Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə171/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   167   168   169   170   171   172   173   174   ...   189

 

   Lamiə SULTANOVA

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



tarix1650@yandex.ru         

AZƏRBAYCAN 



                                                                                                                

     


Türk dünyasının faciələrindən olan 1402-ci il Ankara döyüşü Teymurun İldırım Bəyazid üzərində 

qələbə  qazanması  ilə  başa  çatdı.Bəyazidin  məğlubiyyətinin  Qərbdə  çox  böyük  sevinclə 

qarşılanmasının  əsas  səbəbi  o  idi  ki,  Avropa  bir  müddət  Osmanlı  təhlükəsindən  uzaq  düşmüş 

oldu.Ankara  döyüşü  nəticəsində  Konstantinopolun  işğalı  50  il  müddətində  gecikmiş  oldu.Döyüşün 

nəticəsində dövlət zəiflədi, Osmanlı tarixində 1402-1413-cü illəri əhatə edən “Fetrət dövrü”, “Səltənət 

fasiləsi” adlı iqtidar boşluğu yarandı. 

         Bəyazidin  Süleyman,  İsa,  Mehmed,  Musa,  Mustafa  və  Qasım  adlı  6  oğlu  vardı.Qasım  yaşca 

kiçik olduğundan Ankara döyüşündə iştirak etməmişdi.Ancaq Bəyazidin digər 5 oğlu döyüşə ataları 

ilə  birlikdə  qatılmışdılar.

Musa  Çələbi  Ankara  müharibəsində  əsir  düşən  atasının  yanında  əsir  olaraq 

qaldı. Bəzi qaynaqlara görə İldırım Bəyazid əsarətdə olarkən 1403-cü ildə öldü və cənazəsi Teymurun 

əmri ilə Musa Çələbinin rəhbərliyi altında Bursaya göndərildi.1406-cı ildə Osmanlı dövləti Mehmed 

Çələbi Anadoluda və Əmir Süleyman Avropada hökmdar olmaqla  ikiyə bölündü.Ankara döyüşündə 

Osmanlı ordusunun sol qanadına rəhbərlik edən Süleyman Çələbi İldırım Bəyazidin vəziriəzəmi olan 

Çandarlı  Əli  Paşa  ilə  birlikdə  Teymur  ordusunun  yaxın  təqibi  altında  Rumeliyə  tərəf  qaçmağa 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1633

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

başladılar. Ankara döyüşündən böyük bir ordu ilə ayrılan Əmir Süleyman Bursaya gəldi və ailəsi ilə 

uşaqların yanına alan Əmir Süleyman Geliboluya getdi. Teymurun ordusu Süleyman Çələbi Bursadan 

ayrıldıqdan dərhal sonra şəhərə girib oranı yandırıb talan etdilər. Musa Çələbi 1410-cu ildə Ədirnədə 

taxta keçdi. Adına pul kəsdirdi.Osmanlı dövləti Çələbi Mehmed Anadoluda və Musa Çələbi Avropada 

hökmdar  olaraq  ikiyə  bölünmüş  oldu.  Mehmed  Çələbi  Ankara  müharibəsində  Osmanlı  ordusunun 

ehtiyat  birliklərin  komandiri  vəzifəsində  idi.  Özünə  bağlı  əsgərləri  ilə  Amasyaya  doğru  çəkilməyə 

başladı.  Candaroğullarına  bağlı  olan  bir  dəstə  yolunu  kəsdiyi  üçün  bir  qarşıdurmaya  girişmək 

məcburiyyətində  qaldı  və  bu  qarşıdurmadan  qalib  olaraq  ayrıldı.  Lakin  Mehmed  Çələbi  hələ  tək 

padşah olmağa əzmli idi. Məhz bunun nəticəsi idi ki, Musa Çələbiyə hücum etmək fikrindən dönmədi. 

1413-cü  ilin  11  iyununda  yeni  Anadolu  Osmanlı  ordusu  Bizans  gəmiləri  ilə  Boğazdan  Rumeli 

yaxasına keçirildi və üçüncü müharibəyə hazırlıq başladı. Bu sırada Musa Çələbi ordusunda bir böhran 

yaşanmaqda idi. Şeyx Bədrəddinə verdiyi dəstək daha mühafizəkar olan sünniləri və üləmanı özünə 

düşmən  etmişdi.  Musa  Çələbi  qazi  sərhəd  bəylərinin  talanlar  və  timarları  səbəbindən  qazandıqları 

sərvət  və  siyasi  gücü  azaltmağa  çalışmış  və  Qapıqulu  ümərasına  əhəmiyyət  verməyə  başlamışdı. 

Məsələn  Axınçı  bəyi  Mihaloğlu  Musa  Çələbi  ilə  əlaqəsini  kəsmiş,  Makedoniyada  sərhəd  boyunca 

axınları özü tərtib etmiş və bu axınlarda qazanılan talan malları və timar torpaqlarını da özünə görə 

paylaştırmağa başlamışdı. Çandarlı vəzirləri Çələbi Mehmed və II Manuel ilə Musa Çələbinin taxtdan 

endirmək üçün gizli danışıqlara başlamışdılar. Musa Çələbinin ordusunda baş verən dağılma səbəbi ilə 

geri çəkilməsi səbəbindən iki ordu ancaq Vizədə döyşə girdilər və Vizə müharibəsinə Çələbi Mehmet 

ordusu  qalib  gəldi.  Musa  Çələbi  qaçmağa  başladı.Lakin  Musa  Çələbi  hələ  tutulmadığı  üçün  Çələbi 

Mehmed gücləri Edirne qapılarına gəldiyində Ədirnəlilər Musa Çələbinin güclənib daha tez gələcəyi 

ehtimalını düşünüb Çələbi Mehmed və ordusunu şəhərə buraxmadılar. Bütün üməranın qatılması ilə 

Çələbi  Mehmed,  Musa  Çələbini  və  çox  kiçik  qalmış  ordusunu  qovmağa  başladı.  Musa  Çələbi 

ordusuyla  Samkov  yaxınlığında  Palçıqlı  Dərbənddə  sıxışdırıldı.  1413-cü  il  5  iyulda  baş  verən  kiçik 

Palçıqlı  Dərbənd  Döyüşü  çox  şiddətli  oldu.  Musa  Çələbi  yaralanaraq  qaçmağa  başladı.  Bəzi 

qaynaqlara görə Musa Çələbi qaçarkən bataqlığa düşdü və ona qarşı göndərilmiş əsgərlər tərəfindən 

boğulub  öldürüldü.  Digər  mənbələrə  görə  ağır  vəziyyətdə  yaralı  çadırında  yatarkən  tutulub  Çələbi 

Məmmədin  əmri  ilə  öldürüldü.  İsa  Çələbi  və  Əmr  Süleyman  kimi  ən  sonunda  Musa  Çələbinin 

cənazəsi də Bursaya göndərilərək atası İldırım Bəyazidin türbəsinə basdırıldı. 

         Beləliklə,  5  iyul  1413-  cü  ildə  Fetrət  dövrü  Çələbi  Mehmedin  qələbəsi  ilə  başa  çatdı.Çələbi 

Mehmedin  qələbə  qazanmasında  Anadolu  mədəniyyətinin  və  incəsənətin  mərkəzi  olan  Amasyada 

böyük nüfuza sahib olması mühüm rol oynadı. 

 

     


MƏRKƏZİ ASİYANIN TÜRKDİLLİ DÖVLƏTLƏRİ İLƏ SİYASİ 

ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA PARLAMENTLƏRARASI 

ƏLAQƏLƏRİN ROLU 

 

Lamiə SULTANOVA

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



tarix1650@yandex.ru 

AZƏRBAYCAN



 

 

      



Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra  siyasət  və  diplomatiya  sferasında  əsas 

xidmət  normalarından  birini  müxtəlif  ölkələrin  parlamentləri  ilə  əlaqələr  təşkil  edirdi.Azərbaycan 

parlamenti  (Azərbaycan  Respublikasının Milli  Məclisi)  qısa  bir  zaman  kəsiyində  dünyanın  ayrı-ayrı 

dövlətlərinin ali orqanları ilə ikitərəfli əlaqələrə girmiş, regional və beynəlxalq parlament təşkilatlarına 

bərabər  hüquqlu  üzv  olmuşdur.Qeyd  etmək  lazımdır  ki,  müstəqilliyin  ilk  illərində  Azərbaycan 

parlamenti türkdilli dövlətlərin parlament qurumları ilə heç bir əlaqə yarada bilməmişdir.Bu iş Xalq 

Cəbhəsinin hakimiyyəti zamanı reallaşmağa başladı.1996-cı il 7 noyabrda Azərbaycan parlamentinin 

spikeri Bakıda rəsmi səfərdə olan Qırğızıstan Joqorku Keneşinin Xalq Nümayəndələr Məclisinin sədr 

müavini  Bəxtiyarcan  Fəttahovu  qəbul  etdi.1997-ci  ildə  Azərbaycan  Respublikası  MM-nin  türkdilli 

dövlətlərin parlamentləri ilə münasibətlər yaratmaq və həmin münasibətləri daha da inkişaf etdirmək 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1634

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

istiqamətində  mühüm  məsələləri  həll  etmək  üçün  tez-tez  səfərlər  təşkil  edir,  qardaş  ölkələrin 

parlament  nümayəndə  heyətlərini  qəbul  edirdi.Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  onun 

möhkəmləndirilməsi  və  dünya  miqyasında  tanıdılmasında,  xarici  dövlətlərlə  siyasi-diplomatik, 

iqtisadi-ticari,  mədəni-mənəvi  və  s.  əlaqələrin  təşkil  edilərək  inkişafı  sahəsində  Azərbaycan 

Respublikası MM-nin böyük rolu olmuşdur.8 noyabr 1996-cı il tarixində isə Özbəkistan parlamentinin 

spikeri Erkin Xəlilov Azərbaycan Respublikasının sədri ilə də görüşdü.Görüş zamanı qardaş ölkələr 

olan  Azərbaycan  və  Özbəkistan  arasında  hərtərəfli  münasibətlərin  genişləndirilməsi  ilə  bağlı  fikir 

mübadiləsi  oldu.XX  əsrin  90-cı  illərində  Azərbaycan  Respublikası  MM  türkdilli  dövlətlərin 

parlamentləri  ilə  ikitərəfli  əlaqələrlə  yanaşı  bu  dövlətlərin  iştirak  etdikləri  müxtəlif  beynəlxalq  və 

regional  parlament  təşkilatları  çərçivəsində  də  çoxtərəfli  əməkdaşlıqda  olublar.Bu  baxımdan  Qara 

dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin (QİƏPT) işi diqqətəlayiq yer tutmuşdur.Azərbaycan 

parlamentinin  nümayəndə  heyətinin  başçısı,  Ali  Sovetin  sədrinin  müavini  Afiyəddin  Cəlilov  rəqibi 

erməni  həmkarı  A.Tumanyan  üzərində  qələbə  qazanaraq  QİƏPM-nin  vitse  prezidenti 

seçildi.Azərbaycan Respublikası MM-nin türkdilli dövlətlərin parlamentləri ilə ikitərəfli və beynəlxalq 

parlament  təşkilatları  çərçivəsində  əlaqələrinin  təhlili  göstərir  ki,  bu  əlaqələr  dövlətimizin 

möhkəmlənməsi  və  sülhsevər  xarici  siyasətinin  həyata  keçirilməsi  üçün  bir  vasitə  olmuşdur.Əlbəttə, 

bu  prosesdə  müəyyən  dərəcədə  çətinliklər  olmuşdur.Bu  daha  çox  maliyyə  çətinliyi  ilə  əlaqədar 

olmuşdur.Azərbaycan  qanunverici  orqanı  bəhs  edilən  dövrdə  türkdilli  dövlətlərin  parlamentləri  ilə 

əlaqələrə  xüsusi  əhəmiyyət  vermiş,  onu  gündəlik  diqqət  mərkəzində  saxlamışdır.Belə  ki,  həmin 

dövlətlərdən Azərbaycana gəlmiş bütün parlament nümayəndə heyətlərini ölkə prezidenti qəbul etmiş, 

onlarla  əməkdaşlığın  müxtəlif  sahələri  üzrə  söhbətlər  aparmış,  razılıqlar  əldə  edərək,  birgə  qərarlar 

çıxarmışlar.Azərbaycan  Respublikası  MM  –nin  türkdilli  dövlətlərin  parlamentləri  ilə  ikitərəfli  və 

çoxtərəfli  beynəlxalq  əlaqələri  daima  genişlənmiş,  yeni  keyfiyyət  halı  kəsb  etmişdir.Azərbaycan 

dövlətinin və onun rəhbərliyinin yeritdiyi sülhsevər xarici siyasət xəttinin həyata keçirilməsinə yardım 

etmiş  və  onun  tərkib  hissəsi  olmuşdur.Bu  əlaqələr  Azərbaycan  xalqı  və  dövlətinin  xarici  ölkələrdə 

imicinin  formalaşmasına,  ölkəmiz  haqqında  həqiqətlərin  yayılmasına  kömək  etmişdir.Türkdilli 

dövlətlər  və  onların  parlamentləri  ilə  əməkdaşlıq  genişlənərək  intensivləşdiyi  bir  zamanda 

Türkmənistan  Respublikası  və  onun  parlamenti  ilə  ikitərəfli  münasibətlərdə  soyuqluq,  bir  kəskinlik 

başlamışdır.Belə ki, 1997-ci ildən etibarən İran və Rusiyanın təsirinə düşmüş Türkmənistan “Xəzərin 

hüquqi  statusu”  məsələsində  qeyri-obyektiv  mövqe  tutaraq  Azərbaycana  məxsus  olan  su  hövzəsinə 

dair iddialarla çıxış etmişdir.Demək olar ki, həmin vaxtdan Türkmənistan Azərbaycanla münasibətləri 

kəsməyə doğru istiqamət götürmüşdür.Odur ki, həmin ildən iki ölkə arasında münasibətlərin soyuması 

üzündən  parlamentlər  arasında  da  demək  olar  ki,  heç  bir  əlaqə  olmamış,  heç  bir  səfər  həyata 

keçirilməmişdir.Lakin  tədqiq  edilən  dövrdə  Azərbaycan  Respublikası  MM-nin  türk  dövlətləri 

parlamentləri ilə əməkdaşlığı yüksələn xəttlə inkişaf etmişdir.Belə ki, bu illər ərzində parlamentlərin 

işçi qruplarının bir-birilərinə etdikləri səfərlər çoxalmış, qanunvericilik sahəsindəki təcrübə mübadiləsi 

genişlənmişdir.Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikası MM-nin beynəlxalq fəaliyyətinin 

xüsusi  istiqamətlərindən  biri  də  türkdilli  dövlətlərin  parlamentləri  ilə  çoxtərəfli  və  ikitərəfli 

münasibətlər olmuşdur.Bu əlaqələr isə öz növbəsində ölkələr və xalqlar arasında sülhə, təhlükəsizliyə 

və əməkdaşlığa xidmət etmişdir. 

 

 

AZƏRBAYCANDA QIZ QALALARININ YARANMASI TARİXİNƏ DAİR 

 

A.Ə.MEHDİYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



ayten-69@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan ərazisi çoxsaylı abidələrlə zəngindir. Müxtəlif tarixi dövrlərdə inşa olunan abidələr 

arasında  Qız  qalaları  xüsusilə  fərqlənir.  Azərbaycan  ərazisində  əlliyə  yaxın  Qız  qalası  mövcuddur. 

Eyni zamanda Mərkəzi Asiya, Türkiyə, İran, İraq, Qərbi Azərbaycan (Ermənistan), Gürcüstan, Qara 

dəniz sahilləri, Balkan yarımadası, Hindistan və s. yerlərdə də Qız qalalarına rast gəlmək mümkündür. 

Bu qalalar Od qalası, Hunzar qalası, Kalıs Hunzar qalası, Bela məbədi, Mitra məbədi, Ahura-Mazda 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1635

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və  altı  Ameşa  Spenta  məbədi,  Ardvisura  və  ya  Veqa  ilahəsi  məbədi,  Tanrı  evi,  Kesar  qalası, 

Zimmuriada qalası, Apat-Napata məbədi, Quz qalası, Qızlar qalası, Salxım qala, Göz qalası, Namərd 

qala, ibadət kompleksi, zikkurat, atəşgah, daxma, mayak, müdafiə qalası, kilsə və observatoriya kimi 

tanınmışdı.  Bəzən  bir,  iki  və  daha  artıq  Qız  qalasının  yaxın  bir  ərazidə  yerləşməsi  məsələnin 

öyrənilməsinə böyük maraq doğurur. 

Azərbaycan Qız qalaları, xüsusilə Bakı Qız qalası spiral-dövrili tikilidir. Bu tip tikililər antik və 

Orta  əsrlər  dövründə  artıq  inşa  edilmirdi.  Spiral-dövrili  tikililər  Stounxeç,  Arkaim,  Nyuqreinç, 

Maçupikçu kimi abidələrdir. Qədim insanlar təxminən 7 min il əvvəl Yer kürəsində 83 mindən artıq 

dairəvi-spiral  tipli  qala  inşa  etmişdilər.  Azərbaycan  Qız  qalalarının  birincisi  hesab  olunan  qalanın 

yerləşdiyi  Bakının  uzun  illər  nəinki  liman  şəhəri,  hətta  heç  şəhər  olmaması  barədə  məlumat 

mövcuddur. Boş bir ərazidə yerləşən Bakı əslində ibadətgah sayılmış, Qız qalası isə onun baş məbədi 

kimi qəbul edilmişdir. 

Azərbaycan ərazisində rast gəlinən Qız qalalarının əksəriyyəti möhtəşəm abidələr olmuş, onların 

tikintisinə böyük vəsait xərclənmişdir. Digər tərəfdən, Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Şəki, Şəmkir, 

Gədəbəy, Zəngilan və b. Qız qalalarının inşası üçün çox sayda inşaat materialına olan tələbatı ancaq 

dövlət səviyyəsində həll etmək mümkün idi. Ona görə Qız qalalarının təsadüfən yaranması və ya heç 

bir əsas olmadan Qız qalası adlanması fikri doğru hesab edilə bilməz. 

Bəzən Qız qalası adının Azərbaycan ərazisində inşa olunan, lakin müəyyən tarixi dövrlərdə adı 

unudulan abidələrə verilməsi fikrinə rast gəlinir. Bu mülahizə tarixi həqiqətdən uzaqdır. Belə ki, adı 

unudulan bütün abidələrə Qız qalası adının verilməsi heç bir məntiqə uyğun  gəlmir. Digər tərəfdən, 

Qız  qalalarının  yerləşdiyi  məntəqələrdə  fasiləsiz  həyat  mövcud  olmuş  və  onların  unudulması  üçün 

tarixi şərait olmamışdır. 

Eyni zamanda Qız qalalarının Göz qalası və ya Gözətçi qalası kimi adlanması barədə mülahizə 

mövcuddur. Qız qalalarının yerləşdiyi ərazilərə diqqət yetirdikdə bəlli olur ki, onların əksəriyyəti inşa 

olunduğu  dövrdə  gözətçi  funksiyası  daşımamışdır.  Qız  qalalarının  meşələrin  dərinliyində,  yaşayış 

məntəqələri  və  əsas  ticarət  yollarından  kənarda  yerləşməsi,  sonradan  inşa  olunan  güclü  müdafiə 

sistemlərinin  tərkib  hissəsinə  çevrilməsinə baxmayaraq,  öz  əlahiddəliyini qoruyub  saxlaması  onların 

gözətçi məntəqəsi və ya qalası kimi yaradılmasını inkar edir. Azərbaycan Qız qalalarının əksəriyyəti 

dövrünün möhtəşəm və iri tikililərindən olmuşdur. Ona görə də gözətçi məntəqəsi üçün Qız qalaları 

kimi əzəmətli abidələrin inşa olunması sual doğurur. 

Qız qalalarının dağa sitayişlə bağlı inşa olunması mülahizəsi daha çox lokal xarakter daşımışdır. 

Ümumiyyətlə,  yalnız  Azərbaycanda  deyil,  dünya  xalqlarının  əksəriyyətində  dağa  müqəddəs  və  ulu 

başlanğıc kimi yanaşılmışdı. Lakin Qız qalalarının dağlarla yanaşı, düzən ərazilərdə, dəniz, çay və göl 

sahillərində,  şəhərlərdə  yerləşməsi  və  bəzən  şəhər  müdafiə  divarları  ilə  bağlı  olması  qeyd  olunan 

mülahizənin  yarımçıq  xarakter  daşıması,  əsasən  lokal  hadisələrə  şamil  edildikdə  doğru  nəticə 

verməsilə  bağlıdır.  Azərbaycanda  inşa  edilmiş  bütün Qız  qalalarının  dağ  kultu  ilə  bağlı  olması fikri 

əsaslandırılmış bir mülahizə sayılmamalıdır. 

Qız  qalalarının  amazonkalarla  bağlı  olması  barədə  mülahizə  bir  qədər  əfsanəvi  və  ya  mifoloji 

xarakterə malikdir. Azərbaycanda amazonkaların mövcud olmaları, onların daha çox dağlıq ərazilərdə 

yaşamaları,  kişilər  kimi  döyüşmələrii,  silah  gəzdirmələri  və  s.  ilə  bağlı  müəyyən  məlumatlar 

dövrümüzə  qədər  gəlib  çatmışdır.  Eyni  zamanda  Azərbaycanın  ən  məşhur  qəhrəmanlarının 

amazonkaların  övladı  olmaları  və  onların  şərəfinə  Qız  qalalarının  inşa  edilməsi  kimi  məlumatlar 

vardır.  Bu  mülahizələrdə  əsas  diqqət  amazonkaların  yaşadıqları  ərazilərlə  bağlılığı  və  onların  həyat 

tərzi ilə əlaqədar Qız qalalarının müqəddəs bir məkan kimi xatırlanması əsas süjet xətti hesab edilirdi. 

Qız qalalarının yaradılmasının müxtəlif ilahələrlə bağlılığı məsələsi Şərq tarixşünaslığında geniş 

yayılmışdır.  Belə  ki,  islamaqədərki  dini  inamlarda  müxtəlif  ilahələrin  şərəfinə  məbədlərin  inşa 

edilməsi  normal  bir  hal  idi.  Ona  görə  də  dünyanın istənilən  yerində  müxtəlif  ilahələrin  adı ilə  bağlı 

məbədlərə  rast  gəlinirdi.  Azərbaycan  və  onunla  qonşu  olan  ərazilərdə  şərəfinə  Qız  qalası  kimi 

möhtəşəm  bir  abidənin  inşa  olunduğu  ilahələrdən  Advensura  və  ya  yaşıl-mavi  rəngli  Veqanı  xüsusi 

vurğulamaq olar. Həmin ilahələrlə bağlı olaraq qədim Bakının Od qızı tərəfindən xilas edilməsi barədə 

əfsanə meydana gəlmişdir. Qız qalası Hunzar və ya Günzər adlandırılsa da, bəzən onu Günzərin həyat 

yoldaşı Zimmuriadanın adı ilə bağlayırlar. Zimmuriada Veqa ulduzunu simvolizə edən bir ilahə hesab 

olunurdu. Antik dövrdə Qədim Albaniya ərazisində Helios, Zevs və  b. ilə yanaşı, Ay ilahəsi Selenaya 

sitayiş  edilməsi  antik  müəlliflərin  əsərlərində  öz  əksini  tapmışdır.  Su,  Ay  və  müxtəlif  ulduzlara 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1636

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sitayişlə bağlı olan ilahələrin şərəfinə Qız qalaları kimi qədim abidələrin inşa olunması, dövrünə görə 

külli miqdarda vəsait sərf olunması, işçi qüvvəsi və inşa materiallarının cəlb edilməsi həmin abidələrin 

tikilməsinin təsadüfi xarakter daşımaması və ciddi qanunauyğunluq nəticəsində meydana gəlməsindən 

xəbər verir. Buna görə də Qız qalalarının meydana gəlməsi ilə bağlı məsələnin kökünün daha qədim 

dövrdə axtarılması məqsədəuyğun sayılmalıdır.  

Qız  qalalarının  meydana  gəlməsi  ideyası  əslində  daha  qədim  inamlarla  bağlı  olub  oda  sitayiş 

dövrünə  aid  edilməklə  böyük  maraq  doğurur.  Qeyd  olunan  ilahələrin  su  və  ulduzlarla  bağlılığı 

məsələsinin irəli sürülməsindən əvvəl müxtəlif arxeoloji və folklor materialları onların odla əlaqədar 

olması  barədə  xəbər  verir.  Qız  və  qadınların  odla  bağlı  olması  isə  onların  daşıdıqları  funksiya  ilə 

əlaqədar  idi.  Lakin  zərdüştlük  hakim  mövqe  tutduqdan  sonra  ilahələr  fərqli  funksiyalar  daşımağa 

başladılar. Cəmiyyətin inkişafında dini inamların xarakterinin dəyişməsinin Qız qalalarının tarixində 

dəyişiklik etməsi bununla məhdudlaşmırdı. Belə ki, antik dövrdə, xüsusilə Makedoniyalı Aleksandrın 

Şərq  ölkələrinə  hücumu  nəticəsində  ellinizm  mədəniyyətinin  formalaşmasından  sonra  əvvəlki 

dövrlərdə sitayiş olunan ilahələri yeni ilahələrə sitayiş əvəz etdi. Bunu Azərbaycanın şimal hissəsində 

Selenaya  sitayişin  qeyd  olunan  dövrə  təsadüf  etməsi  də  sübut  edir.  Ona  görə  də  Qız  qalalarının 

tarixinin  öyrənilməsi  Azərbaycan  tarixinin  əsas  mərhələlərinin  araşdırılması  üçün  mənbə  rolunu 

oynayır.  Sasanilərin  hakimiyyətə  gəlməsindən  sonra  Azərbaycanda  da  od  məbədlərinin  yenidən 

mövqeyi  güclənir  və  tikintisi  genişləndirilirdi.  Həmin  məbədlərin  arasında  Qız  qalaları  da  var  idi. 

İslam  dininin  hakim  mövqe  tutması  isə  zərdüştlüklə  bağlı  abidələrin  məhv  edilməsi,  tamamilə  yeni 

dini  inamlar  və  müvafiq  abidələrin  yaranmasını  şərtləndirmişdi.  Ona  görə  də  qədim  dini  inamlarla 

bağlı  abidələr,  o  cümlədən  Qız  qalalarının  xarakteri  dəyişdirildi,  onlar  haqqında  məlumatlar  fərqli 

mövqedən şərh edilməyə başlandı. Orta əsrlərdə mövcud olan və yeni inşa edilən Qız qalalarını artıq 

observatoriya,  mayak,  hərbi  qala  və  müdafiə  sisteminin  tərkibinə  daxil  olan  qala  kimi 

qiymətləndirirdilər.  Məhz  bu  dövrdə  Qız  qalalarının  oğuz  (ğuz)  tayfaları  ilə  bağlı  olması  barədə 

fikirlər  meydana  gəlmişdir.  XX  əsrin  əvvəllərində  R.Haqqı  tərəfindən  əsası  qoyulan  mülahizəyə 

əsasən, Azərbaycan ərazisində Qız qalaları ğuz// uğuz tayfaları tərəfindən tikilmiş, uğuz// ğuz qülləsi 

adlanmış  və  sonradan  Qız  qalasına  çevrilmişdir.  Həmin  fikri  inkişaf  etdirən  tədqiqatçılar  hələ  XIX 

əsrdə Azərbaycanda 80-dən artıq qala sözü ilə bağlı toponimin saxlanıldığı və Qız qalalarının adındakı 

“qız” sözünün oğuz //ğuz etnoniminin dəyişilmiş fonetik şəkli olduğunu əsaslandırmışdılar. Tədqiqatçı 

İ.A.Baskakov  Ğuz  sözünün  qız  formasına  düşməsini  qırğız  etnonimi  nümunəsində  ğöstərmişdir. 

İstinin od və atəşlə əlaqələndirilməsi, ğuz sözünün isə işıq xanı mənasını bildirməsini əsas götürərək, 

Ğuz/Qız  qalalarının  inşasını  qədim  türk  qəbilələrinin  işıq,  od  və  istiyə  sitayiş  etmələri  ilə  əla-

qələndirmək mümkündür.  

Dövrünün  bütün  dəyişikliklərinə  baxmayaraq,  Azərbaycan  mövcud  olan  Qız  qalaları  inşa 

olunduğu  dövrün  simvolu  kimi  çıxış  edir.  Qız  qalaları  Azərbaycan  qalaları  arasında  özünəməxsus 

xüsusiyyətləri  ilə  seçilir  və  digər  qalaları  təkrar  etmir.  Bu  qalaların  tarixinin  araşdırılması  onların 

Azərbaycan  tarixinin  tərkib  hissəsi  olduğunu  göstərir.  Məhz  buna  görə  Qız  qalalarının  tarixinin 

araşdırılması bütün tarixi dövrlərdə öz aktuallığı ilə seçilir. 

 

 

MUĞAN BÖLGESİNİN SAVUNMA İSTİHKAMLARI 



 

Ramil RÜSTEMOV  

Azerbaycan Milli Bilimler Akademisi Şarkiyat Enstitüsü 



rustemovramil@mail.ru 

AZƏRBAYCAN 

    

Ortaçağda  her  bir  şehrin  savunmasında  onun  kale  duvarları  önemli  bir  rol  oynar.  Yazılı 



kaynakların  analizi  Azerbaycan  feodal  yöneticilerin  tahkimat  tikililerinin  düşürülmesine  özel  önem 

vermişlerdir.  Yakut  el-Hemevi  "Mucam-el-buldan"  eserinde  yazıyor:  "Azerbaycan  genelde  dağlık 

diyardır,  çoklu  kaleleri,  bol  nimetleri,  sayısız  meyve  ağaçları  vardır".  Azerbaycan'ın  savunma 

istihkamlarının kompleksine birbirinden belli mesafede yapılmış kule ve burçlar de dahildi. Böyle kule 

ve bürclerde bozuklukları ve baskınlar sırasında feodalın ailesi korunmaktadır, onlarda askeri bölümler 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1637

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kaydedilir  ve  şehri  saldırılardan  haberdar  etmek  için  geceleri  ışık  yakılıyor,  gündüzleri  ise  duman 

kaldırılıyordu. 

Muğan bölgesinde de bir sira İlk Orta ve Ortaçağa ait savunma surlarının olan kaleler mevcuttur. 

Dış  Ağdam,  Şehriyar,  Ultan  kaleleri  belelerindendir.  Şunlar  geçmiş  Bilesuvar  yerleşim  birimi 

topraklarında  Şehriyar  kalesinin  mimari  yapılarından,  ayrıca  Şehriyar  köyünde  Ortaçağa  ait  Ağdam 

kalesi, yine aynı bölgede İlk Ortaçağa ait Dış Ağdam şeherciyi ve İçeri Ağdam yerleşim bölgelerinde 

bulunan  arkeolojik  anıtlardan  oluşur.  Arkeolojik  araştırmalar  sırasında  bu  bölgelerden  seramik  kap 

örnekleri,  aynı  zamanda  kale  burçları  keşfedildi.  Bu  örnekler  daha  çok  Gebele  keramikası  ile 

benzetme oluşturur. 

Kazılar sırasında elde edilen arkeolojik malzemeler esasen seramik tabak kırıklarından oluşur ve 

onlar  daha  çok  Ortaçağ  Beyleqan  kentinden  bulunan  seramik  malzemesi  ile  benzerlik  teşkil 

etmektedir.  Şu  tür  mimari  anıtlar  İmişli  bölgesi  arazisinde  de  mevcuttur  ve  bu  özellikleri  İmişli 

bölgesindeki kaleler için de özeldir, hatta eyniyyet de oluşturuyor. 

Öncelikle  bölgenin  yerleştiği  arazi  ve  doğal-coğrafi  konumu  hakkında  bilgi  verelim.  İmişli 

yerleşim  birimi  hakkında  ilk  bilgiye  XIX  yüzyılın  ortalarında  rastlanmaktadır.  Öyle  ki,  1860 

siyahıyaalınmasında  İmişlinin  yerleşim  birimi  olması  belirlenmiştir.  İmişli  bölgesi  adlandırdığımız 

toprak  1930'da  Qaradonlu  bölgesi  adlanmış,  1938  yılında  ise  merkez  İmişli  köyüne  taşındı.  Aynı 

yıldan İmişli merkez olarak bölge statüsü almıştır. İmişli bölgesi güneybatısında İran, doğuda Saatlı 

bölgesi,  kuzeyde  Ağcabedi  bölgesi,  batıda  Beyleqan  bölgesi,  güneyde  ise  Bilesuvar  bölgesi  ile 

sınırlanmıştır.  Alanı  1821  km

2

,  nüfusu  120  bin  kişidir.  İmişli  rayonu  Kür-Araz  ovalığında,  Mil 



düzlüğünün  doğu,  Muğan  düzlüğünün  batı  kısmındadır.  İmişli  tarihi-arkeolojik  açıdan  zengin  bir 

bölgedir, burada Aras nehrinin sağ sahil anıtları olan Muxurtepe (Nurulu köyü), Karatepe, Koşatepe 

(Becirevan köyü), Qızıltepe, Yeddikurqan (Qızılkend), "Güvercin çalası" yerleşim yeri (Ölceler köyü) 

ve Aras nehrinin sol sahil anıtları olan Deyirman yeri (Behramtepe kasabası), Kalaça (Sarıhanlı köyü), 

Boşçalılar yerleşim yeri (Boşçalılar köyü) gibi arkeolojik anıtlar mevcuttur. "İmişli" sözü İmişli-İmili 

ve  İmirlü  etnonimlərindən  oluşmuştur.  İmili  ve  İmirlilər  Oğuz  Türklerinin  Avşar  boyundan 

olmuşlardır.  "İmili"  adı  aşiret  adı  olmuş,  onlar  esasen  Anadolu  ve  Azerbaycan  topraklarında 

yaşamışlardır.  Anadolu'da  İmili  adında  kabile  ve  yer  isimleri  şimdi  de  kalmaktadır.  Oğuz  Han'ın 

torunu, Dağ Han'ın ikinci oğlunun adı da "İmil-İmir" olmuştur. Şu söz eski Türk sözü olmuş, anlamı 

zenginlerin zengini demektir. 

Karadonlu  ve  Sarıhanlı  köylerinin  adları  da  Türk  kökenlidir,  şöyle  ki,  Karadonlu  hun 

aşiretlerinden  biri  olan  Karadon  aşiretinin  adından  alınmış,  Sarıhan  ise  hun  imparatoru  Atilla'nın 

yeğeni  olmuştur.  Şu  toponime  Anadolu  topraklarında  da  rastlanmaktadır.  Sarıhanlı  toponimine 

İmişlide, Celilabadda (Sarıhanlı), Sabirabadda (Sarıhanbeyli), Batı Azerbaycan'da, Erdebil'de yerleşim 

yeri  olarak  rastlanır.  Sarıhan  XIII-XIV  yüzyıllarda  Anadolu'nun  batısında  oluşmuş  devlet  olmuş  ve 

Hıristiyanlara  karşı  savaşmıştır.  Fakat  Osmanlı  hükümdarı  I.  Bayezid'in  döneminde  Sarıhan  beyliği 

iptal edilerek idari birime dönüştürülmüştür. 

Halkların  büyük  göçü  sırasında  (IV-VII  yüzyıllar)  Hunlar  Orta  Asya'dan  Avrupa'ya  hareket 

ederken bu aşiretlerin bir kısmı İmişli arazisinde yerleşmiş, nüfusun teşekkülü ve şekillendirme esaslı 

rol oynamıştır. Sarıhanlı kendinde Kalaça adlı kale yerinin olması bu köyün eski tarihe sahip olduğunu 

göstermektedir. 

İmişli  bölgesindeki  yerleşim  yerlerinde  yapılan  arkeolojik  araştırma  çalışmalarının  sonuçları 

göstermiştir  ki,  oradaki  İlk  Ortaçağ  dönemine  ait  duvar  kalıntıları  esasen,  çiğ  kerpiçle  kullanılarak 

örülmüş, Ortaçağa ait abidelerde ise pişmiş kerpiçle örülerek etrafı ise kale hendeği ile çevrilidir.  

İmişli arazisinde X-XIV yüzyıllara ait savunma istehkamlarından biri Aras nehrinin sol kıyısında, 

Sarıhanlı  köyü  topraklarındaki  Kaleçe  istehkamıdır.  Kalenin  alanı  2,5  ha  kadardır  ve  dörtgen 

şeklindedir. 2010 ve 2011 yıllarında bölgede arkeolojik çalışmaları yapılmış ve belli bilimsel sonuçlar 

elde edilmiştir. Kaleçe savunma istehkamında yürütülen kazı çalışmaları sırasında tespit edilmiştir ki, 

surlar 25x10x5 cm ölçüde olan pişmiş kerpiçle örülmüştür.

 

Şu formda kerpiç örnekleri Beyleqan ve 



Gebele bölgesinde de keşfedildi.

 

Şu kalenin yüksekliği 1970-80 yıllarında 8-10 m arasında olmuştur. 



Aşınma  ve  çökme  sonucu  kalenin  duvarının  yüksekliği  4-5  m  arasındadır.  Arkeolojik  kazı 

çalışmalarının  kısa  olmasına  göre  burada  surların  genel  alanını  hesaplamak  mümkün  olmadı.  Fakat 

onu diyebiliriz ki, surlar kerpiçlerinin boyutu ve inşa tekniği X-XII yüzyıllar döneminin yapıları için 

özeldir.


 

Bulunmuş olan basit sırlı seramik kaplar, fayans ve seladon kap kırıkları, ayrıca cam, metal 

eşyalar ve paralar esas itibariyle kalenin çiçeklenme dönemine - XII-XIII yüzyılın başlarına aittir. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin