Corc Vaşinqton Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix14.01.2017
ölçüsü5,83 Mb.
#5281
1   2   3   4   5   6   7   8   9   ...   14

2-ci bölmə. Prezident Birləşmiş Ştatlar ordusu və do-
nan masının, ayrı-ayrı  ştatların Birləşmiş  Ştatların həqiqi 
xidmətinə çağırılmış xalq qoşunlarının ali baş koman-
da nıdır; o, hər bir icra departamentinin başçısından onun 
səlahiyyətinə aid istənilən məsələ haqqında yazılı  fi kir 
bildirməyi tələb edə bilər; onun hökmlərin yerinə yetiril-
məsini təxirə salmaq, impiçment qaydasında ittiham hal-
ları istisna olunmaqla, Birləşmiş  Ştatlara qarşı törədilmiş 
cinayətləri bağışlamaq hüququ var.
Onun Senatın məsləhəti və razılığı ilə beynəlxalq 
müqavilələr bağlamaq (onları  iştirak edən Senatorların 
üçdə ikisi bəyənməlidir), Senatın məsləhəti və razılığı ilə 
səfi rləri, başqa səlahiyyətli Nümayəndələri və konsulları, 
ali Məhkəmənin hakimlərini, eləcə  də Birləşmiş  Ştatla-
rın, təyinatları haqqında bu Konstitusiyada başqa göstəriş 
olmayan və  vəzifələri qanunla müəyyənləşdirilən, bütün 
vəzifəli şəxslərini təyin etmək hüququ vardır, ancaq Konq-

17
Amerika prezidentləri
res lazım bildiyi aşağı  vəzifəli  şəxslərin təyin edilməsini 
qanunla şəxsən Prezidentin özünə, hakimlərə, yaxud depar-
tamentlərin başçılarına həvalə edə bilər.
Prezidentin Senatın sessiyaları arasındakı dövrdə ya-
ranan bütün boş yerlərə Senatın  ən yaxın sessiyası qurta-
ran müddətədək vəzifə səlahiyyətləri verməklə adam təyin 
etmək hüququ vardır.
3-cü bölmə. Prezident vaxtaşırı Konqresə ittifaqın vəziy-
yəti haqqında hesabat verir və baxılmaq üçün ona özünün 
zəruri və faydalı saydığı tədbirləri təqdim edir; təcili lazım 
olduqda o, hər iki Palatanı, yaxud onlardan birini çağırır, 
sessiyaların təxirə salınması vaxtı haqqında Palatalar ara-
sında fi kir ayrılığı yarandıqda onları özünün münasib bildiyi 
vaxta keçirir; səfi rləri və başqa səlahiyyətli Nümayəndələri 
qəbul edir, qanunlara dəqiq riayət edilməsini təmin edir 
və Birləşmiş  Ştatların vəzifəli  şəxslərinin səlahiyyətlərini 
müəyyənləşdirir.
4-cü bölmə.  Prezident, Vitse-prezident və Birləşmiş 
Ştatların bütün mülki vəzifəli şəxsləri impiçment qaydasın-
da ittiham edilərkən xəyanətdə, rüşvətxorluqda, başqa ağır 
cinayətlərdə  və  əməllərdə  təqsirli bilinərlərsə  vəzifədən 
kənarlaşdırılırlar.
XII DÜZƏLİŞ (1804)
Seçimçilər öz ştatlarında toplaşır və ən azı biri həmin şta-
tın sakini olmayan Prezidentə  və Vitse-prezidentə bülleten-
lərlə səs verirlər; onlar öz bülletenlərində prezident kimi səs 
verdikləri şəxsi, ayrıca bülletenlərdə isə vitse-prezident kimi 
səs verdikləri  şəxsi göstərirlər; elə onlar da Prezident kimi 
səs verdikləri bütün şəxslərin və vitse-prezident kimi səs 
verdikləri bütün şəxslərin ayrıca siyahılarını onlardan hər 
birinə verilmiş səslərin sayını göstərməklə tərtib edirlər; on-
lar bu siyahıları imzalayır, təsdiqləyir və möhürlənmiş halda 

18
Amerika prezidentləri
Birləşmiş  Ştatların hökumətinin olduğu yerə Senat Sədrinin 
adını göndərirlər. Senatın sədri Senatın və Nümayəndələr 
Palatasının iştirakı ilə bütün təsdiqlənmiş siyahıları açıb gö-
türür, bundan sonra səslərin hesabı aparılır. Prezidentliyə  ən 
çox sayda (bu say bütün təyin edilmiş seçimçilərin yarısın-
dan çoxunu təşkil edirsə) səs toplamış  şəxs Prezident olur; 
heç kəs səslərin belə  əksəriyyətini toplaya bilməzsə, daha 
çox səs toplamış şəxslərdən (prezidentliyinə səs veril mişlərin 
içərisindən üç nəfərdən artıq olmamaqla) Nümayəndələr Pala-
tası gecikdirmədən, bülletenlərlə səs verərək Prezident seçir. 
Ancaq Prezident seçkisində səslər ştatlar üzrə verilir, özü də 
hər ştatın nümayəndəliyinin bir səsi olur; belə halda yetərsayı 
Nümayəndələr palatasının ştatların üçdə ikisindən olan üzvləri 
təşkil edir; bu vaxt Prezidentin seçilməsi üçün bütün ştatların 
səslərinin əksəriyyəti zəruridir (Nümayəndələr Palatası, seçmə 
hüququ ona keçərkən, növbəti martın dördüncü gününədək 
Prezidenti seçməzsə, onda Vitse-prezident Prezidentin öl-
düyü, yaxud başqa konstitusiya iqtidarsızlığı halında olduğu 
kimi Prezident sifətində hərəkət edəcək). Vitse-prezidentliyə 
ən çox sayda (bu say bütün təyin edilmiş seçimçilərin yarı-
sından çoxunu təşkil edirsə) səs toplamış şəxs Vitse-prezident 
olur; heç kəs səslərin  əksəriyyətini toplaya bilməzsə Senat 
siyahıdakı bütün namizədlərin içərisində ən çox səs toplamış 
iki şəxsdən birini Vitse-prezident seçir; bu zaman Vitse-prezi-
dentin seçilməsi üçün bütün Senatorların səslərinin əksəriyyəti 
zəruridir. Ancaq Konstitusiya tələblərinin gücü ilə prezident 
vəzifəsinə seçilə bilməyəcək heç kəs Birləşmiş Ştatların Vitse-
prezidenti vəzifəsinə seçilə bilməz. 
XX DÜZƏLİŞ (1933)
1-ci bölmə. Prezidentin və Vitse-prezidentin səlahiyyət 
müddətləri yanvarın 20-də günorta, Senatorların və 
Nümayəndələrin səlahiyyət müddətlərisə yanvarın 3-də 

19
Amerika prezidentləri
günorta o illərdə qurtarır ki, bu maddə ratifi kasiya edilmiş 
olsaydı, həmin müddətlər başa çatardı; elə bu vaxtdan da 
onların varislərinin səlahiyyət müddətləri başlanır.
2-ci bölmə. Konqres ildə ən azı bir dəfə toplaşır və bu 
sessiya, konqres qanunla başqa vaxt müəyyənləşdirməzsə, 
yanvarın 3-də günorta başlanır.
3-cü bölmə. Seçilmiş Prezident Prezidentin səlahiyyət 
müddətinin başlanğıcı kimi müəyyənləşdirilmiş vaxtadək 
ölərsə, seçilmiş Vitse-prezident Prezident olur. Əgər 
Prezident onun səlahiyyət müddətinin başlanğıcı kimi 
müəyyənləşdirilmiş vaxtadək seçilməsə, yaxud seçilmiş 
Prezident bu vəzifəyə namizədlər üçün müəyyən edilmiş 
tələblərə cavab vermirsə, onda seçilmiş Vitse-prezident 
Prezident bu tələblərə cavab verincəyədək Prezident kimi 
fəaliyyət göstərir, seçilmiş Prezident də, seçilmiş Vitse-
Prezident də bu vəzifələrə namizədlər üçün müəyyən edil-
miş  tələblərə cavab vermədikdə Konqres kimin Prezident 
kimi fəaliyyət göstərəcəyinin qeyd olunduğu, yaxud Pre-
zident kimi fəaliyyət göstərməli olacaq şəxsin seçilməsi 
qaydasının müəyyənləşdirildiyi qanun qəbul edir; həmin 
şəxs Prezident və Vitse-prezident bu vəzifələrə namizədlər 
üçün müəyyən edilmiş tələblərə cavab verincəyədək uyğun 
vəzifəni yerinə yetirir.
4-cü bölmə. Konqres Nümayəndələr Palatasının seçki 
hüququ ona keçdiyi zaman Prezident seçə biləcəyi şəxslərdən 
birinin ölümü halı üçün və Senatın seçki hüququ ona keçdiyi 
zaman Vitse-prezident seçə biləcəyi şəxslərdən birinin ölüm 
halı üçün qanunda öncədən tədbirlər nəzərdə tuta bilər.
5-ci bölmə. 1-ci və 2-ci bölmələr bu maddənin ratifi kasi-
yasından sonrakı ilk oktyabrın 15-ci günündə qüvvəyə minir.
6-cı bölmə. Bu maddə təqdim edildiyi gündən sonrakı 
yeddi il ərzində ayrı-ayrı ştatların dörddə üçünün Qanun-
verici yığıncaqları  tərəfi ndən Konstitusiyaya düzəliş kimi 
ratifi kasiya edilməyincə qüvvəyə minmir.

20
Amerika prezidentləri
XXII Düzəliş (1951)
1-ci bölmə. Heç bir şəxs Prezident vəzifəsinə iki 
dəfədən artıq seçilə bilməz və Prezident vəzifəsini tutmuş, 
yaxud Prezident seçilmiş başqa  şəxsin müddətində iki 
ildən artıq Prezident kimi fəaliyyət göstərmiş heç bir şəxs 
Prezident vəzifəsinə bir dəfədən artıq seçilmir. Ancaq bu 
maddənin qüvvəsi Konqres bu maddəni təklif edərkən pre-
zident vəzifəsini tutmuş şəxsə şamil edilmir və bu maddənin 
qüvvəyə mindiyi müddət ərzində Prezident vəzifəsini tutan, 
yaxud Prezident kimi fəaliyyət göstərən heç bir şəxsə həmin 
müddətin qalan vaxtında da Prezident vəzifəsini tutmağa, 
yaxud Prezident kimi fəaliyyət göstərməyə mane olmur.
2-ci bölmə. Bu maddə Konqresin onu ştatların bəyənməsi 
üçün təqdim etdiyi gündən keçən yeddi il ərzində, Konsti-
tusiyada nəzərdə tutulduğu kimi, ayrı-ayrı ştatların dörddə 
üçünün Qanunverici yığıncaqları tərəfi ndən Konstitusiyaya 
düzəliş kimi ratifi kasiya edilməzsə, qüvvəyə minmir.
XXIV Düzəliş
1-ci bölmə. Birləşmiş Ştatlar vətəndaşlarının Preziden-
tin, yaxud Vitse-prezidentin, Prezidentin, yaxud Vitse-pre-
zidentin seçimçilərinin, ya da Senatorların və Konqresdəki 
Nümayəndələrin hər hansı ilkin, yaxud başqa seçkilərində 
səsvermə hüququnu Birləşmiş Ştatlar, yaxud hər hansı ştat 
hansısa seçki vergisinin, yaxud başqa verginin ödənilməsi 
ilə bağlı danmamalı, yaxud məhdudlaşdırmamalıdır.
2-ci bölmə. Konqres bu maddəni uyğun qanunların 
qəbulu yolu ilə yerinə yetirə bilər. 

21
Amerika prezidentləri
CORC VAŞİNQTON
(GEORGE WASHINGTON)
 (1789-1797)
Corc Vaşinqton adı Amerika tarixinə böyük hərfl ərlə 
yazılmış  şəxsiyyətlərdəndir. O, on üç koloniyanın  əvvəl 
suveren respublikalar ittifaqına, sonra dünyada ilk fede-

22
Amerika prezidentləri
ral dövlətə çevrilməsində mühüm rol oynamışdır. Vir-
ciniyada keçirilən ilk Kontinental konqresdə  qətiyyətlə 
İngiltərənin müstəmləkə siyasətinə qarşı  çıxanlardan ol-
muşdur. Amerika hərbi qüvvələrinin Ali Baş Komandanı 
kimi hərbi müqaviməti təşkil və ona rəhbərlik etmiş, səkkiz 
il davam edən müharibə Amerikanın tam müstəqilliyi ilə 
nəticələnmişdir.
C.Vaşinqton 11 fevral 1732-ci ildə artıq dördüncü nəsli 
Virciniyada yaşayan varlı plantator Avqustin Vaşinqtonun 
ailəsində dünyaya gəlmişdir. 1752-ci il təqvim islahatın-
da tarix 11 gün irəliyə  çəkilmiş, elə o vaxtdan 22 fevral 
C.Vaşinqtonun doğum günü hesab edilmişdir. İlk uşaqlıq və 
yeniyetməlik dövrü, aldığı səthi təhsil onun gələcəkdə par-
laq karyera edəcəyindən xəbər vermir. 1743-cü il 12 apreldə 
ailəyə bədbəxtlik üz verir. 11 yaşlı Corcun atası vəfat edir. 
O vaxtkı ənənəyə görə mirasın böyük bir hissəsi onun ögey 
qardaşları (A.Vaşinqtonun birinci nikahdan olan) Lourens 
və Avqustin arasında bölüşdürülür. Lakin Lourensin övla-
dı olmadan vəfat edəcəyi təqdirdə Corc onun varisi kimi 
göstərilir.
Atasının vəfatından üç ay sonra Lourens varlı qonşu-
ları Uilyam Ferfaksın qızı Anna ilə evlənir. Vaşinqtonun 
dünyagörüşünün formalaşmasında U.Ferfaksın böyük rolu 
olur. Elə onun məsləhəti ilə 1748-ci ildə Corc yerölçən kimi 
fəaliyyətə başlayır.
1752-ci ildə Lourens vərəm xəstəliyindən vəfat edir 
və onun bütün varidatı, eyni zamanda Aleksandriya ya-
xınlığındakı Maunt Vernon malikanəsi C.Vaşinqtona qalır. 
Elə bu vaxtdan o, Virciniya milisində mayor rütbəsində 
fəaliyyətə başlayır. Çox keçmir ki, 22 yaşlı Corc polkov-
nik rütbəsində fransız-hindu müharibəsinə cəlb edilir. Bu-
rada o, özünü bacarıqlı hərbçi kimi göstərir. Amma ingilis 
ordu zabitlərindən fərqli olaraq onlara ikinci dərəcəli, ögey 
münasibət bəslənilir və demək olar ki, onun rəhbərlik etdiyi 

23
Amerika prezidentləri
milis dəstəsindən yalnız sərhədləri qorumaq üçün istifadə 
edilir. Bu, gənc Vaşinqtonun qəlbində ingilis ağalığına 
dərin nifrət oyadır. Bu hisslərin təsiri altında 1759-cu ildə 
istefaya gedir.
Hərbi xidmətdən istefa verən C.Vaşinqton böyük sərvətə 
malik olan, varlı, dul və iki uşaq anası olan Marta Dendric 
Kastislə ailə həyatı qurur. Məhz indi, özü də Virciniya par-
lamentinin üzvü olan Vaşinqton üçün müstəmləkənin plan-
tator aristokratiyasına gedən yolda yaşıl işıq yanır. Marta 
ilə nikah Vaşinqtona böyük var-dövlət gətirməklə yanaşı, 
onun üçün dəbdəbəli və qayğısız həyatın rəhninə çevrilir. 
Aristokrat həyatının bütün incəliklərinə bələd olan Marta-
nın sayəsində Maunt Vernon malikanəsi tezliklə Virciniya 
plantatorlarının qeyri-rəsmi görüş yeri olur. Vaşinqtonun öz 
övladı olmasa da, Martanın birinci nikahından olan övlad-
larının tərbiyəsini öz üzərinə götürür. 
C.Vaşinqtonun 1759-1775-ci illərdəki həyat və fəaliy-
yəti Amerika plantatorları ilə metropoliya arasında ziddiy-
yət lərin yaranma səbəblərini tam şəkildə özündə əks etdirir. 
Amerika müstəmləkələrinə xammal və satış bazarı kimi 
baxan ingilis burjuaziyası, burada iqtisadi inkişafı ləngidir, 
sənaye yüksəlişinə imkan vermirdi. Özlərini Böyük Britani-
ya kralının sadiq təbəələri hesab edən plantatorlar bir çox si-
yasi hüquqlardan, məsələn parlamentə öz nümayəndələrini 
seçmək hüququndan məhrum idilər. Onlar istehsal etdikləri 
məhsulların satılmasında ingilis ticarət evlərindən tam asılı 
idilər. Qaydalara görə Avropaya göndərilən tütün və digər 
xammal məhsullarının daşınma və digər xərclərini özləri 
ödəyirdilər.
Adətən yüklərin daşındığı gəmilər Amerikaya qayı dar-
kən, plantatorlar tərəfi ndən sifariş edilmiş hazır məhsulları 
gətirirdilər. Bu zaman plantatorlar istədikləri malın keyfi y-
yətinə baxmaq, qiymətində razılaşmaq kimi imkanlardan 
məhrum idilər. Bəzən tütünə qoyulan aşağı qiymətlər, 

24
Amerika prezidentləri
göndərilən malların dəyərini və yol xərclərini ödəyə bilmir-
di. Buradan əmələ gələn borc isə yüksək faizlərlə növbəti 
mövsümə saxlanılırdı.
Hər bir plantator kimi Vaşinqton da bu problemlərlə 
üzləşirdi. Vəziyyətdən çıxış yolunu öz plantasiyalarında 
aqrar islahatlar aparmaqda görən Vaşinqton 1763-cü ildən 
etibarən taxıl yetişdirməyə başlayır. Beş il müddətində taxıl 
plantasiyalarda becərilən əsas məhsul olur. Böyük dəyirman 
tikdirməklə 60-cı illərin sonuna yaxın Vest-Hində un ixra-
cında uğurlar qazanır. Beləliklə o, plantasiyalarında nisbi 
iqtisadi sərbəstlik əldə edir. Bu Vaşinqtonun müstəqillik uğ-
runda apardığı mübarizənin Maunt Vernon çərçivəsində ilk 
qələbəsi idi.
1763-cü ildə  İngiltərə  və Fransa arasında yeddi il-
lik müharibə sonuncunun Şimali Amerikadakı  əsas tor-
paq sahələrini itirməsi ilə başa çatır. Tezliklə müharibə 
nəticəsində  İngiltərənin çoxlu borclarının yığıldığı  aşkar 
olur. Bu borcların ödənilməsi üçün C.Qrenvill kabinetinin 
təklifi   ilə müstəmləkələrə qoyulan vergilər artırılır. Kral 
xəzinəsinin doldurulması üçün yeni-yeni vergi növləri («Mö-
hür qanunu», «Mənzil təminatı qanunu») tətbiq edilir. 1763-
cü ildə verilmiş fərmana görə müstəmləkəçilərə Qərbə tərəf 
köçmək, yeni torpaq sahələri əldə etmək qadağan edilir.
Bütün bunlar getdikcə müstəmləkələrlə metropoliya 
arasındakı münasibətləri daha da kəskinləşdirirdi. Nyu-
York və digər iri şəhərlərdə mitinqlər keçirilir, vergi veril-
mə sindən boyun qaçırılır, kral hakimiyyətinə itaətsizlik 
gös tərməyə çağırışlar səslənirdi. Digər tərəfdən ingilis mal-
larına boykot elan edilirdi. 1773-cü ildə çay yüklənmiş bir 
neçə gəminin Boston limanında batırılması etirazların kul-
minasiyası oldu. Tarixə «Boston çay qonaqlığı» adı ilə da-
xil olmuş bu aksiya bir daha göstərdi ki, müstəmləkələrdə 
ingilis ağalığını əvvəlki qaydada davam etdirmək mümkün 
deyildir.

25
Amerika prezidentləri
1774-cü ildə on üç ştatın iştirakı ilə Birinci Kontinen-
tal Konqres çağırılır. Konqres iştirakçıları kral III Georqa 
müraciət edərək, onları qəddar nazirlərdən qorumağı xahiş 
edirlər. Lakin Kral nəinki bu xahişləri qəbul etmir, əksinə on-
ları qiyamçı elan edərək cəza dəstələrinə müstəmləkələrdə 
qayda-qanun yaratmaq əmri verir. Beləliklə Amerika 
müstəmləkələrinin İngiltərə ilə aparacağı səkkiz illik İstiq-
laliyyət müharibəsi başlayır.
10 may 1775-ci ildə Filadelfi yada  İkinci Kontinental 
Konqresin açılışı olur. Bu konqresdə Corc Vaşinqton Şima-
li Amerika Hərbi qüvvələrinin Ali Baş Komandanı seçilir. 
İlk döyüşlərdən uğur qazanan Vaşinqton ordusu 1776-cı 
ildə Bostonu azad edir. Müstəmləkələr bir-birinin ardınca 
öz müstəqilliklərini elan edirlər. Bu hadisələrin məntiqi 
yekunu olaraq 1776-cı il iyulun 4-də Filadelfi yada Konq-
res «İstiqlaliyyət bəyannaməsi» qəbul edir. T.Cefferson 
tərəfi ndən yazılmış bu sənəd, yeni bir dövlət yarandığını 
elan etməklə yanaşı dünyada ilk dəfə insan azadlıqlarının 
şərhini verir.
Müharibə ərzində Vaşinqtonun ən böyük problemi ordu-
nun silah və digər hərbi ləvazimatla təmin edilməsi olmuş-
dur. Bəzən o özünü Konfederasiya Konqresi tərəfi ndən unu-
dulmuş hiss etsə də qətiyyən ruhdan düşməmişdir. Eyni za-
manda o heç vaxt mülki rəhbərliklə qarşıdurmaya getməmiş, 
vacib hərbi qərarları da ətrafl ı müzakirələrdən sonra qəbul 
etmişdir. Onun daim məsləhətləşdiyi şəxslər arasında Alek-
sander Hamilton və Markiz de Lafayet xüsusi yer tuturdu-
lar. Vaşinqton bir çoxlarının təklif etdiyi partizan müharibəsi 
ideyasını rədd edərək yalnız açıq döyüşlər aparılmasına üs-
tünlük verirdi. Onun fi krincə yalnız belə döyüşlərdə qazanı-
lan qələbələrlə düşməni danışıqlara getməyə məcbur etmək 
olar. Bu strategiya özünü Virciniya ştatının Yorktaun şəhəri 
ətrafında gedən döyüşlərdə təsdiq etdi. 1781-ci il 19 oktyabr-
da General Kornuollisin 7.000 əsgərlə  təslim olması danı-

26
Amerika prezidentləri
şıqlar üçün stimul yaratdı və iki il sonra rəsmi olaraq sülh 
müqaviləsinin imzalanması ilə nəticələndi.
Müharibə başa çatdıqdan sonra ordu komandanların-
da öz gələcək taleləri üçün bir inamsızlıq var idi. Zabitlər 
müharibədən sonra Konqresin onlara hansı münasibəti 
göstərəcəyindən narahat idilər. Bu baxımdan Vaşinqton-
dan mülki rəhbərliyi öz əlinə almağı  tələb edirdilər. La-
kin 1783-cü il mart ayında Vaşinqton zabit heyətinə şəxsi 
müraciətində ordunun siyasi rəhbərliyə tabe olmasının 
zəruriliyini bildirirdi.
1783-cü il dekabr ayının 23-də Vaşinqton Ali Baş Ko-
mandanlığı  təntənəli surətdə Konqresə qaytarır. Bununla 
yanaşı güclü, mərkəzləşmiş hakimiyyətin yaradılmasının 
zəruriliyi haqqında hər bir ştat rəhbərliyinə məktub imza-
layır. Lakin ayrı-ayrı  ştatların rəhbərliyi bu təklifə soyuq 
münasibət göstərir. Onlar ştatlara daha geniş  sərbəstlik 
verən Konfederasiya tərəfdarı olduqlarını bildirirlər.
İstefaya çıxdıqdan sonra C.Vaşinqton yenidən Maunt 
Vernona qayıdır. Burada o, rahat və qayğısız həyat sürsə 
də, ölkə daxilində gedən prosesləri diqqətlə izləyirdi. Ştat-
lar arasında  əlaqələrin düzgün qurulmaması, bir çox iqti-
sadi problemlərin öz həllini tapmaması ittifaqın gələcəyini 
şübhə altına salırdı. 1786-cı ilin payızında istefada olan ka-
pitan Şeysin başçılığı ilə yoxsul fermerlərin üsyanı isə təcili 
tədbirlər görülməsini vacib etdi. Bu səbəbdən 1787-ci ilin 
mayında yeni Konstitusiya hazırlanması üçün Konstitusiya 
Konventi yaradılır. Xüsusən A.Hamilton və C.Medisonun 
təkidi ilə Vaşinqton Konventə sədr seçilir. Yeni hazırlanmış 
Konstitusiya özündə federal dövlət quruluşunu əks etdirir-
di. Uzun müzakirələrdən sonra Konstitusiya qəbul edilir.
Artıq C.Vaşinqtonun prezident olacağı heç kimdə 
şübhə doğurmurdu. Hətta 1788-ci il 4 iyul Konstitusiya 
bayramı  şənliklərində «Vaşinqton-Prezident» kimi şüarlar 
səsləndirilirdi.

27
Amerika prezidentləri
Nəhayət 1789-cu il fevral ayının 4-də keçirilən prezi-
dent seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk prezidenti 
seçilir. Səslərin sayına görə ikinci yeri tutan Con Adams 
Konstitusiyanın müvafi q maddəsinə əsasən vitse-prezident 
olur. Vaşinqtonun Maunt Vernondan Nyu-Yorka gəlişi bay-
ram kimi qeyd olunur. O, 30 aprel 1789-cu ildə inauqurasi-
ya nitqi söyləyir.
Prezident olaraq ilk gördüyü iş hakimiyyətin icraedici 
orqanlarını yaratmaq olur. Bunun üçün o, ətrafına intel-
lektual və bacarıqlı  şəxsləri toplayır. Aleksandr Hamilton 
maliyyə, Tomas Cefferson beynəlxalq əlaqələr, Henri Noks 
hərbi məsələlər, Edmund Rendolf ədliyyə naziri təyin edilir.
Bəzi tədqiqatçılar C.Vaşinqtonu başqalarının plan və 
layihələrini həyata keçirdiyi üçün yalnız simvolik rəhbər 
hesab edirlər. Əslində belə deyil. Məhz onun prezidentlik 
dövründə ölkənin gələcək müqəddəratında mühüm rol oy-
namış bir çox qərar və qanunlar qəbul edilərək həyata ke-
çirilmişdir. Milli Bankın yaradılması, Hüquqlar haqqında 
Billin qəbul edilməsi bu dövrə təsadüf edir.
Cəmiyyətdə olan böyük nüfuzuna baxmayaraq o, ikin-
ci dəfə prezident seçilmək istəmirdi. Hətta, ilk prezidentlik 
müddətinin sonuna yaxın C.Medisonun köməyi ilə Ame-
rika xalqına vida müraciəti hazırlamışdı. Maunt Vernona 
qayıdıb sakit həyat sürmək onun başlıca arzusu idi. Lakin 
nazirlər arasındakı  hərc-mərclik onu çox narahat edirdi. 
Nazirlər bir fi kirdə tam həmrəy idilər: Vaşinqton yenidən 
seçilməlidir. Yeri gəlmişkən qeyd edək ki, nazirlər və digər 
siyasi xadimlər arasındakı  fi kir  ayrılıqları, xüsusən Ha-
milton-Cefferson qarşıdurması tezliklə siyasi rəng alır və 
kabinet çərçivəsindən kənara çıxır. Hamilton tərəfdarları 
özlərini federalistlər adlandırır, ceffersonçular isə ad qay-
ğısına qalmayıb antifederalist sözü ilə kifayətlənirlər. La-
kin onların Fransa Burjua İnqilabının təsiri altına düşməsi 
özlərini demokrat respublikaçılar və ya sadəcə respublika-

28
Amerika prezidentləri
çılar adlandırması ilə nəticələnir. Beləliklə ABŞ prezident-
lik institutunun yaradılması, siyasi qüvvələrin partiyalaş-
ması prosesinin bünövrəsini qoyur. 
Nəhayət Vaşinqton, xüsusən T.Ceffersonun ciddi təkid-
lərindən sonra öz namizədliyini irəli sürür və 1792-ci il 
seçkilərində ikinci dəfə ABŞ-ın prezidenti seçilir. 
C.Vaşinqtonun ikinci prezidentlik dövrü Avropada 
müharibələrlə müşayiət edilir. Onun əsas məqsədi ABŞ-ı bu 
müharibələrdən kənarda saxlamaq idi. Bu istiqamət ölkənin 
Amerika kontinentində mövqeyini daha da möhkəmlədir, 
iqtisadi yüksəlişinə rəvac verirdi. 
O, tərəfdaşlarına birmənalı  şəkildə bildirir ki, növbəti 
prezident seçkilərində  iştirak etməyəcək. Xatırladaq ki, o 
vaxt bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə hələ 
məhdudiyyət qoyulmasa da, o bu imkandan sui-istifadə 
etməmiş, öz xələfl ərinə böyük nümunə göstərmişdir. 
F.D.Ruzvelt istisna olmaqla heç bir prezident üçüncü dəfə 
seçilməmişdir. 1796-cı ilin yazından, Vaşinqton xalqa vida 
müraciətini hazırlayır. O, 1792-ci ildə yazılmış müraciəti 
A.Hamiltonun köməyi ilə yenidən işləyir və bu müraciət 
1796-cı il 19 sentyabrda qəzetlərdə çap olunur.
İstefaya çıxdığı 15 mart 1797-ci il tarixindən sonra Ma-
unt Vernon malikanəsində yaşamağa başlayır və Filadel-
fi yaya etdiyi qısamüddətli səfərləri nəzərə almasaq buranı 
heç vaxt tərk etmir. 1798-ci ilin yayında ABŞ-ın Fransa ilə 
münasibətləri kəskinləşəndə, müharibə olacağı təqdirdə Ali 
Baş Komandanlığı öz üzərinə götürəcəyini elan etsə  də, 
hadisələr müharibəyə qədər inkişaf etmir.
Maunt Vernonda təsərrüfatla məşğul olan Vaşinqton 
gündəlik yazmışdır. Bu gündəlikdəki sonuncu qeyd 13 
dekabr 1799-cu ildə edilmişdir. Həmin gün o, fermalarına 
baş  çəkir və yağan sulu qar onu tamamilə isladır. Axşam 
evə qayıdarkən boğazında bərk ağrılar hiss edir. Səhəri gün 
yüksək hərarət içərisində olan Vaşinqtonu müalicə etmək 

29
Amerika prezidentləri
üçün, qonşu fermada praktika keçən üç həkimi çağırırlar. 
Onların etdiyi müalicə yalnız qanalma olur. Bu isə sonu 
sürətlə yaxınlaşdırır. Axşam saat 10-a yaxın bu böyük insan 
əbədi olaraq gözlərini yumur.
Corc Vaşinqton vəsiyyətnaməsində ona məxsus olan 
bütün qulların azad edilməsini yazırdı. O, Müstəqillik haq-
qında Bəyannamənin prinsiplərini  əsas tutaraq quldarlığı 
qəbul etmir, lakin quldarlığın tam şəkildə ləğv edilməsini 
də o dövr üçün qeyri-mümkün hesab edirdi. Onun vəsiyyəti 
Marta Vaşinqton tərəfi ndən həyata keçirilmişdir.
 
 

30
Amerika prezidentləri
CON ADAMS 
(JOHN ADAMS)
(1797-1801)
Vaşinqtondan sonra ölkəyə  rəhbərlik etmək olduqca 
çətin iş idi. 1796-cı il seçkilərində qalib gəlmiş Con Adams 
üçünsə ikiqat çətindi. Balaca boylu, dolu bədənli Adams, 
təkcə öz xarici görünüşü deyil, həm də ideya və dünyagörüşü 

31
Amerika prezidentləri
ilə Vaşinqtonun tam əksi idi. Aristoteldən Monteskyöyədək 
əksər dahi müəllifl ərə dərindən bələd olmuşdu. 
Con Adams 1735-ci il 30 oktyabrda Massaçusets ştatı-
nın Breyntri yaşayış məntəqəsində, nüfuzlu fermer ailəsində 
dünyaya gəlmişdi. Ailənin kənd şəraitində yaşamasına bax-
mayaraq təhsilə xüsusi meyli ilə digərlərindən fərqlənirdi. 
Gələcək prezident Harvardda təhsilini bitirdikdən sonra 
vəkil kimi fəaliyyətə başlayır və tezliklə böyük uğurlar qa-
zanır. Çox keçmir ki, onun adı Bostonun tanınmış vəkilləri 
ilə bir sırada çəkilir. 1764-cü ildə pastor qızı Abigeyl Smitlə 
ailə həyatı qurur. Bu Amerika müstəmləkələrinin metropo-
liyaya qarşı mübarizəsinin başlandığı dövrə  təsadüf edir. 
Öz karyerası haqqında düşünən gənc Adams bu mübarizədə 
iştirak etməkdən çəkinir. Hətta o, 1770-ci ildə Bostonun 
mülki əhalisinə qarşı qanunsuz əməllərinə görə mühakimə 
edilən ingilis əsgərlərini müvəffəqiyyətlə müdafi ə edir. 
Lakin tezliklə əmisi oğlu Samuel Adamsın təsiri altın-
da mübarizəyə qatılır. Kontinental konqresin nümayəndəsi 
kimi, istiqlaliyyət qazanılmasında mühüm rol oynayır. 
Konqresdə  İstiqlaliyyət Bəyannaməsini hazırlayacaq ko-
missiyanın beş üzvündən biri olur. 1778-ci ildə oğlu Con 
Kunsi ilə birgə diplomatik danışıqlar aparmaq üçün Avro-
paya göndərilir. Diplomatik nümayəndə heyətinə «birinci 
amerikalı» adını almış Bencamin Franklin başçılıq edirdi. 
Bu səbəbdən onun fəaliyyəti kölgədə qalmışdı.
1779-cu ildə  vətənə qayıdan Adams Massaçusets ştatı-
nın konstitusiyasını hazırlayır. Bu konstitusiyanın başlıca 
xüsusiyyəti – güclü icraedici hökumət, ikipalatalı qanun verici 
orqan və müstəqil məhkəmə sistemi – onun ideal hesab etdiyi 
qarışıq və məhdud idarəetmə forması idi. Lakin o, 1787-1788-
ci illərdə yeni konstitusiya layihəsinin müzakirələrində bir o 
qədər fəalıq göstərmirdi. Bəzən hakimiyyətin bölünməsinə 
etirazlarını bildirən antifederalistlərlə razılaşır, qeyri-ardıcıl-
lığı ilə özünü çətin vəziyyətə salırdı.

32
Amerika prezidentləri
1788-ci il prezident seçkiləri ilə əlaqədar Massaçusetsə 
qayıdır. Adams Vaşinqtona alternativ qismində özünü bu 
vəzifəyə  şanslı hesab etmirdi və vitse-prezidentliklə razı-
laşmaq onun üçün elə də çətin deyildi.
Vitse-prezident kimi Adamsın ölkənin idarə edilməsində 
kifayət qədər böyük xidmətləri olmamışdır. Belə ki, prezi-
dent C. Vaşinqton onunla təsadüfi  hallarda məsləhətləşərdi. 
Konstitusiyanın müvafi q bəndinə görə o, həmçinin senatın 
sədri hesab olunurdu. Səsvermələrdə səslərin sayı bərabər 
olduqda həlledici səsə malik idi. 
Adams özünü respublikaçı hesab etsə  də, gələcəkdə 
Birləşmiş  Ştatların  İngiltərə kimi monarxiyalı respublika-
ya çevriləcəyinə olan inamını gizlətmirdi. 1791-ci ildə çap 
etdirdiyi «Davil haqqında düşüncələr»i Fransa Burjua inqi-
labının təsiri altında olan amerikalılar arasında öz nüfuzunu 
itirməsinə  səbəb olur. Başlıcası isə, bu yazı onun Ceffer-
sonla olan dostluq münasibətlərinə son qoyur. Lakin Şimal 
ştatlarında o, hələ böyük hörmətə malik idi və 1792-ci il 
seçkilərində yenidən vitse-prezidenti seçilir. 
1795-ci ildə Vaşinqton bir daha prezident seçilməyə-
cəyini bəyan etdikdə Konqresin federalist üzvləri Adamsın 
namizədliyini irəli sürməyi qərara alırlar. Növbəti ildə 16 
ştatda keçirilən seçkilər (bu zaman Kentukki, Tennesi və 
Vermont da ittifaqa daxil olmuşdular) partiyalı sistemin yeni 
inkişaf mərhələsi olur. Seçkilər artıq özlərinin təkmil ideolo-
giya və proqramları olan partiyaların yarışına çevrilir. Res-
publikaçılar isə T.Cefferson və Aron Burrun namizədliyini 
irəli sürürlər. Gərgin keçən seçkilərdə, Adams yalnız iki səs 
üstünlüyü ilə qalib gəlir. T.Cefferson vitse-prezident seçilsə 
də, bu vəzifəni ciddi qəbul etmir və özünün Montiçellodakı 
malikanəsinə çəkilir. Partiyalı seçkilərdə, vitse-prezidentin 
uyğun Konstitusiya maddəsi ilə müəyyənləşdirilməsi özü-
nü doğrultmur və bu çatışmazlıq 1804-cü ildə Konstitusiya-
ya edilən 12-ci düzəlişlə aradan qaldırılır.

33
Amerika prezidentləri
1797-ci il 4 martda İnauqurasiya nitqi söyləyən Con 
Adams siyasi qruplaşmalar arasında barışdırıcı mövqe tu-
tacağını  vəd edir. Öz sələfi nə sadiq olduğunu göstərərək 
kabinetdə ciddi dəyişiklik etmir. Və tezliklə  səhv etdiyi-
ni anlayır.  Əslində Adamsın mükəmməl fəaliyyət proq-
ramı olmamışdır. Bu səbəbdən o, vaxtının çox hissəsini 
Massaçusetsdəki malikanəsində keçirir. Digər tərəfdən o, 
qarşıya çıxan hər hansı problemi qətiyyətlə həll etmək ba-
carığına malik idi. 
Adamsın yeritdiyi xarici siyasi kurs əsasən ABŞ-ın 
beynəlxalq aləmdə bitərəfl iyinə hesablanmışdı.  İngiltərə 
ilə münasibətlər Cey tərəfi ndən bağlanmış müqavilə ilə 
tənzimlənirdisə, artıq 1796-cı ilin payızından Fransa ilə 
münasibətlər korlanmağa başlayır. 1797-ci ilin mayında 
prezident ekstremist federalistlərin etirazına baxmayaraq 
münasibətləri qaydaya salmaq üçün Fransaya nümayəndə 
heyəti göndərir. Altı aydan sonra nümayəndələr, danışıqla-
rın baş tutması üçün Fransa Xarici İşlər Naziri Taleyranın 
onlardan böyük miqdarda pul tələb etdiyini bildirirlər.
Bu hadisə tarixə «XYZ fırıldağı» kimi düşmüşdür. 
Problemin bu yolla həlli Adamsı razı salmır və 1799-cu 
il 18 fevralında Parisə yeni nümayəndə heyəti göndərilir. 
Nəhayət danışıqlar öz səmərəsini verir. 1800-cü ilin oktyab-
rında Napoleon Fransası ilə ABŞ üçün əlverişli müqavilə 
imzalanır və hələ onun prezidentliyi dövründə senatda rati-
fi kasiya edilir.
 Bu proseslər Adamsın nüfuzuna böyük zərbə vurur. 
Çünki, onun tərəfdarları arasında da Fransa ilə müharibənin 
başlanmasını istəyənlər vardı. Bəzi federalistlərin, xüsu-
silə A.Hamiltonun Luiziana və Floridanı  işğal etmək 
barədə fi kirləri özünə tərəfdarlar toplaya bilmişdi. Hamil-
ton və onun bir sox tərəfdarlarının kabinetdən kənarlaş-
dırılması federalistlər arasındakı ziddiyyətləri daha da 
kəskinləşdirirdi. Cavab olaraq Hamilton Adamsın daha 

34
Amerika prezidentləri
prezidentliyə yaramadığını  bəyan edir. Bu isə növbəti 
seçkilərə öz təsirini göstərməyə bilməzdi.
Prezidentliyinin son aylarını Adams Vaşinqtonda da-
vam etdirir. 1790-cı ildə paytaxt haqqında qəbul edilmiş 
qərara  əsasən Vaşinqton  şəhərinin tikilməsi yekunlaşırdı. 
Hökumətin buraya köçməsi 1800-cü ilin yazına təsadüf 
edir. Köçürmə prosesi çətin olmur və qısa müddətdə həyata 
keçirilir. Nazirliklərin bütün sənədləri yeddi iri qutuya 
asanlıqla yerləşirdi. Abigeyl Adams prezident sarayının ilk 
«sahibəsi» olur.
Con Adamsın prezidentlik kürsüsündəki son fəaliyyəti, 
bir çox gələcək konfl iktlərin əsasını qoyur. Bu çoxsaylı ha-
kim vəzifələrinə federalistlərin təyin edilməsi ilə  həyata 
keçirilir. Ən başlıcası isə, xarici işlər naziri Con Marşallın 
ABŞ Ali Məhkəməsinə sədr təyin edilməsi olur. 1801-ci il 
4 martda Ceffersonun prezidentlik fəaliyyətinə başlamasına 
bir neçə saat qalmış Adams ikinci müddətə seçilməmiş ilk 
eks-prezident kimi nəzərə çarpmadan paytaxtı tərk edir.
65 yaşlı eks-prezident özünü vəkilliyə  və ya yenidən 
siyasi mübarizəyə  həsr etmək üçün çox yaşlı hesab edir-
di. Onun tarixin gedişi, Amerika inqilabı vaxtında həll edə 
bilmədiyi problemlər haqqında fi kir yürütməyə çoxlu vaxtı 
vardı. Bu düşüncələr onun ədəbi-fəlsəfi  yaradıcılığında öz 
əksini tapmışdır. 1811-ci ildən başlayaraq, öz köhnə rəqibi 
T.Ceffersonla yazışmaları ona bir növ məğlubiyyət acısını 
unutdurur. Ömrünün son günlərini Boston yaxınlığındakı 
Kuinsi malikanəsində keçirir.
Con Adams oğlu C.K.Adams 1824-cü ildə prezident 
seçildikdən sonra, 1826-cı il iyulun 4-də 90 yaşında vəfat 
edir. Bu gün Con Adams ABŞ tarixində görkəmli dövlət 
xadimlərindən biri hesab edilir. Bu dəyərləndirmə, onun 
prezidentlik fəaliyyəti yox, bütün həyat və yaradıcılığı 
kontekstində götürülür.

35
Amerika prezidentləri
TOMAS CEFFERSON
Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin