Metal qablar- metal məhsullarının ən mühüm qruplarından biridir. Bu qablara
əsasən qidanın saxlanması, hazırlanması və sufrəyə verilməsi üçün, həmçinin
dekorativ məqsədlər üçün qablar və qeyri-ərzaqmallarının daşnması və saxlanması,
təmizlənməsi, yuyulması, sanitariya və digər iqtisadi məqsədlər üçün nəzərdə tutulub.
Yemək qabları məqsədlərinə uyğun olaraq qida qəbulu üçün qablara, qidanın masaya
verilməsi üçün;ərzaq məhsullarının saxlanması və köçürülməsi üçün.
Metal qabları da öz növbəsində;
Təyinatına görə yeməkxana, mətbəx, sanitarya və s.
Materialına görə paslanan və paslanmayan poladdan, çuqundan, miss-nikel
ərintilərindən, latundan, alünimium və ərintilərindən və s.
Hazırlanmasına görə ştamplama, qaynaq, tökmə, tikmə və s.
42
Bəzədilməsinə görə rənglənmiş, qara, sinklənmiş, nikelləşmiş, gümüşlənmiş,
emallanmış, xromlanmiş və s.
bölünürlər.
Metalların quruluşunun mürəkkəb olması səbəbilə onlardan istənilən metal
məmulatlarının hazırlanmasında istifadə olunur. Buna görə də metal məmulatların
çeşidi, təsnifatı, quruluş xüsusiyyətləri olduqca genişdir.
Yeməkxana təyinatlı metal qabların təsnifləşdirilməsini aşağıdakı kimidir.
1. Paslanmayan polad;
2. Emallanmış polad;
3. Sinklənmış polad;
4. Qalaylanmış polad;
5. Qara çuqun;
6. Emallanmış çuqun;
7. Amüminium və ərintiləri;
8. Latundan olan qablara təsnif olunur;
Poladdan cilalanmış qablar qida ilə təmasda olan məhsullar kimi təqdim olunur və
qidanının saxlanmasında istifadə olunur. Yeməklərin zərərsizliyinin, sanitar-
gigyenikliyinin, yüksək keyfiyyət göstəricilərinə cavab verməsində, metal qabların
səthinə çəkilən qoruyucu örtüklərin rolu böyükdür. Qida ilə təmasda olan qablar
aşağıdakılardır;çörək qabları, qəhvə qabları, qizartma tavaları, aş süzənlər, çəngəl,
bıçaq dəstləri və s.
Sinklənmış qablar-sinkin qida turşuları və alkalilerlərlə qarışıq olması səbəb ilə
qida ilə təması nəzərdə tutulmayıb. Aşağdakılar buna misaldır:çənlər, məişət məqsədi
üçün hamamlar, qeyri-ərzaq məqsədli əşyalar və s.
Poladdan hazırlanmış məmulatlar qida məhsullarının saxlanması, hazırlanmasında
geniş istifadə olunur. Xüsus ilə də paslanmayan polad qablardır. Bu qablar, demək
olar ki, bütün istehlakçı qrupları üçün yüksək potensiala malikdir, lakin digər
qablardan daha bahalıdır, beləliklə onun əsas məqsədi "ərzaq "dır. Bunlara mətbəx
43
qabları (qəlyanaltılar, qablar, qazanlar, tavalar) və qablar (plitələr, salat qabları, içəcək
qabları).
Dostları ilə paylaş: |