DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix06.09.2017
ölçüsü1,36 Mb.
#29054
1   2   3   4   5   6   7   8   9

RÜŞVƏT TƏKLIF EDƏNLƏR 

 CM-in  33-cü  fəsli  mənə  aid  deyil  və  ola  da  bilməz.  33-cü  fəslin  əhatə  dairəsinə  daxil  olmaq  üçün 

mütləq dövlət məmuru olmaq lazımdır. Mətbuatın fəaliyyətini KİV haqqında qanun tənzimləyir və CM-

in 147 və 148-ci maddəsinə görə, cinayətin baş verib-baş vermədiyi müəyyənləşir. 

Amma  G.Əhmədova  özü  də  etiraf  edir  ki,  haqqında  hansısa  yazıları  yazmamaq  üçün  mənim 

redaksiyama  gəlib,  mənə  rüşvət  təklif  edib.  Amma  mən  onun  bu  çirkin  təkliflərini  qəbul  etməmişəm. 

Onun məqsədini anladıqdan sonra ondan qaçmışam, onun telefonlarını götürməmişəm. O, məcbur olub 

mənim yanıma müxtəlif adamlar göndərib, müxtəlif adamlara zəng etdirib. Nə o adamlarla görüşmüşəm, 

nə də o adamların zənglərini qəbul etməmişəm. Təkcə G.Əhmədova yox, bir çox dövlət məmurları mənə 

hansısa yazıları yazmamağım müqabilində nəsə təklif ediblər. Əgər onların təklif etdikləri rüşvətdirsə, o 

zaman  rüşvət  təklif  edənlərin  başında  Ə.Həsənov  və  onun  qudası  Səttar  Mehbalıyev  gəlir.  Onlar 

qudadırlar. Ə.Həsənovun qızını Səttar Mehbalıyevin oğlu alıb. Xoşbəxt olsunlar, ona sözüm yox. 



FIKRƏT MƏMMƏDOVUN OĞLU 

 S.Mehbalıyevin  oğlu  İsfəndiyar  Mehbalıyev  Ədliyyə  naziri  Fikrət  Məmmədovun  oğlunun  çənəsini 

vurub qırmışdı. Bu hadisə o zaman böyük rezonans doğurdu. Hətta Bakı şəhər prokurorunu bu hadisəyə 

görə  işdən  çıxardılar.  Məsələ  mərhum  prezident  Heydər  Əliyevə  qədər  gedib  çıxdı  və  İ.Mehbalıyevi 

hüquq-mühafizə  orqanlarından  xaric  etdilər.  S.Mehbalıyevin  oğlu  o  zaman  Nərimanov  rayon 

prokurorunun köməkçisi işləyirdi. 

Aradan bir neçə il keçdi və Heydər Əliyev dünyasını dəyişdi. Eyni zamanda İ.Mehbalıyev Ə.Həsənovun 

kürəkəni  oldu.  Kürəkən  olan  kimi  olanlar  unuduldu  və  Ə.Həsənovun  kürəkəni  R.Mehdiyevin   və  onu 

qüdrətli  generalı  Ramil  Usubovun  sayəsində  yenidən  polis  orqanlarına  qaytarıldı.  İsfəndiyarın  qırdığı 

çənə  bir  yana  buraxıldı  və  ən  azı  xuliqanlıq  maddəsi  ilə  həbs  olunmalı  olan  bu  “papasının”  və 

“qayınatası”nın  gül  balası  və  gül  kürəkəni  34-cü  polis  bölməsinin  rəisi  təyin  olundu.”Xural”  bu  faktı 

araşdırdı. 

”Xural”ın bu araşdırmasından narahat olan Ə.Həsənov ən yaxın adamlarını ”Xural”a göndərdi. 

