Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 38,44 Kb.
səhifə8/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Cənubi Amerika tam

Amazoniya
Amazoniya coğrafi vilayəti And silsiləsinin şərq ətəklərindən Atlantik okeanına qədər 3500 km məsafədə uzanan geniş ovalıqdan ibarətdir. Ovalığı şimaldan Qviana dağlıq yaylası, cənubdan isə Braziliya dağlıq yaylası əhatə edir. Sahəsi təqribən 5 milyon km2-ə çatan Amazoniya Cənubi Amerikanın ən böyük coğrafi vilayətidir. Tektonik quruluşuna görə Amazon ovalığı Cənubi Amerika platformasının geniş çökəkliyində - sineklizində yerləşir. Ovalığın qərb hissəsindən fərqli olaraq, onun şərqində platformanın qədim özülü bir qədər qalxmış və yer səthinə yaxın yerləşmişdir. Ərazinin faydalı qazıntılarından neft, manqan filizi, fosforit yataqları vardır.
Amazoniyanın müasir landşaftları ovalığın iqlimindən, yəni yağıntıların çoxluğundan, bütün il boyu onun bərabər sürətdə paylanmasından və yüksək temperaturun sabitliyindən asılıdır. Ən uzun və nisbətən quraq dövr Manaus şəhərindən şərqdə qalan ərazidə müşahidə edilir. Burada çox bərk istilər olmur. Adətən günün ikinci yarısında şiddətli və uzun sürn leysan yağışlar yağır, axşamüstü, gecə və səhərlər isə hava aydın olur.
Çoxlu yağıntı və yüksək temperatur Amazoniyada selvas adlanan zəngin rütubətli tropik meşələrin və ümumiyyətlə meşə örtüyünün inkişafı üçün əlverişli şərait yaradır. Bununla əlaqədar olaraq ovalıqda meşə formasiyasının aşağıdakı üç tipi aydın nəzərə çarpır: 1. Çay vadilərində bir neçə ay daşqın suları ilə örtülən iqapo meşələri; 2. Çay vadilərində qısa müddətdə daşqın suları ilə örtülən varzeya meşələri; 3. Suayırıcılarda yerləşən və daşqın suları ilə örtülməyən ete meşələri. Ən yoxsul bitki örtüyü iqapo meşələrindədir. Bu meşələrin səciyyəvi ağacı sekropiyadır. Durğun və zəif axan suların səthində müxtəlif yosunlar və su bitkiləri, o cümlədən viktoriya regiya bitir. Varzeya meşələrinin ən çox yayılmış ağacları seyba, fikus, palmalar, qırmızı pau brazil ağacı, orxideya, kauçuk verən heveya, şokolad ağacı, ağacabənzər qıjı, banan, bromeliya, lianalar, epifitlər və başqalarıdır. Növ etibarilə ən müxtəlif və zəngin bitki örtüyü ete meşələri ücün də səciyyəvidir. Amazon ovalığının suayrıclarında bitən ete meşələri dünyanın ən zəngin bitki formasiyasına malik olan meşələrdir. Ən çox yayılmış ağacları bertolesiya, seyba, palmalar, dəfnə, fikuslar, ağacabənzər qıjılar, marantuslar və s.-dir. Amazoniyanın Atlantik okeanı sahillərində manqr meşələri bitir. Amazoniya qərbi və şərqi olaraq iki yarımvilayətə bölünür. Bunların arasındakı şərti sərhəd təxminən 60° qərb uzunluğu üzrə aparılır.
Qərbi Amazoniyada bütün il boyu ekvatorial hava kütlələri hakim olduğu üçün, burada ildə 3000-3500 mm yağıntı düşür. Ərazi olduqca sıx rütubətli meşələrlə örtülüdür.
Şərqi Amazoniya 60° q.u. dairəsindən şərqdə ensiz tektonik çökəkdə yerləşir. Kaynazoyun çökmə süxurlarından yaranmış ovalıqda bəzən üçüncü dövrün qalın və sıx qumdaşlarından ibarət alçaq platolara, Amazon və onun qollarının dərələrində isə kristallik süxurlardan ibarət olan astanalara təsadüf edilir. Şərqi Amazoniyada havanın temperaturu Qərbi Amazoniyaya (24-25°) nisbətən bir qədər (26-28°) yüksək olur. Bütün Şərqi Amazoniyada cənub-şərq passatlarının təsiri aydın nəzərə çarpır, buna görə də iyundan sentyabra qədər quru fəsil müşahidə edilir.
Amazoniyanın
Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin