2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
da elə onun gözünün qabağında qayıdım çantadan
bıçağı götürüm, soxum qarnıma... Oy, nə gözəl, bunu
fikirləşib tapdığıma görə, canlandım əməlli başlı.
Birdən-birə belə dəyişməyim onu çaşdırdı, duruxub
boynunu irəli uzatdı:
-Cibindəki, nədi?
-Hec nə,- əlimi cibimə salıb cıxartdım, sevincək
halda üstünə yeridim, biləyimnən yapışmaq istədi, mən
onun qolundan tutub da çəkdim, əlim sürüşüb çıxdı,
arxası üstə göylüyə yıxıldım, o da səntirlədi, amma
yıxılmadı, tələsik qalxıb onun hücumunu gözlədim:
-Hıı, suplis eləmək istəyirdin, Bakıda öyrənmisən,
həə?! İndi mən sənə göstərərəm, suplisi necə eləyirlər.
Qollarını açıb üstümə gəldi, əlinə keçməmək üçün
gərək qaçam, hara qaçım, çiyinlərimnən yapışdı, mən
də onun qollarından tutub büküldüm, ayaqlarımı gen-
gen açıb durdum, özümü yamaca mıxlanmış kimi hiss
etdim, o məni dartdı, mənim çox asanlıqla gəlməyimi
gözləyirdi, bir də dartdı, az qaldı ayaqlarım yerdən
üzülsün...
Kəndin uşaqları elə burdan atlarımızı sürüb çapa-
çapa keçərdik, Dəvəuçana çatanda atın belindən suya
atdanardıq. Bir dəfə mən düz atdanmadığımdan suya
yox, lilə düşdüm, güclə dartıb çıxartdılar...Həə, orda
camış batıran lil var.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yox, hücum eləsəm uduzaram, bir az da gözləyim.
Qol-qola tutub bir-birimizi dartışdırırıq, bunun
güləşdən heç xəbəri yoxmuş, eşşək kimi güclüdü amma.
Nə isə, gözləməyə səbrim çatmadı, qollarını yana atıb
arxasına keçmək istədim, alınmadı, necə oldusa,
boynumu qoltuğunun altına salıb sıxdı, mən, o da
belimdə əyilib ikiqat oldum, qulağımın dibində nəsə
deyirdi, anlayası halda deyildim, mən onun ağırlığı
altında qalmısdım, yarı bükülü, qanrılıb gözlərimi
acanda onun üzünü gördüm, azacıq dikələ bilsəydim,
başımdan aşağı sala bilərdim, boğula- boğula onu da
fikirləşdim ki, bu niyə türkcəni osmanlı ləhcəsində
danışır, dizlərim yerə dəyəndə özümə gəldim, gözlənil-
mədən saclarından yapışıb belimi dikəltdim, o, başımın
üstündən aşıb yerə dəydi. Özümə gəlməmiş qolumnan
tutub fırladı, köynəyimin bir yanı əlində qaldı, mən
Dəvəuçan yarğanın qaşınacan yumalandım, göylükdə
daş varmış belim daşa dəydi. O, bu dirəşməyi
gözləmədiyindən özündən çıxmışdı, qışqıra-qışqıra
üstümə yüyrdü, çatan kimi ayaqlarımı qaldırdım, çiyin-
lərindən yapışıb başımın üstündən atdim, ikimiz də
qucaqlaşmış halda dığarlanıb yarğan aşağı lilliyə
yıxıldıq. Mən hələ havadaikən bilirdim ki, o mənim
altımda qalacaq, çünki mənnən xeyli ağır idi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Alqış səsi gəldi, hardansa, əl çalırdılar. Yəqin
qulağim səsə düşüb. Özüm arxası üstəyəm, yarıyacan
lilə girmişəm. Dikəldim, erməni üzü üstə düşüb,
qolundan tutub qaldırdım, üz-gözünəcən palçıq
içindədi, mənə baxan kimi güldü, əlimi üzümə çəkdim,
mən də o gündəyəm, doğrudan da alqış səsi hər tərəfi
bürümüşdü, əməlli-başlı əl çalırdılar. Biz suyumuz sü-
zülə-süzülə yarğandan çıxdıq, gurultulu alqışlar bir də
qopdu. Yolboyu Orta körpünün üstünəcən maşınlar
dayanıb, yaylaqdan gələn, yaylağa gedən “urra”
qışqırırdılar, o biri maşındasa ermənini tanıyan oldu:
-İnçe badahel, Ağacan?
50
-Qorxmayın heç nə olmayıb...- O azərbaycanca
cavab verdi.
Mən də ermənicə dedim:
-Mivaxeçek voçinç ci badahel.
51
Camaatın arasından qoltuğunda saz aşıq Ayvaz
irəli çıxdı:
-Gəl bir səni öpüm... - dedi, bir- iki addım da irəli
yerıdı.
-Gör, nə gündəyəm, - gülüb üst-başımı göstərdim. -
Nə təhər öpəcəksən məni.
50
Nolub, Ağacan? (ermənicə)
51
Qorxmayı n, he
ç
nə olmayı b...(ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ay sənin başına dönüm, adımızı batırmadın! -
Aşıq şərəfimə nəsə oxumaq istəyirdi, üst-başımı belə
görüb sazını dınqıldada-dınqıldada aralandı. Aşığın
ardınca kim vardısa oğullu-uşaqlı gəlib görüşmək
istədilər, bizə yaxınlaşmaq mümkün deyildi, lil, palçıq
içindəydik, aralıda dayanıb bir də əl çaldılar.
Günün batmağına az qalıb. Maşınlar çəkilib
gedib, biz ikimiz də soyunmuşuq, əynimizdə bir tuman
qalıb. Yarğanın qırağında oturub hərəmiz bir səmtə
baxırıq:
-Sən Muquçun oğlusan?- soruşdum.
O otla üst-başını silirdi, dönüb baxdı, heç nə
demədi, dəyişmişdi birdən birə, yorğun, kədərli.
-Kəndə az qalıb, -dedim, - gedək, evdə yuyunarıq,
rayona belə qayıtmaq olmaz.
Dinməz, söyləməz qalxdı, bir qucaq ot yolub
maşının oturacağına sərdi ki, batmasın. Paltarlarımızı
yaş-yaş geyindik, dinmməz-söyləməz maşına oturub
yola çıxdıq, kəndə çatanacan da danışmadıq. Anam
yolumu gözləyirmiş, qapının ağzındaydı. Bayaq
gözümün qabağına necə gəlmişdisə eləcə, əli sinəsinin
üstündə əynində də mənim şalvarım yaxınlaşdı, yəqin
gördüklərinə inanmırdı, gülümsədiyimi görüb özünə
gəldi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ananız ölsün, maşınıız batmışdımı nədi? Düşün
tez...-Birinci erməninin qolundan tutub qapıya apardı.
-Ay Güllər, ay Sona, ay qonşu, uşaq gəlib, dostu da
yanında... - Erməni boynunu büküb anamın ardınca
gedirdi, elə bil anam onu döyməyə aparırdı ki, üstünü
niyə batırmısan. -Ay Lala, ay Pəri, gəl hamamı qızdır,
gör uşaq dostuyla nə gündədi, gəl suyu qızdır.
Erməni mənim paltarlarımı geyinib, amma əyninə
dardı, şalvar az qala dizindən, köynəyin yaxası gəlmir,
elə o cür gülməli şəkildə də anamın səliqəli qonaq
otağında pərt halda oturub paltarlarının qurumağını
gözləyir...
Mən nə isə aranı açmaq, sıxıntını götürmək
istəyirəm. Gətirib bir adyal da verdim, qarnı açıq idi,
adyala bükülüb rahatlaşdı. Gedib taxçanı açdım, bir il
bundan qabaq aldığım araq eləcə qalmışdı, götürüb
stolun üstünə qoydum. Bayırdan anamın səsi gəldi:
-Hamam hazırdı.
Bir yerdə çıxdıq, paltarlarımız yuyulub asılmışdı.
-Gəl, yuyunaq...- Nə deyirdim dinməz söyləməz
yerinə yetirirdi, elə bil əsir götürmüşdüm, bu mənim
özümə də pis təsir eləyirdi. - Keç, -hamamın qapısını
açıb onu içəri ötürdüm...
Nə isə, yuyunub çıxmışıq, anam süfrə açıb, keçib
əyləşdik, mən araq süzdüm:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Çörək ye. - Bayaqkı kimi adyala bükülüb sakitcə
süfrəyə baxır, üz-gözündən bir şey anlaya bilmədim. -
Buyur, çörək ye,-dedim, anamın qızartdığı toyuq
ətindən qabına qoydum.-Ye.
Anamın nəyi var süfrədədi, yağ, pendir, qaymaq,
cürbəcür konfetlər, iki dənə nar, bir dənə qurud, kəklik
otu, mən fikirləşdim ki, yəqin belə şeylərin çoxunu
bilmir bu, ona görə də yemir. -Yrəyin nə istəyir onnan
götür.
O gülümsəyib əlini süfrəyə uzatdı, mən çox
rahatlaşdım, elə bil üstümdən daş götürdülər, “bir tikə
də olsa yesin...” Dinməz-söyləməz yedik, birdən başını
qaldırıb soruşdu:
-Adın nədi sənin?
-Adımı neynirsən, -dedim, -adım türk, sənin adın
da erməni, sözünü de...
İkimiz də bir-birimizə baxıb gülümsəyirik, badəni
götürdüm, o da götürdü, mən birdən-birə hiss elədim
ki, sözüm yoxdu, bilmədim nə deyəcəm. O cür də
başladım:
-Bilmirəm necə deyim, qardaş deyəcəm, düz
olmayacaq, axber* deyəcəm, brat, deyəcəm,
alınmayacaq, dost deyilik, ola da bilmirik. İndi elə bir
söz axtarıram ki, deyəm içək... amma sən bayaq mənim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
anama ana dedin, yadındadı? Onda mənim tüklərim
biz-biz oldu. Yad ındad ı, ana dem əyin?
O, başını tərpədib:
-Hə, -dedi, - anadı da, bəs nə deyim, sən də mənim
anamı görsən, ana, deyəcəksən, elə deyil?
-Elədi, - dedim, - onda anaların sağlığına
içək...Anaların da yox, bizi doğanların.
İçdik...
Amma arada get-gedə daha çox üzə çıxan
ağırlıq var, heç nəyin, bu yediyimiz çörəyin belə
qaldırmağa gücü çatmadığı ağırlıq...Yeyib içsək də bu
ağırlığın altındayıq. Taksidə yol gələndə, güləşib bir-
birimizi qıranda bunnan səmimiydik, sərbəstdik.
Mənim bayaqdan yaratmağa çalışdığım səmimiyyət
havası yoxdu, ələ gəlmir, bərpa eləmək istədiyim
sınıqlıq artıq tərbiyəmizdəki sınıqlıqdı, tərbiyə də
boya-başa çatmış insanın özü, varlığı deməkdi, nə
qədər sağdı, qanındadı. İnsanın içi yarar torpaq kimidi,
nə əkirsən o da cücərir.
Nə isə, heç adını da çəkmədim, özü demiş, adı
ermənidi da, biz necə başlamışdıq, elə də qurtardıq, nə
o mənim adımı cəkdi, nə mən onun... Pal-paltarı
yuyulub təmizlənib. Əynini geyindi, heç kəsə heç nə
demədən dinməz-söyləməz qapıdan çıxdı.
-Ay oğul, niyə tələsdin, niyə çörək yemədin?-
Anam əlindəki işi atıb ona tərəf gəldi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
O, maşının qapısını açmışdı, əlini saxladı,
yüngülcə baş əyib:
-Cox sağ ol, - dedi, - ana!
Yuyulub tər-təmiz olmuş sarı rəngli taksi içi dolu
yükmüş kimi ağır-ağır tərpəndi, qapıdan çıxa- çıxda
dönüb baxdı, o yenə baxışlarıyla soruşurdu:
“-Tı yeşo ulıbayeşsya...”
Patavalı toyuqlar...
Heç soruşmadım ki, bu nə teleqramdı
vurmusuz...Bir də kimdən soruşum, heç kəs yoxdu.
Anamdan özüm soruşmadım, qıymadım. Qardaşım
yaylağa qalxıb, allah bilir bir də nə vaxt gələcək.
Həyətə çıxdım, iki qoşa təpəyə aşırılmış kənd evləri işıq
içindədi, havanın seyrək, həm də təmiz olduğuna görə
günəşin şüaları daşa-divara bıçaq kimi sancılır. Qoyun-
quzu havanın parlaqlığından yerdən aralı kimi
görünür. Uzaqlar,- dağların, təpəliklərin ətəkləri,
dibləri dalğalana-dalğalana uçur elə bil. Qollarımı
həmin səmtə uzatmaq istəyirəm. Şəhərdən özümlə
gətirdiyim yorğunluq, irili-xırdalı ağrılar içimdən yuyu-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
lyb, təmizlənib, şəhər yadımda olsa da xatırlamaq istə-
mirəm... Gözümün qarşısında olan hər nə var, o qədər
özüdü, hər şey o qədər yerindədi ki, heç kəsdən heç nə
soruşmaq lazım gəlmir...Gün kənd diliylə desək, bir
çatı boyu qalxıb. Bayaqdan dayanıb tamaşa elədiyim
altıyüz evlik kənddə bir dənə də olsun artıq qaraltı,
artıq hərəkət yoxdu, uşaqlar da gözə dəymir, ayağı yer
tutanın öz işi var, hərə öz işinin ardınca gedib...Biçin
vaxtı olduğuna görə yerdən- göydən kərənti səsi gəlir,
yəni havada nəbz kimi döyünmək var. Dörd tərəf
dağlar, təpəliklər olduğundan bütün səslər qıraqlara
dəyib kəndin içinə axır. Kənddə kef eləmək, dincəlmək
yoxdu, xüsusən də indiki vaxtda. Elə bu çəmənliyə
uzanıb şəhərdə yadına düşməyən göy üzünə baxmağa
da ar eləyir adam. Bir söz, dincəlməyə
utanırsan...Evdən ona görə çıxdım. Uzaq dağların
dibindən baş alıb çoxala-çoxala gələn Əyriçay da öz
işindədi, yəni elə bu kəndin adicə bir adamı kimi
zümzümə eləyə-eləyə öz işini görür; bostanları suvarır,
arxaclarda təhnələr doldurur ki, bir az keçəcək canlı
hər nə var su içməyə gələcək. Yaxası boyu gəlinlərin
əliylə pal-paltar yuyulmaqdadı...
...kim idi deyən, çayın suyu o biri kəndə çatanacan
dönüb bizə baxır...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Çaya sarı getdim, anam balaca bostanına balaca
cığır açıb, bu balaca cığırla gələn su da çayın balası
kimidi, anasından ayrılmaq istəmədiyi hiss olunur,
bütün balalar kimi istəməyə-istəməyə gedir, balaca
kələm şitillərinin arasında yox olur...
Su dupdurudu, əyilib üzümü yuyuram, suyu elə
hiss eləyirəm ki, elə bil dərimdən keçir. Dikəlməmiş
Seda Sevortyanı xatırlayıram, daha doğrusu, atası
mayor Sevortyanın üzümdə tüfəng kimi açılan şapalağı
yadıma düşür, təzədən vurur elə bil:
-Mən ölərəm, türkə qız vermərəm. Bir də bu qızın
dalınca gəlmə!
Mən bir anlığa özümü itirdim, əlim üzümdədi, düz
vurulan yerə qoymuşam əlimi. Mayor Sevortyan
qızının qolundan tutub silkələyir:
-Eşitdin? Görüşməyəcəksən türklə!
Heç nə olmamış kimi əlim də üzümdə, gülümsəyə -
gülümsəyə onlara tərəf getdim:
-Seda, sabah yenə orda gözləyəcəm səni, - deyib
uzaqlaşdım...
Şəhəri xatırladığım üçün birdən-birə əhvalım
dəyişdi, bayaqkı duyğularım yoxdu indi. Darıxıb
təzədən yuyunmağa başladım. Suyu bayaqkı kimi hiss
eləmədim...Üzümə dəyib qayıdır elə bil.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Kəndin səssiz vaxtıdı, heç quş səsi də gəlmir, işi-
gücü qoyub kimdi səs eləyən, dönüb qonşu evə tərəf
getdim. Burda da heç kəs gözə dəyməir, amma
hardansa şıqqıltı gəlir. Sarmaşıqlar basmış hasardan
başımı uzatdım. Ona qədər toyuğun ayağını bağlayıb
otluğa yığmışdılar, bostanı eşməsinlər deyə bir-bir
ayaqlarına çəkələk-patava geyindirirdilər, Gülxanım
arvad toyuğun ayağını tutmuşdu, gəlin bərk parcadan
təzəcə tikdiyi ayaqqabını - şap-şapı toyuğun ayağına
keçirdirdi. Bir neçə toyuq artıq ayaqqabılıydı,
bostanda gəzişirdi. Şap-şaplı toyuqları mən elə
Gülxanımın özünə oxşatdım, toyuqların ikisi də
dimdiklərini uzadıb şap-şapların bağını açmaq
istəyirdilər. Gəlin başını qaldıranda məni gördü, güldü,
ayağı yalındı, baldırları otların, çiçəklərin arasında
işıq kimi bərq vurur, özününki deyilmiş kimi məni
görəndə də heç yığışdırmadı... Mən bayaq üzümə dəyib
qayıdan suyu indi hiss etdim.
Gülxanım məni görüb hər əlində bir toyuq ayağa
durdu:
-Toyuğun dırnağı, dəmirçinin qarmağı, - deyib
toyuqları göylüyə tulladı, -bostanı alt-üst eləyirlər. -
Toyuqlar yəqin ki, ayaqlarındakı patavaya görə yerə
toyuq kimi düşmədilər. –Sarmaşıq basmış hasardan: -
Xoş gəlmisən, a bala, -dedi,-həmişə evində-eşiyində.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Nolmuşdu anama, Gülxanım xala?- Sarmaşığın
arasından başımı bir az da irəli uzatdım.
Gəlin ayaqlarını yığışdırıb altina qoydu, üzünə
kölgə düşdü elə bil:
-Səni istəyirdi, iki gün ağladı ki, uşaq gəlmədi,
sonra da sənin şalvarını geyinib nə yedi, nə içdi, yolun
ağzında səni gözlədi. Biz də yığışıb teleqram vurduq.
Mənim indi yadıma düşdü ki, Gülxanım xala ağır
eşidir, ona görə də onun yerinə gəlin cavab verdi.
-Belə ana saxlıyarlar? - Gülxanım xala əlindəki
çubuqla daş hasarı elə döyəcləyirdi ki, elə bil məni
vururdu. Birdən çubuğu tullayıb iki əliylə öz qarnından
yapışdı. - Burdan çıxannan yoxsuz, bala doğmadıq,
qada doğduq... -Kövrəlib əllərinin ikisini də gəlinə
doğru uzatdı. - Yaxşı, mən heç, məni ana doğmayıb,
bəs buna nə deyirsən, qoydu damın altında, vardı,
getdi. Bilmirəm erməninin əlindədi, rusun əlindədi?!
Gəlin qucağındakı patavalı xoruzu tumarlaya-
tumarlaya:
-Rusun əlində olar, - deyib gülümsədi, gəlin bunu
mənə eşitdirirdi.
Toyuqların hamısının ayağı qablıydı, qatarlaşıb
bostana doğru gedirdilər, elə bil paltarlarını dəyişib işə
çıxmışdılar. Bostana çatan kimi də eşələnməyə
başladılar, amma heç nə əvvəlki kimi deyildi, torpağı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ha qazırdılar bir şey çıxmırdı. Bir azdan yorulub əldən-
ayaqdan düşüb deyinə-deyinə xoruzun başına
yığışacaqlar...
-Dəymə, damda qalıb acınnan qırılmaqdan belə
yaxşıdı.- Gülxanım xala bunu daha çox özünə deyirdi...
O gün “Azambur” restoranında papaqçı Aped
dediklərinin arasına bunu da qatmışdı, gözlərini
yumub başını silkələyə- silkələyə deyirdi:
-Bunnar toyuğa da ayaqqabı geyindirib işə
göndərillər.
Amma bunu yanındakıların heç biri anlamadı.
Varjaped Ulubabyan:
-Ona az süz,-dedi, əlini Apedə sarı uzadıb havada
saxladı.
Aped badəni alnına sıxıb yenə nəsə deyirdi,
yanındakılar ona sarı dartınmışdılar ki, nə dediyini
başa düşsünlər.
-Onların iti də adam kimidi, varjaped...
Mən əslinə baxsan narahatam, kənd canıma
yatmır, yəqin hamı işində-gücündə olduğu
üçündü...Qapı-bacalarda ara-sıra qocalar, qız-gəlin
gözə dəysə də,hamısının əli işdədi, elə belə boş-boşuna
boylanan da yoxdu, bütün hərəkətlər su hərəkətinə
oxşayır, yəni kəndin içindən keçib gedən çayın hərəkəti
kimi təbii, bir-birinə bağlı...Əgər bu hərəkət pozularsa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çayın suyu axmaz yəqin ki, bu fikirlərlə kəndin yoluna
tərəf gedirəm.
-Bu gün-sabah çıxıb gedəcəksən, heç olmasa evlən,
birini gətir qoy, o arvadın yanına! - Gülxanımın səsidi,
ağlamsınmış səslə ardımca qışqırır. Dönüb baxıram,
gəlin də yanındadı, gəlin yerə baxsa da çəmənlik kimi
yaşıla çalan baxışlarını xatırlayıram.
Təpəliklərin yaxası boyu öz səmtinə əyilə-əyilə
gələn kənd yolunda heç nə, heç kəs olmasa da
gözəgörünməz nəsə var. Bu “nəsə” haqda düşünə-
düşünə yola çatıb dayandım. Təpəliklərin arasında
gözdən itən yoldakı “nəsə” əslində kimlərinsə gəlməyi,
kiminsə getməyidi. Belə bir sonuca - nəticəyə gəldim;
hə, mən Bakısız darıxıram, bir az da dərinə getsəm, Se-
da üçün darıxmışıam, belə çıxır. Əgər boş yolda nəsə
görürəm, hiss eləyirəmsə, deməli doğrudu, buralarda
qala bilmərəm, çıxıb getməliyəm...
Evlərin arasından iki adam çıxdı, bir eşşəyi
yedəkləyib gətirirdilər. Biri Dəmir kişidi, o birini
tanımadım, ağır-arxayın yerişlə tələsmədən qarşıdakı
yamaca doğru gedirdilər, eşşək də yüksüz, palansızdı.
İşin-gücün bu qızğın çağında, onların bu işsiz görkəmi
kəndin canında döyünən hərəkətlərlə, ahənglə
uyuşmadığına görə çox qəribə görünürdü.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Xoş gəlmisən bacıoğlu.- Dəmir kişi bir anlığa
ayaq caxlayıb əlini qaldırdı.
Onlara doğru getdim...Dəmir kişi elə bil yenə
bazardaydı, bazarda olduğu kimi ora-bura baxırdı.
-Şəhərdə nə var, nə yox? - Başımın üstündən yenə
ora- bura boylandı. -Sən Bakıda deyilsən?
-Bakıdayam, -dedim.
-Həə, mən də oranı soruşuram. Nə təhərdi,
necədi? Bazara gedənsən? Oxşamırsan amma. - Yan-
yörəsinə baxa-baxa suallarını yağdırırdı. -Azərbaycan
aran yeridi, süd-qatıq qıt olar orda. Pendirin kilosu
neçəyədi?
Tanımadığım adam eşşəyin dörd ayağının dördünə
də sıyırtma kəndir salmışdı, Dəmir kişinin suallarının
qurtarmağını gözləyirdi ki, dartıb yerə yıxsın... Dəmir
kişi dinmədiyimi görüb döndü:
-Bu da Qostan kirvədi, - dedi, -bə tanımadınmı?
Ayıb olmasın axtaçıdı, bir baş pendirə danışmışıq,
eşşəyi burdurmaq istiyirəm. Canın haqqı, belində yük
qancıq dalınca qaçır, əl vermir mənə. Səhər süd alıb
gəlirəm, belində hərəsi yetmiş kilodan dörd ürşəd süd,
qancıq eşşək gördü, dartınıb əlimnən cıxdı, süd qarışıq
qalxdı eşşəyin belinə...
Qostan kirvə əllərini eşşəyin dal ayaqlarının
arasından salıb xayalarını ovcuna almışdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |