Landşaft zonaları: Cənubi Amerikada landşaft zonalarının formalaşması və yayılmasına materikin coğrafi mövqeyi, iqlimi, And silsiləsi, ərazinin paleocoğrafi inkişafı və s amillər böyük təsir göstərmişdir.
Cənubi Amerikanın külli miqdarda yağıntı düşən ekvatorial qurşağında rütubətli ekvatorial meşələr yayılmışdır. Braziliyanın selvas adlandırdıqları bu qiley meşələrinin əsas xususiyyəti bütün ilboyu yüksək sabit temperatura və çoxlu yağıntılara malik olmasıdır.
Fiziki-coğrafi rayonlaşma Cənubi Amerika çox böyük ərazini əhatə etdiyi üçün onun ayrı-ayrı hissələrinin təbii şəraiti bir-birinə bənzəmir. Materik: 1. Anddan kənar şərq və 2. And dağları (And qərbi) olaraq iki təbii sahəyə bölünür. Anddan kənar şərqə And dağlarından şərqdə yerləşən ovalıqlar, dağlıq yaylalar və platolar; And qərbinə isə And silsilələri daxildir. Bu təbii sahələr bir-birindən geoloji quruluşu və inkişaf tarixi, relyefi, iqlimi və landşaftları ilə kəskin surətdə fərqlənir. Təbii sahələr də öz növbəsində coğrafi vilayətlərə, vilayətlər isə yarımvilayətlərə ayrılır.
Anddan kənar şərq And dağlarından kənar şərq təbii sahəsinə And silsiləsindən başqa Cənubi Amerikanın bütün şərq hissəsi daxildir. Burada üfüqi landşaft zonaları üstünlük təşkil edir. Morfostruktur cəhətdən eyni olan Orinoko və Amazon ovalıqlarında və daxili düzənliklərdə landşaft zonalarının ardıcıl surətdə bir-birini əvəz etməsi daha aydın surətdə nəzərə çarpır.
Cənubi Amerikanın şərq hissəsi mezozoydan başlayaraq nisbətən sakit inkişaf dövrü keçirmiş-dir. Geniş sahələr yastı qalxmalarla növbələnmiş, relyefi əmələ gətirən proseslər içərisində denudasiya, qalxan sahələrdən aşınma materiallarının daşınmasıvə çökək sahələrə yığılması prosesləri üstünlük təşkil etmişdir. Materikin şərqində hündürlüyü 3000 m-dən artıq olan zirvələr yoxdur.
Anddan kənar şərq təbii sahəsi aşağıdakı coğrafi vilayətlərə bölünür:
1. Amazoniya;
2. Braziliya dağlıq yaylas;.
3. Orinoko düzənliyi (lyanosu);
4. Qviana yaylası və ovalığı;
5. Daxili düzənliklər;
6. Prekordilyerlər və Pampa syerraları;
7. Pataqoniya yaylası.