Danışıqların aparılması


QARŞI TƏRƏFİN GÜZƏŞTLƏRİNİ KİÇİLDİN



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix30.08.2023
ölçüsü2,72 Mb.
#141028
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
dansqlarn-idareedilmesi

3. QARŞI TƏRƏFİN GÜZƏŞTLƏRİNİ KİÇİLDİN 
Qarşı tərəfin sizə verdiyi təklifə yüklədiyi dəyəri azaldın: 

Gərəyindən artıq təşəkkür etməyin. "Çox minnətdaram" kimi səxavətli ifadələrdən 
istifadə etməyin, əvəzində qısaca, hətta etinasızca "Təşəkkür edirəm" deyin (səsinizin 
tonu istifadə etdiyiniz ifadə qədər vacibdir). 

Qarşı tərəfin güzəştlərini qiymətdən salın və ya kiçildin ("Hmm, yəqin ki, buna irəliyə 
doğru çox kiçik bir addım demək olar..."). 

Müvafiq hallarda güzəştləri "hissələrə bölün". Təəssüratı kiçiltmək üçün təklif edilən 
mənfəəti kiçik hissələrə bölün (Tam rəqəmi söyləmək əvəzinə, "Hər ay, ən azı, X qədər 
qənaət edə biləcəyəm" deyin). 

Güzəştlərə onsuz da gözlənilən bir addım kimi yanaşın, onlara dəyər yükləməyin. Qısa 
bir təsdiq kifayət edər ("Bəli, gəlin belə edək").
21
Copyright protected – Management Pocketbooks Ltd


DANIŞIQLAR PROSESİNİN ƏSASLARI 
GÜZƏŞT ALVERİ 
3. QARŞI TƏRƏFİN GÜZƏŞTLƏRİNİ KİÇİLDİN (davamı) 

Güzəştlərə elə belə də olmalı imiş kimi yanaşın. Başqa sözlə desək, sanki bu güzəştlər 
əvvəlcədən nəzərdə tutulubmuş ("Lap yaxşı, onsuz da, bunu gözləyirdim"). 

Təklif edilən şeyə artıq malik olduğunuza eyham vurmaqla əhəmiyyəti kiçildin ("Yaxşı, 
hərçənd mənim artıq ..."). 

Razılaşın, amma özünüzü elə göstərin ki, sanki qarşı tərəfə yaxşılıq edirsiniz ("Mənə o 
qədər də lazım deyil, amma sizə bir xeyri varsa, dediyiniz kimi edək"). 

Dəyəri vaxtla əlaqələndirin və indi bu təklifin o qədər də əhəmiyyətli olmadığına eyham 
vurun ("Hmm, bunun bir az faydası ola bilər, amma indi, yəni biz artıq ... etdikdən sonra 
bu o qədər də vacib deyil"). 

Qarşı tərəfin irəli sürdüyü istənilən dəyəri rədd edin ("Bunun heç bir əhəmiyyəti yoxdur").
22
Copyright protected – Management Pocketbooks Ltd



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin