Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə172/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   168   169   170   171   172   173   174   175   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1638

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Belhab  şehrinin  ilk  kale  duvarının  kapı  yerleri  ve  yönü  hakkında  belirli  sonuca  gelmek  için 

onunla  aynı  dönem  olan,  doğal  ve  coğrafi  olarak  aynı  ortamda  bulunan  Beyleqan,  Dış-Ağdam, 

Şehriyar, Şetel yerleşim yerlerinin topoğrafik yapısına bir göz atalım. Şu anıtlar Belhab şehri olarak 

yaklaşık aynı alana ve kare bir yapıya sahiptirler.  

Bir  fikri  de  belirtmeliyiz  ki,  X-XIV  yüzyıllarda  Belhab  şehri  gelişerek,  artık  arazide  ilerleme 

yapmış şehirlerden biri olmuştur. Şu fikri Arap kaynakları da teyit ediyorlar. Araştırmalardan sonra şu 

sonuca gelmek olur ki, kendi elverişli doğal coğrafi konumuna göre Kaleçe savunma istehkamından 

hem çevrede yaşayan çiftçi halkı korumak, elverişli yolları kontrol etmek, hem de tehlike Zamanı gizli 

sığınak yeri olarak kullanılmıştır. 

Şu şehrin yeri İmişli bölgesinin Sarıhanlı köyü topraklarında, Aras nehrinin sol kıyısında 20-25 

km  mesafede  bulunmaktadır.  Şehrin  izleri  40  ha  kadar  bir  alanı  kaplamaktadır.  Bir  sıra  Arap 

kaynaklarına dayanarak bu şehir hakkında ayrıntılı bilgi almakdayız. İlk defa olarak bu şehir hakkında 

X  yüzyıl  Arap  yazarı  Kudame  bin  Cafer  el-Bağdadi  bilgi  veriyor.  O,  "Haraç  ve  sekreterlik  sanatı 

kitabı" adlı eserinde Belhab şehrinin adını çekiyor. Şu şehrin Erdebil, Berzend, Varsan, Beyleqan gibi 

şehirlerle ekonomik ve ticari ilişkiler hakkında bilgi verir. Aynı zamanda şehirler arasındaki mesafe de 

gösterilir. Şu mesafeye nazaran şehrin İmişli arazisinde olması belirlenmiştir. Şu olguyu diğer yazarlar 

da kabul ederler. El İstehri "Ülkelerin yolları kitabı" eserinde yazıyor ki, Berdeden Yunan'a 7 fersah, 

Yunan'dan Beyleqana 7 fersah, Beyleqandan Varsan 7 fersah, Varsandan Belhaba 7 fersah, Belhabdan 

Berzende  7  fersah,  Berzendten  Erdebile  15  fersehdir.  Görüldüğü  gibi,  Belhab  şehri  Berde-Erdebil 

ticaret yolu üzerinde yerleşmiş önemli bir şehir olmuştur. 

Böylece,  tüm  tarihi  olgular  İmişli  ilçesinin  eski  zamanlardan  günümüze  Türk  toprağı  olduğunu 

gösterir ve arkeolojik deliller bunu bir kez daha teyit etmektedir. 



 

 

TARİHİ İPEK YOLU'NUN İNKİŞAFINDA 

TEBRİZ ŞEHRİNİN ÖNEMİ 

  

Terane RÜSTEMOVA 

Azerbaycan Milli Bilimlər Akademisi 

 

terane.mirzeyeva.rustemova@gmail.com 

AZƏRBAYCAN 

 

"Tarihi İpek Yolu" dünya ticaret tarihinde ilk uluslararası ekonomik ve siyasi role sahip olmuştur. 



Eski  ve  orta  çağlarda  bugünkü  İran  topraklarında  (Güney  Azerbaycan)  Tarihi  İpek  Yolunun 

gelişmesinde diğer kentlerle birlikte Tebriz şehrinin büyük rolü olmuştur. Hatta denilebilir ki, Tebriz 

şehri  tercih  düzenleyerek  özel  önem  taşımıştır.  Öyle  ki,  Tarihi  İpek  Yolu'nun  kavşağında  bulunan 

Tebriz  şehri  o  zamanlar  Asya-Avrupa  ticaretini  ayarlamıştır.  Tebriz'den  geçen  ticaret  kervanları 

Azerbaycan'ı  Trabzon,  Bursa,  Halep,  Beyrut,  Şam  ve  s.  gibi  o  dönemin  ticaret  merkezleri  ile 

elaqelendirirdi. Tarihi kaynaklarda da Tebriz'in Yakın ve Uzak Doğu ülkeleri ile ekonomik ilişkileri 

gösterilmiştir.  Henüz  14.  yüzyıl  İspanyol  gezgin  Marko  Polo  Tebriz'e  seyahati  sırasında 

gördüklerinden  şaşarak  Tebrizi  o  dönemki  Avrupa  şehirleri  ile  karşılaştırmıştır.  Kendi 

seyahatnamesinde kaydetmiştir ki, "Tebriz kentinden bir yılda alınan verginin miktarı Fransa'nın bir 

yıllık  vergisinden  fazladır".  Bu  olgu  Tebriz  şehrinin  ne  kadar  ekonomik  açıdan  önemli  mekan 

olduğunu  göstermiştir.  M.Polonun  Küçük  Asya,  Azerbaycan,  İran,  Irak,  Orta  Asya,  özellikle  Uzak 

Doğu ülkeleri de dahil olmak üzere Moğolistan, Çin, Güney denizindeki adalar, Japonya, Kuzey Asya 

ile  ticareti,  Java,  Sumatra,  Seylan,  Hindistan,  Madagaskar  hakkındaki  bilgileri  Avrupa'da  derin 

uyandırmıştır. 

Marko Polo daha önce yaşamış Qannon, Herodot, Strabon, K.Ptolomey ve bu gibi antik dönem 

yazarlar eserlerinde ticaret kervanlarının ve büyük ticaret merkezlerinin isimlerini kaydetmişlerdir. X 

yüzyılda  İslam  dünyasının  -  Hindistan  ve  Orta  Asya'dan  başlayarak  İspanya  da  dahil  olmak  üzere 

Atlantik  okyanusuna  kadar  -  çok  geniş  arazileri  kapsayan  21  harita  tertip  edilmiştir.  İbn  Vahb  (IX 

yüzyıl), El-Yakubî (X yüzyıl), el - İstehri (820-934), İbn Fadlan (X yüzyıl), El-Mesudi (X yüzyıl), İbn 

Havkal  (X  yüzyıl),  Aziz  (X  yüzyıl  ),  Yakut  el  -  Hemevi  (XII  yüzyıl)  gibi  Arap  seyyah  ve 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1639

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

coğrafiyaçıları İpek yolunun erken ortaçağ dönemi için çok ilginç bilgileri eserlerinde yansıtmışlardır. 

XIV yüzyıl Arap gezgini ve coğrafiyaşünası olan İbn Bettute birçok ticaret şehirlerini gezmiş, tanık 

olduğu bu kentlerin hayatı hakkında çok ilginç fikirler yazmıştır. Avrupalı gezginler Jan Jak Şarden 

(Fransız gezgin), Jan Batiste Tavarniye (Fransız gezgin), Anthony Cenkinson (İngiliz gezgin), Adam 

Oleari (Alman gezgin), Yan Streys (Hollandalı gezgin) ve diğerleri bu durumu doğrulamıştır.  

Yaklaşık  XVI  yüzyılda  yıkıma  uğrayan  Tarihi  İpek  Yolu  XX  yüzyılın  90'lı  yıllarına  yakın 

yeniden başlandı. "Büyük İpek Yolu" bugün de çok güncel olan bir meseledir. "Büyük İpek Yolu" nun 

restorasyonu  dair  ilk  adımlar  hala  1991  yılında  atılmış,  1993  yılından  itibaren  ise  bu  alanda  pratik 

çalışmalar yapılmaya başlanmıştır. 1993 yılının Mayıs ayında "Avrupa-Kafkasya-Asya Transkafkasya 

ulaştırma koridoru" programı kabul edildi ki, bunun da devamı olarak 1998 yılı Eylül 7-8 milli lider 

H.Eliyevin  girişimi  ile  Bakü'de  "Büyük  İpek  Yolu"  uluslararası  konferansı  yapıldı.  Konferansta  32 

ülke  ve  13  uluslararası  örgütün  heyetler  katıldı.  Azerbaycan'ın  çok  zengin  hammadde  rezervi  ve 

entelektüel  potansiyeli,  Avrupa'dan  Asya'ya  uzanan  yolda  elverişli  coğrafi  konumu  dünya 

topluluğunda  otoritesinin  güçlenmesine  izin  verir.  TRACECA  programı  çerçevesinde  öngörülen 

Avrupa  ile  Asya  arasında  köprü  rolünü  oynayan  "Büyük  İpek  Yolu"  nun  restorasyonu  ülkemiz 

karşısında yeni gelişme ufukları açar. Bu yolun restorasyonu, ayrıca, Avrupa, Karadeniz, Hazar Denizi 

ve  Asya  bölgelerinde  doğal  kaynakların  kullanıma  ve  karşılıklı  yararlı  işbirliği  her  zaman  yardımcı 

olacaktır.  Avrupa-Asya  merkez  kısmında  bulunan  ve  34  den  fazla  devletin  aynı  zamanda 

Azerbaycan'ın ve İran'ın topraklarından geçerek onları birleştiren bu yolun değeri yükselmiştir. Tüm 

kayıt  olunanlardan  net  olarak  görülüyor  ki,  Tebriz  şehri  eski  ve  günümüzde  de  önemini  koruyup 

barındırmaktadır.  İşte,  bu yolun  yeniden  restorasyonu  modern  Tebriz'in  siyasi, ekonomik  ve  coğrafi 

konumunu bir kez daha gösterecek. 

 

 

ƏRƏŞ ŞƏHƏRİNİN TARİXİNƏ BAXIŞ  



 

Taleh ƏLİYEV  

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

AZƏRBAYCAN 

 

Əlicançay sahilində şəhər yeri olan Ərəş yaşayış yeri haqqında yazılı məlumatlar Orta əsr yazılı 



mənbələrində,  Artur  Eduards,  Larens  Çepmen,  Antoni  Cenkinson,  Tomas  Benister,  Cefri  Deket, 

Övliya Çələbi və Katib Çələbinin tarixi qeydlərində öz əksini tapmaqdadır.  

Antoni Cenkinson Əlicançay sahilində yerləşən Ərəş haqqında yazır: “Şirvanın əsas və ən varlı 

ticarət  şəhəri  Ərəşdir…  Onun  ətrafında  hər  şeydən  çox,  xam  ipək  istehsal  olunur;  bura  ticarət  üçün 

türklər, suriyalılar və başqa əcnəbilər gəlirlər”.  

Ərəş  Əmin  Əhməd  Razinin  fikrincə  (“Həft  iqlim”  əsərində)  Sasani  hökmdarı  I  Xosrov 

Ənuşirəvan  tərəfindən  salınmışdır.  Xaldandan  3  km  şərqdə  ehtimal  olunan  yer  Yuxarı  Nemətabad 

kəndi  ilə  Xaldan  kəndi  arasında  yerləşən  təpədir.  Lakin  tədqiqatlar  oranın  sonradan  şəhərin  qala 

divarları içərisinə daxil olan Şah Xiyaban adlı ərazinin olduğunu ehtimal etməyə əsas vermişdir.  

Övliya  Çələbi  yazır:  “Gəncədən  7  saat  sonra  Gilkzar  Əhmədi  adlı  kəndə  çatdıq,  əvvəllər  şəhər 

olmuş bura indi 700 evdən ibarət kənddir... 9 saat sonra  Meguçur kəndinə çatdıq. Məscidi və  gözəl 

bağları var. Kürün digər sahilində isə Kəndərə kəndi yerləşir. Bura gəmilərlə keçirlər. 8 saatdan sonra 

isə  böyük  Ərəş  şəhərinə  çatdıq...  Ərəş  şəhəri  Kəyumərs  tərəfindən  tikilib.  Hicri  985-ci  ildə  (miladi 

1577) III Muradın vəziri Qara Mustafa Paşa tərəfindən tutulmuşdur... 9600 addımlıq qala divarı və 3 

giriş qapısı var. Dağın ətəyində yerləşən və gözəlliyinə görə Bursaya oxşayan şəhər xoş iqlimi, çoxlu 

üzüm və çiçək bağları var. Şəhərdə 10 min ev var, onların damı gillə örtülüb, məscidlərin sayı 40-a 

çatır, ən məşhurları III Murad, Fərhad-paşa, Qara Sinan-paşa məscidləridir. Şəhər Aras adlanır, ancaq 

Əcəm ölkəsinin türkmənləri və Dağıstan kumukları ona Ərəş deyirlər. Havası mülayimdir. Şəhərə su 

Şahkuhdan  gəlir.  Şəhərin yaxınlığında  Şah Xiyaban adlı  ərazi  yerləşir.  40  gün ərzində  Osmanlıların 

9600 addım uzunluğunda yeni qala divarı çəkildikdən sonra Şah Xiyaban müdafiə divarından içəridə 

qaldı.  Ərəşin  ətrafənda  hər  biri  100  evdən  ibarət  7  kənd  var...  Şəhərdə  40  məhəllə,  mədrəsə,  16 

hamam, 17 qəhvə evi və tacirlər üçün karvansara var. İqlim xoş olduğundan, gözəl qadınların sayı da 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1640

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

çoxdur...  Türkmən  tayfaları  şəhərdən  kənarda  yerləşən  dağlara  yaylağa  çıxırlar.  Yaxınlıqdakı  Şəki 

qalası  da  səliqəli  və  abaddır.  Bəzən  bu  qalaya  dağıstanlılar  hücumlar  etsə  də,  o,  indi  Ərəş  xanının 

hakimiyyəti altındadır. Ərəş xanının torpaqları - böyük bir xanlıqdır”.  

Qeyd edək ki, Ərəş şəhərində Osmanlı memarlıq üslubunda tikilmiş olan üç böyük məscid böyük 

ehtimalla  XVI  əsr  üçün  xarakterik  olan  məscid  tiplərinə  xas  olmuşdur.  Ö.İ.Tuluk  bu  dövr 

məscidlərinin  məkan  quruluşu  baxımından  təsnifatını  verərkən  6  tip  müəyyənləşdirmişdir.  Ərəş 

şəhərində  inşa  olunmuş  həmin  məscidlər  çox  güman  ki,  üçüncü  tip  məkan  qurğusu  üslubunda 

tikilmişdir.  Çünki  qeyd  etdiyimiz  6  tipdən  üçünçüsü  Sultan  III  Muradın  dövrü  üçün  xarakterik 

olmuşdur. Bu tip məscidlərin qübbəli mərkəzi hissəsinin şərq, qərb və cənubunda genişləndirilmiş “T” 

formalı  məkan  üslubu  mövcud  olmuşdur.  Qeyd  edək  ki,  bu  məscidlər  eyni  tip  olmaqla  cənubda 

mehrab  hissənin  orta  nefin  sonunda  qübbədən  çox  və  ya  az  çıxıntısı  ilə  fərqlənə  bilər.  Şərq  və  qər 

neflərin  tavandan  üst  hissəsi  isə  ölçüyə  uyğun  olaraq  müxtəlif  şəkildə  tavana  malik  ola  bilər.  Ölçü 

uyğunluna  baxdıqda  bu  tip  məscidlərin  orta  nefinin  eninin  kənar  neflərinin  eninin  cəminə  bərabər 

olduğunun şahidi oluruq. Mehrab hissə kiçik fərqlərlə müşahidə edilsə də, eyni quruluşa malikdir.  

Ərəş şəhərində qeydə alınan və Səlcuqlu dönəminə aid etdiyimiz məscid yerlərinin memarlıq tipi 

Azərbaycanın digərə ərazilərində XI – XIII əsrlərə aid Səlcuq memarlıq üslubuna bənzərdir. Məscid 

Cümə  ibadəti  üçün  nəzərdə  tutulmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  bu  dövr  məqsurələrinin  divarları 

kvadrat  və  ya  düzbucaqlı  olmaqla  bünövrədən  tavana  qədər  kub  formasını  xatırladır.  Günbəzin 

yuxarısına doğru səkkizüzlü və on altıüzlü quruluş bir-birini əvəz edir.  

Ərəş şəhərinin arxeoloji tədqiqinə ilk dəfə XX əsrin ortalarında R.M.Vahidov tərəfindən təşəbbüs 

göstərilmişdir. R.M.Vahidov Ərəşin qala divarlarının kvadrat formaya malik olduğunu, qala hissəsinin 

eninin 200, uzunluğunun isə 215 metr olduğunu bildirir. Şəhərin qala divarları düzbucaqlı formasında 

olan  qala  -  şəhərin  hər  küncündə  yarımoval  formaya  malik  qala  bürcü  olub.  Divarı  qalıqlarının 

hündürlüyü 4,2 metr olmuşdur. R.M. Vahidov şəhərin dörd tərəfindən (şərq, qərb, şimal, cənub) qala 

darvazalarının yeri olduğunu müəyyən etmişdir. Fikrimizcə, Ərəş şəhərinin qala divarları ilə Şətəl və 

Beyləqan qala divarlarının quruluşu eynidir.  

Ərəş  qalasının  arxeoloji  tədqiqinə  növbəti  təşəbbüs  1984-cü  ildə  Bərdə  arxeoloji  ekspedisiyası 

tərəfindən  göstərilmişdir.  A.B.Nuriyev  qalada  qısamüddətli  arxeoloji  kəşfiyyat  işləri  aparmışdır. 

Buradan gildən hazırlanmış qab-qacaq, iri və orta həcmli təsərrüfat küplərindən hissələr, bir neçə ədəd 

əqiq  muncuq,  çıraq  nümunələri  və  s.  əldə  etmişdir.  Lakin  imkan  və  vaxt  məhdudluğundan  ərazidə 

geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılmamışdır.  

2012-2014-cü  illərdə  Şilyan  kəndinin  şimal-şərqində  və  Yuxarı  Bucaq  kəndinin  Əlicançay 

sahilində  apardığımız  tədqiqatlar  zamanı  şərqdən  qərbə  doğru  uzanan  divar  qalığının  planı  qeydə 

alınmışdır. 15 metr cənubdan şimala doğru uzanan hissə kanalın içərisinə kimi davam edir. Oradan 55-

60  m  şimal-şərqdə  müsəlman  qəbirləri  üzə  çıxmışdır.  Həmçinin,  qala  divarının  yaxınlığında  şərqdə 

yaşayış  evlərinin  yeri  müəyyən  olunmuş,  kirəmitlər  əldə  edilmiş,  epiqrafik  abidə  qeydə  alınmışdır. 

Ərazidən gil və mis çıraq, numizmatik materiallar da tapılmışdır. Tədqiqatlar nəticəsində tərəfimizdən 

şəhərin qala divarının 3 D formatda təsviri hazırlanmışdır.  

Aparılan arxeoloji tədqiqatlar zamanı Ərəş şəhər yerində alt təbəqə III – VIII əsrlərə, orta təbəqə 

IX – XIII əsrlərə, üst təbəqə isə XIV – XVIII əsrlərə aid olmaqla üç mədəni təbəqə qeydə alınmışdır. 

Orta  təbəqə  ilə  üst  təbəqənin  arasında  lal  təbəqə  yerləşir  ki,  bu  da  monqol  hücumları  ilə  əlaqədar 

əhalinin  buradan  köç  etməsi  və  XIV  əsrdə  yenidən  məskunlaşması  ilə  əlaqədardır  (69,  63-66;  294, 

183-184) (Xəritə 12-13).  

V.İsayevin “Yevlax (sənədlərdə və yaddaşlarda)” adlı əsərində də orta əsr Ərəş şəhəri haqqında 

müəyyən  məlumatlar  vardır.  Doğrudur,  V.İsayev  tarixi  məxəzlərə  əsaslanaraq  Ərəşin  XI  əsrdən 

mövcud olması fikri üzərində dayanır. Halbuki, arxeoloji materiallar İlk orta əsrlərdən etibarən ərazidə 

kənd tipli yaşayış məskəninin olduğunu ehtimal etməyə əsas verir. Ərəş Katib Çələbiyə görə, Xosrov 

Ənuşirəvan tərəfindən, Evliya Çələbiyə görə isə əfsanəvi Kəyumərs tərəfindən bina edilmişdir.  

Ərəş qalasında aparılan arxeoloji tədqiqatların ilkin nəticələri sübut edir ki, hələ erkən orta əsrlər 

dövründən  kənd  tipli  yaşayış  məskəni  olan  Ərəş  mühüm  ticarət  yollarının  qovşağında  yerləşməklə 

ölkənin iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. Tədqiqatlar V əsrdə kənd tipli yaşayış 

yerinin  böyüyərək  memarlıq  baxımından  platforma  üzərində  salınmış  şəhər  tipli  yaşayış  yerinə 

çevrilməsini  deməyə  əsas  verir.  XIV  –  XVII  əsrlərdə  isə  Azərbaycanın  böyük  şəhərlərindən  biri 

olmuşdur.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1641

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



XX ƏSRİN SONU-XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ RUS-ÇEÇEN 

MÜHARİBƏLƏRİ VƏ ONLARIN BAŞLICA SƏBƏBLƏRİ 

 

Bəyim ABDULLA 

Azərbaycan Milli Elmlər Akademiyası 



bayim.adbulla@gmail.com 

AZƏRBAYCAN 

 

Son  15  ildə  müasir  tarixdə  baş  verən  qanlı  müharibələrdən  biri  də  Çeçenistanda  gedən  çeçen 



xalqının  azadlıq  müharibəsidir.  Beləki  bu  müharibədə  yüz  minlərlə  insan  ölmüş,  əsir  düşmüş  və 

yaralanmışdır. Müharibə təkcə Çeçenistana deyil, eləcə də Rusiyaya da maddi ziyan vurmuş və insan 

itkisinə səbəb olmuşdu. Çeçen problemi rus tarixində ən kəskin, qanlı və aktual problemlərdən biridir. 

Qafqaz regionu çox əlverişli coğrafi mövqedə, Qara və Xəzər dəniz arasında, Avropa və Asiyanın 

kəsişməsində yerləşmişdir.  Bu baxımdan region daim güclü imperiyaların – Fars, Yunan, Osmanlı və 

Rus imperatorlarının hədəf mərkəzi olmuş və region uğrunda mübarizə aparmışdırlar.    Çeçenistan 

Şimali Qafqazda yerləşən ölkələrdən biridir. Çeçenlər özlərini Vai Nax və ölkələrini isə Noxçi Mokx 

adlandırırlar.  Rus  dövləti  yarandıqdan  sonra  (XV-XVI  əsrlər)  bir  çox  imperiyalar  kimi  Rusiya 

imperiyası da öz sərhədlərini genişləndirməyə və qonşu xalqları əsarət altına almaq siyasətini həyata 

keçirməyə başlaydı. Bu işğalçılıq siyasətində Qafqaz regionu mühüm rol oynayırdı. Bu ərazilərin ələ 

keçirilməsi heç də asan başa gəlmədi. Digər müsəlman xalqlar kimi çeçenlər də Rusiya İmperiyasının 

işğalına  qarşı  uzun  müddət  mübarizə  aparmışdırlar.  Çeçen  mübarizəsi  XVIII-XX  əsrlər  boyunca 

davam etmişdir. Rus ordusu yerli əhalinin güclü müqavimətinə rast gəlmiş və Qafqazın işğalı yarım 

əsrlik (1817-1864) müharibədən sonra mümkün olmuşudur. 

Kommunist partiyasının süqutu, siyasi 

və iqtisadi böhranlar Sovet İttifaqına daxil olan ölkələrdə, eyni zamanda Qafqaz regionunda yerləşən 

ölkələrin iqtisadi cəhətdən zəifləməsinə səbəb oldu. 

1985-ci  ildə  Mixail  Qorbaçovun  hakimiyyət 

gəlməsi  və  “Glasnost”,  yenidənqurma  siyasətini  həyata  keçirməsi  ilə  çeçenlər  də  azadlıq  uğrunda 

mübarizəyə  başlamış  və  bir  xalq  olaraq  özlərini  müdafiə  fürsəti  qazanmışdırlar.  1989-cu  ilin 

sonlarında Çeçenistanda siyasi partiyalar və dini birliklər yaranmağa başlamışdır. Bunlar arasında ən 

mühümləri  Vaniah  Demokrat  Partiyası,  Çeçen  Bart  Kommitəsi,  Çeçen  və  İnquş  Xalq  Cəbhəsi  və 

Qafqaz Birliyi idi. 

 

 



 

 

 



 

Ölkələrin  iqtisadiyyatı  zəiflədikcə  xalqlar  öz  müqəddəratlarını  özləri  həll  etməyin  yollarını 

axtarmağa  başladılar.  Bu  proseslər  1990-cı  ildən  sonra  daha  da  aktivləşdi.  1990-cı  ilin  noyabrında 

Qroznıda  çeçen  xalqının  qurultayı  çağrılmışdı.  Sovet  ordusunda  general-mayor  rütbəsinə  qədər 

yüksəlmiş  ilk  çeçen  olan  Cövhər  Dudayevin  də  iştirak  etdiyi  bu  qurultayın  sonunda  Çeçen 

Respublikası Noxçi-Çonun dövlət suverenliyi haqqında sənəd qəbul olunmuşdu. 

1991-ci ilin payızında Çeçen-İnquşetiya parçalanır və Çeçenistan “Çeçen İçkeriya Respublikası” 

adı  altında  öz  müstəqilliyini  elan  etdi.  Keçirilən  seçkilərdə  Cövhər  Dudayev  dövlət  başçısı  seçildi. 

1991-ci ilin 7 noyabrında Rusiya Federasiyasının prezidenti Boris Yeltsin “konstitutsiya qaydalarını” 

qorumaq  məqsədi  ilə  Çeçenistanda  fövqəladə  vəziyyət  elan  etmiş  və  Dudayev  haqqında  həbs  əmri 

verərək ordunu Qroznıya göndərmişdir.  

 

 



 

Rusiya  Federasiyasının  Təhlükəsizlik  Şurası  1994-cü  ilin  noyabrında  Çeçenistana  qarşı  hərbi 

müdaxiləyə  başlaması  haqqında  qərar  qəbul  edir.  Müharibənin  başlanmasının  əsas  səbəbi  SSSR 

dağıldıqdan sonra xalqın diqqətini ölkədə yaranan sosial-iqtisadi problemlərdən yayındırmaq, ölkənin 

ərazi bütövlüyün qoruyub saxlamaqdan ibarət idi. I Çeçen müharibəsi 1994-1996-ci illəri əhatə edir. I 

Çeçen  müharibəsinin  ən  mühüm  xüsusiyyəti  döyüşlərin  hərbçilərə  qarşı  aparılmasıdır.  Bu  müharibə 

gerilla taktikası ilə aparılsa da sivil insanları heç vaxt hədəfə alınmamışdı. 

 

 



Rus generalları Çeçenistanı iki həftəyə işğal edə biləcəklərini düşünsələr də, Qroznını işğal etmək 

yalnız 1995-ci ilin martında mümkün oldu. Rus qoşunları dekabrın 18-də şəhəri top və təyyarələrdən 

mərmi,  raket  atəşinə  tutaraq  mülki  əhalini  kütləvi  qırğına  məruz  qoydu.  Dekabrın  31-də  Qroznı 

üzərinə hücüma keçən ruslar çeçen mücahidlərinin ağılasığmaz müqaviməti ilə rastlaşdı. Yüzlərlə rus 

əsgəri əsir götürülür və itgin düşür. Bu döyüşlərdə 25000-dən çox mülki vətəndaş amansızcasına məhv 

edildi.   1996-cı  il  aprelin  22-də  Qexi-Çu  kəndi  yaxınlığında  C.  Dudayev  raket  zərbəsi  nəticəsində 

öldürüldükdən  sonra  vitse-prezident  Zəlimxan  Yandarbiyev  Çeçenistana  rəhbərlik  etdi.    Xarici 

təzyiqlərin  sonunda  tərəflər  ATƏT-in  başçılığı  ilə  bir  masa  ətrafında  danışıqlara    başlayır.  Milli 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1642

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Təhlükəsizlik  Şurasının  katibi  general  Aleksandr  Lebedev  ilə  çeçen  mücahidlərinin  lideri  Aslan 

Məshədov arasında keçirilən görüşlərin nəticəsi olaraq, 1996-ci il 25 avqustunda Hasavyurt Atəşkəs 

Müqaviləsi  imzalanır.  Müqavilədə  31  dekabra  kimi  Çeçenistanın  statusuna  müəyyənləşdirmək  üçün 

referendum keçirilməsi razılaşdırıldı.   1996-ci ildə imzalanmış sülh müqaviləsi Çeçenistanda sülhü 

bərqərar etmədi. İkinci çeçen-rus müharibəsinin başlamasını tətikləyən iki səbəb olmuşdur. Birincisi 

Çeçen mücahid komandirləri Basayev, Hattab, Uduqov kimi komandirlərin Şimali Qafqazda dini bir 

dövlət qurmaq istəkləri ilə bağlı idi. İkinci rus-çeçen müharibəsi 1998-ci ildə Məshədov hökumətinin 

nəzarətindən kənarda başlamış və müharibə, əsasən, Dağıstan ərazisində gedirdi. 1999-cu ildə Basayev 

və Xəttabın başçlığı ilə Dağıstanın Botih bölgəsində bir neçə kənd işğal olundu.  İkinci 

çeçen-rus 

müahribəsinin başlamasınında ikinci səbəb isə Dağıstandakı hadisələrin qarşısını almaqda aciz qalan 

rus  baş  naziri  Sergey  Stepaşinin  vəzifədən  kənarlaşdırılması  və  onun  yerinə  köhnə  Dövlət 

Təhlükəsizlik  Komitəsinin  işçisi  və  təhlükəsizlik  xidmətinin  rəisi  Vladimir  Putinin  baş  nazir  təyin 

olunması idi.   Rus  hərbi  hava  qüvvələri  Volqodonsk  partlayışına  "cavab"  olaraq  sentyabrın  23-30 

Cövhərqala  daxil  olmaqla  Çeçenistanın  şəhər  və  kəndlərini  daha  şiddətli  bombardmana  məruz 

qoydular.  2000-ci  ilin  fevralın  əvvəllərindən  Qroznı  yenidən  rus  ordusunun  nəzarətinə  keçmişdir. 

Çeçenistanın  əsas  yaşayış  məntəqələri  ələ  keçirildikdən  sonra,  aprelin  18-də  Rusiya  rəhbərliyi 

Çeçenistanda ordu əməliyyatlarının sona çatdığını rəsmi olaraq bəyan etdilər.   

Putinin hakimiyyətə ilə çeçenlərə qarşı aparılan müharibə öz formasını dəyişdi. O, çeçen xalqının 

mücahidlərə  verdiyi  dəstəyi  və  qayğını  azaltmaq,  mübarizəni  dayandırmaq  məqsədi  ilə  yeni  plan 

hazırladı. Plana əsasən o, “çeçenləri varlı çeçenlərlə məğlub edəcək”di. Bu məqsədlə Əhməd Kadırov 

5  oktyabr  2003-cü  ildə  keçirilən  seçkilərdə  hakimiyyət  başına  gətirildi.  O,  2004-cü  ildə  stadionda 

SSRi-nin İkinci Dünya müharibəsində qazandığı  qələbə münasibəti ilə təşkil olunan tədbirdə sui qəsd 

nəticəsində öldürüldü. 2004-2007-ci illərdə Alu Alxanov Çeçenistan prezidenti seçilmiş, 2007-ci ildən 

isə  Ə.  Kadırovun  oğlu  Ramzan  Kadırov  bu  vəzifəni  yerinə  yetirir.  Ramzan  Kadırov  Rusiya  meyilli 

siyasət  həyata  keçirir.  Regionda  sakitlik  bərpa  olunsa  da,  Rusiyaya  qarşı  mübarizə  hələ  də 

aparılmaqdadır.  İkinci  Çeçen  müharibəsinin  fərqli  cəhətlərindən  biri  də  ABŞ-da  baş  vermiş  11 

sentyabr terror hadisəsindən sonra ABŞ-ın rus-çeçen müharibəsində Rusiyanı dəstəkləməsi və rusların 

insan haqqlarını pozmasına qarşı heç bir tədbirin görməməsidir.  

 

 



 

İkinci  çeçen  müharibəsinin  ilkindən  fərqli  xüsusiyyətlərindən  bir  də  dinc  əhaliyə  qarşı  aparılan 

intihar hücümları idi. Bu hücumları həyata keçirənlərin əksəriyyəti qadınlar olmuşdur. 2002-ci ildə 72 

nəfərin  ölümü  ilə  nəticələnən  Qroznı  hökumət  evinə  edilən  hücüm,  2004-cü  ildə  çeçen  mücahidləri 

tərəfindən Beslan şəhərində müəllim və şagirdlərin əsir götürülməsi və rus təhlukəsizlik orqanlarının 

müdaxiləsi  zamanı  330  nəfərin  ölməsinə  səbəb  olan  hadisələr  Ikinci  çeçen  müharibəsinə  damğasını 

vurmuşdur. Bu müharibəninin digər fərqli xarakteri əsirlərin infaz edilməsidir.    

Çeçenistan bugünkü R. Kadırov rəhbərliyi altında inkişaf etməkdədir. Respublikanın əsas strateji 

mərkəzləri rus ordusunun nəzarətindədir. Qroznı şəhəri müasir, inkişaf etmiş metropolisə çevrilmişdir. 

Ölkənin  iqtisadiyyatının  inkişaf  etdirilməsi  üçün  bir  çox  regional  islahatlar  həyata  keçirilir.  Bütün 

bunlara baxmayaraq ölkədə stabillik tamamilə bərpa olunmamışdır.  

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin