“GÜLƏR ƏHMƏDOVANIN ƏSAS IŞI, INSANLARI ŞANTAJ ETMƏK,
ÜZÜNƏ DURMAQ, ADAM TUTDURMAQ, EV YIXMAQ OLUB...”
Danışmadı. Biz də qərarlaşdıq ki, həmin səsyazısı dunləniləndə T.Əhmədovun özü də burada iştirak
etsin. Onun iştirakını təmin etmədiniz. Hətta prokuror da söz verdi ki, “bəli, əgər səs yazısında
T.Əhmədovun dediklərini təsdiq edən bir şey olmazsa, o zaman onu gətirərik”. O da sözünün arxasından
qaçdı. Aydın Heydərovun şahidi Əlirza Allahverdiyev adlı adamın da şəxsiyyətinin müəyyənləşdirilməsi
üçün bir daha məhkəməyə gətiriləcəyinə söz vermişdi, amma eləmədi. O zaman da bura saxta bir şahid
gətirmişdilər. Gülər Əhmədovanın digər şahidi Tənzilə Rüstəmxanlı da dedi ki, “mən heç nə bilmirəm,
Gülərin yalançısıyam”. O da Əli Həsənovun cəbhəsinə girmək üçün hər yollara əl atmağa hazır olan
adamdır. Onun da ümumiyyətlə, üzərimə qoyulan ittihamları təsdiqləyəcək heç nəyə şahid olmadığını
gördük. Bu prokuror, 11 ay məhkəmə prosesi gedəndən sonra da “qıp-qırmızı” üzümüzə dayandı, həmin
şahidlərin dedikərinə manasibət bildirəndə deyir, “ittiham təsdiqini tapıb”. Hansı, necə, nə cür təsdiqini
tapıb? Oğlunun heç nədən xəbəri yoxdur. İstintaqı aparan müstəntiq Qabil Qasımov nə yazmışdısa,
köçürüb, imza atdırıblar. 11 ayda o da sübut olundu ki, mənim guya şantaj məqsədilə dərc etdiyim
“anonslar” olub. Sübut olundu ki, heç bir anons olmayıb. Heç o adamların heç biri də həmin
“anonslar”ın mətnini belə xatırlaya bilmədilər. Olmayan yazını bu adamlar necə xatırlaya bilərdilər ki?
İddia olunduğu kimi G.Əhmədovanı şantaj edəcək “Xural” qəzetində bir dənə də olsun yazı yoxdur,
olmayıb. İttiham tərəfi bi anonsu sübut kimi ortaya qoydu. Orada da Gülər Əhmədovanın adı belə
çəkilməyib. Gülər fala baxırdı ki, qəzetdə nə gedəcək? Qanun açıq şəkildə göstərir ki, sübut etmək yükü
ittiham tərəfinin üzərindədir. Bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin lehinə tövsif olunur. Bir
dənə də olsun, normal məqam yoxdur. Başdan- ayağa ittihamları fırıldaqdır, yalan və böhtandır. Gülərin
dördüncü şahidi, ailəvi yaxın rəfiqəsi Rüxsarə Axundovanın ümumiyyətlə, heç nədən xəbəri yoxdur.
Bəlkə Gülər bunu aldadıb və Rüxsarənin yalan ifadə verməsi üçün əsas yaratmağa çalışıb? Onun sözünə
7
görə adamı nədəsə ittiham etmək olarmı? “Gülər ağlayıb”. Niyə ağlayıb? Bilmirik. Hansı yazıya görə?
Onu da bilmirik.
Eyni zamanda qanunla G.Əhmədovanın şahidlərinin dördü də saxtadır. Qanunda – AR CPM-nin 125-ci
maddəsində açıq şəkildə yazılır ki, “şahidlər yalnız öz adından ifadə verə bilərlər...” Şahidin dindirilməsi
haqqında maddələr göstərir ki, şahidlər yalnız birinci şəxsin adından dindirilə və ya ifadə verə bilər. Bu
nə deməkdir? Yəni hadisənin içərisində özləri iştirak edən adamlar şahid ola bilərlər. G.Əhmədovanın
bütün şahidləri onun adından danışırlar. Qanun göstərir ki, o halda G.Əhmədovanın “adından danışmaq
olardı ki, iddiaçı ölsün”. Gülər ölməyib. Hələ ölməyib. İnşallah ölməz də. Yəni, əgər Gülər Əhmədova
ölsəydi, o zaman onun saxta və yalançı şahidlərinin verdiyi ifadələr mötəbər sübut kimi bəlkə də tanına
bilərdi. Gülər Əhmədova siyasi hakimiyyətdəki gücündən və nüfuzundan istifadə edərək, həmin o dörd
şahidi istintaqa pərçimləyib. İstintaq da Gülərin qorxusundan – bu gün də həbsdə olan Gülər
Əhmədovanın adı gələndə dəli olursunuz, o zaman görün vəziyyət necə olub – bütün hadisələri
saxtalaşdırıb və mənim üzərimə saxta ittihamları qoyaraq, həbs etdirmək istəyib. Ötən məhkəmə
proseslərindən açıq şəkildə aydın oldu ki, Gülərin həm şahidlərinin heç birinin hansısa yazılardan və
anonslardan xəbəri olmayıb, həm də həmin şahidlərin hamısı qanunla şahid kimi dindirilə bilməzlər.
Çünki Gülər Əhmədovanın özü ölməyib. Qanun onların heç birini şahid qismində tanıya bilməz.
Ramazan Hadıyev özünü burada “biabır etməklə”lə deyil ki... Hər şey ortadadır. S.Tarverdiyevin dediyi
kimi, “qanun bir gün dürmələnib, adamın gözünə girəcək, axı...” Qanun açıq deyir – OLMAZ.
Bu adamların şahid kimi dedikləri ifadələr qəbul edilə bilməz. Şahidin qanunla təmzinlənən halı və
vəzifələri var. İstintaq böyük bir səhv eləyib, yalançının yanına dörd şahid qoşub. Bu adam öz oğlunu
belə şahid kimi göstərməkdən çəkinməyib. İndi həmin oğlunu, Allah salamat qaytarsın, cəbhə bölgəsinə
apardılar ki, anası burada səsini çıxarsa, onu da orada öldürüb, göndərsinlər. Həmin oğlunu, siz
məhkəmə heyəti demədinizmi ki, səsyazısı dinləniləndə bura gətirdəcəyik? Niyə eləmədiniz? Niyə
təkrar onu bura gətirmədiniz? Gülərin oğlu idi, ona görə? Bütün dediklərim onu sübut edir ki, 311.3 ilə
311.3.4 bu cinayət işində yoxdur. Hələ mən Gülərin həbs olunmasını, Gülərin məhz özünün cinayət
törətməsini, özünün rüşvət alıb-verməsini, Gülərin Ramiz Mehdiyevin əlində alət olmasını, Gülərin
R.Mehdiyevin pul yığanı və sayanı olmasını, onun ciayətlərinin əsl şahidi olan Sevinc Babayevanı necə
ölkədən çıxarıb, qaçırdığını, sonradan onu necə öldürtdüyünü demirəm. Bu gün də məlum olur ki,
Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq, çıraq
keçirmək olub. Və bu adam o mafiyanın bu işlərini görməsi üçün görəvli adamı olub. Həmin mafiyada –
mütəşəkkil cinayətkar dəstədə bunun rəsmən vəzifəsi bu olub. Bacarmayıblar, şantaj ediblər.
Bacarmayıblar, adamı susdurmaq üçün üzünə durub, həbsə atdırıblar. Mən ilk məhkəmə iclasında –
2012-ci ilin may ayının 14-də sizə vəsatət vermişəm.
G.ƏHMƏDOVA HAQQINDA CM-NIN ƏN AZI 6 MADDƏSILƏ CINAYƏT IŞININ
AÇILMASINI 11 AY ƏVVƏLDƏN DEMIŞDIM
Vəsatətimi qəbul etmədiniz. Dediklərimdən çox az müddət sonra
prokurorluq bu adam haqqında başqa cinayətlərini faş edən
maddələrlə cinayət işi açdı. Baxın, G.Əhmədova hansı maddələrlə
cinayət məsuliyyətinə cəlb olunmalıdır:
1.
AR CM maddə 156 - Şantaj
2.
Maddə 163 - Jurnalistlik fəaliyyətinə maneçilik törətmə
3.
Maddə 312.1 - Nüfuz alveri
4.
Maddə 312.2 - Rüşvət təklif eləmə
5.
Maddə 178 - Dələduzluq.
Mən burada ilk gündən deyirdim ki, təqdimat verin, bunun deputat toxunulmazlığını qaldırın. Bu adam
fırıldaqçıdır, yalançı və dələduzdur. Sizin hamınız mənə gülürdünüz. Prokuror da özündən getmişdi.
Gördün? İndi mən sizə gülürəm. Nəyə gülürdünüz? Məhkəmə rişğənd yeridir? Yoxsa sizin məntiqinizlə,
bir balaca vəzifəsi olan adam başqalarının üzünə dayanıb, şər-böhtan atıb, onu susdura bilər? İndi
özünüz də deyirsiniz ki, bu adam dələduz və fırıldaqçıdır. Ramazan, mən deyən oldu, olmadı? Oldu.
Gördülər ki, mənə qarşı 311.3.3, və 311.3.4 ilə qaldırılan ittihamları təsdiq edə bilməyəcəklər, dərhal
ona 311.3.2 –ni qoşdular. CM-nin 311.3.3 və 311.3.4 maddələri istintaqın 311.3.2-i isə Prezident
Aparatının “taxtabaş” şöbə müdirinin ağlının məhsuludur. Bizdə necə olur? Əvvəlcə adamı tuturlar,
8
sonra ona qarşı ittihamlar quraşdırırlar. Administrasiyanın bu işi yönləndirən mətbuat “prokuror”u Əli
Həsənov yəqin ki, bir hüquqşünasla məsləhətləşib, o da buna başa salıb ki, 311.3.3, və 311.3.4 ilə
jurnalisti həbs etdirə bilməzsən. O zaman nə edək? Bu ölkədə ən asan şey bir baş redaktorun üzünə iki
min adamı qoymaqdır. O qədər inciyən, yaralanan, cinayətinin faş olmasını istəməyən, tənqid
elədiyimiz, darmadağın elədiyimiz adamlar olub ki... Azərbaycanı çapıb, talayan o qədər düşməni,
banditi var ki! Hələ mən təəccüb elədim ki, nə yaxşı 3 nəfərlə kifayətləndilər. “Mən Əvəz Zeynallıya
2005-ci ildə 100 manat vermişəm...” Burada demişəm, bir daha təkrarlamaq istəmirəm. Amma verənin
də, alanın da, ittiham oxuyanın da, sifariş verənin də, ölüsünə-dirisinə lənət... Bura üç “gülməşəkər”
gəldi. Hörmətli baş prokuror, E.Abdullayevin işində qaş-qabağını sallaya-sallaya dedi ki,
E.Abdullayevdən soruşmaq lazımdır ki, 7 ildir harada idiniz? Həmin Baş prokurorluğun həmin
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həmin bu istintaqı aparan gülməşəkərləri niyə soruşmadılar ki,
“Aydın Heydərov, 7 ildir harada ölmüşdün? Akif Məmmədov 7 ildir bəs sən harada idin? Sabir
Tarverdiyev, 7 ildir nə olmuşdu ki, şikayət etmirdin?” Sabir Tarvediyev bu zalda demədimi ki, “əgər
mənim orada imzam varsa, 14 balam ölsün?” Ramella xanıma üzünü tutub demədimi ki, “nə lazımdır
eləyim, amma Əvəzi buraxın?” Üzədurmaq belə olur. O adamların hamısı banditdir. Azərbaycan
dövlətini gəmirən banditlərdir.
Əli Həsənovun qudası Səttar Mehbalıyevin iş ortağıdır bu Akif Məmmədov. Əli Həsənovun xəttilə də
cinayət işinə qoşulub. Amma o da burada dedi ki, “mən Əvəz Zeynallıya heç vaxt rüşvət verməmişəm.
Azərbaycan dövlətini çapıb, talayan banditlərini mən qorxutdum? Mən onları qorxutmuşdum ki, 7 il
yatmışdılar, şikayət etməmişdilər? Xeyr. Mənim qorxumdan yatmayıblar? Məni 2011-ci il oktyabrın 28-
də həbs edəndən bir gün sonra o adamları zorla istintaq evindən götürüb. O bədbəxt Xanoğlan Muxtarov
bunların qorxusundan şəkər xəstəliyi tutub. O
biri bədbəxt Mürvət Həsənlini Allah bir dəfə
vurmuşdu, yenə vurub. Hələ onu da demirəm
ki, prokuror onun burada dediklərinin heç
birinə əhəmiyyət verməyib israrla onu
istiqamətləndirirdi, bəs “ibtidai istintaqa
verdiyiniz ifadəni təsdiqləyirsinizmi?” Mürvət
də dedi, “bəli, təsdiqləyirəm”. Sonra da mənə
baxıb dedi ki, “bu işdə yoxam”. Ay Mürvət,
mənə qarşı ifadə vermisənmi? “Yox, yox...”
Ay Mürvət, ifadəni təsdiqləyirsənmi, “hə”...
Həm üzümə durur, həm də durmur. Bu necə
olur? O da, bu da... Mən Ramazan Hadıyevə
bircə ona görə təşəkkür edirəm ki, Mürvət
Həsənli dedikcə ki, mən Əvəz Zeynallıya pul verməmişəm, o Mürvətin istintaqa verdiyi ifadəsinin
altından çəkdiyi imzanı ona göstərdi ki, bu sənin imzandırmı? O da, “hə” dedi. Hətta Ramella xanım
kimi təcrübəli bir hakim də bu zaldan onun dediklərinə əsəbsiz qulaq asa bilmədi, dedi ki, bunun
ifadəsində ziddiyyət var. Bütün hallarda hətta Mürvət də dilinə rüşvət sözünü ala bilmədi. Vüqar
Məmmədov ümumiyyətlə, üzə çıxmadı. Dubaya getdi, nə bilim orada nə işlə məşğul olur. İnsanlara
təzyiq edə-edə, şantaj və hədə-qorxu ilə istintaqa daxil edən də sizsiniz. Bəlkə eşitmədiniz? Amma yenə
təkrar edirəm, Akif Məmmədov burada açıq dedi ki, “nə Əvəz Zeynallı məndən rüşvət istəməyib, nə də
ki mən ona rüşvət verməmişəm”. Sabir Tarverdiyev bütün ölənlərinin ruhuna and içdi, min oyundan
çıxdı burada, amma mənə rüşvət verdiyini demədi. Dedi, “Elmar Vəliyevdən yazı yazmamaq üçün
məndən kompyuter istədi”. Hələ bu da işin başqa tərəfidir ki, niyə bu “xəstə”istintaq araşdırmayıb ki,
E.Vəliyevin adamı niyə buna zəng vurub nəsə xahiş etməlidir? Kimdir o adam? Əgər S.Tarverdiyev
deyirsə ki, Elmar Vəliyevlə onun heç bir tanışlıq əlaqəsi yoxdur, niyə Elmar Vəliyevin özündən bu
məsələylə bağlı ifadə alınmayıb? Hətta Ramella xanım kimi əzəmətli bir hakim, ona dedi ki, ağsaqqal
kişisən, danışığına fikir ver. O da nəsə demək istədi, hətta hakimlərə də pul təklif elədi, “Gələcəm
yanınıza, görəcəm sizi” dedi. Sonra nə oldu, bilmirəm. Aydın Heydərovu bura məcburi qaydada
gətirdiniz. Adam üzəduranlığını axıradək edə bilmədi, zaldan baş götürüb, qaçdı. Ürəyini tutub qaçdı.
Adamdan sonra səs də çıxmadı. Maraqlanan da olmadı ki, adam öldümü, qaldımı? Ölübdürsə, işin
içindən adını çıxaraydınız, qalıbsa bura niyə gətirmədiniz? Bu adam istintaqa yalan ifadə verməyə
gedəndə ürəyi tutmalı idi, məhkəməyə gəlib mənim üzümə dayananda yox. Gedəndə dedi ki, məni
idarəyə də zorla aparmışdınız, bura da zorla gətizdirdiniz. Hamı onun dediklərini eşitdi, burada əyləşən
9
yüz adam onun dediklərinin şahididir. Niyə zorla adamlara təzyiq edərək, üzəduranlıq etdirirsiniz?
Marağınız nə idi. Mənim heç 2005-ci ildən neçə illər əvvəldə də bu adamlarla əlaqəm olmayıb. Onların
heç mobil telefonlarının nömrəsi belə məndə olmayıb. Bu adamın varlığını belə unutmuşam. Haradan
çıxdı bu adamlar? Üzə dürmağa keyfiyyətli adamlar tapa bilmədinizmi? Nə oldu? Təsdiq edə
bildinizmi? Prokurorluq hər şeyi beləmi təsdiq edir? Siz xəstəsiniz, dəlisiniz, nəsiniz? Belə də istintaq
aparmaq olarmı? Belə də adam həbs etdirmək olarmı? Belə biabırçılıq olarmı? Hər şeyi bir kənara
qoyaq. Məni susdurmaq üçün həbs etmək istəyirdilərsə, elə o pulu Gülərə, Tənziləyə verib, yanıma
göndərəydilər də...
ƏLI HƏSƏNOV MÜSTƏQIL MƏTBUATIN BELINI, PULLARI KONVERTƏ QOYUB,
REDAKSIYALARA GÖNDƏRƏNDƏ QIRDI
Sonra da mətbuatı at kimi idarə etdi. Görünür, o planı quranlar çox gözəl biliblər ki, biz heç kimə
satılmadan müstəqil qəzet çıxarmışıq. Xalqımız, millətimiz üçün çalışmışıq. Hamı kimi vicdanımızı pula
satmamışıq. Bunların da əlində olan pullar, bu xalqın deyilmi? Kimin pulunu kimə xərcləməlidirlər ki?
Rüşvəti bunlar götürüblər, biz yox. Mənim işimdə Korrupsiya İdarəsi 100 min manatdan çox rüşvət
yığdı. Bələdiyyə sədrindən tutmuş, iş adamına qədər. Bunlar məni almadığım rüşvətin ittihamı ilə tutub,
sonra özləri adamlardan rüşvət aldılar ki, onları bu işə qatmasınlar. Hərəsindən ən azı 15 min manatdan
pul yığıblar. Eşitmədinizmi, əsas şahidlərdən biri olan Xanoğlan Muxtarov dedi ki, “mən kiməm ki,
nökərəm də...” Gülər dedi ki, “mən balaca adamam...” Bu səlahiyyət sahibləri bir dənə normal adamı
üstümüzə göndərmədilər ki, heç olmasa bugünkü gün deməyə söz tapsınlar.
Aydın Heydərovla bizim məhkəmə çəkişməmiz olub. 2006-cı ildə Nərimanov rayon məhkəməsinin
hakimi Liliya Mavrinaya ərizə ilə müraciət edib ki, biz Ə.Zeynallı ilə barışmışıq, ona görə də şikayəti
üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. Məhkəmə də işin materialları ilə tanış olaraq
hesab edib ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Bu olub 2006-cı il noyabrın
15-də... O zaman tutalım ki, mənim heç bir hüquqi təhsilim yoxdur. Bəs burada əyləşən savad dəryası
Ramazan Hadıyev niyə Aydın Heydərova sual vermədi ki, əgər 2006 –cı ilin fevralında Ə.Zeynallı
səndən pul istəyibsə, sən də Ə.Zeynallının istəyilə ona pul veribsənsə, sən 2006-cı ilin noyabrında
məhkəməyə müraciət edəndə niyə bütün bunları şikayətinə əlavə etməyibsən? 2006-cı il noyabrın 15-də
xüsusi ittiham qaydasında işə xitam veriləndə bunu niyə deməmisən? CPM-nin 34-cü maddəsində açıq
şəkildə yazılır: Dövlət ittihamçısının, xüsusi ittihamçının şəxsə qarşı cinayət tərkibindən könüllü imtina
etməsi, eyni cinayət əməlinin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir.”
Sabir Tarverdiyev bizim işimizdə Elmar Vəliyevin adından çıxış edib. Yevlaxın icra başçısının
müavininin pul verərərk məni tutdurmaq istədiyini də Sabir Tarverdiyev dəfələrlə burada təkrarladı. Nə
üçün istintaq araşdırmayıb ki, bu adam kimdir ki, pul verib jurnalist tutdurmaq istəyib? Bu adamların
belə situasiyalardakı atdıqları addım budurmu? Deməli belə çıxır ki, kim bunlar haqqında nəsə yazır, o
saat pul verib həmin adamı tutdura bilərlər. Heç həmin adam çağırılıb, dindirilməyib də... Söhbət əsl
cinayətdən gedir. İstintaqın nə marağı olub ki, həmin adamları qoruyub, adlarını işə daxil etməyib?
İstintaq qanuni aparılsaydı, onlar həmin adamları da istintaqa cəlb etməli idilər. Elə bir hadisə olubsa,
deməli, ən azı
3 IL ƏVVƏLDƏN MƏNIM HƏBS OLUNMAĞIMLA BAĞLI PLAN OLUBMUŞ...
Azərbaycanın ikinci paytaxtı olan Gəncə kimi şəhərin icra başçısı olan Elmar Vəliyev kimi bir nüfuzlu
adamın müavini 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində pul verib, məni tutdurmaq istəyibsə, deməli
onlara qarşı da cinayət məsuliyyəti yaranmalı idi. Bununla nə ibtidai istintaq məşğul olmadı, nə də bizim
həşəmətli prokurorumuz. AR CPM-nin yenə 34-cü maddəsinin 3-cü hissəsində yazılır: “Hər hansı
əməlin törədilməsinə görə şəxsin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa,
həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla
əvəz edilməsi və ona daha ağır cəza verilməsi yolverilməzdir”.
S.Tarverdiyevin iddia etdiyi iş Elmar Vəliyevin işidir. E.Vəliyevlə bizim məhkəmə çəkişməmiz olub.
E.Vəliyev səlahiyyətlərdən istifadə edərək, məhkəmənin əli ilə mənə il yarım islah işləri verdirib. 10
min manat cərimələdib. Ortada qanuni qüvvəyə minmiş hökm var. S.Tarverdiyev haradan çıxdı? Niyə o
adamlar buna zəng vurmalı idilər ki? Özü də deyir ki, onlarla şəxsi tanışlığım yoxdur. O zaman
S.Tarverdiyevə bu adamlar niyə etibar edib, söz deməli idilər, məni həbs etdirəcəklərilə hədələməli
10
idilər? İstintaq bunu niyə araşdırmadı? Elmar Vəliyevin qanuni qüvvəyə minmiş hökmü olan məhkəmə
işinə Sabir Tarverdiyevi 3 ildən sonra kim gətirib qoşa bilərdi və kim onunla bağlı qərar verə bilər?
Qanun açıqca yazır: Əgər qanuni qüvvəyə minmiş hökm varsa, daha ağırlaşdırıcı səbəb gətirib iş
oxumaq olmaz. Mən hesab edirəm ki, proses zamanı nə Aydın Heydərov, nə də Sabir Tarverdiyev
kifayət qədər dindirilməyiblər. Özü də əgər nəzərə alınsa ki, nə S.Tarverdiyev, nə A.Heydərov, nə də
A.Məmmədov latın əlifbası ilə oxuyub, yaza bilmirlər, o zaman belə çıxır ki, onlar tanış olmadıqları,
istintaq tərəfindən hazırlanmış saxta bir ittihama imza atıblar. Xanoğlan Muxtarov da dedi ki, materialı
evdə oxuyub, imza atıb. Sonra dedi ki, “oğlum oxudu, mən imza atdım”. Danışdıqca istintaqı bərbad
etdi. Yəni 311.3.2-lə Əvəz Zeynallıya iş kəsmək üçün yeddi başlı əjdaha olmaq lazımdır. Yeddisini də
kəsərlər. Qanun açıq şəkildə göstərir - Aydın Heydərov da, Akif Məmmədov da xüsusi ittiham
qaydasında olan işləri geri götürüblər, onları təkrar istintaqa qoşmaq nəinki qanunsuzluq, saxtakarlıq,
biabırçılıqdır. Sabir Tarverdiyevin özü haqqında isə ən azı CM-nin 178-ci – Dələduzluq maddəsilə
cinayət işi açılmalıdır. Elmar Vəliyev əgər bu işdə yoxdursa, deməli, bu adam onun adından dələduzluq
eləyib. Kimdən pul alıb, kimə pul verib, o pullar haradadır, kimin cibindədir? Niyə o ümumiyyətlə
kiməsə pul verməli idi? Dəlidir, nədir? Başına at təpib? Elmar Vəliyev iri bir şəhərin icra başçısıdır.
Vəkillə araşdırdıq, məlum olur ki. S.Tarverdiyev onun adından danışdığı zamanda E.Vəliyev heç
Yevlaxın da icra başçısı olmayıb. İstintaq o zaman hara baxırdı? 311.3.2-nin də belə boş gedəcəyini
hesablamalı idiniz. “Daş, taxta, kartof kafalı” məmurlar seviniblər ki, elə 311-ci maddənin ən ağır
hissəsilə bunu yükləyəcəyik, istədiyimiz qədər də iş kəsib, tutduracağıq. Özlərini bu işlə bərbad etdilər.
Bu da onlara dərs olar ki, bundan sonra günhsız insanlara şər, böhtan atdırıb, tutdurmazlar. Hər şey
ortadadır. Sadəcə işə ədalətli, qanunla yanaşmaq lazım idi ki, görmək istəmədiklərinizi görəsiniz.
Gülər Əhmədova mətbuatdakı ümumi tanışlara demişdi ki, “hələ bu harasıdır, ona qarşı ən azı 100 adam
ifadə verəcək və ən azı 1-2 milyon manatlıq rüşvət ortaya qoyacaqlar”. Gülər Əhmədova bunu demişdi.
Mən onu “Yeni Müsavat”a yazdığım yazıda qeyd etmişəm və həmin yazını da məhkəməyə təqdim
etmişəm. Bunlar əvvəldən belə bir plan uydurub, hazırlayıblar. Bu plan da hansısa səbəblərdən baş
tutmayıb. Həmin bu 3 adam da həmin planın altında qalıb. Mürvət Həsənli indi qapı-qapı gəzib deyir ki,
“Əvəz Zeynallının həbs olunmasında mənim rolum yoxdur”. Təbii ki, yoxdur. Mürvət kimdir ki? Əli
Həsənovun əl buyruğu. Deyib, “get üzünə dur”, o da durub. Bu məsələdə Ə.Həsənov hamının arxasında
gizlənib, elə bilib ki, onu görən yoxdur.
Bu cinayət işinin çox spesifik bir özəlliyi var. Burada təxminən 13 nəfər “üzəduran” var. Mən 311-ci
maddəni nəzərdə tuturam. Diqqət edin, 11 aydır məhkəmə prosesi gedir, 13 adamın bir dənəsi məhkəmə
proseslərində nə iştirak etmir, nə də onları təmsil edəcək nümayəndə göndərmirlər. Bu adamların heç
biri yoxdur. Mətbuatda
GÜLƏR ƏHMƏDOVA, “MƏN ƏVƏZ ZEYNALLINI TUTDURMAMIŞAM,
MƏN BU IŞDƏ YOXAM!” DEDI
Cinayət işinə baxın. O zaman onun mənim ittihamım əsasında həbs edilmədiyini görərsiniz.” Sonra
deyir: “Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Əgər mənim dediklərim təsdiqlənmirsə, lap
yaxşı, təsdiqlənməsin. Mən bir şeyi deyə bilərəm. Onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində
tamam başqa ittihamlar var. Mən bu cinayət işində şahid kimi keçmişəm...” Bir daha deyir, “qoy bütün
media nümayəndələri bilsin”. Bu adam hamımıza meydan oxuyur: “Əvəz Zeynallı mənim ittihamım və
yaxud da mənim şikayətim əsasında həbs edilməyib. Arzu edirəm ki, onu tezliklə azadlığa
buraxsınlar...” Yəni mən artıq icazə verirəm, qoy buraxsınlar. Gülərin kefi ilə mənə azadlıq verəcəklər...
Və nəhayət Gülər deyir: “Qəzetiniz vasitəsilə Əvəz Zeynallıya müraciət edirəm. Hörmətli Əvəz
Zeynallı, sizi mənə görə həbs etməyiblər. Qoy cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün.
Özü hüquqşünasdır.” Sonda deyir: “Natiq, axı mən üçüncü dəfədir deyirəm ki, Əvəz Zeynallı mənə görə
həbs olunmayıb”. Bu da Gülər. Nə olsun ki, bura gətirdə bilmədiniz. Mesajını mətbuatla verdi. Bu belə...
Digərləri də deyir ki, “mən bu məsələdə yoxam...” O biri də, bu biri də... Onda siz bu ittihamları haradan
alıb, haqqımda 11 il iş oxudunuz?
İndi də yenə bu adam mənə xəbər göndərir ki, mən bu işdə yoxam, lazım gəlsə danışacam. Bu adam
haqqında cinayət işi açılanda da MTN-nin səlıahiyyətlərinin yanında demişdi ki, çox üzərimə gəlsəniz,
Əvəz Zeynallı kartını açacam. Mən də deyirəm, çağırın bu adamı gəlib, o kartları açsın. Kim nə edir,
kim nə barmaq silkələyir, bilmirəm. Zaman-zaman hər şeyin üstü açılacaq, o zaman görəcəksiniz ki,
Əvəz Zeynallı yuxu görmür. Yazılı formada sizi qane etmirsə, o zaman Gülərin səs yazısını sizə təqdim
11
edək, özünüz dinləyin. “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya bir dənə sorğu göndərin, o da
səsyazısını məhkəməyə təqdim eləsin. Qanun deyir ki, hamı məhkəmə qarşısında bərabər hüquqludur.
Qanunlar deyir axı bunu. Hanı bizim hüquq bərabərliyimiz?
Bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu iş Gülərlə başlayır, Mürvətlə bitir. Hamıdan çox-çox üzr
istəyirəm. Mənim toyumda gəlin maşınını üzəduran Mürvət Həsənli idarə edib, sağdışım da üzəduran
Vüqar Məmmədov olub. Təsadüfən təcridxanada şəkillərdən birində gördüm, dəhşətə gəldim. İndi
baxın, görün kimləri mənim üzümə qoyublar? Mən o qədər də onların düşündüyü adam deyiləm ki,
sağdışımdan, solduşumdan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb edəm. Bəlkə siz edərdiniz, amma
mən nəinki onlardan, heç kəsdən heç bir zaman rüşvət tələb etməmişəm, özü də hədə-qorxu ilə...
Tənzilə Rüstəmxanlı buradan başını götürüb, qaçdı. Halal oğlu Toğrul Əhmədov bu tribunada öldü, yerə
keçdi. Anasından fərqli olaraq üzəduranlığın nə olduğunu yəqin yaxşı dərk edirmiş. Yalandan öz balanı
da qurban vermək, hər ananın da işi deyil. Rüxsarə Axundova ümumiyyətlə, nəyə şahidlik etdiyini heç
özü də bilmirdi. Vüqar Məmmədov Dubaya qaçdı. Xanoğlan Muxtarov dedi ki, ay Əvəz, nökərəm də,
padşah deyiləm ki? Adamı işlədiyi “Qismət” Şadlıq Evindən oğurlayıb, 3 gün Korrupsiya İdarəsində
saxlayıblar. Bunlar şantaj və hədə-qorxu yolu ilə adamlardan mənə qarşı ifadə alıblar. İndi də şərləyən,
üzə duran adamların heç biri 11 aydır ki, burada yoxdurlar. Bir Ağabəy Əsgərovun nümayəndəsi
sonadək, məhkəmədə iştirak etdi və biz də qəbul etdik ki, bu adam qanunlara hörmətlə yanaşdı. Hanı
Vüqar Səfərlinin nümayəndəsi? Nüşabə Ələsgərlinin də bura gətirdiyi nümayəndəsi Zülfiyyə
Bayramova gah onun adından danışdı, sonra Gülərin vəkili oldu, sonra da Gülərin qardaşı İlqar
Mikayıloğluna ərə getdi. Gəl indi baş çıxar, bunlar hansı mənsəbə qulluq edirlər. Bütün bunlar məhkəmə
heyətinə düşünməyə imkan vermirmi? Məni də burada susdurmaq mümkün deyil. Açıq-aşkar deyirəm
ki, məni kim tutdurub.
Dostları ilə paylaş: |