Key words: Exercise system, selective attention, cognitive exercises, manipulation, interpretation,
synonyms of words, speech exercises.
Leksikanın mənimsənilməsi üzrə çalışmalar sistemi tərtib edilən zaman sözlərin dolayı və birbaşa yolla
öyrənilməsi diqqət yetiriləsi məsələlərdən biridir. Dolayı yolla lüğət öyrənmə sözün qarşıya heç bir şüurlu
məqsəd qoyulmadan öyrənilməsidir; birbaşa yolla lüğətin öyrənilməsi isə məqsədli şəkildə verilən
informasiyanın yaddaşda saxlanılması prosesidir.Nəticə etibarı ilə, lüğətin öyrənilməsi üzrə təşkil edilən
çalışmalarda həm dolayı, həm də birbaşa yolla öyrənməni birləşdirmək lazımdır. Buna əlavə olaraq, bir sözün
yadda saxlanılması üçün, həmin söz fəaliyyət və tapşırıqlarda tələbənin 5-16 dəfə qarşısına çıxmalıdır. Bu
səbəbdən, müxtəlif leksik vahidlərin fərqli çalışmalar və fəaliyyət növlərində təkrarlanması tələbələrin lüğət
bazasını böyük dərəcədə zənginləşdirə bilər.Nitqin leksik aspektinin təkmilləşdirilməsinin effektivliyi
çalışmalar sisteminin düzgün seçilməsindən asılıdır. Yuxarı kurslarda nitqin leksik aspektinin aşılanmasına
dair təklif edilən çalışmalar sistemi haqqında bir çox alimlərin fikirləri olmuşdur. Komkov qeyd edir ki, əsas
çalışma növləri nitq kommunikasiyası mexanizmlərinə kömək edir, özündə nitq və nitqin başa düşülməsini
ehtiva edir [5,331]. Raxmanov çalışmaların vacibliyini həm dil materiallarının mənimsənilməsi, həm də nitq
bacarıqlarının inkişafı məzmununda vurğulayır [6. 235]. Dunmorun apardığı tədqiqatda da lüğətin öyrənilməsi
zamanı çalışmalar sisteminin vacibliyi və naməlum sözlərin başa düşülməsində məzmunun əhəmiyyəti qeyd
edilir.
Paribəkt və Veşe lüğət üzrə çalışmalar sisteminin iyerarxiyasını yaratmışdı:
1. Selektiv diqqət. Bu növ çalışmalar, tələbələrin diqqətini xüsusi növ leksik vahidə yönəldir. Məsələn,
mətndən əvvəl sözlərin siyahısını təqdim edilir, tələbələrə sözlər oxudulur və onların diqqəti bu sözlərin mətnin
hansı hissəsində olduğuna yönəldilir.
2. Tanınma çalışmaları. Bu növ çalışmalarda tələbələr sözlərin formasını və mənasını assosiasiya
edirlər. Məsələn, mətndəki və ya cümlələrdəki boşluqları doldurur, sözlərin düzgün mənalarını tapırlar.