Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə151/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   147   148   149   150   151   152   153   154   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---113--- 
İdmanda mükəmməllik bir hərəkət deyil, bir vərdişdir. Eyni şəkildə, taktiki bacarıqların inkişafı üçün 
heç bir qısa yol yoxdur. Əksinə, idmançılar bu bacarıqları təkrar-təkrar taktiki vəziyyətlərlə qarşılaşaraq və 
onlara uğur əldə etmək üçün ən yaxşı fürsət verən şeyləri etməklə inkişaf etdirirlər. İdmançılar həm texniki, 
həm də taktiki bacarıqlara malik olduqda hər dəfə yarışdıqları zaman onların uğur şansları artır. Qeyd 
etməliyik ki, burada əsas diqqət oyunu qazanmaq, yarışda birinci olmaq və ya rəqibi məğlub etmək deyil, 
effektiv icradır. Taktiki qərarlara gəldikdə, idmançıların nəzarət edə biləcəyi yeganə şey istənilən vaxt 
etdikləri seçimlərdir. Bununla belə, əgər onların qərarları idman qaydalarını dəqiq başa düşmək, komanda 
strategiyası haqqında biliklər, öz rolları və imkanları, eləcə də rəqiblərinin imkanları barədə məlumatlılığa və 
müxtəlif dəyişən amillərin qiymətləndirilməsinə əsaslanırsa, onlar düzgün qərarlar qəbul etmək ehtimalı daha 
yüksəkdir. [Craig, 2007: s.100-105] 
İdmançının taktiki hazırlığı onun seçdiyi idman növlərindən asılıdır. İdman növlərinin səciyyəvi və 
yarış xüsusiyyətlərindən asılı olaraq taktika fərdi, qruppalı və komandalı ola bilər. Hər birinin məzmunu 
haqqında qeydlər edək. 
Fərdi taktikaya öz fərdi tapşırıqları olan və digər komanda üzvləri ilə əlaqəsi olmayan taktiki fəaliyyət 
aid edilir. Taktikanın bu növü təkmübarizlik idman növləri, atletika, gimnastika, üzgüçülük və digər növlərində 
tətbiq edilir.
Qruppalı taktikaya rəqabət fəaliyyətinin reallaşdırılması zamanı ümumi tapşırıqları olan və eyni 
funksiyaları və eyni işi yerinə yetirən bir qrup idmançı tərəfindən icra edilən taktiki fəaliyyət aiddir. Bu 
kateqoriyaya isə bədii gimnastikada qrup hərəkətləri, ekipajlarda avarçəkmə, velosipeddə komanda yarışı, 
sinxron üzgüçülük, atletikada estafet qaçışlar nümunə ola bilər. 
Komandalı taktikaya ümumi vəzifələri olan, lakin rəqabət fəaliyyətində fərqli funksiyaları yerinə yetirən 
idmançılar komandası – qapıçı, müdafiə xətti, orta xətt və hücum daxildir.
Taktikanın 2 növü var: ümumi və xüsusi. 
Ümumi taktikaya seçilmiş idman növünün yarışlarında uğur qazanmaq üçün zəruri olan bilik və taktiki 
bacarıqlara yiyələnmək daxildir. 
Xüsusi taktikada isə konkret yarışlarda və konkret rəqibə qarşı uğurlu çıxış etmək üçün zəruri olan bilik 
və taktiki fəaliyyətə yiyələnmək nəzərdə tutulur. [Məcidov, 2022: s.83-90] 
Taktiki vasitələrə fəallıq, məhdudlaşdırma, təkrar hücum, ikiqat aldatma, çağırış, əks çağırış daxildir.
Fəallıq taktiki vasitəsi ilə idmançə rəqibi müdafiə olunmağa məcbur edir. Bu zaman idmançı rəqibinin
üzərinə yarım qüvvə ilə aldadıcı xarakter daşıyan hücumlar, fəal hərəkətlər edir. Özünü rəqibdən daha 
hazırlıqlı göstərir. Rəqib bu həmlələri dəf etməyə çalışarkən hücum haqqında düşünmür və beləliklə fikri 
ancaq öz hərəkətlərinə qarışır. Bu taktiki vasitədən istifadə edərək üstünlüyü qorumaq və qələbə qazanmaq 
mümkündür. 
Məhdudlaşdırma taktiki vasitəsi ilə rəqib müdafiə olunmağa məcbur edilir və onun fəal hərəkətlərinin 
qarşısı alınır. Bu taktika sürətli və cəld rəqiblərə tətbiq edilir.
Təkrar hücum taktiki vasitəsi ilə idmançı rəqibin müdafiəsini zəiflədir. Bunu reallaşdırmaq üçün 
idmançı eyni texniki hərəkəti bir neçə dəfə yarım qüvvə ilə, tam olmayaraq yerinə yetirir. 
İkiqat aldatma taktikası vasitəsindən istifadə etməklə idmançı rəqibinin müdafisəsini zəiflədir.
Çağırış taktikasından isə çox cəld və sürətli idmançı istifadə edə bilər. Bu taktiki vasitədən istifadə 
edən idmançı rəqibini hücuma keçməyə məcbur edir. Bu taktikanı tətbiq edərkən isə özünü rəqibindən yorğun, 
zəif, əzilmiş göstərir. Rəqibin hücuma keçməsinə şərait yaradır. Belə imkanları görən rəqib hücuma keçərək 
əvvəlcədən hazırlanmış əks-fəndin qurbanı olur.
Əks çağırış taktiki vasitəsindən istifadə etməklə idmançı rəqibinin müdafiəsini zəiflətməyə müvəffəq 
olmağa çalışır. Yarış zamanı elə peşəkar idmançılar olur ki, onların müdafiəsini yarmaq mümkün olmur. Bu 
zaman bir anlığa hücum dayandırılır. Hücum olmayan yerde müdafiə olmur. Bu andan istifadə edib qəflətən 
hücuma keçib məqsədə nail olmaq mümkündür. [Məcidov, 2022: s.84-85] 
Taktiki hərəkətlərə nümunə olaraq aşağıda qeyd edilənləri də göstərmək olar.
1. Əsl niyyəti gizlətmək 
2. Sərbəst manevr etmək və rahat mövqeni götürə bilmək bacarığı 
3. Rəqibin hücumuna sürətli cavab
Optimal uğur əldə etməyə yönəlmiş taktiki hərəkətlər taktiki biliklərə, bacarıqlara, taktiki bacarıqlara, 
fiziki keyfiyyətlərə, iradə gücünə və digər komponentlərə uyğun qurulmalıdır. 
[
Shavkatovich, 2020: s.108- 
111] 
Taktikalar idman və ya fəaliyyətdən asılı olaraq dəyişir, Ümumi oxşar cəhətlərin olmasına baxmayaraq 
yerləşdirmə, məkandan istifadə, hərəkət və ya şərt seçimi nəzərə alaraq tələblər dəyişir. İxtiyarı bir idman 
növünü, basketbolu götürək və bu idman növündə nəzərə alınacaq taktiki məsələləri analiz edək. 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin