DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix06.09.2017
ölçüsü1,36 Mb.
#29054
1   2   3   4   5   6   7   8   9

 "Terror"  latın  sözüdür.  "Qorxu"  və  "dəhşət"  deməkdir.  Müasir  lüğətdə  mənası  "zorakı  üsullarla  siyasi 

rəqiblərin qorxudulması və dəf edilməsi siyasəti"dir. Siyasi hakimiyyət mənə və qəzetimə qarşı sırf bu 

fəaliyyəti  nəzərdə  tutub.  Onlar  dövlət  hakimiyyətindən  istifadə  edərək  məni  terror  etmək  və  bu  yolla 

məqsədlərinə  çatmaq  istəyiblər.  Buna  görə  hər  cür  aşağılıq  əməllərə  baş  vurublar.  Qəzetin  əmlakı 

qanunsuz olaraq müsadirə edildiyi gün qardaşım və qohumlarımı işdən çıxarmaq da buna xidmət edib. 

Mənə qarşı məhkəmə müstəvisində mübarizə aparılmayıb, mübarizə hüquqi olmayıb. V.Rəhimzadənin 

və B.Sadıqovun hüquqdankənar mübarizə yollarına müraciət etmək formasını G.Əhmədovada tapdılar. 

O  da  deputat  idi  və  sonradan  mətbuata  verdiyi  açıqlamada  bunu  açıqca  etiraf  da  edirdi.  G.Əhmədova 

"Yeni  Müsavat"  qəzetinin  16  noyabr  2011-ci  ildə  nəşr  olunan  müsahibəsində  beləcə  də  deyir:  "Onu 

məhkəməyə verən millət vəkilləri olmuşdu ki, bir nəticə əldə edə bilməmişdilər." Bunun ardınca Güləri 

üzümə durmağa təhrik edən PA ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənov 19 noyabr 2011-ci ildə adı 

çəkilən  qəzetə  müsahibəsində  beləcə  deyir:  "...illərlə  həmin  müxalifət  partiyalarının,  o  cümlədən 

müxalifət  təmsilçilərinin,  ayrı-ayrı  qəzet  nümayəndələrinin  həm  "Xural"  qəzetinə,  həm  də  bu  gün 

hüquqlarını müdafiə etdikləri digər qəzetlərin əməkdaşlarına qarşı məhkəmə iddiaları olub. Prosesləri də 

udublar.  Sadəcə  məhkəmə  qərarlarına  tabesizlik  olduğundan  qərarlar  icra  edilməyib.  Bu  gün  ortada 

millət vəkilinin və digərlərinin konkret şikayətləri var." Yəni siyasi hakimiyyət açıqca mənimlə hüquq 

dilində  danışmağın  əhəmiyyətsiz  olduğunu  anlayıb.  Çünki  uduzacağını  bilib.  Məhkəməyə  veriblər, 

cəzalandırıblar,  cərimələdiblər  -  amma  bunu  "nəticəsiz"  adlandırır,  "heç"  hesab  edirlər.  Onlar  mütləq 

məni susdurmağı, ən azı həbs etdirməyi düşünüblər və bunun üçün uzun illər əsas axtarıblar. Bu "əsas" 

isə şərləmə olub! 

Mənim  yanıma  tanımadığım,  yad  bir  adam  göndərə  bilməzdilər.  Bir  neçə  dəfə  göndərmişdilər  və  son 

olaraq  "modelyer"  məsələsində  cavablarını  almışdılar.  Mənim  yanıma  mütləq  normal  münasibətlərdə 

olduğum bir adam göndərməli idilər ki, yanıma gələ bilsin. Gülər kimi... 

Ümumiyyətlə,  hakimiyyət  məni  sıradan  çıxarmağın  başqa  yolunu  tapa  bilməyib.  Onlar  nə  qədər  çətin 

olsa da normal münasibətlərdə olduğum adamları üzümə qoymaq yolunu tutublar. Hədəf ən azı "çamur 

at, izi qalsın" prinsipidir. 



 

 

 

 

35 


AXTARIŞ NƏ MƏQSƏDLƏ APARILIB? 

 Bu  qeyri-hüquqilik  bütün  sferalarda  davam 

edib.  Həm  həbsimdən  əvvəl,  həm  də  sonra 

dövlətin bütün gücünü mənə - arxası, dayağı 

yalnız  haqq  olan,  heç  bir  qruplaşma  və 

mafiyaya  xidmət  etməyən  bir  yazara  həsr 

ediblər.  Məni  qeyri-qanuni  həbs  ediblər, 

guya  qeydiyyatda  olduğum  ünvana  çağırış 

göndəriblər,  amma  o  da  olmayıb.  Faktiki 

yaşadığım  ünvanı  tapa  bilmədiklərini  əsas 

gətirərək məni həbs edən istintaq, elə həmin 

saatlarda  mənim  faktiki  yaşadığım  ünvanda 

axtarış  aparıblar.  Bəs  onlar  mənim  harada 

yaşadığımı bilmirdilər? Bu, necə olur? 

Məni  tutmaq  üçün  təxminən  4  qrup  ayrılıb. 

Onun  biri  məni  həbs  edib  -  bu  həbsdə 

mənim illərlə görüşmədiyim və telefonlarına 

cavab  vermədiyim  həmkəndlilərim  bələdçi 

olub,  başqa  bir  qrup  işimdə,  "Xural"ın  redaksiyasında,  bir  başqa  qrup  isə  evimdə  axtarış  aparıb. 

Axtarışların heç biri haqqında mənə məlumat verilməyib, axtarışda mənim nümayəndəm və ya vəkilim 

iştirak etməyib. Sonra isə digər bir qrup avtomobilimi axtarıb. O da eləcə... 

Bütün  bunlara  nə  səbəb  olub?  İstintaq  "külli  miqdarda  pul,"  "silah-sursat,"  "saxta  sənədlər,"  "iş  üzrə 

maraqlı  ola  biləcək  audio-video  kasetlər"  və  s.  və  i.  axtarıb.  Həm  evimi,  həm  iş  yerimi,  həm  də 

avtomobilimi  atım-atım  atıblar,  qeyri-qanuni  çəkilişlər  aparıblar  -  amma  protokolda  bu  tip  çəkilişlər 

olmadığı haqqında xüsusi qeyd var - orta məktəbdə oxuyan azyaşlı övladlarımın kitab-dəftərlərini belə 

darmadağın ediblər. Yaxşı, nə əldə ediblər? Heç nə! Heç nə!! Heç nə!!! O zaman suallar meydana çıxır: 

mənim evimdə şübhəli nələrinsə olduğu haqqında istintaqı kim məlumatlandırıb? O adam, ya da adamlar 

cəzalandırılıbmı? 

                                               EVIMLƏ ŞAHIDLƏRƏ TƏZYIQ GÖSTƏRILIB 



 Siyasi  hakimiyyət  mətbuatı  1998-ci  ildən  müxtəlif  adlarla  satın  almağa  başladı.  Dövləti  idarə  edənlər 

bunun  üçün  milyonlarla  manat  pul  xərclədilər.  Kimini  pulla,  kimini  vəzifə  ilə,  kimini  maşınla,  kimini 

evlə ələ keçirdilər. Beləcə, illər keçdikcə mətbuatın çox önəmli simaları bir-bir səngər dəyişdirdilər və 

hakimiyyətin  əsarətinə  düşdülər.  Onlar  qısa  yoldan  hər  şeyə  sahib  oldular,  hətta  bəziləri  deputat 

vəzifəsinə təyin edildilər. 

Mən o yolu seçmədim. Mən çətin olan istiqaməti seçdim. Mən 10 dəqiqəyə ev ala bilərdim, 5 dəqiqəyə 

isə  bahalı  xarici  avtomobillər.  Amma  siyasi  hakimiyyətin  ən  yüksək  dairələrinin  hər  cür  təklif  və 

şərtlərini  əlimin  tərsi  ilə  itələdim.  Mən  mətbuatın  ali  prinsiplərini  öndə  tutdum  və  bütün  həyatımı  o 

yöndə  apardım.  Mən  niyə  Gülərin  10.000  manatına  möhtac  olmalı  idim  ki?  Mən  Gülərin 

başbilənlərindən min dəfə artığını ala bilrdim... 

10 dəqiqəyə ev alan redaktorlardan deyiləm mən. Mən 10 ildir daş-daş, kərpic-kərpic ev tikirəm. Atam, 

anam,  qaynatam,  qaynanam  -  hamısı  birləşib  mənə  yurd  ediblər.  Kimin  əlindən  nə  gəlir  edib  və 

birilərinin  prinsiplərini  sataraq  əldə  etdiyi  şeyi  -  evi  mən  10  ildir  tikirəm.  İndi  bu  mətbuat  qatilləri 

mənim evimin fotolarını göstərərək insanları qorxudub və "bu evin tikilməsində sizin də rolunuz olub" 

deyə  adamları  şantaj  ediblər.  Kişi  də  kişinin  evi  ilə  kişiləri  şantaj  edərmi?  Ediblər!  Amma  axtarış 

protokollarında  qeyd  ediblər  ki,  heç  bir  foto-video-audio  çəkiliş  aparılmadı.  O  zaman  o  şəkilləri  kim 

çəkib? 


 

36 


Axtarış  zamanı  hal  şahidlərinin  biri  Zaqataladan,  digəri  isə  Kürdəmirdən  olub  -  elə  doğulduqları 

rayonlarda da qeydiyyatda olan həmin hal şahidlərinin mənim evimdə, işimdə nə işləri vardı? Deməli, 

bunların hal şahidləri də üzəduran olub, digər şahidləri kimi... 

                                               



MÜDAFIƏ IMKANLARI ORTADAN QALDIRILIB 

 Məni  həbs  edəndən  sonra  bütün  müdafiə  imkanlarım  ortadan  qaldırılıb.  Ə.Həsənov  daha  dünən 

Redaktorlar  Birliyində  mənimlə  çiyin-çiyinə  oturan  bir  çox  həmkarlarımla  birə-bir  danışıqlar  aparıb, 

onların mənim müdafiəmdən çəkilməsi üçün iblisanə addımlara rəvac verib. Xeyli ölçüdə buna da nail 

olub,  birini  "qara  siyahı"dan  çıxarmağa  söz  verib,  birinə  pul  vəd  edib,  digərinə  başqa  bir  şey.  Əli 

Həsənov-Vüqar Səfərli-Gülər Əhmədova üçlüyü daha fəal olublar. Onlar mənə dost deyən bəzi saytlarla 

hətta  150-200  manatlıq  anlaşmalarla  onları  müdafiədən  çəkindirməyə  nail  olublar.  İqtidarın  idbar 

qəzetləri  mənim  əleyhimə  dəhşətli  yazılar  yazıblar,  G.Əhmədovanın  "Mərkəz"  qəzetində  və  saytında 

əxlaqsız yazılar dərc olunub. Bu işə bəzi deputatlar da qoşulub... 

                                               SƏHNƏDƏ TƏYINATLI DEPUTATLARDIR 

 Hökumət hər deputata bir də bir qəzet verib. Həm bu qəzetlərində, həm də əlləri çatan digər hər yerdə 

mənim əleyhimə danışıblar. Mənim doğum günümdə artıq iqtidarın sipərlərindən birinə çevrilən ANS-

də  G.Əhmədovaya  qoşulan  BAXCP  sədri  Qüdrət  Həsənquliyev  düz  bir  saat  əleyhimə  danışdı.  Mənə 

telekanal  cavab  haqqı  tanımadı.  Şərəf-ləyaqət  axtarışına  çıxan  bu  təyinatlı  deputatlar  özləri  hər  sözü 

danışdılar.  Başqa,  çiçəyi  burnunda  olan  bir  deputat  qırığı  isə  bir  sayta  ayda  100  manat  verir  və  orada 

mənim haqqımdakı hər xəbərə öz xislətinə uyğun şərhlər yazır və mənə qarşı guya kampaniya aparır. 

Bu kampaniya mənim həmkarlarıma da şamil olunub. "Xural"a qadağa qoyan hökumət, başqa formada 

yeni qəzet açmağa imkan verməyib. Mənim adımla heç bir qəzet qeydiyyatdan keçirilməyib və mənim 

adımla fəaliyyət göstərən bütün mətbu qurumlara qadağa qoyulub. 

04.12.2011-ci  ildə  "Xural"ın  kollektivi  "ASİ"  qəzetinin  nəşrinə  başlasalar  da,  cəmi  bir  saydan  sonra 

qəzetə  qadağa  qoyulub.  Qəzet  06.12.2011-ci  ildə  qadağan  edilib.  Açıq  şəkildə  bildirilib  ki,  Əvəz 

Zeynallı ilə bağlı mətbu orqana icazə verməyəcəklər. 

                                                            

KOLLEKTIVIM HƏDƏLƏNIB 

 Bununla  kifayətlənməyib  hökumət.  19  gündən  sonra  susqunluğunu  pozan  G.Əhmədova  ayın  22-də 

kollektivimi  və ailəmi silahla hədələyib.  YAP-ın  Siyasi  Şurasının üzvü olan, müxtəlif "razborkalar"da 

yaxşı təcrübəsi olan bu Mirşahinin "yasamallı qadın"ı özünü deputat kimi yox, qoçu kimi aparıb və onun 

"Yeni  Müsavat"  qəzetində  dərc  olunan  təhdidlərindən  dərhal  sonra  Milli  Təhlükəsizlik  Nazirliyinin 

başçısı  Eldar  Mahmudova,  DIN  Ramil  Usubova  və  Baş  Prokuror  Zakir  Qaralova  müraciət  etdim.  O 

müraciətləri Bakı  İstintaq Təcridxanasından göndərə bilmədim, nə əziyyətlə vəkilimdən göndərdim və 

hələ də cavab almamışam. Bunlar beləmi qoruyacaqdılar mənim kollektivimi və ailəmi?! 

Əksi  oldu.  G.Əhmədovanın  bizi  silahla  hədələməsinin  ardından  "Xural"ın  əməkdaşı,  həm  də  yaxın 

qohumum Kamran Zamanlıya hücum olundu və onu həbs etməyə çalışdılar. Dekabrın 6-da isə "Xural"ın 

redaktorlarından  Anar  Mahmudoğlunun  ailəsi,  övladı  və  özü  hədələndi.  Elə  həmin  gün 

əməkdaşlarımızdan biri olan Nurəddin İsmayılov da hədələndi. Bütün bu izlər aparıb G.Əhmədovaya və 

onun  yalançı  şahidlərinə  çıxarır.  Ə.Həsənovun  təlimatı  ilə  biriləri  Anar  Mahmudoğlunu  və  Kamran 

Zamanlını  aktiv  müdafiədən  çəkindirməyə  çalışırdılar.  Təbii  ki,  buna  nail  olmadılar,  amma  mənim 

özümü müdafiə imkanlarım kifayət qədər əngəlləndi. 

Ümumiyyətlə,  siyasi  hakimiyyətin  çox  böyük  ehtimalla  məni  fiziki  cəhətdən  ortadan  götürmək  - 

öldürmək planı olub... 



 

 

37 


"BIR JURNALIST ÖLDÜRÜLƏCƏK, BIRI ISƏ HƏBS OLUNACAQ!.." 

 Redaktorlar  Birliyinin  hökuməti  narahat  edən  vaxtlarında  və  "Xural"ın  gündəlik  nəşrə  başladığı 

zamanlarda  mənə  özəl  bir  informasiya  daxil  oldu.  Məlumatda  deyilirdi  ki,  yaxın  aylarda  bir  jurnalist 

həbs  olunacaq,  başqa  biri  isə  öldürüləcək.  Mən  bu  informasiyanı  Redaktorlar  Birliyinin   özəl 

toplantısında həmkarlarımla bölüşdüm. Sıradan bir məlumat olaraq qarşıladıq. Nə edəsi idik ki? 

Aradan 1 ay keçmədi ki, məni şərləyib həbs etdilər. Daha 1 ay keşmədi ki, Rafiq Tağını öldürdülər! 

Keçən bu müddət ərzində baş verənləri dərindən analiz edəndə qorxunc mənzərə ilə qarşılaşıram. Çox 

böyük ehtimalla gündəmdə məni də öldürmək planı olub. G.Əhmədovanın 19 günlük susqunluğundan 

sonra ilk açıqladığı məqam "ailə məsələsi" idi. Bu qadın öz-özünü şərləyirdi və "mən ailəmi qorudum" 

deyirdi.  Ortada  isə  həqiqətən  və  həqiqətən  heç  bir  şey  yox  idi.  Heç  bir  şey  olmaya-olmaya  bir  qadın 

özünü niyə şərləsin ki?! Gülər 02.07.2012-ci ildə məhkəməyə verdiyi ifadədə də beləcə dedi: "Mən oğul 

böyütmüşəm ki, gedib bunu öldürsün?" Bu qadın hər dəqiqə oğlanlarının çılğınlığından və məni öldürə 

biləcəklərindən danışırdı. İndi də danışır. Nə baş verib? Hansı  yazılardan danışır? O haqda isə heç bir 

məlumat vermir. Gülərin  yalançı  şahidlərinin heç biri  - R.Axundova, Z.Mirzə, T.Rüstəmxanlı və oğlu 

T.Əhmədov  da  heç  nə  bilmirlər.  Heç  bir  yazıdan  bəhs  eləmirlər.  Hansı  anonsdan  danışılır,  bilinmir. 

Gülərin  hər  dəqiqə  sitat  gətirdiyi  anons  isə  bir  neçə  ədəd  deyil,  bir  ədəddir  və  onun  Gülərlə  heç  bir 

əlaqəsi  yoxdur.  O  zaman  Gülər  nədən  yerli-yersiz  ölümdən  danışır,  guya  ki,  oğlanlarını  cilovlaya 

bilməyəcəyini söyləyir. Axı dörd yalançı şahid, bir özü, bir müstəntiq, bir də ittiham tərəfi – prokuror - 7 

nəfər edir. Bu 7 nəfər izah etməlidir ki, ortada ölümə səbəb olacaq nə var idi ki? Edə bilmirlər. İttiham 

tərəfinin  əlində  heç  nə  yoxdur.  Nə  var  məndədir  və  mən  də  bilirəm  ki,  bu  qadını  mənim  üstümə 

R.Mehdiyevlə Ə.Həsənov göndərib. Bu qadını cinayətə R.Mehdiyevlə Ə.Həsənov sürükləyib. 

          G.Əhmədova həmişə hamı ilə zor dilində danışıb. O, jurnalisti öldürməklə hədələyib  və bir  neçə 

dəfə  buna  nail  olub  -  əleyhinə  olan  yazıları  çıxartdırıb.  Bu  olayda  isə  onun  qarşısında  konkret  olaraq 

məni  öldürtdürmək  tapşırığı  qoyulubmuş.  Görünür,  ya  mən  o  əsası  verməmişəm,  ya  da  "yasamallı 

qadın" o qədər riskə gedə bilməyib. Ötən müddət ərzində aydın oldu ki, R.Mehdiyevin dəstəsi - Gülər də 

daxil olmaqla həm də adam oğurluğu ilə məşğul olurlar. E.Abdullayevin videoçarxı və informasiyaları 

bütün  bunları  açıqca  göstərir.  Bu  dəstə  insanları  oğurlaya,  illərlə  aradan  götürə  və  itirə  bilirlər.  Məni 

yəqin ki, Allah qurtarıb bu cinayətkar dəstənin əlindən və Allah mərhum Rafiq Tağını onların əlindən 

qurtara  bilmədi.  Beləcə,  Gülərin  tez-tez  "namus"  məsələsini  ortaya  gətirməsinin  sirri  açılır.  Söhbət 

bəhanədən gedirmiş. 

                                                         10.000 MANAT SINDROMU! 

 Son  illərdə  R.Mehdiyevin  mənə  yaşatdığı  kabusdan  sonra  ortaya  belə  bir  bərabərlik  çıxır. 

R.Mehdiyev=10.000  manat.  Onun  10.000  manatlıq  tələbi  mənim  həyatımın  sonrakı  gedişini  pozdu. 

R.Mehdiyevin  ardınca  KİVDF-nin  icraçı  direktoru  V.Səfərli  də  "Xural"ı  məhkəməyə  verdi  və  o  da 

10.000 manat tələb etdi. Bundan sonra "dəstədən geri qalmayan" təyinatlı deputat Etibar Hüseynov bizi 

məhkəməyə verdi. Heyrət, o da 10.000 manat istəyirdi! 

Və G.Əhmədovanın şəri. O da mənim ondan 10.000 manat istədiyimi iddia edir. İşin həqiqəti isə odur 

ki, G.Əhmədova mənim redaksiyama gəlib heç bir girişsiz-filansız mənə pul təklif edib. Bu təklifini də 

gətirdiyi əl telefonuna yazıb getmişdi. Yəni G. Əhmədovanın tələsində də 10.000 manatlıq məbləğ var. 

Bu,  hər  şey  deməkdir  və  Ə.Həsənovun  PA-dakı  məkrli  niyyətini  açıqca  ortaya  qoyur.  R.Mehdiyevlə 

Ə.Həsənovun oyununu oynayan bütün əsas simalar mənimlə 10.000 manat oyununu oynayıblar. Bu da o 

deməkdir  ki,  plan  bir  qələmdən  çıxıb.  Ramiz  Mehdiyevin,  Vüqar  Səfərlinin,  Etibar  Hüseynovun  və 

Gülərin  "yazılar"ını  Ə.Həsənovun  qələmi  yazıb.  Ona  görə  hamısı  10.000  manatdır.  Əgər  M.Həsənli 

mənə  pul  gətirsəydi,  əminəm  ki,  10.000  manat  olacaqdı.  Ya  da  komandadan  daha  bir  nəfər  meydana 

çıxsaydı,  ortadakı  məbləğ  10.000  manat  olacaqdı.  Burada  sual  meydana  çxır:  "Doğurdanmı,  10.000 

manat lazımdır R.Mehdiyevə?" 

                                          



 

38 


R.MEHDIYEV MƏNI NIYƏ MƏHKƏMƏYƏ VERDI? 

 Haqqında  ən  çox  və  ən  sərt  yazılar  yazılan  dövlət  məmuru  R.Mehdiyevdir  desəm,  yanılmaram. 

Azərbaycan mətbuatında onun qədər haqqında mənfi yüklü yazılar yazılan ikinci bir məmur yoxdur. Bəs 

nədən  R.Mehdiyev  heç  kimi  məhkəməyə  vermədi  də,  yalnız  "Xural"ı  məhkəməyə  verdi?  Çox 

mümkündür  ki,  bu  da  mətbu  imperiyası  təhlükəyə  girən  Ə.Həsənovun  beyninin  məhsuludur.  O  özü 

mənimlə döyüşdən qalib çıxa bilməyəcəyini gözəl başa düşüb. Oyuna R.Mehdiyevin adından qoşulmaq 

qərarını verib və bu yazı onun əlində bir bəhanə olub. R.Mehdiyevi inandırıb və məni onun əli ilə daha 

rahat  susduracağını  zənn  edib.  Sonra  "evdəki  hesab  çarşıya  uymayıb."  Zora  düşən  Ə.Həsənov  yenə 

R.Mehdiyevin  adından  oyuna  V.Səfərlini  və  G.Əhmədovanı  qoşub.  Beləcə,  oyun  böyüyüb-böyüyüb 

Ə.Həsənovun  bütün  həyatının  mənasını təşkil edib.  Təbii ki,  o məni fiziki  cəhətdən ortadan götürmək 

planını  da işləyib,  amma həyata keçirə bilməyib. Aydınca  görünür ki,  PA-nın  şöbə müdiri klanın Xaç 

Atasını  da  məharətlə  oyuna  çəkib  və  məni  -  10.000  manatlıq  əməliyyat  planı  ilə  tərksilah  etməyi 

qafasına qoyub. Amma hər şey onun düşündüyü qədər də rəvan getməyib. Məhz bu rəvan getməməyin 

təsiridir ki, hər şahid bir yalan danışıb. 

                                                               YALAN NECƏ DANIŞILIR? 



 Nərimanov  rayon  icra  məmurları  da  daxil  olmaqla  19  üzəduran  şahidin  biri  belə  ibtidadi  istintaqa 

verdiyi ifadə ilə üst-üstə düşən ifadə vermədi. Bütün şahidlərin yalan və ziddiyyətli danışdıqları ortaya 

çıxdı.  Onlar  şahidin  qanunda  yazılan  andını  içməklərinə  və  bilə-bilə  yalan  ifadə  verməyin  qanuni 

məsuliyyət yaratdığına imza atmalarına baxmayaraq, bir dedikləri bir dediklərinə uyğun gəlmədi. Hətta 

hakimlər  və  prokuror  da  onları  dindirəndə  zorlandı.  G.Əhmədova  və  onun  yalançı  şahidlərinin, 

A.Məmmədov  və  onun  yalançı  şahidlərinin,  S.Tarverdiyev  və  onun  yalançı  şahidinin,  A.Heydərov  və 

onun  yalançı  şahidinin  bütün  dedikləri  ibtidai  istintaqa  verdikləri  ifadələrlə  ziddiyyət  təşkil  etdi. 

Onlardan  A.Heydərovun  sürücüsü  ümumiyyətlə,  tanımadığım,  görmədiyim  birisi  idi.  Onun  cinayət 

işində  olan  fotosu  belə  prosesə  gələn  adamın  fotosu  deyildi.  Hətta  G.Əhmədovanın  oğlunu  belə 

tanımadım. Onu da ilk dəfə idi görürdüm.  

           Maraqlıdir  ki,  şahidlər  ziddiyyətli  ifadə  verdiklərinin  fərqində  idilər.  Məhkəmə  prosesində 

həqiqəti danışırdılar, amma prokurorun "ibtidai istintaqa verdiyiniz ifadəni qəbul edirsinizmi?" sualına 

"bəli,  edirəm"  deyirdilər.  Amma  mənim  müdafiəçilərim  və  hakimlər  sual  verəndə  isə  burada  - 

məhkəmədə  dediklərini  təsdiqləyirdilər.  Bir  şahid  ibtidai  istintaqa  verdiyi  ifadənin  doğru  olmadığına 

dərhal etiraz edirsə və ya ifadəni işgəncə altında verdiyini bəyan edirsə, onun yalan ifadə verməsindən 

söhbət gedə bilməz.  

Amma şahid həm ibtiadi istintaqa verdiyi ifadəni, həm də məhkəmədə onun tam əksi olan ifadəni verirsə 

və heç bir təzyiq və işgəncə olmadığını deyirsə, deməli, ortada  yalan var. Yalan varsa, deməli, proses 

siyasidir. Necə ola bilər ki, illər əvvəl baş verənləri xatırlayan adamlar ibtidai istintaqa verdikləri ifadəni 

xatırlamadılar?   Bu  prosesi  bütün  məhkəmənin  heyəti  və  iştirakçılar  da  gördülər.  Başdan  sona  yalan 

üzərində  qurulan  bu  istintaqın  şahidləri  birbaşa  Ə.Həsənovun  diktəsi  ilə  durub-oturduqları  üçün  və 

birbaşa  ondan  təlimatlandıqları  üçün  həm  istintaqdakı  ifadələrini  təsdiq  elədilər,  həm  də  məhkəmədə 

başqa  ifadə  verdilər.  Onları  məhkəməyə  gələndə  ciddi  xəbərdar  etmişdilər:  "Nə  olursa  olsun,  ibtidai 

istintaqa  verdiyiniz  ifadəni  təsdiq  edin."  Bununla  belə  ibtidai  istintaq  dövrü  şahidlərin  dindirilməsi 

zamanı ciddi qanun pozuntuları baş verib. Qanunun tələblərinə görə şahidlər ayrı-ayrı çağrılmalı və bir 

yerdə  saxlanılmamalıdır.  Onların  görüşmələrinə  və  məsləhətləşmələrinə  imkan  verilməməlidir,  amma 

istintaq nəinki şahidləri ayrı-ayrı dəvət edib, əksinə onların tanış olmayanlarını da bir-biri ilə tanış edib. 

Şahid  G.Əhmədovanın 19 dekabr 2011-ci  ildə  KQMİ-də səs nümunəsi  götürülüb.  İstintaq materialları 

arasında  həmin  səs  nümunəsinin  götürüldüyünə  dair  protokol  yoxdur.  19  dekabr  2011-ci  ildə  Mürvət 

Həsənli  də  istintaqa  ifadə  verib.  İstintaq  onları  görüşdürüb,  tanış  edib,  onların  məsləhətləşməsi  üçün 

imkan yaradıb. Bunu həm də o sübut edir ki, istintaqda G.Əhmədovanın səs nümunəsinin götürüldüyünə 

dair protokol tərtib olunmayıb,  ya da tərtib olunan protokol iş materiallarına əlavə olunmayıb. İstintaq 

şahidləri görüşdürdüyünü gizlətmək məqsədini daşıyıb, amma gizlədə bilməyib. 

 


 

39 


MƏN RÜŞVƏT ALA BILƏRƏMMI? 

 Bu  qədər  yalan  və  qanunsuzluq  üzərində  qurulan  istintaq  belə  boynuma  yüklədiyi  311-ci  maddənin 

altında  qalıb.  Bu  qədər  saxta  və  siyasi  motivlərlə  qurulmasına  baxmayaraq,  şahid  qismində  dindirilən 

adamların biri də mənə rüşvət verdiyini söyləmir. Heç kim mənə rüşvət verməyibsə, o zaman bu maddə 

haradan,  kimin  cibindən  çıxıb.  Hətta  zorla,  müxtəlif  hədə-qorxularla,  müxtəlif  vədlərlə  üzümə 

durdurulan  şahidlər  mənə  rüşvət  vermədiklərini  bildirirlərsə,   bəs  7  ay  nəyin  istintaqı  aparılıb?  O 

insanlar niyə zorla bu oyuna qoşulub? Mənə heç kim rüşvət verməyibsə, mən necə rüşvət ala bilərəm?  

311-ci maddə “XI Bölmə”-də yer alıb. XI bölmə "dövlət hakimiyyəti əleyhinə olan cinayətlər" adlanır. 

Bu bölümün 33-cü fəsli isə belə adlanır:  "Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu 

mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq 

mənafeyi əleyhinə olan cinayətlər". 

Aydınca görünür ki, istintaq siyasi sifarişi yerinə yetirmək üçün məni Azərbaycan oliqarxlarının yerinə 

qoyub, ya da yerimizi qarışdırıb. CM-in  311-ci maddəsinin mənə heç bir dəxli yoxdur və bu maddənin 

KİV işçiləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 2009-cu ildə "Zərdabi" nəşriyyatı tərəfindən 

dərc olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 677 saylı əmri ilə "hüquqşunaslıq" ixtisası 

üzrə  təhsil  alan  ali  məktəb  tələbələri  üçün  nəzərdə  tutulan  "Cinayət  hüququ"  kitabının  "xüsusi 

hissə"sində  deyilir:  "Yalnız  normal  fəaliyyət  göstərən  dövlət  orqanları  cəmiyyətin  iqtisadi 

çiçəklənməsini, onun üzvlərinin hüquq və azadlıqlarını təmin edə bilər. Ona görə də dövlət aparatının və 

yerli  özünüidarə  orqanlarının  fəaliyyətinin  həmin  aparatın  öz  əməkdaşları  tərəfindən  törədilən 

qəsdlərdən mühafizə edilməsi mühim əhəmiyyət kəsb edir." 

AR  1999-cu  il  CM-in  "korrupsiya  cinayətləri  və  dövlət  hakimiyyəti,  dövlət  qulluğu  mənafeyi,  yerli 

özünü idarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi 

əleyhinə  olan  cinayətlər"  adlanan  33-cü  fəslinin  normalarında  nəzərdə  tutulan  cinayətlər  aşağıdakı 

ümumi əlamətlərə malikdir: 

a)  Onlar  xüsusi  subyekt  -  vəzifəli  şəxs  (əksər  cinayətlər)  və  ya  dövlət  qulluqçusu  və  yerli  özünüidarə 

orqanının qulluqçusu tərəfindən törədilə bilər. 

Nəzərdən  keçirilən  cinayətlər  AR  dövlət  orqanlarında  (mərkəzdə  və  yerlərdə),  yerli  özünüidarə 

orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-

kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları  yerinə  yetirən 

vəzifəli şəxslər tərəfindən törədilə bilər. 

Mərkəzi  dövlət  orqanlarına  aiddir:  Prezident  Aparatı,  Milli  Məclis,  Nazirlər  Kabineti  (nazirliklər  və 

idarələr), Konstitusiya Məhkəməsi, ümumi səlahiyyətli məhkəmələr, iqtisad məhkəmələri, prokurorluq, 

Xüsusi  Dövlət  Mühafizə  Xidməti,  dövlət  notariatları,  Azərbaycan  Milli  Bankı,  dövlət  xəzinədarlığı, 

vergi  orqanları,  gömrük  orqanları  və  s.  Müəssisələrdən  fərqli  olaraq  dövlət  orqanları  hakimiyyət 

funksiyalarına malikdir. 

Yerli dövlət orqanlarına yerli icra hakimiyyəti orqanları və s. aiddir. 

Mülki  qanunvericiliyə  görə,  dövlət  və  bələdiyyə  müəssisələrinə  idarəetmə  sosial,  mədəni  və  ya  digər 

kommersiya və qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün  yaradılan və dövlət 

büdcəsindən və ya bələdiyyə büdcəsindən tam və ya qismən maliyyələşdirilən təşkilatlar aiddir. 

Kommersiya təşkilatı dedikdə, qanuna müvafiq  yaradılan və ictimai  - tələbatın ödənilməsi və mənfəət 

alınması məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan 

müstəqil  təsərrüfat  subyektləri  başa  düşülür.  Kommersiya  təşkilatlarına  təsərrüfat  ortaqlıqları  və 

cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyət və s. daxildir. 



 

40 


Qeyri-kommersiya təşkilatı dedikdə, təsis sənətlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar 

əsasında birləşmiş fiziki və (və ya) hüquqi şəxslərin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarə edən, 

öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri 

arasında bölməyən təşkilat başa düşülür. Qeyri-kommersiya təşkilatlarına ictimai birliklər, fondlar və s. 

aiddir”.                                                                                                                         =Sitatın sonu= 

Nə  "Xural"  qəzeti  qanunda  göstərilən  dövlət  təşkilatlarından,  kommersiya  və  qeyri-  kommersiya 

qurumlarından biridir, nə də mən dövlət məmuru deyiləm. Mən KİV-əm və KİV haqqında qanun mənim 

fəaliyyətimi tənzimləyir. Mən heç bir halda rüşvət ala bilmərəm. 

Mən  hüquqi  şəxs  də  deyiləm.  Mən  fiziki  şəxsəm  və  fərdi  sahibkaram.  Üzəduranlar  belə  mənə  rüşvət 

vermədiklərini  deyirlər.  Mən  zatən  rüşvət  ala  bilmərəm.O  zaman  baş  verənlərin  adı  nədir?  Şər!  Şər!! 

Şər!!! 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin