaları və s. eksperimental şəkildə sübut olundu (Swim, 1994)» (156 səh. 229).
Ümumi halda, kişilərdə məntiqi-rasional funksiya daşıyan sol və qadınlarda hissi-atributiv funksiya daşıyan sağ beyin yarımkürəsinin dominant aktivlik təşkil etməsi ilə əlaqədar olaraq, onların istər davranış və düşüncə modeli, istərsə də, cəmiyyətin etik və estetik normalar sistemindəki yeri həmişə biri-birindən kəskin fərqlənib və bütün bunlar son nəticədə, tarixən əks qadın-kişi stereotiplərinin formalaşmasına gətirib çıxarıb.
Hələ uşaq yaşlarından oğlanlara – inadkarlıq, rasionalizm, öz qüvvəsinə inam və s. qızlarasa – qayğıkeşlik, həssaslıq, mülayimlik, zəriflik və s. kimi keyfiyyətlər təlqin edilir.
Sırf kişi davranış stili həmişə aktivlik, məqsədyönlülük, qətiyyət və rasionallıqla əlaqədar təsəvvür olunub. Qadınlarsa əksinə, həmişə intellektual və iradi sferalardan kənar, yalnız emosiyalarla əlaqədar bir məxluq kimi qəbul edilib. Kişi adı bütün hallarda – qüvvə, qadın adısa – ismət, incəlik, həssaslıq və qayğıkeşliklə assosiasiya edilir.
Kişilərdə – xarici görkəm (hündürboyluluq, enlikürəklilik...), qüvvə, kişilik, ağıl, müstəqillik, qeyri-adilik, istedad, vicdanlılıq və s.; qadınlardasa – müxtəlif davranış və danışıq maneralarında, hətta duruşlarında üzə çıxan incəlik, zəriflik, köməksizlik, mehribanlıq, utancaqlıq, emosionallıq və s. kimi xüsusiyyətlər əks cins üçün xüsusi cəlbedici təsir göstərir.
Funksional baxımdan kişiləri eyni məsələnin yalnız məntiqi-rasional tərəfləri, qadınlarısa onun emosional – hissi tərəfləri daha çox maraqlandırır. Kişilər üçün öz emosiyalarını gizlətmək, qadınlarçünsə – əksinə, onları dərhal büruzə vermək daha çox xasdır. Kişilər öz həmsöhbətləri ilə əsasən iş, idman, ictimai problemlər və s. barədə, qadınlarsa – öz problemləri, həyatları və s. barədə daha intim söhbət aparırlar.
Ailədə qadınlar öz həyat yoldaşlarına daha çox emosional dəstək göstərsələr də, bunun müqabilində ondan heç vaxt dərin emosional yaxınlıq görmədiklərindən (çünki kişilərdə, ümumiyyətcə, belə hiss fitrən yoxdur) məyus olur, belə yaxınlığı öz rəfiqə və qohumlarından axtarır, yaxud da öz aləmlərinə qapılırlar (əlbəttə ki, «qisasçılıq» mövqeyi tutmurlarsa).
İctimai həyatda – kişiləri məqsədin əldə edilməsi maraqlandırdığı halda, qadınlar üçün – əməkdaşlıq prosesinin özü daha önəmli olur.
Həmçinin, rəngarəng məhəbbət macəralarında – qadınları birinci növbədə ailə qurmaq, özünə daimi arxa, güclü və etibarlı dost tapmaq maraqlandırdığı halda, kişilər üçün bu məcaralar çox vaxt həyat təcrübəsi toplamaq, özünütəsdiq, bir sıra halda isə, öz cinsi tələbatını ödəmək və s. üçün əhəmiyyət kəsb edir.
Sadalanan aspektdə aşağıdakı qanunauyğunluqlar da, xüsusi əhəmiyyətlidir.
Yüksək məlumatlı və təhsilli qadınlar istər öz cinsi və istərsə də əks cins yanında elə böyük cəlbedici təsirə malik olmurlar. Hər iki cins onlarla kontaktı nə isə çox az zövqlü bir iş kimi qəbul edir. Onlar hətta öz sahələrində tanınmış mütəxəssis olsalar da belə, tanışlar onlara ünsiyyət tərəf-müqabili kimi başqalarından daha az hərarət və canıyananlıq nümayiş etdirirlər. Kişilərsə belə qadınları daha az seksuallığı və cəlbediciliyi olan tip kimi qəbul edirlər.
Həmçinin ikinci məsələ barədə: Eyni bir qrupdan, peşə sahəsindən, kollektivdən və s. olan qadın və kişi bir-biri üçün daha az cəlbedici və qeyri-adi təsir bağışlaya bilirlər. Kişilərin təsəvvürünə görə ‘‘yad’’ qadınlar daha çox zəruri qadın keyfiyyətlərinə (məs., lətiflik, qayğıkeşlik, mülayimlik, mehribanlıq, oynaqlıq, gülərüzlülük, taktlılıq və s. kimi) malikdirlər, nəinki ‘‘öz’’ qadınları. ‘‘Öz’’ qadınları aydındır, kişilər üçünsə qadında vacib olanı – onların ‘‘anlaşılmazlığıdır’’.
Bunlar çox geniş aspektdə qadın və kişi dəst-xəttini bir-birindən fərqləndirən ən ümumi tendensiyalar idi. Gündəlik həyatda çox tez-tez bunlardan istisnalara rast gəlmək mümkün olsa da, ümumi halda, bu istisnaların sayı qadın və kişi səsi arasındakı fərqlərdən o qədər də çox deyil və bu əkslik bir yerdə ümumi fəlsəfi tamlığı yaradır. (əlaqədar mövzular barədə bax: burada, səh. 34, 34...)
Aşağıda bir sıra sahələrdəki fərqlər ayrıca olaraq nəzərdən keçirilir:
1) QARŞIDURMA: MÜSTəQİLLİK~BAĞLILIQ:
ABŞ-da qayğıkeşlik və himayədarlıq tələb edən sahə işçilərinin (məs., sosial sahə işçilərinin, müəllimlərin, tərbiyəçilərin, qəyyumların və s.) əksəriyyəti qadınlardır (Azərbaycanda da bunun belə olduğunu yəqin etmək üçün, elə bilirik, elə ciddi statistik kalkulyasiyaya ehtiyac yoxdur). Qadınlar daha çox ağlamağa və öz yaşantıları barədə başqalarına danışmağa daha çox meyllidirlər Məhz bu fakt istər qadın və istərsədə kişilərin nəzərində qadınla dostluğun kişi ilə dostluqdan daha yaxın ola bildiyini deməyə əsas verir (Rubin 1985, Sapadin 1988), Qadınlar ətrafdakıların emosiyalarını kişilərlə müqayisədə daha yaxşı sezir, anlayır və ya deşifrə edirlər. Qadın və kişinin qeyri-verbal əlamətlərə qarşı hissiyyatlılığını yoxlamaq məqsədilə keçirilən 125 eksperimentin nəticəsini analiz edərək ABŞ alimləri (Judith Hall 1984) bu qənaətə gəlib ki, qadınlar hətta sözsüz belə qarşı tərəfin fikirlərini onların üz ifadələrinə əsasən daha yaxşı anlayır. Bu fakt kədərli və şən vəziyyətlərə qadınların kişilərlə müqayisədə nəyə görə daha çox emosional reaksiya vermələri faktını izah edir (Grossman & Wood – 1993, Sprecher & Sedikides – 1993, Stoppard & Gruchy 1993). Münasibətlərdə kişilər – məsələnin özünə, qadınlarsa – insanlararası münasibətə daha çox diqqət verirlər (Nancy Chodorov – 1978. 1989; Jean Baker Miller – 1986; Carol Gilliagan – 1982, 1990) (156 səh. 231-232).
2) SOSİAL DOMİNANTLIQ
Yarandığı gündən 1994-cü ilə qədər ABŞ konqresinin üzvü olmuş 11377 şəxsdən yalnız 1,4%-i qadın olub (156 səh. 232). Yeri gəlmişkən, yarandığı gündən bu yana ABŞ-da indiyə qədər heç bir qadın prezident və ya vitse-prezident vəzifəsinə yüksələ bilmədiyi halda geridəqalmış, qadın hüquqlarını tapdalayan hesab edilən İslam ölkələrində (Türkiyə, Pakistan, Banqladeş) qadınlar bu vəzifəyə yüksəlib. Rolların dəqiq bölgüsünün aparılmadığı situasiyalarda kişilər lider rolunda çıxış edərkən avtoritar, qadınlarsa – demokratik stilli idarəçiliyə üstünlük verirlər (Eagly & Johnson 1990). Demokratik rəhbərlik stilinin qəbul edildiyi kollektivdə qadın və ya kişinin rəhbərliyi kollektiv tərəfindən eyni səviyyədə qəbul edilir. Avtoritar stilli kollektivdə qadın-liderə verilən qiymət o qədər də yüksək olmur. (Eagly & others, 1992). İnsanlar «güclü və inadkar» kişi hakimiyyətini daha həvəslə qəbul edirlər nəinki «hikkəli və aqressiv» qadın hakimiyyətini (156 səh. 233). Kişi ünsiyyət stili müstəqillik, qadın ünsiyyəti – qarşılıqlı asılılıq kimi xarakterizə oluna bilər. Kişiləri hər bir situasiyada qələbə, üstünlük və dominantlıq daha çox maraqlandırır (Sidanius və b. 1994). Qadınlarsa (ələlxüsus fərqli cinslərdən ibarət kollektivdə) daha taktik, nəzakətli və özünə az arxayın olurlar. (Garli – 1991, Ellyson & others, 1991, Major & others, 1990) (156 səh. 233)
Kişilərin adi ünsiyyətində də daim aqressivlik və hökm hiss olunur: onlar danışanda qarşı tərəfin sözünü kəsməklə, gözlərinin içinə baxmaqla, əllərinə toxunmaqla və çox az halda gülümsəməklə həmsöhbətə təzyiq göstərir. Qadın və kişinin yarışında, yaxud rəqabətində kişinin məğlubiyyəti ətrafdakılar tərəfindən daha böyük alçalma kimi qəbul edilir, nəinki qadının məğlubiyyəti. Kişilər hətta adi gündəlik həyatda da, qadınlar üzərində öz üstünlüklərini qoruyub saxlamağa çalışırlar, məs., kişi və ya qadın öz cinsi ilə söhbət edərkən söhbət əsnasında tərəflər bir-birinin sözünü eyni tezliklə kəsdiyi halda, kişi qadınla söhbət edərkən qadının sözünü təxminən iki dəfə çox tezliklə kəsir və qadın qalan vaxtın böyük hissəsini sonradan fikirlərini toplamağa, kəsilmiş fikrinin istiqamətini yada salmağa və s. həsr edir.
Həmçinin, ətrafdakılar da, qadınla müqayisədə kişinin qabiliyyətinə daha etibarla yanaşırlar (hansı ki, həqiqətdə heç belə olmasa da), məs., kişi – lektor, sürücü, bərbər və b. kənardakılar tərəfindən daha kompetentli, professional, məsuliyyətli və s. qəbul edilir, nəinki qadın – lektor, sürücü, bərbər və b.
3) AQRESSİVLİK
Aqressivlik məsələsində də kişilər qadınları qat-qat üstələyir. Kanadada adam öldürməyə görə həbs olunan kişilərin sayı eyni cinayətə görə həbs olunan qadınların sayına nisbətdə 11 : 1, hədə və ya zorlamalara görə həbs olunanların nisbəti 8 : 1-dir (Colombo 1994). ABŞ-da analoji cinayətlərin nisbəti 10 : 1 və 5 : 1 (Milqramın təcrübəsi).
Statistikaya görə, bütün dünya üzrə kişilərin qadınları öldürməsi halı, qadınların kişiləri öldürməsi faktından 20 dəfə çoxdur (Daly & Wilson 1989). Laborator təcrübələr zamanı «tərəfdaşı cəzalandırmaq» məqsədilə kişilər qadınlara nisbətən daha yüksək gərginlikli cərəyan seçirdilər (Eagly & Steffen 1986, Hyde 1986) (156 səh. 234, 300);
4) SEKSUALLIQ
Aparılan sorğuların nəticələrinə əsasən müəyyən edilib ki, təsadüfi cinsi yaxınlıq qadınlarla müqayisədə kişilər üçün daha çox yolveriləndir (Oliver and Hyde, 1993). Tənha kişilər daha tez-tez sekslə məşğul olur və tərəfdaşı daha tez-tez dəyişir, nəinki tənha qadınlar (Baumeiter 1991; Bailee & others, 1994). Çox nadir hallar istisna olmaqla, demək olar ki, bütün dünyada kişilər, qadınlarla müqayisədə daha çox cinsi yaxınlığın təşəbbüsçüsü kimi çıxış edirlər (Marshall Segal 1990). Özü də təkcə cinsi yaxınlığın yox, həm də qadınla yaxınlaşmada ilk addımı atmaq və qadına qulluq kimi məsələlərdə də (Hendrick 1988, Kenrick 1987).
əksər heyvanların da erkək cinsi, öz insan həmcinsi kimi, seksual planda daha inadkardır və tərəfdaşın kimliyi məsələsində (yəni tərəfdaş tapmaqda) daha az fərqinə varır (Hinde. 1984) (156 səh. 235).
I.2.3.4.2.Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın «etnik psixologiya» adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: «xalqların psixologiyası», «milli xarakter», «milli ruh», hətta «etnik (etnoqrafik) psixologiya» (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X.Şteyntal, M.Lasarus, V.Vundt, Q.Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır (bax: 131 səh. 527).
XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R.Benedikt, M.Mid, K.Klakxorn, R.Linton, K.Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). (əlaqədar mövzular barədə bax: burada, səh. 138, 140)
Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır. Belə ki, bu, kimə necə təsir göstərmək işini müəyyən etməyə imkan verir. Hətta politologiyada etnik psixologiyanın təsiri ilə yaranmış «Etnopolitologiya» adlı xüsusi bölmə də mövcuddur (bu barədə ətraflı bax: ədəbiyyat siyahısına [burada, səh. 154] 30-ci ədəbiyyata).
Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir. Bugünkü gündə dünya psixologiyasında millətlərin psixologiyasının öyrənilməsi məsələsinə, əsasən iki fərqli yanaşma xətti mövcuddur: Amerika və Avrasiya modelləri.
Birinci variant ABŞ psixologiyasında meydana çıxıb və indi də burada aparıcı mövqedə dayanır.
Avropa, keçmiş SSRİ və Uzaq Şərq ölkələrində millətlərin psixologiyası «etnik psixologiya» çərçivəsində öyrənilir.
Ümumi olaraq, bugünkü gündə etnik psixologiya müxtəlif millət və mədəniyyətlər arasında həddən artıq çoxlu oxşarlıq və fərq müəyyənləşdirib. Məsələn, belə ümumiliklərdən ən məşhuru bütün tip cəmiyyətlərdə inbridinq (insest) hadisəsinin, yəni çox yaxın qan qohumlarının bir-biri ilə cinsi yaxınlığının qadağan edilməsidir. İstisnasız olaraq bütün cəmiyyətlərdə valideynlər öz övladları ilə həmçinin qardaş bacı ilə cinsi əlaqəyə girmir. Baxmayaraq ki, bu qayda istənilən mədəniyyətdə və millətdə çox tez-tez pozulması hallarına rast gəlmək mümkündür. Hər halda, norma bütün millətlər üçün öz universallığını qoruyub saxlayır: Heç bir cəmiyyət inbridinq hadisəni təqdir etmir (131 səh. 237). Haşiyə kimi qeyd edək ki, botanikada eyni kökdən olan bitkilərin çarpazlaşmasının ziyanlılığı hələ XX əsrin əvvəllərindən məlumdur. İnsanlar arasında talissamiya xəstəliyinin başlıca səbəbininsə yaxın qan qohumları arasındakı nigah olduğu bugünkü gündə tibbdə məlumdur (əlaqədar mövzular barədə bax: burada: səh. 138, 140).
İNDİVİDUALİZM-KOLLEKTİVİZM: (131 səh. 249-267) Son yarım əsrdə Qərbdə individualizm daha da güclənib Bu barədə Qərb valideynlər uşaqlarında müstəqillik və sərbəstliyi daha tez-tez təqdir edir, və onların sözəbaxan olmaları məsələsi onları daha az narahat edir. Paltar üslubu və rəftar manerası daha da rəngarəng olub, şəxsiyyət azadlığı artıb, ümumi dəyərlər isə itib. İndividualizmin güclənməsi təkcə depressiya hadisələrinin sayının artması ilə deyil, eyni zamanda, sosial təcridləşmənin digər əlamətlərinin də artımı ilə müşayiətlənir. Məs., təkcə ABŞ-da 1960-cı ildən bəri;
Boşanmaların sayı iki dəfə;
Yeniyetmə yaşında intihar edənlərin sayı üç dəfə;
Zorlanma hadisəsi ilə əlaqədar müraciət edənlərin sayı dörd dəfə;
Uşaqlarla pis rəftar olunması ilə bağlı edilən müraciətlərin sayı – 5 dəfə;
Natamam ailələrdə dünyaya göz açan uşaqların sayı 6 dəfə;
Gənclər arasında zorakılıq işlətməklə törədilən cinayətlərin sayı 6 dəfə artmışdır (131 səh. 254).
Fərqli mədəniyyət tipinə mənsub olan insanların bir-biri ilə kontaktı zamanı aralarında meydana çıxa biləcək namünasib vəziyyətin və anlaşılmazlıq momentlərinin minimuma endirmək üçün Triandis, Brislin və Gui (1988) aşağıdakı tövsiyyələri verir:
İndividualist kollektivist mədəniyyətdə olarkən
– Konfrontasiyadan qaçmalı;
– Dərhal yaxınlaşma gözləmədən, yaxınlığın uzunmüddətli münasibətin nəticəsində formalaşmasını və s.;
– Təvazökar olmaq;
– Qrup ierarxiyasında insanların statusu ilə maraqlanmalı;
– Öz sosial vəziyyətini vurğulamaq;
Kollektivist individualist mədəniyyətdə olarkən:
– İstədiyin şeyi sərbəst şəkildə tənqid etmək;
– Dərhal əsas məsələyə keçməli;
– Öz bacarıq və qabiliyyətini nümayiş etdirməli;
– Həmsöhbətin sosial vəziyyətinə və bu və ya digər qrupa mənsubluğuna deyil, şəxsi keyfiyyətlərinə böyük əhəmiyyət verməli və s. (131 səh. 252);
Türk millətlərinin psixologiyası barədə:
Yuxarıdakı bölmədə sadalananlar Avropa alimlərinin müxtəlif millətlərə verdiyi ümumi xarakteristikalar idi. Bu kontekstdən, onlar türk xalqlarının da milli psixologiyasını xarakterizə edirlər. Lakin uzaq avropalıların bu analizi, onların yad psixologiyaları səbəbindən, heç vaxt türklərin bütün məziyyətlərini, onların psixologiyanın incəliklərini əhatə edə bilməz. Məhz bu səbəbdən, burada türk xalqlarının milli psixologiyasına daxildən bir nəzər salmağa çalışırıq:
Sakit okeandan Atlantik okeana qədər uzanan bir ərazidə qazanılan tarixi qələbələr türk xalqlarında tarixən patoloji «‘‘Eqo’’-sentrik» bir psixologiya, milli xarakter formalaşdırıb ki, o da bu xalqlarda aşağıdakı spesifikaların meydana gəlməsi ilə nəticələnib:
Müsbət kateqoriyadan olanlar:
a) Mərdlik, cəngavərlik (bu xalqların öz milli terminologiyası ilə ifadə olunsa – ərlik və ya ərənlik) psixologiyası: İlk dövrlərdə hansısa bahadurların nümunəsi timsalında, daha sonra hansısa yürüşlər ərəfəsində formalaşan və ümumilikdə, deyilən həmin qələbələrin səbəb və nəticəsi kimi meydana çıxan bu milli xarakter, sonrakı mərhələlərdə artıq sosial normalar tərəfindən təsbit olunaraq, mifologiya, əsatir və s. vasitəsilə milli şüura həkk olundu, onun əsas komponentinə çevrildi. Türk xalqlarının folklorunu qəhrəmanlıq epopeyalarının başına götürməsi bu kateqoriyadandır. Dünyanın bir çox xalqlarının taleyində, məişətində, milli xarakterində türk ərənliyi əvəzolunmaz izlər buraxıb. Məşhur Çin səddi, çinlilərin həşəratla qidalanması, ermənilərin yaltaq, fahişəxana və terrorist bir millət olması və b. məhz türk qəhrəmaniliyinin bu cür izlərindəndir – bunların hər biri yaşamaq uğrunda mübarizədə türk qəhrəmaniliyinə qarşı həmin xalqların özünəməxsus tarixi reaksiya (özünümüdafiə, və ya adaptasiya) formalarıdır;
b) Kosmopolitizm: Tarixən zəbt etdikləri ərazilərə özləri ilə xüsusi türk sivilizasiyası daşımayıb, yerli xalqlara qarşı məcburi assimilyasiya siyasəti yürütməmələri şəklində təzahür edən bu psixologiya, bugünə qədər qorunub saxlanıb: türk dövlətlərinin demək olar ki, hamısı çoxmillətli dövlətlərdir və bu, xırda millətlərin min-min illər ərzində türk dövlətlərinin nəzdində öz milli «mən»ini qoruyub saxlaya bilməsi, onlara qarşı tarixən, türklər tərəfindən heç bir milli diskriminasiyanın olmasının əlamətidir. Bu ərazilərdə milli zəmində üsyanların, qırğınların baş verməsinə, milli problemlərin qabarıqlaşmasına dair tarixdə elə bir məşhur faktın məlum olmaması, Avropanın böyük bir qisminin 600 il Osmanlı imperiyasının tərkibində olub, yenə də öz dinini, dilini itirməməsi və b. da deyilən türk kosmopololitizminin təzahürlərindəndir. Toleriantlıq, yəni digər millətlərə, baxışlara, düşüncə sistemlərinə, mədəniyyətlərə, mentalitetlərə və s. dözümlülük prinsipi, yalnız son dövrlərdə beynəlxalq arenada aktuallaşsa da, Türk millətlərində bu hal, demək olar ki, genetik olaraq mövcud olub;
c) Qadına hörmət: Deyilən kosmopolitik düşüncə tərzində, türk xalqlarının heç vaxt dəyişmədiyi, başqalarına uyğunlaşdırmadığı və daim də başqalarında mövcudluğunu qəbul etmədiyi çox cüzi komponentlərdən biri də, qadına spesifik münasibətdir. Qadına qarşı patoloji tələbkar olan Şərq və qadına əyləncə, zövq-səfa mənbəyi kimi baxan Qərb düşüncə stilindən fərqli olaraq, burada bütün dövrlərdə qadın məsələsi tamam fərqli kontekstdə qavranılıb ki, bunun da bir neçə təzahür forması aşağıdakıdır: patoloji ailəcanlılıq; namus məsələsinin fövqəlyüksək dəyərləndirilməsi; qadının cariyə, qul, kəniz kimi alınıb-satılması ənənəsinin tarixən burada mövcud olmaması; əksinə, qadın azadlığının, qəhrəmanlıqlarının alqışlanması, tərənnüm edilməsi, stimullaşdırılması və bunun nəticəsi olaraq, türk xalqları tarixində çoxlu qəhrəman qadın adlarının qalması; türklərin tarixən monoqonik (təkarvadlı) ailə formalı millət olmaları və s.
Deyilənlərlə bərabər türk millətlərinin xarakterində «mənfi» kimi səciyyələndirilə biləcək cəhətlər də olmamış deyil ki, bunların bir qismi aşağıdakılardır:
a) Patoloji individualizm: Bir tərəfdən cəngavərlik və mərdlik psixologiyasının, digər tərəfdənsə kosmopolitik düşüncə tərzinin zəruri nəticəsi olan və ətraf dünyaya ifrat eqoistik (və ya eqo-sentrik) münasibət şəklində təzahür edən bu milli xarakter, bütün dövrlərdə türk millətlərində milli birlik və kollektivçilik ruhunu zəif edib. Elə bugünkü gündə də həmin psixologiyanın zəruri nəticələrindəndir ki, dünya səviyyəsində təkbətək idman növlərinin (əski türk cəngavərliyinin əla təzahür formalarının) demək olar ki, əksəriyyətində türk xalqlarının nümayəndələri birincilik əldə edə bilibdisə də, kollektiv idman növlərinin heç birində bu xalqların əsaslı fərqlənməsi faktı, demək olar ki, məlum deyil (Türkiyənin futbol komandasının və Azərbaycanın «Bakılı oğlanlar» [KVN] komandasının son dövrlərdəki müəyyən uğurları, buradakı çox az istisnalardandır). Yenə də məhz həmin səbəbdən, dünyanın istənilən ölkəsində türk millətlərinin kifayət qədər nümayəndəsi olmasına baxmayaraq, dünyanın heç bir ölkəsində sayılan türk (Türkiyə, Azərbaycan, Özbək və s.) diasporası yoxdur3;
b) Elmə laqeydlik: İskəndərin, Sezarın və b. yürüşlərinin hər addımı barədə hələ öz dövründə qalaq-qalaq kitablar yazılıbsa, Sakit okeandan Atlantik okeanına qədər bir ərazidə qazandıqları qələbələr barədə türk xalqları əllərinə qələm götürüb bir cümlə belə yazmayıblar. Və buna görə də, bugünkü gündə öz qədim tarixlərini onun-bunun mənbələrinə əsasən öyrənir, məsələlərin tarixi sənədlər üzrə müzakirə olunduğu mötəbər məclislərdə isə dili qısa qalırlar. Erməni kimi bədxahlarısa, bundan istifadə edib, onların ərazisində yaşayan bütün qədim xalqların, o cümlədən, ərmənlərin, albanların və b. yazı nümunələrini öz adına çıxır. Çünki türklər ömür-billah yazı yazmağı xoşlamayıblar, o ki qaldı, yeni eradan əvvəl ola. Yazmağa başlayıblarsa da bu, islamın təsiri ilə, çox sonralar məcburi baş verib ki, indi tarixi sənədin olmaması, bir çox dairələrdə bütövlükdə tarixin olmaması kimi yozulur.
Türk xalqlarında elmə qarşı bu antipatiya və ya belə deyilsə, laqeyd münasibət sonrakı dövrlərdə də mövcud olub və bugünkü günə qədər də yaşamaqdadır. Bu da milli psixologiyanın bu qədər tarixi vaxt ərzində və bu qədər tarixi hücumlar, təsirlər qarşısında heç bir əsaslı transformasiyaya uğraya bilməməsinin nümunəsidir. Bu qədər çoxsaylı olmalarına baxmayaraq, onların ərazisində tarixən elə bir tanınmış alimin, elm-mədəniyyət xadiminin yetişməməsi, yetişsə də bunun mühacirətdə, yəni türk dövlətlərindən xaricdə baş verməsi, öz ərazilərində tək-tək yetişənlərinsə ölüncə kölgədə qalıb, ayaqlar altında tapdanması, etirafınınsa məcburi baş verməsi, yəni başqalarının ona hörmət etdiyini görüb, çox sonra öz vətənində qəbul edilməsi deyilən psixologiyanın təzahürlərindəndir (o cümlədən, konkret olaraq Azərbaycan timsalında: bu millətin sağlığında öz Füzulisinin salamını «rüşvət deyildir deyə almaması», Sabir, Vahid kimi ədiblərini vərəmlədib öldürməsi, Cavid, Müşfiq kimi ədiblərini öz əli ilə güllələməsi və dəyərini çox sonra başa düşüb, çox-çox sonra onlara qızıldan heykəl ucaltması bu qəbildəndir);
c) Siyasətə laqeydlik: İnsanları bütləşdirən, avtoritar Misir sivilizasiyası, bəşəriliklə ilahilik arasında qəti sədd qoyan, daha müasir və daha demokratik xaçpərəst (xristian) sivilizasiyası ilə kontaktda rəqabətə davam gətirməyib tənəzzül etdiyi kimi, Türk millətlərinin hegemon dünyəvi mövqeyinin də sonu, siyasət deyilən anlamın meydana gəlməsi və türklərin onu özlərinin cəngavərlik prinsipləri ilə bir araya sığışdıra bilmədiyi dövrdən etibarən başlamağa başladı. Məhz həmin dövrlərdən etibarən, bu xalqların «Mən Qazandan dönmərəm!», «Mən sevgilimdən dönmərəm!» və s. əqidəsi ilə yaşayan ər beyrəklərinin gəncliyi əsirlikdə keçib, çıxandan sonra da başına əmud çırpılıb, elə gənc ikən ömürləri yarımçıq kəsilməyə başlandı; tüfəng və siyasəti igidə yaraşdırmayan, bir nərəsi ilə dağları silkələyən koroğlularını hansısa keçəl həmzələr əli-qolu bağlı vəziyyətdə bir küncə atmağa başladı və s. Özüsə, məhz bütün bu səbəblərə görə, o vaxtdan bəri dönə-dönə öz qonşuluğundakı keçəl həmzələrin toruna düçar oldu. Elə məhz həmin səbəbdən, bu millətlər bugünkü gündə də, öz rəhbərlərinin hansısa diplomatik manevrlərini, onların öz hisslərini diplomatlara xas məharətlə gizlətmələrini, sətiraltı deyimlərini və s. heç vədə qavraya bilmir, qavrasa da buna patoloji allergiya ilə reaksiya verir, bunları bugünkü dünyada çoxdan bərqərar olan diplomatik etiket, siyasi normalar və s. meyarı ilə yox, özünün əski cəngavərlik, kişilik, sözübütövlük, «olduğun kimi görünmək» və s. meyarları ilə ölçüb qiymətləndirir.
Yekunda bir daha qeyd edirik ki, türk millətlərinin psixologiyası ilə bağlı bütün bu deyilənlər bizim subyektiv mülahizələrimiz idi və hər hansı obyektiv, ciddi tədqiqata əsaslanan eksperimental nəticə kimi qəbul etməməli;
Ermənilərin milli psixologiyasınısa müxtəsər formada belə xarakterizə etmək olar ki, sadalanan türklərə xas əlamət və xüsusiyyətlərin hamısının tam şəkildə əksi onlara xasdır. İlkin mərhələdə İsgəndər imperiyasının yerində formalaşan əyalətlərin birində – rəhbəri türk sərkərdəsi Artaş olan ərmənzəmində milli azlıqlardan və ya əsir kaloniyalarından biri kimi mövcud olan və «Hay|k|»lar adlanan hazırkı ermənilər, sonrakı dövrlərdə qonşu ərazilərdə elə yaşadıqları ölkənin adı ilə də adlandırılaraq ərmənlilər, ərmənilər və s. kimi tanındılar. Sonradan Artaş dövlətinin süqutundan sonra da bu adı qoruyub saxlayaraq onu bir növ özəlləşdirdilər. Bununla belə, heç vaxt xüsusi dövlət şəklində mövcud olmayıblar ki, bunu da onların tarixdə heç bir dövlət atributlarının (pul, gerb və s.-in) qalmaması faktı da isbatlayır. Yalnız XIX-XX əsrlərdə Osmanlı imperiyasını daxildən parçalamaq istəyən qonşu dövlətlərin planı və dəstəyi sayəsində türk dövlətlərinin «düz göbəyinin ortasında» tarixdə ilk erməni dövləti yaradıldı ki, sonradan da Türkiyəyə əleyh olan hər yeni dövlət (XIX əsrdə ingilislər, XX əsrdə ruslar və b.) bu erməni kartını oyundan çıxmağa qoymayıb, növbə ilə dönə-dönə oyuna daxil etdi. Mövcudluğunun missiyasından asılı olduğunu, missiyasının isə Türkiyəni aradan götürməkdə böyük dövlətlərə alət olmaq olduğunu dərk edən erməni xalqı isə ölməyib sağ qalmaq üçün bu «Killer» vəzifəsi ilə razılaşmaq məcburiyyətində qaldı və insafən də vəzifəsinin öhdəsindən layiqincə gəldi. Üstəlik də, bütün bu tarixi-psixoloji proseslərin sayəsində bu millətin beyni davamlı olaraq planlı şəkildə anti-türk əhval-ruhiyyəsinə kökləndirildi, hansının ki, ağrı-acısını Azərbaycan və Türkiyə hələ də çəkməkdədir4.
Bu millətin milli şüuru türklərin əsir kaloniyalarında formalaşdığından, bugünkü gündə də onlarda kaloniyal düşüncə sistemi patoloji səviyyədədir. Onlarda sənətkarlığın (əsirlik peşəsinin) geniş yayılması, patoloji kollektivçilik, özgə millətlərə, mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlük və s. bu mənşədən qidalanır. Türk cəngavərliyi qarşısında gücsüzlük tarixən onlarda «natamamlıq kompleksi» kimi patoloji hiyləgərlik, yaltaqlıq psixologiyası meydana çıxarıb. Kaloniyal təbəqə kimi türklərin onların qadın və qızlarından lazım olanda heç bir icazə istəmədən götürüb istifadə etməsi, getdikcə onlarda bu məsələ ilə barışmaq psixologiyası formalaşdırıb və onlar üçün namus məsələsinin arxa plana keçməsi ilə nəticələnib. Üstəlik də ki, qadın onlarda öz milli və ya şəxsi maraqlarını həyata keçirmək üçün bir alət yerində qavranılmağa başlanıb (Yeri gəlmişkən, öz dövründə Engels də fahişəliyin tarixinin məhz Ermənistandan başladığı versiyasını söyləmişdi).
I.2.3.5.Bio – sosial ontogenez motivlər I.2.3.5.1.Komplekslər
Yuxarıda qeyd edilmişdi ki, şəxsiyyətin formalaşmasında rolu olan ontogenez faktorlardan daha birisi bio-sosial faktorlardır. Bio-sosial faktorlar – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır.
Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun. Məs., şikəstlik, yetimlik və s. bunun patoloji variantlarındandır. Bu defekt onun yaşamaq uğrunda mübarizə aparma imkanlarını məhdudlaşdıraraq, psixikasını ekstremal gərginliklə işləməyə vadar edir. Bu gərginliksə individin öz psixikasının xüsusiyyətlərindən asılı olaraq bir neçə variantda nəticələr göstərə bilər.
İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s.
Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur (Adler konsepsiyası bizim variantın məhz bu bəndində fraqment kimi çıxış edir). Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
I.2.3.5.2.Biogen faktorlar
Bununla belə, Adlerin versiyasından fərqli olaraq, defekt heç də həmişə qeyd-şərtsiz olaraq bir başqa sferanın fövqəlinkişafı ilə nəticələnmir. Burada hər şeyi psixikanın xüsusiyyətləri həll edir. Anomaliya o zaman fövqəlkompensasiya doğurur ki, psixikanın buna real imkanları çatır. əks halda, gərginliyə tab gətirməyən psixikalar bundan həmişəlik zədə alaraq şikəst olurlar ki, tibbi ədəbiyyatda da bunlar ruhi xəstəlik kimi definisiya edilir. Bu baxımdan, ətraf dünyanın (qrupun, kollektivin, cəmiyyətin...) diktə etdiyi standartları özünün fiziki və ya psixi məhdudluğu ucbatından heç cür qəbul edə bilməyən, ona adaptasiya olmağı bacarmayan şəxslər, əsasən üç yoldan birini tuturlar:
1) Ya özünü məhv edir, yəni intihar edirlər;
2) Ya ətraf dünya ilə kontakt faktını məhv edir, yəni ondan təcrid olurlar;
3) Ya da ətraf dünya faktının özünü məhv etmək yolunu tutur, yəni onu öz standartlarına uyğunlaşdırmağa çalışırlar. Yaradıcı fəaliyyət bu son halın nəticələrindəndir.
Lakin bu üç yol arasındakı seçim də özbaşına, xaotik olaraq baş vermir. İndivid o zaman ətraf dünyadan təcridçilik yolunu seçir ki, onun digər sosial, fiziki, psixoloji parametrləri ona kimsədən və ya konkret olaraq bu cəmiyyətdən, qrupdan asılı olmadan müstəqil yaşamaq imkanı verir. İndivid o zaman intihar edir, nə zaman ki, onun həmin parametrləri ona müstəqil yaşamaq imkanı vermir. Bu parametrlər kifayət qədər dayanıqlı olduqda isə fərd qeyd-şərtsiz olaraq üçüncü yolu seçir. Bütün bunlarsa psixoloji proseslərin heç də ümumi təbiət qanunlarından istisna hal olmayıb, tam şəkildə proqnozlaşdırıla bilinən hal olduğunu göstərir.
Dostları ilə paylaş: |