Keywords : generalizing repeated lessons, traditional training, new training structure, requirements
for a modern lesson, a new system of generalizing lessons, expected results, final results, training goals,
training results, research topics.
Giriş. Ümumiləşdirici dərslər didaktikanın ən aktual mövzularındandır. Ənənəvi təlimdə olduğu kimi,
müasir təlimdə də belə dərslərdən istifadə olunur. Onun yeni sistemini yaratmaq üçün apardığımız təhlillər
bizə bir çox məsələni dəqiqləşdirməyə kömək etdi. Bu da ənənəvi təlimdən fərqli olaraq, müasir təlimdə
ümumiləşdirici təkrar dərslərin də çalışmalarının 4 məzmun xəttinə uyğun qurulması oldu. Lakin dərsliklərdə
və metodik vəsaitlərdə ümumiləşdirici təkrar dərslər üzrə çalışmaların icra şərtləri yenə də dil qaydalarını əhatə
edir. Digər məzmun xətlərinə dair reallaşdırılan standartların nəticələri nəzərə alınmır. Biz hesab edirik ki,
ümumiləşdirici təkrarı təkcə dil qaydaları ilə məhdudlaşdırmaq olmaz. Hesab edirik ki, şagirdlərə rüb ərzində
keçirilən mövzulara dair təqdimatlar hazırlamaq tapşırıqları da bu sistemə daxil edilməlidir. Biz burada
ümumiləşdirmələri həm fəlsəfi və həm də pedaqoji anlamda nəzərə almış oluruq.
Əsas hissə: Dərslər cürbəcür olur: induktiv dərslər, deduktiv dərslər və induktiv- deduktiv dərslər.
Bunlar Qərbdən əxz olunan metodoloji təsnifatdır. Rus və rus dili vasitəsi ilə tanış olduğumuz pedaqoji
didaktiukada drslərin tipləri belə qeyd olunardı: yeni bilik verən dərslər, möhkəmləndirmə dərsləri, ev tapşırıq
dərsləri, qarışıq tipli dərslər, habelə jurnal dərsləri və ümumiləşdirici təkrar dərsləri...
Ənənəvi pedaqoji nəzəriyyələrdə imla, ifadə və inşa dərsləri ayrıca qeyd olunardı. Belə dərslərin də
təsnifatları fərqli idi. Məsələn, rabitəli nitqin inkişaf etdirilməsi dərsləri, yoxlama dərsləri, hətta imlalar da,
növlərinə uyğun olaraq köçürmə imla dərsləri, izahlı imla dərsləri, sərbəst imla dərsləri və s.i.a.
İmlalar əgər qrammatik tapşırıqlı olardısa, onlar da qrammatik tapşırıqlı imla dərsləri adlanardı və
yaxud da linqvistik tapşırıqli imla dərsləri adlana bilərdi.
Ənənəvi təlimdə proqram materiallarının planlaşdırılması, yəni bölgüsü hazırlanar və orada metodik
göstərişlər verilərdi. Belə vəsaitləri əsl metodoloqlar hazırlaya bilərdilər. Orada proqram materialı, imla, inşa
və ifadələr üzrə bütün dərslər saatlara görə verilərdi. Eyni zamanda hər rübün axırında ümumiləşdirici dərslərin
də məzmunu və metodları verilərdi. Keçmiş dildə ona “Keçilənlərin təkrarı, ümumiləşdirilməsi və sistemə