YEKUN YOXLAMA SİYAHILARI
YOXLAMA SİYAHISI 1
DANIŞIQLARIN APARILMASI ÜÇÜN TAKTİKALAR (davamı)
7. Aydın ünsiyyət qurun.
Unutmayın ki, anlaşılmaq ehtiyacı bütün prosesin təməlini təşkil edir.
8. Qarşı tərəfin iş üsulu ilə razılaşdığınızı göstərin.
Xüsusilə də qarşı tərəfin məkanındasınızsa, bu şərtə, ən azı,
müəyyən dərəcədə əməl
edin.
9. Müəyyən həddi aşmamağa çalışın.
Adətən, danışıqlarda müəyyən hədd olur ki, onu aşdıqda
proses daha uğurlu sövdə-
ləşmə ilə deyil, tam bir süqutla nəticələnir.
10. Danışıqlar bitdikdən sonra dayanın.
Razılıq
əldə edilibsə, hər şey aydındırsa və ola bilsin ki, qeydə alınıbsa,
başqa məsələlərə
keçin. Beləliklə, qarşı tərəfin "Bilirsiniz, nə düşünürəm..." deyib yenidən mövzuya qayıtma-
sına mane ola bilərsiniz.
Əks halda, yenidən başlanğıc nöqtəsinə qayıdacaqsınız.
106
1-ci M
ƏSƏLƏ
2-ci M
ƏSƏLƏ
3-cü M
ƏSƏLƏ
4-cü M
ƏSƏLƏ
5-ci M
ƏSƏLƏ
Copyright protected – Management Pocketbooks Ltd
Copyright protected – Management Pocketbooks Ltd
YEKUN YOXLAMA SİYAHILARI
YOXLAMA SİYAHISI 3
SON XƏBƏRDARLIQLAR
✘
İfrat reaksiya verməyin.
✘
Emosiyaya qapılmayın.
✘
Təmkininizi qoruyun.
✘
Xoşagəlməz təəssürat yaratmayın.
✘
Fitnəkarlıq etməyin.
✘
Təhqiramiz davranmayın.
✘
Müəyyən həddi aşmayın.
Yeganə
istisna odur ki, bu davranışlara
yüksək nəzarət
çərçivəsində (məsələn, vəziyyət
səbirsizliyi bir qədər büruzə verməyi tələb edərsə) yol verəsiniz.
Heç vaxt istəmədiyiniz bir şərtlə razılaşmayın. "Minimum sövdələşmə"
tələbinizi yaddan
çıxarmayın. Bəzən danışıqlardan "əliboş qayıtmaq" daha məqsədəuyğun olur.
Dostları ilə paylaş: