Folklend adaları. Folklend adaları Atlantik okeanının cənubunda, Pataqoniya sahilləri yaxınlığında, materik dayazlığında yerləşən iki böyük və bir neçə kiçik adadan ibarətdir. Adalar materik mənşəlidir. Adalarda kristallik süxurlardan əmələ gəlmiş və hündürlüyü 600-700 m-ə çatan yastı dağlar vardır, ən hündür zirvə Adəm (705 m) dağıdır. Sahillərində əlverişli limanlar yerləşir. İqlimi mülayim okean tiplidir. Orta illik temperatur 6°, orta iyul temperaturu 3°, yanvarın orta temperaturu isə 10°-dir. İllik yağıntıların miqdarı 700 mm-ə qədərdir. Adalarda çox zaman şiddətli küləklər əsir.
And dağları (And qərbi) And sıra dağları Cənubi Amerikanın və həmçinin dünyanın ən uzun dağ (9000 km) silsiləsidir.Bu dağ sistemi əsasən Alp orogenezi dövründə yaranmışdır,dağəmələgəlmə prosesləri burada hazırki dövrdə də davam edir.And dağlarının olduqca mürəkkəb tektonik quruluşu,geologiyası və relyefi vardır.
And dağları şimaldan cənuba doğru meridian istiqamətində bir-birinə paralel uzanan əsasən iki silsilədən:Qərbi Kordilyera və Şərqi Kordilyera dağlarından ibarətdir.Ucqar cənubda hər iki silsilə birləşərək Pataqoniya Andları adlanır.Qərbi Kordilyeranın 20-40º cənub enlikləri arasındakı orta hissəsinə Sahil Kordilyerası deyilir.And silsiləsinin təbii şəraiti olduqca müxtəlifdir.Vahid And silsiləsi şimali And dağları,Mərkəzi And dağları,Çili-Argentina Andları Cənub (Pataqoniya) Andlarından ibarət olan 4 coğrafi vilayətə bölünür.
Şimali And dağları Şimali və yaxud Tropik Andları Karib dənizi sahilindən 4º c.e. dairəsinə qədər uzanır,şərqdən Orinoko və Amazon ovalıqları,qərbdən isə Sakit okean sahili arasında,Venesuela,Kolumbiya və Ekvador ərazisində yerləşir.And silsiləsi Karib dənizi sahilində en dairəsi istiqamətində uzanan Karib Andları adı ilə başlanır.Kordilyera de Merida massivi cənub-qərbdə And silsiləsinin meridiana yaxın istiqamətdə uzanan və bir-birindən tektonik dərələrlə ayrılan Şərqi Kordilyera,Mərkəzi Kordilyera və Qərbi Kordilyera qollarına yaxınlaşır.Sakit okean sahilboyu çox parçalanmış və kristallik süxurlardan əmələ gəlmiş Sahil silsiləsi uzanır,bir qədər şərqdə bir-birinə paralel uzanan və Kauka çayının vadisi ilə ayrılan Qərbi Kordilyera və Mərkəzi Kordilyera massivləri ucalır.
Kolumbiyanın cənubunda və Ekvador ərazisində And dağları daralır,Mərkəzi Kordilyera və Şərqi Kordilyera silsilələri birləşərək vahid silsilə şəklində uzanır.Ekvador və Cənubi Kolumbiya Andları üzərində dünyanın ən hündür püskürən vulkanı Kotopaxi (5897 m);ən fəal püskürən vulkan Sanqay (5410 m),Kayamba (5796 m),Antisana (5707 m),Tupnuraqua (5033 m) və s. kimi fəaliyyətdə olan vulkanlar ucalır.Şimali Andlarda şaquli zonallıq çox aydın nəzərə çarpır.Dağların alçaq hissələri və sahil ovalıqları rütubətli və istidir,Cənubi Amerikada ən yüksək orta illik temperatur (28º) burada müşahidə edilir.Marakaybo ovalığında avqustun orta temperaturu 29º,yanvarın orta temperaturu isə 27 º-dir.Yağıntıların illik miqdarı 2500-3000 mm-ə qədərdir.Bura dünyanın ən “rütubətli” yerlərindən biridir.Şimali Andlarda,rütubətli tropik meşələrdən təmizlənmiş yerlərdə əhali qənd qamışı,kakao,banan və s. mədəni bitkilər yetişdirir.İsti qurşaqdan yuxarıda, 2500-3000 m hündürlükdə mülayim iqlim (Tyerra Templada) qurşağı yerləşir.Tropik qurşağa xas olan isti burada olmur,orta illik temperatur 15-20º arasında tərəddüd edir,ildə 1200 mm yağıntı düşür.
Şərqi Kordilyeranın mərkəzi hissəsinin 2500-2800 m yüksəklikdə yerləşən düzənlik yaylaları mülayim iqlimə (orta aylıq temperatur 14-15º),münbit dağ çəmən torpaqlarına malik olduğu üçün,burada da əhali çoxdur.
Üçüncü qurşaq təxminən 3000-3800 m hündürlükdə yerləşir və (Tyerra Fria) “soyuq yer” adlanır.Burada orta illik temperatur 10-11º-dir;qurşağın meşələrində xırda boylu ağaclar və kollardan ibarət meşələrində daimayaşıl palıd,bambuk,ağacabənzər qıjılar və s. üstünlük təşkil edir.Şimali Andların dördüncü ən hündür qurşağı (3800-4500 m) paramos adlanır.Bu soyuq qurşaqda şaxtalar olur,qar yağır,şiddətli küləklər əsir.Burada torflu bataqlıqlar,daşlı-kəsəkli sahələr yayılmışdır.4500 m-dən yuxarıda daimi qar və buzlaqlar qurşağı başlanır.Ən böyük buzlaqlar Syerra Nevada de Santa Marte,Kolumbiyanın Mərkəzi və Qərbi Kordilyeralarındadır.Tolima,Çimboraso,Kotopaxi və başqa hündür zirvələr də qar və buzlaqlarla örtülüdür.