Corc Vaşinqton Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson



Yüklə 2.66 Kb.

səhifə4/14
tarix14.01.2017
ölçüsü2.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14
Amerika prezidentləri
bir müasirinin yazdığı kimi «tətilə gedən şagird» kimi se-
vinirdi. C.Medison istefada olanda da bəzi konstitusional 
problemlərin həllində iştirak etmiş, öz məsləhətlərini ver-
mişdir.
Onun quldarlıqla bağlı dəqiq mövqeyi olmasa da 1817-
ci ildə yaradılmış Amerika müstəmləkə Cəmiyyətinin sədri 
seçilmişdir. Bu cəmiyyət azad edilmiş qulları Afrikaya 
göndərməklə məşğul idi. Lakin maliyyə problemləri olduğu 
üçün özünə məxsus qulları azad edə bilməmişdir.
C.Medison 1836-cı il iyunun 28-də Virciniya ştatındakı 
Montpiliyer malikanəsində vəfat etmişdir. 
 

49
Amerika prezidentləri
CEYMS MONRO
(JAMES MONROE)
(1817-1825)
ABŞ-ın 5-ci prezidenti Ceyms Monro 1758-ci il ap-
relin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Va-
şinqton-Periş  şəhərciyində anadan olmuşdur. Virciniyanın 
digər nüfuzlu siyasətçilərindən fərqli olaraq, atası Spens 
Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. 
Ceyms ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin ya-

50
Amerika prezidentləri
nında alır. 16 yaşında Virciniyanın paytaxtı Uilyamsburqa 
gələrək «Uilyam ənd Meri» kollecində təhsilini davam et-
dirir.  İstiqlaliyyət müharibəsi başladıqda Kontinental or-
dunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik 
şəhadətnaməsi alır. Bacarıq və  cəsarətinə görə  fərqlənən 
Ceymsə 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd 
edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik 
tərəfi ndən yüksək qiymətləndirilmiş, ona Qərb  ərazisində 
böyük torpaq sahələri verilmişdir.
1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altın-
da hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq 
əlaqələri saxlamışdır.
1782-ci ildə Virciniya qanunvericilik məclisinə üzv 
seçilən Monro, siyasi fəaliyyətə başlayır. 1786-cı ilədək, 
ştatin nümayəndəsi kimi, iclaslarını Nyu-Yorkda keçirən 
Konfederasiya Konqresinin iştirakçısı olur. Nyu-Yorkda 
yaşadığı vaxt (16 fevral 1786-cı ildə) müfl is olmuş Vest-
Hind plantatorunun qızı Elizabet Konraytla ailə qurur. 
Həmən ilin dekabr ayında anasının şərəfi nə Elizabet adlan-
dırılan ilk övladları dünyaya gəlir.
1787-ci ildə Filadelfi yada keçirilən Konstitusiya Kon-
ventinin üzvü olmasa da Virciniya ştatının Konventdəki 
nümayəndəsi kimi konstitusiyanın  əleyhinə  çıxış edir. 
Nümayəndələr palatasına seçkilərdə C.Medisona məğlub 
olmasına baxmayaraq, 1790-cı ildə Virciniya parlamen-
ti onu senator seçir. Fransaya səfi r göndərilənədək dörd il 
müddətində senator olur. 
Onun Fransada səfi r kimi fəaliyyəti qənaətbəxş olmur 
və 29 iyul 1796-cı ildə xarici işlər naziri Timoti Pikerinq 
tərəfi ndən geri çağırılır. Səfi rlik fəaliyyətinin kəskin tənqid 
olunması onun siyasi nüfuzuna xələl gətirmir. Monro 1799-
cu ildə Virciniya Ştatının qubernatoru seçilir və 1802-ci 
ilə qədər bu vəzifədə çalışır. Dostu T.Cefferson Birləşmiş 

51
Amerika prezidentləri
Ştatların prezidenti seçildikdən sonra Vaşinqtona qayıdan 
Monro 1809-cu ilədək siyasi fəaliyyətini burada davam 
etdirmişdir. 1803-cü ildə yenidən Parisə səfər edərək, bu-
rada R.Livinqstonla birlikdə Luiziananın alınması danı-
şıqlarında iştirak edir. Lakin Qərbi Floridanın İspaniyadan 
alınması və Londonda İngiltərə ilə münasibətlərin nizam-
lanması haqqında Uilyam Pinkni ilə birgə aparılan danı-
şıqların uğursuzluqla nəticələnməsi onun siyasi reytinqinin 
aşağı düşməsinə  səbəb olur. Bu ona 1808-ci il prezident 
seçkilərində namizədliyini irəli sürməyə mane olur. O, 
1788-ci ildə olduğu kimi, bu dəfə də Medisona məğlub olur 
və bu, iki siyasətçi arasında münasibətlərin korlanmasına 
gətirib çıxarır. 
C.Monro 1811-ci ildə yenidən Virciniya ştatının qu-
bernatoru seçilir. Cefferson Medisonla onu barışdırdıqdan 
sonra, prezident 1811-ci ilin mart ayında Monronu Robert 
Smitin yerinə xarici işlər naziri təyin edir. C.Medisonun 
prezidentliyi müddətində, ABŞ-ın xarici siyasəti, xüsusilə 
İngiltərə ilə münasibətlər, məhz Monronun fəaliyyəti 
ilə müəyyənləşmişdir.  İngiltərə ilə aparılan müharibə 
ərəfəsində Con Armstronq müdafi ə naziri vəzifəsindən 
uzaqlaşdırıldıqdan sonra bu vəzifə  də C.Monroya tapşırı-
lır. Yeni Orlean və Plattsburqda ABŞ ordusunun qələbələri, 
eyni zamanda Kent sülhünün bağlanması onun siyasi möv-
qeyini daha da möhkəmləndirir.
O, partiyadakı tərəfdarlarının böyük köməyi sayəsində 
Respublikaçılar partiyasının 1816-cı il prezident seçkilərinə 
namizədini müəyyənləşdirməyə həsr olunmuş konqresində 
Medison hökumətində maliyyə naziri olmuş Uilyam Kro-
uforda kiçik üstünlüklə (65: 54) qalib gələrək partiyanın 
namizədi olur. Prezident seçkiləri Monronu xüsusi narahat 
etmirdi. Belə ki, müharibədən sonra federalistlər partiya-
sı praktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Nəticədə 

52
Amerika prezidentləri
o, federalistlərin namizədi Rufus Kinqə böyük üstünlüklə 
(183: 34) qalib gələrək prezident olur.
Ceyms Monronun səkkiz illik prezidentlik dövrü «xoş 
əhval-ruhiyyələr dövrü» («The era Good feelings») kimi 
xarakterizə edilir. Bu hər  şeydən  əvvəl onun prezident-
liyi dövründə partiyalar arası ziddiyyətlərin olmaması ilə 
əlaqədardır. Prezidentin partiyalar fövqündə dayanması 
prinsipini  əsas tutan Monro istər  şəxsi, istərsə  də fraksi-
yalar arası münasibətlərlə bağlı qarşıdurmalarda iştirak 
etməməsidir. Bu mövqeyi onun kabinetə olan münasibətində 
də özünü göstərmişdir.
İspaniya ilə bağlanmış müqaviləni Monro hökumətinin 
böyük uğuru hesab etmək olar. 24 fevral 1819-cu ildə 
Monro tərəfi ndən imzalanan Transkontinental müqavilə 
haqlı olaraq Adams-Onis müqaviləsi adlanır. Xarici işlər 
naziri Adamsın gərgin fəaliyyəti sayəsində bağlanmış bu 
müqaviləyə əsasən bütün Florida ABŞ-a birləşdirilmişdi.
1820-ci ildə keçirilən prezident seçkiləri ötən seçki-
lərdən fərqli olaraq sakit keçmişdir. Respublikaçıların rəsmi 
namizədi kimi çıxış edən Monronun rəqibi müstəqil respub-
likaçı C.K.Adams olmuşdur. C.Monro böyük üstünlüklə 
(234: 1) ikinci müddətə prezident seçilmişdir. Bu dövr bir 
çox beynəlxalq-siyasi hadisələrlə zəngin olmuşdur. 
Xatırladaq ki, İspaniyanın Avropada gedən Napoleon 
müharibələrinə cəlb olunması onun Latın Amerikasındakı 
müstəmləkələrini itirməsi ilə nəticələnir. Müharibələr sona 
çatdıqda Müqəddəs İttifaqda birləşmiş dövlətlər İspaniya-
nın öz əski müstəmləkələrindəki ağalığını bərpa etməsinə 
kömək göstərirlər. Bu, ABŞ-ın ciddi etirazı ilə qarşılanır. 
Bununla  əlaqədar 2 dekabr 1823-cü ildə Ceyms Monro 
Konqresə  məktub göndərir. Sonradan «Monro doktrina-
sı» adını almış  məktubda dünyanın Avropa və Amerika 
sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropa-

53
Amerika prezidentləri
nın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni za-
manda Avropadan Amerikanın daxili işlərinə qarışmamaq 
tələb olunurdu.
Xələfl ərinin qoyduğu ənənəyə sadiq qalan Monro 1824-cü 
il prezident seçkilərində  iştirak etmir. Ömrünün son illəri 
maddi çətinliklər içərisində keçir. 1830-cu il 23 sentyabrda 
həyat yoldaşı  vəfat etdikdən sonra, Nyu-Yorka qayıdaraq 
kiçik qızı Mariya Hesterin yanında yaşayır. 4 iyul 1831-ci 
ildə, Birləşmiş Ştatların İstiqlaliyyət Bəyannaməsinin 55-ci 
ildönümü günü vəfat edir.
 

54
Amerika prezidentləri
CON KUİNSİ ADAMS 
(JOHN QUINCY ADAMS)
(1825-1829)
ABŞ-ın ilk altı prezidenti dövlətin əsas qurucuları he-
sab olunur və  ənənəvi olaraq «bani atalar» adlandırılır. 
Onların sonuncusu Con Kuinsi Adams 11 iyul 1767-ci ildə 
Massaçusets ştatının Breyntri şəhərində, ABŞ-ın ikinci pre-
zidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. 
Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun 

55
Amerika prezidentləri
gələcək taleyinin müəyyənləşməsində  həlledici rol oy-
namışdır. Hələ 17 yaşlı  gənc ikən atasını bir çox Avropa 
ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haa-
qada ölkəsinin səfi ri olmuşdur. Bu səfərlər zamanı  nəinki 
müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini 
artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönü-
mü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi, 
aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət 
xadimlərindən biri etmişdir.
Londonda yaşadığı müddətdə, tütün ticarətçisinin qızı 
Luiza Ketrin Consonla tanış olur. Nəticədə onlar 1797-ci il 
26 iyulda evlənirlər.
C.K.Adamsın prezident seçildiyi 1824-cü ilə  qədərki 
müxtəlif hadisələrlə zəngin həyatında üç amil xüsusilə seçi-
lir: 1814-cü ildə ingilis-amerikan müharibəsinə son qoymuş 
Kent sülhü, 1819-cu ildə İspaniya ilə bağlanmış Transkon-
tinental müqavilə, 1823-cü ildə elan edilən «Monro Doktri-
nası». Xüsusilə sonuncu iki hadisə məhz C.K.Adamsın ya-
radıcı fəaliyyətinin bəhrəsi idi və onun prezident C.Monro 
ilə sıx əməkdaşlığının nəticəsində həyata keçirilmişdi.
1820-ci il prezident seçkilərinə müstəqil respublika-
çı kimi qatılan Adams Monroya məğlub olur. Lakin bu 
məğlubiyyət onun növbəti seçkilərə qatılmasına mane ol-
mur.
1824-cü il prezident seçkiləri olduqca gərgin keçmişdir. 
Bu vəzifəyə iddialılar arasında heç bir inzibatçılıq təcrübəsi 
olmasa da hərbi qələbələri sayəsində şöhrət zirvəsində olan 
Endrü Ceksondan başqa, kabinet və konqres üzvləri də var-
dı. Adamsla yanaşı Kalxaun, Krouford, Kley kimi dövlət 
xadimləri iddiaçilar arasında idilər. 
1 dekabr 1824-cü ildə keçirilən seçkilərdə Endrü Cek-
son daha çox səs toplasa da, səslərin sayı prezident seçilmək 
üçün zəruri olan miqdara çatmadı və seçkilər nümayəndələr 

