Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


Qviana dağlıq yaylası və Qviana ovalığı



Yüklə 38,44 Kb.
səhifə11/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Cənubi Amerika tam

Qviana dağlıq yaylası və Qviana ovalığı
Qviana dağlıq yaylası ekvatordan şimalda, Amazon ilə Orinoko çaylarının arasında yerləşir. Bu coğrafi vilayətə yaylanı şimal-şərqdən əhatə edən Qviana bataqlıq ovalığı da daxildir. Atlantik okeanı sahilindən başlayaraq ovalığın səthi tədricən yüksəlir və kristallik süxurlardan yaranmış platoya, daha sonra isə cənub-qərbə tərəf, tipik kristallik peneplenə çevrilir. Yaylanın ən hündür massivinin – Roraymanın yüksəkliyi isə 2810 m-ə çatır. Qviana yaylası geoloji quruluşu və müasir relyefinin formalaşması tarixinə görə Braziliya yaylasına çox oxşayır. Braziliya yaylası kimi, Qviana yaylası da qneys, qranit, kvarsit, diabaz və s. kristallik süxurlardan ibarət olan Cənubi Amerika platformasının qalxanlarından biridir. Braziliya yaylasında olduğu kimi, burada da qumdaşları müxtəlif relyef formalarını əmələ gətirmişdir, qərb tərəfdə hündür stolvarı yüksəkliklər tabaşirin qumdaşlarından əmələ gəlmişdir. Rorayma dağı da yastı səthi və sıldırımlı yamacları olan stolvarı yüksəklikdən ibarətdir. Yaylanı təşkil edən qədim süxurlarda böyük dəmir filizi (El Pao yatağı), qızıl (El Kalyao), almaz, manqan, boksit yataqları vardır. Atlantik okeanı sahilində yerləşən Qviana ovalığının genişliyi 80 km-ə çatır; ovalıq üçüncü və dördüncü dövrlərin yumşaq çökmə süxurlarından əmələ gəlmişdir.
Qviana yaylası və ovalığı rütubətli tropik iqlimə malikdir. Şimal-şərqdə ildə 2000-3000 mm, yaylanın daxili rayonlarında isə 1500 mm-ə qədər yağıntı düşür. Ərazidə orta aylıq temperatur 26-28°; 2000 m-dən yuxarıda isə 10-15°-dən artıq olmur. Orta aylıq temperatur orta illik temperaturdan çox az fərqlənir. Qviana yaylasını çaylar, xüsusən Orinoko çayı və onun qolları çox parçalamış və dərin dərələr əmələ gətirmişdir. Yayladan axan bütün çaylar astanalı və şəlaləli olub, gəmiçiliyə yalnız aşağı axarında yararlıdır.
Coğrafi vilayətin bitki örtüyü hündürlükdən və yağıntıların rejimindən asılıdır; yaylanın cənubunda və cənub-qərbində şaquli zonallıq daha aydın nəzərə çarpır. Ərazinin çox hissəsində, həmçinin daxili platoların üzərində savanna bitkiləri üstünlük təşkil edir, savannalar 400-500 m hündürlüyə qədər dağların yamaclarını da əhatə edir.



Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin