10 MIN MANAT SÖHBƏTI PA-NIN ŞÖBƏ MÜDIRI
ƏLI HƏSƏNOVUN OTAĞINDA APARILIB
Əgər söhbət Gülərin dediyidirsə, hesab onun apardığı hesabdırsa, o zaman o 26 min manat deyib. Onun
yarısından söhbət gedirsə, o zaman bu pulun yarı məbləği 13 min manatdır. 10 min haradan çıxdı? Plan
16
onun kabinetindən çıxıb. Bu gün də Əli Həsənov dövlətin milli teleseriallar çəkmək üçün ayırdığı 10
milyon manatı oğlu Şamxal Həsənova həvalə edib. Korrupsiya faktı budur. Mənim əməlimdə korrupsiya
elementləri axtaran Əli Həsənovun özünün iş fəaliyyəti yoxlanılmalıdır, özü haqqında korrupsiya
maddələrilə cinayət işi qaldırılmalıdır. Bu adamda bilmirəm, “vicdan” deyilən bir şey varmı? Yoxsa, bu
da Gülər kimi heç bir zaman cəzasını almayacağını düşünür?
Bunlar nə boyda olduqlarını zənn ediblər ki, gündən-günə yüksələn, sözün kəsərini artıran, müstəqillik
əhatəsini genişləndirən, Əli Həsənovun cibindən, əlindən asılı olmayan bir gündəlik qəzetin baş
redaktorunu şərləyib tutdururlar, ürəkləri soyumur, hələ utanmaz-utanmaz törədilməyən cinayət
müqabilində ona 11 il iş oxuyurlar? Mən Əli İnsanovam, yoxsa Fərhad Əliyevəm? Mən Zakir
Qaralovam, Ziya Məmmədovam, Fikrət Məmmədovam, kiməm? Mən hansı səlahiyyətlərimdən istifadə
edib, korrupsiya əməli törədə bilərdim? Mən jurnalistəm. 16 aydır da həbsdə heç bir səbəb olmadan
saxlanılıram. Bunlar əgər məni yazılarıma görə həbs etməmişdilərsə, o zaman kollektivimin “ASİ” adlı
çıxarmaq istədikləri qəzetin nəşrinə niyə qadağa qoydular. Biz həbsimdən sonra da “Xural”ı nəşr
etdirmək istədik, amma “Ekspress” nəşriyyatından birbaşa bizə bildirdilər ki,
PA-DAN ƏLI HƏSƏNOV ŞƏXSƏN ZƏNG VURUB,
QƏZETIN NƏŞR OLUNMASINA QADAĞA QOYUB
O zaman bu nə ittihamlardır, mənə qarşı irəli sürmüsünüz? Sizin hikkəniz, qəzəbiniz nə həddədir ki,
mənə 11 il iş istəyirsiniz? Bilirlər ki, bunların KİV DF adlı oyuncaq qurumlarını, Mətbuat Şurası adlı
fırıldaqçı mətbuat oyuncağını, MTRŞ adlı ailə bandasını faktlarla üz-üzə qoyacaq yeganə adam mənəm.
MTRŞ-nın bir başa üzvü var, onun 6-sı Ə.Həsənovun sinif yoldaşı, əqrəbasıdır, biri də arvadı. Bu ölkə
Əli Həsənov kimi adamların arvad-uşağından ibarət deyil axı. İttiham tərəfi saxta sübutları, olmayan
şeyləri məhkəməyə təqdim edib. Ramella xanım, necə olubdur ki, siz onları icraata götürübsünüz, qəbul
etmisiniz? Sübutların dəyərləndirilməsində deyilir ki, sübutlar tam, hərtərəfli, obyektiv şəkildə tərif
edilməli, daxili inam formalaşmalı və vicdani qənaətlə hökm oxunmalıdır. Varmı, vicdan, ədalət,
insanlıq? Humanistliyiniz varmı? Ehtimallarla, “mən yuxuda gördüm ki, Əvəz Zeynallı məndən pul
istəyib”, deməklə, niyə bu adam bizim köləmiz olmur, deməklə 11 il iş oxumaq olarmı? Özü də
havadan...
Ötən 16 ayda hadisələr elə cərəyan edib ki, hər şey məhkəmənin araşdırması olmadan da aydınlaşıb.
GÜLƏR ƏHMƏDOVA INDI BIZIMLƏ RAMIZ MEHDIYEVI TƏHDID EDIR
S.Tarverdiyev Milli Dövlətçilik Partiyası adından oktyabrın 8-də guya bəyanat verib, o bəyanatı da işə
əlavə ediblər. Orada yazılır ki, “yaxşı ki, bu qəzet bağlandı”. Halbuki, “Xural” qəzetinin nəşrinə
oktyabrın 19-da R.Mehdiyev tərəfindən yağmalanandan bir gün sonra qadağa qoyulub. Necə olur?
Bunlar falçıdırlar, uzaqgörəndilər ki, 12 gün əvvəl bəyanat veriblər ki, “yaxşı ki, bu qəzet bağlandı?”
Onlara bunu məhkəmədə deyəndə özləri də quruyub qaldılar. Tanıdığım, yaxın bildiyim adamlarla çox
iblisanə oyun oynayıblar. Mən yanılmıramsa, Azərbaycan mətbuatının tarixində bizim işimiz yeganə
işdir ki, bu qədər ictimai-siyasi xadim və iş adamı bir redaktorun üzünə qoydurulur. Baxın.
1. Akif Məmmədov sabiq “Kurort” SC-nin prezidenti, Ə.Həsənovun qudası S.Mehbalıyevin iş ortağıdır.
2. Sabir Tarverdiyev İrəvan Mühacir Hökumətinin prezidenti, Milli Dövlətçilik Partiyasının sədri,
Sumqayıt Maşın bazarının sahibi, iş adamıdır.
3. Aydın Heydərov “İnturAvto” SC-nin prezidenti, Sabir Tarverdiyevin xalası oğludur.
4. Vüqar Səfərli KİV DF-nin icraçı direktoru, Əli Həsənovun cinayət ortağıdır. Onun rəhbərlik etdiyi
qurumu ona görə yaradıblar ki, o müstəqil mətbuata dəstək versin, onlarsa müstəqil mətbuatı məhv
etməklə məşğuldurlar. Buna nail olublar da...
5. Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının direktoru, əməkdar jurnalist, Əli Həsənovun iş ortağıdır.
6. Nüşabə Ələsgərli Əməkdar artistdir. Özünün 50 obyekti var, birinə də vergi ödəmir, “qaşın üstündə
gözün var” deyən də yoxdur ona. Niyə? Çünki üzəduranlarıdır, ona görə.
7. Bunların arasında ən balaca adam Mürvət Həsənlidir. O da “Xəmsə” restoranının sahibidir. Bu
yaxınlarda da 8 min toyuğunun oğurlandığını, oğurlandığı zaman onların stress keçirdərək, daha
yumurtlamadığını bəhanə gətirərək, 8 nəfəri tutdurb, ocağını söndürüb.
Mənim işim yeganə işdir ki, Azərbaycanın rəhbər strukturları son dərəcə biabırçı, son dərəcə axmaq bir
oyunla məni susdurmağa çaışıblar. Onlar nəyə ümid eləyib, belə bir yola üz tutublar, bilinmir. Əvvəldən
17
demişəm, yenə deyirəm. Bizə qarşı olan iddiaların hamısının kökündə tənqidi yazılarımız durur.
Oktyabrın 3-də Sumqayıt maşın bazarı haqqında tənqidi yazılar gedib, 8-də partiyanın bəyanatı verilib.
Həmin bəyanatda da ayın 20-də olacaq hadisəyə 12 gün əvvəl qiymət verilib. G.Əhmədovanın da
iddiaları başdan-ayağadək yazılarla bağlıdır. Son müsahibələrində də də yalnız yazılardan danışır. Heç
bir hədə-şantaj da xatırladılmır. O müsahibələrin hamısını məhkəməyə təqdim etmişik.
GÜLƏR ANS-DƏ DEYIRDI KI,
“BUNU SUSDURMAQ MÜMKÜN DEYILDI, BU AĞIR YÜKÜN ALTINA MƏN GIRDIM”
Məni daşımağa sənin çiyinlərin dözərdimi? Dözmədi də...
Aydın Heydərov, Akif Məmmədov, Ağabəy Əsgərov, hamısı burada yazılardan danışdılar. Nə
yazmışdıq ki? Yazmışdıq, “Azərbaycan” nəşriyyatının ərazisində “novostroyka” evlər tikdirib, oradan
Ramiz Mehdiyevə, Əli Həsənova evlər verib. Yazıya görə, bura gəlmişik. İndi də məlum olur ki, mənim
burada üzümə duranların hamısı Ramiz Mehdiyev komandasının adamlarıdır. R.Mehdiyev o adamların
əli ilə məni həbs etdirib, bu gün də məhkəməyə təzyiq göstərərək, məni uzun müddətə həbsə göndərmək
niyyətindədir. Mənim işimdə hər hansı bir cinayət əməli yoxdur, ola da bilməz.
Bu gün beynəlxalq qurumlar ciddi şəkildə demokratik dövlət olmaq üçün Azərbaycandan müstəqil
mətbuatın varlığını tələb edirlər. ABŞ-ın qurucu prezidentlərindən biri olan Cefersondan soruşanda ki,
“Mətbuatsız hakimiyyət, yoxsa hakimiyyətsiz mətbuat?” O tarixi cavab verib ki, “hakimiyyətsiz
mətbuat”. Yəni hakimiyyətdən asılı olmayan, müstəqil mətbuat olmadan dövlət inkişafda ola bilməz.
Bunun qarşılığında bizim hakimiyyətdə olan səlahiyyətli qüvvələr bütün cəhdlə müstəqil mətbuatın
səsini boğub, dövləti inkişaf etməyə qoymurlar.
Mən 10 il Türkiyədə oxudum, işlədim və Avropa mətbuatının içində oldum. Mənim Türkiyə
mətbuatında dərc olunan yazılarım cildlənsə, Ramazan Hadıyevin qarşısındakı kitabdan qalın olar. Mən
Avropa, dünya mətbuatının ən layiqli sıralarına çıxmaq uğrunda mübarizə aparıram və hər zaman da bu
mübarizəni davam etdirəcəm. Mən gələcəyimi müstəqil mətbuatın inkişafında görürəm. Ona görə də bu
ölkədə CM-nin 147-148-ci maddələrlə jurnalistləri həbs etmirlər. Çünki bu maddələrlə jurnalisti həbsə
atmaq mümkün deyil. Heç 306 ilə də, 213-lə də mümkün deyil. Bir ara məni CM-nin 303-cü maddəsilə
hədələdilər. Onunla da mümkün deyil. Bu adamlar müstəqil mətbuata qarşı o qədər qəzəbli oldular ki,
311-ci maddəni işə saldılar. Bütün dünya korrupsiya əməlinə pis baxır. Düzgün hesablama aparmadılar,
düşündülər ki, 311-lə məni şərləyəcəklər, hamı da bunlara inanacaq. Amma beynəlxalq qurumların ilk
sualı o oldu ki, “jurnalistdən necə ola bilər ki, korrupsioner olsun?” Bununla da bunların 311-ci maddəsi
fiasko oldu.
“XURAL”IN VƏ ƏVƏZ ZEYNALLININ
MƏSƏLƏSI ƏVVƏLDƏN AXIRADƏK
SÖZÜN MƏSƏLƏSIDIR
Biz müstəqil mətbuat çıxardığımıza, mətbuatın müstəqilliyini tələb etdiyimizə və bu yolda ardıcıl
addımlar atdığımız üçün həbs olumuşuq. Azərbaycanda çox yazar var ki, qələmindən “qan damır”.
Amma onlara, “gözün üstə qaşın var” deyən yoxdur. Bilirsinizmi, nə üçün? Ardıcıl və mütəmadi
deyillər. Ardıcıllıq məqsədlərin bir çoxuna nail olmağa imkan verir.
Mən mətbuatın başına açdıqları oyun müqabilində Ə.Həsənov və V.Səfərli barəsində Korrupsiyaya qarşı
Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırdım. Məni mübarizə apardığım şeylərə görə həbs etdilər.
Sizin çiyinlərinizi boş yerə ağır bir yükün altına verdilər. G.Əhmədovanın çiyinləri dözmədi.
R.Hadıyevin də çiyinləri dözməyəcək. Çünki haqq sözün altında çiyin dözməz. Haqq söz adamı parça-
parça edər. Möhtərəm hakimlər, bu işdə bəraətdən başqa, hər hansı işin oxunmasını Allahsızlıq və
vicdansızlıq hesab edirəm. Ona görə də bu məhkəmədən yalnız bəraət istəyirəm.
Bilmirəm, sizin o müşavirə otağınızda dövlət telefonu varmı? Bilmirəm, siz o telefondan gələcək zəngi
gözləyəcəksinizmi? Bilmirəm, kimlərin sözü sizin üçün daha etibarlı olacaq, amma mənim işimdə, bu
işdə, bəraətdən başqa hansısa bir qərar nə mənim tərəfimdən, nə cəmiyyət tərəfindən, nə də beynəlxalq
qurumlar tərəfindən müsbət qəbul olunmayacaq. O baxımdan da,
MƏN SIZDƏN QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!
28.02.2013
18
“XURAL” QƏZETININ BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLININ BAKI AĞIR
CINAYƏTLƏR MƏHKƏMƏSINƏ VERDIYI
İFADƏ
"Xural" qəzetini 2002-ci il oktyabrın 6-da təsis etmişəm. Dövlət zorunu ələ keçirən Prezident
Aparatının (PA) rəhbəri Ramiz Mehdiyevin talan etdirdiyi və bağlatdırdığı 20 oktyabr 2011-ci ilə qədər
- tam 9 il 14 gün onun baş redaktoru olmuşam. Rəhbərlik etdiyim müddətdə "Xural" qəzeti
Azərbaycanın ictimai-siyasi fikrinə önəmli təsir etmiş, tənqidçi medianın ön sıralarında addımlamış,
müstəqil mətbuatın və azad sözün sarsılmaz müdafiəçisi olmuş və mətbuat tarixində qalacaq böyük
layihələrə imza atmışdır. "Xural" 2002-ci ildən 2011-ci ilin 19 sentyabr tarixinə qədər həftəlik, 2011-ci
ilin 19 sentyabrından 19 oktyabrına qədər isə gündəlik nəşr olunmuşdur. "Xural" fəaliyyətinə dövlət
zoru ilə xitam veriləndə Azərbaycanda həftədə 7 dəfə nəşr olunan iki gündəlik qəzetdən, 3 ölkə
ictimaiyyətinə təsir göstərən media orqanlarından biri idi. Sürətlə ölkənin müstəqil mediasının ön
hissəsinə çıxması və azad sözün sarsılmaz qalalarından birinə çevrilməsi Azərbaycan siyasi
hakimiyyətini ciddi narahat etməyə başladı. Onlar öz gücünə inkişaf edən "Xural"dan çəkinirdilər və
onu susdurmağın yollarını axtarırdılar. "Xural"ı susdurmaq planı isə təkcə son ilin məsələsi deyildi.
Buna illərlə bundan əvvəl hazırlaşırdılar.
19
"XURAL"A TƏZYIQ-TƏZYIQ DALINCA
Fəaliyyətə başladığı günlərdən "Xural" təzyiq və təqiblərə məruz qalıb. 9 illik həftəlik dövründə ən azı
33 məhkəmə çəkişməsi olub və bu çəkişmələrin hamısı demək olar ki, hakimiyyət məmurları və onlara
yaxın şəxslərlə baş verib. Nazirlər, komitə rəhbərləri, icra başçıları, hakimiyyətə yaxın iş adamları və
digərləri bizi məhkəməyə veriblər, cərimələdiblər, müxtəlif müddətlərə cəzalandırıblar.
"Xural" ictimai rəyə təsirini artırdıqca ona da təzyiq artmağa başladı. Bu hakimiyyət hər zaman
sözün tam mənasında müstəqil nəşrlərə və hətta insanlara düşmən kəsilib. Ona görə də "Xural" hər
zaman hakimiyyət mənsublarının "xüsusi" təzyiqlərinə məruz qalıb. Bir tərəfdən "Xural"ı və onun baş
redaktorunu öz təsir dairələrinə keçirməyə çalışıblar, bunun üçün vədlər veriblər, ən müxtəlif imkanlar
yaratmağa səy göstəriblər, bir tərəfdən isə bu alınmayanda fəaliyyətini dayandırmağa çalışıblar.
Hakimiyyətin ən müxtəlif qolları dəfələrlə və müxtəlif vaxtlarda "Xural"ı azad sözü satmağa və
özlərinin səngərinə keçirməyə təşəbbüs göstəriblər. Hər zaman o təşəbbüsləri darmadağın etmişik və
azad sözün səngərindən çəkilməmişik. Bunun nəticəsi bu günlərə və bu həbsə qədər gəlib. Amma və
lakin bizim dəmirləşmiş mövqeyimiz dəyişməyib. Bizi əyə, sındıra bilməyiblər və bu heç zaman da
mümkün olmayacaq. Biz - "Xural" azad sözün səngərini tərk etməmişik və heç belə bir niyyətimiz də
yoxdur.
2003-cü ildən davam edən məhkəmə təzyiqləri 2004-cü ildən daha da çoxaldı. 2004-cü ilin dekabr
ayında məni həbs etdilər və Milli Təhlükəsizlik Nazirliyi bir kitab tərcüməsinə görə mənə cinayət işi
qaldırdı və bu cinayət işi 2005-ci il fevralın 26-da "cinayət əməli olmadığına" görə bağlandı. Ancaq
hakimiyyətin yüksək çinli məmurları bununla barışmadılar və "Xural"ın yazdığı tənqidi yazılara görə
Baş Prokuror Zakir Qaralovun şəxsi tapşırığı və sifarişi ilə 2005-ci ilin fevralın 26-da bağlanan və xitam
verilən cinayət işi 2007-ci ilin yayında yenidən "xortladıldı". Davam edən təzyiqlər silsiləsi, bu cinayət
işi və digər məhkəmə işləri ilə birlikdə 2007-ci ildə pik nöqtəsinə çıxdı və o pik nöqtədən heç düşmədi.
2007-ci ildə təkcə mənə qarşı 283-cü maddə ilə cinayət işi yox idi, həm də bu gün həbsimə səbəb olan
digər məhkəmə işləri vardı. İcra başçısı Elmar Vəliyevin (o zaman Yevlax şəhər icra başçısı idi, indi
Gəncənin icra başçısıdır) və digər mətbuat düşmənlərinin də məhkəmələri var idi. 2007-2008-ci illərdə
"Xural" qəzetinə qarşı 12 məhkəmə prosesi eyni zamanda gedirdi. Bəzən səhər işə yox, Nərimanov
Rayon Məhkəməsinə gəlirdik. Bəzən elə gün olurdu ki, beş məhkəmə prosesimiz dalbadal olurdu. O
illərin məhkəmə prosesindən 3-ü bugünkü məhkəmə prosesində şahiddirlər - zərərçəkən qismində. Akif
Məmmədovun, Aydın Heydərovun və Sabir Tarverdiyevin (Elmar Vəliyevin) üzümə durduqları
epizodlar 2005-2008-ci illərin məhkəmələrindən qalmadır. O zaman bir neçə deputat da vardı, iş adamı
da. Təzyiqlər heç ara vermədən davam edirdi. Bu təzyiqlər 2007-2008-2009-2010-cu illərdə də yüksələn
templə davam etdi. Bir həftəlik qəzet bu 9 illik ömrünə 33 məhkəmə prosesi sığışdırıb və o məhkəmə
proseslərinin əksəriyyəti həmin illərə təsadüf edir. 2007-2008-ci illər Azərbaycanda jurnalistlərin təqib
olunduğu və həbs olunduğu illər idi və "Xural" da o sırada məhkəmə burulğanlarında mübarizə aparırdı.
Sadəcə, həm həftəlik, həm də müstəqil olmağımız hakimiyyət və onun məmurları üçün bizi hələ
"təhlükəli" etmirdi. O zaman PA rəhbəri Ramiz Mehdiyev və PA ictimai-siyasi şöbəsinin müdiri Əli
Həsənovla da "xüsusi" münasibətlərə malik deyildik. Yoxsa elə bu adamlara tapşırıb elə o zaman
üzümüzə qoyardılar. Məni və "Xural"ı cilovlamaq, dil tapmaq, öz tərəflərinə çəkmək istəyirdilər. Əli
Həsənov və onun dəstəsi ta... 2000-ci illərdən bu istiqamərdə iş aparırdılar. Onlar məni Milli Məclisdə
deputat təyin etmək və əsasən müxalifətə qarşı ön cəbhəyə çıxarmaq istəyirdilər. Mənimlə bütün
danışıqları da PA şöbə müdiri Əli Həsənov aparırdı. Bütün israr və təkidlərdən sonra mən o yolu qəbul
etmədim və açıqca yolumun dünyanın qəbul etdiyi aydınlıq və demokratiya yolu olduğunu bəyan etdim.
Mən yalnız azad və müstəqil olaraq yaşaya bilərəm və böyük Atatürkün dediyi kimi "müstəqillik mənim
xarakterimdir!" Bununla da Əli Həsənovla danışıqları dayandırdım. Mən dayandırdım. 2000-ci ilin aprel
ayı idi və ondan sonra PA-nın və Əli Həsənovun israrlı aramalarına cavab vermədim. Dəvət etdi -
getmədim, axtardı - tapılmadım, telefon etdi - zənginə cavab vermədim. Beləcə, öz təbiri ilə desək,
"daha bir danışan adam" xalqın, onun maraqlarının oldu, bunlara boyun əymədi.
2000-2009-cu illərdə özümü və qəzetimi yaşatmaqla məşğul oldum. Mənə hər cür təzyiq göstərdilər.
Bütün sferalarda qarşımı kəsdilər və ən müxtəlif əngəlləmələr etdilər. Birbaşa Əli Həsənov direktiv
verdi, tapşırdı və mətbu mühitdə mənim olduğum hər yerdə öldürücü mühit yaratdı(lar). Hələ 2003-cü
20
illərdə öz tələbə dostları ilə Mətbuat Şurası adlı bir qurumu təsis edəndə həyəcan siqnalı qaldırdım. Bu
müzakirələrə bütün Azərbaycan mətbuatı şahiddir. Mən olan-qalan bütün gücümlə Əli Həsənovun
mətbuata qəsd etdiyini hayqırmağa çalışırdım. Təəssüf ki, səsim eşidilmədi. Bəlkə də ona görə ki, o
zaman müstəqil qəzetlər çox idi və heç kim Əli Həsənovun müstəqil mətbuatı qətlə yetirə biləcəyini
zənn etmirdi. Amma mən prosesləri görür, təxmin edir, analiz edirdim. Beləcə Əli Həsənovun xeyir-
duası ilə (təbii ki, ona xeyir-duanı Ramiz Mehdiyev vermişdi) Azərbaycan mətbuatı, Azərbaycan azad
sözü cərrahiyyə masasına çıxarıldı və naşı həkimlərə əmanət edildi. O naşı həkimlər isə əmanətə
xəyanət etdilər və xəstəni müalicə etməkdənsə, öldürdülər. Mən hər zaman rəhbərlik etdiyim "Xural"
qəzeti vasitəsi ilə və digər bütün vasitələrdən istifadə edərək Əli Həsənovun başçılığında Mətbuat Şurası
tərəfindən aparılan siyasəti ifşa etdim. Qurulduğu gündən bu qurumun azad söz düşməni olduğunu
bildirdim. Bu qurum vasitəsilə bütün azad söz əhlinin, namuslu qələmlərin sıradan çıxarılacağını dedim,
xəbərdar etdim. Dediklərim oldu. Əli Həsənovun dirijorluğu ilə azad söz əhli və namuslu qələm
sahibləri birər-birər sıradan çıxarıldı. Və bu "qətl paradı"nı görən mən heç susmadım. Mümkün bütün
vasitələrlə hökümətin və Əli Həsənovun çirkin planlarını deşifrə etdim. Yorulmadım, usanmadım,
bezmədim. Əli Həsənovun ard-arda mətbuat konfransı üçün nəzərdə tutulmuş qurumları necə və niyə
sıradan çıxardığını, bu qurumları öz halal malı kimi necə mənimsədiyini, dövlətin "Azərbaycan"
nəşriyyatının ərazisini necə parça-parça özəlləşdirdiyini və ələ keçirdiyini də mən ifşa etdim, mən
yazdım. Bu qeyri-qanuni əməllərini aşkarladıqca Əli Həsənov və onun "forpost"u Mətbuat Şurası mənə
və "Xural" qəzetinə qarşı qəddarlaşdı, amansızlaşdı. 2003-2009-cu illərdə elə bir həftə, elə bir ay olmadı
ki, bizim mübarizəmizdə səngimə olsun. Olmadı... Və... bu gün baş verən hadisələr onu göstərir ki, Əli
Həsənovun kini və nifrəti 2005-2007-ci illərdən bu tərəfə heç səngiməyibmiş. İnsan nə qədər kin və
nifrət dağarcığı olarmış, ilahi?!
ƏLI HƏSƏNOVUN MODELYERI
2007-2008-ci illərdə (tarixləri qarışdıra bilərəm, çünki müdafiə çıxışımı Bakı İstintaq Təcrid-xanasının
8/24-cü kamerasında yazıram və burada arxivimlə işləmək imkanım yoxdur) yanıma bir modelyer
göndərdilər. Adı Aynur olan bu gənc xanım guya Türkiyədə iş həyatına atılacaqmış və bunun üçün də
Türkiyəni tanıyan və orada təhsil alan biri kimi mənim tövsiyələrimə və "Xural" qəzetinin türkçü qəzet
kimi təbliğinə ehtiyacı varmış. 4-5 gün bu xanımla gizlənpaç oynadıq və nəhayət, onu redaksiyadakı
otağımda qəbul etdim. 7 dəqiqə çəkən görüş mənə 70 il qədər uzun gəldi və "Xural"çıların cəsarətli və
ayıq olmaları sayəsində biz "modelyer" olayını ifşa etdik. O zaman haqqımda bir kitab tərcüməsinə görə
cinayət işi açılmışdı və mən bu səbəblə güc strukturlarının başçılarına - MTN Eldar Mahmudova, DİN
Ramil Usubova və Baş Prokuror Zakir Qaralova olayla bağlı müraciət etdim. Təbii ki, hər zaman olduğu
kimi cavab çıxmadı.
Aynur adlı "modelyer" o zaman məni şərləməyə gəlmişdi. Mən və "Xural"çılar zamanında bu biabırçı
olayı cəmiyyətə açıqlamasaydıq, bizi və konkret olaraq məni daha ağır şərləmələr gözləyə bilərdi. Mən
bu imkanı vermədim. O modelyerin kim tərəfindən göndərildiyini bilmədim və müraciət etdiyim hüquq-
mühafizə orqanları da bu haqda mənə kömək etmədilər. İllər keçdi və başıma gələn bu mənfur həbsdən
sonra mənə aydın oldu ki, o mənfur hadisə də Əli Həsənovun xeyir-duası ilə olubmuş. Azərbaycanın
namuslu insanlarını yalnız Əli Həsənovun daxil olduğu şəbəkə qadınlarla şərləyir və o da baş
tutmayanda qadınlardan istifadə edib tutdurur. Gülər Əhmədovanın ortaya çıxan videosu bunu bir daha
sübut edir.
QIZLARIMIN VƏ HƏYAT YOLDAŞIMIN ŞƏKILLƏRINI ÇƏKDILƏR
Modelyer olayı, ard-arda davam edən məhkəmələr bir sistem kimi məni təqib edərkən, orta məktəbin
ibtidai siniflərində oxuyan qızlarımın şəkillərinin çəkildiyi və onların təqib olunduğu haqqında
informasiya ötürüldü mənə. Az keçmədi, qızlarımı məktəbə aparan həyat yoldaşımın izlənildiyinin və
fotosunun çəkildiyinin şahidi olduq. Nə edə bilərdim ki? Mən dövlət deyiləm, dövlət səlahiyyətlərim
yoxdur. Əlac öz üzərimizdə nəzarəti daha da gücləndirməyə və daha da ehtiyatlı olmağa qalırdı. Təbii
ki, yenə MTN - Eldar Mahmudova və DİN - Ramil Usubova müraciət etdim. Onlardan ailəmin
izlənilməsinin səbəblərini, belə bir qərar alınıbsa onun səbəbini öyrənməyə çalışdım, bu olayın təqibə
götürülməsini xahiş etdim, ancaq bugünə qədər heç bir cavab ala bilmədim. Sadəcə, bu planı da ifşa
21
edəndən, bu haqda cəmiyyəti məlumatlandırandan sonra ailəmin təqibi dayandı. Heç bir zaman ailə
məsələsini ictimailəşdirmədiyim üçün məsələni bitmiş hesab etdim.
OTAĞIMA DINLƏMƏ QURĞUSU QURAŞDIRDILAR
Məhkəmələr,
modelyerlər
və
təzyiqlər kampaniyası 2010-cu ildə
xüsusi çalar qazanmağa başladı.
Müstəqil
mətbuatın
sıraları
getdikcə
seyrəkləşir,
namuslu
qələmlərin qətli bütün cəbhələrdə
davam
edir,
Əli
Həsənovun
qaragüruhdan
ibarət
şəbəkəsi
mətbuatın qoca çinarlarını yavaş-
yavaş devirirdilər. Bütün bu
çətinliklərin içində "Xural" həftəlik
nəşr kimi ictimai rəyə getdikcə
daha çox təsir etməyə başlamışdı.
Davamlı və ardıcıl fəaliyyət öz
sözünü deyirdi. Bizə - mənə və "Xural"a inam daha da artır, oxucunun seçimi bizdən yana olurdu.
Məhbəsdən çıxan "sirr dağarcıqları" - keçmiş baş nazir Sürət Hüseynov, keçmiş müdafiə naziri Rahim
Qazıyev, keçmiş daxili qoşunların komandanı Fəhmin Hacıyev, Tərtər rayonunun sabiq icra başçısı
Sərdar Həmidov, keçmiş daxili işlər naziri İsgəndər Həmidov, YAP-ı yaradan, sonra ona "Simasız
Quldurlar Partiyası" deyib tənqid edən və YAP-dan uzaqlaşdırılan Sirus Təbrizli, Heydər və İlham
Əliyevlərin yaxını olan və onların hakimiyyətə gəlməsində ciddi rol oynayan Nemət Pənahlı - "Xural"a
gəlir, "Xural"a danışır, "Xural"la dövlət əhəmiyyətli sirləri bölüşür və paylaşırdılar. Çox ciddi məsələləri
müzakirəyə çıxarır, "Xural"ın dəyirmi masasına yatırır, debatlar təşkil edir, illərlə üz-üzə gəlməyən, gələ
bilməyən insanları qarşılaşdırır, müstəqil və azad mətbuatın necə olmalı olduğunu sübut edirdik. Bu
dönəmdə - may ayının 25-də, 2010-cu ildə "Xural" qəzetinin redaksiyasında tam təsadüf nəticəsində
dinləmə qurğusu aşkar etdim və dərhal ölkə və dünya ictimaiyyətini bu haqda məlumatlandırdım.
"Xural"da dinləmə qurğusunu aşkarlayandan təxminən 10-15 gün sonra, 10 iyun 2010-cu ildə PA
rəhbəri, akademik Ramiz Mehdiyev məni məhkəməyə verdi. Səbəb 2010-cu ilin mart ayının 23-də dərc
olunmuş normal analitik bir yazı idi. O yazıda cənab və hörmətli akademiki təhqir edəcək heç bir
məqam yox idi. Amma bu halı belə normal qarşıladıq, hətta sevindik. Ona görə ki, Ramiz Mehdiyev
bizi - məni mülki qaydada məhkəməyə vermişdi. Elə düşünürdük ki, cənab R.Mehdiyev xüsusi ittiham
qaydasında məhkəməyə verməməklə bizə - mənə və "Xural"a yaxşılıq edib. Sən demə, akademik
müstəqil və azad mətbuata qorxunc və dəhşətli bir plan hazırlıqlarına start veribmiş.
"Dinləmə qurğusu"nu aşkarladıqdan, ictimaiyyəti məlumatlandırandan sonra da DİN orqanları
məsələ ilə maraqlanmadılar. Birbaşa cənab Ramil Usubovu məlumatlandırmağıma baxmayaraq,
reaksiya verilmədi. İş o yerə qaldı ki, "dinləmə qurğusu"nu keçirdiyim mətbuat konfransından sonra
birbaşa DİN-in binasına özüm aparmalı oldum. Qurğunu DİN mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidova təqdim etdim və bu günə qədər heç bir cavab almadım. DİN araşdırmadı, amma mən
araşdırdım və məlum oldu ki, "dinləmə qurğusu"nu mənim otağıma yerləşdirən qurum DİN-in 7-ci
məxfi şöbəsi imiş. Bu haqda mənə hazırda Milli Məclisdə təmsil olunan hörmətli deputatlardan biri də
məlumat vermişdi.
Zamanın axarı sübut elədi ki, mənim otağıma quraşdırılan "dinləmə qurğusu" birbaşa Ramiz
Mehdiyevin tapşırığı ilə və DİN - Ramil Usubovun göstərişi ilə olub. Artıq R.Mehdiyev bizim
həyatımızı zəhərə çevirəndən sonra isə mən məlumat əldə etdim ki, "dinləmə qurğusu"nun arxasında
daha məkrli planlar olub.
YAP-ın qurucularından Sirus Təbrizlinin "Xural"da xüsusi müsahibəsi hazırlanırdı. 16 səhifəlik bu
xüsusi buraxılış şok informasiyalar və şok açıqlamalarla dolu idi. Müsahibə hazır olandan sonra onu
Sirus Təbrizliyə verdim və diqqətlə oxuyub bir daha düşünməsini istədim. Sirus Təbrizli oxudu,
22
düşündü və mənimlə razılaşdı. Təxminən başqa bir müsahibə dərc olundu. R.Mehdiyev və onun bütün
işlər üzrə köməkçisi Əli Həsənov məndən S.Təbrizlinin müsahibəsinin əslini istədilər. Bunun üçün
adamlarını göndərdilər, minnətçi saldılar. Mənim "ağıllı oğlan" olduğumu və "onların komandası"nda
çalışa biləcəyimi dedilər. Onlara çox sərt cavab verdim. "Mən Azərbaycana hansı xəyanəti etmişəm ki,
Ramiz Ənvər oğlu məni öz komandasında görür" deyə. Beləcə, məndən istədikləri bu dəfə də alınmadı.
Bir müddət sonra səhih öyrəndim ki, "dinləmə qurğusu"nu ifşa etməklə R.Mehdiyevi xeyli
əsəbiləşdirmişəm. Sən demə, mənim otağımı dinləməklə PA və DİN idbar bir plan hazırlayırmışlar və
bu şou ilə onlar ciddi ajiotaja nail olmağı planlaşdırıblar. Sən demə, içərisində Sirus Təbrizlinin, Nemət
Pənahlının, Rahim Qazıyevin və digərlərinin yer aldığı qurama bir "çevriliş şousu" hazırlanırmış.
Beləliklə, R.Mehdiyev bir qurğu ilə bir neçə düşmənini sıradan çıxaracaq, məni də onların gözünə
qatacaq, "Xural"ı da bu şouya qurban verəcəkdi. Beləcə, mən daha bir iblisanə əməli ifşa etdim və
ölkəni bir neçə dəyərli insanın həbsindən xilas etdim. Amma rejim Neməti yalnız 8-9 ay sonra şərləyib
tuta bildi. Rahim Qazıyev və Sirus Təbrizli isə bu şərdən qurtula bildilər.
Daha bir məqam ondan ibarət idi ki, bizim "dinləmə qurğusu"nu təqdim etdiyimiz və inandığımız DİN,
sən demə, bizi dinləyən və bizə torba tikən qurumun ta... kəndisi imiş. Bu PA-nı çox əsəbləşdirdi. O
qədər ki, indiyə qədər mənə və "Xural"a dözüm nümayiş etdirən PA və onun şöbə müdiri bütün dözüm
limitini bitirdi. R.Mehdiyev son 20 ildə ilk dəfə olaraq bir həftəlik qəzetin baş redaktorunu və qəzeti
məhkəməyə verdi və bu onu göstərdi ki, azad söz və əslində azad medianın əsl ünvanı haradır.
ƏLI HƏSƏNOVUN KİVDF-SI
Müstəqil mətbuata ən böyük pislik gətirən qurumlardan biri
də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi (əslində
Köstəyi) Fondudur. Bu qurum Prezident yanındadır və onun
sərəncamı ilə yaradılıb. Yarandığı günlərdə mətbuatın,
xüsusilə müstəqil mətbuatın ümidlənməsinə səbəb olsa da, az
keçmədi ki, KİVDF-nin əsl siması ortaya çıxdı. KİVDF-nin
icraçı direktoru təyin edilən Vüqar Səfərli ilk gündən müstəqil
mətbuata düşmən kəsildi. Prezident fərmanına görə ayrılan
pullar yalnız müstəqil və partiyalı olmayan qəzetlərə verilməli
idi. Belə də gözləyirdik. Amma Əli Həsənov dövlət adından
KİVDF-yə də müdaxilə etdi və elə ilk müsabiqədəncə
məqsədin məkrli olduğu anlaşıldı. Keçmiş qəzet çeşidləyicisi olan, ömründə bir yazısı dərc olunmayan,
mübarizənin və azad sözün nə demək olduğunu bilməyən, qəssab təfəkkürlü və baqqal düşüncəli bu
adam çox keçmədi ki, medianın tam mənada düşməni olduğunu sübut etdi. Onun Tanrısı puldur və
mətbuat əhlini də o gözdə görməyə başladı. İlk müsabiqənin nəticələri ümumiyyətlə açıqlanmadı və bu
istiqamətdəki bütün tələblər qulaqardına vuruldu. Əli Həsənovun qudası Səttar Mehbalıyevin
Konfederasiyasının qəzeti olan "Ülfət" qəzeti belə müsabiqənin qaliblərindən biri oldu. 99 % qayıdışı
olan qəzetlər irəli çəkildilər, tirajı və satışı yüksək olan mətbu qurumlar kənarda saxlanıldı. Biz bu
istiqamətdə mübarizəni şiddətləndirdik. PA səlahiyyətlilərinə, Prezident İlham Əliyevə dəfələrlə
müraciət edtik, araşdırmalar apardıq, Vüqar Səfərlinin qəssab xislətini ifşa edən materiallar dərc etdik və
ölkə ictimaiyyətinin bilgilənməsini təmin etdik. Vüqar Səfərli o qədər irəli getdi ki, hətta qəzetlərdən
"şapka" belə toplamağa başladı. Arxası güclü idi və əsas hamisi Əli Həsənov idi. Ona görə də onun
kəsdiyi başa sorğu-sual yox idi. Vüqar Səfərli KİVDF adlı mütəşəkkil dəstə vasitəsi ilə yalnız özlərinə
aid olan qəzetlərə pul ayırmağa başladı. Bu siyahıda Əli Həsənovun və həyat yoldaşı Sona Vəliyevanın
10-a qədər tirajı olmayan və satışı olmayan qəzetləri də var. Təbii ki, üç-beş digər oliqarxlara aid olan
qəzetlər də. Biz tənqidimizi artırdıqca, Əli Həsənov bu dəfə Vüqar Səfərlini də bizim üzərimizə
istiqmətləndirdi. Biz normal haqqımızı tələb etdikcə, bunlar bizi susdurmağa daha çox vaxt və diqqət
ayırmağa başladılar. Beləcə, günlərin bir günündə “Xaç ata”ları Ramiz Mehdiyevdən cəmi bir ay sonra
bu dəfə Vüqar Səfərli bizi məhkəməyə verdi. O da R.Mehdiyev kimi 10.000 manat təzminat tələb edirdi.
Məhkəmə R.Mehdiyevin 10.000 manatlıq cərimə tələbini yerinə yetirdiyi kimi Vüqarın da tələbini
yerinə yetirdi. Amma qismən - 500 manat. Əli Həsənovun diqtəsi isə 500 manatı Apellyasiya
Məhkəməsində 5.000 manata qaldırdı.
|