56
Amerika prezidentləri
palatasında keçirildi. 1825-ci il 9 fevralda nümayəndələr pa-
latasında keçirilən seçkidə E.Cekson deyil, ilkin seçkilərdə 
ikinci yer tutmuş C.K.Adams prezident seçildi. Adams Hen-
ri Kleyi dövlət katibi təyin etdikdə Cekson və tərəfdarları 
Adamsı seçkilərdən öncə H.Kleylə gizli ittifaq bağlamaqda 
ittiham etdilər. Bu məsələ  hələ  də düzgün şərhini tapma-
yıb. Əvvəla, hələ seçkilərdən öncə Kley və Cekson arasın-
da ixtilaf yaranmışdı. Digər tərəfdən Kley bir çox başqaları 
kimi respublikaçılar partiyasının rəsmi namizədi Kroufor-
dun prezident seçiləcəyi təqdirdə öz vəzifəsinin öhdəsindən 
layiqincə gələcəyinə şübhə edirdi. Şübhəsiz ki, Adams və 
Kley adasında səsverməyə qədər hər hansı razılaşma olub. 
Lakin bu razılaşmanın nədən ibarət olması müasirlərini ma-
raqlandırmırdı. Onlar üçün «mənfur razılaşmanın» olması-
nı milli qəhrəman Ceksonun deməsi kifayət idi. Bu ittiham 
Adamsın bütün prezidentlik müddətində ona problemlər 
yaratmışdır.
Şəxsi keyfi yyətlərindəki bəzi naqisliklər Adamsa siyasi 
komandasını yaratmağa mane olurdu. Bu özünü kabinetin 
təşkil edilməsində də göstərir. Ceksonu müdafi ə naziri təyin 
etmək istəsə də, bu fi kirdən daşınır. Başa düşür ki, Cekson 
bu vəzifəni özünə qarşı təhqir kimi qəbul edəcək. Kroufor-
da maliyyə naziri vəzifəsini təklif etsə də rədd cavabı alır 
və bu vəzifəyə 1818-ci ildən Avropada yaşayan, ABŞ-da 
heç bir siyasi dayağı olmayan, Londonda Amerika səfi ri 
Riçard Raşı  təyin edir. Beləliklə Adams siyasi rəqiblərini 
zərərsizləşdirə bilmir. Tezliklə Cekson, Krouford və Kol-
xaun tərəfdarları Konqresdə birləşirlər və Adamsın siyasi 
kursuna müxalif mövqedən çıxış edirlər. Prezidentliyi-
nin üçüncü ilində Konqresə keçirilən seçkilərdə Adamsın 
rəqibləri hər iki palatada üstünlüyə nail olurlar.
C.K.Adamsın 4 mart 1825-ci ildə etdiyi inauqurasi-
ya nitqi prezidentlik borcunun dərk edilməsinin yüksək 

57
Amerika prezidentləri
ifadəsidir. O, milli birliyə çağıraraq faktiki olaraq artıq 
mövcud olmayan partiyaların milli maraqlar yönümündən 
çıxış etməsini istəyir.
Deyilənlərlə yanaşı onun prezidentlik illərində digər 
problemlər də qarşıya çıxmışdır. Amerika ticarət gəmi çili-
yinin Britaniyaya məxsus Karib adaları arasında hərəkətinə 
bərabər hüquqlar tələb edilməsi Londonun etirazına səbəb 
olur, hətta 1826-cı ildə bütün Vest-hind limanları ABŞ 
gəmilərinin üzünə bağlanır. 1827-ci ilin martından Adamsın 
İngiltərə  gəmilərinin Amerika limanlarına daxil olmasını 
qadağan etməsindən başqa çarəsi qalmır. Vest-hind ticarət 
əlaqələrini yalnız 1830-cu ildə qaydaya salmaq mümkün 
olmuşdur.
Konqresdə ona qarşı formalaşmış mütəşəkkil müxalifət 
Adamsın öz siyasi-iqtisadi platformasını reallaşdırmağa 
böyük  əngəl yaradır. Artıq onun 1828-ci il seçkilərində 
məğlub olacağı qabaqcadan görünür. Bu seçkilərdə səslərin 
56 %-ni toplayan E.Cekson prezident olur.
Yenidən seçilməyən bütün prezidentlər aktiv siyasətdən 
uzaqlaşmışdılar və atası Con Adams buna ən yaxşı nümunə 
idi. Lakin onun oğlu qəribə istisna təşkil edir. Qısa fasilədən 
sonra 1831-ci ilin dekabrında Plimutdan nümayəndələr pa-
latasına üzv seçilərək ömrünün axırınadək burada fəaliyyət 
göstərir. C.K.Adams Amerika-Meksika müharibəsi haqqın-
da aparılan müzakirələr zamanı, 21 fevral 1848-ci ildə elə 
Konqres zalındaca vəfat etmişdir.
 

58
Amerika prezidentləri
ENDRÜ CEKSON 
(ANDREW JACKSON)
(1829-1837)
Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk 
prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı 
sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun 

59
Amerika prezidentləri
keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə 
parlaq karyera edəcəyindən xəbər vermirdi.
15 mart 1767-ci ildə  Cənubi Karolina ştatının Uoks-
hou yaşayış  məntəqəsində, irland immiqrantı ailəsində 
anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. 
O, hələ dünyaya gəlməmiş atası  vəfat edir. Ailənin mad-
di çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu 
yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan 
İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq 
həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
1780-ci ildə hərbi əməliyyatlar Uokshouya da gəlib ça-
tır. Burada baş vermiş ağır döyüşlərdə Ceksonlar ailəsinin 
böyük oğlu Uilyam həlak olur. Ağır dərdə dözməyən Eli-
zabet tezliklə vəfat edir. 1782-ci ildə məktəbi bitirən Endrü 
pedaqoji kadrlar çatışmadığı üçün həmin məktəbdə müəllim 
kimi fəaliyyət göstərir. Lakin o, on yeddi yaşında doğma 
Uokshounu tərk edir.
Müstəqil həyata qədəm qoyan Endrü hüquqşünas ol-
mağa qərar verir. Hüquqşünaslıq  Şimali Amerikada artıq 
hörmətli peşə hesab edilir, istər ictimai nüfuz, istərsə  də 
yaxşı  təminatlı  həyatın qarantına çevrilirdi. Cənubi Ka-
rolinanın Solsberi şəhərciyində Makkeyin hüquq konto-
runda praktika keçən Endrü vəkillik fəaliyyətinə başlayır, 
iki il sonra ştatın Ali Məhkəməsinə üzv seçilir. Təcrübəli 
vəkillərin çoxluq təşkil etdiyi Solsberidə  uğur qazanmaq 
onun üçün çətin idi. Ona görə Qərbə köçməyi qərara alır və 
1788-ci ildə Neşvill qəsəbəsində məskunlaşır. Qısa müddət 
ərzində böyük hörmətlə yanaşı var dövlət də toplaya bilir. 
24 yaşlı Cekson Neşvill sakini, tanınmış ailədən olan Raşel 
Rabardsla ailə qurur.
XVIII əsrin 90-cı illərində Cənub-Qərb bölgəsi sürətlə 
inkişaf edirdi. Artıq burada yaşayan  əhalinin sayı 76.000 
nəfərə çatırdı. Bu baxımdan  ərazinin müstəqil  ştata 

60
Amerika prezidentləri
çevrilməsi gündəmə  gəlir (federal qanunvericiliyə  əsasən 
əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə 
bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu 
verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq 
göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən 
Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Şta-
tı senatda təmsil edir.
Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci 
ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə is-
tefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qay-
daya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali 
Məhkəməsinə üzv seçilir.
E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi le-
gislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o, 
hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35 
yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaq-
ları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin 
genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu 
istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.
1812-ci ildə prezident Medison İngiltərəyə müharibə 
elan etdi. Müharibəyə qatılan  İngiltərə hökuməti hindu 
qəbilələrini ələ alaraq onların ABŞ-a qarşı qiyama qalxma-
sına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaş-
dıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa 
göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardın-
ca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv 
edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23 
milyon akr torpaq sahəsi ABŞ-a birləşdirilir. Bundan razı 
qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Qorx-
maz, cəsur bir döyüşçü olması ona «Qoca Hikari» ləqəbi 
qazandırır.
Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə  də  bəzi 
dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla 

61
Amerika prezidentləri
döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab 
etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə 
Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi 
olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.
1818-ci ildə Florida ABŞ-a birləşdirildikdən sonra pre-
zident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin 
general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir. 
Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fer-
merlik fəaliyyətinə  həsr etmək arzusunda olduğunu bildi-
rir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı 
şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezi-
dent seçkilərinə namizədliyini verməsini istəyirlər.
1824-cü il seçkilərində E.Cekson C.K.Adams, U.Krou-
ford və H.Kleylə birgə namizədliyini irəli sürür. Seçkilərdə 
birincilik qazansa da zəruri olan minimum səs həddini 
aşa bilmir və seçkilər Nümayəndələr Palatasına keçirilir. 
H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident 
seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cek-
son Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli 
sövdələşmədə günahlandırır.
Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin 
yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qrup-
laşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırı-
lan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları, 
xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə de-
mokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan 
partiyanı təsis edirlər.
1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni 
təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proq-
ramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə 
açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər 
bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib 
gələrək prezident seçilir.

62
Amerika prezidentləri
İnauqurasiya nitqində demokratik islahatların zəruri-
liyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət 
məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12 
il  əvvəl prezident Monroya yazdığı  məktubunda partiya 
mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının 
əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya 
mənsubluğu kənara qoyulmalıdır… Böyük və güclü millət 
rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır». 
Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə 
riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu 
o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa 
qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun 
haqlı olduğunu göstərdi. Təkcə  hərbi dəniz nazirliyində 
aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu 
üzə çıxartdı.
Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə 
müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq 
olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin 
fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşı-
lanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqları-
nı ştatların suverenliyindən üstün tutması partiyanın vitse-
prezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi 
etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus  şəkildə 
şərh edən Kalxaun, ştatların  İttifaqdan ayrılması hüququ-
nu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu 
təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə 
sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, par-
tiya daxili ikitirəliyin yaranmasına səbəb oldu.
Partiyadaxili ixtilafl ar Ceksonun nüfuzuna ziyan vur-
mur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini 
güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qa-
nunlarına veto qoymaqla Milli Bankın monopoliyasının 

63
Amerika prezidentləri
qarşısını alması  cəmiyyətdə ona islahatçı-prezident imici 
qazandırmışdı.
1832-ci il seçkilərində Ceksonun əsas rəqibi H.Kley 
olur. Gərgin keçən seçkilərdə Cekson böyük üstünlüklə 
ikinci müddətə prezident seçildi. Qeyd edək ki, seçkilərdə 
üçüncü siyasi qüvvə kimi çıxış edən Antimason partiyası 
ciddi uğur qazanmadı və bu ümumiyyətlə ABŞ-da bərqərar 
olmuş iki partiyalı sistemə əsaslı dəyişiklik gətirmədi. On-
ların nümayəndəsi Floyd seçimçilər kollegiyasında Cekson 
və Kleyin topladıqları 219 və 49 səsə qarşı yalnız 11 səs ala 
bilmişdi.
Cekson ikinci prezidentlik müddətində  də götürdüyü 
kursun fundamental xarakter daşıdığına inanır və başladı-
ğı demokratik islahatları özünəməxsus inadkarlıqla davam 
etdirirdi.
Cekson prezidentlik müddətinin başa çatmasından çox 
əvvəl daha seçilmək niyyətində olmadığını bildirir və siya-
si varis qayğısına qalır. Məhz onun istəyilə demokratların 
1835-ci ilin mayında keçirilən Konventində M.Van Buren 
prezidentliyə namizəd göstərilir. Elə onun böyük köməyi 
nəticəsində də M.Van Buren ABŞ-ın növbəti prezidenti se-
çilir.
Tennessiyə qayıdan eks-prezident Ermitaj malikanəsində 
yaşayır. Buradakı mənzərə heç də ürəkaçan deyildi. Səkkiz 
illik prezidentliyi müddətində  oğulluğu Endrü-kiçiyə tap-
şırdığı böyük təsərrüfat ifl as həddinə çatmışdı. Buna səbəb 
bir tərəfdən 1834-cü ildə Ermitajda baş vermiş yanğın idisə, 
digər tərəfdən oğulluğunun işə soyuq yanaşması, spirtli 
içkilərlə aludə olmasıydı. Təsərrüfata rəhbərliyi  ələ alan 
eks-prezidentə tədricən vəziyyəti sabitləşdirmək nəsib olur.
Təsərrüfatla ciddi məşğul olması, ona ölkədə gedən si-
yasi prosesləri izləməyə mane olmamışdır. Xüsusilə 1844-
cü il seçkilərində, siyasi əlaqələrindən, partiya daxilində 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə