IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1628
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Undoubtedly there is no need to speak about the modern times of television. We see their
practical results with our own eyes. We watch the transmissions from thousands and thousands
kilometers, with the help of televisions visited on the Moon and it does not surprise us. But in future
our grandchildren and great-grandsons will see the transmission from other planet, will have the
pocket video-telephotos. But do not forget that all this began with telephoto in Tashkent.
Learning from the historical documents, it clearly stated what was going on the development of
electronic television. Uzbek government selected his best specialists of that time for the improvement
of a device. Apotheosis of invention took place due to hard and productive work of our prominent
aces. All financial investments were also profitable because the main purpose was reached.
Television was not invented by a single inventor, instead many people working together and
alone over the years, contributed to the evolution of television. At the dawn of television history there
were two distinct paths of technology experimented with by researchers. Early inventors attempted to
either build a mechanical television system based on the technology of Paul Nipkow’s rotating disks;
or they attempted to build an electronic television system using a cathode ray tube developed
independently in 1907 by English inventor A.A. Campbell-Swinton and Russian scientist Boris
Rosing. Electronic television systems worked better and eventual replaced mechanical systems.
However we cannot ignore the dominant role and merit of the Republic of Uzbekistan in the creation
of the first electronic television in the world. Grabovskiy and Belyanskiy realized the first television
transmission in the world by means of electronic television in 1928 in Uzbekistan. Their contributions
should be memorized by us forever.
XIII-XIV ƏSRLƏRDƏ QARA DƏNİZ VƏ
XƏZƏR DƏNİZİ TİCARƏTİNİN İNKİŞAFINA DAİR
Yeganə ÇAĞLAYAN
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN
XIII-XIV əsrlər Şimal – Cənub əlaqələrinin vüsət aldığı dövrdür. Bu, bir yandan, hələ X-XII
əsrlərdə İngiltərənin və Almaniyanın Şimal ticarətinə qatılması, Samanilərin Şimalla karvan
əlaqələrinin fəallaşması səbəbindən Şimal – Cənub ticarətinin genişlənməsi, ikinci bir yandan, böyük
bir ticarət məkanının vahid hakimiyyətdə birləşməsi ilə bağlı idi. Rus torpaqlarında və Azərbaycanda
ayrı-ayrı monqol ulusları hakimiyyətdə olsa da, aralarındakı çox güclü rəqabətə baxmayaraq, Cuçilər
və Hülakilər eyni təsərrüfat sisteminin iki cinahını təşkil edirdilər. Hər halda Şimal – Cənub ticarət
əlaqələri nöqteyi-nəzərindən nə Qızıl Ordanın, nə Elxani imperiyasının hakimiyyətinin dağıdıcı
səciyyəsi olmamışdı.
Mənbələrin özündə bu dövrün hərbi-siyasi həyatı fonunda ticarətin inkişafı ilə bağlı məlumatlar
ilk baxışdan inanılmaz görünür. Məsələn, Plano Karpini 1245-1246-cı ildə Kiyevdə sərbəst fəaliyyət
göstərən italyan tacirlərinin adlarını çəkir: «Genuyalı Migele və Bartolomeo, Venesiyalı Manuele,
Akradan olan Jakob və Pizalı Nikkolo – bunlar ən əsaslarıdır; digəriləri: Marko, Henrix, Ciovanni
Vaziy, Enrike Bonadies və Pedro onlardan sonra gəlir. Daha xeyli sayda [tacir] də var idi ki, adları
bizə məlum deyil». Plano Karpininin məlumatlarından onu da aydın etmək olur ki, Kiyevdə
italyanların iri ticarət koloniyaları və faktoriyaları mövcud olmuşdur və monqollar onları
dağıtmamışdır.
Bunun səbəbi aşağıdakı məqamlara bağlı idi: monqollar hələ Bağdadı ələ keçirməsələr də,
onların planında Yaxın Şərqdəki xaçlılarla hərbi-siyasi ittifaq yaratmaq məsələsi artıq var idi.
Abbasilərlə, 1258-ci ildən sonra isə Misir məmlük sultanlığı ilə mübarizədə onlara müttəfiq lazım idi.
Şimalda onlara iqtisadi dayaq ola biləcək tacir, siyasi baxımdan da gərək idi. Üstəlik, italyanların həm
də Qara dənizdə güclü mövqeyi var idi və monqol hakimləri üçün bu amil əhəmiyyət kəsb etməyə
bilməzdi.
Bağdadın 1258-ci ildə darmadağın edilməsi, Suriyada xaçlı qalalarının süqutu, Roma
papalarının xristianlara Misir sultanlığı ilə ticarəti qadağan etməsi Qara dənizin ticarət əhəmiyyətinin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1629
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yüksəlməsinə təsir edən əsas amillər idi. Nəticədə Trapezund – Təbriz ticarət xəttinin də əhəmiyyəti
XIII əsrin sonu kəskin şəkildə artmışdı. Tacirlər üçün Hülakilərin əlində olan Təbrizin vasitəsilə
Trapezunda çıxmaq xeyli əlverişli və təhlükəsiz idi, nəinki Bizansın nominal nəzarətində olan Krımın
vasitəsilə.
Göründüyü kimi, Təbriz – Trapezund ticarət arteriyasının fəaliyyəti monqollar üçün bir yandan,
Qara dəniz ticarətində güclü mövqe saxlamaq imkanı verirdi, digər yandan, əlavə «dividendlər»
gətirirdi: Təbriz həm də İran körfəzi ticarətinə bağlanırdı. Xilafət dövründən bu yana, belə geniş
coğrafi məkanı və demək ki, həm də ticarət məkanını ehtiva edən imperiya olmamışdı!
Təbriz – Trapezund xətti aparıcı olsa da, Şimal ticarətində, ələlxüsus Cənubi Qara dəniz
sahilləri ilə və Rusla ticarətdə bu marşrut kifayət deyildi. Mənbələr Cənubi Qara dəniz sahili
ərazilərilə ticarətdə Kaffanın, Rus ilə ticarətdə isə - Sudakın əvəzedilməz olduğunu qeyd edirlər.
Həqiqətən, XIV əsrə doğru Krımın Aşağı Volqaboyu torpaqlarla ticarəti genişlənir. Kaffada
genuyalılar, Sudakda isə venesiyalılar güclü mövqeyə malik idilər. 1330-cu illərdən başlayaraq
Venesiya senatının iclas sənədlərində Tananın da adı tez-tez çəkilməyə başlayır. Tana bütün Donboyu
marşrutu nəzarətdə saxlayırdı. Ümumiyyətlə, XIII əsrin sonu - XIV əsrin əvvəllərindən etibarən
italyanların Qara dəniz ticarətinə marağı görünməmiş vüsət almışdı ki, burada başlıca amillərdən biri,
yuxarıda qeyd etdiyimiz kimi, xaçlıların Yaxın Şərqdəki uğursuzluqları və 1291-ci ildə onların
sonuncu dayaq məntəqələrini – Akranı itirmələri olmuşdu.
Təxminən bu illərdə italyanların Xəzər dənizi sahillərində də aktivləşməsi baş verir. Burada da
bir neçə amil rol oynamışdır. Birincisi, XIII-XIV əsrlərin beynəlxalq ticarət əlaqələrini yenidən
canlandıran ümumi amildir, yəni Avrasiyanın böyük bir məkanının, konkret bu halda – Volqa-Xəzər
magitralının monqolların əlinə keçməsidir. İkincisi, Hülakilərin Xəzərboyu ticarəti fəallaşdırmaq üçün
həyata keçirdiyi tədbirlərə bağlıdır. Bunların sırasında Mahmudabad şəhərinin əsasının qoyulması,
Dərbənd ətrafında karvan yollarının təhlükəsizliyinin təmin edilməsi, Qazan xanın beynəlxalq ticarəti
və şəhər həyatını tənzimləyən islahatlar keçirməsini qeyd edə bilərik.
Üçüncü amil Xəzər dənizi ticarətinin ən əhəmiyyətli bölgəsi olan Azərbaycanın daxili iqtisadi
inkişafına bağlıdır. Monqol yürüşlərinin bütün dağıdıcı təsirinə baxmayaraq, XIII əsrin sonu – XIV
əsrdə istər Dərbənd və Bakı kimi limanlar, istərsə də Şamaxı, Gəncə, Təbriz kimi istehsal
mərkəzlərinin tərəqqisini müşahidə etmək olar. Doğrudur, bu inkişafda Hülaki xanlarının islahatlarının
da rolu olmuşdu. Amma adları çəkilən şəhərlər monqolların dağıdıcı yürüşlərindən və sonra da
monqol hakimlərinin bərpa tədbirlərindən çox əvvəl də ticarət mərkəzləri olmuşdular.
Bakının liman kimi əhəmiyyəti o qədər artmışdı ki, italyan mənbələrində Xəzər dənizi «Bakı
dənizi» (Mare di Bachu, Mare di Bachau, Mare di Baccuc) kimi göstərilir. Üstəlik, Venesiya səyyahı
Marko Polo təxminən 1293-cü ildə Azərbaycanda olarkən, Xəzər dənizində genuyalıların və
venesiyalıların donanmasının olduğuna şahidlik edir. Bəzi tarixçilər Marko Polonun bu məlumatlarına
şübhə ilə yanaşırlar və dövrün rəsmi sənədlərində bu faktın əks olunmadığını, genuyalıların Qara
dənizdə inhisarçılığını, venesiyalıların bütün Donu nəzarətdə saxladığını və elə bu səbəbdən, Xəzər
dənizində birgə fəaliyyətinin mümkünsüzlüyünü, Volqa – Xəzər yolunun daha çox regional xarakter
daşıdığını iddia edirlər.
Amma biz düşünürük ki, Volqa – Xəzər yolunun bəzi illərdə zəifləməsi Qızıl Orda ilə Hülaki
dövləti arasında baş verən müharibələrlə bağlı olmuşdur. Digər tərəfdən, genuyalıların Xəzər
dənizində donanma saxlaması faktının italyan arxivlərində əks olunmaması da izaholunandır:
italyanlar öz ticarət fəaliyyətlərini mümkün qədər gizli saxlayırdılar və yazılı sənədləri məhv etməyə
çalışırdılar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1630
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ŞEDDADİ DEVLETİNİN SELÇUKLU
İMPARATORLUĞU’YLA MÜTTEFİKLİK İLİŞKİLERİ
Erhan ÇAĞLAYAN
Azerbaycan Milli Bilimler Akademisi Tarih Enstitüsü
caglayan49@hotmail.com
X-XII. yüzyıllar İslam dünyasının tarihinde büyük çapta siyasi değişikliklerin yaşandığı
dönemdir. İslam medeniyeti Doğu’nun farklı etnik kökene sahip halklarını, farklı gelişmişlik
düzeyinde olan toplumları İslam bayrağı altında birleştirerek, yüzyıllar boyunca bu halkların
bakış açısını, yaşam tarzını, ahlakını, ideallerini, psikolojisini etkilemişti.
Lakin o dönemin güçlü devleti olan Abbasi İmparatorluğunun IX. yüzyılın başlarında
siyasi ve askeri açıdan zayıflaması bağımsız devletlerin yaranmasıyla sonuçlandı.
Azerbaycan’ın birkaç büyük devleti: Türk kökenli Saciler, Salariler, Kürt kökenl i Şeddadiler
devleti de bu dönemde ortaya çıkmıştır.
Şeddadi devleti X. yüzyılın ortalarından XII. yüzyılın sonuna kadar Kafkasya’nın Gence,
Arran-Nahçıvan, Debil (Duvin) ve Ani Emirlikleri şeklinde hakimiyet sürmüştür. Bu devletin
sınırları; kuzeyde Kür nehri, güneyde Aras nehri, doğuda Beylekan vilayeti, batıda Hunan
kalesine kadar uzanan Azerbaycan topraklarını, ayrıca Debil ve Ani bölgelerini de kapsamıştır.
Abul’-Asvar bin Fazl Şavur Şeddadilerin önemli temsilcilerinden biri olmuştur. Onun
hakimiyeti yıllarında (1049-1067) devletin güçlendirilmesi için önemli islahatlar yapılmış, orduda
ve memur teşkilatlanmasında önemli değişiklikler yapılmış, sosyal problemler önlenmiştir.
Şavur’un iktidarı döneminde Şeddadilerin Selçuklularla ilişkilerinin temeli atılmıştır. Bu
dönemde Selçuklu devleti Ön Asya'da büyük başarılar elde etmiş hatta Abbasileri de kendi
tarafına çekmeyi başarmıştı. 1054 yılında Selçukluların Kafkasya’ya seferlerinin ikinci aşaması
başlar. Bu seferlere kendisi öncülük eden Tuğrul bey’in esas amacı; Kafkasya’daki müslüman
devletler olan Şirvanşahlar, Şeddadiler, Ceferiler ve Haşimileri tabi ettirmekti.
Belirtelim ki, Şeddadiler’in durumu Selçuklular bölgeye gelmeden önce çok kötüydü.
Bizansla uzun yıllardan beri devam eden savaşlar Şeddadiler’i güçten düşürmüş bu da Şavur ibn
Fazl’ın güçlü müttefiklere yönelmesine sebep olmuştu. Kesrevi Tebrizi’nin yazdığına göre,
Şeddadiler’in Selçukların siyasi üstünlüğünü kabul etmesinin esas sebebi Şavur’un Bizansla
savaşmasıydı.
İbnü’l-Esir’in yazdığına göre, 1054 yılında Tuğrul bey Azerbaycan’ın hükümdarlarından
olan Revvadi Vahsudan’ı tabi ettirdi ve sonrasında Tuğrul bey “Gence hakimi emir Abu’l -Asvar
Şavur’un yanına geldi, o da tabi oldu, onun adını hutbede okutturdu”. Böylece 1054 yılında
Şeddadi devleti Selçukların siyasi üstünlüğünü kabul etti.
Selçukluların hakimiyetini kabul eden Şeddadiler Bizansa karşı savaşlarda güçlü bir
müttefik kazanmış oldular. Aslında Selçukluların da Kafkasya’da Şeddadiler gibi bir müttefiğe
ihtiyacı vardı. Bu sebepten dolayı, XI. yüzyılın ortalarında oluşan Şeddadi-Selçuklu ittifakı
Kafkasya’da güçlü bir askeri-siyasi kuvvet sayılmalıdır.
1063 yılında Selçuklu Sultanı Alparslan hakimiyete geldikten hemen sonra Kafkasya’daki
müttefiki olan Şeddadi devletinin güçlenmesine önem vermeye başladı. Bu amaçla Sultanın
Anadolu topraklarına ve Kafkasya’ya seferleri başladı. Müneccimbaşı’nın yazdığına göre, Sultan
Alparslan ele geçirdiği toprakların bir kısmının yönetimini Şavur ibn Şeddad’a vermişti. 1065
yılında Şavur ibn Şeddad da Selçuklularla olan müttefikliğinden yararlanarak Ermeni ve Bizans
mülklerine saldırdı ve Ani yakınlarındaki kaleleri kuşattı.
Şavur’un askeri gücünün Ani’ye yönelmesinden yararlanan Alanlar bu esnada
Azerbaycan topraklarına sokuldular ve ülkeyi talan etmeye başladılar. Şemkir, Gence ve Berde
şehirlerinde halka karşı büyük katliamlar hayata geçiren Alanlara, Gürcüler ve Ermenilerin de
askeri desteği çok olmuştur. Şeddadiler’in ağır durumda olduğunu duyan Alparslan 1067 yılında
Şavur ibn Şeddad’a yardım için iki defa ordu gönderdi ve işgalcilerin Azerbaycan topraklarından
çıkarılmasında ona yardım etti.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1631
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1067 yılında Şeddadi hükümdarı Abu-l-Asvar Şavur ibn Fazl el-Gazinin vefat etmesiyle
Sultan Alparslan onun oğlu olan II.Fazl’ı (1067-1073) Tiflis ve Rustavi’ye Selçukluların atabeyi
olarak atadı. Selçukluların yardımını gören II.Fazl ibn Şeddad 1068 yılında Abhaz topraklarına
seferler yaptı fakat yenilip esir alındı. Selçuklu ordu komutanı Sautekin’in talebinden sonra
Gürcü hakimi IV.Bagrat esir aldığı II.Fazl’ı serbest bıraktı.
Selçukluların Şeddadiler’le müttefiklik ilişkilerinin en bariz örneği Ani şehrinin Şeddadiler’e
hediye edilmesiydi. 1064 yılında sultan Alparslan tarafından ele geçirilen Ani stratejik bakımdan
çok önemli bir şehirdi. Bu şehir Selçukluların Bizans’a karşı yaptığı seferlerde stratejik kale
rolündeydi. 1071 yılındaki Malazgirt savaşından sonra Ani şehri Şeddadi hükümdarı II. Fazl ibn
Şeddad’a hediye edildi. Böylece, 1071 yılında Şeddadiler’in bir mülkü daha oluştu ve Şed dadi
konfederasyonu Gence, Debil ve Ani emirlikleri şeklinde oluştu.
Tiflis, Rustavi ve Ani’nin Şeddadi hakimiyetine geçmesi bu dönemde Selçukluların
Şeddadiler’e büyük önem verdiğini gösterir. XI. yüzyılda Selçuklular Kafkasya’da sadece
Şeddadiler’le müttefiklerdi. Hatta bazı tarihçilere göre Şeddadi devleti Kafkasya’da Selçukluların
yürüttüğü siyasetin önemli bir koluydu.
Şeddadiler bir yandan Selçukluların batıya sefer düzenlemelerine yardım etmiş oldular, öte
yandan kendileri de Selçukluların yardımından yararlanarak bölgede büyük işgalleri hayata
geçirmeyi başardılar.
XI. yüzyılın sonlarına doğru Şeddadiler sülalesi gerek Azerbaycan gerekse de bütün Kafkasya’nın
tarihinde önemli rol oynamış, kurdukları konfederasyon devletle (Gence, Debil ve Ani emirlikleri) XI.
yüzyılın en güçlü müslüman devleti olmuştur. Şeddadilerin o dönemde Selçuklulara askeri yardımda
bulunması Selçukluların Kafkasyada güçlenmesinde de önemli rol oynamıştır.
Şeddadiler, Kafkasya’da Hristiyan-Haçlı işgallerine karşı savaşlarıyla İslam dünyasının
bölgedeki büyük gücü olmuştur.
XIX ƏSRİN I YARISINDA ŞİMALİ QAFQAZDA
SİYASİ – İQTİSADİ VƏZİYYƏT
Lamiə SULTANOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
tarix1650@yandex.ru
XIX əsrin birinci yarısında Rusiya Şimali Qafqazda öz dayaqlarını möhkəmlətməyə çalışaraq,
yerli xanlar və dağlı icmaları üzərində öz hərbi – inzibati nüfuzunu artırmağa can atırdı.Beynəlxalq
ziddiyətlərin mərkəzi olan Şimali Qafqaz 1813 – cü ildən Rusiyanın xarici siyasətinin əsas
perspektivlərinin tərkib hissəsinə çevrildi. 1823-cü ildə Məhəmməd Yaraqlı və onun fikirlərinin təsiri
ilə Şimali Qafqazda müridizmin təbliğatı başlandı. Müridizmin əsas qayəsini bütün Dağıstan xalqlarını
tək məqsəd ətrafında birləşdirmək, xalqlar arasındakı fikir ayrılıqlarına, davalara, küslüklərə və qan
davalarına son vermək tuturdu.Dağlıların azadlıq istəyi onları Ruslara qarşı mücadiləyə sövq edən əsas
amillərdən idi. Müridizmi mənimsəyən dağlılar, bu ideologiya sayəsində Ruslara qalib gələcəklərini
düşünürdülər. Rusların Şimali Qafqazın içlərinə doğru irəliləmək istəyi xalq arasında onlara nifrəti
daha da artırırdı.Rusiya imperiyası ilə Şimali Qafqaz xalqları arasında 1817-1864-cü illəri əhatə edən
müharibə tarixə Qafqaz müharibəsi adı altında daxil olmuşdur.Qafqaz müharibəsində Rusiyaya qarşı
çərkəzlər və Şeyx Şamilin rəhbərliyi altında çeçenlər və dağıstanlılar iştirak etmişdir.Müharibənin
nəticəsi ərazinin yerli xalqlarından olan çərkəzlərin məskunlaşdığı ərazilərdən Anadolu ərazinə
sürgün edilməsi olmuşdur. Rusiyanın əsas vəzifələrindən biri Qafqaz feodallarını öz tərəfinə cəlb
etmək idi.Rusiyanın bu istiqamətdə yeritdiyi siyasət ona uğur gətirirdi.Bir növ aramsız müharibələrdən
cana doymuş dağlı feodalları da öz torpaqlarında rahat yaşamaq məqsədilə ilk vaxtlar Rusiyanın
siyasətini dəstəkləyirdilər.I Aleksandr Qafqazda olan rus sərkərdələrinin vasitəsilə Şimali Qafqaz
feodallarını bir araya gətirərək onları guya İran və Osmanlı işğallarından qorumağı öz üzərinə
götürməyi bəyan edərək onların Rusiyanın himayəsinə keçmək razılıqlarını almağa çalışırdı.O,
Rusiyada hakimiyyət başına gəldikdən sonra qarşısında duran bir nömrəli məsələlərdən biri Qafqaz
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1632
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
torpaqlarında tam ixtiyar sahibi olmaq idi.Bu məqsədlə o, Dağıstan dövlət başçılarından Qaytaq
usumisi Razi bəyin, Dərbənd hakimi Həsən Əli xanın, Tabasaran hakimləri Zöhrab xanın, Umma
xanın və başqalarının Rusiyanın himayəsinə götürülməsi üçün göndərdikləri nümayəndələri I
Aleksandr yüksək səviyyədə qarşılayıb onların xahişlərinə əməl ediləcəyini vəd edərək bildirir ki,
onlar səbrli olub bir-birilə xoş münasibətlər saxlasınlar.Bütün bunlarla əlaqədar I Aleksandr Qafqaz
xətti üzrə rus qoşunlarının baş komandanına Dağıstan dövlət başçıları ilə danışıqları bərpa edib onların
da arzu və təkliflərini nəzərə almaqla dağlı xalqlarının himayə edilməsi işlərinə icazə verilməsini
bildirir.Bu məqsədlə 1802-ci ilin sentyabrında I Aleksandrın razılığı əsasında yuxarıda göstərdiyimiz
Dağıstan dövlət qurumlarının və həmçinin Azərbaycan xanlıqlarından:Bakı, Şamaxı, Talış və
başqalarının da nümayəndələrinin iştirak etdiyi Georgiyevski danışıqları başlandı.Danışıqların
başlanğıcı çox gərgin şəraitdə gedirdi.Bir çox dağlı feodallar çalışırdılar ki, Rusiya ilə ayrı-ayrılıqda
ittifaq müqaviləsi bağlasınlar.Lakin bütün bunlara baxmayaraq, 1802-ci il 26 dekabrda Şimali-Şərqi
Qafqazın demək olar ki, bütün başçıları özləri və yaxud da onların nümayəndələri bir araya gələrək 12
maddədən ibarət müqavilə imzaladılar.Razılığa gələnlər bir nəfər kimi Rusiyaya sədaqətli olacaqlarına
and içdilər. Onların hamısı öz ərazilərində sakit hakim olub bir-birilərilə dinc şəraitdə yaşamalı idilər.
XIX əsrin birinci yarısında Şimali Qafqazda torpaqdan istifadə məsələsi xeyli gərgin olduğu bir
vaxtda feodallaşma prosesi daha da dərinləşirdi ki, bunun nəticəsi olaraq bəzi ərazilərdə torpağa olan
münasibətlərdə ciddi dəyişikliklər baş verdi.Torpaqların çox hissəsi knyaz və zadəgan ailələrinin
əlində cəmlənmişdi.Bəhs edilən dövrdə torpaq mülkiyyət formaları arasında vəqf torpaqları, mülk
torpaqları, icma torpaqları xüsusi yer tuturdu.Bu dövrdə Şimali Qafqazda ailə mülkiyyəti cəmiyyətin
ayrılmaz tərkib hissəsinə çevrilmişdi.Feodallara verilən “imtiyaz vərəqələri” onların sahibi olduqları
torpaq üzərində şəxsi mülkiyyətini daha da qətiləşdirirdi ki, nəticədə feodal torpağının daimi sahibinə
çevrilmiş olurdu.Şimali Qafqaz xalqlarının müxtəlif inkişaf mərhələsində olması torpaq mülkiyyət
formalarının mürəkkəb olmasına və müxtəlif ərazilərdə torpaq mülkiyyət münasibətlərinin səciyyəvi
xüsusiyyətlərə malik olmasına lüzum yaratmışdır. XIX əsrin birinci yarısında Şimali Qafqazda
təsərrüfat – iqtisadi qapalılığı sarsıdan əmtəə - pul münasibətlərinin inkişafı regionun dağlı xalqlarının
həyatında özünəməxsus yer tuturdu.Şimali Qafqazda ticarətin inkişafına əngəl yaradan səbəblərə
feodallar arasındakı ara müharibələr, Şimali Qafqazın mərkəz quberniyalardan uzaqda yerləşməsi,
mövcud siyasi vəziyyətin mürəkkəbliyi daxil idi.Qeyd edilən dövrdə Şimali Qafqaz xalqları Rusiya və
Türkiyə ilə ticarət əlaqələri saxlayırdılar.Tacirlər Telavi, Tiflis, Bakı və Nuxa şəhərində olmuşlar.
OSMANLI TARİXİNDƏ FETRƏT DÖVRÜ
Dostları ilə paylaş: |