DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17


G.ƏHMƏDOVA YAP-I ŞANTAJ EDIR…



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix06.09.2017
ölçüsü1,36 Mb.
#29054
1   2   3   4   5   6   7   8   9

G.ƏHMƏDOVA YAP-I ŞANTAJ EDIR… 

HÖKUMƏTI TƏHDID EDIR… 

 Həmin  G.Əhmədova  heç  nədən  çəkinmədən  mənsub  olduğu,  özünü  əsgəri  adlandırdığı  Yeni 

Azərbaycan  Partiyasını  şantaj  etdi.  Təkcə  onu  tənqid  edən  partiyadaşları  ilə  kifayətlənmədi,  YAP-ın 

icraçı katibi Əli Əhmədova öz facebook səhifəsində “xoruz baba” yazdı. “Banladı, hinə soxdular”dedi 

G.Əhmədova. O, bu açıqlaması ilə öz saytında mənim haqqımda yazdırdığı təhqiramiz üslubu təkrarladı. 

Təhqir, böhtan, şər sanki  onun həyat  tərzidir. Və bu işdə Gülər sərhəd tanımır. O, hətta “ağzını açsa” 

İlham Əliyevi, Mehriban Əliyevanı da şərləyər. Zatən “Fransa-Azərbaycan” Dostluq qrupundakı yerini 

M.Əliyevaya  tərk  edəndən  sonra  onun  əleyhinə  kampaniya  apardığını  bilənlərdən  biri  də  mənəm. 

Mənim  redaksiyama  qadın  əxlaqına  yaraşmayacaq  alçaqlıqla  səsimi  yazmağa  gələndə,  etdiyimiz 

söhbətdən  də saxta ekspertiza Mehriban xanım haqqında işlətdiyi cümləni çıxarıb. Orada mən Nigarın 

M.Əliyevaya müraciət edəcəyini dedim. Gülər cavabında: “Mən Mehriban, İlham hərləmirəm” demişdi. 

Onun  stili  budur.  Kişilərdən  çox  içər,  kişilərdən  çox  sərxoş  olar  və  kişiləri  utandıracaq  həddə  söyüş 

söyər. Bilənlər bilir... 



 

47 


G.Əhmədovanın  saçlarını  düzəltdirdiyi  bərbərin  yanında  İlham  və  Mehriban  Əliyevaların  əleyhinə 

danışdıqlarını  isə  mətbuatda  çoxdan  yazıblar.  Onu  da  yazıblar  ki,  Moskvada  fəaliyyət  göstərən  falçı 

Zirəddin Gülərin dostlarından biridir və o, Gülər üçün İlham və Mehriban Əliyevaların kabinetində olan 

şəkillərinin  arxasına  dua  yazıb  yerləşdirib.  Yəni  Gülərin  cəsarəti  sonsuzdur  və   onun  “ağzımı 

açdırmayın”  hədəsi  birbaşa  hakim  ailəyə  də  ünvanlana  bilər.  Ona  görə  ki,  özünü  çox  imtiyazlı  hesab 

edir.  İ.Əliyevin  onu  Moskvada  necə  müalicə  etdirdiyini  və  bunun  üçün  60  000  dollar  xərclədiyini 

çoxlarına danışıb.  

Bütün siyasi ömrünü şantaj, hədə-qorxu, üzədurma ilə keçirən YAP Siyasi Şurasının üzvü, təxminən 10 

ciddi  vəzifə  daşıyan,  Respublika  Uşaq  Təşkilatının  sədri,  YAP-ın  15  illik  deputatı  Gülər  Əhmədova 

haqqında ən doğru sözləri bu ölkəni və YAP-ı idarə edənlər, YAP-ın orqanı “Səs” deyib. Nə deyiblər 

onlar? 

YAP-ÇILAR GÜLƏR ƏHMƏDOVA HAQQINDA NƏ DEYIRLƏR? 

 Özünü qorumaq üçün pulyığanını qurban verməyə məcbur olan PA rəhbəri R.Mehdiyev:  

“Dələduzdur”. 

YAP icraçı katibinin müavini Siyavuş Novruzov: “...G.Əhmədova YAP-ın sədr müavini - icra katibi Əli 

Əhmədov  haqqında  bəzi  şeylər  yazır.  İnsan  özünü  bir  tərəziyə  qoymalıdır  ki,  kim  kimdir,  mən  kimin 

haqqında  nə  yazıram,  hansı  hallarda  bu  söhbətləri  mən  apara  bilərəm.   YAP-ın  sədr  müavini  Əli 

Əhmədovun  fikrinə  şərh  verməyə  birinci  qabiliyyət,  ikinci  düzlük  lazımdır.  Bu  keyfiyyətlərə  malik 

olmayan insanlar özlərini ortaya atmasınlar. 

...  Burada  dələduzluq  məsələsi  var.  Bu  dələduzluq  məsələsi  də  prokurorluq  orqanları  tərəfindən  ciddi 

şəkildə  araşdırılmalıdır,  qanun  tələb  etdikdə  həbs-qətimkan  tədbirləri  də  seçilməlidir.  Fikrimcə,  artıq 

həmin addımların atılması  gözlənilən ərəfədəyik. Artıq kimlərsə axtarışa verilməlidir. Ortada fakt var. 

Bu fakta əsasən də rüşvət verən və rüşvət alan tərəflər- hər ikisi məsulliyyətə cəlb olunmalıdır...  

İki dələduzun hansısa addımları atmasından şantaj kimi istifadə  etməyə çalışanlar da tapılır. Onsuz da 

beynəlxalq  aləmdə  ədalətsizlik  mövcuddur  və  bundan  da  ölkəmizə  qarşı  istifadə  olunmasına  şərait 

yaradırlar”.  

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP-ın qurucularından olan Eldar İbrahimov:  

“ Yeni Azərbaycan Partiyası G.Əhmədovanı öz sıralarından tezliklə çıxarmaq məsələsini həll etməlidir.  

Hansısa  qüvvələrə  söykənərək  belə  ifadələr  işlədir.  Ona  görə  də  bu  məsələ  ilə  bağlı  konkret  qərar 

verməyin vaxtıdır.  

Mən  yalnız  onu  deyə  bilərəm  ki,  G.Əhmədovanın  E.Abdullayevlə  olan  videosuna  baxanda  burada 

hüquq-mühafizə  orqanına  ehtiyac  qalmır.  Onlar  bir-birilərinin  kim  olduqlarını  danışıqlarında  açıq 

şəkildə bildirirlər. 

Mən  yalnız  onu  deyə  bilərəm  ki,  hələlik  partiyadan  kənarlaşdırılmaması  bəlkə  də  onda  müəyyən 

arxayınçılıq  yaradır  və  o,  bundan  istifadə  edərək,  YAP-ın  rəhbərliyinə  qarşı  böhtan  və  təhqir  dolu 

ifadələr işlədir. Hesab edirəm ki, G.Əhmədovanın tezliklə YAP-dan çıxarılma məsələsi həll edilməlidir. 

Eyni zamanda prokurorluq orqanları G.Əhmədova barədə həbs-qətimkan tədbiri seçməlidir.” 

YAP  icraçı  katibi  Ə.Əhmədov:  “G.Əhmədova  dələduzluq  edib  və  Yeni  Azərbaycan  Partiyasını  Milli 

Məclisdə təmsil etmək hüququnu itirib. Belə fəaliyyətlər YAP-a ləkədir”.  

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli:  


 

48 


“Düşünürəm ki, belə mənəviyyatsız, iyrənc adamlar parlamentdə olmamalıdır. Bu adamın necə və kim 

olduğunu təəssüf ki, həm parlamentdə, həm də cəmiyyətdə yaxşı bilirlər. İctimai rəyi çaşdırmaq olmaz, 

aldatmaq olmaz. Belə olmalı idi, başqa cür də ola bilməzdi. Özü ilişdi, özü-özünü cəzalandırdı, ifşa etdi.  

Bu qadının “facebook oyunu”, xarakterinə və xislətinə xas əməli onu bir daha ifşa etdi. Çox sevindim ki, 



modern.az

  saytında  onun  “uşaq”  şeirinə  bir  maraqlı  və  kəskin  şeirlə  cavab  vermişdi.  Çox  təəssüf  ki, 

saytdan o şeiri nədənsə tez çıxartdılar. Amma “Səs” qəzetində onun “Uşaq” şeirinə cavab şeirləri indi də 

gedir. G.Əhmədova o şeirə layiq adam idi, o hərəkətlərin cavabı belə də olmalı idi.  

Məndə  və  deputat  həmkarlarımda  bu  adam  haqda  heç  vaxt  standart,  müsbət  fikir  olmayıb.  Bunu  mən 

demirəm hamısı deyir: Bir fırıldaqçı cəmiyyətdə vəzifə tutur, hörmət sahibi olan min nəfərə ləkə gətirdi. 

