DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17


İNSAN HAQLI OLANDA SƏSI ALLAHIN YANINA ÇIXIR



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix06.09.2017
ölçüsü1,36 Mb.
#29054
1   2   3   4   5   6   7   8   9

İNSAN HAQLI OLANDA SƏSI ALLAHIN YANINA ÇIXIR 

 

Haqsız olanda da beləcə dilini qısıb oturursan. Gülər deputat olanda yeri-göyü dağıdıb, hamıya meydan 



oxuyurdu.  İndi  də  deyir  ki,  mən  ona  qarşı  çıxış  etməyəcəm.  Bilirsiniz  niyə?  Haqlı  deyil,  ona  görə... 

Haqlı olsaydı onun da səsi yeri-göyü dağıdardı. Ona görə gündə bir atmaca atıb, yerinə qısılır. Əgər bu 

adam bizə qarşı cüzi haqlı olsaydı, yeri-göyü başımıza yıxardı. O da gözəl bilir ki, daha zaman o zaman 

deyil. Adama yalanını yedirdərlər. Bu da məhkəmə üçün bir nümunə, örnək olmalıdır. Məhkəmə heyəti 

müşavirə otağında bu haqda da düşünməlidir.  

Məni əsassız, qanunsuz, saxta ittihamlarla şərləyib tutublar, indi də sübut edə bilmirəm ki, mənim həbs 

olunmağımda bunlardan istifadə ediblər. Bu işin spesifik özəlliyi də odur ki, 11 ayda gedən məhkəmə 

iclaslarına da bu  adamlar zorla gətizdirildilər. Hətta siz onların  bura məcburi qaydada  gətizdirilməsilə 

bağlı  qərar  verdiniz.  Dördü  də  gəlmək  istəmirdi.  Qanun  da  açıq  şəkildə  deyir  ki,  təqsirləndirilən  şəxs 

şahidi dindirmək hüququna malikdir. Bu iş Avropa Məhkəməsinə qədər getdiyi təqdirdə bilirsinizmi nə 

olacaq? Mən Güləri dindirməmişəm, Vüqarı, Aydın Heydərovu axıra qədər dindirməmişəm. Prokuror da 

burda iş oxuyanda deyir ki, ittihamlar “sübut edilmişdir”. Bizdə adamı belə tuturlar. Deyirlər ki, “Gülər 

Əhmədovanın şikayəti əsasında həbs edilmiş Əvəz Zeynalovun filan-filan cinayətləri törətmə ehtimalları 

var. İcazə verin, filan əməliyyat tədbirini həyata keçirək”. Deməli, əvvəlcə adamı tutub, içəri soxurlar, 

ondan  sonra  da  ona  torba  tikirlər.  Qanunla  törədilən  cinayətə  görə  adamı  tutarlar  və  cəzalandırarlar. 

Bizdə  adamı  tuturlar,  təcridxanaya  göndərirlər.  Deyirlər,  sən  orada  bir  az  dincəl,  biz  sənə  torbanı 

tikəcəyik. Sonra da 6 ay istintaq araşdırması altında insanlara torba tikirlər. Amma bununla belə onlar da 

311.3.2-nin də bu dərəcədə fiaskoya uğrayacağını biliblər. Kimsə ağlı başında olan bir adam tapıblar və 

bir  yerdə  qərara  gəliblər  ki,  311-ci  maddə  də  boş  bir  şeydir.  Üzümə  duran  4  adamdan  3-ü  ilə  bizim 

məhkəmə çəkişməmiz olub. Onların 3-də məhkəmədən ərizələrini geri götürüblər. İndi nə deməklərinin 

də  heç  bir  əsası  yoxdur.  Çünki  əgər  7  il  əvvəl  belə  hadisə  olmuşdusa,  niyə  o  zaman  məhkəməyə  bu 

haqda məlumat verməmişdilər və yaxud da niyə 7 ildən sonra bu ölülər dirilib, eyni vaxtda Korrupsiya 

İdarəsinə müraciət etdilər?  

AR hüquq-mühafizə orqanlarının bəziləri azad insanları, azad iş adamlarını əzmək, tapdalamaq, sıradan 

çıxarmaq  üçün  işgəncə  aparatına  çevriliblər.  Bu  aparatlardan  biri  də  Vergilər  Nazirliyidir.  Bizim 

Prezident Aparatımızın hörmətli, kartof və taxtabaş məmurları fikirləşiblər ki, Ə.Zeynallıya qarşı 213-cü 

maddəni  də  qaldırmaq  olar.  Ən  azı  prokurorun  əlinə  alət  vermiş  olacaqlar  ki,  bu  maddə  ilə  istədiyi 

rəqəmi bizə yükləyib, ən ağır cəzanı tətbiq eləsin. Ağır cinayətlə heç bir bağlılığı olmayan CM-nin 213-

cü  maddəsində  nə  var?  Bu  maddənin  bir  maraqlı  xüsusiyyəti  ondadır  ki,  bu  maddə  nə  306-cı  maddə 


 

12 


deyil,  nə  də  311-ci  maddə  deyil.  Burada  əsas  sözü  rəqəmlər  deyir.  AR  CM-nin  ən  mənasız 

maddələrindən  biridir.  Baxmayın  ki,  bu  maddə  ilə  milli  qəhrəman  obrazında  olan  Rasim  Balayevi 

sındırdılar. Kimlərsə bu gün də bu maddədən çəkinirlər. Bu maddədən çəkiniləsi heç nə yoxdur. Kimə 

bu maddə ilə cinayət işi qaldırırlarsa, getsin qonaqlıq versin. Riyaziyyatdır. Bunlar yeddi min manatlıq 

bir hesab çıxardılar. Vəkillərimiz də onların çıxardığı rəqəmi əsaslandıraraq, sildilər yerinə 1196 manat 

53 qəpiklik hesab çıxarıblar. Mənim ən ağır sözlərlə xatırladığım, heç bir abır hissi olmayan istintaq  - 

hətta ibtidai istintaq ekspert təyin etdi, hətta o belə bu qədər böyük vicdansızlığın qarşısında dedi ki, bu 

qədər  də  olmaz  və  istintaqın  7  min  manatlıq  cəriməsini  4  min  manata  endirdi.  Məhkəmə  zamanı  da 

bütün işləri, riyazi hesablamaları apardıq. Bir çox şeyləri o da nəzərə almamışdı, sakitcə burada etiraf 

etdi  və  biz  onun  4  min  manatlıq  hesabının  əslində  heç  1000  manata  çatmadığını  sübut  etdik.  Biz  bu 

müddət  ərzində  Vergilər  Nazirliyinin  bu  maddə  ilə  qaldırdığı  işin  dayandırılması  və  bu  işə  heç  bir 

aidiyyatı  olmadığı  üçün  bundan  sonra  ona  baxılması  üçün  məhkəməyə  müraciət  etdik.  Bu  məhkəmə 

zalında  Vergilər  Nazirliyinin  nümayəndəsi  nə  dedi?  “Onsuz  da  İnzibati  İqtisad  məhkəməsi  icraatı 

dayandırmayacaq”. Biz nə dedik? Dedik ki, “sən məhkəmənin hansı qərarı çıxaracağını əvvəlcədən necə 

bilə-bilərsən?” O nə etdi? Bu zalda quruyub qaldı. Ağzından çıxan sözə yiyə dura bilmədiyinin fərqinə 

vardı. 22 iyun 2012-ci ildə  2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin hakimi  

 

MIMINAT HACIBƏYOVA ÜÇ HƏFTƏNIN IÇINDƏ HAQQIMIZDA IKI QƏRAR ÇIXARDI 

 

Deməli,  bu  Miminat  xanım,  bizim  xeyrimizə  qərar  çıxartmışdı. 



Mətbuatda  bu  haqda  məlumat  gedəndən  sonra  həmin  Miminat 

Hacıbəyova  (Hər  iki  sənədi  zala  göstərir)  cəmi  20  gün  sonra  öz 

qərarını  ləğv  edib,  bizim  əleyhimizə  qərar  çıxardı.  Ay  Ramella 

(hakim)  xanım,  belə  biabırçılıq  olar?  Bir  hakim  öz  qərarını  necə 

ləğv  edib,  başqa  qərar  çıxara  bilər  axı?  Əgər  Məhkəmə  Hüquq 

Şurası  bu  hakimi  sıralarından  qovmayıbsa,  ciddi  səhvə  yol  verib. 

Çünki  tək  bu  hadisəyə  görə  Miminat  Hacıbəyova  dərhal  tutduğu 

vəzifədən  qovulmalı  idi.  Mən  belə  məhkəmə  sisteminin  nəyinə 

inanım?  Bu  prokuror,  “o  zaman  dedi  ki,  görürsünüzmü,  ədalət 

var”.  Bu bizim işin bu qədər ədalətsikliklə aparılmasının bəlgəsidir. Baxın hər iki sənədin imzasına  - 

Miminat  Hacıbəyova.  Tamamilə  bir-birini  təkzib  edən  iki  qərar  çıxarıb.  Bu  qədər  biabırçılıq,  yalnız 

siyasi sifarişlə adam tutduranda belə şeylərə rast gəlmək olar. Heç olmasa, Miminatın bizim xeyrimizə 

çıxardığı  qərarı  hakim  Limonat  Hacıbəyovanın  qərarı  ilə  dəyişdirsəydilər,  yenə  bu  qədər  biabırçılıq 

olmazdı.  Miminat  Hacıbəyovanın  çıxardığı  iki qərar  bir daha sübut edir ki,  bizi tam sıradan çıxarmaq 

planı həyata keçirilib. 

Baxın.  Dövlət  məmuru  olan  ekspert  istintaqın  müəyyənləşdirdiyi  hesabı  4  min  manata  endirdi.  Bizim 

Ramazan  Hadıyev  nə  etdi?  Siz  hələ  də  gəlib  burada  otura  bilirsinizsə,  möhtəşəm  adamsınız.  Mən 

oturmazdım,  ona  görə  də  buradayam.  Mən  bu  ölkənin  ən  ali  vəzifələrində  belə  bu  cür  oturmazdım. 

(Hakimin, “Zeynalov, mahiyyəti üzrə” deyəndən sonra) Mən Gülərdən danışıram. Gülər kimdir? Gülər 

artıq  mənim  işimin  mahiyyətidir.  Gülər  deputat  olanda  bu  zalda  dedi  ki,  “8  aydır  həyatımızı  zəhər 

eləmisən...”  Mən  Gülərin  həyatında  artıq  bir  ömür  boyu  varam.  Ömrümün  axırına  qədər  harada 

olacaqsa, mən də orada olacam. Mən heç bilmirdim ki, kiçik qızımın 8 yaşı olanda Gülər Əhmədovanın 

şəri ilə həbs olunmuşam, onun da kiçik oğlunun 8 yaşı olanda özünü həbs etdilər. İndi də onun vəkilləri 

mətbuata  müsahibə  verirlər  ki,  “Gülər  bircə  8  yaşlı  oğlu  üçün  darıxır.  Heç  8  yaşlı  uşağın  anasını  da 

tutmaq  olardımı?   Uşağının  ad  günündə  onu  həbs  etdilər.”    Sən  8  yaşlı,  iki  qız  uşağının  atasını  şərlə, 

böhtanla  həbs  etdirib,  o  uşaqların  gözlərini  yaşlı  qoyarsansa,  sənin  də  8  yaşlı  oğlunun  anasını  tutub 

apararlar, gözü yaşlı qalar.  

 

Allahın ədalətinə baxın! 

 

Mənim  evimi  barbarlar  kimi  dağıdıblar.  Evimdə  adam  olmayıb,  vəkilim  olmayıb,  yaxınlarımı  içəri 

buraxmayıblar,  möhtərəm  hakimlər.  Darvazadan  keçib,  qapımı  sındırıb,  içəri  keçiblər.  İri  karatlı 

brilliant, qızıl külçə axtarıblar, silah tələb ediblər. Mənim uşaqlarımın dərs dəftərlərini götürüb aparıblar. 

Bu gün Fikrət Əhmədov müsahibə verir ki, bunlar mənim 8 yaşlı uşağımın cizgi filmi olan diskini də 

aparıblar. Sən 8 yaşlı qızın dərsliklərini apartdırarsansa, sənin də oğlunun “multik”lərini apararlar. Hələ 



 

13 


Fikrət Əhmədov şikayət edir, deyir ki, mənim arvadımın hamamdan şampunlarını da aparıblar. Yox, sağ 

olsunlar, bizim evdən şampun-filan aparmayıblar. Mənim evimdə külçə axtaranların evlərindən vedrə ilə 

brilliant  və  qızıllar  götürülüb,  “Laçın”  bazarında  satışa  çıxarıldı.  Bir  jurnalisti  necə  korrupsiya 

ittihamları ilə həbs etdirmək olar? Mən məmuram, əlimdə dövlətin səlahiyyətləri var? Mən nə qədər bu 

cəmiyyət  üçün  təhlükəli  olmuşam  ki,  6  ay  istintaq,  11  aydır  da  məhkəmə  məni  həbsdə  saxlayır?  İndi 

sular durulur. Baxın görün, kimlərdir korrupsionerlər, rüşvətxorlar. Jurnalist özünü öldürsə belə, ondan 

korrupsioner  çıxmaz.  Bizi  korrupsiyada  ittiham  edən  adamın  onlarla  evi,  bağı,  mülkü  siyahıya  alındı. 

Millət görmədimi? Bu qədər rəzillik olarmı? Bəyəm, bütün bunlar işin mahiyyəti deyil? Necə olur, “10 

min manat istəyibsən” iddiası ilə bir jurnalistin on ildir başa gətirdiyi bütün işlərini darmadağın etdilər, 

texniki avadanlıqlarına qədər yağmaladılar. Amma bunlar 1 milyonla rahat alver edirlər.  

Həbsimdən sonra seyfimdə olan son 300 dolları oğurladılar. Olanım o idi, qalanım da... Onu apardılar. 

Gülər Əhmədovanın şəhərin içində 9 villasının – həbs etməsəydilər, Allah bilir daha nə qədər olacaqdı – 

5-6  gözəllik  salonunun,  4  bağ  evinin  və  s.  müəyyənləşdirilib.  Halal  pulla  qazanılıbsa,  özünə  qismət, 

deputat məvacibi ilə almışdı onları? Bu cinayət işinin sonu ora gəlir. N.Ələsgərlinin işində  Nərimanov 

məhkəməsinin  hakimi  Sevinc  Quliyeva  üzərimizə  3  min  manatlıq  cərimə  qoydu.  Ondan  əvvəl  də  bu 

Sevinc  Quliyeva  “Baltika-Bakı”  MMC-nin  iddiasını  təmin  edib,  haqqımızda  50  min  manatlıq  cərimə 

çıxarmışdı.  

 

S.QULIYEVA SIFARIŞLI QƏRARLARI ICRA ETDIYI ÜÇÜN  

MƏHKƏMƏ HÜQUQ ŞURASI ONU HAKIMLIKDƏN QOVUB 

 

Bu  gün  də  həmin  məhkəmə  işimizdə  nə  əvvəlki  hakim 



vəzifəsində qalıb, nə MMC qalıb, nə də məni məhkəməyə verən 

Tlexuray  qalıb.  Onu  da  işdən  qovdular,  müəssisəni  də  əlindən 

alıb  başqasına  verdilər.  Bilirsinizmi  niyə?  Çünki  bu  Tlexuray 

Azərbaycanda  insan  həyatı  üçün  təhlükəli  olan  virusla 

yoluxmuş  pivələri  yenidən  istehsal  edərək,  insanlarımıza 

satdırırdı.  Əlimizdə  bununla  bağlı  kifayət  qədər  video,  dəlil-

sübut olduğu halda bizi bir hakim belə dinləmədi.  İndi də  təzə 

hakim  deyir  ki,  “məhkəmə  bəyəm  kontordur  ki,  sifarişlə  qərar 

qəbul eləsin?” O hakimi hələ görməmişəm. Görsəm deyəcəm ki, 

“bəli,  bizim  rastlaşdığımız  bütün  məhkəmələr  kontordur,  gerisindən  də  Allah  saxlasın”.  Adamı 

yazdıqlarına  görə  həbs  edərlər?  Yazmışam,  yazmışam  da...  50  dəfə  məhkəməyə  vermisiniz,  yenə  də 

verin.  2005-ci  ildə  mülki  qaydada  olan  işlərinin  qanunla  cəlbetmə  müddəti  2  ildir.  Nərimanov  rayon 

polis idarəsi də sizə məktub göndərib ki, həmin səndlərin vaxtından 3 il keçdiyinə görə yandırılıb. Niyə? 

Çünki müddəti keçib. Siz 2 il cəlbetmə müddəti olan ölü bir işə yenidən can verirsinizsə, artıq bu şərdir. 

Cəmi iki il cəlbetmə müddəti olan, adidən-adi məhkəmə çəkişməmiz olan bir işi üstündən 7 il keçəndən 

sonra gətirib Ramiz Mehdiyevin  tapşırığı  ilə açılan cinayət  işinə əlavə edərsinizsə, artıq bu şərdir. Bu 

qədər də adamın üzərinə gəlmək olarmı? Ağır cinayət törətmişəm – 11 il... Bunlar hələ görünür onu da 

planlaşdırıblar ki, “Xural” qəzeti yaranan gündən əvvəlki tarixə qədər getsinlər. Nə yeyir, nə içir?  

 

Deməli, belə çıxır ki, biz yaşamamalıyıq bu ölkədə? 

 

213-cü maddə bəs nə verir? Maraqlıdır, deyilmi? Birincisi, bunun sanksiyası nədir? Cinayətin törədildiyi 



sübut olunarsa, mənə hansı cəzanı vermək olar? 3 ilədək müəyyən müddətə vəzifə tutma və ya müəyyən 

fəaliyyətlə  məşğul  olmaq  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə,  2  min  manatadək 

miqdarda cərimə.Və ya iki ilədək müddətə islah işlərinin verilməsi, və ya 3 ilədək müddətə azadlıqdan 

məhrumetmə cəzası. Bizim ədalət və vicdan mücəssəməsi olan bu prokuror, bütün alternativ yolları bir 

tərəfə buraxıb, heç bir qanuni əsası olmayan ağırlaşdırıcı cəza – 2 il müddətinə azadlıqdan məhrumetmə 

cəzasını istədi. Fevralın 13-də prokuror Ramazan Hadıyev bu zalda çıxış edib, mənə 11 il həbs cəzası 

istəyəndə,  hakimlər  gərgin,  əsəbi  və  qaşqabaqlı  idilər.  Çünki  onlara  da  təlimat  verilmişdi  ki,  Əvəz 

Zeynallıya ən ağır cəza verin. Maksimum müddət oxuyun. Nə hakimlər, nə də prokurorun özü məmnun 

deyildilər. Ona görə prokuror isterika içərisində çıxışını edib, hakimlərin qapısından da getdi. Mən də 

bilirəm ki, belə məsələlər bunların öz xoşu ilə həll olunmur. Prokuror 213-cü maddəyə 2 il cəza istəyə 

bilərmi? Bilər. Amma bu maddənin “qeyd” deyilən bir bəndi var. Orada yazılır: “Bu məcəllənin 213.1 


 

14 


və  213.2  maddələrində  nəzərdə  tutlan  əməlləri  ilk  dəfə  törətmiş  şəxs,  yəni  mən  cinayət  nəticəsində 

vurulmuş  ziyanı,  tamamilə  ödədikdə,  cinayət  məsuliyyətindən  azad  olunur”.  Dünya  hüququ  ilə  çox 

maraqlanmışam  və  inkvizitor  məhkəmələri  çox  diqqətimi  çəkib.  Hətta  onlar  belə  çox  araşdırmaçı 

olublar. Tutalım ki, siz heç hüquqşünas da deyilsiniz. Adam CM-nin 213.1 maddəsinə 2 il iş istəyir. 3 il 

306.2 maddəsinə görə, 10 il də 311-ci maddəyə görə... Hesab çıxarıb 15 il deyir. Sonra da öz aləmində 

yüngülləşdirici amillər tapıb, guya 4 il güzəştə gedir və 11 il oxuyur.  

Bu işin altında prokuror Ramazan Hadıyevin imzası var 

Kimin hansı sifarişi verməsindən asılı olmayaraq... O imzanın cavabını da vaxtında alacaq.  

 

ƏSLINDƏ NECƏ OLMALI IDI? 

 

213.1 maddəsilə bizə vicdansız ekspertizanın  təyin etdiyi  7 min manatı, bunların  digər  eksperti  4 min 

manata  saldı.  Biz  də  burada  hesabladıq,  hesablama  apardıq.  Bütün  müvafiq  orqanlardan  lazım  olan 

sənədləri tapıb məhkəməyə təqdim etmişik və qənaətimiz də o olub ki, uzaqbaşı min manat cəriməmiz 

ola  bilər.  Lap  elə  bizim cəriməmiz  7251  manat,  20  qəpikdir.  O  zaman  prokuror  nə  etməli  idi?  Ya  bu 

cəriməni ödətdirməli, ya da başqa cəza istəməli idi. O nə etdi?  Həm cərimənin ödənilməsini, həm də 



qanunu ziddinə gedərək, mənim 2 il müddətinədək azadlıqdan məhrum edilməmi istədi. Həm bu pulu 

ödəsin, həm də həbs olunsun, deyə bilərmi? Deyə bilməz. Bu qanunların yazıldığı kitabı nə qədər yerə 

atmaq, nə qədər etiraz etmək lazımdır ki, daşıdığınız mundirə hörmət edib, qanunlarla hesablaşasınız? 

Sən deyə bilərsənmi ki, Ə.Zeynallı həm cəriməni ödəsin, həm də 2 il azadlıqdan məhrum edilsin? Bunu 

ancaq  bir  qanuni  tələbi  ola  bilər.  Əvəz  Zeynallı  7251  manat  20  qəpiyi  ödədiyi  təqdirdə  cinayət 

məsuliyyətindən  azad  edilsin,  ödəmədiyi  təqdirdə  azadlıqdan  məhrum  edilsin.  Necə  ola  bilər  ki,  sən 

qanunun açıq şəkildə göstərdiyi qeydi belə ayaqlarının altına alırsan, tapdalayırsan. Sənin marağın nədir 

ki, bu maddələrin ən agır cəza növlərini seçmisən? Ən ağır sanksiyaları tələb etməkdə məqsədin nədir? 

Bayaqdan burada sübut etdim  ki,  haqqımda 306.2 maddəsilə qaldırılan cinayət  işinin  mənimlə heç bir 

əlaqəsi yoxdur. 306.2 ilə mənə bir gün belə iş kəsilə bilməz. Qanunsuzluqdur. 11 ildən 3 ilini çıxdıq, 8 il 

qaldı. 213.1-dən də ortada avtomatik olaraq heç nə yoxdur. Ramazan Hadıyev oradan özünü assa da o 

cinayətlə  də  mənim  heç  bir  bağlantım  yoxdur.  8-dən  də  2  ili  çıxanda  6  il  qaldı.  311-ci  maddə 

ümumiyyətlə, mənə şamil edilə bilməz.  



 

Hələ o da başqa bir şeydir ki, mən hüquqi yox, fiziki şəxsəm. 

 

Mən ümumiyyətlə, dövlət məmuru deyiləm. Mən rüşvət ala bilmərəm. Mən o əhatə dairəsinə girmirəm. 



Bu ağır cinayətlər məhkəməsində son 1 bir ildə  ən azı 7-8 dənə qəzetə qarşı 311-ci maddə ilə iş açıblar. 

Sonradan  da  məhkəmələr  onları  açıb-buraxıblar  ki,  jurnalistə  korrupsiya  maddələrilə  cinayət  işi  açıla 

bilməz. 6 ildən də 11 ili çıxanda “-5” qalır. Ramazan Hadıyevin mənə -5 il “can borcu” var. Sən necə 

prokurorsan ki, qanunun bütün tələblərini nəzərə almadan, 11 il iş oxuya bilirsən? 

Ramella xanım, bu cinayət işində guya mənim qeydiyyatda olduğum ünvana göndərildiyi iddia olunan 

bildirişi  aylardır,  sizdən  ala  bilmədim.  O  sənəd  saxtadır.  Saxta  olduğu  üçün  də  mənə  vermədiniz. 

Cinayət işi ilə ilk tanış olduğum zaman demişdim. Gülərin telefonlarıma göndərdiyi mesajlar saxtadır. 

Məlum oldu ki,  



GÜLƏR MESAJLARLA INSANLARI ŞANTAJ EDIR 

 

Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu da mesajlarla şantaj eləmişdi. İndi də o yolla başqalarını 



şantaj edir. Yəni bu qadın professional şəkildə, bu dəstədə insanları məhz şantaj etməklə məşğul olub. 

Mesaj  məsləsini  dəqiqləşdirmək  üçün,  nə  illah  elədik,  11  ayda  mən  həbs  olunarkən  əlimdən  alınan 

telefonları  tapıb,  özümə  qaytara  bilmədiniz  ki,  bu  mesajlara  aydınlıq  gətirək.  Azercell  Korrupsiyaya 

qarşı  Mübarizə  İdarəsinin  ünvanına  bütün  mesajları  göndərib.  O  saxta  mesajların  da  məntiqi  olaraq 

ardıcıllığa  qoyanda  qurama  olduğunu  bilmək  çətin  deyil.  “Sabah  filan  saatda  gələrsiz”  Mesaja  baxın. 

Sonra da Gülər mənə mesaj atır ki, “icazə ver, redaksiyaya gəlim”. Məntiqlə mən bu adama görüş saatını 

deyirəmsə, necə olur ki, bu yenidən mənimlə görüşmək istədiyini yazır. Bunu ağlı, dəngəsi yerindədirmi 

ki,  o  cür  mesaja,  bu  cür  cavab  yazır.  Yox..  Mesaj  saxtadır.  Guya  indi  istintaq  demək  istəyib  ki,  mən 

bunu redaksiyaya çağırmışam ki, ondan pul alam. Amma istintaqın Gülərdən mənə gələn mesajın saatını 

saxtalaşdırmaq ağlına gəlməyib. Ona görə də ardıcıllıq pozulub və belə biabırçı bir mənzərə yaranıb.  



 

15 


Həmin  Gülər  Əhmədovanın  şahidi  dindirmə  protokollarında  göstərdiyi  əl  telefonlarının  nömrəsi 

başqadır, bu işdə mənə mesaj gəldiyi iddia olunan telefonlar başqa telefonlardır. Mən dəfələrlə bu haqda 

dedim,  vəsatət  də  qaldırdım  ki,  yoxlama  və  araşdırma  aparılması  üçün  sorgu  göndərilsin,  görək  bu 

telefonlar G.Əhmədovanın öz adına olan telefonlardırmı? Gülər heç bir ifadəsində yazmayıb ki, mənim 

telefonlarım.  O  yazıb  ki,  istifadə  etdiyim  telefonlar.  Bəyəm  istintaq  üçün  bunu  araşdırmaq  çətin  idi? 

Onlar da biliblər ki, Gülərin telefonları o telefonlar deyil. Ona görə də deyəndə ki, məhkəmə istintaqı 

yenilənsin, hər şeyə görə, vəsatət qaldıranda ki, bu telefonların kimə aid olduğu yoxlanılsın, eləmədiniz. 

İstintaqın qərarı var. Həmin qərarın surətini məhkəmə bizə vermədi. Həmin sənəddə istintaq qərara alıb 

ki,  G.Əhmədovanın  da  telefonlarına  gəlib-gedən  zənglər  və  SMS  məzmunları  götürülsün.  Bəs,  niyə 

götürmədiniz?  İndi  istintaqı  yeniləsəydiniz,  hər  şey  gül  kimi  açılacaqdı.  Onsuz  da  bu  iş  nə  vaxt  olsa, 

açılacaq. G.Əhmədova kiminlə həmin ərəfədə danışıbsa, özü də bunların heç kimdən qorxuları yoxdur, 

onlara  baxanda  nəticə  çıxarmaq  olardı  ki,  mənim  həbsimdən  əvvəl  bu  adam  kimlərdən  təlimat  alıb. 

İstintaqda  Gülərin telefonları  kimi  göstərilən telefonlar, ona məxsus  deyil. Mənim telefonlarıma  gələn 

bütün zənglər çıxarılıb. Qanun deyir ki, lüzumsuz dəlillərin toplanmasına yol verilmir. Hər yola əl atılıb.  

Gülərin  əlahəzrət  “fakt”  dediyi  audioyazıya  gəlincə  isə,  vəkil  E.Sadığov  da  məhkəmədə  bu  audio 

yazının istintaq zamanı tutumunun 1 gbt həcmində dəyişdirildiyini sübut etdi. 2011-ci il 22 dekabrında 

bu audioyazı diskə köçürülüb. Gülər Əhmədovanın görüntüsü ilə seriallar yayımlandı, adamın boynuna 

qoymaq mümkün deyil. Avropaya, Rusiyaya adam göndərir. Daha nə bilim kimləri saxtakarlıq aparmaq 

üçün öz cinayətlərinə sövq edir. Qanun açıq şəkildə deyir ki, aldatma və işgəncə ilə əldə olunan sübutlar 

dəlil olaraq qəbul edilə bilməz. Hələ onu da demirəm ki, mənə “qardaşlıq elə, mən də sənə bacılıq edim” 

deyən adamdan necə rüşvət tələb etmək olar? Bu adam mənə bacılıq təklif edirsə, mən ondan nə üçün 

rüşvət  tələb  etməliyəm  ki?  Zatən  mənə  bacılıq  edir  də...  Deməli,  Gülər  Əhmədovanın  mənim 



məkanıma gəlməsi, mənim yanımda məndən xəbərsiz səsimi yazması, o səsi istintaqa verib, haqqımda 

cinayət  işi  açdırması,  məni  şərləməsi  cinayətdir.  Ancaq  E.Abdullayevin  öz  otağında,  öz  məkanında 

özünü  bu  cinayətkar  dəstədən  müdafiə  etmək  üçün    apardığı  videoçəkilişlər  cinayət  deyil, 

özünümüdafiədir. Iki dünya bir olsa da, bunun qanuni yolu budur. Hər zaman E.Abdullayevin əleyhinə 

yazmışam, onunla olan münasibətlərimi də hamı bilir. Amma bu gün o adam Azərbaycanı lərzəyə salan 

“təmiz əl” əməliyyatını aparır. Burada səsyazısı dinlənildi. Səsləri tanımadım. Gülərin kabluk səsindən 

başqa heç bir səs aydın eşidilmirdi. Əsas danışan adam da Gülərin özü idi, pul təklif edirdi və deyirdi 

“qəzetə  kömək  etmək  istəyirəm,  imtina  edəndə  də  dedi,  öz  qəzetimin  xərclərini  hesablayıram.  Özü 

hesabladı,  26  minə  çıxdı,  sonra  da  dedi  ki,  onun  yarısını  verəcəm”.  Bunu  harasında  hədə-qorxu  var? 

Dəfələrlə disklərə köçürülüb, həcmi dəyişdirilən “sübut” sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq 

da çox böyük səhv buraxıb. İttiham tərəfi qanunun bütün müddəalarını pozub. Qanun açıq şəkildə deyir. 



CM-nin  125-ci  maddəsi  –  Sübutların  mümkünlüyü.  Zorakılıq,  hədə-qorxu,  işgəncə  və  yaxud  digər 

qeyri  insani,  insan  ləyaqətlərini  alçaldan  hərəkətlərin  tətbiq  edilməsilə  əldə  olunursa,  sübut  sübut 

sayıla bilməz.  

Mən hər zaman bunun əleyhinə olmuşam. Bizim işimizi bizə qadağan elədilər, indi özləri bir-birlərini 

çəkirlər. Biz çəkə bilərik, biz yaza bilərik! Bu bizim peşəmizdən irəli gəlir. Bizi çəkdilər, bizi şərlədilər. 

Gülər adamın səsini necə yazıb, onu şantaj edə bilər? Bu adam deputatdır, əlində də min səlahiyyət var. 

Allah  qoymasa,  qanunları  da  hamıdan  gözəl  bilməlidir.  Bunu  qorxudurdumsa,  haqqında  dediyi  kimi 

yazılar yazırdımsa, məhkəməyə müraciət edəydi. Niyə eləmədi? Çünki yuxarıdan Ramiz Mehdiyev ona 

dedi ki, get, üzünə dur. AR CM-nin 125.3 maddəsi deyir, 125.2 maddəsində nəzərdə tutulmuş hallarda 

alınmış  məlumatlar  –  Gülərin  diski,  Gülərin  telefon  yazısı,  mesajları  ona  aiddir  –  sənədlər  və  əşyalar 

hüquqi  qüvvəsi  olmayan  hesab  edilir  və  onlar  ittihamın  düzgün  həlli  üçün  hər  hansı  halın  sübut 

olunmasında istifadə edilə bilməz. Bu maddələri nə qədər oxumaq olar? Qanun açıq deyir ki, bu fırıldağı 

siz  sübut  kimi  qəbul  edə  bilməzsiniz.  Siz  sübut  kimi  qəbul  edibsiniz.  Hər  zaman  demişəm,  bir  daha 

xatırladıram. 10 min manat söhbəti olmayıb. O saxta səsyazısında da 10 min manat söhbəti olmayıb. Öz-

özünə hesab aparıb, sonra da deyib ki, o qədər yox, amma yarısı qədər qəzetə kömək edərəm. O adam 

mənim yox, öz səsini mənim otağımda yazmağa gəlmişdi.  

 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin