Amerika prezidentləri
O, bu sərvətlərin hesabına özünə cah-cəlallı həyatı təmin
etməklə yanaşı, ölkənin siyasi arenasında mövqeyini daha
da möhkəmlədir.
Çox keçmir ki, Artur vəzifəsindən uzaqlaşdırılır. Dövlət
xidməti sahəsindəki total rüşvətxorluq islahatlar keçiril-
məsini, mühüm vəzifələrə daha bacarıqlıların təyin olun-
masını zəruri edirdi. Nyu-York gömrüyü ölkəni bürüyən
korrupsiyaya biabırçı nümunə idi. Prezident Heys 1878-ci
ildə Artur və gömrükdə çalışan digər məsul işçiləri tutduq-
ları vəzifədən azad edir. Lakin növbəti prezident seçkiləri
göstərir ki, gömrük biabırçılığı Arturun siyasi imicinə o
qədər də xələl gətirməyib. 1880-ci ildə keçirilən seçkilərdə
respublikaçı Qarfi ld prezidentliyə o isə vitse-prezidentliyə
namizəd göstərilir. Qarfi ldin seçkilərdə qələbə qazanması
ilə Artur yenidən federal hökumətə daxil olur. Qarfi ld sui-
qəsd nəticəsində aldığı yaralardan vəfat etdiyi günün səhəri
o, prezident səlahiyyətlərinin icrasına başlayır.
Qarfi ldin öldürülməsi ona olduqca pis təsir etmiş-
di. Bəlkə bu səbəbdən onda ciddi dəyişikliklər baş verir.
Gözlənildiyinin əksinə olaraq, Artur, çox da təmiz olma-
yan keçmişindən üz çevirərək, himayədarlıq siyasətindən
əl çəkir. Yeni qurulan kabinetdə vəzifə bölgüsü apararkən,
üstünlüyü kadrların partiyadakı nüfuzuna deyil, onların ba-
carıq və qabiliyyətinə verir. Yeni korrupsiya mənbələrinin
yaranmasına rəvac verəcək dövlət vəzifələrinin təsis edil-
məsini özündə ehtiva edən federal qanunlara veto qoyması
bəzi partiya bosslarının ondan narazı qalmasına səbəb olur.
Federal administrasiyada aşkarlanan digər korrupsiya hal-
ları, Arturu 1883-cü ildə dövlət xidmətinin yenidən təşkili
haqqında qərar layihəsini dəstəkləməyə vadar edir. Bu qərar
layihəsinə əsasən dövləti vəzifələrə təyinatlar himayədarlıq
prinsipinə deyil, layihədə əksini tapmış prosedura uyğun
aparılmalı idi.
127
Amerika prezidentləri
İslahat tərəfdarı olmasına baxmayaraq Arturun pre-
zidentlik fəaliyyəti bir o qədər də məhsuldar olmamışdır.
O, gün ərzində iki saat olmaqla həftədə beş dəfə administ-
rativ işlərlə məşğul olur. Digər tərəfdən Artur bəzi əski
vərdişlərindən əl çəkməmiş, təmtəraqlı həyat tərzini da-
vam etdirmişdir. Belə ki, Ağ Evdə tez-tez ziyafətlər verir,
qəbullar təşkil edirdi.
Bütün bunlarla yanaşı prezidentin şəxsi həyatı da uğur-
lu olmamışdır. O, 1880-ci ildə həyat yoldaşını itirir. Bir
oğlu hələ körpə ikən tələf olur, Prinston Universitetinin
tələbəsi olan digər oğlu isə avara və perspektivsiz həyat
keçirir. Artur bütün mehrini on yaşlı qızına salır. Həddən
artıq həssas olan Artur özünü çox vaxt tənha və məğlub hiss
edirdi. Əhvalının dəyişkənliyi, onun prezidentliyinin başlı-
ca sirri olan ağır xəstəliyi ilə bilavasitə əlaqədardı. Yalnız
ölümündən səkkiz il sonra onun, o vaxtlar müalicəsi qey-
ri-mümkün olan nefritdən (böyrək xəstəliyi) əzab çəkdiyi
ictimaiyyətə məlum olmuşdur.
Artur ikinci müddətə prezident seçilmək iddiasından
rəsmən imtina etməsə də, onun həqiqətən belə bir arzusu
yox idi. 1884-cü il seçkilərində respublikaçılar qoca xarici
işlər naziri Ceyms Bleyni namizəd göstərsələr də o, demok-
rat Klivlendə məğlub oldu. Artur ictimaiyyət arasında so-
nuncu dəfə, 21 fevral 1885-ci ildə Vaşinqtonun abidəsinin
açılışında görünür. Nyu-Yorka qayıtdıqdan sonra siyasi
fəaliyyət göstərmir. Ömrünün son günlərində əlyazmalarını
yandırır.
Çester Artur 18 yanvar 1886-cı ildə, 56 yaşında əzab
çəkdiyi ağır xəstəlikdən vəfat etmişdir.
128
Amerika prezidentləri
QROVER KLİVLEND
(GROVER CLEVELAND)
(1885-1889) və (1893-1897)
Hazırda Ağ Evin sahibi Barak Obama sıra nömrəsi ilə
44-cü prezident hesab edilir. Əslində isə o, ABŞ prezident
129
Amerika prezidentləri
olmuş 43-cü şəxsdir. Birləşmiş Ştatların 22-ci prezidenti ol-
muş Qrover Klivlend ikinci müddətə seçilməsə də, növbəti
seçkilərdə yenidən namizədliyini irəli sürərək qələbə qa-
zanır. Belə ki, Q.Klivlend 22-ci və 24-cü prezident sayılır.
Onun prezidentliyi bir də onunla əlamətdardır ki, son 28
ildə Ağ Evin sahibi respublikaçı deyil demokrat idi.
Qrover Klivlend 18 mart 1837-ci ildə Nyu-Cersi şta-
tının Kolduell şəhərində anadan olub. Ulu babası Mouzes
Klivlend 1635-ci ildə İngiltərəni tərk edərək, Massaçusets
ərazisində məskunlaşmışdı. Gələcək prezidentin atası var-
lı olmasa da mükəmməl dini təhsil almışdı. Balaca Qro-
ver ilk təhsilini Klinton (Nyu-York şt.) şəhərindəki xüsu-
si məktəbdə alır. 15 yaşlı Qrover atasını itirdikdən sonra
təhsilini davam etdirməklə yanaşı günəmuzd işləməyə
məcbur olur. Əvvəlcə dükanda satıcı kimi, sonra isə Nyu-
York korlar cəmiyyətində çalışır. 1855-ci ildə Buffaloda-
kı vəkillər kontorunda şagird olur. 22 yaşı olarkən vəkillik
praktikasına başlayaraq, tezliklə hörmətli və qazanclı vəkil
kimi tanınır.
XIX əsrin ikinci yarısında ABŞ prezidenti olan şəxslərin
əksəriyyəti vətəndaş müharibəsində iştiraki ilə karyera qu-
rub. Lakin, Klivlend maraqlı istisna təşkil edir. O, nəinki
müharibədə iştirak etməmiş, hətta əvəzinə hərbi xidmətə
yollanan şəxsə 150 dollar ödəməklə ordudan yayınmışdır.
Təcrübəli vəkil olaraq cəmiyyətdə qazandığı nüfuz
onun siyasi karyera etməsi üçün zəmin yaratdı. Demokrat
partiyasına üzv yazılan Klivlend 1862-ci ildə partiya qurul-
tayının iştirakçısı olur. Onun antikorrupsiya xarakterli çı-
xışları siyasi dairələrdə rəğbətlə qarşılanır. «Dövləti vəzifə
– dövləti cavabdehlikdir» şüarı onun gələcək siyasi karye-
rasının leytmotivinə çevrilir.
Klivlendin yüksək qazanclı vəkillik praktikasından
müvəqqəti uzaqlaşaraq müxtəlif inzibati vəzifələrdə ça-
lışması onun siyasi ambisiyalarından xəbər verirdi. Lakin
130
Amerika prezidentləri
1868-ci ildə Buffalo dairə rəhbərliyinə seçkilərdə uğursuz-
luğu onu yenidən vəkillik fəaliyyətinə qayıtmağa məcbur
etdi. İki şəriki ilə birgə açdığı vəkillər kontoru varlı kom-
mersant və iş adamları ilə yanaşı «Standart oyl», «Mer-
çants ənd Treyders», «Lixay-Velli reylroud» kimi nəhəng
korporasiyaların hüquqlarını qoruyurdu. «Nyu-York sent-
ral» dəmiryol şirkətinin əlverişli və yüksək məvacibli
təklifi ndən imtina edən Klivlend 1870-ci ildə Eri qrafl ığı-
nın polis rəisi vəzifəsini tutur. Bu vəzifə az gəlirli olmasına
baxmayaraq ona böyük siyasi kapital gətirir. On il sonra isə
Buffalo şəhərinin meri seçilir.
Dövlət idarəetmə orqanlarında korrupsiya və rüşvət-
xorluq hallarının barışmaz tənqidçisi, islahatlar tərəfdarı
olması onun 1882-ci il Nyu-York qubernatoru seçkilərində
demokratların namizədi olmasına şərait yaratdı. Quberna-
tor vəzifəsinə seçilən Klivlendin prinsiplərinə sadiq qalma-
sı, ona ümummilli etimad qazandırdı. Nyu-Yorkla yanaşı
digər regional partiya qurumları ilə isti münasibətləri isə
1884-cü il prezident seçkilərinə namizədliyini təmin etdi.
Seçkiönü kampaniya Klivlend üçün olduqca çətin keçir.
Bu ABŞ tarixinə ən qalmaqallı və çirkin mübarizə üsulları
ilə yadda qalan seçki kimi düşüb. Belə ki, əks düşərgələr
bir-birlərinin seçki proqramlarını tənqid etməklə yanaşı,
ictimaiyyətə namizədlərin xarakterik xüsusiyyətləri, şəxsi
həyatları haqqinda çeşidli kompromatlar da ötürürdülər.
Rəqibləri respublikaçı namizəd Ceyms Bleyni korrupsiyaçı
partiya funksioneri kimi tənqid atəşinə tuturdularsa, respubli-
kaçilar Klivlendi daha ağır ittihamlarla məişət pozğunluğun-
da, əxlaqsızlıqda suçlayırdılar. Şübhəsiz ki, 47 yaşlı subay
Klivlend haqqında səsləndirilən ittihamların heç də hamısı
əsassız deyildi. Lakin Klivlend bəzi «cavanlıq səhvlərini»
səmimi etiraf etməklə reputasiyasını qoruya bildi.
Seçkilərdə rəqibinə çox kiçik, yalnız 0,2% səs çox-
luğu ilə qalib gəlsə də, Klivlend seçimçilər kollegiyasın-
131
Amerika prezidentləri
da daha yaxşı nəticə göstərdi. Onun qələbəsi, Vətəndaş
müharibəsindən sonra ilk demokratın Ağ Evə sahib olması,
Demokrat Cənubu ilə Respublikaçı Şimalın barışıq simvolu
təsiri bağışlayırdı.
Onun birinci prezidentliyinin əsas fəaliyyət istiqaməti
valyuta siyasəti, rüsum islahatları, hökumət və dövlət
xidmətinin təkmilləşdirilməsinə yönəlmiş islahatlar oldu.
Sələfi Arturdan fərqli olaraq inzibati işlərə daha çox vaxt
sərf edən Klivlend səhərdən axşamadək çalışırdı. Dəbdəbəli
ziyafətləri, təmtəraqlı qəbulları xoşlamayan prezident Ağ
Evə işgüzar mühit gətirmişdi. Bu, prezidentliyinin ikin-
ci ilində gözlənilmədən aristokrat nəslindən olan Franses
Folsla ailə qurduqdan sonra da dəyişmədi.
Prinsiplərinə sadiq qalan Klivlend himayədarlıq sis-
teminə qarşı çıxır, gəlirli (təəssüf ki, bəzi dövləti vəzi fələr
hələ də gəlir mənbəyi hesab edilirdi) vəzifələrin bölün-
məsində partiya mənsubluğunu nəzərə almamağa çalışırdı.
Lakin radikal islahatlar keçirilməsindən çəkinirdi.
Klivlend güclü mərkəzləşmiş hakimiyyət tərəfdarı ol-
masa da Konqreslə icraedici hakimiyyət arasındakı bəra-
bərsizliyi minimuma endirməyə cəhd göstərir. Prezident ol-
duğu müddətdə veto hüququndan görünməmiş sayda, 304
dəfə istifadə etmişdir.
Seçkiönü verdiyi vədlərin heç də hamısını həyata keçirə
bilməməsi, himayədarlıq sisteminə qarşı çıxmaqla bəzi par-
tiya bosslarını özündən incik salması 1888-ci il seçkilərində
uğursuzluğunun başlıca səbəbi oldu və o, respublikaçıların
namizədi B.Harrisona uduzdu.
Məğlubiyyətindən sonra maliyyə problemlərinin həlli
ilə məşğul olur. Prezident Harrisonun fəaliyyəti, onda prezi-
dentliyə özünün daha layiqli şəxs olduğu fi krini gücləndirir.
Respublikaçıların təsərrüfatsızlıq və korrupsiya rejimindən
milləti xilas etmək istəyilə, növbəti seçkilərə namizədliyini
irəli sürərək parlaq qələbə qazanır.
132
Amerika prezidentləri
Klivlendin ikinci prezidentliyi gözlənildiyinin əksinə
olaraq uğurlu alınmır, iqtisadi böhranla müşayiət olunur.
Xüsusilə maliyyə sisteminin ifl ic vəziyyətinə düşməsi
təkcə 1893-97-ci illərdə 600 bankın bağlanmasına, 15000
müəssisənin müfl is olmasına səbəb olur. İşsizik 20 % ar-
tır. Kənd təsərrüfatı məhsullarının qiymətdən düşməsi
fermerlərə böyük ziyan vurur.
Bu ərəfədə prezidentin səhhətində problemlər yaranır.
xərçəng xəstəliyindən əzab çəkən Klivlend 1893-cü ildə
ağır cərrahiyyə əməliyyatına məruz qalır. Olduqca gizli
şəraitdə aparılan əməliyyat yalnız 1917-ci ildə ictimaiyyətə
açıqlanıb.
1896-cı il seçkilərində namizəd olmaq istəsə də, de-
mokratlar onun deyil Cenninqs Brayanın namizədliyini
irəli sürürlər. İstefaya çıxdıqdan sonra Prinstona köçür,
burada yerli universitetin rektoru, gələcəkdə prezident ola-
caq Vudro Vilsonla dostluq münasibəti yaradır. İttifaq Sı-
ğorta Şirkətləri Təşkilatının sədri və publisist kimi ictimai
mühitdə fəaliyyət göstərir. Qrover Klivlend 24 iyul 1907-ci
ildə vəfat edir.
133
Amerika prezidentləri
BENCAMİN HARRİSON
(BENJAMIN HARRISON)
(1889-1893)
Bencamin Harrison ABŞ-ın 9-cu prezidenti U.H.Harri-
sonun nəvəsi idi. O, 20 avqust 1833-cü ildə Ohayonun Nord-
Bend yaşayış məntəqəsində dünyaya gəlmişdi. Klivlend
kimi presviterian ruhunda tərbiyə almış, lakin sələfi ndən
134
Amerika prezidentləri
fərqli olaraq prezident olarkən belə dini qaydalara ciddi
əməl etmişdir. Uşaqlıq illəri atasına babasından miras qal-
mış 600 akr torpaq sahəsinə malik fermada keçib. Böyük və
əməksevər fermer ailəsinin həyatı, aristokrat əcdadlarından
fərqli olaraq, heç də təmtəraqlı keçməmişdir. Buna baxma-
yaraq ailə başçısı Con Skottun gərgin işgüzarlığı sayəsində
ailənin on iki uşağının hamısı xüsusi müəllimlər yanında
təhsil alır. Kollecə daxil olmaq məqsədilə Bencamini 14
yaşı olarkən xüsusi məktəbə qoyurlar. Maddi çətinliklər
səbəbindən atasının onu məşhur Yel Universitetində oxut-
maq arzusu həyata keçmir.
Lakin Bencamin «Qərbin Yel Universiteti» hesab
edilən Oksforddakı Mayami Universitetində təhsil alır.
Universitetdə təhsilini bitirdikdən sonra Sinsinattiyə köçə-
rək, atasının dostu Bellami Starerin köməyi ilə, hələ 21 yaşı
tamam olmamış yerli vəkillər kollegiyasına üzv qəbul edi-
lir. Nüfuzlu vəkil Uilyam Uolles ona şərikli vəkillər konto-
ru açmağı təklif edir. Tezliklə böyük hörmət qazanan yeni
kontorun müştəriləri arasında istər iri şirkətlər, istərsə də
sıravi şəxslər yer tutur. Böyük qonorarlar almasına baxma-
yaraq Harrisonun tez-tez pula ehtiyacı olmuş və o, uşaqlıq
dostu Albert Qallatindən borc götürmüşdür. Qeyd edək ki,
Qallatin sonralar İndiana ştatının qubernatoru, Harrisonun
prezidentliyi dövründə isə ABŞ-ın İtaliyada səfi ri olmuşdur.
1861-ci ildə Uollesdən ayrılan Harrison özünün vəkillər
kontorunu açır. Kontor tezliklə İndianapolisin aparıcı kon-
toruna çevrilir.
Dövrün bir çox dövlət xadimləri kimi Vətəndaş Müha-
ribəsi onun da karyerasına önəmli təsir göstərib. 1862-ci
ilin iyul ayında leytenant rütbəsində hərbi xidmətə başlayır
və ona yeni formalaşdırılan alaylardan biri üçün könüllülər
toplamaq tapşırılır. Müharibədə iki illik iştirakı ərzində bir
neçə dəfə ağır döyüşlərdə iştirak edir və briqada generalı
rütbəsinədək yüksəlir.
135
Amerika prezidentləri
Müharibədən sonra vəkillik praktikası ilə məşğul olur
və İndiana Ali Məhkəməsinə üzv seçilir. Onun hərbdə
qazandığı uğurlar, seçkili orqanlarda təmsil olunmasına
əlverişli şərait yaradırdı. Respublikaçılar onu İndiana qu-
bernatoru seçkilərinə namizəd göstərmək istəsələr də, bu
təklifdən imtina edir. Lakin 1881-ci il Konqresə keçirilən
seçkilərdə iştirak etməyə razılıq verir və senata seçilir.
Siyasi fəaliyyətə bir o qədər həvəs göstərməməsi növbəti
seçkilərdə məğlub olması ilə nəticələnir.
Bu uğursuzluğa baxmayaraq, nüfuzlu siyasi xadimlərin,
maliyyəçilərin daxil olduğu yaxın ətrafı onu gələcəkdə pre-
zident görmək istəyirdi. Heç bir siyasi qalmaqalda adı hal-
lanmayan, saf əxlaqa malik Harrison 1888-ci il prezident
seçkilərində respublikaçıların namizədi olur.
İkinci müddətə prezident seçilmək istəyən demokrat
Klivlendlə yanaşı «Spirtli içkilərə qadağa» adlandırılan par-
tiyadan Klinton Fisk və Əmək partiyasını təmsil edən Ek-
son Striter də seçkilərə qatılır. Seçkilərdə mübarizə əsasən
Harrison və Klivlend arasında getmişdir.
Harrison Klivlenddən 0,7 % az səs toplasa da, seçimcilər
kollegiyasında ona qalib gələrək (233:168) prezident olur.
Zəngin siyasi təcrübəyə malik olmayan yeni prezident
bu uğurunu Allahın işi hesab edir. Onun məqsədyönlü
siyasət yeridə bilməməsi ölkənin siyasi-iqtisadi həyatında
önəmli inkişaf üçün stimul yaratmamışdır. Harrison qarşı-
ya çıxan siyasi problemləri həll edə bilmir və özünü yal-
nız ölkənin ali məmuru kimi göstərir. Prezidentliyinin ilk
18 ayı müddətində 1700-ədək məmuru yenisi ilə əvəzləyir.
Təyinatların heç də hamısı uğurlu olmur və narazılıqla qar-
şılanır. 30 yaşlı Nyu-Yorklu Teodor Ruzveltin Federal Ko-
missiyada dövlət qulluğuna götürülməsini məqbul hesab
etmək olar. Gələcəkdə prezident seçilmiş Ruzvelt siyasi-
inzibati karyerasının əsasını məhz bu təyinatla qoymuşdur.
136
Amerika prezidentləri
Prezidentin Konqreslə səmərəli əməkdaşlığı alınmır.
Əlavə təklifl ərlə Konqresə göndərdiyi illik müraciətlərinin
heç biri qəbul edilmir. Qanunverici orqanla qarşıdurma ar-
zulamayan Harrison veto hüququndan istifadə etmir.
Təntənəli mərasimləri xoşlamayan prezident xanımı
Karolin Skott uşaqları və nəvələri ilə Ağ Evdə təm-təraqsız
həyat sürmüşdür.
Harrison administrasiyasının xarici siyasi kursu da ol-
duqca uğursuz olmuşdur. Dövlət katibi Ceyms Bleynin
qənaətbəxş olmayan fəaliyyəti Avropa dövlətləri, həmçinin
Kanada ilə bəzi konfl iktlərin yaranmasına rəvac verir.
1891-ci ilin oktyabr ayında isə Çili ilə münasibətlərdə
ciddi böhran yaranır. ABŞ-ın Çilinin daxili işlərinə qarış-
ması iki matrosun öldürülməsi ilə nəticələnir. Vaşinqton
hökumətinin etirazına və dəyən zərərin ödənilməsi tələbinə
Çili xarici işlər naziri təhqiredici cavab verir. Müharibəyə
səbəb ola biləcək böhran yalnız Çili hökumətinin güzəştə
getməsi ilə aradan qaldırılır. Hadisələr Bleyn və Harriso-
nun xarici siyasi kursunun naqisliyini göstərməklə yanaşı,
ABŞ-ın aparıcı dövlətə çevrildiyini təsdiq edirdi.
Harrisonun himayədarlıq siyasətindən imtina etməsi,
partiyaya rəhbərlik arzusunda olmaması partiyadaxili parça-
lanmaları gücləndirir. Onun 1892-ci il seçkilərinə namizəd
göstərilməsini isə sadəcə respublikaçıların daha layiqli
namizədi olmaması ilə izah etmək olar.
Seçkilərdən iki həftə əvvəl xanımının vərəm xəstə li-
yindən vəfat etməsi Harrisonu tam ruhdan salır və o, seçkiyə
maraq göstərmir. Nəticədə demokrat Klivlendə məğlub olur.
O, sonralar siyasi fəaliyyətini davam etdirmiş, İngiltərə və
Venesuela arasında yaranmış sərhəd münaqişəsini həll edən
arbitraj komissiyasının üzvü olmuşdur.
Harrison 13 mart 1901-ci ildə sətəlcəmdən vəfat etmiş-
dir.
137
Amerika prezidentləri
UİLYAM MAK-KİNLİ
(WILLIAM McKINLEY)
(1897-1901)
Birləşmiş Ştatların XIX əsrdə sonuncu prezidenti olmuş
Uilyam Mak-Kinlinin yeritdiyi daxili siyasi kursun zəif ol-
masına baxmayaraq, apardığı xarici siyasət ABŞ tarixində
yeni səhifə açmışdır. Xüsusilə İspaniyaya qarşı aparılan
müharibə və bir neçə ispan müstəmləkəsinin ilhaq edilməsi
138
Amerika prezidentləri
ölkənin dünyanın böyük hegemon dövlətlərindən birinə
çevrilməsinin əsasını qoymuşdur.
Uilyam Mak-Kinli 29 yanvar 1843-cü ildə Ohayonun
Nayls şəhərində anadan olmuşdur. Şotland əsilli irlandiyalı
olan atası Uilyam Mak-Kinli çuqun istehsalı və satışı ilə
məşğul olurdu. Gələcək prezident ilk təhsilini Polanddakı
xüsusi məktəbdə alır, 1860-cı ildə isə Midvill şəhərindəki
Allegan kollecinə daxil olur. Vətəndaş Müharibəsi başla-
dıqda polkovnik Razerford Heysin başçılıq etdiyi könüllülər
ordusuna yazılır. Müharibənin sonunadək döyüşlərdə işti-
rak edərək mayor rütbəsinədək yüksəlir.
Müharibədən sonra Olbani (Nyu-York ştatı) Hüquq
məktəbində oxuyaraq vəkillik fəaliyyətinə başlayır. Müdafi ə
etdiyi müştərilərinin maddi vəziyyəti ilə maraqlanmaya-
raq öz peşəsinə prinsipial yanaşması onu qısa müddətdə
məşhurlaşdırır. 1871-ci ildə Ohayo bankirlərindən birinin
qızı İda Pakstonla ailə həyatı qurur. Nikah uğurlu olsa da,
tezliklə xanım Mak-Kinli ağır xəstələnir və nəticədə əlil
olur.
Müharibədən on il sonra uğurlu vəkillik fəaliyyəti Mak-
Kinlinin maddi vəziyyətini əhəmiyyətli dərəcədə dəyişir.
Qazandığı pulları daşınmaz əmlaka və Ohayonun sənaye
müəssisələrinə yatıraraq şəxsi kapitalını ikiqat artırır. Çox
keçmir ki, vəkillik praktikasına son qoyaraq siyasətlə
məşğul olmağa qərar verir və respublikaçılar partiyasına
üzv yazılır. Nüfuzlu vəkil, vətəndaş müharibəsinin vetera-
nı, sağlam dünyagörüşünə malik mühafi zəkar biznesmen
Mak-Kinli uğurlu siyasi karyera edəcəyinə ümid bəsləyə
bilərdi. Doğrudan da o, 1876-cı ildə Konqresə seçilir və
qısa müddətli fasiləni nəzərə almasaq 1891-ci ilədək orada
fəaliyyət göstərir. Bu ərəfədə o, perspektivli konqresmen
kimi varlı və böyük hörmət sahibi olan biznesmen M.Hannın
diqqətini özünə cəlb edir. M.Hann Mak-Kinlinin karyera
etməsinə əhəmiyyətli dərəcədə köməklik göstərmişdir.
139
Amerika prezidentləri
1892-ci ildə Ohayonun qubernatoru seçilən Mak-
Kinli, 1895-ci ilə qədər bu vəzifədə çalışır. Qeyd edək ki,
siyasətlə intensiv məşğul olması, dövləti vəzifələrdə yer al-
ması, şəxsi biznesində geriləmə ilə müşayiət olunmuşdur.
Müfl is olduqdan sonra yığılan borclarını bəzi sənayeçilər
öz üzərlərinə götürərək, Mak-Kinlinin onların marağı
çərçivəsində fəaliyyət göstərəcəyinə ümid bəsləyirdilər.
1896-cı il prezident seçkilərində Mak-Kinli respubli-
kaçıların namizədi oldu. Partiya funksionerləri onun istər
sənayeçilər, istərsə də kənd təsərrüfatı işçiləri arasındakı
nüfuzuna güvənirdilər.
Seçkiönü kampaniyanın meneceri kimi çıxış edən
Hann ölkə iqtisadiyyatında söz sahibi olan bir neçə şəxsi
öz ətrafında toplaya bilir. ABŞ-ın məşhur bankirlərindən
olan Morqan və sənayeçi Rokfeller təkcə reklam nəşrlərinə
yarım milyon dollar xərcləmişlər. Mak-Kinli haqqnıda fi lm
çəkilmiş ilk namizəd idi. Nəticədə U.Mak-Kinli 51,1 % səs
toplayaraq demokrat partiyasının namizədi Uilyam Braya-
na qalib gəlir. Seçimçilər kollegiyasında onun üstünlüyü
daha böyük olur: 271:176.
Prezidentliyinin ilk günlərindən ictimaiyyətlə əlaqələrini
düzgün qurması, xüsusilə mətbuata olan münasibəti onu
populyar liderə çevirmişdir. Lakin seçkiönü çıxışlarında
verdiyi vədləri tam şəkildə gerçəkləşdirə bilməmişdir. Ən
əsası, iqtisadi sahədə aparılması zəruri olan islahatları tam
həyata keçirməmiş, inhisarçılığa qarşı loyal mövqe tutmuş-
dur. Buna səbəb onun hələ prezident seçilməmişdən əvvəl
ölkənin iqtisadi bossları ilə sıx əlaqələrinin olmasıdır.
90-cı illərdə Avropa dövlətlərinin Asiya və Afrika-
da müstəmləkəçilik siyasətinin güclənməsi ABŞ-ın xarici
siyasi kursunda əsaslı dəyişikliklər edilməsini gündəmə
gətirdi. Bu yöndə atılan ilk addım Konqresin hərbi-dəniz
nəzəriyyəçisi Alfred Mehemin əsərləri əsasında müasir
hərbi-dəniz donanmasının yaradılması barədə qərarı oldu.
140
Amerika prezidentləri
1898-ci il iyulda Havay adalarının ilhaq edilməsinə
Birləşmiş Ştatların ekspansionist siyasətinin tərkib hissəsi
kimi də baxmaq olar. Lakin, İspaniya və Filippinə qarşı
aparılan müharibələr ABŞ-ın xarici siyasi kursunda cid-
di dəyişikliklərdən xəbər verirdi. İspaniyanın Kubadakı
uzunmüddətli ağalığı Amerika ictimaiyyətini ciddi narahat
edirdi. Digər tərəfdən ölkənin iqtisadi maraqları və Karib
dənizində şəriksiz ağalıq istəyi Kubanı Birləşmiş Ştatların
milli maraq obyektinə çevirirdi. Prezidentin bu mövqe ilə
razılaşmasına baxmayaraq, o, İspaniya ilə hərbi qarşıdur-
madan çəkinərək İspaniya və Kuba arasındakı münaqişənin
sülh yolu ilə həllinə çalışırdı. Lakin 15 fevral 1898-ci ildə
ABŞ-ın «Meyn» gəmisinin Havana limanında qəzaya uğra-
ması Mak-Kinlini problemin sülh yolu ilə həll olunmayaca-
ğına inandırdı. Uzun müzakirələrdən sonra 19 aprel 1898-ci
ildə Konqres prezidentin tapşırığı ilə İspaniyaya müharibə
elan etdi.
Müharibə elan etmək, şübhəsiz ki, onu udmaqdan qat-
qat asandır. Quruda aparılan elə ilk döyüşlər ABŞ ordusunun
müharibəyə tam hazır olmadığını göstərdi. Lakin döyüşlərin
dənizdə davamı, ölkənin qüdrətli hərbi-dəniz donanmasına
malik olduğundan xəbər verirdi. Filippində İspanların dar-
madağın edilməsi müharibənin gedişində ciddi dönüş ya-
ratdı və müharibə 10 may 1898-ci ildə Birləşmiş Ştatların
tam qələbəsi ilə başa çatdı. Müharibənin nəticələrinə görə
Kubaya azadlıq verilsə də, Puerto-Riko, Quam və Filippin
ABŞ müstəmləkəsi elan edildi.
Ölkəyə birləşdirmiş əlavə torpaqlar, ümumdünya nü-
fuzu və milli özünəinam hissi doğuran sensasiyalı hərbi
qələbələr növbəti prezident seçkilərinin müqəddəratını
əvvəlcədən həll etmiş oldu. 1900-cü il seçkilərində respub-
likaçıların prezidentliyə namizədi yekdilliklə Mak-Kinli
seçilsə də, vitse-prezidentliyə namizəd göstərilməsi fi kir
müxtəlifl iyilə müşayiət olundu. Uzun çəkən partiyadaxi-
|