Gülər  Əhmədova  barədə  fikirlərim  qətidir,  16  il  əvvəl  bu  fikirlər  məndə  formalaşıb.   Bu  qadın 

Azərbaycan  hakimiyyətinə  və  parlementinə  heç  vaxt  şərəf  gətirməyib.  Bu  adam  bütün  dövrlərdə 

intriqalarla  məşğul  olub.  Gənclər  təşkilatında  işləyəndə  dalaşıb,  yerini  dəyişiblər.  Respublika  Uşaq 

Təşkilatında çalışanda İsmayıl İbrahimov kimi ağsaqqal adamın yerinə göz  dikib. Otağını əlindən alıb, 

gərginliklər yaradıb. Münasibətdə olduğu elə bir adam olmayıb ki, onunla münaqişəsi olmasın. Bu gün 

Yasamal  rayonunda  tikinti  təşkilatlarının  rəhbərləri  var,  bu  dəqiqə  hazırdırlar  ki,  G.Əhmədova 

tərəfindən  onlara  qarşı  edilən  haqsız  əməllər  barədə  danışsınlar.  Kimlə  ünsiyyətdə  olubsa,  ona  qarşı 

xoşagəlməz əməllər edib. 

O, bütövlükdə parlamentə layiq adam deyildi. 

Sevinirik  ki,  parlamet  belə  adamlardan  təmizlənir  və  hakimiyyətə  bir  daha  göstərir  ki,  belə  adamların 

heç birinə sıralarımızda yer yoxdur, onlara qarşı qanunlarımızın ən kəskin tələbləri ilə cəza veriləcək. 

G.Əhmədova Yasamal rayon təşkilatlarında qeydiyyatdadır, o, bu günlərdə partiyadan xaric olacaq. O 

adam bizim partiyanın sıralarında ola bilməz. 

Qadın  üçün  “dələduz”  sözündən  ağır  söz  olmaz.  Zaman  göstərəcək  ki,  o,  sözün  tam  mənasında 

dələduzdur. Heyif ki, bu qalmaqaldan Gülər çox təmiz və hörmətli adamların adlarını çəkir, onlara ləkə 

yaxır. Ayıb olsun”. 



“SƏS” qəzetinin şeirləri. 

I şeir: 

 Ay oxucu, bu, həminki Gülərdi,  

Rüşvəti alıb iş görəndə gülərdi.  

Elşadları aciz quzu bilərdi, 

Zəli kimi daraşardı canına, 

Susayardı qurbanının qanına. 

Sağa-sola çapıb, rüşvət götürdü

Zaman keçdi, bir tək səbir gətirdi, 

Bundan sonra mandatını itirdi, 

Acizləşib, döndü aciz çəpişə, 



 

49 


Rəvac verdi, yad qəzetdə çəp işə. 

İndi onun son anıdır... itirir, 

Vaxt çatanda cəzasını alacaq, 

Türmələrdə xəyallara dalacaq. 

 II şeir 

 Bu gün Gülər, dönüb olub qırt fərə, 

Yüz xoruzla hinə girib, min kərə, 

Elşada da getmək istərdi ərə, 

Diləyərdi tarlasını şumlasın, 

İki milyon verdiyini mumlasın. 

 Zamanında yedi xoruz başları, 

Hər biriyçün axıtdı göz yaşları, 

Mandat getdi, tökdü başa daşları, 

Bu əməldən nə utandı, ar etdi, 

Cəmiyyətdə öz adını xar etdi. 

 Gülər özü suyuşirin Fərədi, 

Meyli - pullu Elşad kimi ərədi. 

Xoruzlarla görüş yeri dərədi, 

Cuqqultuya ilkin edir özü səy, 

Görüş yeri: Dərə xəlvət, tülkü bəy. 



“YASAMALLI QADIN” NIYƏ SUSDU? 

Məlum  olur  ki,  G.Əhmədova  təkcə  şantajçı  deyilmiş, 

o,  həm  də  illərlə  əsgərlik  etdiyi   partiya  -  YAP  üçün 

ləkə  imiş,  dələduz  imiş,  tərbiyəsiz,  əxlaqsız  bir 

adammış,  “qırt  fərə”  imiş  və  “100  xoruzla  1000  dəfə 

hinə”  giribmiş.  İllərlə  onunla  çiyin-çiyinə  döyüşən 

silahdaşlarının qiymətidir bu. Üstəlik, onun ailə dostu, 

tanınmış  jurnalist,  ANS-in  vitse-prezidenti  Mirşahin 

Ağayevin  qiymətləndirməsi  olduqca  düşündürücüdür. 

Mirşahin  G.Əhmədovanı  “Yasamallı  qadın”  kimi 

qələmə verdi və onun apardığı “razborka”sını alqışladı. 

Deməli, onu yaxından tanıyanlar belə onun mafiyanın 

üzvü  olduğunu  bilirlər.  Belədə  Gülərin  mənim 

kollektivimi 

“təpəsinə 

güllə 


çaxaram” 

deyə 


 

50 


hədələməsinin gerçək payı var imiş. Deməli, Gülərin “razborşiça” olduğunu və   “xanım qaynana” kimi 

çoxlarından  “üzük”   aldığını  ölkənin  aparıcı  kanalının  sahiblərindən  biri  də  bilirmiş.  Xüsusi  qeyd 

etməkdə fayda var ki, G.Əhmədovanın qardaşı  İlqar Mikayıloğlu ANS-in önəmli adamlarından biridir 

və həmin İlqar 02.07.2012-ci ildə Gülər məhkəməyə gələndə zalda az qalmışdı hamını güllələsin...   

Ortaya  bir  sual  çıxır.  Əgər  Gülərin  dərdi  namus  dərdi  idisə,  məni  onun  “şir  ürəkli”,  “nər  biləkli” 

oğlanları öldürə bilərdilərsə, o zaman YAP-ın bu təhqir selinin qarşısında həmin oğullar niyə susdular?  

Mən Allah eləməsin, bundan artıq nə yaza bilərdim ki, məni öldürməyi planlaşdıranlar  “Səs”in iftira və 

təhqirlərinə  “mıqq”  edə  bilmədilər?  Deməli,  bunların  namusunu  YAP  və  “Səs”  təhqir  edə  bilər?  Belə 

çıxır? 

Təbii ki, elə deyil. Sadəcə, bir daha aydın olur ki, G.Əhmədovanın məni susdurmaq missiyası varmış və 



bu qadın o missiyanı oynayıb.  Bunun namus dərdi-filan  yox imiş,  yoxsa elə bir şey olsaydı, indi ölkə 

Ramiz  Mehdiyevdən,  Əli  Əhmədovdan,  Hadı  Rəcəblidən,  Bəhruz  Quliyevdən  təmizləmişdi  və 

Azərbaycan nisbətən rahat nəfəs alırdı. Gülərin cüt oğlu da Milli Qəhrəman olmuşdular. 

Deməli, Gülərin “Mən ailəmi qorumuşam” iddiası da mənə şər atmaq yolunda bir həmlə imiş – növbəti 

həmlə. Özünü “namus bəkçisi” kimi göstərirmiş camaata.  

BIR ƏLI HƏSƏNOV DANIŞMADI 

 Hökümətin  və  YAP-ın  bütün  danışan  dilləri  Gülərin  videosunda  danışdı,  bir  Ə.Həsənov  danışmadı. 

Məhz  ona  görə  ki,  Ə.Həsənov  bütün  məsələlərdə   G.Əhmədova  ilə  şərikdir  və  xüsusilə  mənim 

şərlənməyim  məsələsində  Gülərə  təlimatı  Ə.Həsənov  verib.  Yəqin  ona  görədir  ki,  sabiq  deputat  həbs 

olunacağı  ərəfəsində  hakimiyyəti  mənimlə  təhdid  etdi:  “Məni  həbs  etsəniz,  Əvəz  Zeynallını  həbs 

etdirənləri  açıqlayacağam,  Ə.Zeynallının  kartını  açacağam.”  Tarixin  ironiyasına  baxın,  onun  şərləyib 

həbs etdirdiyi Əvəz Zeynallı onu həbsdən xilas edən adama çevrildi. Bu da hər halda Allahın işidir. 

DAHA BIR DÜŞMƏN: NARKOTIKA! 

 “Xural”ın  və  mənim  hədəfimdə  rüşvət  və  korrupsiya  ilə  bərabər,  daha  bir  amansız  düşmən  vardı: 

Narkotika.  Sanki  gözəgörünməz  bir  əl  bu  millətin  gül  balalarını  məhv  etməkdən  ötrü  xüsusi  bir  plan 

əsasında işləyir. Bir əl rüşvət və korrupsiyanı inkişaf etdirir, bir əl milli-mənəvi dəyərləri sıradan çıxarır, 

bir  əl  millətin  genefondunu  -  gəncləri  zəhərləyir.  İşə  bir  baxın,  bir  zamanlar  Lənkəran  və  Cəlilabad 

Azərbaycan  Milli  Mübarizə  Hərəkatının  mərkəzi  olub.  İndi  oralardan  -  eləcə  də  ölkənin  digər 

regionlarında  milli  mübarizə  ovqatından  əsər-əlamət  qalmayıb.  İndi  əksinə,  belələrinə  lağ  edir,  onları 

məsxərəyə  qoyurlar.  İndi  Lənkəranda  küçələrdə  məktəbli  şagirdlər  öz  müəllimlərinin  gözlərinin 

qarşısında iynəyə otururlar.  

Mən həm də narkotikaya düşmən oldum. Mənim qəzetim narkotikaya aid ən cəsarətli yazıları dərc etdi, 

narkobaronlar  bizi  məhkəməyə  verdi,  cərimələtdi,  iş  kəsdirdi,  amma  mən  dayanmadım.  Elə  hesab 

edirəm ki, indiki həbsin - sözün ağır cinayətə çevrilməsində həmin narkotika şəbəkəsinin də payı var və 

onların hamısı üçün münbit şərait yaranıb. 

10 ILDIR GÖZLƏYIRDILƏR 

 Bəli,  10  ildir  hakimiyyətdə  oturan  anti-milli  şəbəkə  bu  məsələ  üçün  –  mənim  həbsim  üçün  əlindən 

gələni  etdi.  Bu  millətin  –  Azəbaycan  türkünün  düşmənləri,  rüşvət  və  korrupsiya  bataqlığında  can 

verənlər,  ölkəni  narkotika  girdabına  salıb  Azərbaycan  gəncinin  dünyasını  söndürənlər  mənim  kimiləri 

sevmirlər.  Onlar  xüsusilə  xarici  ölkələrdə  oxuyub  gələnləri  qəbul  etmir,  dərhal  onların  yolunu 

bağlayırlar. Bunlar üçün ayrı kriteriyalar var, ona uymadınsa, yoxsan demək. 

10 ildir nail ola bilmədiklərinə indi nail oldular. Dünyanı gəzdim, 7 prezident, 7 baş nazirlə görüşdüm, 

xarici  ölkələrdə  ən  azı  7  təşkilat  qurdum,  dərgi  çıxardım,  Azərbaycan  naminə  10-larla  millət  vəkili, 



 

51 


diplomat,  dövlət  məmuru  ilə  təmas  qurdum.  Amma  Ə.Həsənovun  dilbilməz,  Tanrıtanımaz, 

adamayovuşmaz,  tənbəl,  rüşvətxor  və  korrupsioner  əl  buyruqçularına   dünya  gerçəklərini  anlada 

bilmədim. Onlar məni qova-qova namərd etmək istədilər, amma bacarmadılar. Bu zümrənin içində bir 

normal hüquqşünas yoxdur ki, məsələyə hüquqi yöndən yanaşsınlar. Bir normal insan – peşəkar yoxdur 

ki,  peşələrinin  tələblərini  yerinə  yetirsinlər.  Bunların  hamısı  qul,  kölədirlər.  Qullarla,  kölələrlə  isə 

azadlıq mücadiləsi verilməz.  



HƏM 213.1, HƏM 306.2, HƏM 311.3.2, 311.3.3 VƏ 311.3.4 BOŞDUR 

  Vergi  ittihamı  yalan  və  absurddur.  Bunu  ibtudai  istintaq  zamanı  müstəntiq  də  dəfələrlə  etiraf  etdi  ki, 

“bu,  bizim  səhvimizdir...”  Məhkəmədə  də  sübut  olundu  ki,  vergiçilər  istintaqın  tapşırığını  yerinə 

yetiriblər.  Onların  qarşısına  tapşırıq  qoyulub  ki,  “yayınma”nı  iki  min  manatdan  yuxarı  çıxarsınlar  ki, 

cinayət işi açıb, əlavə ittiham versinlər. Onu da ediblər. Bir dəfə mənimlə görüşmədən, bütün sənədləri 

əldə  etmədən,  elementar  araşdırmalar  aparmadan  mənim  adımdan  bəzi  sənədləri  saxtalaşdıraraq, 

“vergilərdən yayınma”nı 7.300 manata çıxarıblar. İstintaqın eksperti bu məbləği 4 min manata endirib. 

Normal  araşdırma  aparılarsa,  bizim  “yayınma”mız  700–800  manatdan  çox  olmayacaq.  Bu  da  213.1 

maddəsinin sıradan çıxmasıdır. Ayrıca, məhkəmə mənim  yerimə mənim  vergi fəaliyyətimi dayandıran 

şəxsi  tapmalı,  həmin  sənədi  saxtalaşdıran  vergi  əməkdaşı  qanunla  cəzalandırılmalıdır.  Çünki 

saxtalaşdırma  məhkəmə  istintaqı  zamanı  öz  təsdiqini  tapdı.  Əsgərli  Şahin  adlı  vergi  əməkdaşı  açıqca 

etiraf  etdi  ki,  “bu  saxtalaşdırma  sənin  –  yəni  Ə.Zeynallının  xeyrinədir...”  Mənim  xeyrimə  kim 

saxtalaşdırma edib – maraqlıdır? 

306.2 maddəsinə gəlincə, bu maddədə də qərəzli şəkildə məhkəmə qərarlarını icra etməməkdən söhbət 

gedə bilməz.  

Məhkəmə dindirməsində də məlum oldu ki, N.Ələsgərli ümumiyyətlə, bu hadisəni unudubmuş. O, hətta 

mənimlə ortaq dostlarının olduğunu və bu məsələnin  bitdiyini zənn etdiyini dedi.  Nüşabə heç bir icra 

nümayəndəsini  tanımadığını  söylədi.  İcraya  hesab  nömrəsi  (pulun  ödənilməsi  üçün)  vermədiyini  dedi. 

Hesabına keçirdiyim 200 manatdan belə xəbərsiz olduğunu bildirdi. O, heç pulun marağında olmadığını 

da dedi. Məlum oldu ki, Nüşabə heç vəkilinin kim olduğunu da xatırlamır. Onun bu işə siyasi təzyiqlə 

daxil  olduğu  məlum  oldu.  Yoxsa  2007-ci  ildə  baş  verən  işə  görə  niyə  2011-ci  ilin  sonlarında 

R.Mehdiyev “Xural”a qarşı kampaniyaya başlayandan sonra qoşuldu? N.Ələsgərli bu suallara cvab verə 

bilmədi. Bunu həm də o, sübut edir ki, 2011-ci ilin fevralında N.Ələsgərli ilə danışmaq və məsələni həll 

etməyə çalışsam da, əvvəlcə razılaşan Nüşabə, son anda “mənə dedilər ki, iddianı geri götürmə” deyə 

kənara çəkildi.  

N.Ələsgərlinin  borcu  ödənib,  “cavab  haqqı”  isə,  o  zaman  da  dediyim  kimi  “Xural”  fəaliyyətini  bərpa 

edən kimi tanınacaq. Hətta təkzibi özü hazırlayıb redaksiya ilə razılaşdırandan sonra yayınlaya bilərik. 

Bu  haqda  cinayət  işində  izahatım  da  var  və  o  vaxtdan  bəri  heç  nə  dəyişməyib.  Sadəcə,  səbəb  siyasi 

olduğu üçün bu müğənnidən bizə qarşı istifadə ediblər. 

“Azərbaycan”  nəşriyyatının  direktoru  Ağabəy  Əsgərovun  ifadəsindən  göründü  ki,  o  da  nə  icraçıları 

tanımır,  nə  ötən  4  il  müddətində  bir  dəfə  də  olsun  icra  məmurlarına  müraciət  etməyib.  Nə  icra 

məmurlarına  hesab  nömrəsini  verməyib,  nə  məni  məhkəməyə  verəndə  neçə  min  manat  tələb  etdiyini 

xatırlamır, nə də heç nə yadında deyil. Aydındır ki, o da siyasi sifarişin nəticəsində bu oyuna qoşulub. 

A.Ələsgərovun R.Mehdiyevin komandasında yer aldığı məlumdur və Ə.Həsənovla yaxın dostdur. Hətta 

təkzibedilməz  məlumatlar  var  ki,  Ə.Həsənov  bir  neçə  dəfə  A.Əsgərovun  “Xural”la  münasibətləri 

normala salmasına mane olub. Ona da heç borcumuz yoxdur. “Xural” və mən A.Əsgərova 670 manat 

ödəmişdik.  Qalıb  Kamal  Hüseyn  adlı  müəllifin  330  manatı,  onu  da  istənilən  zaman  ödəmək  problem 

deyil. A.Əsgərovun təkzibi də dərc olunub və o, bu təkzibi qəbul etməyib. Halbuki bu təkzib – məhkəmə 

qərarına  əsasən,  tərəflərin  razılaşması  yolu  ilə  dərc  edilib.  Digər  iddiaçıların  təkziblərinin  dərc 

olunmaması  səbəbi  də  budur.  Dərc  etdiyimiz  təkzibi  bəyənmədikləri  üçün  biz  razılaşdırılmış  təkzib 

variantını təklif etmişik. 


 

52 


A.Əsgərovun işi ilə bağlı cinayət işində izahatım var və o izahatda da hər şeyi beləcə qeyd etmişəm. Heç 

bir  qərəzli  boyunqaçırmadan  söhbət  gedə  bilməz.  İcra  məmurlarının  öyrədilmiş  məmurlarının 

məhkəməyə verdikləri ifadələrdə də siyasi sifariş həyata keçirildiyi ortaya çıxdı.  

V.Səfərlinin icra sənədi isə bizə 2011-ci ilin iyul ayında daxil olub və biz icradan məhkəməyə müraciət 

etmişdik. KİVDF-nin icraçı direktoru olan V.Səfərli də birbaşa R.Mehdiyev-Ə.Həsənov komandasının 

üzvüdür. Onun Ə.Həsənovla ortaq biznesi var. Bina tikintisi ilə məşğul olurlar. VSəfərlinin də məhkəmə 

ifadəsi  digərlərindən  heç  nə  ilə  fərqlənmədi  –  o  da  icraçıları  tanımır,  rəsmi  müraciət  etməyib,  hesab 

nömrəsi verməyib və özünün dediyinə görə məni tutdurmaq niyyəti də olmayıb. Amma siyasi sifariş onu 

da  bu  oyuna  qoşub.  28.09.2011-ci  ildə  V.Səfərlinin  işi  ilə  bağlı  izahatım  var.  İmkan  yarandığı  zaman 

onun  pulunu  ödəməyə  başlayacağıq  və  “Xural”  fəaliyyətə  başlayan  kimi  onun  da  mövqeyini  dərc 

edəcəyik. Heç bir qərəzli şəkildə icra etməməkdən söhbət gedə bilməz. 

HESABIMIZDA TƏXMINƏN 5 MIN AZN VAR 

    “Xural”ın  əmlakı  19.10.2011-ci  ildə  R.Mehdiyev  tərəfindən  talan  edildi  və  müsadirə  olundu.  Orada 

bizim  xeyli  kompüter  dəstimiz,  diktofon,  printer,  elektrik  qızdırıcılarımız  və  s.  var.  Bununla  bərabər, 

“Xural”ın  hesabında  olan  pulu  mən  həbs  olunandan  götürə  bilmirik.  Təxminən  4-5  min  manat  arası 

pulumuz  olmalıdır  hesabımızda.  Həm  satılan  əmlakımız,  həm  də  həmin  pullar  A.Əsgərovun,  həm  də 

V.Səfərlinin borclarının ödənməsi üçün yetərincə kifayət edir və hətta artıq da qalır. 

O pullarımızı bu adamların borclarına silmək olar. Qalacaq borclarımızı isə ödəmək problem deyil. Heç 

bir zaman məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etməmişəm. Nə zaman imkan olub, o zaman 

da ödəmişəm.  

RÜŞVƏT MADDƏSINƏ GƏLINCƏ... 

 311-ci  maddədən  isə  çox  danışmışıq.  Buna  artıq  “şər  maddəsi”  də  deyirlər.  Bu  maddə  hakimiyyətin 

məni  şərləmək  üçün  istifadə  etdiyi  maddədir.  Buradakı  baş  memar  –  Gülər  Əhmədovanı  artıq  bütün 

dünya  tanıyır.  Ona  hamı  təqsirsizlik  prezumpsiyasını  gözləmədən  “dələduz”,  “fırıldaqçı”,  “şantajçı”, 

“qara ləkə” və s. deyirlər. Bunu həm də dövlət və dövləti idarə edən hakim partiyanı idarə edənlər deyir. 

Məlum olur ki, məni ölkənin ən dələduz, şantajçı, rüşvətxor, fırıldaqçı, “Min adamın başını aşağı salan” 

adam, həbs etdirib. Ortada da heç bir sübut yoxdur. Şərin buynuzu olmur ki? 

Rüşvət alan adam, rüşvət tıələb edən adam niyə qaçsın ki? Gülər yanımdan gedən kimi, həmkarlarıma, 

“səsimi  yazdı...”, “mənə pul təklif elədi...” demişəm. Rüşvət tələb edən adam bunu aləmə bəyan edir? 

Hakimiyyətin oyunları başlayanda, onların məkrli planlarını öyrənəndə bütün ölkə və dünyanı xəbərdar 

etmişəm.  “Məni  R.Mehdiyev  qadın  millət  vəkilinin  əli  ilə  pulla  şantaj  etdirib,  tutdurmaq  istəyir...” 

demişəm. Yazmışam – belə rüşvət tələb etmək olur? 

Nə  rüşvəti,  nə  də  onun  vədini  qəbul  etməmişəm.  Həbsimdən  42  gün  əvvəl  bu  haqda  bütün  dünyanı 

xəbərdar etmişəm. Belə rüşvət olur? 

Dəfələrlə xahiş edib, məni iş yerinə, otağına dəvət edib. Getməmişəm, o mənim iş yerimə gəlib -  belə 

rüşvət istəmək olur? 

Rüşvəti almağın yollarını sabiq deputat G.Əhmədova E.Abdullayevlə olan son videogörüntülərində özü 

göstərib.  Başının  dəstəsilə  gedir,  təhdid  edir,  alır,  sayır,  çemodanlara  doldurur,  sonra  da  çıxıb  gedir. 

Vəssalam. 

 

BU DA 311-CI MADDƏ! 

Bu  “şər  maddəsi”  mənə  şər  yaxanların  başında  elə  çatladı  ki,  bütün  dünya  şahid  oldu.  Bu,  həm  də, 

İlahinin,  Tanrının,  Allahın,  Xudavəndi-Aləmin,  Yaradanın,  Rəbbin,  Xudanın  görkü  idi.  İnsanlara 

xəbərdarlığı idi ki, insanı şərləmək olmaz! 


 

53 


Bu  insanlar  –  Gülərdən  qeyriləri  də  bu  oyunun  tərkib  hissəsidirlər.  Bircə  sual  yetir,  bu  üzəduranları 

tanımaq üçün – bu 7 ildə harada idiniz? 

Niyə məhkəməyə verəndə bu faktları dilə gətirmədiniz, niyə bunların hamısı R.Mehdiyevin müsadirəsini 

gözlədi? 

Baş prokuror demiş, “bəs, 7 ildir harada idilər? Niyə hərəsi bir tərəfə, bir ölkəyə qaçır?” 

A.Məmmədov deyir ki, mən nə rüşvət vermişəm, nə də məndən rüşvət tələb olunmayıb. S.Tarverdiyev 

deyir, “Mən heç kimə rüşvət verməmişəm...” Niyə? Elmarın özü harada idi ki? 

A.Heydərov isə qaçıb, girib Mərkəzi Klinik Xəstəxanaya ki, bura gəlməsin... 



SÖZ, YOXSA AĞIR CINAYƏT!? 

 Mən  bütün  şüurlu  ömrümü  Azərbaycana,  onun  milli 

maraqlarına  xidmət  etmişəm.  Rüşvətlə,  narkomaniya  ilə, 

korrupsiya  ilə,  anti-milli  meyllərlə  döyüşmüşəm.  Bütün 

ömrümü  bir  Azərbaycan  vətənpərvəri  və  türk  milliyyətçisi 

kimi yaşamışam və bundan sonra da elə davam edəcəyəm. 

Bu  məhkəmə  prosesinin,  ondan  əvvəl  də  istintaqın  davam 

etdiyi  müddətdə  yalnız  hansısa  yazıdan  və  kimlərinsə  o 

yazılardan  narahatlığından  bəhs  olunub.  Sözdən  başqa  bu 

cinayət  işində  heç  nə  yoxdur.  Ona  görə  də  haqqımda 

qaldırılan  bütün  maddələr  boş  və  cəfəngiyyatlar  üzərində 

qurulub.  Azərbaycanı  sevmək,  bu  ölkənin  övladlarının 

narkotikanın  cəngində  can  verməməsini  istəmək,  rüşvət  və 

korrupsiyaya  qarşı  amansız  olmaq,  Azərbaycan  xalqının  milyardlarını  havaya  sovuranlara  asi  olmaq, 

bunu  yazmaq,  tənqid  etmək,  Azad  sözü  qorumaq,  müstəqil  mətbuatı  məhv  edən  mətbuat  qatillərinə 

savaş  açmaq,  mətbuatı  əl  buyruqçusu  edən  mətbuat  qəssablarının  dünyanı  başlarına  dar  etmək  agır 

cinayətdirsə,  o  zaman  deyəcəyim  heç  nə  yoxdur.  Yox,  əgər  bunlar  cinayət  deyilsə,  Azərbaycan  da 

hüquqi  dövlətdirsə,  Avropa  məkanına  inteqrasiya  ediriksə,  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin 

yurisdiksiyasında gələcəyimizi müəyyənləşdiririksə, o zaman mənim  yazdığım, “Xural” qəzetinin dərc 

etdiyi  bütün  tənqidi  materiallar  normaldır  və  hamısına  dözümlə  yanaşmaq  lazımdır.  Kiminsə,  hansısa 

yazı xoşuna gəlməyə bilər. Bunun hüquqi dövlətlərdə yolu var...     

Amma  heç  bir  halda  sözün,  Azad  Sözün,  Müstəqil  Sözün,  irticaya  satılmayan  Sözün,  şərlə,  böhtanla, 

üzədurma ilə Ağir Cinayət olmasına imkan vemək olmaz! 

 Belə tarix yazmaq olmaz!

 

Tarix belə Agır Cinayətlər Məhkəmələrini lənətləyəcək!

 

Sözə bəraət lazımdır!

 

Bəraət sözün haqqıdır!

 

Söz bəraət istəyir!



 

“Xural” qəzetinin baş redaktoru  Əvəz Tapdıq oğlu Zeynalov       

12.11.2012

 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin