Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 38,44 Kb.
səhifə17/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   9   10   11   12   13   14   15   16   17
Cənubi Amerika tam

Odlu Torpaq arxipelağı
Odlu Torpaq arxipelağı qitənin cənubunda yerləşir və materikdən uzunluğu 600 km-ə çatan Magellan boğazı vasitəsilə ayrılır.Arxipelaq bir neçə böyük və kiçik (Odlu Torpaq,Qordon,Oste,Dosolasyon və s.) adadan ibarətdir;onların ümumi sahəsi 71 000 kv.km-dir.Ən böyük adası Odlu Torpaq (sahəsi 48 000 km2 ) adlanır.Materik mənşəli Odlu Torpaq arxipelağı adaları geoloji və geomorfoloji cəhətdən And silsiləsinin və Pataqoniya yaylasının davamıdır.Qərbi Odlu Torpaq adalarının sahilləri fiord tipli,girintili-çıxıntılıdır;Şərqi Odlu Torpaq adalarının sahilləri isə yastı olub,zəif parçalanmışdır.Arxipelağın qərb hissəsi dağlıq relyefə malikdir.Ən hündür zirvəsi Darvin (2195 m) dağıdır.
Odlu Torpaq adaları qərb küləklərinin daima təsiri altında olduğundan rütubətli iqlimə malikdir.İllik yağıntıların miqdarı 500-3000 mm-ə qədərdir.Yağışlı və küləkli günlərin sayı ildə 300-dən artıqdır,orta qış temperaturu 0-2º,orta yay temperaturu 7-8º-dir.Qar xətti 500-800 m hündürlükdən başlanır,dağlarda buzlaqlar vardır.Odlu Torpaq adasının şimalında neft çıxarılır.
Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin