TƏZYIQLƏR DALĞASINA MƏTBUAT ŞURASI QOŞULUR
Məhkəmələr Ramiz Mehdiyevin 10.000 manatlıq tələbini
nəfəs almadan təmin etdilər. Bu məhkəmədə biz həm də
cənab akademikin yalançı olduğunu öyrənmiş olduq. Çünki
onun vəkili Anar Bağırovla anlaşdıq ki, biz təkzib veririk,
qarşı tərəf də cərimədən imtina edir. Biz sözümüzün ağası
olduq - təkzibi dərc etdik. Bu təkzib R.Mehdiyevin vəkili ilə
razılaşdırıldı, hakim tərəfindən qəbul edildi. Amma Ramiz
Mehdiyev sözünün ağası olmadı, bizi aldatdı və 10.000
manatlıq cərimənin əsirinə çevrildi.
Bu arada Vüqar Səfərlinin də cərimə tələbi 5.000 manata
qaldırıldı. 2010-cu ili bu qovğalarla yola verdik və 2011-ci il "Xural" qəzeti üçün çox uğurlu il oldu. Bu
il "Xural" böyüdü, Oxucuların sayqısını qazandı və tirajını artırdı.
2011-ci ildə gündəlik nəşrə başlamağa qərar verdik. İyul-avqust aylarında planlamalara başladıq.
Bizimlə birlikdə Əli Həsənov da hərəkətə keçdi və bizim gündəlik qərarımız PA-nın yuxusunu qaçırdı.
Gündən-günə güclənən müstəqil "Xural", fəaliyyətini yenidən bərpa edən Redaktorlar Birliyi, mətbuatın
yeni axtarışlara keçməsi Əli Həsənovun şər makinasını hərəkətə keçirdi və Mətbuat Şurasına bir gündə 6
(!!!) “şikayət” daxil oldu. Hər şey o qədər aydın idi ki. Və... savaşa savaşla qərar verdik. Geri
çəkilmədik. Başımızı mətbu gilyotinə qoyduq - Ə.Həsənovun gilyotininə. "Xural" gündəlik nəşrə
hazırlıqları tamamlayanda Mətbuat Şurası bizi "qara siyahıya" saldı. Bu, Ramiz Mehdiyevin, Əli
Həsənovun - Azərbaycan hakimiyyətinin müstəqil mediaya qarşı siyasəti, baxışı idi. Bizimlə normal
dillə, yazı ilə, sözlə bacara bilmədilər və dövlətin inzibati resurslarını əllərində cəmləyərək zora, qeyri-
hüquqi yollara baş vurdular. "Xural" MŞ-nın üzvü deyildi. MŞ sıradan bir QHT-dir və bu QHT-nin üzvü
olmamışdıq. Üzvü olmadığımız bir QHT Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün məkrli planını
tətbiq edir və bizi cəzalandırırdı. Sentyabrın 15-də MŞ-nın iclasına dəvət olunduq, amma onun
toplantısına mən yox, mənim MŞ-ya ünvanladığım məktub qatıldı. Sentyabrın 16-da "Xural"ı "qara
siyahı"ya təqdim etdilər və "Xural" gündəlik nəşrə başlayan gün - sentyabrın 19-da, 2011-ci ildə MŞ-nın
"qara siyahısı"na düşdü. Azərbaycan mətbuatının tarixi bu cür tərbiyəsizlik, namərdlik, arxadan zərbə və
nakişilik görməmişdi. Bütün çətinliklərə sinə gərərək 10 il fəaliyyət göstərən, nəhayət, ölkədə ikinci
olaraq hər gün - həftədə 7 dəfə nəşrə başlayan bir qəzet Əli Həsənovun balaca maraqlarına boyun
əymədiyinə görə cəzalandırılmaq istənirdi. Bizi "qara siyahı"ya daxil etdikləri tarixdə, 1 ay sonra
üzümüzə duracaq işbazların qəzetlərini də MŞ-ya üzv edirdilər...
GÜNDƏLIK "XURAL"
Yox, bu da keçmədi. Məhkəmələr, məhkəmə cərimələri,
hədə-qorxular, şantajlar keçmədi. Sonda "Xural"ı "qara
siyahı"ları ilə qorxutmaq istədilər, o da alınmadı. Mətbuat
Şurasının bu bərbad qərarı başda Əli Həsənov olmaqla
mətbuatı çökdürmək istəyənlərin hamısının üzünü qara etdi.
Biz heç nəyə baxmayaraq, inadla gündəliyə keçdik və
mətbuat gündəminə bomba kimi mövzularla gəldik. 19
sentyabrda başlanan yol 19 oktyabra qədər - 1 ay davam
etdi. 1000 tirajla fəaliyyətə başladıq, on gündən sonra 1500
tiraja, iyirmi gündən sonra 2000 tiraja, 25 gündən sonra
2200 tiraja qalxdıq. Sürətlə böyüyən tirajı ayın sonunda
3000 tiraja çatdırmağı qərarlaşdırdıq. Bu mətbu şəbəkəyə
qarşı mübarizəni dərinləşdirmək məqsədi ilə 21.09.2011-ci
ildə Prezident İlham Əliyevə müraciət etdim və ondan
görüş istədim. 26.09.2011-ci ildə gündəlik "Xural"
Azərbaycan mətbuatının tarixində ilk dəfə olaraq
“promosyon”a başladı. Artıq hər "Xural" alan Oxucu
24
“kupon”lar toplayacaq və kitab qazanacaqdı. Bu, o qədər görkəmli və möhtəşəm bir hadisə idi ki, Əli
Həsənov birbaşa özü əməkdar artist Ağalar Bayramova və Slavyan Universitetinin rektoru Kamal
Abdullaya təzyiq göstərmiş, onların əsərlərinin “promosyon”dan yığışdırılmasını tələb etmişdi.
“Promosyon” Azərbaycan mətbuatının tarixində elə böyük bir hadisə idi ki, cəmi iki-üç ay lazım idi ki,
"Xural" birinci olsun və bütün digər qəzetlər də “promosyon”a başlasın. Əli Həsənov "Xural"ı
bağlamaqla və məni həbs etdirməklə həm də kitab düşməni olaraq tarixə keçdi və onun bu pisliyini tarix
unutmayacaq.
Bu müddətdə "Xural" layihəni layihə dalınca həyata keçirirdi. 03.10.2011-ci ildə "Xural" ilk dəfə olaraq
"Blogger" səhifəsi açdı. Bu, yeni nəslin və yeni medianın inkişafına dəstək olmalı idi və oldu da. Səhifə
o qədər müsbət təsir buraxdı ki, biz səhifələrin sayını artırmağa, "Blogger" səhifəsini qoşa səhifəyə
çevirməyə qərar verdik. Hazırlıqlar başladı. Cəmi 1 aylıq müddətdə "Xural" ölkənin müstəqil
mətbuatının avanqardına çevrilmiş, ilk üçlüyə daxil olmuş, uğurla gündəlik nəşrini hər gün artan templə
davam etdirmiş, tənqidçi mərbuatın ilki olmağı bacarmışdı. Demək olar ki, gündəlik fəaliyyəti dövründə
"Xural" hakimiyyəti və onun sahiblərini çox sərt tənqid edən mətbu qurumların ən birincisi idi.
"Aprel məhbusları"nın məhkəməsini digər bütün nəşrlərdən geniş və senzurasız yalnız "Xural"
işıqlandırırdı. Mitinqlərdə tutulanların, digərlərinin və islami kəsimin öndə gedənlərinin fotolarından
ibarət "Siyasi Məhbuslara Azadlıq" kampaniyasına başlamış, 3-cü səhifəni o kampaniyaya ayırmışdıq.
REDAKTORLAR BIRLIYI
Hakimiyyəti
əsəbiləşdirən,
"Xural"a və mənə qarşı daha da
aqressivləşdirən
digər
bir
layihəmiz də Redaktorlar Birliyi
idi. "Gündəm Xəbər" qəzetinə
qarşı
başlanan
təzyiqləri
dayandırmaq üçün təxminən 10 il
bundan
əvvəl
fəaliyyətini
dayandıran Redaktorlar Birliyini
bərpa etməyimiz ölkənin mətbuat
siyasətini
müəyyənləşdirən
səlahiyyət sahiblərini dəli etdi.
Onların milyonlarla pul xərcləyib
yaratdıqları
əldəqayırma
təşkilatlar sürətlə çökürdü. Mətbu
siyasətləri darmadağın olmuşdu.
Belə daha bir neçə ay keçərsə,
bunun cavabını və bədəlini ağır
ödəyəcəklərdi. Və... hamı bilirdi ki, Redaktorlar Birliynin katalizatoru mənəm - Əvəz Zeynallıdır.
Redaktorlar Birliyi həm təşkilatlanır, həm problemlərdən çıxış yolları tapmaq üçün dəyirmi masalar
təşkil edir, həm də problemləri yerində həll etmək üçün yerlərə səfərlər təşkil eidrdi.
Naxçıvan Muxtar Respublikasına səfər bu qəbildən idi. Redaktorlar Birliyinin Naxçıvan səfəri o qədər
effektli və səs-küylü oldu ki, hakimiyyət dairələri əndişələndilər və ölkə siyasətində sanki yeni mərhələ
başladı. Son illərdə ilk dəfə 20-yə qədər ictimai-siyasi xadim Naxçıvana səfər etmiş, küçələrdə dolaşmış,
Naxçıvan hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, oranı tərk etməmişdilər. Bu, böyük
hadisə idi. Vasif Talıbovun əsl xanlıq etdiyi bir respublikaya getmək və oradan problem olmadan işini
görüb qayıtmaq hakimiyyəti çətin vəziyyətə salmışdı. Redaktorlar Birliyi Əli Həsənovun nəzarətində
deyildi və onun hansı işləri görəcəyi haqqında məlumat əldə edə bilmirdi. Redaktorlar Birliyi isə
fəaliyyətini məhdudlaşdırmaq yox, genişləndirməyi planlaşdırırdı. Yaxın günlərdə Lənkərana, Gəncəyə,
Sumqayıta da analoji səfərlər tşkil etməyi, problem olan hər bölgəyə getməyi nəzərdə tuturduq. İş o yerə
qalmışdı ki, Əli Həsənovun nəzarətində olan və mətbuat azadlığına təhlükə törədən qurumlar - KİVDF
və MŞ Redaktorlar Birliyini təqlid etməyə, etdiklərimizi təkrarlamağa can atırdılar. Biz Əli Həsənovun
25
haram üstündə qurduğu və prezidentə alternativi olmayan qurumlar kimi sırıdığı mətbuat imperiyasını
haqlı olaraq dağıdırdıq.
Redaktorlar Birliyi qəzet yayımı məsələsini, alternativ yayıma malik olmaq problemini qaldırır, KİV-in
alternativ mənbələrdən maliyyələşdirilməsi məsələsini həll etməyi düşünürdü və hadisələr çox sürətlə o
istiqamətə dəyişirdi. Əli Həsənov narahat idi. O, Ramiz Mehdiyevi də narahat edirdi və birləşib
Prezidenti də narahat etməyə çalışırdılar. Redaktorlar Birliyi ölkədə siyasi şəraiti dəyişirdi. Ziyalılar
Forumu elan olunmuşdu. Bu gedişi durdurmaq, katalizatoru zərərsizləşdirmək lazım idi. Zaman isə çox
az idi. Daha 1 ay, 2 ay, 3 ay keçərsə, bizi heç cür dayandıra bilməyəcəkdilər. Bunu anlayırdılar. MŞ-nın
siyahı oyunu köməklərinə gəlməmişdi. MŞ bu oyunu uduzmuş, KİVDF çarəsiz qalmışdı. İnzibati yola
baş vurmadan məsələ həll olunmayacaqdı və... onu da etdilər.
MÜSADIRƏ
Və...
19 oktyabr 2011-ci ildə
Nərimanov
rayon
icraçıları
tam
heyətdə "Xural"ı mühasirəyə aldılar.
Bu nə idi belə? Mənə dedilər ki,
narahatçılığa əsas yoxdur, təkrar etdilər
ki, bu, normal proseduradır. "Axı siz
bir dəfə "Xural"ı 13.05.2011-ci ildə
siyahıya almısınız?" dedim. Dedilər ki,
qəzet gündəliyə keçdiyi üçün yenidən
siyahıyaalınma
lazımdır.
Halbuki
qanuna görə, ikinci dəfə əmlakı
siyahıya olmaq olmaz və bunun özü
qanunsuzluqdur.
Beləcə,
ölkənin
aparıcı jurnalistləri, deputatlar, ictimai
xadimlər redaksiyaya gəldilər və
onların gözlərinin qarşısında "Xural"ın əmlakı təkrar, bir daha siyahıya alındı - Heydər və İlham
Əliyevin şəkilləri, Mübariz İbrahimovun və Ramil Səfərovun portretləri, Şah İsmayıl Xətainin şəkli və s.
Axşam saat 19.00-a kimi bizi işləməyə qoymadılar və təxminən 19.00-da təkrar redaksiyaya doluşdular.
Bu dəfə həqiqi müsadirəyə. Beləcə, saat 20.00-dan 22.30 radələrinə qədər redaksiyanı R.Mehdiyevin
birbaşa göstərişi ilə talan etdilər və bir "Qazel"ə doldurub apardılar. Əlimizdən yalnız o gəldi ki, aparılan
əmlakımızı dövlətimizin himni ilə yola saldıq və... elə o saatdan etibarən "Xural"ın növbəti - həm də
hələlik sonuncu nömrəsini hazırlamağa başladıq. Gecə saat 03.00 radələrində "Xural"ın möhtəşəm bir
sayını daha hazırladıq. 20.10.2011-ci ildəki o sayı hələlik son sayımız oldu. Günü sabah mətbəələr bizi
çap etməkdən imtina etdilər. Sırada mənim həbsim vardı. Amma...
MƏNI NECƏ HƏBS EDƏCƏKDILƏR?
Artıq inzibati amirlik metodları ilə
"Xural"ın fəaliyyəti dayandırılmışdı.
Əli Həsənovun bir telefon zəngi ilə
10 ildir pul verib nəşr olunduğumuz
mətbəə bizi çap etməkdən imtina
etmiş, digər mətbəələr qorxularından
telefonlarımıza
cavab
verməz
olmuşdular. Mətbuat Şurası, onun
şər-böhtan saçan rəsmiləri susmuş,
bu dəfə dalbadal dövlətin müxtəlif
nazirlikləri "Xural"ın "işi" ilə məşğul
olmağa başlamışdılar. 23.10.2011-ci
ildə Ədliyyə Nazirliyi bəyanat verdi,
"Xural" haqqında müxtəlif böhtanlar səsləndirdi və haqqımda CM-in 306.2-ci maddəsi ilə cinayət işinin
26
qaldırıldığını bəyan etdi. 24.10.2011-ci ildə mətbuatın verdiyi məlumata görə, 306.2-ci maddəsi ilə
cinayət işi qaldırıldı. Elə həmin günlərdə Baş Prokurorluq açıqlama yaydı və məni cinayətdə suçladı.
Hər iki nazirlik siyasi fəaliyyətlə məşğul olmuş, Ramiz Mehdiyevin adını siyahıdan çıxarmaqla siyasi
sifariş yerinə yetirdiklərini təsdiqləmişdilər. Məlum olur ki, "Azərbaycan" nəşriyyatının baş direktoru
Ağabəy Əsgərovun, müğənni Nüşabə Ələsgərlinin və KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin
qanuni qüvvəyə minən borclarını "qərəzli" olaraq ödəmədiyimə görə mənə cinayət işi qaldırıblar. Amma
maraqlı idi ki, bu siyahının başında yer alan, 10.000 manata görə, həyatımızı zəhərə döndərən Ramiz
Mehdiyevin adı tələbkarlar siyahısından çıxarılmışdı. Mən bunun səbəblərini xeyli sonra anlayacaqdım.
Ədliyyə Nazirliyi ilə Baş Prokurorluğun etdikləri yetməmişdi. Mənə və ailəmə qarşı əsl repressiya
başlamışdı. İşə DİN belə qarışmışdı. Gəncə şəhər Baş Polis idarəsinin rəisi general Rasim Musayev 13
ildir qüsursuz fəaliyyət göstərən qardaşım Rauf Zeynalovu 10 dəqiqə içərisində - 20.10.2011-ci ildə
işdən çıxarmış, eyni polis rəisi dayım oğlu Rəşad Zeynalovu 21.10.2011-ci ildə polis orqanlarından xaric
etmişdi. Bir ildən artıq vaxt keçir, amma nə qardaşımın, nə də dayım oğlunun işdən çıxmaq haqqında
əmrləri verilməyib. Rasim Musayevin bu addımlarının siyasi olduğunu sübut edən isə onun 21.10.2011-
ci ildə Gəncə qarnizonunun qarşısında etdiyi çıxış olub. Musayev 700 nəfərlik qarnizonun qarşısında
beləcə də deyib: "Rauf Zeynalovun qardaşı hökumətimizin və Prezidentimizin haqqında tənqidi yazılar
yazır, ona görə də ona bizim aramızda yer yoxdur." Bundan sonra deməyə söz də qalmır. Bu repressiya
dalğasına bir neçə gün sonra Gəncənin Dairə Seçki Komissiyası da qoşulur. Onlar da 62 yaşlı Anamı
işdən kənarlaşdırırlar. Beləcə, siyasi hakimiyyət mənim həbsimlə birlikdə ailəmin də məndən sonra "ac
qalması" haqda düşünür və qərar verir. Necə deyərlər, məndən sonra arxamca bir parça çörək gətirən
buraxmırlar. Təbii ki, bu repressiya dalğasına mənimlə birlikdə işləyən həmkarım və həyat yoldaşım
Məlahət Zeynallı da daxil olur, axı o da "Xural"ın bağlanması ilə işsiz qalır. Hələ də heyrət edirəm. Bu
qədər total repressiya dalğası mənim 2 azyaşlı qızlarımdan niyə yan keçdi? Niyə onları oxuduqları
məktəblərdən çıxarmadılar? Bu "humanizm"in məqsədi nə idi?
Təbii ki, təslim olmurdum. Azərbaycan hökuməti və canımı hər an qurban verməyə hazır olduğum
Azərbaycan dövləti ilə üz-üzə qalmışdım. Öz dövlətimlə döyüşürdüm. Qanunun imkan verdiyi bütün
üsullardan istifadə edirdim. Mətbuat konfransları keçirir, Redaktorlar Birliyini tez-tez toplayır,
müsahibələr verir və təbii ki, "Xural"ın gündəlik nəşrini bərpa etmək üçün çalışırdım. 24.10.2011-ci ildə
ABŞ dövlətinə və onun Prezidenti Barak Obamaya 19 min manat borc pul üçün müraciət etdim və ABŞ
səfirliyi tərəfindən 25.10.2011-ci ildə qəbul edildim. ABŞ dövləti 19 min manat borc versəydi, bu
hoqqalar da bitəcəkdi, amma onlar da yaxşı bilirdilər ki, bu, ictimaiyyətin diqqətini çəkmək üçün
düşünülmüş aksiyadır. Mənim ABŞ dövlətinə müraciətim bizim hakimiyyətin Əli Həsənov və Ramiz
Mehdiyev çapında feodal qalıqlarını çox əsəbiləşdirmişdi. Bununla kifayətlənmədim. 25.10.2011-ci ildə
yenidən Prezident İlham Əliyevlə görüşmək üçün ona müraciət etdim. Təbii ki, bu istək də qəbul
olunmadı və prezidentlə görüş tələbindən sonra mənə qarşı daha da sərtləşdilər.
Artıq həbs olunacağımı bilirdim. Bunu mən deyil, təxminən bütün ölkə bilirdi. 25.10.2011-ci ildə
"Facebook" sosial şəbəkəsindəki statusumda "Həbs olunmağa hazırlaşıram!" statusu paylaşdım və
dərhal paylaşdığım status müxtəlif xəbər saytlarında xəbər oldu. Yazılan müxtəlif rəylərə cavab olaraq
26.10.2011-ci ildə "Bunların məqsədi pul dərdi deyil, bunların məqsədi mənim azadlığıma girov
qoymaqdır" statusunu paylaşdım. Ayın 24-dən redaksiya Oxucu və doğma adamların ziyarətinə uğradı.
Hamıda mənim həbs olunacağım qənaəti hakim idi. Amma necə, hansı əsaslarla tutacaqdılar?
306.2-CI MADDƏ ALINMADI
Məni 306.2-ci maddə ilə həbs edə bilmədilər. Bilməzdilər
də. Çünki ədalətsiz və vicdansız məhkəmələr vasitəsilə
kəsdirdikləri cərimələrin siyasi mahiyyətli olduğunu bütün
dünya bilirdi. Bu hakimiyyət isə son illər "yazıya görə adam
tutulmur" iddiasını az qala bütün yer kürəsinin gözünə
soxurdu. Yox, məni 306.2 maddəsi ilə həbs etsələr, məsələ
ilk gündən siyasiləşəcəkdi. O zaman nə etməli? Bəlkə 303-
cü maddə ilə həbsi həyata keçirmək - "Siyahıya alınmış və
ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak
27
barəsində qanunsuz hərəkətlər." Yox, bu da alınmazdı. 147, 148-ci maddələr isə diffamasiya maddələri
idi və onlarla əsla və əsla jurnalist həbs etmək olmazdı. O zaman geriyə şər qalırdı - hansı ki, siyasi
hakimiyyət bu sahədə çox professional idi. Bəs nə etməli? Nə ilə şərləməli?
İçki iləmi? Alınmazdı. Spirtli içkiləri tərk etmişdim və "Xural" qəzeti uzun müddətdir ki, "Alkoqolsuz
Gələcək!" kampaniyası aparırdı.
Narkotikləmi, nəşə iləmi, eroin, kokoinləmi? Alınmazdı. Siqaret bəlasını 19 dekabr 2004-cü ildə tərk
etmişdim və "Xural" qəzeti uzun illər idi ki, "Siqaretsiz Gələcək!" kampaniyası aparırdı.
Qızlamı? O da alınmayacaqdı. Çünki artıq bir dəfə göndərdikləri "modelyer" onların üzünü
ağartmamışdı. Mənim elə alışqanlıqlarım artıq çoxdandı ki, yox idi...
İşə ailəmlə gəlir, işdən ailəmlə gedirdim. Özümə qurduğum bu dairə mənim həm də sığortam idi. Məni
avtomobildə belə həbs etmək mümkün olmazdı. Bunu həbsimdə də gördüm. Məni yalnız təkləyib həbs
edəcəkdilər. Amma nə ilə? Necə? Niyə? Harada? İndi hamıdan çox məni və məni sevənləri bu suallar
düşündürürdü.
28.10.2011-ci ildə mətbuat konfransı təşkil etdik. Redaktorlar Birliyinin geniş toplantısında məsələni
müzakirə etdik və qərara alındı ki, mübarizəni davam edək. Orada həm də onu elan etdim ki, noyabrın 1-
dən etibarən "Xural" yenə gündəlik nəşrini bərpa edir. Və... oradan redaksiyaya tələsdim. Və... “Kanal
13”-ün canlı efiri üçün aparıcı Aynurə İmranovanın aramsız telefon zəngləri gəlməyə başladı. Mən
verilişdə iştirak etməli idim və "Xural"ın əmlakının müsadirəsi müzakirə olunacaqdı.
MƏNI NECƏ OĞURLADILAR?
Məni elə "Kanal 13" ün qarşısında da oğurladılar. Günü də simvolik seçmişdilər - 28 oktyabr atamın
ölüm günü idi və məni oğurladıqları 17:07 radələri də atamın canını tapşırdığı dəqiqələr idi. Mənim
redaksiyama gələn, telefonlarını götürmədiyimə baxmayaraq, israrla zəng edib redaksiyaya buyuran və
sonra Əli Həsənovun üzəduranları qismində üzümə duran həmkəndlilərim görünür, mənim üçün ciddi
sürprizlər hazırlayıblarmış.
Onlar həm məni redaksiyadan çıxarmalı, həm Korrupsiyaya Qarşı Mübarizə idarəsinin əməkdaşlarına
təslim etməli, həm də mənim üçün anlamlı olan məqamları məni həbs edənlərə deməli idilər. Bizim el-
obada bu miqyasda namərdlik, naxələflik, nakişilik hələ qeydə alınmamışdı. Əli Həsənov bunu
bacarmış, guya məni öz həmkəndlilərimlə "vuraraq" mənə mənəvi təsir göstərməyi düşünmüşdü. Amma
iqtidarın bu darqafalı adamları bilmirdilər ki, üzəduranların yaxını-uzağı, qohumu, həmkəndlisi olmur -
üzəduranın heç milləti də olmur. Onlar da qədim peşə sahibləri kimidirlər - hələ elə fahişələr var ki,
onlar üzəduranlardan kişidirlər...
Məni oğurlayanlar KQMİ-yə gətirdilər. Müxtəlif hədə-qorxularla və "bu sənin üçün sonun
başlanğıcıdır" deyərək işlərini gördülər. ABŞ səfirliyinin yanından keçəndə sonradan adını öyrəndiyim
Rəsulov Fuad Mirmehdi oğlu adlı terroristə oxşayan KQMİ qoçusu həbsimin siyasi sifariş olduğunu
dedi: "Biz sənə göstərəcəyik ABŞ hökümətinə müraciət etmək nə deməkdir." Yeri gəlmişkən, mənim
telefonlarımı da bu qoçu aldı və orada olan mesajlara baxanda etiraz etdim. Fuad Rəsulovun cavabı
maraqlı idi: "Biz sənin telefonuna istədiyimiz mesajı yaza və oradan istədiyimiz mesajı göndərə bilərik."
Elə də etdilər və mən bir illik həbsdən sonra hələ də telefonlarımı əldə edə bilmirəm...
SƏHNƏYƏ GÜLƏR ƏHMƏDOVA ÇIXARILIR
Sən demə, Ramiz Mehdiyev-Əli Həsənov güruhu "Xural"ı talan etdirdikləri gün, Ramiz Mehdiyev
qruplaşmasının daha bir üzvü, parlamentin deputatı G.Əhmədova xəlvətcə KQMİ-yə müraciət edib.
Bununla məni qeyri-siyasi və qeyri-mətbu maddə ilə həbs etməyi planlaşdırıb, izi azdırmağa çalışıblar.
Bunu gətirildiyim KQMİ-də öyrəndim. Mən elə təxmin edirdim ki, qəzetin vergi məsələləri ilə bağlı
hansısa bir əməliyyat ediblər. Çünki son vaxtlar bəzi qəzetləri KQMİ vergi məsələsinə görə sıxışdırırdı.
28
Amma heyhat! Müstəntiq Qabil Qasımov bir müddətlik gözləmədən sonra "deputat Gülər Əhmədova
sizdən - ondan hədə-qorxu ilə pul tələb etməyinizə görə müraciət edib" deyəndə, oynanılan bu iblisanə
oyunun yeni detalları mənə aydın oldu. Bəli, məni 303, 306.2-ci, 147 və 148-ci maddələrlə həbs edə
bilməyən hakimiyyət, məni şərləməyə qərar vermişdi. Bir şansım o idi ki, digər həmkarlarımın üzünə
küçə fahişələri qoyurdularsa, mənim üzümə parlament deputatı qoymuşdular. Təbii, əgər buna təsəlli
demək mümkündürsə...
G.Əhmədova münasibətimiz olan onlarla, yüzlərlə Oxucumuzdan biri olub. Son illər münasibətimiz
yüksələn templə inkişaf edib. Tez-tez redaksiyaya gəlib, mətbu məsələlərdə fikir mübadiləsi aparıb,
debatlarımıza, dəyirmi masalarımıza dəvət etmişik, iştirak edib. Amma haqqında çoxlu tənqidi
məlumatlar da dərc etmişik. Bu məlumatlar 2008-ci ildən və ondan əvvəldən də olub. Bu da çox təbiidir.
Yadımdadır ki, ilk qarşıdurmamız Respublika Uşaq Fondu ilə bağlı olmuşdu. Əməkdaşlarımız
G.Əhmədovadan müsahibə almaq istəmiş, Respublikada Uşaqların vəziyyətinin nə yerdə olduğu haqda
araşdırmalar aparmış, Gülər xanım bundan qəzəblənmişdi. Təxminən 2003-2004-cü illər idi...
2008-ci ildə isə G.Əhmədovanın qəzeti olan "Mərkəz" 14 fevral Valentin günündə canfəşanlıq etdiyinə
görə, onu sərt tənqid etmişik və parlamentin üzvündə Valentin sevgisinin səbəbini araşdırmağa
başlamışıq. Ancaq son illərdə G.Əhmədova ilə ciddi toqquşmalarımız olmamış, hətta G.Əhmədova 30
İyun tədbirlərində iştirak etmiş, özünü millətimizin əziz bayramının tərəfdarı kimi göstərmişdi. Bir dəfə
- 2010-cu ilin sonunda Türkiyədə səfərdə olmuş və elə o səfərdə də barışmışdıq. Gülər xanım yalançı və
gopçu olduğuna görə münasibətlərimiz həmişə ziqzaqlı olub. Mən mənə bircə dəfə ciddi yalan danışan
adamla münasibətləri kəsirəm. Düzdür, o, hələ mənə ciddi yalan danışmamışdı, amma hiss edirdim ki,
yalan onun həyat kredosudur. Münasibətlərimiz həmişə məsafəli olub. Xüsusən, Ramiz Mehdiyevin
cəriməsi icraya yönələndə bir neçə dəfə əlaqə saxlayıb, münasibətləri yoluna qoymaq üçün öz
təkliflərini verib. Bəzilərindən istifadə etmişəm, bəzilərindən isə yox. Amma 2011-ci ilin əvvəllərindən
G.Əhmədovanın rəhbərlik etdiyi "Mərkəz" qəzetində bəzi problemlər meydana çıxmağa başladı. Onun
baş redaktorunu tanıyırdım və hətta Nigar Almanqızını baş redaktor təyin edəndə məndən fikrimi də
soruşmuşdu və mən müsbət istiqamətdə fikir bildirmişdim. Problem elə də böyük deyildi. Sadəcə, Gülər
xanım hər dəfə olduğu kimi indi də kollektivin maaş-qonorarlarını vermirdi. Hansısa səbəblərdən baş
redaktorla da problem yaratmışdı və aralarında münaqişə baş vermişdi. Hər iki tərəf məni tanıdığına
görə mənə şikayətlənirdi. Bir-biri haqqında olmazın şeylər danışırdılar və mən tanıdığım insanların
arasında bu miqyasda münaqişə olmasını istəmirdim. 2011-ci ilin yayında - iyulun əvvəllərində
Antalyaya istirahətə getdim - bir həftəlik. Həm Nigar, həm də Gülər razılaşdılar ki, mən gələndə oturub
problemlərini həll edirlər. Mən gələndə Nigarı Bakıda tapmadım, Gülər isə telefonlarıma cavab vermədi.
Onun telefonuna Əhməd Şahidov cavab verirdi və bütün israrlarımıza baxmayaraq, Gülər xanım xəttə
çıxmırdı.
Bu arada "Mərkəz"in kollektivinin aparıcı simaları mənimlə görüşdülər və dəstək istədilər. Onların
səsini Gülərin israrlı çalışmaları batırırdı. Mən həmkarlarıma dəstək sözü verdim və Gülərin onların
maaş və qonorarlarını ödəməsi üçün əlimdən gələni edəcəyimə söz verdim. Bu arada Nigar
Almanqızından xəbər çıxdı...
O artıq Türkiyədə imiş və Gülərin təqiblərindən qaçıbmış. Gülər onu və qardaşını işdən çıxarandan
sonra Sumqayıtda yaşayan ata-anasının evinin həndəvərinə silahlı qoçular yerləşdiribmiş və onları
hədələyirmiş. Nigarın atasının ürəyi xəstə idi və neçə dəfə əməliyyat olunmuşdu. Və təbii ki, Nigar
danışmaq, olanlar haqqında ictimaiyyəti məlumatlandırmaq, deputatın mafiya qaydaları ilə adamları
hədələdiyini söyləmək istəyirdi. Və Nigar bu məsələlərdən bəhs edən bir müsahibə göndərdi və
müsahibə çox gec gəldiyi üçün səhifəyə qoya bilmədim və anonsunu verdim. Anonsda G.Əhmədovadan
yox, N.Almanqızından bəhs olunurdu. Yalnız bu anonsun dərcindən və digər xəbərlərdən sonra Gülər
mənə zəng elədi və ofisinə çay içməyə dəvət etdi. Onun israrlı təkliflərinə baxmayaraq, Gülərin ofisinə
getmədim və redaksiyaya dəvət etdim. Gülər elə həmin gün - yanlış xatırlamıramsa, bazar ertəsi, 8
avqust 2011-ci ildə redaksiyaya gəldi. Əməkdaşlar məni gözləyirdilər və deputatı tək qəbul etməli
oldum. Mənimlə tək görüşmək istədiyini xahiş etmişdi. Hər halda dövlət adamı, 15 ilin deputatı, YAP
Siyasi Şurasının üzvü idi Gülər Əhmədova və mən bilsəydim ki, o R.Mehdiyevin planının tərkib hissəsi
kimi gəlir yanıma, onu qəbul etməzdim. Münasibətlərimiz yazılara görə nisbətən sərinləsə də, onu tək
29
qəbul etdim. Mən o zamanlar heç kimlə tək görüşmürdüm və tanımadığım adamlar gələndə redaksiya
heyətini yanıma dəvət edirdim. Gülər Əhmədova oturan kimi təkliflərə başladı və ondan yazı
yazmamağın müqabilində mənə rüşvət təklif etdi. Əsla və israrla qəbul etmədim. Ondan yazılacaq yazı-
xəbərlərdə onun da rəyinin alınacağını bildirdim. Amma Gülər israrla "Xural"ın aylıq-illik xərclərini
soruşurdu. Bir ara elə düşündüm ki, Gülər əməliyyatdadır və indicə masanın üzərinə pul qoyacaq,
əməliyyat qrupu otağa daxil olacaq. G.Əhmədova çox həyəcanlı idi və hiss etdi ki, ondan şübhələndim.
Tez də durub çıxdı. Tələsik redaksiyanı bağlayıb məni çayçıda gözləyən həmkarlarımın yanına tələsdim.
Onlara ilk sözüm bu oldu:
Dostları ilə paylaş: |