Mənə  ciddi  vədlər  verildi,  ancaq  mən  qarşı  tərəfə  “cavab  haqqı”  tanıya  biləcəyimi  dedim  və 

Ə.Həsənovun  göndərdiyi  adamı  geri  qaytardım.  Bundan  sonra  İsfəndiyar  Mehbalıyevin  atası 

S.Mehbalıyev öz birinci müavinini yanıma göndərdi. Eyni qaydada onlara “cavab haqları”nın olduğunu 

dedim və onlar da kor-peşman qayıtdılar. Mən Ə.Həsənovun və S.Mehbalıyevin  ard-arda gələn rüşvət 

təkliflərini qəbul etmədim. Hətta Səttar Mehbalıyevin əl telefonunu, birbaşa otaq telefonunu verdilər və 

onun  görüşmək  təklifini  dedilər.  Qəbul  etmədim.  İndi  mənə  məlum  olur  ki,  Ə.Həsənov  bu  planı  öz 

qudası ilə də etməyi düşünübmüş. Bütün bu hadisələr son bir ildə - R.Mehdiyevin  məhkəmə şousundan 

sonra baş verib. 


 

41 


Ə.Həsənovun  Sabunçu  rayon  icra  hakimiyyətində  bir  qardaşı  var.  Memardır.  Adı  İsadır.  İsa  Həsənov 

hamının gözlərinin qarşısında rüşvət yığır və bunu gizlətməyə ehtiyac da görmür. Pul verməyənin evini 

başına uçurur. ”Xural”a məlumat daxil oldu və mən hətta ərazinin  deputatı Fazil Mustafadan məsələyə 

yardımçı  olmasını  xahiş  etdim.  F.Mustafa  dedi  ki,  İsa  heç  Ə.Həsənovu  da  dinləmir.  Bundan  bir  gün 

sonra  İ.Həsənovun  adamları  gəlib  həmin  evi  sökdülər  və  beləcə  də  dedilər:  “Bizim  pul  istəməyimizi 

Ə.Zeynallıya  şikayət  edibsiniz.  Qoy  Ə.Zeynallı  gəlib  sizin  evinizi  tiksin”.  Onlar  bilmirdilər  ki, 

dağıtdıqları ev mənim doğmaca bacımın evidir. Bacımgilin 3.000 manat rüşvət verməyə nə imkanları, nə 

də həvəsləri yox idi. 

Sabunçu  rayonunun  pul  yığanı,  rüşvət  torbasını  İ.Həsənovun  adından  toplayanı  isə  Ə.Həsənovun 

doğmaca bacısı oğlu idi. Bəli, bəli!... 

Ə.Həsənov  bu  məqamda  da  adamını  göndərdi.  Mənə  yenə  rüşvət  təklif  elədi.  Qəbul 

etmədim.Yaxınlarının rüşvətdən əl çəkməsini tələb etdim. Bu qədər də olmaz ki… Kim bilmir ki? 



RÜŞVƏTİ NECƏ ALIRLAR? 

 Əli  Həsənovun  qardaşı,  adamları 

kimi... 

 Gülər  kimi…  Gülərin  rüşvət  tələbi  və 

Elşad  Abdullayevdən  2.000.000  dollar 

alması  klassik  hüquq  kitablarına  düşəsi 

olaydır. Bəli, rüşvəti elə alarlar. Yanında 

vasitəçilərini  götürüb,  adamın  iş  yerinə 

gedər, 


“razborka” 

aparar, 


“mən 

alıram,əcəb  edirəm”  deyər,  bağırda- 

bağırda  adamı  şantaj  edər  və  istədiyi 

pulu  alar.  Çünki  arxasında  R.Mehdiyev 

var.  Çünki  pulu  R.Mehdiyev  üçün  alır. 

Çünki  bunlar  prezidentin  masasına 

gedən  siyahıları  belə  tərtib  edəcək   və 

dəyişdirəcək  gücdədir.  Bunlar  həbs 

olunacaq insanların da siyahılarını prezidentin masasının üzərinə qoyurlar.  

MƏN RÜŞVƏTƏ DÜŞMƏN OLDUM! 

 Mən ziyalı ailəsində doğulmuşam, tərbiyə almışam, böyümüşəm. Mənim atam ömrü boyu heç kimə bir 

manat rüşvət verməyib. Hələ SSRİ-nin zamanında mən onu - Atamı döyüşən, vuruşan, mübarizə aparan 

görmüşəm. Mən bütün ömrümdə və həyatımda qazandığım ali olan nə varsa Atama - Tapdıq müəllimə 

borcluyam.  Onun  döyüşkənliyini,  əzmkarlığını,  mübarizliyini  miras  götürmüşəm.  Orta  məktəbdə  də, 

hərbi  xidmətdə  də,  Türkiyədə  təhsil  aldığım  illərdə  də  elə  olmuşam.  Dünyanın  o  başından  - 

Vladivostokdan bu başına - Aralıq dənizinə, Kipr adasına qədər hər yeri dolaşmışam və Anamın dediyi 

kimi  bir ayım, bir ilim normal ötüşməyib : “Mənim bələyim də odla bələnib”.  

2005-ci  ildə  İlham  Əliyevin  “dəyişiklik  gətirəcək”  rüzgarına  inanıb,  deputatlığa  namizədliyimi 

vermişəm və təbii ki, dərhal da anlamışam ki, İlham Əliyevin islahat aparacağına səhv edib inanmışam. 

Mən  bəlkə  də  ilk  namizəd  idim  ki,  deputatlıq  platformasına  rüşvət  və  korrupsiyaya  qarşı  mübarizə 

edəcəyimi  salmışdım.  Mən  rüşvət  və  korrupsiyaya  hər  zaman  düşmən  oldum,  bu,  həm  də  mənim 

qanımdadır. 

Bütün  ali  ideallarla  yaşadığım  illərdə  də  belə  düşündüm.  Azərbaycanın  3  prezidentinin  3-ü  ilə  də 

görüşdüm. Türkiyənin prezidentləri ilə görüşdüm, Türkiyədə “Böyük Gələcək”  jurnalı çıxardım. Dünya 

bizim qurduğumuz təşkilatlardan, Ankarada təşkil etdiyimiz toplantılardan danışdı. Biz Azərbaycanı bir 

dünya dövləti etmək üçün oxuduq, yetişdik, tərbiyə aldıq - Azərbaycanda nə gördük. Ən ağır, məşəqqətli 


 

42 


əzilmə,  Ə.Həsənovun  qara  başının  məhsulu  olan  “qara  siyahı”lar...  Dünyanı  və  Azərbaycanı 

dəyişdirmək istəyənləri bunlar hər zaman beləcə şərlədilər. 

İfadəmi hazırlayanda həbsxanadakı arxivimdən “Xural”ın il: 6, sayı: 33(297), 14-20 sentyabr 2008-ci il 

tarixli nüsxəsi rastıma çıxdı. Orada bir yazım dərc olunub: “Selcanın məmləkəti-2”. 



“Selcanın məmləkəti-2”də yazılır:  

“Rüşvət  və  korrupsiya  ölkəmizi  başına  götürüb.  Dövlətin  bütün  əsaslarını  sarsıdan,  çürüdən  və 

sıradan  çıxaran  bu  nəsnəni  sən  hələ  tam  dərk  etmirsən.  Mən  çalışıram,  çalışacağam  ki,  sən  bu 

anlayışla mümkün qədər gec tanış olasan. Rüşvətə sarılan ölkə məhvə məhkumdur, rüşvət bir ölkəni 

içindən  yeyən,  onun  gəncliyini,  mənəviyyatını  parçalayan  ən  əsas  amildir.  Məsələn,  gözlərinin 

qarşısında bizim bəzi problemlərdə qarşılaşdığımız çətinliklərin hamısı rüşvətdən doğur”. 

Yazının sonunu isə bu cür bitirirəm:  

“Yalan danışmaq olmaz! 

Əyri işlərə qol qoymaq olmaz! 

Rüşvətlə tanış olmaq olmaz! 

Müəllimlərə hörmətsiz davranmaq olmaz! 

Bu, həm sənə, həm Beyrəyə, həm Siraca, həm Turala, həm Banuçiçəyə, həm də mənə aiddir, mənim 

balam!!!”              

      


                                                                                                                                      =Sitatın sonu= 

 Belə  olub,  kim  nə  ilə  mübarizə  aparıbsa,  onunla  şərlənib  tutulub.  Bu  hakimiyyətin  xislətidir.  Onlar 

mərdi-mərdanə  mübarizə  aparmırlar.  Bu,  dövlət  siyasətidir.  Hamını  ləkələmək,  hamını  şərləmək 

iqtidarın əsas məqsədidir. Görünür, başqa şeylə məni həbs edə bilməyəndə - ən çox vuruşduğum, ən çox 

döyüşdüyüm  nəsnə  ilə  həbs  etməyə  qərar  veriblər.  Məxsusən  Ə.Həsənovun  bütünlüklə   rüşvət  və 

korrupsiyaya bulaşdığını iddia edirdim, onun KİVDF vasitəsilə öz qəzetlərinə 100 minlərlə manatı necə 

ayırdığını,  dövlət  nəşriyyatı  olan  “Azərbaycan”  nəşriyyatını  necə  hissə-hissə  ələ  keçirdiyini,  keçmiş 

Beynəlxalq  Mətbuat  Mərkəzinin  binasını  necə  mənimsədiyini  yalnız  “Xural”  yazır,  yalnız  “Xural” 

araşdırırdı.  Rüşvət  təklif  edirdi,  rədd  edirdik.  Görünür,  Ə.Həsənov  məni  məhz  özünün  məşğul  olduğu 

işlə ittiham etməklə həm də qisas almağı düşünüb. 



SƏBƏBLƏRDƏN BIRI: 

TÜRK MILLIYYƏTÇILIYI... 

 Mən  həm  də  bir  türk  milliyyətçisiyəm.  Azərbaycanda  yaşayan  bütün  millətləri:  yəhudiləri,  talışları, 

ləzgiləri, tatları, udinləri, rusları, gürcüləri və digərlərini Azərbaycan dövlətinin baştacı bilirəm və onları 

türk millətinin - Azərbaycan türklərinin qardaşı bilirəm. Ancaq bir həqiqəti də həmişə dərk etmişəm və 

bu istiqamətdə mübarizə aparmışam ki, Azərbaycan Türklərindir! Bəli, “Xural” qəzeti Türkçülüyün  ən 

böyük dayaqlarından biri olub, bizi Türk millətinin qəzeti biliblər və bu, həqiqətən belə olub. 

“Xural” ümummilli layihələrin müəllifi olub. 30 İyun - Sevgililər Günü kimi böyük günü Azərbaycana 

və bütün Türk Dünyasına “Xural” qəzeti qazandırıb.  “Bayraq Günü”nün, “Atalar Günü”nün də layihə 

müəllifi  bizlərik.  Bu,  təbii  ki,  Azərbaycanı  idarə  edən,  mahiyyətcə  anti-turk,  anti-milli  bir  dəstəni 

məmnun  etmir  və  bu  dəstənin  mətbuatdakı  dili  Ə.Həsənovdur.  Zatən  R.Mehdiyevin  və  onun 

komandasının  Türk  millətinə  düşmənçiliyinin  səbəbləri  haqqında  mətbuatda  yüzlərlə  yazı  gedib.  Və... 

cənab R.Mehdiyevin bizi məhkəməyə verdiyi o məşhur yazıda da söhbət onun anti-türk mahiyyyətindən 

və türk düşmənçiliyindən gedirdi. 


 

43 


Türk  millətinin  və  türk  milli  maraqlarının  qəzeti  kimi  “Xural”  və  məni  yəhudilər  bir  kitaba  görə 

məhkəməyə verdilər. Bizi İrina Danielyan kimi bir erməni də məhkəməyə verdi!   

Mən saxta soyqırım günü - 25 apreldə erməni tərəfindən məhkəməyə çəkilən bəlkə də ilk Azərbaycan 

redaktoru  və  qəzetiyəm!  Hələ  onu  demirəm  ki,  Bakıdakı  ermənilərin  başımıza  açdığı  oyunları 

araşdırarkən R.Mehdiyevin ailə üzvlərinə yaxın olan bəzi vətəndaşlarımızın əməlləri bizə məlum olurdu 

ki, dəhşətə gəlirdik. Aparat rəhbərinin yaxın qohumlarından biri indi də yüksək dövlət vəzifəsindədir - 

Levon Yuryeviç Qurskaya! 

Bəli, əsas səbəblərdən biri də Türk miliyyətçiliyi məsələsi idi. 



HƏDƏFDƏ QƏRBI AZƏRBAYCANLILARDIR 

Bu  hakimiyyət  hər  zaman  regional  müstəvidə  mübarizə  aparıb  -  qarabağlıları  qarabağlıların, 

naxçıvanlıları naxçıvanlıların, qərbi azərbaycanlıları da qərbi azərbaycanlıların əli ilə sıradan çıxarmağa 

çalışıb. İşgəncə verənlər də elə onlar özləri olub. 

Mənim  işimdə  də  elə  belədir.  311.3.2-ci  maddəsində  üzümə  duran  8  nəfərdən  5-i  (M.Həsənli, 

V.Məmmədov, S.Tarverdiyev, H.Əzizoğlu, A.Heydərov) qərbi azərbaycanlıdır. G.Əhmədovanın da əri 

qərbi  azərbaycanlıdır.  Gülərin  yalançı  şahidi  olan  T.Rüstəmxanlı  da  qərbi  azərbaycanlıdır.  Məhkəmə 

prosesi zamanı aydın oldu ki, Nərimanov icra məmurlarından 3-ü də qərbi azərbaycanlıdır. Yəni 311-ci 

maddə üzrə üzümə duran 13 nəfərdən 9 nəfəri qərbi azərbaycanlıdır. Əsas üzəduranın isə həyat yoldaşı 

oradandır. Bununla hakimiyyət insanı mümkün sosial bazadan uzaqlaşdırmağı hədəfləyir. G.Əhmədova 

bu fikrini 02.07.2012-ci ildə keçirilən məhkəmə iclasında belə ifadə etmişdi: “Səni öz həmyerlilərin də 

müdafiə etmir. Onlardan da yazmısan”. Bunlara elə gəlir ki, həmyerlini adamın üzünə qoydunsa, hər şey 

bitdi.  Üzümə  duran  Qərbi  azərbaycanlıların  biri,  “İrəvan  Mühacir  Hökuməti”nin  prezidenti,  biri  də 

“Azəri-Türk  Qadınlar  Cəmiyyəti”nin  sədridir.  İndi  görün  bunların  mühacirdə  olan  “prezidentləri”  və 

türk milliyyətçiləri də adamın üzünə dururlarsa, o zaman bu ölkənin durumuna bax. 

Tənzilə  Rüstəmxanlı  da  özünü 

dişi qurd - Asena hesab edir… 

Bir  hissəsini  üzünə  qoyurlar, 

bayırda  olanlara  da  müdafiə 

etməyi 

qadağan 


edirlər, 

vəssalam.  Bu  da  oldu  dövlət 

siyasəti.  Anlaşılan  məni  həbs 

etmək üçün əməlli-başlı iş gedib 

və  hərtərəfli  plan  qurulub.  Həm 

yaxınlarımı  işdən  çıxarmaq, 

həm 

bəzi 


həmkəndlilərimi 

üzümə  qoymaq,  eyni  zamanda 

Qərbi 

Azərbaycanın 



bəzi 

tanınmış  insanlarından  istifadə 

etmək,  mənim  müdafiəm  və 

adımla  bağlı  mətbu  nəşrlərin 

dərc olunmasını qadağan etmək, 

məni aktiv müdafiə edən həmkarlarımı təhdid etmək, qorxutmaq, bəzilərini maddi vədlər qarşılığında öz 

səfinə çəkmək bu planın tərkib hissəsi olub... 

R.Mehdiyevin Qərbi azərbaycanlılara yönəlik siyasəti çoxdan var. H.Əliyev ölən kimi bu sahədə aktiv 

çalışan  R.Mehdiyev  bir  gecədə  əldəqayırma  40  təşkilat  yaratmış  və  bölgənin  birlik  və  bərabərliyini 

pozmuşdu.  Bu,  təkcə  Qərbi  Azərbaycandan  gələnlərə  aid  deyildi.  2003-cü  ildə  həbs  olunan  İqbal 

Ağazadəni döyən və ona işgəncə verən qarabağlılar idisə, Sərdar Cəlaloğluna qarşı ağlagəlməz vəhşiliyi 

edənlər  naxçıvanlılar  idi.  Elə  bu  siyasət  idi  ki,  Əli  İnsanovun  da  üzünə  qərbi  azərbaycanlıları 



 

44 


qoymuşdular.  Yada  salmaq  çətin  deyil  ki,  Ayaz  Mütəllibovu  da  daha  çox  bakılılar  və  şirvanlılar 

söyürdülər. 

Təbii ki, mən hakimiyyətin bu anti-milli və anti-insani dəyirmanından kənarda qala bilməzdim və... elə 

bu “dəyirman”ın çirkinliklərini də topluma elan etməklə məşğul idim. 



 Bir lətifə 

 Məşhur  bir  lətifə  var.  Bir  erməni  əsilli  xanım  və  6  ermənistanlı  bir  araya  gəlirlər  ki,  gəlin  Əvəz 

Zeynallını  şərləyək.  Ermənistanlılardan  biri  (burada  Aydın  Heydərov)  qayıdır  ki,  niyə  şərləməyək  ki, 

400 dollar vermişəm, 500 də istəyir... 

Təəssüf ki, ən ülvi duyğuları və ən ali hissləri də beləcə,  öz xırda maraqlarına qurban verirlər və beləcə, 

elə ölkəni də bir-birinin üzünə qoyub boşaldırlar. 1.000.000 adam bunlara bəsdir. 



GÜLƏR ƏHMƏDOVANIN BÜTÜN ÖMRÜ: 

ONU-BUNU – HAMINI ŞANTAJ ETMƏKDIR! 

G.Əhmədova bütün şüurlu 

ömrünü  şantajla  məşğul 

olub.  Güman  ki,  elə  bu 

xüsusiyyətinə görə də onu 

Milli  Məclisə  deputat 

təyin  ediblər.  Mən  onun 

bəzi 


şantajları 

haqda 


məlumatlı  idim  və  bu 

haqda 


da 

yazmışdım. 

G.Əhmədova  2010-cu  il 

parlament 

seçkilərində 

ATV-nin  bir  jurnalistinin 

başına  tapança  dirəyib, 

onun 


haqqında 

dərc 


olunan 

informasiyanın 

mənbəyini 

öyrənmişdi. 

Eyni  üsulla  digər  bir 

jurnalistə 

hədə-qorxu 

gəlmiş  və  onun  saytından 

istədiyi 

informasiyanı 

çıxartdırmışdı.  Həmin  G.Əhmədova  2005-ci  ildə  başqa  bir  jurnalistin  səsini  yazmış  və  onu  şantaj 

etmişdi. 

Həmin  G.Əhmədova  2011-ci  ildə  -  mənim  həbsim  öncəsi  təsisçisi  olduğu  “Mərkəz”  qəzetinin  bütün 

kollektivini işdən çıxarmış və onların maaş-qonorarını ödəməmişdi. O zamanın qovğalarında qorxduğu 

həm də o idi ki, mən – mənimlə görüşən kollektivə onların hüquqlarını sonuna qədər müdafiə edəcəyini 

demişdim. 

Həmin G.Əhmədova bu  cinayət  işinin  açılmasına səbəb olan ərizə və ifadələrində “Mərkəz”in  keçmiş 

baş redaktoru Nigar Almanqızını şantaj edib. Onu qorxudub, ölkədən çıxmasına səbəb olub. Onun xəstə 

atasını,  anasını  qorxudub,  onların  evinin  yanında  silahlı  adamlar  yerləşdirib,  onlara  hədə-qorxu  gəlib. 

Nigarın qardaşını işdən çıxartdırıb və onu təqib edib. G.Əhmədova N.Almanqızı haqqında MTN-ə, DİN-

ə  müraciət  edib  və  “digər”  yollardan  da  istifadə  etməyə  çəkinməyib.  Amma  istintaq  nədənsə, 

N.Almanqızını yaddan çıxarıb, onu dindirməyib.  



 

45 


Rahim  Qazıyevi  Moskvadakı  otağından,  Sürət  Hüseynovu  Tuladakı  bir  kənddən  tapıb  gətirən 

Azərbaycan dövləti N.Almanqızını tapıb dindirməyib. Deputat isə bütün ifadələrində Nigar Almanqızını 

əsas fiqur kimi göstərir. Hətta 02.07.2012-ci oldə məhkəmədə verdiyi ifadədə bütün günahı onun üzərinə 

yıxır.  Bəs, necə olur ki,  istintaq Nigar məsələsinin üzərindən sakit keçib,  onu şahid  qismində işə cəlb 

etməyib,  istintaq  işində  onun  adı  belə  keçməyib?  Bu  boyda  hadisə  baş  verir,  G.Əhmədova  ifadəsində 

Nigarın bankdan borcunu sildirdiyini, Nigarın haqqında hansısa məhkəmə qərarını pozdurduğunu bəyan 

edir. İstintaq niyə N.Almanqızını tapmayıb və ya Gülərdən soruşmayıb ki,  sən məhkəmə qərarını necə 

pozdura bilərsən? Belə çıxır ki, bu ölkədə deputatlar məhkəmə qərarlarına təsir göstərə, hətta onu ləğv 

də etdirə bilərlər? 

İstintaq  N.Almanqızının  rəyini  almasa  da,  o,  bu  hadisələrdən  sonra  ilk  dəfə  “xural.com”a  münasibət 

bildirib. 29.07.2012-ci ildə N.Almanqızı beləcə də yazıb: 

“Salam.  Hər  seydən  öncə  Əvəz  qardaşımın  Azadlığa  çıxacağına  adım  kimi  əminəm.  Günlərdir 

olanları  səbirlə  izləyirəm.  Gülərin  haqqımda  danışdıqlarını  qəhqəhələr  çəkərək  oxuyuram.  Cavab 

verməməyimin tək səbəbi, onun rahatca haqqımda irəli-geri danışmasına şərait yaratmaq idi. Danışdı 

da... Hələ də davam edir. Bütün bunlara birər-birər cavab verəcəm. Artıq Mehriban Əliyeva və İlham 

Əliyevə göndərdiyim məktublarda bütün ittihamlara cavab vermişəm. Və seçkiyə bir neçə gün qalmış, 

ölkənin bir neçə qəzetçisinin gözü qarşısında, “Dom Sovet”in binasında haqqını arayan iş adamının 

başına  gətirilənlər  isə  mənim  gözlərim  qarşısında  baş  verdi.  Bundan  başqa,  “Mərkəz”  qəzetinə 

ayrılan maliyyənin ötən il durdurulması və maliyyə verən şəxslə bağlı Gülərin mənə anlatdığı nostalji 

anlarını.  Bir  sözlə,  çox  şey  haqqında  danışacağıq.  Sadəcə,  bu  arvadın  sonuna  qədər  danışmasını 

istədim.                                                                                                                          =Sitatın sonu= 

İŞ ADAMINI ŞANTAJ 

 N.Almanqızıdan  daha  bir  şantajın  ünvanını  öyrənirik.  Sən  demə,  haqqını  axtaran  bir  iş  adamını  düz 

Hökumət  Evinin  qarşısında  –  həm  də  jurnalistlərin  gözlərinin  önündə  şantaj  edibmiş.  Bu  adam 

Azərbaycanın 15 illik deputatıdır. Və… Ramiz Mehdiyevin pul yığanıdır. 

Bəs, bu pullar harada olub? İstintaq N.Almanqızının bu harayları ilə maraqlanmayıb,  onu axtarmayıb, 

onun taleyilə ilgilənməyib.  

İstintaq onu da soruşmayıb ki, sən bir deputat ola-ola bu qədər pulu haradan alırdın ki, sağa-sola 

paylayırdın? Bu sual indi məni də maraqlandırmır - ancaq G.Əhmədovanın məşhur kaseti açıqlanana 

qədər maraqlandırırdı. İndi bizim üçün aydındır ki, onun maliyyələşməsinin kökündə deputat 

kreslosunun satışından gələn pulların faizi dayanırmış. Dünyanın ən çirkli və ləkəli işi ilə məşğul olan 

bu deputat təkcə öz partiyasına yox, bütün mədəni Azərbaycana ləkə oldu. 

“AZƏRIQAZBANK”I ARŞDIRAN JURNALISTI ŞANTAJ 

 Ötən aylarda mətbuat araşdırması zamanı məlum oldu ki, G.Əhmədova hazırda həbsdə olan “Kamran” 

MMC-nin rəhbərlərinin işinə kömək üçün “Azəriqazbank”dan 2.300.000 manat kredit götürüb və bu pul 

batıb. O da məlum oldu ki, Gülər onlarla üzləşməli ikən üzləşmədən imtina edib. Eynilə məndə olduğu 

kimi - deputat toxunulmazlığını əsas gətirərək. 

Həmin  G.Əhmədova  faktı  qoydu  bir  kənara,  başladı  araşdırmanı  aparan  jurnalisti  şantaj  etməyə. 

Mətbuata beləcə də dedi: “…jurnalisti tapmışam, onu cəzalandıracağam”… 

“XURAL”IN KOLLEKTIVI HƏDƏLƏNIR 

 Həmin G.Əhmədova 22.11.2011-ci  ildə “Yeni  Musavat” qəzetində kollektivimi  və ailəmi təhdid edib. 

Yenə silahla - başlarına silah sıxmaqla. 



 

46 


Bundan  heç  10  gün  keçmir  ki,  kollektivim  real  hədə-qorxu  zəngləri  alır.  Anar  Mahmudoğlu,  ailəsi, 

Kamran Zamanlı hədə-qorxuya məruz qalır və mən əminəm ki, bunun da izi sabiq deputata çıxır. 

Həmin G.Əhmədova bunlarla da kifayətlənmir. Öz təsirində olan mətbu qurumlarda, məxsusən özünün 

baş  redaktoru  olduğu  “Mərkəz”  qəzetində  haqqımda  ən  təhqiramiz  yazılar  yazdırır  və  onu  pul  verib 

reklam müqaviləsi bağladığı  saytlarda reklam  etdirir. Bu  yazılarda nələr  yox idi. Özüm,  ailəm  ən ağır 

ifadələrlə təhqir olunur.  G.Əhmədova bunu Səbuhi  Abbasov adlı birinin adı  və qələmi  ilə edir, amma 

hiss olunur ki, bu yazılardan bəzilərini özü yazıb. 

G.ƏHMƏDOVA E.ABDULLAYEVI ŞANTAJ EDIR 

 Ölkəni  və  dünya  ictimaiyyətini  şoka  salan  son  rüşvət  videosu  ilə  Gülərin  şantajının  daha  önəmli  bir 

detalı  ortaya  çıxdı.  Onu  deputat  seçdirmək  üçün  nə  az,  nə  də  çox  1.000.000  dollar  pul  tələb  edirdi 

deputat. Daha 1.000.000 dolları isə itgin düşən qardaşını axtarıb tapmaq üçün. Həmin videoda aydınca 

görünür  ki,  G.Əhmədova  E.Abdullayevi  şantaj  edir,  ona  hədə-qorxu  gəlir,onu  fiziki  cəhətdən  məhv 

etməklə hədələyir. Çox qəribədir ki, bu fiziki cəhətdən məhv etmək məsələsini biz artıq mənim həbsim 

məsələsində  də  gördük.  İnsanı  məhv  etmək  və  onu  ortadan  götürmək  G.Əhmədovada  sanki  adətdir. 

Gülər  israrla  “oğlanlarım  Əvəzi  öldürə  bilərdi”  deyir.  Orada  E.Abdullayevə  də  eyni  şeyləri  deyir: 

“Çaşanı bilirsən nə edirlər?”

 

G.ƏHMƏDOVA BMT-NI ŞANTAJ EDIR 

E.Abdullayev olayından sonra müxtəlif iddialar meydana çıxdı. BMT-nin Bakı ofisində çalışan bir nəfər 

10 il əvvəl baş vermiş olayı xatırlatdı və yazdı. Onun dediyinə görə, G.Əhmədova yediyi 10.000 dolların 

hesabını tələb edəndə BMT-nin Bakı ofisinin rəhbərini və təmsilçisini təhqir edib və onları şantaj edib. 

Hesabat  soruşan  BMT  işçilərinə  hədə-qorxu  gəlib  və  beləcə  də  deyib:  “Siz  bilirsiniz  mən  kiməm? 

Başınıza nə oyun açaram?”. Bu üslubu adətən mafiya üzvləri istifadə edir. Diqqət edin, mənim işimdə də 

G.Əhmədova deyir: “Ona başa salmaq istəyirdim ki, mən sənin səsini yazmışam, otur yerində”. Üslub 

eynidir. Bu qadın şantaj və hədə-qorxuda sərhəd tanımır. Onun üçün universitet rektoru da eynidir, BMT 

təmsilçisi  də,  baş  redaktor  da.  O,  adamları  qorxutmaqdan  çəkinmir,  bu  da  E.Abdullayevin  qardaşı 

M.Abdullayevin oğurlanmasını və biryolluq itməsini yada salır… 

Xatırladım ki, E.Abdullayev deyir ki, qardaşının oğurlandığı 2003-cü il oktyabrın 13-nün sabahı günq 

ü, oktyabrın 14-də G.Əhmədova onun ofisinə  gəlib  və öz xidmətini  təklif edib.  Deməli,  G.Əhmədova 

həm də adam oğurluğu ilə məşğul olan dəstənin üzvüdür. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin