Corc Vaşinqton Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix14.01.2017
ölçüsü5,83 Mb.
#5281
1   2   3   4   5   6   7   8   9   ...   14

 
(
THOMAS JEFFERSON)
(1801 -1809)
Tomas Ceffersonun həyat və fəaliyyəti bəşər tarixində 
dərin iz qoymuşdur. Onun ABŞ-ın, Yeni Dünyada ilk bur-
juaziya respublikasının, yaradılmasında əvəzsiz xidmətləri 

36
Amerika prezidentləri
olmuşdur. O, tarixə  təkcə böyük dövlət və siyasi xadimi 
kimi deyil, eyni zamanda fi losof-humanist, maarifçi, lin-
qivist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi düş-
müşdür. Bəzi bioqrafl arı onu Amerikanın Leonardo da Vin-
çisi adlandırırlar. T.Ceffersonun həyat və yaradıcılığı bir 
çox tədqiqatçıların diqqətini özünə  cəlb etmiş, haqqında 
çoxlu sayda kitablar, məqalələr yazılmışdır.
T.Cefferson 13 aprel 1743-cü ildə Virciniya ştatının Albe-
marl qrafl ığında, varlı plantator ailəsində dünyaya gəlmişdir. 
Yaşlı vaxtında yazdığı memuarlarda, əcdadlarının  Şimali 
Amerikaya ilk müstəmləkəçilərlə birlikdə Uelsdən gəldiyini 
bildirir. Uşaqlığı atası Piter Ceffersona məxsus  Şedvil 
malikanəsində keçmişdir. Ailənin böyük oğlu olduğundan, 
atası onun təhsilinə ciddi fi kir  vermişdir. Çünki, Virciniya 
plantatorları feodal Avropa ənənələrinə sadiq qalaraq böyük 
oğlu əsas varis hesab edirdilər. Balaca Tomas beş yaşından 
xüsusi müəllimlər yanında sistemli təhsil alırdı.
1757-ci ildə Tomas çox sevdiyi atasını itirir. Bu ona 
böyük zərbə olur. Atasının vəsiyyətnaməsinə  əsasən, 
ona 3.000 hektar torpaq sahəsi və 60 qul miras qalır. La-
kin Cefferson təhsilini davam etdirmək niyyəti ilə Şedvili 
tərk edərək Uilyamsburqa gəlir. Burada o, virciniyalıların 
fəxri sayılan nüfuzlu «Uilyam ənd Meri» kollecinə daxil 
olur. Bu kollec din, hərb, tibb və hüquqşünaslıq sahələrində 
mütəxəssislər hazırlayırdı. Tomas tərəddüd etmədən vəkil 
olmağı qərara alır.
1763-cü ildə  təhsilini bitirən Cefferson dostu və 
müəllimi, professor Corc Uaytın hüquq kontorunda 
fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır. Virci-
niyanın varlı plantatorları onun müştərilərinə çevrilirlər. 
Cəmiyyətdə böyük nüfuz qazanan gənc Tomas 26 yaşında 
Virciniya qanunvericilik məclisinin üzvü seçilir. 
1770-ci ildə  Şedvil malikanəsində yanğın baş verir. 
Yanğın onun evi ilə birlikdə, zəngin kitabxanasını da məhv 

37
Amerika prezidentləri
edir. Bu ərəfədə o, gənc dul qadın Marta Skeltonla tanış 
olur. 1772-ci il yanvarın 1-də onlar evlənirlər. Bu nikahdan 
beş övladları olsa da, onların yalnız ikisi sağ qalır.
Ceffersonun siyasi fəaliyyətə başlaması müstəmləkələrdə 
antiingilis  əhval-ruhiyyələrinin gücləndiyi dövrə  təsadüf 
edir. O, müstəmləkələrin azadlıq hərəkatında fəal iştirak 
edərək, 1775-ci ildə Virciniyada əlaqələndirici Komitənin 
yaradıcılarından olmuşdur. Artıq belə komitələr əksər ştat-
larda da yaradılmışdı və metropoliya qanunlarına tabe ol-
madığı üçün buraxılmış Müstəmləkə Assambleyasını əvəz 
edirdi. Cefferson 1775-ci ildə Kontinental Konqresə üzv 
seçilir. Qeyd edək ki, natiqlik bacarığının olmaması ona 
«qaradinməz deputat» imici qazandırmışdı. Lakin geniş 
erudisiya və dərin elmi biliklərə malik olması qərar və qa-
nun layihələrinin hazırlanmasında onu əvəzsiz edirdi.
1776-cı ilin iyun ayında Kontinental Konqresdə 
İstiqlaliyyət haqqında bəyannamə hazrlamaq üçün B.Frank-
lin, C.Adams, C.Dikkinson, E.Livinqston və Ceffersondan 
ibarət komissiya yaradılır. Komissiya üzvləri tərəddüd 
etmədən bu işi Ceffersona həvalə edirlər. O, layihə üzərində 
on yeddi gün gərgin işləyərək Adams və Franklinin xırda 
düzəlişlərindən sonra onu Konqresə  təqdim edir. Layihə 
uzun sürən müzakirələrdən sonra 4 iyul 1776-cı ildə qəbul 
edilir. Bu, T.Ceffersonun siyasi arenada ilk böyük qələbəsi 
idi.  Şedvildə baş vermiş yanğından sonra öz layihəsi 
əsasında tikilmiş Montiçello malikanəsinə qayıdan Ceffer-
son Virciniya parlamentində fəaliyyətini davam etdirir.
1779-cu ildə Tomas Cefferson yenidən fəal siyasi 
mübarizəyə başlayır. Bu dəfə o, Virciniya ştatının quber-
natoru vəzifəsinə – ştatın ali siyasi hakimiyyətinə iddialı 
olduğunu bildirir. Gərgin keçən seçkilərdə dostu Peynə 
qalib gələrək qubernator olur. Bu vəzifəni tutmaqda onun 
əsas istəyi bir çox sahələrdə islahatlar keçirmək idi. Onun 
başlıca arzusu azadlıq uğrunda dinc mübarizəni davam 

38
Amerika prezidentləri
etdirərək, seçki hüququnu təkmilləşdirmək, təhsil sistemi-
ni yaxşılaşdırmaq idi. Bu niyyətlə o, dini azadlıq haqqın-
da qanun layihəsi hazırlasa da, bu layihə Virciniya ştatının 
qanunverici məclisi tərəfi ndən yalnız yeddi ildən sonra – 
1786-cı ildə C.Medisonun səyləri nəticəsində qəbul olundu. 
Bu günə  qədər həmən qanun Virciniya ştatının Konstitu-
siyasının dini azadlıq haqqında müddəasının əsasını təşkil 
edir. 
Lakin,  İstiqlaliyyət uğrunda gedən müharibənin  Şi-
maldan Cənuba keçirilməsi təəssüf ki, maarifçilik deyil, 
onda olmayan hərbçilik bacarığı  tələb edirdi. Bəzi hərbi 
problemlərin həllində  qətiyyətsizliyi,  ştatın müdafi əsini 
yaxşı  təşkil edə bilməməsi onu 1781-ci ildə istefaya get-
məyə məcbur edir. Növbəti il, ona daha bir bədbəxtlik üz 
verir, həyat yoldaşı Marta vəfat edir.
İstefaya çıxdıqdan sonra Cefferson Montiçello 
malikanəsinə qayıdır. 1782-ci ilin axırlarında Filadelfi yadan 
gələn kuryer, Konqresin onu diplomatik missiya ilə Fransa-
ya göndərmək fi krində olduğunu çatdırır. Lakin bu ərəfədə 
Fransadan  İngiltərə  və ABŞ arasında razılıq  əldə edildiyi 
xəbəri gəlir. Səfər yalnız 1784-cü ilin yayında baş tutur. 
Səfərin əsas məqsədi, Ceffersonun bu zaman Avropada olan 
C.Adams və  səfi r  B.Franklinlə birlikdə 19 Avropa ölkəsi 
ilə siyasi və ticarət müqavilələri imzalaması idi. 1785-ci 
ilin yazında Franklin onun səfi rlik fəaliyyətinə son qoyul-
ması xahişi ilə Konqresə müraciət edir. Konqres tərəddüd 
etmədən Ceffersonu ABŞ-ın Fransada səfi ri təyin edir. O, 
Fransadakı  fəaliyyəti müddətində Fransa maarifçiləri ilə 
dostluq əlaqələri saxlamışdı.
23 noyabr 1789-cu ildə Cefferson Parisdən vətənə qayı-
dır. Burada ona gözləmədiyi bir xəbər çatdırırlar: prezident 
Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Dekab-
rın 11-də o, bu məzmunda Vaşinqtonun  şəxsi məktubunu 
alsa da, qəti cavab vermir. Nəhayət 1790-cı ilin fevralında, 

39
Amerika prezidentləri
xüsusən dostu Medisonun təkidlərindən sonra Cefferson 
dövlət katibi təyin edilməsinə razılıq verir.
Dövlət katibi kimi çalışdığı dövrdə, o, ABŞ-ın xarici 
siyasət kursunun müəyyənləşdirilməsində başlıca rol oy-
namışdır. Ceffersonun əsas məqsədi bütün müharibələrdən 
kənarda qalmaq, bir sözlə ABŞ-ın bitərəfl iyini  təmin 
etmək idi. O, yazırdı: «Yeni Dünya Köhnə Dünyanın 
səfehliyindən mənfəət götürməlidir. Onlar vuruşurlarsa, biz 
möhkəmlənməliyik». Onun müəyyənləşdirdiyi yeni xarici 
siyasi kurs, ölkənin bir çox Avropa dövlətləri ilə qurduğu iq-
tisadi-ticari əlaqələrə də öz təsirini göstərməyə bilməzdi. Bu 
əlaqələrdən ölkənin daha çox qazanc götürməsi məqsədini 
güdən maliyyə naziri A.Hamiltonla uzun müddət davam 
edən qarşıdurmalar öz mənbəyini məhz buradan götürürdü.
1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezi-
dent seçilmək arzusunda olmadığını bildirdi. Respubli-
kaçılar bu vəzifəyə Ceffersonu namizəd göstərdilər.  İlin 
axırında keçirilən seçkilərdə federalistlərin namizədi Con 
Adams kiçik üstünlüklə (71:68) prezident seçilir. Cefferson 
vitse-prezident olur. Lakin, Adamsla aralarında ciddi fi kir 
ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu 
nəzərəçarpacaq olmur.
1800-cü il prezident seçkiləri, artıq liderlər yox, yaxşı 
təşkil edilmiş, konkret fəaliyyət proqramlarına malik par-
tiyalar arasında gedən mübarizə kimi xarakterizə edilir. Bu 
seçkilərə respublikaçılar böyük əhəmiyyət verirdilər. Hətta 
T.Cefferson onu 1776-cı il inqilabı ilə eyniləşdirirdi.
Prezident seçkilərində T.Ceffersonun ilk atdığı addım, 
partiya daxilində həmrəyliyə nail olunması məqsədi güdür-
dü. Bunun üçün Şimal ştatlarında böyük nüfuza malik Aa-
ron Burrla bir mövqedən çıxış etməyi qərarlaşdırır. Belə ki, 
Burr Şimal ştatlarında onun, o isə Cənub ştatlarında Bur-
run federalistlərlə mübarizəsinə yardımçı olmalı idi. Belə 
taktikanın seçilməsi, onların hər ikisinin federalistlərin 

40
Amerika prezidentləri
nümayəndəsi Adamsdan çox səs toplaması ilə sonucla-
nır. Lakin səslər bərabər olduğundan, seçkilər Konqre-
sin Nümayəndələr Palatasına keçirilir. Burada hər  ştat, 
nümayəndələrinin sayından asılı olmayaraq bir səslə təmsil 
olunur. Gərgin keçən seçkilərdə T.Cefferson prezident seçi-
lir. Aaron Burr vitse-prezident olur.
4 mart 1801-ci ildə T.Cefferson inauqurasiya nitqi 
söyləyir. Bəziləri gözləyirdi ki, o, siyasi rəqiblərinə hücum 
edəcək, onların siyasətini tənqid edəcəkdir. Lakin bunun 
əvəzində o, ölkənin bütün siyasi qüvvələrini  əməkdaşlığa 
çağırdı.
Tomas Ceffersonun prezident kimi gördüyü ilk iş ka-
bineti formalaşdırmaq olmuşdur. Onu ən çox narahat edən 
iki  əsas nazirin: maliyyə naziri və dövlət katibinin təyin 
edilməsi idi. O, bu vəzifələrə əvvəlcədən nəzərdə tutduğu 
şəxsləri təyin edir. Beləliklə C.Medison Dövlət katibi, əslən 
isveçrəli olan Albert Qallatini isə maliyyə naziri təyin edi-
lir. Maraqlı bir faktı qeyd edək ki, prezident digər nazirləri 
təyin edərkən də onların intellektual bacarıqları ilə yanaşı, 
regional mənsubluğunu da əsas götürmüşdür. Bununla o, 
ştatlar arasındakı birliyi gücləndirmək məqsədi güdmüşdür. 
Tomas Ceffersonun ilk prezidentlik dövründə əldə etdiyi 
ən böyük uğuru şübhəsiz ki, Luiziananı ABŞ-a birləşdirməsi 
olmuşdur. ABŞ dövləti 80 milyon frank ödəməklə Fransa-
nın nəzarəti altında olan Luiziananı əldə edir. Bu isə ABŞ 
ərazisinin təqribən iki dəfə böyüməsi demək idi.
1804-cü ilin ortalarından respublikaçılar partiyası 
növbəti prezident seçkilərinə hazırlaşmağa başlayır. Cef-
ferson yenidən respublikaçılar partiyasının namizədi kimi 
göstərilsə  də, vitse-prezidentliyə A.Burrun deyil, Corc 
Klin tonun  namizədliyi irəli sürülür. Bu halda Burr federa-
list lərlə koalisiya yaratmaq istəsə  də, federalistlərin lideri 
A.Hamilton buna razılıq vermir. Burr və Hamilton arasın-
dakı düşmənçilik iyul ayında duellə nəticələnir. Hamilton 

41
Amerika prezidentləri
dueldə öldürülür. Bu, Aaron Burrun da siyasi ölümü demək 
idi. Müxalifət partiyası olan federalistlər Pinkni və Kinqin 
namizədliyini irəli sürürlər.  Əvvəlki prezident seçkisində 
verdiyi vədlərin heç də hamısını yerinə yetirə bilməməsi 
Ceffersonun qalib gəlməsinə mane olmur. Luiziananın əldə 
edilməsi öz işini görmüşdü.
İkinci müddətə prezident seçilən Cefferson kabinetində 
ciddi dəyişikliklər etmir.
Avropada başlamış Napoleon müharibələri ABŞ ticarət 
donanmasının Atlantik okeanında və Avropa limanlarında 
hərəkət etməsinə mane olurdu. Buna görə də ticarət hüquq-
larının qorunması ikinci prezidentlik müddətində «bitərəf» 
Ceffersonun başlıca problemi olur. İngiltərənin hərbi do-
nanması ABŞ ticarət gəmilərini müsadirə etməkdən belə 
çəkinmir. Problemi diplomatik yolla həll edə bilməyən 
prezident Avropa ölkələri ilə ticarət  əlaqələrinə embarqo 
tətbiq edir. İngilislərə təzyiq kimi nəzərdə tutulan bu qərar, 
nəticədə ABŞ-ın özünə böyük ziyan vurur. Sonralar Ceffer-
son bu qərarı özünün böyük səhvi olduğunu etiraf etmişdir.
Hələ 1807-ci ildə respublikaçılar partiyasının liderləri 
Ceffersona üçüncü dəfə namizədliyini irəli sürməyi təklif 
etmişdilər. Lakin respublikaçıların lideri buna qəti etirazı-
nı bildirir. O, əsası Vaşinqton tərəfi ndən qoyulmuş ənənəni 
pozmaq istəmir. İstefaya çıxmamışdan əvvəl özünün siyasi 
varisi haqqında düşünür. Bu vəzifəyə daha çox Medisonu 
layiq görür. Ölkə rəhbərinin iradəsi öz təsirini göstərir. C. 
Medison yekdilliklə növbəti seçkilərə namizəd göstərilir.
İstefaya çıxdıqdan sonra Montiçello malikanəsinə qayı-
dan eks-prezident maarifçilik fəaliyyəti ilə məşğul olmuş-
dur. 1919-cu ildə yaradılmış Virciniya Universiteti onun 
maarifçilik fəaliyyətinin bariz nümunəsidir. Universitet bi-
nasının tikilməsindən tutmuş, tədris planının hazırlanması-
na qədər bütün prosesə şəxsən özü rəhbərlik etmişdir. Onun 

42
Amerika prezidentləri
təşəbbüsü ilə universitetə Avropadan təcrübəli müəllim və 
alimlər dəvət olunmuşdur.
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşir. O, 
əsasən yaddaşının pozulmasından, ayaqlarındakı  bərk ağ-
rılardan şikayət edir. 
Mart ayında tərtib etdiyi vəsiyyətnaməsində bütün 
mülkiyyətinin qızı və nəvələrinə çatmasını, kitabxanasının 
isə Virciniya Universitetinə verilməsini göstərir.
İyunun 13-də qeydiyyat kitabçasına sonuncu qeydini 
edir. 3 iyulda İstiqlaliyyət haqqında bəyannamənin qəbul 
edilməsinin 50 illiyi ərəfəsində sonuncu dəfə «4 iyul hələ 
başlamayıb?» deyə soruşur. Bu onun dediyi son sözlər olur. 
Növbəti günün səhəri Cefferson vəfat edir. Elə həmin gün 
Massaçusets ştatında başqa bir xadim – Con Adams vəfat 
edir. Adamsın sonuncu kəlməsi «Cefferson isə  hələ yaşa-
yır» olur. Bu, Adamsın sonuncu səhvi idi. O öz siyasi rəqibi 
və dostundan bir neçə saat çox yaşamışdı.
Ceffersonu ailə  qəbiristanlığında, həyat yoldaşı Marta 
və  qızı Mariyanın qəbirləri arasında dəfn edirlər. Vəsiy-
yətnaməyə görə, qəbir daşının üzərində  aşağıdakı sözlər 
yazılmışdır:
ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin və Virciniya şta-
tının dini azadlıq qanununun müəllifi ,
Virciniya Universitetinin yaradıcısı,
Tomas Cefferson burada dəfn edilmişdir.
Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi 
qeyd olunmamışdır. Görünür Cefferson həmvətənlərinin 
xatirəsində yalnız maarifçi kimi qalmaq istəmişdir. 
 

43
Amerika prezidentləri
CEYMS MEDİSON 
(JAMES MADISON)
(1809-1817)
Dünyanın ilk yazılı konstitusiyasının layihəsi Amerika 
Millətinin iftixarı hesab olunur. Bunun başlıca səbəbi bu 
konstitusiyanın dünyanın digər demokratik dövlətlərinin 
konstitusiyaları üçün əvəzsiz nümunə olmasıdır. Tarixdə ilk 
dəfə olaraq hakimiyyətin bölünməsini özündə ehtiva edən 
konstitusiyanın müəllifi  ABŞ-ın gələcək prezidenti Ceyms 
Medison idi.
Ceyms Medison 1751-ci il martın 16-da Virciniya şta-
tının Port-Konuey yaşayış  məntəqəsində varlı plantator 

44
Amerika prezidentləri
ailəsində anadan olmuşdur. Ailənin on bir uşağından  ən 
böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə 
etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmiş-
dir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, 
indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində 
təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin 
ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi 
mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili 
olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusi-
yanın zəif olmasını iddia edirdilər.
23 yaşında siyasi fəaliyyətə başlayan Medison Vircini-
yada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc 
komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc 
dairəsini İnqilabi Konqresdə təmsil edir. Növbəti il Virci-
niya deputatlar məclisinə seçkilərdə uğur qazanmayan Me-
dison 1777-79-cu illərdə Virciniya qubernator Şurasının, 
sonra, 1783-cü ilə  qədər isə Konfederasiya Konqresinin 
iştirakçısı olur. Sonra Virciniyaya qayıdaraq yerli qanunve-
rici məclisdə fəaliyyətini davam etdirir. Məclis üzvlərinin 
sərt müqavimətinə, populist əhval-ruhiyyələrinə baxmaya-
raq, dini azadlıq və kilsənin dövlətdən ayrılması haqqında 
Tomas Cefferson tərəfi ndən hazırlanmış qanun layihəsinin 
təsdiq edilməsinə nail olur. Bu qanun Amerika maarifçiliyi-
nin əsasını təşkil edir. 
C.Medison dul qadın Dolli Toddla ailə  həyatı qursa 
da onların övladları olmamışdır. Dolli Medison Amerika 
prezidentləri tarixində ilk «First Ledy» hesab edilir.
1786-cı il Annapolis Ticarət konfransında Virciniya-
nın nümayəndəsi kimi iştirak edən Medison Konstitusiya 
islahatı  tərəfdarları ilə birlikdə Filadelfi yada Konstitusiya 
Konventinin çağırılmasına nail olur və orada doğma ştatını 
təmsil edir. O, 1787-ci ildə yazdığı «Birləşmiş Ştatlar siyasi 
sisteminin qüsurları» məqaləsində Konfederasiya Haqqın-
da Əsasnamənin çatışmazlıqlarını qeyd edərək, mükəmməl 

45
Amerika prezidentləri
Konstitusiyaya ehtiyac olduğunu bildirir. Əsas mətni Me-
dison tərəfi ndən yazılmış Konstitusiya ratifi kasiya edilməsi 
üçün ştatlara göndərilir.
O, Cen Cey və Aleksander Hamiltonla birlikdə yeni 
konstitusiyanın təbliğinə yönəlmiş 85 qəzet məqaləsi ilə çı-
xış edir. «Publius» ləqəbi ilə imzalanan bu yazılar, sonradan 
«Federalist» adlı kitab kimi nəşr edilmişdir. Fraksiyaçılığın 
geniş təhlil edildiyi və aktuallığını bu gün də itirməmiş 10 
saylı məqalə Medison tərəfi ndən yazılmışdı.
Konstitusiya əleyhdarları icraedici hökumətə həddən ar-
tıq səlahiyyətlər verilməsinə, insan hüquqlarının qorunma-
masına etirazlarını bildirirlər. Medison ilk Nümayəndələr 
Palatası önündə verdiyi vədə  əməl edərək Konstitusiyaya 
ilk on dəyişikliyi hazırlayır. Bu dəyişikliklər 1791-ci ildə 
Hüquqlar Haqqında Bill adı ilə qüvvəyə minir.
C. Medison 1797-ci ilə qədər Konqresin Nümayəndələr 
Palatasının üzvü olur. Burada o, Ceffersonla birlikdə Ha-
miltonun siyasi-iqtisadi proqramlarının tənqidçisi olaraq 
müxalif respublikaçılar partiyasını yaradır. Cefferson pre-
zident seçildikdən sonra onun formalaşdırdığı kabinetdə 
xarici işlər naziri olur.
1808-ci ildə onun prezident seçilməsi partiyadaxili 
çəkişmələrlə müşayiət olunmuşdur. Bir dəfə də seçkiqabağı 
nitq söyləməyən Medison öz siyasi dostlarının, xüsusən Cef-
fersonun köməyi və bəzi partiyadaxili sövdələşmələr əldə 
edilməsi nəticəsində respublikaçılar partiyasının namizədi 
olur. Belə razılaşmalardan biri vitse-prezident vəzifəsinin 
Nyu-Yorklu partiya üzvlərinə güzəştə gedilməsidir. 60 yaşlı 
Corc Klinton vitse-prezident seçilsə də 1812-ci ildə onu, bu 
vəzifəyə daha layiq Elbric Herri əvəz etmişdir.
Kabinetin formalaşdırılmasında partiyadaxili qruplaş-
maları və regional faktoru əsas götürən prezident maliyyə 
naziri A.Qallatindən başqa bütün nazirliklərə yeni rəhbərlər 
təyin edir. Bu təyinatların heç də hamısı  uğurlu olmur. 

46
Amerika prezidentləri
Tezliklə xarici işlər naziri Robert Smitin öz vəzifəsini 
layiqincə yerinə yetirə bilməməsi aşkar olur. 1811-ci 
ilədək Virciniya qubernatoru işləmiş Ceyms Monronun bu 
vəzifəyə  təyin olunmasına qədər, prezident eyni zamanda 
xarici işlər naziri vəzifəsini də icra edir.
1807-ci ildən Avropa ölkələri ilə ticarət  əlaqələrinə 
tətbiq olunmuş embarqo kabinetin ilk müzakirə mövzu-
su olur. İxrac edilməyən kənd təsərrüfatı  məhsullarının 
qiymətlərinin sürətlə  aşağı düşməsi amerikalılara böyük 
ziyan vururdu. Nyu-York və digər liman şəhərlərinin gəmi 
sahibləri ticarət gəmiçiliyinin təcili bərpasını tələb edirdilər. 
Bunun üçün Fransa və İngiltərə ilə münasibətlərin qaydaya 
salınması lazım idi.
Problemləri danışıqlar yolu ilə həll edə bilməyən prezi-
dent, Qallatinin məsləhəti ilə müharibəyə hazırlaşır. 1812-
ci il iyunun 1-də C.Medison İngiltərəyə müharibə elan 
edilməsi məzmunlu məktubunu Konqresə  təqdim edir. O, 
bu təklifi ni belə əsaslandırır: İngiltərə ABŞ-a – «müstəqil 
və bitərəf millətə» düşmən münasibət bəsləyir. Ticarət 
gəmilərinin müsadirə edilməsi, minlərlə matrosun əsir 
götürülərək məcburi xidmətə  cəlb olunması, hindu tayfa-
larının üsyanının təşkil edilməsi böyük cinayətlərdir. Təklif 
istər Nümayəndələr palatasında (79: 49), istərsə də Senat-
da (19: 13) təsdiqlənir. Beləliklə iyunun 19-da İngiltərəyə 
rəsmi olaraq müharibə elan edilir.
Səsvermənin nəticələrindən göründüyü kimi müharibə 
əleyhdarları da az olmamışdır. Onlar, xüsusilə  də vircini-
yalı deputat Con Rendolf müharibənin başlanmasına qəti 
etirazlarını bildirirlər. Əhali arasında, xüsusilə mərkəzi ştat-
larda anti-müharibə əhval-ruhiyyəsi güclənirdi. Bu 1812-ci 
il prezident seçkilərinə  təsirni göstərir. Mərkəzi  Ştatlarda 
aşkar məğlubiyyətə uğrayan C.Medison səslərin ümumi sa-
yına görə (128: 89), federalistlər partiyasının nümayəndəsi 
De Uitni Klintona qalib gələrək ikinci dəfə prezident seçilir.

47
Amerika prezidentləri
Hərbi əməliyyatlar əsasən üç cəbhədə: Kanada sərhəd-
ləri boyunca, Atlantik okeanı sahillərində  və Meksika 
kör fəzində aparılırdı. Tarixçi Robert Rutlend prezidentin 
hərbi məqsədləri haqqında yazırdı: «Medisonun məqsədi 
İngiltərəyə məxsus torpaqların işğalı deyildi. O, Britaniya 
rəhbərlərindən ABŞ-ı uzaq, asılı qohum kimi yox, müstəqil 
dövlət kimi tanımasını istəyirdi». Bu baxımdan 1812-15-ci 
il müharibəsini ikinci İstiqlaliyyət müharibəsi adlandırırlar.
Avropada davam edən Napoleon müharibələri 1814-cü 
ildə onun hakimiyyətdən uzaqlaşdırılması ilə  nəticələndi. 
Medison haqlı olaraq, döyüşlərdən azad olan ingilis qoşun 
hissələrinin də bu müharibəyə  cəlb ediləcəyindən narahat 
idi. Bu perspektivdən ehtiyatlanan prezident və onun kabi-
neti hərbi əməliyyatları dayandırmaq, müharibədən əvvəlki 
vəziyyətin bərpa edilməsi (status-kvo) şərti ilə sülh danışıq-
larına başlamaq qərarına gəlir. Bu ərəfədə ingilis qoşunları 
Vaşinqtonu tutaraq Dövlət binalarını o cümlədən prezident 
iqamətgahını yandırırlar. Medison tələsik paytaxtı tərk edir.
Hindularla aparılan müharibələrdə böyük təcrübə top-
lamış general Endrü Cekson 1815-ci il yanvarın 8-də Yeni 
Orlean şəhəri yaxınlığında ingilislərin 5.000 canlı qüvvəsini 
məhv edərək qələbə qazanır. Lakin buna qədər 1814-cü il 
24 dekabrında fl amand şəhəri Kentdə sülh müqaviləsi im-
zalanmışdı.
14 fevral 1815-ci ildə Medison Vaşinqtona qayıdır. 
Müharibə qeyri-müəyyən sonluqla başa çatsa da, Birləşmiş 
Ştatları Amerika kontinentində ciddi ictimai quruluşa malik 
dövlət kimi bir daha təsdiqləyir.
C.Medison 1816-cı il prezident seçkilərində  işti-
rak etməsə də öz siyasi varisinin bu vəzifəyə seçilməsinə 
köməklik göstərmişdir. Həmin varis gələcək səkkiz ildə 
ölkənin prezidenti olmuş Ceyms Monro idi. Vəzifə yük-
lərindən azad olan eks-prezident 6 aprel 1817-ci ildə öm-
rünün son illərini yaşadığı  Cənuba köçür. Bu zaman o, 

48

Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin