YEKUN YOXLAMA SİYAHILARI
YOXLAMA SİYAHISI 1
DANIŞIQLARIN APARILMASI PRİNSİPLƏRİ
1. Tərif: danışıqlar – qarşılıqlı məqbul nəticənin əldə edilməsi üçün aparılan
sövdələşmədir.
Bu proses "qalib-qalib" konsepsiyasına əsaslanır.
2. Hazırlığa heç vaxt barmaqarası yanaşmayın.
Aydın plan müəyyən edin (lakin dəyişikliklərə hazır olun).
3. İştirakçılar bir-birini bərabər səviyyəli tərəf müqabili kimi görməlidirlər.
Qarşılıqlı hörmət həm danışıqların aparılması, həm də nəticə üçün vacibdir.
4. Qaydalara əməl edilməlidir.
Danışıqlar
debat deyil, müzakirə formasında olmalıdır. Burada yalnız
bir tərəfin bariz
üstünlüyünə və ya dominantlığına
yer yoxdur, hər kəs öz mövqeyi və maraqları üçün
mübarizə aparmalıdır.
5. Kartlarınızı açıq oynayın.
Heç olmasa, vacib məsələlərdə qarşı tərəfi səhv yönləndirməyin
və ya həqiqətdən uzaq
niyyətlər bəyan etməyin.
6. Səbir yaxşı nümayəndənin başlıca xüsusiyyətidir.
Lazım olan qədər vaxt sərf edin. Müzakirəni və ya qərar qəbulunu tələsdirməyin.
Yubanmaq zəif nəticə əldə etməkdən yaxşıdır.
102
1-ci M
ƏSƏLƏ
2-ci M
ƏSƏLƏ
3-cü M
ƏSƏLƏ
4-cü M
ƏSƏLƏ
5-ci M
ƏSƏLƏ
Copyright protected – Management Pocketbooks Ltd