The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---194---
PVsyst PROQRAMI VASİTƏSİLƏ ZƏNGİLAN ŞƏHƏRİNDƏ GÜNƏŞ EELEKTRİK STANSİYASININ PERFORMANS ANALİZİ Babayeva Sevinc Şulan qızı Texnika elmləri namizədi, dosent
Orcid id: 0000-0002-9334-5483
Sövzəliyev Şamil Nazir oğlu Magistrant
Orcid id: 0009-0002-8126-8406
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Abstract : The world’s countries use source of renewable energy which is considered “Green” energy
for combating climate change and protecting the environment Azerbaijan is one of the countries with a wide
potential for renewable energy sources. Application of residential alternative energy sources to be built in
potential zones of sunny, windy days and other factors in de-occupied areas can bring material and
environmental benefits. This article presents some indicators and results through the investigation of those
technologies and the PVsyst software provision.
Keywords: Alternative energy sources, Karabakh, PV syst, PV system
Giriş Enerji sektorunda alternativ enerji mənbələri nisbətən aşağı qiymətə görə əsas enerji mənbəyi
seçilmişdir. Bununla yanaşı, enerji tələbatımızın gələcəkdə artacağı proqnozlaşdırılır və biz artıq məhdud və
çirkləndirici enerji mənbələrinə etibar edə bilmərik. Son onillikdə biz həm yerli, həm də qlobal səviyyədə
alternativ enerji potensialımızın genişləndirilməsi istiqamətində müsbət dəyişiklik gördük [1].
Günəş panelləri, külək turbinləri və su elektrik stansiyaları gələcək enerji ehtiyaclarımızı təmin edə
biləcək alternativ enerji texnologiyalarından bəziləridir. Təbii qaz və neftdən asılı olmağımız ətraf mühitə
zərərin ən böyük səbəbidir və təkcə enerji sektorunda atmosferdəki karbon qazının 1,8% artmasına səbəb olur.
Beləliklə, alternativ enerji mənbələri planetimizdə iqlim dəyişikliyinin gələcək təsirlərinin qarşısını almaq
üçün əsas diqqət mərkəzində qalacaq [2].
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına əsasən, Azərbaycanda alternativ enerji
mənbələrinin quraşdırılmış gücü 1291 meqavat təşkil edib ki, bu da ümumilikdə gücün 17 faizini tutur. Yaşıl
enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumi istehsalın 7,3 faizidir.
Qarabağın ərazisi alternativ enerji resursları ilə zəngindir. Kəlbəcər rayonunda termal su ehtiyatı 3093
m3/gün, Şuşada isə 412 m3/gün-dür. Müvafiq ərazilərdə tam olaraq təhlükəsizlik tədbirləri görüldükdən sonra
istilik mənbələrindən enerji məqsədləri üçün istifadə imkanları öyrəniləcək [3].
Qarabağın dağlıq rayonlarında geniş ərazilər var ki, orada küləyin orta illik sürəti təxminən 100 metr
hündürlükdə 7-8 m/s qiymətləndirilir. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd hissələrində
küləyin orta illik sürəti 11 m/s-ə çatır. Ümumilikdə Qarabağın dağlıq hissələrində külək enerjisinin potensialı
300-500 meqavat hesab edilir [4].
İşğaldan azad olmuş ərazilərdə günəş enerjisi layihələrinin tətbiqi üçün əlverişli potensial şərait
mövcuddur. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düz hissəsi - Füzuli,
Cəbrayıl, Zəngilan rayonları yalnız Naxçıvan MR-in ərazisindən geridədir. Burada üfüqi səthin kvadratmetrinə
düşən günəş radiasiyası ildə 1600-1700 kVt/saat təşkil edir. Bu ərazilərdə günəş enerjisinin ümumi potensialı
3000-4000 meqavatdır.
Ümumilikdə qeyd edə bilərik ki, işğaldan azad olunmuş ərazilərimizin alternativ enerji potensialından
istifadə etmək bölgədə elektrik enerjisinə olan tələbatın bir hissəsini ödəmək üçün və təbii olaraq bu sahəyə
xarici investisiyaların cəlbinə labüddür. Belə ki, hələ müharibədən əvvəl Azərbaycan alternativ enerjiyə
investisiyalar cəlb etməyə nail olmuşdur [5].